Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-31/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və onların qanuni nümayəndəsi, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1971-ci il tarixdə Naxçıvan MR-sı Naxçıvan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşqul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR-sı Babək rayonunun Qoşadizə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu Yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs idarə etdiyi nəqiliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdə, saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz A 160 minik» markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə Xəzər rayonu Binə qəsəbəsi Südçülük savxozu istiqamətindən Binə körpüsü istiqamətinə Ə.İsazadə küçəsi ilə soldan-sağa 1-ci hərəkət zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olarkən yolun geriyə dönmək üçün nəzərdə tutulmuş hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbələrinə uyğun olaraq sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqiliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olduğu halda bunlara əməl etməyərək o, idarə etməni itirib ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə eyni zolaqda dönmə işığını yandırıb sola manevr etməyə başlamış sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi «Skoda Rapid» markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol yan hissəsi ilə toqquşmuş, nəticədə «Mercedes Benz A 160 minik» markalı avtomobilində olan sərnişin 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 ümumi əmək qabiliyyətinin üçdə birinin çox hissəsinin uzun müddətə dayanıqlı itirilməsinə səbəb olan sağ gözdə zədədən sonra görmə itiliyinin 0,01 vahid olması ilə nəticələnmiş sağ göz almasının qansızması, sağ göz almasının buynuz qişasının dəlib keçən yaralanması ilə nəticələnən sağlamlığına Ağır dərəcəli, 2013-cuil təvəllüdlü Zərərçəkmiş şəxs2 sağlamlığına zərərvurmayan xəsarətlərə aid olan alının hematoması və sıyrığı ilə nəticələnən dərəcəsi təyin edilməyən, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sol dizin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan Yüngül dərəcəli bədən xəsarət almasına səbəb olan habelə Zərərçəkmiş şəxs4 məxsus «Skoda Rapid» markalı **-VN-*** dövlət nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində 4999,92 manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, «B» kateqoryalı olmaqla xx.xx.2024-cü il tarixədək etibarlıq müddəti olan sürücülük vəsiqəsi vardır. İdarə etdiyi «Mercedes Benz A 160» markalı **- KS-*** dövlət qeydiyyat nişanlı avtomaşın etibarnamə ilə ona məxsusdur və onun əmlakıdır. Həmin avtomaşını təxminən 5-6 olar ki, Səbuhi Bağırovdan tam pulunu ödəməklə almışdır. 05 mart 2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi həmin avtomaşınla taksi fəaliyyəti ilə məşğul olan zaman Binə qəsəbəsi Südçülük sovxozunda avtomaşına bir böyük, digərləri isə uşaq olmaqla ana və uşaqları avtomaşına əyləşərək Buzovna qəsəbəsinə getməklərini bildirmişlər. Həmin ana ilə qızı arxa oturacaqda, oğlan uşağı isə qabaq oturacaqda əyləşmişlər. O da avtomaşını Ə.İsazadə küçəsi ilə soldan sağa birinci həkərət zolağı ilə 50-55 km/saat sürətlə hərəkət etdirən zaman 10 metr məsafədən görmüşdür ki, önündə hərəkətdə olan ağ rəngli avtomaşın yolun mərkəzində avtomobillərin dönməsi üçün nəzərdə tutulmuş geriyə dönmək hissəsində sola dönmə işığını yandırıb manevr edir. O, həmin anda avtomaşının əyləcini sıxsa da, lakin avtomaşınının qabaq hissəsi ilə həmin avtomaşının sol yan hissəsinə çırpılmışdır. Həmin zaman avtomaşından düşüb dərhal onun maşınında olan xəsarət alan şəxsləri xəstəxanaya aparmaq üçün tibbi yardım çağırmış və onlar xəstaxanaya aparılmışlar. Bu günə kimi adını sonradan bildiyi həmin zərərçəkmiş şəxsə 1200 manat pul ödəmişdir. Hazırkı açıq məhkəmə iclasında isə əsil həqiqəti söyləyir və bildirir ki, idarə etdiyi «Mercedes Benz A 160» markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxsləri illərdir ki, tanıyır, müştəriləri olmuşlar. 05 mart 2022-ci il tarixdə Binə qəsəbəsi Südçülük sovxozunda Zərərçəkmiş şəxs1 iki uşağı ilə birlikdə avtomaşına əyləşərək onları Buzovna qəsəbəsinə aparmasını xahiş etmişdir. Ə.İsazadə küçəsi ilə sağdan sola ikinci həkərət zolağı ilə 50-55 km/saat sürətlə hərəkətdə olmuşdur. Qarşısında hərəkətdə olan avtomaşın dönmə işığını yandırmadan anidən geriyə dönmək istədiyindən, o, əyləcdən istifadə etsə də, avtomobili saxlaya bilməmiş və avtomaşınının qabaq hissəsi ilə həmin avtomaşının sol yan hissəsinə çırpılmışdır. Hadisə nəticəsində onun avtomobilində olan sərnişinlər xəsarət aldığından çağırdığı təcili tibbi yardım maşını onları xəstəxanaya aparmışdır. Həmin vaxt dönmə işığını yandırmamış, eyni zolaqda hərəkətdə olsalar da digər avtomobil sağ zolaqda hərəkətdə olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində onun heç bir günahı yoxdur. Hadisədir, olub, zərərçəkmiş şəxslər nə deyiblərsə, o, onların dediklərini etmiş, istədiklərini tapıb vermişdir, onlar da ona qarşı şikayətçi olmayacaqlarını demişlər. Himayəsində yetkinlik yaşına çatmayan və nevroloji xəstəlikdən əziyyət çəkdiyinə görə əlillik dərəcəsi verilmiş xx.xx.2006-cı il təvəllüdlü X1 adlı bir uşağı vardır. Bunların nəzərə alınaraq onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, 05 mart 2022-ci il tarixdə, saat 13 radələrində idarə etdiyi «Skoda Rapid» markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Binə qəsəbəsi Südçülük sovxozu istiqamətindən Ə.İsazadə küçəsi ilə Binə körpüsü istiqamətində hərəkətdə olmuşdur. Yolda geriyə dönmək üçün nəzərdə tutulmuş yerdən geriyə dönmək üçün sola dönmə işığını yandırıb dönmə hərəkətini həyata keçirmişdir. Bu zaman onunla eyni zolaqda arxadan hərəkətdə olan «Mercedes Benz» markalı avtomobil onun avtomobilinin sol yan hissəsindən vurmuşdur. Hadisə nəticəsində avtomaşınına 4999,92 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs onunla barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 05 mart 2022-ci il tarixdə, saat 13 radələrində o, 2010-cu il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs3 və 2013-cü il təvəllüdlü qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə Buzovna qəsəbəsinə getmək üçün Binə qəsəbəsi Donuzçuluq sovxozunda taksiyə əyləşmişlər. O, azyaşlı qızı İnci ilə birlikdə arxa oturacaqda, azyaşlı oğlu isə sürücünün təklifi ilə qabaq oturacaqda əyləşmişdir. Lakin sürücü uşağın təhlükəsizlik kəmərini bağlamamışdır. Bir qədər getdikdən sonra onların əyləşdikləri «Mercedes» markalı avtomobil qabaqda sola dönməkdə olan ağ rəngli avtomobillə toqquşmuşdur. Həmin vaxt «Mercedes» markalı avtomobilin sürücüsü avtomobili yüksək sürətlə idarə etmişdir. Hadisədən sonra oğlu maşından düşərək onu axtarmışdır. Uşağın gözündən həmin vaxt qan gəlmişdir. Onlara hadisədən sonra kömək edən olmamışdır. Yoldan keçən başqa qırmızı rəngli avtomobil onları xəstəxanaya aparmışdır. Uşağın əməliyyat olunan zaman Azər və Ruslan adlı sürücülər hər biri ayrı-ayrılıqda 500 manat pul vermişlər. Sonra heç biri onlara maddi cəhətdən köməklik göstərməmişlər. Hətta Azərin arvadı onu nalayiq sözlərlə təhqir etmişdir. Azər onun uşağını əlil etmiş, ona isə böyük zərər vurmuş, hadisədən sonra onlarla maraqlanmamış və müalicə xərclərinə köməklik göstərməmişdir. Halbuki, ailələri indiyə qədər oğlunun müalicəsinə 7000 manatdan çox pul xərcləmişdir, oğlunun müalicəsi indi də davam edir və hələ bundan sonra da davam edəcəkdir. Çox böyük çətinliklə dolanırlar, müalicə ilə əlaqədar hazırda çoxlu borcları vardır, təqsirləndirilən şəxsdən müalicəsinə çəkdiyi xərcləri ödəməyi tələb edir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 göstərdi ki, 05 mart 2022-ci il tarixdə anası Ruqiyyə və qardaşı İbrahim ilə birlikdə Buzovna qəsəbəsinə getmək üçün Binə qəsəbəsində taksiyə oturmuşlar. O, avtomobildə arxa oturacaqda əyləşdiyi üçün oturduğu avtomobilin necə toqquşmasını görməmişdir. Hadisə nəticəsində onun beli əzilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 göstərdi ki, 326 saylı tam orta məktəbin 5ci sinfində oxuyur. 05 mart 2022-ci il tarixdə anası Ruqiyyə və bacısı İnci ilə birlikdə taksi ilə Buzovna qəsəbəsinə getmişlər. Onlardan xeyli qabaqda başqa maşın getmişdir. Qarşıda olan maşın dönmək istəyərkən onların olduğu maşın qarşıda olan maşını vurmuşdur. Hadisədən əvvəl onların olduğu maşın surətlə hərəkət etmişdir. Qabaq oturacaqda oturarkən sürücü təhlükəsizlik kəmərini bağlamağı demədiyi üçün, o da bağlamamışdır. Hadisə nəticəsində sağ gözündən xəsarət aldığı üçün əməliyyat olunmuşdur. Məhkəmə tərəfindən proses iştirakçılarının iştirakı ilə yol-nəqliyyat hadisəsini özündə əks etdirən 1 ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, yol iki zolaqdan ibarətdir. Sağdan sola birinci həkərət zolağında yük avtomobili saxlamışdır. «Skoda Rapid» markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil sağdan sola birinci həkərət zolağı ilə hərəkət edərək yük avtomobili bərabərinə çatdıqda sola dönmə işığını yandırıb geriyə dönmək üçün nəzərdə tutulmuş yerdən geriyə dönmək üçün birinci hərəkət zolağına keçir və dönmə əməliyyatını həyata keçirməmiş birinci hərəkət zolağı ilə hərəkət edən «Mercedes Benz A 160» markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomaşın «Skoda Rapid» markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobili sərnişin tərəfdən arxa hissədən toqquşur. İş materiallarında olan icra edilmiş xidmətlərə dair ********** seriyalı 04 may 2022ci il tarixli aktdan görünür ki, «Skoda Rapid» markalı 90 VN464 dövlət qeydiyyat nişanlı avtomaşına 4999,92 manat ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsindən alınmış 05 mart 2022-ci il tarixli 1/971 nömrəli sərxoşluq vəziyyətinin tibbi muayinəsi aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsindən alınmış 05 mart 2022-ci il tarixli 2/3526 nömrəli sərxoşluq vəziyyətinin tibbi muayinəsi aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs4 alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 mart 2022-ci il tarixli, 265 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər alının hematoması və sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun «X3» X4 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqiliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 mart 2022-ci il tarixli, 264 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol dizin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 6-7 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqiliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 mart 2022-ci il tarixli, 266 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ göz almasının qansızması, sağ göz almasının buynuz qişasının dəlib keçən yaralanması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun Ak. Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər. Xəstənin sağlamlığa zərərvurma dərəcəsi E.Zərərçəkmiş şəxs3 tam müalicəsi başa çatdıqdan və onun təkrar məhkəmə-tibb müayinəsindən sonra təyin ediləcəkdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 iyun 2022-ci il tarixli, 05ə/266 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözdə zədədən sonra görmə itiliyinin 0,01 vahid olması ilə nəticələnmiş sağ göz almasının qansızması, sağ göz almasıınn buynuz qişasının dəlib keçən yaralanması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun Ak. Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər. Yuxarıda göstərilən xəsarət ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin uzun müddətə dayanıqlı (daimi) itirilməsinə səbəb olduğundan sağlamlığa Ağır dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 mart 2022ci il tarixli, 8/657 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Skoda Rapid» markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mercedes Benz a 160» markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Xəzər RPİ-nin DYPŞ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli 055-17578-1222 saylı məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında xx.xx.2024cü il tarixədək etibarlılıq müddəti olan AC 704596 seriyalı sürücülük vəsiqəsi verilmiş və hər hansı bir məhdudiyyət qoyulmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs4 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 12 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona hər hansı cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin, Uşaq nevroloji Xəstəxanası tərəfindən verilmiş Epikrizlərdən və axçıvan MR Babək rayon ƏSMM tərəfindən 02 aprel 2018-ci il tarixdə verilmiş 004197 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan və nevroloji xəstəlikdən əziyyət çəkdiyinə görə əlillik dərəcəsi verilmiş xx.xx.2006-cı il təvəllüdlü X1 adlı bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 iyul 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxsnın avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi faktı tam sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, Zərərçəkmiş şəxs4 dəymiş ziyanı tamamilə ödəməsini və həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını, digər zərərçəkmiş şəxsə isə dəymiş ziyanın bir qismini ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 və onların qanuni nümayəndəsi, Zərərçəkmiş şəxs1 tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-31/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-31/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver