Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-308/2022 26.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi - 3,922 qram olan psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,164 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanında yerləşən yaşadığı evə daşımış, xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində Azərbaycan Respublikası DİN-nin ÇPA-nın 11-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsi, Qala dəmiryolu stansiya yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətrilmiş və orada videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən hər hansı narkotik və ya qanunsuz maddə aşkar edilməsə də, Təqsirləndirilən şəxs evində narkotik vasitə və psixotrop maddələr saxlamasını bildirməsi səbəbindən Xəzər RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı Musa Məmmədov tərəfindən 02 mart 2022-ci il tarixdə, saat 17 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təxirəsalınmaz axtarış, baxış aparılarkən evin dəhlizindəki masanın üzərində olan «Rothmans» markalı siqaret qutusunun içindən kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən 02 ədəd şəffaf sellofan bükümündə və 01 ədəd siqaret kağızı bükümündə müvafiq olaraq təmiz çəkiləri 3,309 qram, 0,458 qram və 0,109 qram olmaqla, ümumi təmiz çəkisi 3,876 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən 01 ədəd falqa kağızı və 01 ədəd siqaret kağızı bükümlərində müvafiq olaraq təmiz çəkiləri 0,027 qram və 0,137 qram olmaqla, kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 0,164 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, mavi dəstəlisində 0,046 qram psixotrop maddə metamfetamin ərintisi, göy dəstəklisində metamfetamin izləri olan 03 ədəd müştüyə bənzər şüşə başlıqlı plastik borucuqlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, onun üzərində və ya evində narkotik vasitə olmamışdır. Onun yaşadığı evdə yalnız civə olmuşdur. Həmin ittiham olunduğu əməli etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiqlər edilmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi cinayət əməli törətmədiyini bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 02 mart 2022-ci il tarixdə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs ünvan 2 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizəsi alındıqdan sonra onun öz iştirakı ilə yaşadığı qeyd olunan ünvana yollanmışlar. X8 02 mart 2022-ci il tarixdə, saat 17:10-da Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi X4, onun və digər polis əməkdaşları Şahid2 və Şahid3, dəvət olunmuş hal şahidləri Şahid4 və Şahid5 iştirakı ilə həmin ünvana baxış keçirməyə başlamışdır. Baxış keçirilməzdən əvvəl X8 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, eləcə də saxlanması qanunla qadağan edilmiş əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı evin dəhlizindəki sobanın qarşısında olan dairəvi masanın üzərindəki «Rothmans» markalı siqaret qutusunun içindən 02 ədəd şəffaf sellofan bükümündə və 01 ədəd siqaret kağızı bükümündə ağ rəngli kristal fomasında maddə, 01 ədəd falqa kağızı və 01 ədəd siqaret kağızı bükümündə qəhvəyi rəngli maddə, 01 ədəd siqaret formasında doldurulmuş quruot şəkilli maddə, sobanın sol tərəfindəki siyirmədən 01 ədəd elektron tərəzi, 03 ədəd elektrik lampasının şüşəsi başlıqlı plastik borucuqlar, evin mətbəx otağındakı dolabın alt siyirməsindən 01 ədəd falqa kağızına bükülmüş şüşə dərman qabının içində boz metal rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş maddələr narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, siqaret formasında doldurulmuş ot kütləsi narkotik vasitə qurudulmuş marixuana, boz metal rəngli maddə isə civədir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş qeyd olunan maddələr və 01 ədəd elektron tərəzi zərfə qoyulmuş, zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Evin digər otaqlarına baxış keçirilsə də əhəmiyyət kəsb edən hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Qeyd olunanlarla bağlı X8 tərəfindən müvafiq protokollar tərtib edilərək tərəflərindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, 02 mart 2022-ci il tarixdə, saat 17 radələrində Qala qəsəbəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək tərəflərindən saxlanılmış bir nəfər şəxsin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Ə.İbrahimov küçəsində yerləşən fərdi evinə baxış keçirəcəklərini bildirmişlər. Həmin baxış da onun da hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. O da polis əməkdaşlarına razılıq verib onlarla birlikdə getmişdir. Həmin vaxt ondan başqa digər bir hal şahidi də dəvət olunmuşdur. Onlara hüquq və vəzifələrini izah etdikdən sonra polis əməkdaşları, şübhəli şəxs qismində saxlanılmış sonradan adını bildiyi Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə daxil olmuşlar. Polis əməkdaşları tərəfindən həmin evə axtarış-baxış keçirilərkən evin dəhlizindəki sobanın qarşısında olan dairəvi masanın üzərindəki «Rothmans» markalı siqaret qutusunun içindən 02 ədəd şəffaf sellofan bükümündə və 01 ədəd siqaret kağızı bükümündə ağ rəngli kristal fomasında maddə, 01 ədəd falqa kağızı və 01 ədəd siqaret kağızı bükümündə qəhvəyi rəngli maddə, 01 ədəd siqaret formasında doldurulmuş quruot şəkilli maddə, sobanın sol tərəfindəki siyirmədən 01 ədəd elektron tərəzi, 03 ədəd elektrik lampasının şüşəsi başlıqlı plastik borucuqlar, evin mətbəx otağındakı dolabın alt siyirməsindən 01 ədəd falqa kağızına bükülmüş şüşə dərman qabının içində boz metal rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, aşkar edilmiş maddələr narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, siqaret formasında doldurulmuş ot kütləsi narkotik vasitə qurudulmuş marixuana, boz metal rəngli maddə isə civədir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş qeyd olunan maddələr və 01 ədəd elektron tərəzi zərfə qoyulmuş, zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Evin digər otaqlarına baxış keçirilsə də əhəmiyyət kəsb edən hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Qeyd olunanlarla bağlı müvafiq protokol tərtib edilərək tərəflərindən imzalarla təsdiq edilmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 02 mart 2022-ci il tarixdə, saat 17 radələrində Qala qəsəbəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək tərəflərindən saxlanılmış bir nəfər şəxsin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Ə.İbrahimov küçəsində yerləşən fərdi evinə baxış keçirəcəklərini bildirmişlər. Həmin baxış da onun da hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. O da polis əməkdaşlarına razılıq verib onlarla birlikdə getmişdir. Həmin vaxt ondan başqa digər bir hal şahidi də dəvət olunmuşdur. Onlara hüquq və vəzifələrini izah etdikdən sonra polis əməkdaşları, şübhəli şəxs qismində saxlanılmış sonradan adını bildiyi Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə daxil olmuşlar. Polis əməkdaşları tərəfindən həmin evə axtarış-baxış keçirilərkən evin dəhlizindəki sobanın qarşısında olan dairəvi masanın üzərindəki «Rothmans» markalı siqaret qutusunun içindən 02 ədəd şəffaf sellofan bükümündə və 01 ədəd siqaret kağızı bükümündə ağ rəngli kristal fomasında maddə, 01 ədəd falqa kağızı və 01 ədəd siqaret kağızı bükümündə qəhvəyi rəngli maddə, 01 ədəd siqaret formasında doldurulmuş quruot şəkilli maddə, sobanın sol tərəfindəki siyirmədən 01 ədəd elektron tərəzi, 03 ədəd elektrik lampasının şüşəsi başlıqlı plastik borucuqlar, evin mətbəx otağındakı dolabın alt siyirməsindən 01 ədəd falqa kağızına bükülmüş şüşə dərman qabının içində boz metal rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, aşkar edilmiş maddələr narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, siqaret formasında doldurulmuş ot kütləsi narkotik vasitə qurudulmuş marixuana, boz metal rəngli maddə isə civədir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş qeyd olunan maddələr və 01 ədəd elektron tərəzi zərfə qoyulmuş, zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Evin digər otaqlarına baxış keçirilsə də əhəmiyyət kəsb edən hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Qeyd olunanlarla bağlı müvafiq protokol tərtib edilərək tərəflərindən imzalarla təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2022-ci il tarixli, 6/1307 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, AR DİN «Zərflər üçün № 43» möhür əksi və «...Şübhəli şəxs...Təqsirləndirilən şəxs...» və s. yazılar, imzalar olan kağız paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,309 qram; 0,458 qram; 0,109 qram; ümumi təmiz çəkiləri 3,876 qram ağ rəngli, kristalşəkilli maddə kütlələri (1 M№li oby.) kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 03 bükümdəki metamfetamin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 02 bükümdəki ayrıayrılıqda təmiz çəkiləri 0,027 qram; 0,137 qram, ümumi təmiz çəkiləri 0,164 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 02 ədəd bükümdəki heroin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd şüşə flakondakı qabsız vəziyyətdə çəkisi 86,562 qram (qablaşdırma ilə birlikdə çəkisi 94,362 qram) metal parıltılı kütlə zəhərli maddə - metallik civədir, «gümüşü» korpuslu elektron tərəzinin üzərində metamfetamin izləri müəyyən edildi, 03 ədəd müştüyə bənzər şüşə başlıqlı predmetlərdən mavi dəstəklisinin şüşə başlıq hissəsində ərinti vəziyyətində olan təmiz çəkisi 0,046 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bu metamfetamin kütləsi termiki dəyişikliyə uğradığından eyniləşdirmə üzrə tədqiqatı aparılmadı; göy dəstəkli müştüyə bənzər şüşə başlıqlı predmetin daxilində metamfetamin izləri müəyyən edildi, qara dəstəkli müştüyə bənzər predmetdə hər hansı maddə izi müəyyən edilmədi. Tərəzi və göy dəstəkli müştüyə bənzər şüşə başlıqlı predmetin daxilində metamfetamin iz şəklində olduğunlan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Üzərində «...Şübhəli şəxs...Təqsirləndirilən şəxs...» və s. Yazılar olan paketdəki 03 ədəd bükümdə olan metamfetamin kütlələri ilə (1M№-li oby.) eyniləşdirmə tədqiqatının aparılması üçün tədqim edilən üzərində «...Şübhəli şəxs... Məmmədov C....» və s. Yazılar olan kağız paketdəki 01 ədəd bükümdə olan metamfetamin kütləsi (2M№-li oby; maddə barəsində xx.xx.2022-ci il tarixli 6/1306 saylı ekspert rəyi verilmişdir) kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in siyahısına (Siyahı İ), Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Metallik civə Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş «Zəhərli maddələrin siyahısı»na (2 nömrəli əlavə) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının 03 mat 2022-ci il tarixli, 7/205 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, təqdim edilmiş bir ədəd yarı yanmış siqaret kötüyünün içərisinəd tütün və cüzi miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın hissəcikləri vardır. Təqdim edilmiş iki ədəd elektron tərəzidə bitki mənşəli maddələrin izləri yoxdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 aprel 2022-ci il tarixli, 1969 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində doğulmuş Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində ona qazancının 15 %-i dövlət nəfinə tutulmaqla, 07 ay 26 gün müddətinə islah işləri cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 02 mart 2022ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-c PŞ-nin təhqiqatçısı polis baş-leytenantı Elvin Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:05-16:20 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı X10 RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid1, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs, 8 saylı Vəkil Bürosunun vəkili X4, hal şahidləri - Şahid4 və Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evdə təxirəsalınmaz axtarış, baxış aparılarkən evin dəhlizindəki sobanın qarşısında olan dairəvi masanın üzərindəki «Rothmans» markalı siqaret qutusunun içindən 02 ədəd şəffaf sellofan bükümündə və 01 ədəd siqaret kağızı bükümündə ağ rəngli kristal fomasında psixotrop maddəyə bənzər maddə, 01 ədəd falqa kağızı və 01 ədəd siqaret kağızı bükümlərində qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə bənzər maddə, 01 ədəd siqaret formasında doldurulmuş quruot şəkilli maddə, sobanın sol tərəfindəki siyirmədən 01 ədəd elektron tərəzi, 03 ədəd elektrik lampasının şüşəsi başlıqlı plastik borucuqlar, evin mətbəx otağındakı dolabın alt siyirməsindən 01 ədəd falqa kağızına bükülmüş şüşə dərman qabının içində boz metal rəngli civəyə bənzər maddə aşkar edilmişdir. Qeyd olunan əşyalar maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq götürülmüşdür. Götürülmüş maddələr və predmetlər zərfə qoyularaq üzəri DİN-nin «Zərflər üçün 043» nömrəli dairəvi möhürü ilə möhürlənərək qablaşdırılmışdır. İş materiallarında olan 04 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Musa Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 13 may 2022-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, qardaşının İİ Qarabağ müharibəsində iştirak etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 3,802 qram psixotrop maddə metamfetamin, 0,124 qram narkotik vasitə heroin, 93,362 qram metalik civə, 03 ədəd elektrik lampası şüşəsi başlıqlı plastik borucuqlar, 01 ədəd yarı yanmış içərisində qurudulmuş marixuana hissəcikləri olan siqaret kötüyü, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 182 (bir yüz səksən iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 02 mart 2022-ci il tarixdən hesablansın. Cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 3,802 qram psixotrop maddə metamfetamin, 0,124 qram narkotik vasitə heroin, 93,362 qram metalik civə, 03 ədəd elektrik lampası şüşəsi başlıqlı plastik borucuqlar, 01 ədəd yarı yanmış içərisində qurudulmuş marixuana hissəcikləri olan siqaret kötüyü, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 182 (bir yüz səksən iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saata görə 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-308/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-308/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver