Məhkəmə qərarları › İş №1(003)-309/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-309/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-309/2023 19.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs Zenulla qızının, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1967-ci il tarixdə İmişli rayonunun Muradxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Muradxanlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri secilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddət pozulmasına səbəb olduğuna görə sağlamlığa qəsdən yüngül zərərvurma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X5 yaşayış sahəsi, «Bakavtomat yolu» adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan gəlini- Zərərçəkmiş şəxs evinin qarşısına gələrək Zərərçəkmiş şəxs oğlu X4 ilə boşanmasını və Ramiz İbrahimovu sərbəst buraxmasını tələb etdikdən sonra Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən yumruq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs alının, bel nahiyəsinin, sağ sağırın, sol və sağ dizin sıyrıqları, sol əlin qançırı kimi istər birlikdə, istərsə də, ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sol əlin İV barmağının yumşaq toxumalarının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməyərək göstərdi ki, X4 onun oğludur. O, Sabunçu qəsəbəsində yaşayır, Ramiz də ailəsi ilə onunla bir ünvanda yaşayır. Ramiz əvvəllər iki dəfə ailəli olmuşdur, 2 övladı vardır. Təqribən 6 ay olar ki, Ramiz Binə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur və Binə qəsəbəsində yaşayır. xx.xx.2022-ci il tyarixdə Ramiz evə gəlib və ona deyib ki, Könüldən ayrılıb evə gəlmək istəyir. xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində Könül onun mobil telefonuna Ramizin mobil telefonu ilə zəng edərək deyib ki, Ramiz onun qucağındadır. O da Könülə deyib ki, telefonu Ramizə versin, Könül isə ona deyib ki, Ramizi buraxmayacaq və onun ünvanına nalayiq küçə söyüşləri söyüb, onu qardaşları tərəfındən öldürəcəyini deyib. Bundan sonra o, Könülün sözlərindən əsəbiləşərək qızı Şahid1 ilə birlikdə taksiyə minib Binə qəsəbəsinə gedərək soraqlaşandan sonra Zərərçəkmiş şəxs evini tapmışdır. Onlar Zərərçəkmiş şəxs yaşadığı küçənin başında dayanmış və uzaqdan Könülün azyaşlı övladı İbrahimi hasarın üzərində görmüşlər. O, İbrahimi çağıraraq demişdir ki, gedib anasına desin ki, onun oğlunu buraxsın. Bu vaxt Könül hasara çıxaraq onu söyüb təhqir etmişdir. Həmin vaxt Könülün xalası Ramilə ona tərəf gələrək onunla mübahisə etmiş vən saçından tutaraq yerə yıxmışdır. Bundan sonra Zərərçəkmiş şəxs xalasının gəldiyini görüb küçəyə çıxmış və onun üzərinə gələrək onu vurmağa başlamışdır. O, yerdə olan zaman Zərərçəkmiş şəxs azyaşlı oğlu İbrahim onun qol nahiyəsinə dəmirlə vurub, bu zaman oraya gələn Zərərçəkmiş şəxs da əlində olan taxta parçası ilə onun qoluna vuraraq xəsarət yetirmişdir. Həmin vaxt qızı Şahid1 onu həmin şəxslərin əlindən almaq istədikdə Zərərçəkmiş şəxs əlindəki taxta ilə qızı Şahid1 başına vuraraq xəsarət yetirmişdir. Bundan sonra onun gəlini Pərişanə və digər qızı Aksana, bir qədər sonra isə həmin yerə polis əməkdaşları gəlmiş, orada təcili yardım avtomaşını ilə xəstəxanaya getmişlər. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs göstərdi ki, ilk dəfə törətdiyi bu əməldən peşman olaraq Zərərçəkmiş şəxs Zenulla qızı ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Könülün ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Zenulla qızı göstərdi ki, o, 2018-ci ildə keçmiş həyat yoldaşı X2 rəsmi olaraq boşanmışdır, həmin evlilikdən bir övladı var. Hazırda o, Binə qəsəbəsində azyaşlı oğlu İbrahim ilə birlikdə yaşayır. 2022-ci ilin təxminən yanvar ayında X4 ilə tanış olub, 2022-ci ilin may ayında rəsmi olaraq ailə həyatı qurub. O Ramizlə tanış olanda Ramiz ona bildirib ki, bir arvadı olmuş və rəhmətə getmişdir, həmin arvadından iki övladı var. O da Ramizin subay olmasını biləndə bu barədə valideynərinə deyib, valideyinlərinin razılığı ilə ailə həyatı qurub. Ramizlə münasibəti həmişə yaxşı olmuşdur. Lakin Ramizin anası Şahnaz, bacıları Könül, Aksana və qeyri-rəsmi arvadı olan Pərişanə onun mobil telefonuna zənglər edərək onu və uşağını öldürməklə hədəliyiblər və onları söyüb təhqir ediblər. xx.xx.2022-ci il tarixdən sonra Ramiz evə gəlməməyə başlayıb. xx.xx.2022-ci il tarixdə Ramiz səhər saat 05:00 radələrində evə gəlmiş, saat 07:00 radələrində Ramizin qeyri-rəsmi arvadı Pərişanə Ramizin mobil telefonuna zəng etmişdir. O, telefona cavab vemiş, Pərişanə Ramizin harada olduğunu ondan soruşduqda, o, ona Ramizin onun yanında olduğunu bildirmişdir. Bunu görən Ramiz tez evdən çıxıb getmişdir. Həmin gün saat 12 radələrində Ramiz ona zəng edərək bildirib ki, o, uşağı da götürüb evdən getsin, çünki Ramizin qohumları onun evinə gələcəklər. O isə evi tərk etməmişdir. Həmin gün saat 14:00 radələrində o, öz evində oğlu İbrahimlə birlikdə olmuşdur. Həmin vaxt İbrahim həyətdə, o isə evdə olmuşdur. Bu vaxt küçədən səs eşitmiş, hasarın üzərinə çıxıb küçəyə baxdıqda görmüşdür ki, Şahnaz, Pərişanə, baldızları Könül və Aksana onların evinin qarşısındakı küçədə onu söyüb təhqir edir və ondan qapını açmağı tələb edirlər. O, qapını açmamış, bu vaxt baldızı Könül hasardan həyətə aşıb və hasarın qapısını içəridən açmış, hamısı içəri daxil olaraq onu döymüş və küçəyə çıxararaq küçədə də vurmağa davam etmişlər. Orada Şahnaz yumruqla alın nahiyəsinə zərbə vurub, Könül isə onun həyətindən götürdüyü qaz borusu ilə bel nahiyyəsinə bir dəfə zərbə vurub, bu zərbənin təsirindən o, yerə yıxılmışdır. Hadisə zamanı ona əsas xəsarət yetirən Şahnaz olmuşdur. Belə ki, hadisə zamanı Şahnaz əsas zərbələri ona yetirib və saçından tutub sürüyüb. Bundan sonra o, DİN-nin 102 zəng mərkəzinə, daha sonra xalasının həyat yoldaşı Hüseynbabaya və qardaşı Ruslana məlumat vermişdir. Bundan sonra xalası Ramilə və qardaşı Ruslan oraya gəlmişlər. Həmin yerə gələndə artıq dava qurtarmış olmuşdur. Hazırda Şahnaz onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Şahnazdan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Şahnaz barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, X4 onun qardaşıdır. Ramiz əvvəllər iki dəfə ailəli olmuşdur. Ramizin 2 övladı var. Təqribən 6 ay olar ki, Ramiz Binə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur və Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə o, anası Təqsirləndirilən şəxs evində olan zaman Ramiz evə gəlib və onlara deyib ki, Könüldən ayrılıb evə gəlmək istəyir. Bundan bir neçə gün sonra yəni, xx.xx.2022-ci il tarixdə saat təqribən 09:00 radələrində Zərərçəkmiş şəxs anasının mobil telefonuna Ramizin mobil telefonu ilə zəng edərək bildirib ki, Ramiz onun qucağındadır. Bundan sonra anası Şahnaz ilə Zərərçəkmiş şəxs arasında telefonda mübahisə düşüb və onlar telefonda mübahisə ediblər. Daha sonra anası Zərərçəkmiş şəxs sözlərindən əsəbləşib və onlar, yəni anası Təqsirləndirilən şəxs, o, bacısı Könül və Ramizin əvvəlki arvadı Pərişanə birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana gediblər. Soraqlaşandan sonra Zərərçəkmiş şəxs evini tapıblar və Zərərçəkmiş şəxs yaşadığı küçənin başında dayanıb uzaqdan Könülün azyaşlı övladı İbrahimi hasarın üzərində görüb, onu çağıraraq bildirmişdir ki, gedib anasına desin ki, qardaşı Ramizi buraxsın və ayrılsın. Bu vaxt Könül hasara çıxıb və onları söyüb təhqir etmişdir. Həmin vaxt Könül küçəyə çıxmamış və hasardan onları söymüşdür. Könül Bəşiriova xalası Ramilənin gəldiyini görüb qapını açaraq küçəyə çıxmışdır. Ramilə anasına tərəf gəlib mübahisə edib və anasını yumruqla bir neçə dəfə vuraraq saçından tutaraq yerə yıxmış, anası yerdə olan zaman azyaşlı İbrahim əlində olan dəmirlə anasının qol nahiyəsinə vurmuş, bu zaman oraya gələn Zərərçəkmiş şəxs da əlində olan taxta parçası ilə anasının qoluna vuraraq xəsarət yetirmişdir. O, həmin yerə yaxınlaşaraq anasını onların əlindən almaq istədikdə Zərərçəkmiş şəxs onun başına taxta ilə vuraraq xəsarət yetirişdir. O, zərbənin təsirindən yerə yıxılmış, bundan sonra həmin yerə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3ə Bəxtiyar qızı da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2nnın göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə onun da şahidlər Şahid2 və Şahid3ənin ifadələri ilə oxşar, eyni məzmunlu ifadə verməsi müəyyən edildi. Məhkəmə iclasında qanuni nümayəndəsi – anası Zərərçəkmiş şəxs Zenulla qızının iştirakı ilə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid4 da zərərçəkmiş şəxs – anası Zərərçəkmiş şəxs Zenulla qızının ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan 11 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1404 saylı rəyində göstərilmişdir ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Zenulla qızının bədənində aşkar edilmiş xəsarətlər - alının, bel nahiyəsinin, sağ sağnnın, sol və sağ dizin sıyrıqları, sol əlin qançın, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İV barmağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun "X9" X8 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən alının, beİ nahiyəsinin, sağ sağrının, sol və sağ dizin sıyrıqları, sol əlin qançırı istər birlikdə, istərsə də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir; ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İV barmağının yumşaq toxumalarının əzilməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu, sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və 07 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs Zenulla qızı tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 01 iyun 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Zenulla qızının və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 10 saat) ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Zenulla qızı ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar