Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-305/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1, Zərərçəkmiş şəxs3 və Nağı-zadə Dilavər Əlikram oğlunun, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 06 avqust 1992-ci il tarixdə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Şənlik kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi “Rahat Nəfəs” yaşayış massivində kirayədə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 135/2021 saylı 08 aprel 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 aprel 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdə saat 02 radələrində yaşayış sahəsi olan Nağı-zadə Dilavər Əlikram oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yeni yaşayış sahəsində yerləşən bağ evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan evin plastik pəncərəsini açaraq evə daxil olmaqla 01 ədəd 550 manat dəyərində “Bosch” markalı, “ZWC 35-3 MFA 23 S8300” modeli kombi aparatı, 01 ədədi 25 manat olmaqla ümumi dəyəri 625 manat olan 25 ədəd istilik radiatorlarının krantını, 01 ədəd 150 manat olmaqla ümumi dəyəri 750 manat olan 5 ədəd su krantını və 01 metri 15 manat olmaqla ümumi dəyəri 225 manat olan 15 metr uzunluğunda qalın elektirik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 2150 (iki min yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 18 mart 2021-ci il tarixdə saat 03 radələrində yaşayış sahəsi olan Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan evin plastik pəncərəsini açıb evə daxil olmaqla 01 metri 2,50 manat olmaqla ümumi dəyəri 87,50 manat olan 35 metr uzunluğunda 6-lıq elektrik naqilini, 01 metri 0,90 manat olmaqla ümumi dəyəri 45 manat olan 50 metr uzunluğunda 2,5-lik elektrik naqilini, 01 cüt 40 manat dəyərində kişi ayaqqabısını, 01 ədəd 80 manat dəyərində tefalı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 252,50 (iki yüz əlli iki manat əlli qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 20 mart 2021-ci il tarixdə saat 02 radələrində yeni tikilmiş X2 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən evin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə qapısı olmayan evə daxil olmaqla evdən 01 metri 1 manat ümumi dəyəri 200 manat olan 200 metr uzunluğunda 6-lıq elektirik naqilini gizli olaraq talayıb zərərçəkmiş X2 ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 23 mart 2021-ci il tarixdə saat 03 radələrində yaşayış sahəsi olan Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən bağ evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan yarımtikilinin içərisindən 04 ədəd qədimi aşsüzəni, 04 ədəd qazanı, 06 ədəd mis tavanı, avtomobil üçün açar dəstini və tikinti materiallarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 31 mart 2021-ci il tarixdə saat 01 radələrində yaşayış sahəsi olan Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivində yerləşən evin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan evin plastik pəncərəsinin dəmir barmaqlığını sındırıb plastik pəncərəni vintaçanla açma yolu ilə evə daxil olaraq evdən 01 ədəd 350 manat dəyərində Malaziya istehsallı 43 düyüm “Samsung” markalı “RS43F4000AW” modelli televizoru, 01 ədəd 240 manat dəyərində elektrik samovarını, 01 ədəd 100 manat dəyərində ətçəkən maşını, 01 ədəd 100 manat dəyərində şirəçəkən maşını, 01 ədəd 120 manat dəyərində “Panosonic” markalı ev telefonunu, 01 ədəd 40 manat dəyərində “Vife” aparatını, 01 dəsti 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 02 dəst qaşığı, 01 dəst 320 manat dəyərində qazan dəstini, 01 cüt 60 manat dəyərində kişi ayaqqabısını, 01 ədəd 15 manat dəyərində qırmızı rəngli üzərində “Poailobo” yazısı yazılmış kiçik ölçülü, təkərli yük çamadanı, ümumi dəyəri 500 manat olan dəsmallar, süfrələr, yataq dəstləri olan əşyaları və 01 ədəd 415 manat dəyərində xalçanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2560 (iki min beş yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, bir çox müddət iş tapmadığı üçün maddi vəziyyəti ilə bağlı çətinlik çəkdiyinə görə oğurluq etmək qərarına gəlmişdir. 12 mart 2021-ci il tarixdə saat 01:30 radələrində əvvəllər yaşadığı və eləcə də ərazisini yaxşı tanıdığı Binə qəsəbəsinə getmişdir. Saat təxminən 02 radələrində Bolluq yaşayış sahəsinə çatmış, orada işıqları yanmayan ikimərtəbəli evi görüb həmin evə daxil ola biləcəyini düşünmüşdür. Bundan sonra hasardan keçmə yolu ilə içəri daxil olmuş və plastik pəncərəni vintaçanla açıb evin içinə daxil olmuşdur. Həmin vaxt evin yarımtikili olduğunu, hal-hazırda təmir işləri aparıldığını görmüş, lakin evin içərisində hər hansı bir qiymətli əşya görməmişdir. Bundan sonra otaqların birində quraşdırılmış vəziyyətdə bir ədəd kombi aparatının olduğunu görüb onu yerindən sökərək çıxartdıqdan sonra parçaya büküb ətrafda olan boş bir həyətdə gizlətmişdir. Ertəsi gün həmin kombi aparatının şəkillərini çəkib “Tap.az” saytında 700 manata yerləşdirmiş, qısa müddət ərzində Vüsal adlı şəxs ona zəng edərək kombi aparatını almaq istədiyini bildirmişdir. O, Vüsal ilə Zığ dairəsində görüşüb 600 manata razılığa gəlmiş, həmin pulu ondan alıb şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra 18 mart 2021-ci il tarixdə saat 03 radələrində Binə qəsəbəsinə getmişdir. Südçülük sovxozu ərazisində bir qədər gəzişib oğurluq etməyə ev axtaran zaman birmərtəbəli kürsülü ev onun diqqətini çəkmişdir. Hasardan aşaraq evin həyətinə daxil olmuş, evin plastik pəncərəsini vintaçanla açıb içəri girmiş, lakin orada hər hansı bir qiymətli əşya görməmişdir. Evdə otaqların birində olan plastik qapını sındırb otağa daxil olmuş, otaqdan təxminən 30-35 metr uzunluğunda açıq vəziyyətdə olan 6-lıq kabeli, bundan başqa, həmin otaqda olan üzərindən işlənmiş 2,5-lik 50 metr uzunluğunda olan kabeli, bir cüt kişi ayaqqabısını və tefalı götürüb oğurlayaraq oradan da girdiyi qayda ilə çıxmışdır. Həmin əşyaları aparıb gizlətmiş, ertəsi gün onların şəkillərini çəkib ümumilikdə 60 manata satdığını qeyd edərək “Lala Fo” saytına yerləşdirmişdir. Qısa müddət ərzində adını və hazırda əlaqə nömrəsini bilmədiyi şəxslərə həmin əşyaları ayrı-ayrılıqda satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra 20 mart 2021-ci il tarixdə saat 01 radələrində Binə qəsəbəsinə gedərək Südçüllük sovxozu ərazisində oğurluq etmək üçün ev axtarmışdır. Orada üçmərtəbəli bir ev onun diqqətini çəkmiş, hasardan aşaraq həmin evin həyətinə keçmişdir. Həmin ev yaşayış olmayan yeni tikilmiş ev olmuşdur. Giriş qapısı olmayan evə girib ikinci mərtəbəyə çıxmış, içəridə hissə-hissə olan ümumilikdə 200 metrə yaxın 6-lıq elektrik naqilini özü ilə götürüb həmin evdən çıxmış, qəsəbədə yarımtikililərin birində onu gizlətmiş, səhər açıldıqdan sonra səyyar metal yığanlara ümumilikdə 90 manata satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. 23 mart 2021-ci il tarixdə saat 03 radələrində Binə qəsəbəsi bağlar sahəsində gəzişərək oğurluq etmək üçün ev axtararkən işıqları yanmayan bir ev onun diqqətini çəkmişdir. O, ətrafda kimsənin onu görməməsindən tam əmin olub hasardan həmin evin həyətinə aşmışdır. Həyətdən görünmüşdür ki, orada uzun müddətdir yaşayış yoxdur. Evin qapısının açıq olduğunu görüb içəri girərək otaqları axtarmışdır. Otaqların birində köhnə soyuducunun içərisində olan tavaları, dəmir qazanları, aşsüzənləri, başqa otaqda olan qədimi samovarı, bir neçə idman ayaqqabısını və avtomobil təmiri üçün açarları götürüb torbaya yığaraq oradan girdiyi qayda ilə çıxmışdır. Həmin əşyaları aparıb gizlətmiş, səhəri gün onların şəkillərini çəkib ümumilikdə 60 manata satdığını qeyd edərək “Tap.az” saytına yerləşdirmişdir. Daha sonra isə onları hissə-hissə olmaqla müxtəlif şəxslərə satıb ümumilikdə 65 manat pul əldə etmiş, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, sonuncu dəfə, yəni tutulmamışdan öncə 31 mart 2021-ci il tarixdə saat 01 radələrində Binə qəsəbəsi Bolluq yaşayış massivində yerləşən evlərin birindən oğurluq etmək qərarına gəlmişdir. Onu kimsənin görməməsindən tam əmin olub hasardan aşaraq həmin işıqları yanmayan evin həyətinə tullanmışdır. Həyətdə olan evin plastik pəncərəsinin dəmir barmaqlığını dartıb qıraraq plastik pəncərəni vintaçanla açıb içəri daxil olmuşdur. Ev göründüyü kimi, yaşayış üçün yararlı ev olmuşdur. O, evin içərisindən 01 ədəd “Samsung” markalı televizoru, 01 ədəd elektrik samovarını, 01 ədəd ətçəkən maşını, 01 ədəd şirəçəkəni, 01 ədəd “Panosonic” markalı ev telefonunu, 01 ədəd “Vife” aparatını, 02 dəst qaşığı, 01 dəst 4-lü qazan dəstini, 01 ədəd qırmızı rəngli çamadanı, çamadanın içərisində dəsmallar, süfrələr, yataq dəstləri də olmuşdur, bundan başqa, 01 ədəd xalçanı, 01 cüt ayaqqabını oğurlayıb daşıyaraq pəncərədən çölə yığmışdır. Daha sonra isə həmin əşyaları daşıyıb küçəyə yığaraq aparıb yarmtikililərin birində gizlətmişdir. Səhəri gün həmin əşyaların şəkillərini bir-bir çəkib “Tap.az” saytına, televizoru isə “Lala fo” saytında yerləşdirmişdir. Orxan adlı şəxs ona zəng vuraraq özünə televizor lazım olduğunu bildirmiş, o da həmin televizoru satmaq üçün onunla “Azadlıq” metrostansiyasının yaxınlığında görüşmüşlər. Orxan televizorun ekranında çat olduğunu gördükdə onu 80 manata alacağını bildirmiş, o da onunla razılaşmış, hətta onu inandırmaq üçün həmin televizorun özünə məxsus olduğunu demişdir. Televizoru satıb geri qayıtmışdır. Namiq adlı şəxsə ətçəkən və şirəçəkən maşınları, 4-lü qazan dəstini 60 manata satmış, digər əşyaları isə tanımadığı ayrı-ayrı şəxslərə satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bütün oğurluqları tək etmiş, oğurladığı usta alətlərini və elektrik əşyalarını satan zaman həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini onları ondan alan şəxslərə deməmişdir. Törətdiyi əməllərdən peşmançılıq çəkir, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2, Zərərçəkmiş şəxs3, Nağı-zadə Dilavər Əlikram oğluna dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etmişdir. Hazırda həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. Lakin maddi imkanı olmadığı üçün digər Zərərçəkmiş şəxs5 dəymiş ziyanı ödəyə və onunla barışıq əldə edə bilməmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 30 mart 2021-ci il tarixdə yaşadıqları evdən kilidləri bağlayıb çıxmışlar. Evdə hər şey qaydasında olmuşdur. 02 aprel 2021-ci il tarixdə səhər saatlarında onlar yaşadıqları evə gedib qapını kiliddən açıb həyətə daxil olmuşlar. Evə yaxınlaşanda yataq otağının pəncərəsinin dəmir barmaqlığının qırıq olduğunu və plastik pəncərənin açıq vəziyyətdə olduğunu görüb dərhal evin içərisinə baxmış və evdən oğurluq olduğunu başa düşmüşdür. Həmin oğurluq zamanı ona məxsus 01 ədəd 1200 manat dəyərində “Samsung” markalı televizor, 01 ədəd 240 manat dəyərində elektrik samovarı, 01 ədəd 100 manat dəyərində ətçəkən maşın, 01 ədəd 100 manat dəyərində şirəçəkən maşın, 01 ədəd 120 manat dəyərində “Panasonic” markalı ev telefonu, 01 ədəd 40 manat dəyərində “Vife” aparatı, 01 dəsti 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 02 dəst qaşıq, 01 dəst 320 manat dəyərində qazan dəsti, 01 cüt 60 manat dəyərində kişi ayaqqabısı, 01 ədəd 45 manat dəyərində içərisində ümumi dəyəri 500 manat olan dəsmallar, süfrələr, yataq dəstləri olan əşyalar və 01 ədəd 415 manat dəyərində xalça oğurlanmışdır. O, bu barədə dərhal DİN “102” zəng mərkəzinə məlumat vermişdir. Bir qədər keçmiş polis əməkdaşları gəlib müayinə apararaq protokol tərtib edib fotoşəkillər çəkmişlər. Həmin oğurluq nəticəsində ona ümumilikdə 3200 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, onun yaşadığı evin həyətində yeni tikilmiş, lakin təmir olunmamış ev vardır. Həmin evin pəncərələri qoyulmuş, elektirik xətləri çəkilmişdir. 01 aprel 2021-ci il tarixdə onlara məlum olmuşdur ki, evin içərisindən 1 metri 1 manat olan ümumi dəyəri 200 manat uzunluğunda olan 6-lıq elektirik naqili oğurlanmışdır. Bu barədə dərhal DİN “102” zəng mərkəzinə məlumat vermişdir. Bir qədər keçmiş polis əməkdaşları gəlib müayinə apararaq protokol tərtib edib fotoşəkillər çəkmişlər. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, o, Yasamal rayonunda qeydiyyatda olub yaşasa da, Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivində özünə məxsus bağ evi vardır. Həmin bağ evinə arabir gedib baş çəkirmiş. Sonuncu dəfə 25 mart 2021-ci il tarixdə o, bağ evində olan vaxt hər şey öz qaydasında olmuşdur. 03 aprel 2021-ci il tarixdə o, növbəti dəfə evə baxmağa gəldikdə evin həyətində olan əl damının dağıdıldığını, 01 ədədi 35 manat olan 04 ədəd qədimi aşsüzənin, 01 ədəd 400 manat dəyərində qədimi samovarın, 200 manat dəyərində 4 ədəd dəstdən ibarət qazan dəstinin, 6 ədəd dəstdən ibarət 250 manat dəyərində mis tavaların, 150 manat dəyərində avtomobil açar dəstinin və 360 manat dəyərində tikinti materiallarının yerində olmadığını - oğurlandığını aşkar etmişdir. Həmin günün səhəri, yəni 04 aprel 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsi barədə Xəzər RPİ 3-cü PB-nə müraciət etmişdir. Oğurluq nəticəsində ona dəymiş maddi ziyan 1500 manat təşkil edir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Nağı-zadə Dilavər Əlikram oğlu göstərdi ki, Binə qəsəbəsi Natavan küçəsində yaşasa da Binə qəsəbəsi Bolluq yaşayış sahəsində ona məxsus yeni tikili evi vardır. Həmin evi oğlu üçün tikmiş və orada yaşayış yoxdur. Arabir həmin ünvana gedib baş çəkirmişlər. Sonuncu dəfə 2021-ci ilin fevral ayının 20-si həyətdə olan zaman evdə hər bir şey qaydasında olmuşdur. 04 aprel 2021-ci il tarixdə o, evə baş çəkməyə getdikdə evin pəncərəsinin açıq vəziyyətdə olduğunu aşkar etmiş, evə baxış keçirtdikdə evdə divara bərkidilmiş 1 ədəd 2000 manat dəyərində qızdırıcı kombinin, 1 ədədinin qiyməti 25 manat olan 25 ədəd cəmi 625 manat dəyərində qızdırıcı kombinin radiatorlarının krantlarının, hamamın icərisində karopkada olan 750 manat dəyərində 5 ədəd su krantının və təqribən 225 manat dəyərində 15 metr uzunluğunda qalın mis kabelin yerində olmadığını - oğurlandığını aşkar etmişdir. Bununla da ona ümumilikdə 3500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən Yeni yaşayış sahəsində özü üçün yeni ev inşa etdirmişdir. Həmin evin qapı-pəncərələrini qoydurmuş, hətta bir otağı normal təmir etdirmişdir. Həmin otaqda da özünə məxsus müəyyən əşyalar varmış. 04 aprel 2021-ci il tarixdə səhər saatlarıda evə baş çəkmək üçün getmiş, həmin vaxt evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Dərhal qapının kilidini açıb evə daxil olan zaman ona məlum olmuşdur ki, evə oğurluğa girən şəxs evin içərisində olan otağın 130 manat dəyərində olan təzə plastik qapısını sındırıb otağa girərək 01 metri 2,50 manat olmaqla ümumi dəyəri 87,50 manat olan 35 metr uzunluğunda 6-lıq elektrik naqilini, 01 metri 0,90 manat olmaqla ümumi dəyəri 45 manat olan 50 metr uzunluğunda 2,5-lik elektrik naqilini, 01 cüt 40 manat dəyərində kişi ayaqqabısını, 01 ədəd 80 manat dəyərində tefalı oğurlamışdır. O, bu barədə dərhal DİN “102” zəng mərkəzinə məlumat vermişdir. Bir qədər keçmiş polis əməkdaşları gəlib müayinə apararaq protokol tərtib edib fotoşəkillər çəkmişlər. Həmin oğurluq nəticəsində ona ümumilikdə 252,50 manat məbləğində maddi ziyan dəymiş, 130 manat dəyərində də əmlakı zədələnmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Zərərçəkmiş şəxs5 dəymiş həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, özü üçün ucuz qiymətə televizor almaq məqsədi ilə internetdə “Lalafo” saytında televizorlara baxarkən 01 aprel 2021-ci il tarixdə adını Sakit kimi qeyd edən bir şəxsin 107 ekran “Samsung” markalı televizorunu 130 manata satdığı elanı görmüşdür. O, Sakitin hazırda xatırlamadığı nömrəsi ilə əlaqə saxlayıb həmin televizorların xüsusiyyətləri ilə maraqlanmış və həmin televizoru baxıb almaq üçün “Azadlıq” metrostansiyasının yaxınlığında Sakitlə görüşmüşdür. Televizora baxdıqdan sonra onun ekran hissəsində çat olduğundan onu 80 manata alacağına razılaşmışdır. Hətta Sakit bildirmişdir ki, televizor özünə məxsusdur, pula ehtiyacı olduğu üçün satır. Bundan sonra o, televizoru Sakitdən götürüb ona 80 manat verərək sağollaşıb getmişdir. Həmin televizorun oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, özünə ucuz qiymətə Kombi aparatı almaq üçün “Tap.az” saytında axtarmağa başlamışdır. 2021-ci ilin təxminən mart ayının 15-də Sakit adlı şəxsin həmin saytda 700 manata “Bosh” markalı kombi aparatını satdığını görüb onu almaq üçün əlaqə saxlamışdır. Sakit ilə ünvan təyin edib görüşmüş, aparatına baxdıqdan sonra onu 600 manata Sakitdən almış, hətta ona bildirmişdir ki, kombi aparatının hər hansı bir nasazlığı çıxarsa gətirib qaytaracaq, Sakit də onunla razılaşmışdır. Bundan bir neçə gün sonra polis əməkdaşları həmin kombini gəlib quraşdırdığı yerdən oğurluq olduğunu bildirərək götürmüşlər. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan təqdim etmə və baxış keçirmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş 01 ədəd ədəd “Samsung” markalı televizora və 01 ədəd qırmızı rəngli yük çamadanına baxarkən həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan təqdim etmə və baxış keçirmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ona təqdim edilmiş 01 ədəd ədəd “Bosch” markalı kombi aparatına baxarkən ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan təqdim etmə və götürmə barədə qərardan, protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs aldığı 01 ədəd “Samsung” markalı televizor maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 may 2021-ci il tarixli 9/2235 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin mart ayına olan orta bazar qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd “Bosch” markalı, “ZWC 35-3 MFA 23 S8300” modelli kombi aparatı - 550,00 manat; 01 ədəd Malaziya istehsallı, 43 düyüm “Samsung” markalı, “RS43F4000AW” modeli televizor zədələnməmişdən əvvəl normal vəziyyətdə - 350,00 manat. Həmin televizorun hansı dərəcədə zədəli olduğu həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edildikdən sonra qalıq dəyərini müəyyən etmək olar. 01 ədəd qırmızı rəngli, üzərində “Poailobo” yazısı yazılmış kiçik ölçülü, təkərli yük çamadanı qulpu qırıq vəziyyətdə - 15,00 manat. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi barədə 16 may 2021-ci il tarixli Qərardan görünür ki, maddi sübutlar olan 01 ədəd “Samsung” markalı televizorun, 01 ədəd yük çamadanının və 01 ədəd “Bosh” markalı kombi aparatının qiymətləndirilməsi üçün müvafiq ekspertiza keçirilmiş, buna görə də həmin əmlakların qiymətləri zəərçəkmiş şəxslərin ifadələrində göstərildiyi kimi yox, ekspertiza rəyində göstərildiyi kimi qiymətləndirilmiş, digər oğurlanmış əşyaların qiymətləri zərərçəkmiş şəxslərin ifadələrində bildirdikləri kimi qiymətləndirilmişdir. İş materiallarından görünür ki, iş üzrə əldə olunmuş 01 ədəd “Bosch” markalı, “ZWC 35-3 MFA 23 S8300” modelli kombi aparatı maddi sübut kimi tanınmış və 12 may 2021-ci il tarixli qəbzlə zərərçəkmiş şəxs Nağı-zadə Dilavər Əlikram oğluna qaytarılmışdır. İş materiallarından görünür ki, iş üzrə əldə olunmuş 01 ədəd Malaziya istehsallı, 43 düyüm “Samsung” markalı, “RS43F4000AW” modeli televizor, 01 ədəd qırmızı rəngli, üzərində “Poailobo” yazısı yazılmış kiçik ölçülü, təkərli yük çamadanı maddi sübut kimi tanınmış və 13 may 2021-ci il tarixli qəbzlə Zərərçəkmiş şəxs1 qatarılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22 oktyabr 2015-ci il təvəllüdlü X4 və 24 mart 2020ci il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan və Ağcabədi rayon İH-nin Ağcabədi rayonunun Şənlik kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə yaşadığı müddət ərzində müsbət xarakterizə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlləri etiraf edərək peşman olmasını, dörd zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 06 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs1, X2, Zərərçəkmiş şəxs3 və Nağı-zadə Dilavər Əlikram oğluna dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs5 tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs5 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 06 aprel 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs1, X2, Zərərçəkmiş şəxs3 və Nağı-zadə Dilavər Əlikram oğluna dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs5 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-305/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-305/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver