Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-304/2025 24.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi X2 Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və qanuni nümayəndəsi X4 iştirakları ilə, xx xxxxx 2008-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, subay, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə, xx xxxxxx 2010-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü yeni yaşayış massivi, 1-ci Xudat Məlikaslanov küçəsi, ev 14 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1, xx xxxxxx 2010-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və istintaqda şəxsiyyətini müəyyən etmək mümkün olmayan “Əli” adlı şəxslə tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 11 noyabr 2024-cü il tarixdə saat 04:30 radələrində Zərərçəkmiş şəxs məxsus olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən "Davud market”in plastik materialdan olan giriş qapısını əvvəlcədən yaxınlıqdakı X5 məxsus təkər təmiri sexindən qapını əlləri ilə itələyib açaraq Təqsirləndirilən şəxs2 götürdüyü təkər təmirində istifadə olunan bizlə “Əli” adlı qrup üzvü ilə birlikdə açaraq əvvəllcədən razılaşdıqları kimi onu oraya gəlib-gedən olsa xəbər verməsi üçün küçədə nəzarətçi qoymaqla marketin işıqlarını sayğacdan keçirdərək əvvəlcə Təqsirləndirilən şəxs2la şəxsiyyəti məlum olmayan qrup üzvü “Əli” adlı şəxs, sonradan isə Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin marketdəki əmlakların saxlanc yeri olan ticarət salonuna qanunsuz daxil olmaqla həmin salonun vitrinindəki Zərərçəkmiş şəxs məxsus olan bir ədədinin dəyəri 4 manat olan 10 ədəd "X 7” markalı, bir ədədinin dəyəri 4,5 manat olan 10 ədəd "Sobranie" markalı, bir ədədinin dəyəri 2,5 manat olan 02 ədəd "Maqna" markalı siqaretləri torbaya yığıb götürməklə, eyni zamanda həmin marketin ticarət salonundakı saxlanc yeri olan kassa aparatının siyirtməsindən Zərərçəkmiş şəxs məxsus olan 300 manat məbləğində pulu”Əli” adlı şəxs götürməklə oradan aparıb ələ keçirərək aralarında bölüşdürüb Zərərçəkmiş şəxs ümumilikdə 390 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup saxs halında saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və istintaqda şəxsiyyətini müəyyən etmək mümkün olmayan “Əli” adlı şəxslə tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 11 noyabr 2024-cü il tarixdə saat 04:30 radələrində Zərərçəkmiş şəxs məxsus olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən "Davud market”in plastik materialdan olan giriş qapısını əvvəlcədən yaxınlıqdakı X5 məxsus təkər təmiri sexindən qapını əlləri ilə itələyib açaraq özünün götürdüyü təkər təmirində istifadə olunan bizlə “Əli” adlı qrup üzvü ilə birlikdə açaraq əvvəllcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 oraya gəlib-gedən olsa xəbər verməsi üçün küçədə nəzarətçi qoymaqla marketin işıqlarını sayğacdan keçirdərək əvvəlcə Təqsirləndirilən şəxs2la şəxsiyyəti məlum olmayan qrup üzvü “Əli” adlı şəxs, sonradan isə Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin marketdəki əmlakların saxlanc yeri olan ticarət salonuna qanunsuz daxil olmaqla həmin salonun vitrinindəki Zərərçəkmiş şəxs məxsus olan bir ədədinin dəyəri 4 manat olan 10 ədəd "X 7” markalı, bir ədədinin dəyəri 4,5 manat olan 10 ədəd "Sobranie" markalı, bir ədədinin dəyəri 2,5 manat olan 02 ədəd "Maqna" markalı siqaretləri torbaya yığıb götürməklə, eyni zamanda həmin marketin ticarət salonundakı saxlanc yeri olan kassa aparatının siyirtməsindən Zərərçəkmiş şəxs məxsus olan 300 manat məbləğində pulu “Əli” adlı şəxs götürməklə oradan aparıb ələ keçirərək aralarında bölüşdürüb Zərərçəkmiş şəxs ümumilikdə 390 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup saxs halında saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 yaşadığı məhlədən, “Əli” adlı şəxs isə Babəkin tanışı kimi tanıyır. Babək və Əli ona gəzməyi təklif ediblər, oğurluq edəcəklərin ona bildirməyiblər. Onlar oğurluq edən zaman o qorxduğu üçün qıraqda qalmışdır. Babək və Əli çıxarkən əllərində siqaret qutularının, 34 manat pulun olduğun görmüşdür. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında qanuni nümayəndəsinin yanında dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək qeyd etdi ki, hadisədən bir neçə ay əvvəl Nahidlə tanış olmuşdur. Əli də onun tanışıdır. Pulları olmadığı üçün Əlinin təklifi ilə onlar birlikdə oğurluq etməyi planlayıblar. Bu səbəbdən Binə qəsəbəasinə gəlmişlər. Əvvəlcə ətrafa göz gəzdirdikdən sonra hər üçü birlikdə mağazaya daxil olaraq oğurluq etmişlər. Mağazadan siqaret, saqqız və kassadan pul götürüblər. Sonradan mağazadan çıxaraq taksi sifariş verib “Xırdalanın dairəsinə” gedib orada olan kafedə oturub yemək yedikdən sonra götürdükləri hər şeyi bölüşüblər. Başqa bir neçə yerdən də oğurluq etmiş və həmin əməllərinə görə cinayət işi istintaq edilir. Törətdiyi əməlindən peşman olduğunu qeyd etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində özünə məxsus “Davud market” adlı ərzaq mağazası işlədir. xx.xx.2024-cü il tarixdə səhər saat 07:30 radələrində dükana yaxınlaşan zaman qapısının açıq olduğunu görmüşdür. Mağazanın içərisinə daxil olduqda girişdə olan kassa aparatının dağınıq şəkildə açıq olduğunu görmüşdür. Bundan sonra ərazinin sahə inspektoruna zəng vuraraq hadisə barədə məlumat vermişdir. Oğurluq hadisəsi zamanı ona ümumilkdə 390 (üç yüz doxsan) manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni sahədə yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - xx.xx.2024-cü il tarixli maddi sübuta baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni sahədə yerləşən “təkər təmiri” sexində baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - DİN-in Kriminalistik Təhqiqatlar idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni sahədə yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 ədəd əl izi Təqsirləndirilən şəxs2 sağ əlinin adsız barmaqları ilə eynilik təşkil edir; - 19 noyabr 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - 19 noyabr 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - 20 noyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi “Davud” marketin müşahidə kamerasında oğurluq zamanı marketin plastik qapısını sındırmağa çalışan şəxslərdən ilkin olaraq yaxınlaşan şəxs Təqsirləndirilən şəxs2, ikinci şəxsin isə “Əli” adlı şəxs, digərinin isə Təqsirləndirilən şəxs1dur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tələbnaməsidən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıb; - xx.xx.2024-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tələbnaməsidən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıb; - xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş 390 manat maddi ziyan tamamilə ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ərazisində yerləşən “Davud” marketdən etdiyi oğurluq yerini göstərmişdir; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ərazisində yerləşən “Davud” marketdən etdiyi oğurluq yerini göstərmişdir; - DİN-in Kriminalistik Təhqiqatlar İdarəsinin 02 aprel 2025-ci il tarixli 25/531 nömrəli ekspertiza rəyindən görünür ki, 1. xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni sahədə yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 04 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 02 ədəd əlbarmaq izi şəxsiyyətin eyinləşdirilməsi üçün yararlıdır, 2. Tədqiqata taqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs2 əl- barmaq va ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. 3. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin adsız (Giris qapısının üzərindən və Kassa aparatının qutusundan götürülümüş) (02 dəfə) əksi ilə eynilik müəyyən etmişdir; - Xəzər RPİ-nin 2-ci PŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixində tutularaq X3 üçün Penitensiar Müəssisəsinə təhvil verilmişdir; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(009)-171/2025 nömrəli hökmündən görünür ki, AR CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə Təqsirləndirilən şəxs1 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Təqsirləndirilən şəxs2 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur; - Bakı şəhəri Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(103)-1872/2025 nömrəli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(009)-171/2025 nömrəli hökmü və xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş, cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə göndərilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir; - E-məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi hal-hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır; - E-məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 CM-nin 18.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi halhazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama -qabaqcadan əlbir olan bir qrup halında, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 84.1-ci maddəsinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər X3 hesab olunur; 85.5.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxs olmasını, maddi ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin şikayətçi olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs olmasını, maddi ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin şikayətçi olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 hazırda Abşeron Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işlərinin olmasını, eyni zamanda bir neçə ibtidai mistintaq orqanının icraatında barəsində cinayət işinin ibtidai istintaqının aparılmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (yoxdur), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir (CM-85.5.1). Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), həyat və tərbiyə şərait, psixi inkişaf səviyyəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin edilmiş cəzaya hesablansın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət bir günə bir gün hesabı ilə ona təyin edilmiş cəzaya hesablansın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat olmaqla cəmi 400 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-304/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-304/2025
24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver