Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-308/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X20 Şahin oğlunun sədrliyi, Şükürov Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X7, X1, Təqsirləndirilən şəxs Akromionovnanun iştirakları ilə, xx.xx.1999-cu ildə Özbəkistan Respublikası Əndican şəhərində doğulmuş, Özbəkistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Özbəkistan Respublikası, Əndican şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Akromionovnanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Akromionovna işləmək və yaşamaq məqsədi ilə Türkiyə Respublikasına getmək istəmiş, lakin Türkiyə Respublikasına girişinə qadağa qoyulduğu üçün Türkiyə Respublikasının dövlət sərhəddini qanuni yolla keçə bilmədiyindən şəxsiyyəti istintaqa Elyar adı ilə məlum olan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırılmış, yəni anket məlumatları fərqli, lakin Təqsirləndirilən şəxs öz fotoşəkli daxil edilməklə saxtalaşdırılmış Rusiya Federasiyasına məxsus 64№8320534 nömrəli pasportu əldə edib həmin saxtalaşdırılmış pasportdan istifadə etməklə Özbəkistan Respublikasından Azərbaycan Respublikasına daha sonra isə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmək məqsədi ilə 28 yanvar 2025-ci il tarixdə saat 17:23-də “Daşkənd- Bakı” aviareysi ilə Özbəkistan Respublikasından Azərbaycan Respublikasına gəlmək üçün Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhərinin Xəzər rayonunda yerləşən “X12 Aeroportu” sərhəd nəzarəti məntəqəsinə gələrək saxtalaşdırılmış, yəni öz fotoşəkili yapışdırılmış, lakin xx.xx.1994-cü il təvəllüdlü X13 anket məlumatları daxil edilmiş 64№8320534 nömrəli Rusiya Federasiyasına məxsus pasportun saxta olduğunu bilə-bilə istifadə etməklə sərhəd nəzarətinə təqdim edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Özbəkistan Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Akromionovna ona Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ildə Türkiyə Respublikasının İstanbul şəhərində qanunsuz yaşadığı üçün saxlanılmış və 5 il müddətinə Özbəkistan Respublikasına deportasiya olunmuşdur. Sonradan işləmək məqsədi ilə yenidən Türkiyə Respublikasına getmək qərarına gəlmişdir. Lakin Türkiyə Respublikasına girişinə qadağa qoyulduğu üçün qanuni şəkildə ora gedə bilmədiyindən, kömək edilməsi məqsədi ilə bu barədə Türkiyə Respublikasında yaşayan tanışı Məleykə adlı şəxsə demişdir. Məleykə ona Elyar adlı bir nəfərin telefon nömrəsi verərək həmin şəxslə əlaqə saxlamağını və Elyarın ona qanuni şəkildə Türkiyəyə gedə bilmək üçün köməklik göstərə biləcəyini bildirmişdir. O, həmin şəxslə “whatsapp” mobil tətbiqi ilə əlaqə saxladıqda Elyar, ona 2000 ABŞ dolları pul müqabilində Rusiya Federasiyasına məxsus pasport verəcəyini bildirmişdir. O, Elyar ilə razılaşdıqdan sonra ona özünün fotoşəklini “whatsapp” mobil tətbiqi ilə göndərmiş və 1000 ABŞ dollarını Elyarın ona göndərdiyi karta göndərmişdir. Pulun yerdə qalan hissəsini Türkiyəyə getdikdən sonra verəcəyi barədə razılaşmışdır. Elyar ona xx.xx.2025-ci ildə pasportu göndərəcəyini və həmin pasportla Azərbaycan Respublikasının Bakı şəhərinə getməyini bildirmiş və bir gün Bakı şəhərində qaldıqdan sonra “Bakı-İstanbul” aviareysinə bilet alaraq və Türkiyə Respublikasına getməyini tapşırmışdır. xx.xx.2025-ci ildə “Daşkənd” X16 Respublikasından gələn əvvəllər tanımadığı milliyyətcə özbək olan sərnişindən Elyarın ona göndərdiyi pasportu götürüb “Daşkənd- Bakı” aviareysi ilə Bakı şəhərinə gəlmişdir. Həmçinin pasportun hansı formada hazırlanması, harada hazırlanması ilə bağlı heç bir məlumatı olmamışdlır. “Heydər Əliyev” X9 Rusiya Federasiyasına məxsus üzərinə özünün fotoşəkili vurulmuş pasportu sərhədçiyə təqdim etmişdir. Bu zaman sərhədçilərdə pasportun saxta olması şübhəsi yaranmışdır. Onunla aparılan söhbət zamanı Özbəkistan Respublikasının vətəndaşı X2 bildirmiş və üzərində olan özünə məxsus olan pasportu sərhədçiyə təqdim etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X12 Aeroportu” sərhəd nəzarəti şöbəsinin nəzarətçisi X11 ifadəsində göstərmişdir ki, “Heydər Əliyev” X17 sərhəd nəzarəti şöbəsində nəzarətçi vəzifəsində, gizir hərbi rütbəsində xidmət edir. O, 28 yanvar 2025-ci il tarixdə saat 09:00-dan 20:00-dək «X12 Hava Limanı» sərhəd nəzarəti şöbəsinin Terminal 1-də gəliş xəttində «sənədlərin yoxlanışı» sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman xx.xx.2025-ci il tarixdə «Daşkənd- Bakı» aviareysi ilə Özbəkistan Respublikasından Azərbaycan Respublikasına gələnbir nəfər qadının təqdim etdiyi Rusiya Federasiyasına məxsus pasportu rəsmiləşdirən zaman təqdim etdiyi pasportun məlumat səhifəsinin saxtalıqda şübhə doğurduğu üçün bu barədə növbə rəisi xidmətində olan Şahid2 məruzə etmişdir. Şahid2 həmin yerə gələrək Rusiya Federasiyası vətəndaşı X13 pasportuna böyüdücü lupa və “Regula 4203” markalı cihazla yoxladıqdan sonra saxlaşdırma əlamətlərinin olması, yəni müdafiə elementlərinin olmamasını, mikroçapların və ofsetin nümunəyə uyğun olmamasını müəyyən edildikdən sonra bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X12 Aeroportu” sərhəd nəzarəti şöbəsində növbə rəisi işləyən Şahid2 şahid X6 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Akromionovnanın barəsində Azərbaycan Respublikası CM-nin 29,318.1, 320.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin 28 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, 28 yanvar 2025-ci il tarixdə saat 17:23 radələrində 0755 nömrəli “Daşkənd-Bakı” aviareysi ilə Özbəkistan Respublikasından Azərbaycan Respublikasına gələn, 22 may 1994-cü il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı X18 “Heydər Əliyev” X9 sərhəd nəzarəti şöbəsində «sənədlərin yoxlanışı» sərhəd naryadına təqdim etdiyi 64№8320534 nömrəli Rusiya Federasiyasına məxsus pasportu rəsmiləşdirilən zaman məlumat səhifəsi qismən saxtalaşdırıldığı üçün saxlanılmış, onunla aparılan söhbət zamanı 02 fevral 1999-cu ildə Özbəkistan Respublikasının Andijan şəhərində anadan olmuş, subay, orta təhsilli, deməsinə görə məhkum olunmamış, Özbəkistan Respublikasının Andijan şəhəri, Mirza Ulubek küçəsi, bina 132, mənzil 18 ünvanında pasport qeydiyyatında olan və Fərqanə şəhərində yaşayan, Özbəkistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olduğunu bildirərək üzərində olan özünə məxsus FB0379434 nömrəli pasportu sərhəd naryadına təqdim etmişdir; - 29 yanvar 2025-ci il tarixli pasporta baxış keçirilməsi haqqında protokoldan görünür ki, 64№8320534 nömrəli Rusiya Federasiyasına məxsus pasport 36 səhifədən ibarət olub tünd qırmızı rəngli üzlüklə cildlənərək, üzərində rus dilində “Российская Федерация” və “Паспорт” məzmunlu mətnlər, mərkəzində Rusiya Federasiyasına məxsus gerb əks olunmuşdur. Paspotun uzunluğu 12.5, eni 8.8 santimetrdir. Pasportun arxa cildlənmiş qapaq hissəsini açdıqda orada pasportun adına rəsmiləşdirildiyi sahibinin fotoşəkili vardır, soyad qrafasında “Saidova”, ad qrafasında “Amina” sözləri yazılmış, doğulduğu gün, ay və il qrafasında «xx.xx.1994» «pasportun verilmə tarixi» qrafasında «xx.xx.2024», etibarlılıq qrafasında «xx.xx.2029» göstərilmiş, doğulduğu yer qrafasında «Adıge Respublikası/Russia» yazılmışdır. FB0379434 nömrəli Özbəkistan Respublikasına məxsus pasport 48 səhifədən ibarət olub tünd qəhvəyi rəngli üzlüklə cildlənərək, üzərində latın qrafikalı hərflərlə “republic of Uzbekıstan” və “pasport” məzmunlu mətnlər, mərkəzində Özbəkistan Respublikasına məxsus gerbi əks olunmuşdur. Paspotun uzunluğu 12.5, eni 8.8 santimetrdir. Pasportun 3-cü səhifəsini açdıqda orada pasportun adına rəsmiləşdirildiyi sahibinin fotoşəkili vardır, soyad qrafasında “Goziboeva”, ad qrafasında “Shahina”, ata adı qrafasında “Akromjonovna” sözləri yazılmış, doğulduğu gün, ay və il qrafasında «xx.xx.1999» «pasportun verilmə tarixi» qrafasında «xx.xx.2024», etibarlılıq qrafasında «xx.xx.2034» göstərilmiş, doğulduğu yer qrafasında «Andijan Region» yazılmışdır. FB0379434 nömrəli Özbəkistan Respublikasına məxsus pasportun 46-cı səhifəsində xx.xx.2025-ci il tarixli Özbəkistan Respublikasına məxsus “giriş-çıxış” tarix ştampı mövcuddur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sənədlərin texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 5/110 nömrəli ekspert rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş Özbəkistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş FB0379434 nömrəli pasportunun blankları və Rusiya Federasiyasının X13 adına 64№8320534 nömrəli pasportunun blankları (anket məlumatları olan vərəqdən başqa) xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blanklardan ibarət olmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və “Requla” firmasının “X10” proqramında olan Özbəkistan Respublikasının və Rusiya Federasiyasının pasportlarının nümunələri ilə eynilik təşkil etmişdir. Tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının X13 adına 64№8320534 nömrəli pasportunun orta sapını açılaraq anket məlumatları olan vərəqəni dəyişdirilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-portret ekspertizasının xx.xx.2025-ci il tarixli, 3/300/2025 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş FB0379434 nömrəli Özbəkistan Respublikasının pasportunda əks olunmuş fotoşəkildə və təqdim olunmuş X15 adına rəsmiləşdirilmiş 64№8320534 nömrəli Rusiya Federasiyasının pasportunda əks olunmuş fotoşəkildə eyni bir qadın cinsli şəxs əks olunmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Akromionovna təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 29,318.1 və 320.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Akromionovnanın barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Akromionovnanın məhkumluğu barədə məlumat yoxdur; - Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, 64№8320534 nömrəli pasport cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Akromionovna tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, rəsmi sənəd barəsində və onun üzərində qanunsuz hərəkətlərin edilməsi nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyətinin dəyişməsi, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma kimi qiymətləndirilməlidir. Qeyd olunan qərarın mənasına görə saxta olmasa belə, rəsmi sənəddəki məlumatların qəsdən təhrif olunaraq istifadə edilməsi bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Akromionovnanın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs Akromionovnanın törətdiyi əməldən peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Akromionovnanın əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Akromionovnaya cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Akromionovna Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd pasport cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərəkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini də nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Akromionovnaya ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Akromionovnanun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Akromionovna Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 29,318.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Akromionovnanın üzərində qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Akromionovna cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Akromionovna barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Akromionovna əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 216 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Akromionovnadan tutularaq dövlət nəfinə keçirilsin İş üzrə maddi sübut kimi tanınan 64№8320534 nömrəli pasport cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs Akromionovnanın hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 06 saat vaxta görə 36 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs Akromionovnaya isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-308/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-308/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver