Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-309/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakıları ilə, xx.xx.1985-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində qeydiyyatda olmuş, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozunda yerləşən “İmam Həsən” məscidinin yaxınlığında Zərərçəkmiş şəxs anasının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxoz “İmam Həsən” məscidi küçəsində yerləşən fərdi yaşayış evinin əşyalarının satmasını və həmin evə nəzarət edilməsinin ona da tapşırılmasını bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan şəxsi münasibətlərinin pozulması zəminində əvvəllər də xəbərdarlıq etməklə cəzalandırmaq üçün görüşə çağırdığı Zərərçəkmiş şəxs ilə həmin küçədə mübahisə yaradıb digər şəxslərin gözü qarşısında xuliqanlıq niyyəti ilə onu söyüb təhqir etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, ictimai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək ucadan qışqırıb səs-küy salaraq ümumi davranış qaydalarına və əxlaq normalarına əməl etmədən qəflətən Zərərçəkmiş şəxs köynəyinin yaxasından tutub özünə tərəf çəkərək bir dəfə yumruq ilə gözündən və bir dəfə yumruq ilə sifət nahiyyəsindən qəflətən ani olaraq zərbə vuraraq qəsdən qisas almaq məqsədilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ gözaltı nahiyyənin qançırı, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı kimi az ağır bədən xəsarətləri yetirməsi ilə nəticələnən və zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. Onların arasında münasibətlər yaxşı olmuşdur. Ruslan ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayırdı. Lakin bundan təxminən 2 il əvvəl oradan deportasiya olunmuşdur. Bundan sonra anası Ruslana yaşaması üçün Binə qəsəbəsində onların qonşuluqda fərdi ev almış və həmin evin açarlarının bir nüsxəsini də ona verib Ruslana nəzarət etməyini xahiş etmişdir. O, da Ruslanın anasının sifarişi ilə mütəmadi olaraq onun yaşadığı evə gedirmiş və hər dəfə getdiyində evin əşyalarının yerində olmamasını aşkar etmişdir. Bu barədə o, öz anasına məlumat vermiş və bu gedişlə Ruslanı tənbəh etmək üçün cəzalandıracağını demişdir. Həmçinin o, Ruslanın əməlləri ilə bağlı Ruslanın anasına da məlumat vermişdir və anasının ağlaması dərd çəkməsinə görə tam olaraq qərar vermişdir ki, Ruslanı cəzalandıracaq. xx.xx.2024-cü il tarixdə o, atası və dostu Elvin ilə birlikdə yaşadığı evə gedərkən məscidin yanında yerləşən dükanın yaxınlığında saxlamış və atası mağazaya alış veriş üçün getmişdir. Bu vaxt o və dostu Elvin maşında qalmışlar. O, həmin vaxt Ruslanın qarşıdan gəldiyini görmüş və Ruslan ilə söhbət etmək üçün maşından düşüb ona yaxınlaşmışdır. O, Ruslana etdiyi əməldən utanmalı olduğunu və bir daha belə əməllər etdiyi halda Ruslanı yenidən cəzalandıracağını deyib onun sifətindən bir dəfə şillə ilə vurmuşdur. Bu vaxt Ruslan onun yenidən yaxasından tutub onu vurmaq istədikdə Elvin maşından düşüb tez yanlarına çatmış və atası da həmin vaxt mağazadan çıxdığı üçün qaçıb yanlarına gəlib onları ayırmışlar. O, Ruslana başqa zərbə vurmamış heç bir xəsarət yetirməmişdir. Ruslana qarşı onun xuliqanlıq etmək niyyəti olmamış sadəcə olaraq o, Ruslanı böyük qardaşı kimi tənbeh etmək üçün belə bir hərəkət etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli hesab etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2024-cü il tarixli 1313 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər — sağ gözaltı nahiyyənin qançırı, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi Vasif Zeynallı tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında qətimkan” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir; - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 127.1-ci maddəsindən CM-nin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi Vasif Zeynallı tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir; - Azərbayca Respublikası Səhiyyə Nazirliyi “X6” X7 xx.xx.2025-ci il tarixli ölüm haqqında tibbi şəhadətnaməsində və “E-məhkəmə” informasiya sistemindən çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə böyrək çatışmamazlığı və beyin ödəmi səbəbindən ölmüşdür; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan məlum olur ki, mərhum Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınması ilə bağlı onun yaxın qohumlarına məktub ünvanlanmışdır; - Təqsirləndirilən şəxs atası Şahid1 tərəfindən və anası X2 tərəfindən ayrı-ayrılıqda məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizələrdən müəyyən edilir ki, onlar cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi varis qismində tanınmaq istəmədiklərini bildirmişlər. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Lakin Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan olan Azərbayca Respublikası Səhiyyə Nazirliyi “X6” X7 xx.xx.2025-ci il tarixli ölüm haqqında tibbi şəhadətnaməsində və “E-məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ölmüşdür. Onun yaxın qohumlarına hüquqi varis qismində tanınma barədə bildiriş göndərilmiş, lakin yaxın qohumları tərəfindən məhkəməyə göndərilmiş ərizədə cinayət işi üzrə mərhum Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmaq istəmədikləri bildirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 44-cü bəndinə əsasən CPM-nin 391.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanmış cinayət təqibinə xitam verilməlidir (başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına təqsirləndirilən şəxs öldüyündən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.5, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və cinayət işinin icraatına Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv olunsun. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 06 saat vaxta görə 66 manat olmaqla, cəmi 186 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-309/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-309/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver