Məhkəmə qərarları › İş №1(003)-305/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-305/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-305/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 17:30 X7 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “Rahat” marketin qarşısında yerdən Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid 5239-1517-5858-3465 nömrəli "Birbank” kartını tapıb götürmüş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri “Nizami” metro stansiyasının yaxınlığında yerləşən “AL Market”də saat 10:53də 0,65 manat, 11:06-da 3,1 manat, 11:09-da 2,36 manat, 11:10-da 1,9 manat, 11:12-də 4.7 manat, həmin ərazidə yerləşən digər bir “AL Market”də saat 12:29-da 6,18 manat, 12:31-də 8,3 manat, 12:33-də 11,2 manat, 12:35-də 1,7 manat, 12:36-da 5,23 manat, 12:40-da 5,76 manat, yenə də həmin ərazidə yerləşən “Rahat” marketdə saat 13:54-də 3,5 manat, 14:01-də 6,59 manat, 14:09-da 10,74 manat, 14:10-da 3,35 manat, 14:11-də 5,2 manat, daha sonra həmin ərazidə ilk dəfə alış-veriş etdiyi “AL Market”də yenidən saat 18:14-də 4,08 manat, 18:16-da 0,2 manat, “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən “Buta Univermaq” geyim mağazasında saat 19:01-də 27,9 manat, 19:11-də 26,6 manat, həmin ərazidə yerləşən “Baku City” geyim mağazasında saat 19:34-də 25 manat, 19:42-də 30 manat, 19:45-də 30 manat, 19:46-da 25 manat, 19:50-də 35 manat, yenidən “Buta Univermaq” geyim mağazasında saat 20:02-də 22,2 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “AL” marketdə saat 21:26-da 3,5 manat, 21:27də 7,04 manat, 21:34-də 6,95 manat, 21:35-da 1,38 manat, ümumilikdə 325,31 manat dəyərində aldığı əmlakların pulunu hər dəfə ödəmək üçün həmin bank kartı ödəniş vasitəsi kimi qeyd olunan ünvanlarda yerləşən ödəniş terminallarına daxil edərək alış-veriş etməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs məxsus bank kartından özgənin əmlakı olan həmin məbləği gizli olaraq talayıb Zərərçəkmiş şəxs Kalibiyat oğluna ümumilikdə 325 (üç yüz iyirmi beş) manat 31 (otuz bir) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, hazırda Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç bir yerdə işləmir, iş olanda arada fəhləliklə məşğul olur. 2024-cü ilin oktyabr ayında işləmək üçün Bakı şəhərinə gəlmişdir, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində müvəqqəti kirayədə yaşamışdır. xx.xx.2024-cü il tarixdə səhər təxminən saat 10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yolun kənarında yerləşən “Rahat Marketin qarşısında birdən yerdə bir ədəd "xxxx" ASC-nə aid bank kartı tapmışdır. Həmin kartı götürüb cibinə qoymuşdur. Bundan sonra yolu keçmiş və avtobusla şəhər istiqamətinə getmişdir. “Nizami” metro stansiyasının yaxınlığında yerləşən “AL Market’ə daxil olmuş və tapdığı həmin kartdan istifadə edərək bir qədər alış-veriş etmişdir. Qeyd etmişdir ki, həmin ərazidə fəhlə işləyir, bu səbəbdən axşam saatlarına kimi həmin ərazidə olmuşdur və yenə də “Nizami” metro stansiyasının yaxınlığında yerləşən digər bir “AL Market”ə, daha sonra “Rahat Market’ə daxil olmuş və həmin kartdan istifadə edərək alış-veriş etmişdir. Saat 18 radələrində yenidən ilk dəfə alış-veriş etdiyi “Nizami” metro stansiyasının yaxınlığında yerləşən “AL Market’ə daxil olmuş və həmin kartdan istifadə edərək alış-veriş etmişdir. Həmin gün axşam saatlarında “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən geyim mağazalarına baxmağa getmişdir. Orada “Buta Unuvermaq” və “Baku City” geyim mağazalarına girib orada da tapdığı bank kartından istifadə edərək özünə müxtəlif növdə paltarlar almışdır. Axşam saatlarında yenidən Qala qəsəbəsinə qayıtmış, təxminən saat 21:30 radələrində Qala qəsəbəsində yerləşən “AL Market’ə daxil olmuş və bu dəfə də həmin kartdan istifadə edərək alış-veriş etmişdir. Bundan sonra Xəzər rayonu, Qala qəsəbəsi ərazisində müvəqqəti kirayəda yaşadığı evə getmişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında işə gedərkən özünə siqaret almaq üçün yaşadığı ərazinin yaxınlığında yerləşən “AL Market’ə daxi olmuş, yenə də həmin kartdan istifadə etmək istəmiş, lakin kart artıq işləməmişdir, başa düşmüşdür ki, kartın sahibi kartını blok edib, ona görə həmin kartı marketdən çıxandan sonra tullamışdır. Tapdığı həmin kartdan istifadə edərək hər dəfə və ümumilikdə hansı məbləğdə alış-veriş etdiyini bilmir. O, 325,31 manat məbləği zərəçəkmişə qaytarmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşiman olduğunu, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Kalibiyat oğlu ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 92, mənzil 35-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “Rahat Market”də saat 09:31-də özünə məxsus "xxxx" ASC-nə aid 5239-1517-5858-3465 nömrəli “Birbank” kartından istifadə edərək 0,80 manat dəyərində alış-veriş etmişdir. Bundan sonra kartını götürüb marketdən çıxıb işinin ardınca getmişdir. Həmin gün daha kartdan istifadə etməmişdir, gecə saatlarında, yəni artıq xx.xx.2024-cü il tarixdə mobil telefonunda olan “Birbank” tətbiqinə giriş edib baxarkən aşkar etmişdir ki, kartından ondan xəbərsiz alış-veriş olunmuşdur. Tez kartını evdə və paltarlarının cibində axtarmış lakin tapa bilməmişdir. Onda bilmişdir ki, kartını hardasa naməlum şəraitdə itirmişdir. Bunu bilən kimi tez kartını bloklamış və bu barədə DİN-in 102 zəng xidməti mərkəzinə zəng vuraraq məlumat vermişdir. xx.xx.2024cü il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “Rahat Market”də saat 09:31-də alış-veriş etdikdən sonra kartını itirdiyini, həmin gün gecə saatlarında bilmişdir ki, kart tanımadığı şəxs tərəfindən istifadə edilərək müxtəlif mağazalardan alış-veriş edilmişdir. Qeyd etmişdir ki, ilkin araşdırma zamanı özünə məxsus "xxxx" ASC-nə aid 5239-1517-5858-3465 nömrəli “Birbank” kartından ümumilikdə 325,31 manat məbləğində pulu oğurlanmışdır. 325,31 manat təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir, lakin kartda olan faiz borcu ona ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmır və ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, işi üzrə Zərərçəkmiş şəxs Kalibiyat oğlunun təqdim etdiyi mobil telefonundakı “Bir Bank” tətbiqinə gələn bildirişlərə və "xxxx" ASC-dən əldə etdiyi karta mədaxil-məxariclər barədə məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid 5239-1517-5858-3465 nömrəli “Birbank” kartının mobil tətbiqinə saat 10:53-də 0,65 manat, 11:06-da 3,1 manat, 11:09-da 2,36 manat, 11:10-da 1,9 manat, 11:12-də 4.7 manat, 12:29-da 6,18 manat, 12:31-də 8,3 manat, 12:33-də 11,2 manat, 12:35-də 1,7 manat, 12:36-da 5,23 manat, 12:40-da 5,76 manat “AL” marketdə, 13:54-də 3,5 manat, 14:01-də 6,59 manat, 14:09-da 10,74 manat, 14:10-da 3,35 manat, 14:11-də 5,2 manat “Rahat” marketdə, 18:14-də 4,08 manat, 18:16-da 0,2 manat “AL” marketdə, 19:01-də 27,9 manat, 19:11-də 26,6 manat “Buta Univermaq” geyim mağazasında, 19:34-də 25 manat, 19:42-də 30 manat, 19:45-də 30 manat, 19:46-da 25 manat, 19:50-də 35 manat “Baku City” geyim mağazasında, 20:02-də 22,2 manat yenidən “Buta Univermaq” geyim mağazasında, 21:26-da 3,5 manat, 21:27-də 7,04 manat, 21:34-də 6,95 manat, 21:35-da 1,38 manat “AL” marketdə alış-veriş edilməsi barədə bildirişlər gəlmişdir. Ümumilikdə edilmiş alış-verişlər 325.31 manat məbləğində təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Elşən Abbasov tərəfindən tərtib olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Kalibiyat oğlunun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yeri, yəni Zərərçəkmiş şəxs özünə məxsus "xxxx" ASC-nə aid 5239-1517-5858-3465 nömrəli Birbank kartını Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “Rahat Markef’in qarşısında itirmişdir. Həmin marketin ətrafında iaşə obyekləri fəaliyyət göstərir və qarşısında avtomobillərin hərəkət etdiyi magistral yol vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş axtarışda olan şəxsin tutulması barədə 08.02 2025-ci il tarixli protokoldan görünür ki, aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində 08.02 2025-ci il tarixdə saat 14:00-da Təqsirləndirilən şəxs tutularaq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş qətimkan tədbirinin seçilməsi barədə 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi maddi ziyan Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır”. Həmin qərarda həmçinin göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddələrinə əsasən “Oğurluq, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X4 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, X5 tərəfindən isə Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 6 saat vaxta görə 66 manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən evini 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, X5 tərəfindən isə Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 6 saat vaxta görə 66 manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar