Məhkəmə qərarları › İş №1(003)-305/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-305/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-305/2023 17.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, tərcüməçi X3 və təqsirləndirilən şəxs Tahır Zubaırın iştirakları ilə, 10 mart 1980-ci il tarixdə Pakistan İslam Respublikasının Veharı şəhərində doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, "xxxx" MMC-nin direktoru işləyən, Pakistan İslam Respublikasının Veharı şəhəri X21 Bazarı blok № ünvanda qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Tahır Zubaırın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Tahır Zubaır 26 oktyabr 2022-ci il tarixdə özünə məxsus olan 5 ədəd kağız bükümdə, hər bükümdə 100 ədəd 100 nominallı olmaqla, 50000 ABŞ dollarını zəncirbəndlə bağlanmış qara rəngli çamadanının içərisindəki şəxsi geyim əşyalarının arasına, 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, 10000 ABŞ dollarını mavi rəngli çamadanın içərisinə, 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, 10000 ABŞ dollarını, 1 ədəd kağız bükümdə 170 ədəd 50 nominallı olmaqla, 8500 Avronu yapışqanlı lentlə sarınmış boz rəngli çamadanın içərisindəki qara rəngli gödəkcənin iç ciblərinə, 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, 10000 ABŞ dollarını həmin çamadanın içərisindəki mavi rəngli kostyumun şalvarının cibinə, 14 ədəd 50 nominallı və 5 ədəd 20 nominallı olmaqla, 800 İngiltərə Funt sterlinqini, 16 ədəd 100 nominallı və 1 ədəd 20 nominallı olmaqla, 1620 ABŞ dollarını, 21 ədəd 100 nominallı və 33 ədəd 50 nominallı olmaqla, 3750 Avronu qara rəngli bel çantasının içərisinə yerləşdirərək həmin tarixdə, saat 17:10 radələrində PK 160 saylı Bakı-Lahor aviareysi ilə Pakistan İslam Respublikasının Lahor şəhərinə gedərkən Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına X10 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X17” gömrük postunda ümumilikdə xeyli miqdarda – 161016,50 manat dəyərində cəmi 81620 ABŞ dolları, 12250 Avro və 800 İngiltərə funt sterlinqi pul əskinaslarını Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və gömrük nəzarəti zamanı qeyd edilən pul əskinasları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Tahır Zubaır ona Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı özünü tqsirli bilərək göstərmişdir ki, o, Pakistan İslam Respublikasının vətəndaşıdır. Pakistan İslam Respublikası, Veharı şəhəri, X21 bazarı, blok N ünvanında qeydiyyatda olmaqla yaşamış, müvəqqəti olaraq ünvan 2 ünvanında yaşayır. Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyir. Direktorluq etdiyi şirkət turizm sahəsində fəaliyyət göstərir. Pakistan və Hindistandan gələn turistlərin Azərbaycan Respublikasında qarşılanması və yerləşdirilməsi ilə məşğul olmuşdur. Uzun müddətdir Bakı şəhərində fəaliyyət göstərir və 2006-cı ildən bəri mütəmadi olaraq Bakı şəhərinə gəlib-getmişdir. Gürcütsan, Pakistan İslam Respublikası və Qazaxıstan Respublikasında da turizm şirkətləri vardır. "xxxx" ASC-nin və "xxxx" ASC-nin Bakı şəhərində yerləşən müxtəlif bankomatlarından gündəlik 3000 ABŞ dolları nağdlaşdırmışdır. Həmçinin Azərbaycan Respublikasına gələn turistlərdən də xidmət haqqı kimi nağd qaydada pul almış, topladığı pullar məşğul olduğu biznes fəaliyyəti ilə əlaqədar olmuşdur. Həmin pulları nağdlaşdırmaqda əsas məqsədi Bakı şəhərində 3 və ya 4 otaqlı mənzil almaq olmuşdur. Lakin əlində olan pul vəsaiti mənzil almağa kifayət etməmişdir. Bakı şəhərində ev almaqla ailə üzvlərini də Bakı şəhərinə gətirmək istəmişdir. Həmçinin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq istəmiş, bunun üçün Azərbaycan Respublikası Miqrasiya Xidmətinə müraciət etmiş, lakin Miqrasiya Xidməti məlum olmayan səbəbə görə onun Azərbaycan Respublikasında müvəqqəti yaşamasına icazə verməmişdir. Buna görə də əlində olan pul vəsaiti ilə birlikdə Pakistan İslam Respublikasına qayıtmaq istəmişdir. Bütün pullarını 3 çamadanına və 1 bel çantasına yerləşdirmiş və 26 oktyabr 2022-ci il tarixdə Bakı-Lahor aviareysi ilə Pakistan İslam Respublikasına getmək üçün Bakı X17na yaxınlaşmışdır. Hava Limanının 1-ci mərtəbəsində qeydiyyatdan keçmiş və pullarını yerləşdirdiyi çamadanlardan ikisini baqaj bölməsinə təhvil vermiş, çamadanlardan birini və bel çantasını isə özü ilə daşıyaraq uçuş zalına getmək üçün hava limanının 3-cü mərtəbəsinə qalxmış və orada qeydiyyatdan keçmişdir. Pasport qeydiyyatından keçdikdən sonra uçuş zonasına daxil olmuşdur. Uçuş zonasında olduğu müddətdə gömrük xidməti əməkdaşları ona yaxınlaşaraq çamadanlarına baxış keçirilməsi üçün onu hava limanının aşağı mərtəbəsinə dəvət etmişlər və aparmşlar. Daha sonra gömrük xidməti əməkdaşı ona ingilis dilində tərtib edilmiş hüquq və vəzifələri barədə bildirişi təqdim edərək ona məxsus olan çamadanlarda və bel çantasında gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan ediləsi hər hansı predmetin olub-olmamasını ondan soruşmuş, o da ona məxsus olan çamadanlarda və bel çantasında gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan ediləsi hər hansı predmetin olmadığını gömrük xidməti əməkdaşına bildirmişdir. Bundan sonra ona məxsus olan, baqaj kimi daşıyıcıya təhvil verdiyi, qara və mavi rəngli çamadanlara, özü ilə daşıdığı və müşayiət etdiyi qara rəngli bel çantasına və ağ rəngli yapışqanlı lentlə sarınmış boz rəngli çamadana onun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə gömrük xidməti əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı ona məxsus olan, müşayiət olunmayan baqaj kimi daşıyıcıya təhvil verdiyi qara rəngli çamadanın içərisindən şəxsi geyim əşyalarının arasında 6 ədəd kağız bükümdə, hər bükümdə 100 ədəd 100 nominallı olmaqla, ümumilikdə 60000 ABŞ dolları pul vəsaiti aşkar edilmişdir. Bundan sonra ona məxsus olan, müşayiət olunmayan baqaj kimi daşıyıcıya təhvil verdiyi mavi rəngli çamadan açılmış və həmin çamadana baxış keçirilmişdir. Baxış zamanı ona məxsus mavi rəngli çamadanın içərisindən 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, ümumilikdə 10000 ABŞ dolları pul vəsaiti aşkar edilmişdir. Daha sonra ona məxsus olan, özü ilə daşıdığı və müşayiət etdiyi qara rəngli bel çantasına və ağ rəngli yapışqanlı lentlə sarınmış boz rəngli çamadana baxış keçirilmişdir. Baxış zamanı ona məxsus olan qara rəngli bel çantasının içərisindən 14 ədəd 50 nominallı və 5 ədəd 20 nominallı olmaqla, ümumilikdə 800 İngiltərə Funt sterlinqi, 16 ədəd 100 nominallı və 1 ədəd 20 nominallı olmaqla, ümumilikdə 1620 ABŞ dolları, 21 ədəd 100 nominallı və 33 ədəd 50 nominallı olmaqla, ümumilikdə 3750 Avro pul vəsaiti və ağ rəngli yapışqanlı lentlə sarılmış boz rəngli çamadanın içərisindəki qara rəngli gödəkcənin iç ciblərindən 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, ümumilikdə 10000 ABŞ dolları, 1 ədəd kağız bükümdə 170 ədəd 50 nominallı olmaqla, ümumilikdə 8500 Avro və mavi rəngli kostyumun şalvarının cibindən 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, ümumilikdə 10000 ABŞ dolları pul vəsaiti aşkar olunmuşdur. Ondan aşkar edilmiş cəmi 91620 ABŞ dolları, 12250 Avro və 800 İngiltərə funt sterlinqi pul vəsaiti qablaşdırılmaqla götürülmüş, sonra videoçəkilişlə üzərində şəxsi yoxlama keçirilmişdir. Şəxsi yoxlama zamanı üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan ediləsi hər hansı predmet aşkar edilməmişdir. Bütün bunlarla bağlı protokollar tərtib edilmiş və həmin protokollar tərcüməçi tərəfindən ona tərcümə edilərək oxunmuş, o da həmin protokolları imzalamışdır. Ondan aşkar edilərək götürülmüş pulun az qismi bel çantasında olmuşdur. Həmin pulları bel çantasına qoymaqda məqsədi lazım olduğu halda istifadə etmək olmuşdur. Qalan pulları isə özünə məxsus olan 3 ədəd çamadanda yerləşdirmişdir. Həmin çamadanlarda şəxsi geyim əşyaları, uşaqlarının geyim əşyaları olmuşdur. Pulları təhlükəsizlik baxımından və itməsin deyə paltarların arasında yerləşdirmişdir. Ondan aşkar edilərək götürülmüş pul vəsaitləri özünə məxsusdur. Həmin pulları özünə məxsus bank kartlarından ABŞ dolları şəklində nağdlaşdırmış, eləcə də Azərbaycan Respublikasına gələn turistlər isə xidmət haqqına görə İngilitərə funt sterlinqi, avro verdiklərinə görə həmin pulları yığıb Pakistan İslam Respublikasına aparmaq istəmişdir. Təhqiqat orqanına verdiyi izahatında anlaşılmazlıq yarandığından 03 oktyabr 2022-ci il tarixdə Abu-Dabı-Bakı aviareysi ilə gələrkən özü ilə birlikdə 20000 ABŞ dolları pul gətirdiyi qeyd edilmişdir. 03 oktyabr 2022-ci il tarixdə Abu-Dabı-Bakı aviareysi ilə gələrkən özü ilə birlikdə 20000 ABŞ dolları pul gətirməmişdir. Bir günlük səfər edib qayıtdığı üçün həmin vaxt üzərində az miqdarda pul olmuşdur. Həmin vaxt 20000 ABŞ dolları Bakı şəhərində yaşadığı evdə olmuş, onu da məşğul olduğu biznesi ilə bağlı əldə etmişdir. Hindistan Respublikası vətəndaşı X11 Sıngh 2022-ci ilin mart ayının sonlarında Azərbaycan Respublikasına səfər etmişdir. Həmin vaxt onun Bakı şəhərində, yəni Hava Limanında qarşılanması, Bakı şəhərində adını xatırlamadığı oteldə yerləşdirilməsi və yerləşdirildiyi oteldən Hava Limanına yola salınması rəhbərlik etdiyi və turizm fəaliyyəti ilə məşğul olan "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. X11 Sıngh Azərbaycan Respublikasına səfər etdiyi vaxt burada istifadə etmək məqsədi ilə ***-***-**-** saylı mobil telefon nömrəsini almış və burada qaldığı müddətdə istifadə etmişdir. 2022-ci ilin iyul ayının sonlarında X11 Sıngh Azərbaycan Respublikasından gedərkən istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin artıq lazım olmadığını və istədiyi təqdirdə istifadə etməsi üçün ona verə biləcəyini bildirmişdir. O da qeyd edilən vaxtdan həmin nömrəni ondan götürərək istifadə etməyə başlamış və hazırda da qeyd edilən mobil telefon nömrəsi onun istifadəsindədir. İstifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Azərbaycan Respublikasının vətəndaşı Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 01 oktyabr 2022-ci il tarixi, saat 15:22-dən 26 oktyabr 2022-ci il tarixi, saat 21:03-dək mütəmadi danışıqlar aparılmışdır. Həmin danışıqlar Rasimin onun xahişi ilə Azərbaycan Respublikasına turist kimi gələn əsasən Pakistan İslam Respublikası və Hindistan Respublikası vətəndaşlarını Hava Limanında qarşılaması, həmin turistləri Bakı şəhərində müxtəlif otellərdə yerləşdirməsi, Bakı şəhərində müxtəlif ünvanlara aparması və qaldıqları otellərdən götürüb Hava Limanına aparması ilə bağlı olmuşdur. 26 oktyabr 2022-ci il tarixdə olan danışıqları isə Rasimin onu Hava Limanına aparması və həmin hava limanından gətirməsi ilə bağlı olmuşdur. Rasim ilə 2022-ci ilin sentyabr sonlarında ünvan 5 ünvanında yerləşən mənzilini kirayə verməsi ilə bağlı tanışlıq münasibəti yaranmışdır. Həmin vaxtdan Azərbaycan Respublikasına turist kimi gələn əsasən Pakistan İslam Respublikası və Hindistan Respublikası vətəndaşlarını Rasimə məxsus olan ünvan 5 ünvanında yerləşən mənzildə kirayəçi kimi qalmaları üçün ona yönləndirmişdir. Rasim də özünə məxsus olan həmin ünvanda yerləşən mənzilini qeyd edilən turistlərə aylıq kirayə vermişdir. Bundan əlavə, Azərbaycan Respublikasına turist kimi gələn əsasən Pakistan İslam Respublikası və Hindistan Respublikası vətəndaşlarını Hava Limanında qarşılamağı, həmin turistləri Bakı şəhərində müxtəlif otellərdə yerləşdirməyi, Bakı şəhərində müxtəlif ünvanlara aparmağı və qaldıqları otellərdən götürüb Hava Limanına aparmağı Rasimdən xahiş etmişdir. Rasim də onun dediyi kimi, Azərbaycan Respublikasına turist kimi gələn əsasən Pakistan İslam Respublikası və Hindistan Respublikası vətəndaşlarını Hava Limanında qarşılayıb həmin turistləri ya özünə məxsus olan evdə, ya da müxtəlif otellərdə yerləşdirmiş, Bakı şəhərində müxtəlif ünvanlara və qaldıqları otellərdən götürüb Hava Limanına aparmışdır. Bununla bağlı Rasimə ödənişlər etmişdir. Hava Limanına gedib gəlməsi üçün Rasimə hər dəfə 30 manat ödəniş etmiş, digər yerlərə getdikdə isə Rasimə getdiyi məsafəyə uyğun olaraq fərqli məbləğdə ödəniş etmişdir. Bununla yanaşı, Rasim onun özünü də bir neçə dəfə Hava Limanına aparmışdır. Sonuncu dəfə 26 oktyabr 2022-ci il tarixdə də Rasim onu həmin vaxt kirayə yaşadığı mənzildən götürüb Hava Limanına aparmış və oraya çatdıqda 3 ədəd çamadanını və 1 ədəd bel çantasını minik nəqliyyat vasitəsindən götürərək Hava Limanının inzibati binasına daxil olmuşdur. Bundan sonra Rasim onu gözləməyərək çıxıb getmişdir. Həmin gün, saat 21 radələrində Rasimə zəng edərək çamadanlarında ölkə hüdudlarını tərk edərkən qanunla daşınmasına icazə verilən məbləğdən artıq pul vəsaitləri olduğu üçün gömrük orqanı əməkdaşları tərəfindən saxlanıldığını demiş və bir neçə saat sonra onu Hava Limanının inzibati binasından götürüb yaşadığı evə aparmasını xahiş etmişdir. Rasim da təqribən 1-2 saat sonra Hava Limanının inzibati binasına gələrək onu oradan götürüb həmin vaxt kirayə yaşadığı mənzilə aparmışdır. Yolda Rasim ondan nəyə görə özünə məxsus olan pulları çamadanlarında daşıdığını və bu barədə gömrük orqanı əməkdaşlarına məlumat vermədiyini soruşmuş, o da həmin pulların ev almaq üçün yığdığı pullar olduğunu, axşam içki, yəni viski qəbul etdiyi üçün gömrük orqanına bəyan etməməsinin problem yaratmayacağını zənn etdiyini, törətdiyi əməldən peşman olduğunu demişdir. Rasim də ona düzgün hərəkət etmədiyini bildirmişdir. Bakı şəhərində mənzil alıb ailə üzvləri ilə birlikdə burada daimi yaşamaq istədiyini Şahid4 demiş və bununla bağlı 2, 3 və ya 4 otaqlı mənzil tapmasını da xahiş etmişdir. Hətta Şahid4 özünə məxsus ünvan 7 ünvanında yerləşən 3 otaqlı evini və ünvan 5 ünvanında yerləşən 2 otaqlı evini də ona göstərmişdir. Lakin qeyd edilən mənzilləri bəyənməyərək daha böyük sahəyə malik mənzil almaq istədiyini və lakin əlində olan pul vəsaitinin həmin növ mənzili almağa kifayət etmədiyini Rasimə demişdir. Rasim də bununla əlaqədar ona daha bir söz deməmişdir. Rasim ingilis dilini bilmir, yalnız rus dilində danışa və başa düşə bilir. Rus dilində qismən danışa və başa düşə bilir. Bununla əlaqədar Rasim ilə rus dilində ünsiyyət saxlamışlar. İstifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Tamang Sujan adlı şəxsin adına qeydiyyata alınmış ***-***-**-** saylı, İmran Shahıd adlı və soyadlı şəxsin adına qeydiyyata alınmış ***-***-**-** saylı və X22 Sıngh adlı şəxsin adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil telefon nömrələri arasında danışıqlar aparılmışdır. Həmin danışıqların vaxtı və müddəti barədə cədvəllərlə tanış olmuşdur. Tamang Sujan, İmran Shahıd və X22 Sıngh Azərbaycan Respublikasına turist kimi səfər etmişlər. 26 oktyabr 2022-ci il tarixdə PK 160 saylı Bakı-Lahor aviareysi ilə Pakistan İslam Respublikasının Lahor şəhərinə getmək istəyərkən 178016,50 manat dəyərində cəmi 91620 ABŞ dollarını, 12250 Avronu və 800 İngiltərə funt sterlinqini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından aparacağı barədə Rasimin və ya hər hansı digər şəxsin qabaqcadan hər hansı məlumatı olmamışdır. Ondan aşkar edilərək götürülmüş 178016,50 manat dəyərində cəmi 91620 ABŞ dolları, 12250 Avro və 800 İngiltərə funt sterlinqi özünə məxsusdur. Bakı şəhərində fəaliyyət göstərən, direktoru və təsisçisi olduğu "xxxx" MMC turizm sahəsində fəaliyyət göstərir, yəni əsasən Pakistan İslam Respublikasından və Hindistan Respublikasından gələn turistlərin Azərbaycan Respublikasında qarşılanması, otellərə yerləşdirilməsi və yola salınması ilə məşğul olmuşdur. Gürcüstan, Pakistan İslam Respublikası və Qazaxıstan Respublikasında olan turizm şirkətləri də müvafiq olaraq yerləşdikləri ölkələrdə turistlərin qarşılanması, otellərə yerləşdirilməsi və yola salınması fəaliyyəti ilə məşğul olur. Göstərdiyi turizm xidmətləri ilə əlaqədar direktoru və təsisçisi olduğu "xxxx" MMC-nə, eləcə də Gürcüstan, Pakistan İslam Respublikası və Qazaxıstan Respublikasında olan turizm şirkətlərinə turistlər tərəfindən ödənilən xidmət haqları qeyd edilən şirkətlərin hesablarına, eləcə də adına qeydiyyata alınmış, "xxxx" ASC-yə məxsus olan bankomat kartı ilə yanaşı, Pakistan İslam Respublikasında fəaliyyət göstərən “MCB” banka məxsus **********137704 nömrəli, Hindistan Respublikasında fəaliyyət göstərən “AXİS BANK”a məxsus **********607083 nömrəli, Hindistan Respublikasında fəaliyyət göstərən “HDFC Bank”a məxsus **********522441 nömrəli və üzərində ******************** rəqəmləri əks olunmuş, Hindistan Respublikasında fəaliyyət göstərən “Federal Bank”a məxsus **********1708270 nömrəli bankomat kartlarına köçürülmüşdür. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə ala bilmədiyimdən 25 oktyabr 2022-ci il tarixdə direktoru və təsisçisi olduğu "xxxx" MMC-nin fəaliyyətini dayandırmış və bununla bağlı vergi orqanına da ərizə ilə müraciət etmişdir. Türkiyə Respublikasına, İran İslam Respublikasına, X6, eləcə də digər ölkələrə səfərləri əsasən şəxsi işləri, fəaliyyət sahəsi və Azərbaycan Respublikasında qalmağı üçün viza müddətinin yenilənməsi ilə bağlı olmuşdur. Hazırkı açıq məhkəmə iclasında bildirir ki, bu əməldə özünü təqsirli bilmir, çünki, birinci dəfə özü ilə nağd şəkildə özünə məxsus pulları apardığı üçün həmin pulları bəyan etməli olduğunu bilməmişdir. Pulları təhlükəsizlik baxımından və itməsin deyə paltarların arasında yerləşdirmişdir. Həmin pulları özünə məxsus bank kartlarından ABŞ dolları şəklində nağdlaşdırmış, eləcə də Azərbaycan Respublikasına gələn turistlər isə xidmət haqqına görə İngilitərə funt sterlinqi, avro verdiklərinə görə onları yığıb Pakistan İslam Respublikasına aparmaq istəmişdir. Əvvəllər heç bir cinayət törətməmişdir, himayəsində üç azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X4 Tətbiqi şöbəsinin böyük inspektoru işləyən Şahid1 göstərdi ki, 26 oktyabr 2022-ci il tarixdə Heydər Əliyev adına X10 faəliyyət göstərən “Terminal 1 X17” gömrük postunda növbə başçısı qismində xidməti fəaliyyətini həyata keçirmişdir. Həmin gün, saat 17 radələrində gömrük nəzarəti zamanı müşayiət olunmayan baqaj kimi daşıyıcıya təhvil verilmiş çamadanlar hava limanının bunkerində fəaliyyət göstərən DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X17” gömrük postunda rentgen aparatından keçirilərkən monitorda həmin çamadanlardan ikisinin, yəni qara və mavi rəngli çamadanların içərisində valyuta təsvirləri olduğunu görmüş və bu barədə həmin vaxt onunla birlikdə xidmətdə olan HNBGİ Skanlaşdırma və X4 Tətbiqi şöbəsinin inspektoru Şahid3 bildirmişdir. Bundan sonra HNBGİ Skanlaşdırma və X4 Tətbiqi şöbəsinin inspektoru Şahid3 da rentgen aparatının monitorunda həmin görüntülərə baxaraq qara və mavi rəngli çamadanların içərisində valyuta təsvirləri olduğunu ona demişdir. Bununla bağlı HNBGİ Skanlaşdırma və X4 Tətbiqi şöbəsinin rəis müavini Şahid2 ilə əlaqə saxlayaraq məlumat vermişdir. Daha sonra pul təsvirlərinin əks olunduğu həmin iki ədəd çamadanın, yəni qara və mavi rəngli çamadanların sahibinin qeyd edilən çamadanlara vurulmuş birkanın üzərində yazılmış ada əsasən Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaır olduğu və həmin şəxsin gömrük nəzarətindən, aviasiya təhlükəsizliyi və sərhəd yoxlamasından keçərək steril zonada uçuşu gözlədiyi tərəflərindən müəyyən edilmişdir. Bundan sonra Tahır Zubaır müşayiət olunmayan baqaj kimi daşıyıcıya təhvil verdiyi iki ədəd çamadanına yoxlama keçirilməsi üçün tərəflərindən steril zonadan özü ilə daşıdığı və müşayiət etdiyi qara rəngli bel çantası və ağ rəngli yapışqanlı lentlə sarınmış boz rəngli çamadanı ilə birlikdə hava limanının bunkerinə dəvət olunmuşdur. Daha sonra Tahır Zubaıra ingilis dilində tərtib edilmiş hüquq və vəzifələri barədə bildirişi təqdim edərək çamadanlarında və bel çantasında gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan ediləsi hər hansı predmetin olub-olmamasını soruşmuşdur. Tahır Zubaır da ona məxsus olan çamadanlarda və bel çantasında gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan ediləsi hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra bunkerdə Tahır Zubaıra məxsus, müşayiət olunmayan baqaj kimi daşıyıcıya təhvil verilmiş, zəncirbəndlə bağlanmış qara və mavi rəngli çamadanlara, özü ilə daşıdığı və müşayiət etdiyi qara rəngli bel çantasına və ağ rəngli yapışqanlı lentlə sarınmış boz rəngli çamadana Tahır Zubaırın, HNBGİ Skanlaşdırma və X4 Tətbiqi şöbəsinin rəis müavini Şahid2 və həmin şöbənin inspektoru Şahid3 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Tahır Zubaıra məxsus, müşayiət olunmayan baqaj kimi daşıyıcıya təhvil verilmiş, zəncirbəndlə bağlanmış qara rəngli çamadanın içərisindən şəxsi geyim əşyalarının arasında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanına bəyan edilməmiş 6 ədəd kağız bükümdə, hər bükümdə 100 ədəd 100 nominallı olmaqla, ümumilikdə 60000 ABŞ dolları pul vəsaiti aşkar edilmişdir. Bundan sonra Tahır Zubaıra məxsus, müşayiət olunmayan baqaj kimi daşıyıcıya təhvil verilmiş mavi rəngli çamadan açılmış və həmin çamadana baxış keçirilmişdir. Baxış zamanı Tahır Zubaıra məxsus mavi rəngli çamadanın içərisindən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanına bəyan edilməmiş 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, ümumilikdə 10000 ABŞ dolları pul vəsaiti aşkar edilmişdir. Daha sonra Tahır Zubaıra məxsus, özü ilə daşıdığı və müşayiət etdiyi qara rəngli bel çantasına və ağ rəngli yapışqanlı lentlə sarınmış boz rəngli çamadana baxış keçirilmişdir. Baxış zamanı Tahır Zubaıra məxsus olan qara rəngli bel çantasının içərisindən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanına bəyan edilməmiş 14 ədəd 50 nominallı və 5 ədəd 20 nominallı olmaqla, ümumilikdə 800 İngiltərə Funt sterlinqi, 16 ədəd 100 nominallı və 1 ədəd 20 nominallı olmaqla, ümumilikdə 1620 ABŞ dolları, 21 ədəd 100 nominallı və 33 ədəd 50 nominallı olmaqla, ümumilikdə 3750 Avro pul vəsaiti və ağ rəngli yapışqanlı lentlə sarılmış boz rəngli çamadanın içərisindəki qara rəngli gödəkcənin iç ciblərindən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanına bəyan edilməmiş 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, ümumilikdə 10000 ABŞ dolları, 1 ədəd kağız bükümdə 170 ədəd 50 nominallı olmaqla, ümumilikdə 8500 Avro və mavi rəngli kostyumun şalvarının cibindən 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, ümumilikdə 10000 ABŞ dolları pul vəsaiti aşkar olunmuşdur. Tahır Zubaırdan aşkar edilmiş cəmi 91620 ABŞ dolları, 12250 Avro və 800 İngiltərə funt sterlinqi pul vəsaiti tərəflərindən qablaşdırılmaqla götürülmüşdür. Daha sonra videoçəkilişlə Tahır Zubaırın üzərində soyundurulması ilə müşahidə edilməyən şəxsi yoxlama keçirmişdir. Şəxsi yoxlama zamanı Tahır Zubaırın üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan ediləsi hər hansı predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş pul vəsaitləri araşdırma aparılması üçün tərəflərindən HNBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinə təhvil verilmişdir. Bütün bunlarla bağlı tərəfindən protokollar tərtib edilmiş, baxışda və şəxsi yoxlamada iştirak edən şəxslər də həmin protokollarla tanış olub imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DGK HNBGİ Skanlaşdırma və X4 Tətbiqi şöbəsinin rəis müavini Şahid2 və Azərbaycan Respublikası DGK HNBGİ Skanlaşdırma və X4 Tətbiqi şöbəsinin inspektoru Şahid3 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşayır. 2022-ci ilin sentyabr ayının sonlarından 2022-ci ilin oktyabr ayının sonlarınadək özünə məxsus olan “Opel-Zafira” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsilə fərdi qaydada sırf turistləri daşımaq üçün taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda işləmir. 2022-ci ilin sentyabr sonlarında həmin vaxt Bakı şəhəri, Azadlıq prospekti və Bakıxanov küçəsinin kəsişməsində yerləşən ofisdə fəaliyyət göstərən adını xatırlamadığı turizm şirkətinin rəhbəri kimi tanıdığı Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaır ilə qeydiyyatda olduğu və ona məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilini kirayə verməsi ilə əlaqədar tanışlıq münasibəti yaranmışdır. Həmin vaxtdan Tahır Zubaır Azərbaycan Respublikasına turist kimi gələn əsasən Pakistan İslam Respublikası və Hindistan Respublikası vətəndaşlarını qeydiyyatda olduğu və ona məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilində kirayəçi kimi qalmaları üçün ona yönləndirmiş, o da həmin mənzilini turistlərə aylıq kirayə vermişdir. Bundan əlavə, Tahır Zubaır Azərbaycan Respublikasına turist kimi gələn əsasən Pakistan İslam Respublikası və Hindistan Respublikası vətəndaşlarını Heydər X1rşılamağı, həmin turistləri Bakı şəhərində müxtəlif otellərdə yerləşdirməyi, Bakı şəhərində müxtəlif ünvanlara aparmağı və qaldıqları otellərdən götürüb Hava Limanına aparmağı ondan xahiş etmişdir. Tahır Zubaırın dediyi kimi Azərbaycan Respublikasına turist kimi gələn əsasən Pakistan İslam Respublikası və Hindistan Respublikası vətəndaşlarını Hava Limanında qarşılayıb həmin şəxsləri özümə məxsus olan evdə, müxtəlif otellərdə yerləşdirmiş, Bakı şəhərində müxtəlif ünvanlara və qaldıqları otellərdən götürüb Hava Limanına aparmışdır. Bununla bağlı ödənişləri də Tahır Zubaır ona etmişdir. X25 Limanına gedib-gəlməsi üçün hər dəfə 30 manat ödəniş etmiş, digər yerlərə getdikdə isə getdiyi məsafəyə uyğun olaraq fərqli məbləğdə ödəniş etmişdir. Bununla yanaşı, Tahır Zubaırın özünü də bir neçə dəfə Hava Limanına aparmışdır. Sonuncu dəfə 26 oktyabr 2022-ci il tarixdə də Tahır Zubaırı kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsində yaşadığı mənzildən götürüb Hava Limanına aparmış və oraya çatdıqda Tahır Zubaır 4 ədəd baqajını minik nəqliyyat vasitəsindən götürərək Hava Limanının inzibati binasına daxil olmuşdur. Bundan sonra yaşadığı evə qayıtmışdır. Həmin gün saat 21 radələrində Tahır Zubaır ona zəng edərək çamadanlarında ölkə hüdudlarını tərk edərkən qanunla daşınmasına icazə verilən məbləğdən artıq pul vəsaitləri olduğu üçün gömrük orqanı əməkdaşları tərəfindən saxlanıldığını və bir neçə saat sonra onu Hava Limanının inzibati binasından götürüb yaşadığı evə aparmasını demişdir. Həmin gün, təqribən 1-2 saat sonra gedib X23 Limanından götürərək yaşadığı mənzilə gətirmişdir. Yol gələrkən Tahır Zubaırdən nəyə görə özünə məxsus olan pulları çamadanlarında daşıdığını və bu barədə gömrük orqanı əməkdaşlarına məlumat vermədiyini soruşmuşdur. Tahır Zubaır də həmin pulların özünə məxsus, ev almaq üçün yığdığı pullar olduğunu, axşam içki, yəni viski qəbul etdiyi üçün gömrük orqanına bəyan etməməsinin problem olmayacağını zənn etdiyini, törətdiyi əməldən peşman olduğunu ona demiş, o da Tahır Zubaıra düzgün hərəkət etmədiyini bildirmişdir. Tahır Zubaır Bakı şəhərində mənzil alıb ailə üzvləri ilə burada daimi yaşamaq istəmiş və bununla bağlı ondan 2 və ya 3 otaqlı mənzil tapmasını da xahiş etmişdir. Hətta o, özünə məxsus ünvan 7 ünvanında yerləşən 3 otaqlı və ünvan 5 ünvanında yerləşən 2 otaqlı evlərini də Tahır Zubaıra göstərmişdir. X24 qeyd edilən mənzilləri bəyənməyərək daha böyük sahəyə malik mənzil almaq istədiyini və lakin əlində olan pul vəsaitinin həmin növ mənzili almağa kifayət etmədiyini ona demişdir. O da Tahır Zubaıra daha bir söz deməmişdir. Tahır Zubaırın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsiilə adına qeydiyyata alınmış və istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 01 oktyabr 2022-ci il tarixi, saat 15:22-dən 26 oktyabr 2022-ci il tarixi, saat 21:03dək mütəmadi danışıqlar aparılmışdır. Həmin danışıqlar əvvəl də qeyd etdiyi kimi, Tahır Zubaırın adlı və soyadlı şəxsin Azərbaycan Respublikasına turist kimi gələn əsasən Pakistan İslam Respublikası və Hindistan Respublikası vətəndaşlarını Hava Limanında qarşılamağı, həmin turistləri Bakı şəhərində müxtəlif otellərdə yerləşdirməyi, Bakı şəhərində müxtəlif ünvanlara aparmağı və qaldıqları otellərdən götürüb Hava Limanına aparmağı xahiş etməsi ilə bağlı olmuşdur. 26 oktyabr 2022-ci il tarixdə olan danışıqları isə X23 Limanına aparması və oradan gətirməsi ilə bağlı olmuşdur. Özü rus dilində sərbəst danışır və başa düşür. Tahır Zubaır rus dilində də qismən danışır və başa düşür. Bununla əlaqədar Tahır Zubaırla əsasən rus dilində ünsiyyət saxlamışdır. İş materiallarında olan DGK HNBGİ “Terminal 1 X17” gömrük postunda tərtib edilmiş 26 oktyabr 2022-ci il tarixli yoxlama, əşyaların və sənədin götürülməsi haqqında protokoldan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaıra məxsus, müşayiət olunmayan baqaj kimi daşıyıcıya təhvil verilmiş, zəncirbəndlə bağlanmış qara rəngli çamadanın içərisindən şəxsi geyim əşyalarının arasında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanına bəyan edilməmiş 6 ədəd kağız bükümdə, hər bükümdə 100 ədəd 100 nominallı olmaqla, ümumilikdə 60000 ABŞ dolları pul vəsaiti aşkar edilmişdir. Bundan sonra Tahır Zubaıra məxsus, müşayiət olunmayan baqaj kimi daşıyıcıya təhvil verilmiş mavi rəngli çamadan açılmış və həmin çamadana baxış keçirilmiş, çamadanın içərisindən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanına bəyan edilməmiş 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, ümumilikdə 10000 ABŞ dolları pul vəsaiti aşkar edilmişdir. Tahır Zubaıra məxsus, özü ilə daşıdığı və müşayiət etdiyi qara rəngli bel çantasına və ağ rəngli yapışqanlı lentlə sarınmış boz rəngli çamadana baxış keçirilmişdir. Baxış zamanı Tahır Zubaıra məxsus olan qara rəngli bel çantasının içərisindən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanına bəyan edilməmiş 14 ədəd 50 nominallı və 5 ədəd 20 nominallı olmaqla, ümumilikdə 800 İngiltərə Funt sterlinqi, 16 ədəd 100 nominallı və 1 ədəd 20 nominallı olmaqla, ümumilikdə 1620 ABŞ dolları, 21 ədəd 100 nominallı və 33 ədəd 50 nominallı olmaqla, ümumilikdə 3750 Avro pul vəsaiti və ağ rəngli yapışqanlı lentlə sarılmış boz rəngli çamadanın içərisindəki qara rəngli gödəkcənin iç ciblərindən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanına bəyan edilməmiş 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, ümumilikdə 10000 ABŞ dolları, 1 ədəd kağız bükümdə 170 ədəd 50 nominallı olmaqla, ümumilikdə 8500 Avro və mavi rəngli kostyumun şalvarının cibindən 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, ümumilikdə 10000 ABŞ dolları pul vəsaiti aşkar olunmuşdur. Tahır Zubaırdan aşkar edilmiş cəmi 91620 ABŞ dolları, 12250 Avro və 800 İngiltərə funt sterlinqi pul vəsaiti qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaıra məxsus çamadanlara və bel çantasına gömrük nəzarəti qaydasında baxış keçirilməsinin əks olunduğu 01 ədəd “DVD-R” diskə baxış keçirilməsi haqqında 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Tahır Zubaıra məxsus zəncirbəndlə bağlanmış qara rəngli çamadanının içərisindəki şəxsi geyim əşyalarının arasından 6 ədəd kağız bükümdə, hər bükümdə 100 ədəd 100 nominallı olmaqla, 60000 ABŞ dolları, mavi rəngli çamadanın içərisindən 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, 10000 ABŞ dolları, yapışqanlı lentlə sarınmış boz rəngli çamadanın içərisindəki qara rəngli gödəkcənin iç ciblərindən 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, 10000 ABŞ dolları, 1 ədəd kağız bükümdə 170 ədəd 50 nominallı olmaqla, 8500 Avro və mavi rəngli kostyumun şalvarının cibindən 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, 10000 ABŞ dolları, müşayiət etdiyi qara rəngli bel çantasının içərisindən isə 14 ədəd 50 nominallı və 5 ədəd 20 nominallı olmaqla, 800 İngiltərə Funt sterlinqi, 16 ədəd 100 nominallı və 1 ədəd 20 nominallı olmaqla, 1620 ABŞ dolları, 21 ədəd 100 nominallı və 33 ədəd 50 nominallı olmaqla, 3750 Avro, cəmi 91620 ABŞ dolları, 12250 Avro və 800 İngiltərə funt sterlinqi özünün iştirakı ilə gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 26 oktyabr 2022-ci il tarixdə Bakı-Lahor aviareysi ilə gedən və “Terminal 1 X17” gömrük postunun ixrac gömrük nəzarəti zonasına daxil olmuş Pakistan İslam Respublikasının vətəndaşı X19 Əliyev adına X12 təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmış hərəkət trayektoriyasını əks etdirən videogörüntünün əks olunduğu 01 ədəd “DVD-R” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 26 oktyabr 2022-ci il tarixdə Bakı-Lahor aviareysi ilə gedən Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaır özü ilə daşıdığı və müşayiət etdiyi ağ rəngli yapışqanlı lentlə sarınmış boz rəngli çamadanını və qara rəngli bel çantasını “Terminal 1 X17” gömrük postunda, yəni Heydər Əliyev adına X12 Terminal 1 gediş zalındakı A zonasındakı rentgen qurğusuna yerləşdirmiş, özü metalaxtaran çərçivədən keçmiş və daha sonra rentgen müayinəsindən keçən ağ rəngli yapışqanlı lentlə sarınmış boz rəngli çamadanını və qara rəngli bel çantasını götürərək sərhəd nəzarətinə tərəf hərəkət etmişdir. İş materiallarında olan xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin müəyyən edilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsi gömrük xidmətinin X2 Sistemində (“VAİS”-də) “Mərkəzi Bank” alt bölməsinə baxış keçirilməsi haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Baxış zamanı DGK gömrük xidmətinin X2 Sisteminin (“VAİS”-in) “Mərkəzi Bank” alt bölməsində Azərbaycan Respublikası Mərkəzi Bankının hadisə baş verən vaxta, yəni 26 oktyabr 2022-ci il tarixə xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnəsinə əsasən, 1 ABŞ dollarının 1,70 manat, 1 Avronun 1,69 manat, 1 İngiltərə funt sterlinqinin 1,95 manat təşkil etdiyi, beləliklə qeyd edilən tarixə 91620 (91620x1,70) ABŞ dollarının 155754 manat, 12250 Avronun (12250x1,69) 20702,50 manat, 800 İngiltərə funt sterlinqinin (800x1,95) 1560 manat təşkil etdiyi, Tahır Zubaırın gömrük orqanına bəyan etmədiyi və gömrük xidməti əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş pul vəsaitlərinin ümumi məbləğinin 10000 ABŞ dolları ekvivalentindən - 17000 manatdan artıq olduğu, yəni 178016,50 (155754+20702,50+1560) manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan DGK gömrük xidmətinin X2 Sisteminə (“VAİS”-a) baxış keçirilməsi haqqında 31 oktyabr 2022-ci il tarixli protokoldan və həmin porotokola əlavə edilmiş çıxarışlardan görünür ki, Tahır Zubaır 03 oktyabr 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixədək gömrük orqanına bəyannamə verməmişdir. İş materiallarında olan Tahır Zubaırın könüllü olaraq təqdim etdiyi, öz adına olan "xxxx" ASC-yə məxsus **********780397001 bank hesabından və 535741XXXXXX5698 nömrəli kart üzrə hesabdan çıxarışa baxış keçirilməsi haqqında 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaırın könüllü olaraq təqdim etdiyi, öz adına olan "xxxx" ASC-yə məxsus **********780397001 bank hesabına və 535741XXXXXX5698 nömrəli kart üzrə hesaba 27 fevral 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində ümumilikdə 126271,91 manat məbləğində pul vəsaitinin köçürüldüyü, həmin məbləğdən ümumilikdə 124749,69 manat məbləğində pul vəsaitinin hesablardan çıxarıldığı və qeyd edilən hesablarda 1522,22 manat məbləğində pul vəsaitinin qaldığı müəyyən edilmişdir. İş materiallarında olan sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaır 07 iyun 2006-cı il tarixdən 08 avqust 2022-ci il tarixədək müxtəlif ölkələrdən Azərbaycan Respublikasına gəlmiş və buradan müxtəlif ölkələrə getmiş, 02 oktyabr 2022ci il tarixdə “Bakı Aeroportu” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə X6 getmiş və 03 oktyabr 2022-ci il tarixdə “Bakı Aeroportu” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə BƏƏ-dən Azərbaycan Respublikasına geri qayıtmış, 26 oktyabr 2022-ci il tarixdə, saat 15:19-da X13 Aeroportu sərhəd məntəqəsi vasitəsi ilə Lahor aviareysi ilə Pakistan İslam Respublikasının Lahor şəhərinə gedərkən gömrük əməkdaşları tərəfindən reysdən çıxarılmış və dövlət sərhədindən buraxılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2022-ci il tarixli, 5/1433 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 916 ədəd 100 ABŞ dolları, 1 ədəd 20 ABŞ dolları, 203 ədəd 50 Avro, 21 ədəd 100 Avro, 14 ədəd 50 İngiltərə funt sterlinqi, 5 ədəd 20 İngiltərə funt sterlinqi nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. İş materiallarında olan “Pul əskinaslarının maddi sübut kimi tanınmaları haqqında” 10 dekabr 2022-ci il tarixli qərara əsasən, iş üzrə Tahır Zubaırın gömrük orqanına bəyan etmədiyi ümumilikdə xeyli miqdarda – 161016,50 manat dəyərində cəmi 81620 ABŞ dolları, 12250 Avro və 800 İngiltərə funt sterlinqi pul əskinasları törədilmiş cinayətin predmeti olduqlarından maddi sübut kimi tanınmışdır. İş materiallarından görünür ki, Tahır Zubaırdən aşkar olunaraq götürülmüş və maddi sübut kimi tanınmış 81620 ABŞ dolları, 12250 Avro və 800 İngiltərə funt sterlinqi pul əskinasları DGK Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində saxlanılır. İş materiallarında olan “Pul vəsaitinin sahibinə geri qaytarılmasına dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaırdan götürülmüş 91620 ABŞ dolları, 12250 Avro və 800 İngiltərə funt sterlinqi məbləğində pul vəsaitindən 10000 ABŞ dolları xx.xx.2022-ci il tarixdə ona təhvil verilmişdir. İş materiallarında olan Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaırın direktoru olduğu "xxxx" MMC-nin (VÖEN: **********) bank hesablarının müəyyən edilməsi məqsədi ilə DGK gömrük xidmətinin X2 Sistemində (“VAİS”-də) “XİF iştirakçısı” alt bölməsinə baxış keçirilməsi haqqında 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin X2 Sisteminin (“VAİS”-in) “XİF iştirakçısı” alt bölməsində "xxxx" MMC-nin (VÖEN: **********) direktorunun Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaırın direktoru olduğu, ofis ünvanının ünvan 8MC-nin (VÖEN: **********) "xxxx" ASC-nin “Nizami” filialında AZ77BRES******************** və AZ56BRES******************** nömrəli bank hesablarının olduğu və "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-dən 16 fevral 2023-cü il tarixli, 645 nömrəli məktubla daxil olmuş, təqsirləndirilən şəxs - Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaırın və onun təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin hesabları üzrə çıxarışlara baxış keçirilməsi haqqında 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Baxış zamanı Tahır Zubaırın adına olan "xxxx" ASC-yə məxsus **********178397002 nömrəli bank hesabına və 552675XXXXXX5728 nömrəli kart üzrə hesaba 01 yanvar 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində ümumilikdə 1066,95 manat məbləğində pul vəsaitinin köçürüldüyü, həmin məbləğdən ümumilikdə 1050 manat məbləğində pul vəsaitinin hesablardan çıxarıldığı, həmin vəsaitlərin əsasən viza xərclərinə, aviabilet alışlarına, otel ödənişlərinə sərf edildiyi və qeyd edilən hesablarda 1,45 manat məbləğində pul vəsaitinin qaldığı müəyyən edilmişdir. Baxış zamanı bundan başqa Tahır Zubaırın adına olan "xxxx" ASC-yə məxsus 1-1780397-1 nömrəli bank hesabına 20 aprel 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində ümumilikdə 75140 manat ekvivalentində 44200 ABŞ dolları məbləğində pul vəsaitinin mədaxil olunduğu və həmin pul vəsaitinin hamısının məxaric olunduğu, məxaric olunmuş həmin 75140 manat ekvivalentində 44200 ABŞ dolları məbləğində pul vəsaitinin 47396 manat ekvivalentində 27880 ABŞ dolları məbləğində pul vəsaitinin Tahır Zubaırın adına olan "xxxx" ASC-yə məxsus 535741XXXXXX5698 nömrəli bankomat kartına, qalan 27744 manat ekvivalentində 16320 ABŞ dolları məbləğində pul vəsaitinin ölkə xaricinə - Tahır Zubaırın ailə üzvlərinə göndərildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X18 üzrə Baş İdarəsindən daxil olmuş 16 fevral 2023-cü il tarixli, **********471200 nömrəli məktuba və həmin məktuba əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı vergi ödəyicisinin dövlət reyestri məlumatına əsasən "xxxx" MMC-nin 28 noyabr 2019-cu il tarixdə ********** nömrəli VÖEN ilə vergi uçotuna alınması, təsisçisinin və direktorunun Tahır Zubaır olması və əsas fəaliyyət növünün “Turist səfərləri və səyahətləri barəsində tam məlumat verilməsi, məsləhətləri” kimi qeyd olunması, cəmiyyətin “Hüquqi şəxsin fəaliyyətinin dayandırılmasl” ərizəsinə əsasən fəaliyyətinin 19 fevral 2020-ci il tarixdən 19 fevral 2025-ci il tarixədək dayandırılması, 15 mart 2022-ci il tarixdən bərpa olunması və 25 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2027-ci il tarixədək dayandırılması və hal-hazıradək fəaliyyətinin dayandırılmış vəziyyətdə olması, uçot baza məlumatlarına əsasən hüquqi şəxsin ƏDV qeydiyyatında olmaması, 01 yanvar 2020-ci il tarixdən 31 mart 2022-ci il tarixədək, 01 oktyabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövrlər üzrə vergi bəyannamələri təqdim edilmədiyindən surətinin verilməsinin mümkün olmaması, vergi ödəyicisi tərəfindən 2019-cu ilin 4-cü, 2022-ci ilin 2-ci və 3-cü rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi müəyyən edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs Tahır Zubaırın istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqların kompüter açıqlamaları yazılmış CD diskə baxış keçirilməsi haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsinin 01 sentyabr 1998-ci il təvəllüdlü X11 Sıngh (pasport: № 0919694) adlı şəxsin adına qeydiyyata alındığı müəyyən edildi. Baxış zamanı iş üzrə təqsirləndirilən şəxs Tahır Zubaırın istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsi ilə 24 avqust 1955-ci il təvəllüdlü, ünvan 9 ünvanında qeydiyyatda olan Şahid4 (şəxsiyyət vəsiqəsi: № AA 0042101) adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 01 oktyabr 2022-ci il tarixi, saat 15:22-dən 26 oktyabr 2022-ci il tarixi, saat 21:03-dək mütəmadi danışıqların aparıldığı müəyyən edilmişdir. Baxış zamanı bundan başqa iş üzrə təqsirləndirilən şəxs Tahır Zubaırın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsiilə 30 mart 2000-ci il təvəllüdlü Tamang Sujan (pasport: № 1175791) adlı və soyadlı şəxsin adına qeydiyyata alınmış ***- ***-**-** saylı, 02 mart 1982-ci il təvəllüdlü İmran Shahıd (pasport: № FX 1220542) adlı və soyadlı şəxsin adına qeydiyyata alınmış ***-***-**-** saylı və 04 mart 2002-ci il təvəllüdlü X22 Sıngh (pasport: № T 7429683) adlı və soyadlı şəxsin adına qeydiyyata alınmış ***-***- **-** saylı mobil telefon nömrələri arasında danışıqların aparıldığı müəyyən edilmişdir. İş üzrə təqsirləndirilən şəxs Tahır Zubaırın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə göndərilmiş və qeyd edilən mobil nömrəyə qəbul edilmiş mesajlara baxış zamanı “Tahır” adlı şəxsə xitabən həmin mobil telefon nömrəsinə internet üzərindən onlayn qaydada otel sifarişi və bronlama imkanı verən “Booking.com” saytından və aviaşirkətlərdən iş üzrə əhəmiyyət kəsb etməyən məzmunlu mesajarın daxil olduğu, qeyd edilən mobil telefon nömrəsinə konkret olaraq hər hansı mobil telefon nömrəsindən daxil olan və ya qeyd edilən mobil telefon nömrəsindən hər hansı mobil telefon nömrəsinə xaric olan mesajların olmadığı müəyyən edilmişdir. İş materiallarında olan 24 avqust 1955-ci il təvəllüdlü, ünvan 9 ünvanında qeydiyyatda olan Şahid4 (şəxsiyyət vəsiqəsi: № AA 0042101), 01 sentyabr 1998-ci il təvəllüdlü X11 Sıngh (pasport: № 0919694), 30 mart 2000-ci il təvəllüdlü Tamang Sujan (pasport: № 1175791), 02 mart 1982-ci il təvəllüdlü İmran Shahıd (pasport: № FX 1220542) və 04 mart 2002-ci il təvəllüdlü X22 Sıngh (pasport: № T 7429683) adlı və soyadlı şəxslərin anket məlumatlarını, Azərbaycan Respublikasına gəliş və gediş tarixlərini müəyyən etmək üçün DGK-nin gömrük xidmətinin X2 sisteminə (İAMAS SERVİCE) baxış keçirilməsi haqqında 10 fevral 2022-cü il tarixli protokoldan görünür ki, 01 sentyabr 1998-ci il təvəllüdlü X11 Sıngh (pasport: № 0919694) Hindistan Respublikası vətəndaşı olmaqla 28 mart 2022-ci il tarixdə BƏƏ-nin Dubay şəhərindən X13 sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasına gəlmiş, 24 iyul 2022-ci il tarixdə X13 sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasından Polşa Respublikasının Varşava şəhərinə getmişdir. 04 mart 2002-ci il təvəllüdlü X22 Sıngh (pasport: № T 7429683) Hindistan Respublikası vətəndaşı olmaqla sonuncu dəfə 29 avqust 2022-ci il tarixdə Qazaxıstan Respublikasının Aktau şəhərindən X13 sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasına gəlmiş, 27 sentyabr 2022-ci il tarixdə X13 sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasından Qazaxıstan Respublikasının Aktau şəhərinə getmişdir. 30 mart 2000-ci il təvəllüdlü Tamang Sujan (pasport: № 1175791) X9 Respublikası vətəndaşı olmaqla 02 oktyabr 2022-ci il tarixdə BƏƏ-nin Dubay şəhərindən X13 sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasına gəlmiş, 29 noyabr 2022-ci il tarixdə X13 sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasından Hindistan Respublikasının Dehli şəhərinə getmişdir. 02 mart 1982-ci il təvəllüdlü İmran Shahıd (pasport: № FX 1220542) Pakistan İslam Respublikası vətəndaşı olmaqla 22 sentyabr 2022-ci il tarixdə X5 Abu-Dabi şəhərindən X13 sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasına gəlmiş, 26 sentyabr 2022-ci il tarixdə X13 sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasından BƏƏ-nin Abu- Dabi şəhərinə getmişdir. 24 avqust 1955-ci il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7, mənzil 10 ünvanında qeydiyyatda olan Şahid4 (şəxsiyyət vəsiqəsi: № AA 0042101) Azərbaycan Respublikasının vətəndaşı olmaqla 11 sentyabr 2012-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək əsasən Gürcüstana, bir dəfə, 15 oktyabr 2013-cü il tarixdə BƏƏ-nin Dubay şəhərinə, bir dəfə, 02 iyul 2016-cı il tarixdə İran İslam Respublikasına səfərlər etmiş və 21 yanvar 2020-ci il tarixdən sonra ölkə hüdudlarını tərk etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin 16 yanvar 2023-cü il tarixli, 3-37-04/2- 963/2023 nömrəli məktubundan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaırın (pasport nömrəsi: AP 5091073) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 7 (yeddi) dəfə müraciəti qeydə alınmışdır. Əcnəbinin müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı 31 iyul 2017 və 21 sentyabr 2017-ci il tarixli müraciətləri Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.8-ci maddəsi (“Azərbaycan Respublikasının əraizisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda”) əsasında olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınaraq həmin Məcəllənin 66.0.3-cü maddəsinə (“işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda”) əsasən iş icazəsi verilmədiyindən imtina edilmiş, bu səbəbdən həmin Məcəllənin 50.1.3-cü maddəsinə (“şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə”) əsasən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı müraciəti də rədd edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 18 sentyabr 2018-ci il tarixli müraciətinə əsasən X15 Məcəlləsinin 45.1.9-cu maddəsi (“Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil aldıqda”) əsasında 03 oktyabr 2018-ci il tarixdən 03 oktyabr 2019-cu il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Əcnəbi ali təhsil müəssisəsindən xaric edildiyindən, həmin icazə 19 iyun 2019cu il tarixdə ləğv edilmişdir. Şəxsin müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı növbəti 02 dekabr 2019-cu il tarixli və 10 mart 2022-ci il tarixli müraciətləri Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi (“Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərindən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsi tutduqda”) əsasında "xxxx" MMC-nin rəhbəri qismində olmuş, ona müvafiq olaraq 17 dekabr 2019-cu il tarixdən 17 mart 2020-ci il tarixədək və 01 aprel 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Tahır Zubaırın sonuncu müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması ilə bağlı 30 iyun 2022-ci il tarixli və müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı 02 sentyabr 2022-ci il tarixli müraciətləri də yuxarıda qeyd edilən "xxxx" MMC-nin rəhbəri qismində olmuş və hüquqi şəxsin fəaliyyəti təsdiqlənmədiyindən hər iki müraciət Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə (“Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə”) əsasən təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” 20 sentyabr 2022-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat sahəsində Tahır Zubaırın rəhbəri olduğu şirkətin fəaliyyətinin olmadığı müəyyən edildiyindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı 02 sentyabr 2022-ci il tarixli müraciəti təmin edilməmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaır "xxxx" MMC-nin direktoru işləyir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 09 dekabr 2022-ci il tarixli, **********9428800 nömrəli məktubundan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaır "xxxx" MMC-nin direktoru işləyir, "xxxx" MMC-nin barəsində cinayət işinin ibtidai istintaqı aparılmır, hüquqi ünvanı ünvan 10stərdiyi ünvan ünvan 12 borcu vardır. "xxxx" MMC hazırda fəaliyyətini dayandırmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06 yanvar 2023-cü il tarixli, **********57300 nömrəli məktubundan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Tahır Zubaır "xxxx" MMC-nin direktoru işləyir, "xxxx" MMC-nin VÖEN-ni 28 noyabr 2019-cu il tarixdə verilmiş, əsas fəaliyyət növü “Turist səfərləri və səyahətləri barəsində tam məlumat verilməsi, məsləhətlər” olmuş, barəsində cinayət işinin ibtidai istintaqı aparılmır və 45,75 manat vergi borcu vardır. "xxxx" MMC hazırda fəaliyyətini dayandırmışdır. İş materiallarında olan 15 iyun 2022-ci il tarixli, 10 nömrəli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 97 A ünvanında yerləşən tam 400 kvadrat metr sahəsi olan ofisin 09 nömrəli otaqların cəmi 15 kvadrat metr kimi X8 (şəxsiyyət vəsiqəsi: AA0159336; VÖEN: **********) tərəfindən "xxxx" MMC-nin təsisçisi və direktoru Tahır Zubaıra aylıq 100 manat icarə haqqı müqabilində icarəyə verilmişdir. İş materiallarında olan və Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Tahır Zubaır əvvəllər məhkum olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Tahır Zubaırin 26 oktyabr 2022-ci il tarixdə özünə məxsus olan 5 ədəd kağız bükümdə, hər bükümdə 100 ədəd 100 nominallı olmaqla, 50000 ABŞ dollarını zəncirbəndlə bağlanmış qara rəngli çamadanının içərisindəki şəxsi geyim əşyalarının arasına, 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, 10000 ABŞ dollarını mavi rəngli çamadanın içərisinə, 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, 10000 ABŞ dollarını, 1 ədəd kağız bükümdə 170 ədəd 50 nominallı olmaqla, 8500 Avronu yapışqanlı lentlə sarınmış boz rəngli çamadanın içərisindəki qara rəngli gödəkcənin iç ciblərinə, 1 ədəd kağız bükümdə 100 ədəd 100 nominallı olmaqla, 10000 ABŞ dollarını həmin çamadanın içərisindəki mavi rəngli kostyumun şalvarının cibinə, 14 ədəd 50 nominallı və 5 ədəd 20 nominallı olmaqla, 800 İngiltərə Funt sterlinqini, 16 ədəd 100 nominallı və 1 ədəd 20 nominallı olmaqla, 1620 ABŞ dollarını, 21 ədəd 100 nominallı və 33 ədəd 50 nominallı olmaqla, 3750 Avronu qara rəngli bel çantasının içərisinə yerləşdirərək həmin tarixdə, saat 17:10 radələrində PK 160 saylı Bakı-Lahor aviareysi ilə Pakistan İslam Respublikasının Lahor şəhərinə gedərkən X10 fəaliyyət göstərən DGK MMC “Terminal 1 X17” gömrük postunda ümumilikdə xeyli miqdarda – 161016,50 manat dəyərində cəmi 81620 ABŞ dolları, 12250 Avro və 800 İngiltərə funt sterlinqi pul əskinaslarını Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi ilkin araşdırma materialları, şahid ifadələri, ekspert rəyi və iş üzrə toplanmış digər sübutlarla da tam sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Tahır Zubaır öz müdafiəsi üçün dəlil gətirərək ondan aşkar edilərək götürülmüş pulları bəyan etməli olduğunu bilmədiyini, qeyd edilən pulları təhlükəsizlik baxımından və itməsin deyə ayrı-ayrı yerlərə, yəni bel çantasına və çamadanlarda paltarların arasına qoyduğunu göstərmişdir. Həmin xüsusat Tahır Zubaırın özünün ilkin ifadəsi ilə yanaşı, ilkin araşdırma materialları, şahid ifadələri, ekspert rəyi, baxış protokolları və iş üzrə toplanmış digər mötəbər sübutlarla tam təkzib edilmişdir. Ona görə də məhkəmə Tahır Zubaırın özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Tahır Zubaırın əməli Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə Tahır Zubaırın ilk dəfə az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Tahır Zubaırın cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə Tahır Zubaıra cəza təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan da cəza çəkməsi və islah olunması mümkündür. Buna görə məhkəmə təqsirləndirilən şəxs Tahır Zubaıra cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, cinayət törətdiklərinə görə təyin olunmuş cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilən həllar nəzərə alınmaqla tətbiq edilə bilər”. Məhkəmədə müəyyən olundu ki, X20 İslam Respublikasının vətəndaşıdır, müvəqqəti olaraq ünvan 2 ünvanında yaşayır. Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Direktorluq etdiyi şirkət turizm sahəsində fəaliyyət göstərir. Pakistan və Hindistandan gələn turistlərin Azərbaycan Respublikasında qarşılanması və yerləşdirilməsi ilə məşğul olmuşdur. Uzun müddətdir Bakı şəhərində fəaliyyət göstərir və 2006-cı ildən bəri mütəmadi olaraq Bakı şəhərinə gəlib-gedir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxs Tahır Zubaırın barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növünün tətbiq olunmasını məqsədə uyğun hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.4-cü maddəsinə görə cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nətiçəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. Hazırkı iş üzrə təqsirləndirilən şəxs Tahır Zubaırdan aşkar edilib götürülmüş pullar onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmeti olan pulun dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə pulların təqsirləndirilən şəxs Tahır Zubaırdan alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı Qərarının 26-cı bəndinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş digər əməllərin (məsələn, talama cinayətlərinin) törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul, qiymətli kağızlar və digər əmlak (dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) eyni zamanda qaçaqmalçılığın predmeti hesab edildikdə həmin əmlak CPM-nin 132.0.3 və 132.0.4-cü maddələrinə əsasən sahiblərinə, mülkiyyətçilərinə və hüquqi varislərinə qaytarılmalı, belə şəxslər müəyyən edilmədikdə isə dövlət nəfinə müsadirə edilməlidir. Tahır Zubaırın barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində saxlanılan - bəyan edilməmiş 161016,50 manat dəyərində cəmi 81620 ABŞ dolları, 12250 Avro və 800 İngiltərə funt sterlinqi hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisi və iş üzrə təqsirləndirilən şəxs Tahır Zubaıra qaytarılmalıdır. Maddi sübut - iş üçün əhəmiyyət kəsb edən videogörüntülər əks edilmiş 02 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri – 70,00 (yetmiş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Tahır Zubaırdan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Tahır Zubaırın CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Tahır Zubaır Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək cinayətin predmeti olan 161016,50 (yüz altmış bir min on altı manat əlli qəpik) manat məzənnəsində pulun qırx faizi miqdarında, yəni 64406,60 (altmış dörd min dörd yüz altı manat altmış qəpik) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Tahır Zubaırin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində saxlanılan - bəyan edilməmiş 161016,50 manat dəyərində cəmi 81620 ABŞ dolları, 12250 Avro və 800 İngiltərə funt sterlinqi hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisi və iş üzrə təqsirləndirilən şəxs Tahır Zubaıra qaytarılsın. Maddi sübut - iş üçün əhəmiyyət kəsb edən videogörüntülər əks edilmiş 02 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. Tahır Zubaırdan 70,00 (yetmiş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar