Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-303/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi2 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 147.1-ci maddəlləri ilə məsuliyyətə cəlb edilməsi haqqında X7 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X7 və onun nümayəndəsi və vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 147.1-ci maddəlləri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 Elşad Töşü oğlu ilə bağlanmış AN-l-№ ******* saylı, 10 aprel 2008-ei il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən salmışdır, Notarial qaydada alqı satqı müqaviləsi bağlanıldıqdan sonra, Azərbaycan Respublikası DƏDRX Bakı şəhərinin Ərazi İdarəsinin tərəfindən İnsan Hüquqları haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmiş və çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/131 saylı sahədə verləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyətdədir. Yəni torpaq sahəsi 10 aprel 2008-ci ildən Eşqin Əliyevin mülkiyyətindədir. Təxminən 10 ildən sonra 2019-cu ildə X8 Azərbaycan Respublikası ƏMDK DƏDRX və üçüncü şəxs X13 qarşı "cavabdehin imtinasının qanunsuz hesabsız edilməsi, çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət etmişdir. Uzun müddətdir artıq məhkəmə çəkişməsi gedir. Məlumat üçün bildirmişdir ki, Əzizbəyov rayon xalq deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 17 saylı qərarına əsasən X5 Mərdəkan qəsəbəsində 14/12 nömrli sahədə fərdi ev tikmək üçün 1200 kv metr torpaq sahəsi ayrılmışdır. Sonradan tarixi bəlli olmadan, kim tərəfindən düzəldilməsi bəlli olmadan, həmin qərarın üstündə düzəliş aparılaraq soyad və ata adı dəyişdirilmiş və Xəzər rayon İca Hakimiyyətinin möhürü vurularaq "Nejarov” “Nejmedin” sözləri qeyd edilmişdir. İlk növbədə qeyd edir ki, bu düzəliş özü özlüyündə düzgün deyildir. Bundan başqa qərarda qeyd edilən torpaq sahəsi məhz 14/12 nömrəli sahələridir. Lakin həmin zaman ona torpaq sahəsinin koordinatları verilməmişdir. Onun torpaq sahəsinə koordinat 17 il sonra Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə üzrə nümayəndəsi Muqbilov adlı şəxs tərəfindən verilmişdir. Halbuki həmin zaman qeyd olunan şəxsin və orqanın plan sxem ölçüsü vermək səlahiyyəti olmamışdır. Eyni zamanda qeyd etmək istəyir ki, 1991-ci il tarixli qərarda qeyd olunmuşdur ki. vətəndaş yəni X2 qərarı aldıqdan 1 il müddətində tikintiyə başlamalı və 3 il müddətində tikinti başa çatdırılmalıdır. Lakin torpaq sahəsi Eşqin Əliyev tərəfindən alınan vaxta yəni 10 aprel 2008-ci ilədək orada heç bir tikinti işləri aparılmamışdır. Bundan başqa qeyd edir ki, X13 məxsus olan torpaq sahəsi isə 5/131 saylı torpaq sahəsidir. X19 torpaq sahəsini aldıqdan sonra eyni zamanda ona torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Əlavə olaraq qeyd edir ki, qarşı tərəf çıxarışın ləğv olunması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra, X30 rayon İcra Hakimiyyətinin başçıçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəsi Müqbilov tərəfindən verilmiş plan sxemin ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hal hazırda qəbul olunmuş Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin icraatında araşdırma aparılan zaman X14 şikayət ərizəsi ilə müvafiq orqanlara müraciət edərək guya X9 dayısı Fəqani Təhməzov ilə birlikdə cinayət əlaqəsinə girərək müxtəlif instansiyalara təzyiq göstərdiyini sənədləri alqı satqı müqaviləsini saxtalaşdırdığını saxta etibarnamə, saxta razılıq ərizələri verildiyini, saxta sərəncam hazırladığını. Eşqin Əliyevin adına çıxarışın plan ölçünün cinayətkar qrupun yaradıcılığı olduğunu və dövlətin daşınmaz əmlakla bağlı bazasına nüfuz edərək Dövlətin təhliiksizliyə təhdid olduğunu bildirərək ağır ittihamda təqsirli bilmişdir,X15 "xxxx" MMC-da satış nümayəndəsi kimi çalışır. X14 onu Dövlət Təhlükəsizliyinə təhdidlərdə X19 ilə birlikdə nüfuz etdiyini və saxta sənədlərin düzəldilməsi ilə bağlı ittiham etmişdir. Torpaq sahəsinin alınması üçün cinayətkar qrupa daxil olaraq nolarial qaydada bağlanmış alqı satqı müqaviləsini saxtalaşdırmaq və saxta sərəncam düzəltmək kimi böhtan ataraq, müvafiq instansiyalara həmin sənədi göndərmişdir. Həmin ərizədə qeyd edilənlər böhtan xarakteri daşıyır. Şəxsi cinayət əməllərinin törətməsində ittiham edərək həmin məlumatı 10 ədəd müxtəlif instansiyalara göndərmişdir"Saxta sənədlərin hazırlanması ilə bağlı böhtan atması və eyni zamanda Dövlətin Təhlükəsizliyinə təhdidi ilə bağlı cinayət əməllərini törətməkdə ittiham cdərərk Ağır və Xüsusi ilə ağır böhtan atır. Bununla da, X16 Azərbaycan Respublikası CM-nin 147.1 və 147,2-ci maddələrinin tələbini pozaraq, həmin maddələrdə nəzərdə tutulan cinayəti törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdaliə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur.1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında Şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər başa düşülür.Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki. «...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, .. .qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax. Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır,-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2.-ci maddəsinə əsasən Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 147-ci maddəsində göstərilən cinayət üzrə xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir. 13.05.161-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 06 ay müddətinə azadlıqdan məhrum edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 müdafiəçisi Müdafiəçi2 Valeh oğlunun xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş şəxs X6 və onun müdafiəçisi və nümayəndəsi Müdafiəçi1 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsədə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi1 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ış materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlamaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər Lakin, CM-nin 147 və 148-cı maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən şikayət üzrə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. Ona görə də həmin əsasla xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, xüsusi ittihamçı məhkəməyə ünvanladığı öz şikayətində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 ağır cinayətdə ittiham etməklə ona böhtan atdığını, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 ona böhtan atdığını qeyd etmişdir. Lakin iş materiallarından göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 ağır cinayətdə ittiham etməklə X11 böhtan atması barədə şikayət vermiş şəxsin ifadələrini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, şikayət məhkəmə tərəfindən əsassız hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı,adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət ışı və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən məhkəmə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X18 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 43, 299, 300 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə X18 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-303/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-303/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver