Məhkəmə qərarları › İş №1(003)-31/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-31/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-31/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və qanuni nümyəndəsi X6 iştirakları ilə, xx.xx.2009-cu ildə Neftçala rayonu, Qırmızıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı- cinayətin subyekti sayılmayan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, X10 yaşayış massivində inşa edilmiş nömrəsiz fərdi evin həyətinə hasardan aşıb keçərək yaşayış sahəsi olan evin plastik pəncərəsində quraşdırılmış dəmir barmaqlıqlardan birini qırıb pəncərəni vint açanla sıxıb açaraq evə qanunsuz daxil olub oradan bir qutusunun dəyəri 15 manat olmaqla ümumi dəyəri 150 manat olan 10 qutu çayı, ümumi dəyəri 150 manat olan müxtəlif növ şokoladları, 01 ədəd 100 manat dəyərində feni, bir ədədinin dəyəri 2 manat olmaqla ümumi dəyəri 20 manat olan 10 ədəd corabı, bir ədədin dəyəri 15 manat olmaqla ümumi dəyəri 45 manat olan 03 ədəd dəsmalı gizli olaraq talayıb ordan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 645 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışıcinayətin subyekti sayılmayan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Şahid1 ilə öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olan 9 saylı cəzaçəkmə məntəqəsinin arxa hissəsində yerləşən evin həyətinə hasardan keçib yaşayış sahəsi olan evin plastik pəncərəsini vint açanla sıxıb açaraq evə qanunsuz daxil olub oradan bir ədədinin dəyəri 270 manat olmaqla ümumi dəyəri 810 manat olan 3 ədəd plastik qapını, ümumi dəyəri 400 manat olan mis tərkibli elektrik naqilini, 01 ədəd 150 manat dəyərində laqondanı, 01 ədəd 250 manat dəyərində əl üz yumaq üçün moydadırı, 01 ədəd 300 manat dəyərində su kranını və bir ədəd 500 manat dəyərində elektrik tənzimləyicisini gizli olaraq talayıb ordan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 2410 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışıcinayətin subyekti sayılmayan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Şahid1 ilə öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X10 yaşayış massivində yerləşən yaşayış sahəsi olan ikimərtəbəli evin birinci mərtəbəsində olan plastik pəncərəsini vint açanla sıxıb açaraq evə qanunsuz daxil olub oradan bir ədədinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan 02 ədəd dreli, bir ədəd 120 manat dəyərində su matorunu, bir metrinin dəyəri 1 manat olmaqla ümumi dəyəri 100 manat olan bir top, yəni 100 metr 4-lük elektrik naqilini və bir ədədi 30 manat olmaqla ümumi dəyəri 270 manat olan 9 ədəd plastik pəncərəni gizli olaraq talayıb ordan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 590 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışıcinayətin subyekti sayılmayan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Şahid1 ilə öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük Sovxozu ərizisində fəaliyyət göstərən "Niyam" adlı mağazanın yaxınlığında yerləşən evin həyətinə hasardan keçib yaşayış sahəsi olan evin plastik pəncərəsini vint açanla sıxıb açaraq evə qanunsuz daxil olub oradan 300 manat pul vəsaitini və bir ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 750 manat olan 30 ədəd plastik borunu gizli olaraq talayıb ordan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 1050 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışıcinayətin subyekti sayılmayan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Şahid1 ilə öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 05:30 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakovtamat adlanan ərazidə yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini vint açanla sıxıb açaraq qanunsuz daxil olub oradan bir ədəd 800 manat dəyərində «Medern» markalı 28-lik kombi istilik aparatını, bir ədəd 100 dəyərində su nasosunu və bir ədəd 100 manat dəyərində laqondanı gizli olaraq talayıb ordan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışıcinayətin subyekti sayılmayan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Şahid1 ilə öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 evinin həyətinə hasardan aşıb daxil olaraq, evin həyətindəki saxlanc yeri olan qarajdan 01 ədəd 120 manat dəyərində "Bosch" markalı, PBH 2000 RE modelli drel, 01 ədəd 200 manat dəyərində "Shimge" markalı, Q-İD4-43 modelli 0,37 kV-lıq su quyusu nasosu, hər bir metri 0,50 manat olmaqla ümumi dəyəri 50 manat olan diametri 5 mm, açıq göy rəngli, üzəri izoliyasiyalı, mis tərkibli 100 metr elektrik naqilin, hər bir metri 0,30 manat olmaqla ümumi dəyəri 30 manat olan diametri 3 mm, çəhrayı rəngli, üzəri izolyasiyalı, mis tərkibli 100 metr elektrik naqilin, hər bir metri 0,35 manat olmaqla ümumi dəyəri 35 manat olan diametri 4 mm, qırmızı rəngli, üzəri izoliyasiyalı, mis tərkibli 100 metr elektrik naqilin, hər bir metri 0,50 manat olmaqla ümumi dəyər 50 manat olan diametri 3 mm, göy rəngli, üzəri izolyasiyalı, mis tərkibli 100 metr elektrik naqilin, hər bir metri 0,30 manat olmaqla ümumi dəyəri 30 manat olan diametri 3 mm, sarı-yaşıl rəngli, üzəri izolyasiyalı, mis tərkibli 100 metr elektrik naqilin, hər bir metri 0,50 manat olmaqla ümumi dəyəri 50 manat olan diametri 5 mm, sarı-yaşıl rəngli, üzəri izoliyasiyalı, mis tərkibli 100 metr elektrik naqilini, hər bir metri 0,30 manat olmaqla ümumi dəyəri 30 manat olan diametri 3 mm, qara rəngli, üzəri izoliyasiyalı, mis tərkibli 100 metr elektrik naqilini, hər bir metri 0,80 manat olmaqla ümumi dəyəri 80 manat olan 2 xətli, hər biri 3 mm olan, ağ rəngli, üzəri izoliyasiyalı, mis tərkibli 100 metr elektrik naqilini, hər bir metri 0,30 manat olmaqla ümumi dəyəri 6 manat olan 20 metr antena kabelini, 01 ədəd 5 manat dəyərində elektrik uzadıcısını kisəyə yığıb gizli olaraq talamaq istəyərkən, həmin evdə fəhlə işləyən usta X11 tərəfindən hadisə yerində yaxalanaraq Zərərçəkmiş şəxs6 məxsus 686 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaq kimi oğurluq cinayəti törətməyə yönəlmiş qəsdən edilən hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib oğurluq etməyə cəhd etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 fevral 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, X10 yaşayış massivində yerləşən nömrəsiz fərdi evinin həyətinə hasardan aşıb keçərək yaşayış sahəsi olan evin ön hissəsində yerləşən plastik pəncərədən ibarət nəfəsliyi açaraq evə qanunsuz daxil olub yataq otağındakı paltar dolabının içində asılmış pəncəyin cibindən 500 manat pul vəsaitini gizli olaraq talayıb ordan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 fevral 2024-cü il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, X10 yaşayış massivində yerləşən nömrəsiz fərdi evinin həyətinə hasardan aşıb keçərək yaşayış sahəsi olan evin plastik pəncərəsini dirsəyi ilə sıxıb açaraq evə qanunsuz daxil olub yataq otağındakı çarpayının altından 3 kq-lıq balonun içərisindən 200 manat pul vəsaitini, ümumi dəyəri 11 manat olan 01 ədəd çəkisi 38,15 qram olan işlək vəziyyətdə olmayan kəmərinin içərisində «Dior» yazısı, sverpladı altında ağ şəffaf qaşları olan metallı dəmir ərintidən hazırlanmış, sverpladı şüşə olmaqla qara rəngli metal korpuslu saatı, 01 ədəd çəkisi 12,36 qram olan, üzərində ağ rəngli muncuqlar və ağ şəffaf qaşlar olan metal dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan sarı rəngli metaldan hazırlanmış bijuteriya, 01 ədəd çəkisi 8,36 qram olan, kulonu üzərində ağ şəffaf qaşlar olan boyunbağı, qaşları qiymətli qaşlara aid olmayan sarı-gümüşü qiymətsiz əlvan metal ǝrintisindən hazırlanmış bijuteriyanı gizli olaraq talayıb ordan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 211 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışıcinayətin subyekti sayılmayan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Şahid3 ilə öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ş.İ.Xətai küçəsində yerləşən yaşayış olmayan təmirsiz evin həyətinə hasardan aşıb keçərək ümumi dəyəri 800 manat olan müxtəlif ölçülü və müxtəlif diometrli dəmir boruları, Qazer, Kamaz, Qaz 51 markalı avtomobil hissələrini, həmin gün saat 17 radələrində həmin yaşayış olmayan təmirsiz evin həyətinə hasardan aşıb keçərək giriş qapısı olmayan saxlanc yeri olan evin içərisindən hər bir metri 1 manat olmaqla 450 metr olan ümumi dəyəri 450 manat olan 4-lük elektrik naqili, hər bir metri 0,60 manat olmaqla 250 metr olmaqla ümumi dəyəri 160 manat olan 2,5-lik elektrik naqili, hər bir metri 2 manat olmaqla 170 metr olmaqla ümumi dəyəri 340 manat olan 3x4-lük elektrik naqili və həmin gün saat 22 radələrində isə həmin yaşayış olmayan təmirsiz evin həyətinə hasardan aşıb keçərək giriş qapısı olmayan saxlanc yeri olan evin içərisindən hər biri 40 manat olmaq ümumi dəyəri 80 manat olan 2 ədəd Yağmur və Bocsh markalı işlənmiş pitimunitka, hər biri 30 manat olmaqla ümumi dəyəri 90 manat olan işlənmiş su matorlarını gizli olaraq talayıb ordan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 1920 manat maddi ziyan vurmaqla vahid niyyətlə oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək qanuni nümayəndəsi X6 iştirakı ilə verdiyi ifadəsində bildirdi ki, maddi vəziyyəti yaxşı olmadığı üçün və pul əldə etmək məqsədi ilə məcbur olub oğurluq etməyi qərara almışdır. Bu məqsədlə tanışı Ramazanla Xəzər rayonu, Binə qəsəbəsi ərazisində müxtəlif ünvanlardan xatırlamadığı vaxtlarda oğuluq etmişlər. Oğurladığı əşyaları metal qəbul məntəqəsinə və tanımadığı şəxslərə satmışdır. Hətta bir dəfə oğurluğa girən zaman bir nəfər şəxs onu tutaraq polisə təhvil vermişdir. Digər oğurluq hadisələrini dəqiq xatıqlamır və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Qasım oğlu verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olan 218 saylı orta məktəbi 8-ci sinifə qədər oxumuş, 2022-ci il tarixdən məktəbdən çıxmışdır. Ramazan və Əli dostlarıdır, 2023-cü ilin yay aylarında birlikdə futbol oynayan vaxt tanış olmuşlar. Sonradan Ramazan ilə razılığa gəlmişdir ki, nəzarətsiz yerlərə girib oğurluq etsinlər. Ramazan ilə hər dəfə təsadüfən görüşürmüş. İlk oğurluğu xx.xx.2023-cü il tarixdə olub. Ramazan ilə görüşüb, Xəzər rayonu, Binə qəsəbəsi, X10 yaşayış massivində gəzən zaman 1 mərtəbli fərdi yaşayış evində heç kəsin olmadığını görüb, ətrafa baxmış heç kəsin olmadığına əmin olandan sonra hasardan həyətə daxil olmuşdur. Bundan sonra dəmir barmaqlıqları gətirdiyi dəmir ilə sındırmış, plastik pəncərəni vint açanla açıb evə daxil olmuşlar. Həmin evdən paçkada quru çaylar, şokaladları, bir ədəd feni, təzə corabları, dəsmalları götürüb evdən çıxmışlar. Oradan oğurladığı feni səyyar metal yığanlara 10 manata satmış və pulu bölüb, həmçinin şokoladları yeyib, çorabları dəsmalları aralarında bölüşdürmüşlər. Qalan çayları isə yaxınlıqda olan zibil qutusuna atmışlar. Bundan başqa xx.xx.2023-cü il tarixdə tarixdə saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olan 9 saylı cəzaçəkmə məntəqəsinin arxa hisəsindəki fərdi yaşayış evlərindən birində heç kəsin olmadğını görmüş, o, pəncərəni vint açanla açıb Ramazanla birlikdə evə daxil olmuşlar. Divara bərkidilmiş elektrik naqilini sökmüş, orada olan plastik qapıları əl-üz yuyan moykanı, stablizatoru köməkləşib küçəyə çıxarmış və evdən bir ədəd su kranını, laqondanı götürüb çıxmışlar. Həmin gün misləri yaxın ərazidə əridib, digər oğurlayıb gizlətdiyi əşyaları mislə birlikdə səyyar dəmir yığan Vaz 2107 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə ümumilikdə 80 manata satmışlar. Ramazan ona 20 manat vermiş, 60 manatı isə özü götürmüşdür. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, X10 yaşayış massində iki mərtəbli fərdi yaşayış evində yaşayış olmadığını görüb, mişar daşları ilə inşa edilmiş hasardan həyətə daxil olmuş, o, birinci mərtəbənin plastik pəncərəsini vint açan ilə açmış və evə daxil olmuşlar. Həmin evin birinci mərtəbəsində olan 1 top elektrik naqilin, 2 ədəd dreli və 1 ədəd su nasosunu götürüb evdən çıxmışlar. Həmçinin evdə olan təxminən 8-9 ədəd plastik pəncərəni köməkləşib küçəyə qoymuş və elektrik naqilini Ramazan götürmüşdür, 2 ədəd dreli və su nasosunu o, götürmüşdür. Həmin evdən uzaqlaşandan sonra elektrik naqilini əridib, yoldan keçən metal yığan şəxslərə 50 manata satmış, pulu iki hissəyə bölmüşlər, 2 ədəd drelin birini Ramin adlı tanışına 2 manata satmış, 1 ədəd su nasosunu, pəncərələri və dreli isə Binə qəsəbəsində hazırda yerini xatırlamadığı yarımtikilidə gizlətmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ramazan, Əli və o, Xəzər rayonu, Binə qəsəbəsi, X10 yaşayış massivində gəzən zaman 1 mərtəbli fərdi yaşayış evində heç kəsin olmadığını görüb, evə daxil olmuş, Əli isə evə daxil olmamış, Əli onları gözləməmiş və çıxıb getmişdir. Fərdi yaşayış evinin pəncərəsini açıb evə daxil olmuş, 300 manatı özü götürmüş, lakin uşaqlara həmin puldan verməmişdir, orada olan sayını xatırlamadığı boruları götürüb evdən çıxmışlar. O, həmin boruları tanımadığı şəxsə 10 manata satmış və hərbirinə 5 manat olmaqla aralarında bölmüş, 300 manatı isə tək xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat təxminən 05:30 radələri olarmış Ramazan ilə birlikdə Xəzər rayonu, Bakavtamat adlanan deyilən ərazidə gəzirmiş və tanımadığı bir şəxsin yarımtikili yaşayış olmayan evinin qarşısından keçirmiş, qərara gəlmişdir ki, həmin evə daxil olaraq dəyərli nəsə qarşılarına çıxsa götürüb satarlar. Qeyd etdiyi evin giriş qapısını məftil ilə bağlamışdır ki, ev sahibi gələn zaman pəncərədən qaçıb gedsinlər. Evə baxan zaman 1 ədəd kombi tapmış, həmin kombini birləşdirilmiş su nasosunu və bir ədəd laqondanı götürüb birlikdə küçəyə çıxardıb məftil ilə qapını bağlamış. Bir neçə kilometr köməkləşib aparandan sonra yolda səyyar dəmir satan şəxsə həmin əşyanı ümumilikdə 20 manata satıb pulu iki yerə bölmüşdür. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ramazan ilə birlikdə Binə qəsəbəsində 3 mərtəbəli evi görüb, ətrafa baxmış, heç kəsin olmadığını düşünüb, hasarından içəri daxil olmuşdur. Ramazan ilə müşahidə kameralarını sındırmışdır ki, görüntüyə düşməsin. Ramazan əyilmiş oda Ramazanın belinə çıxıb, vint açanla plastik pəncərəni açıb evə daxil olmuşdur. Bundan sonra onun köməkliyi ilə Ramazan da evə daxil olmuşdur. Evdə olan elektrik naqillərini kəsib orda olan kisələrə yığmış, həmçinin kisəni pəncərədən həyətə atmış və iksidə evin həyətinə düşüb qaraja girmişlər. Qarajda olan dəmir materiallarndan bir ədəd quyunun su nasosunu və bir ədəd direli kisəyə yığanda bir nəfər şəxs onlara yaxınlaşıb tutmuş və polis əməkaşlarını çağırıb təhvil vermişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında qazanc əldə etmək niyyəti ilə oğurluq etmək qərarına gəlmişdir. Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda gəzişərkən həyət qapısı balaca ölçülü olmaqla ağ rəngli üzərində naxış və yuxarı hissəsində barmaqlıq olan evə hasardan boylanıb işıq yanmadığını görüb qapının yan hissəsindən hasardan aşaraq həyətə daxil olmuş, daha sonra isə evin qabaq hisəsində yerləşən plastik nəfəslik pəncərəni açma yolu ilə açıb həmin nəfəslikdən evin içinə daxil olmuş və evin otaqlarında pul, qiymətli əşya axtarmağa başlamışdır. Yatağ otağında yerləşən paltar dolabına baxanda orada olan pencəyin ciblərinə baxış keçirən zaman kastyumun iç cibindən 500 manat pul tapıb götürərək evə daxil olduğu yerdəndə cıxaraq uzaqlaşmış, həmin pulu özü üçün xərcləmişdir. xx.xx.2024-cu il tarixdə saat 14:30 radələrində Xəzər rayonu. Binə qəsəbəsi. Hovsan Südçuluk sovxozunda yerləşən evin qapısını kilidli oldğunu görüb evdə heç kimin olmadığını başa düşmüş və evin yan hissəsində olan qum topasının üzərindən hasara çıxıb həyətə aşmışdır. Həyətdə olan evin pilləkanına çıxıb orada olan plastik pəncərəni dirsəyilə sıxaraq açmış və evə daxil olmuşdur. Mətbəxə daxil olduqdan sonra evin otaqlarını gəzərək evdə qiymətli əşya və ya pul axtarmağa başlamış, yataq otağına daxil olub orada da axtarış apardıqdan sonra yatağın altında 3 kq-lıq balonda müxtəlif əskinazlarla pul aşkar etmişdir. Həmin balonda təxminən 200 manata yaxın pul olmuş, pulu balondan götürərək balonu həmin otaqda olan yatağın üzərinə tullamışdır, orada olan şkafın üzərindən bir ədəd sep, bir ədəd qolbaq və saatıda götürüb cibinə qoymuşdur. Daha sonra daxil olduğu pəncərədən çıxaraq həyətdəki hasarı aşıb oradan uzaqlaşmışdır. Sonuncu olaraq qəsəbədən tanıdığı ondan bir yaş balaca olan Sahiblə birlikdə olarkən ona təklif etmişdir ki, pul qazanmaq üçün oğurluq etsinlər. Sahibdə onun fiki ilə razılaşmış və birlikdə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolundan sonrakı dalana girib ara küçələrdə gəzib əlverişli ev axtarmağa başlamışdır. Bir təmirsiz yaşayış olmayan iki mərtəbəli ev onun diqqətini çəkdiyi üçün oğurluq niyyəti ilə Sahiblə birlikdə hasardan həyətə aşmışlar. Əvvəlcə evin həyətində olan müxtəlif ölçülü və müxtəlif diametrli dəmir boruları, “Qazel”, “Kamaz”, “Qaz 51” markalı avtomobil hissələrini götürüb özləri ilə birlikdə dəmir yol xəttinin yaxınlığında olan dəmir qəbulu məntəqəsinə aparıb ümumilikdə 145 manat pula satmış, pulu iki hissəyə bölmüşlər. Lakin həmin dəmirlərin oğurluq olması barədə dəmir alan şəxsə heç bir şey deməmişdir. Həmin ünvana qayıtmış, təxminən saat 17 radələrində həmin evin həyətinə hasardan aşıb keçərək giriş qapısı olmayan evdən müxtəlif ölçülü mis elektirik naqillərini oğurlayıb yenədə aparıb həmin metal alana satmışdır. Bu dəfəsində ümumilikdə 50 manat pul almış, pulu yenədə iki hissəyə bölmüşdür. Artıq hava qaralmış, bir qədər ətrafda gəzdikdən sonra təxminən saat 22 radələrində yendə həmin evə getmiş və evin həyətinə hasardan aşıb evə girərək oradan iki ədəd pitimunutka, üç ədəd su matorlarını özləri ilə götürüb oğurlayaraq aparıb metal qəbuluna qarışıq metal kimi sataraq 16 manat alıb aralarında bölmüşlər. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 23 fevral 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evdən çıxmış, çıxarkən evin qapısını və hǝyətin qapısını kiliddən bağlamışdır. Gecə təxminən saat 01:16-dək ayıq sürücü işlədikdən sonra evinə gəlmiş, qapını açıb evə daxil olanda ona məlum olmuşdur evin yataq otağı dağınıq vəziyyətdədir. Həmçinin evin mətbəx otağının pəncərəsinin açıq olduğunu görüb, daha sonra isə əşyalarına baxarkən məlum olmuşdur ki, yataq otağında paltar dolabında pencəyinin cibində saxladığı 500 manat pulu yerində yoxdur, evə girən naməlum şəxs tərəfindən oğurlanıb. O, dərhal DİN-nin 102 məlumat zəng mərkəzinə məlumat vermişdir. Bu zaman polis əməkdaşları gələrək araşdırmaya başlamış, mənzildən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdi ki, 26 fevral 2023-cü il tarixdə saat 13:30-da yaşadığı evdən çıxmış və çıxarkən evin qapısını, həyətin giriş qapısını kiliddən bağlamışdır. Evdə heç kim olmamış, həmin günü saat təxminən 15:00-da evə gəlib qapını açdıqda evin əşyaların dağınıq vəziyyətdə olduğunu, yataq otağında döşəklərin dağıldığını aşkar etmişdir. Ona məlum olmuşdur ki, evə oğurluğa girilib. O, əşyalara baxanda çarpayının altında olan pulu yığmaq üçün olan ballon boş vəziyyətdə çarpayının üstündədir, həmçinin içindəki 200 manat pul yoxdur. Daha sonra isə digər əşyalardan qadına məxsus bir ədəd sepin, bir ədəd qol saatının və bir ədəd bilərziyində oğurlandığını aşkar etmişdir. DİN-nin 102 məlumat zəng mərkəzinə məlumat vermiş, bu zaman polis əməkdaşları gələrək araşdırmaya başlamışlar. Mənzildən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 200 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 1 mərtəbli fərdi yaşayış evi var, ara-sıra həmin evdə qalır. Naməlum şəxs və ya şəxslər ona məxsus fərdi yaşayış evinə dəmir barmaqlıqları sındırıb daxil olaraq, 1 ədəd 180 manat dəyərində su nasosunu, 1 qutusunun dəyəri 15 manat olmaqla ümumi dəyəri 150 manat olan 10 qutu çay, ümumi dəyəri 150 manat olan müxtəlif çeşidli şokolad, 1 ədəd 100 manat dəyərində feni, 1 ədədinin dəyəri 2 manat olmaqla ümumi dəyəri 20 manat olan 10 ədəd təzə corabı, 1 ədədinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 45 manat olan 3 ədəd dəsmalı oğurlamışdır. Bundan başqa fərdi yaşayış evinin 3 ədəd qapısını sındıraraq 1000 manat dəyərində ziyan vurmuşdur. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 2 sot torpaq sahəsinin ərazisində 1 mərtəbli 3 otaqdan ibarət fərdi yaşayış evini təmirsiz vəziyyətdə alıb təmir etdirmişdir. Naməlum şəxs və şəxslər xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində ona məxsus fərdi yaşayış evinə plastik pəncərədən daxil olaraq, 1 ədəd 800 manat dəyərində "Modern" markalı 28-lik kombini, 1 ədəd 100 manat dəyərində su nasosunu, 1 ədəd 100 manat dəyərində laqondanı oğurlamışdır. Oğurluq hadisəsinin baş verməsi nəticəsində ona 1000 manat ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 6 sot torpaq sahəsinin ərazisində iki mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Şahid4 həm qonşusudur, həm də ona məxsus fərdi yaşayış evində usta işləyir. xx.xx.2023-cü il tarixdə Əfqan ona zəng vurmuş və iki azyaşlı oğlanın evindən oğurluq edən zaman tutduğunu bildirib onu ora çağırmışdır. Həmin azyaşlı uşaqlar ona məxsus fərdi yaşayış evinin həyətində olan qarajdan 100 manat dəyərində 01 ədəd "Bosch" markalı dreli, 200 manat dəyərində bir ədəd "Shimge" markalı su quyusu nasosunu, 200 metr uzunluğunda 30 manat dəyərində 5 mmlik elektrik naqilini, 300 metr uzunluğunda 40 manat dəyərində 3 mmlik elektrik naqilini, 100 metr uzunluğunda 30 manat dəyərində 4 mmlik elektrik naqilini, təxmini 20 metr uzunluğunda metri 0,50 manat olan 10 manat dəyərində antena kabelini və bir ədəd 8 manat dəyərində elektrik uzadıcısını kisəyə yığıb oğurlamaq istəyən zaman Əfqan tərəfindən saxlanılmışdır. 03 ədəd ümumi dəyəri 480 manat olan kamera, bir ədəd 120 manat dəyərində plastik qapı, 100 manat dəyərində döşəmə, bir ədədinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 300 manat olan pəncərə həmin uşaqlar tərəfindən sındırılmaqla ümumilikdə 1100 manat maddi ziyan vurmaqla yarasız hala salınmışdır. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evi tikilsədə, təmir olunmamışdır. Naməlum şəxs ona məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq, bir ədədinin dəyəri 270 manat olmaqla ümumi dəyəri 810 manat olan 3 ədəd plastik qapını, ümumi dəyəri 400 manat olan mis tərkibli elektrik naqilini, 1 ədəd 150 manat dəyərində laqondanı, 1 ədəd 250 manat dəyərində əl üz yumaq üçün moydadırı, 1 ədəd 300 manat dəyərində su kranını , 500 manat dəyərində elektrik tənzimləyicisini oğurlayaraq ona ümumilikdə 2410 manat ziyan vurmuşdur. Bundan başqa usta pulu olaraq 10000 manat pul xərcləmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Hövsan-Sovxozunda 5 sot torpaq sahəsinin ərazisində 1 mərtəbəli fərdi yaşayış evi var və hal-hazırdada həmin mənzildə yaşayır. Atası vəfat etdiyi üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Lerik rayonunda olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində evə gəlmişdir. Evə baxan zaman aşkar eləmişdir ki, 300 manat pul vəsaiti və 1 ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 750 manat olan 30 ədəd plastik boru oğurlanmışdır. Oğurluq nəticəsində ona 1050 manat maddi ziyan dəymişdir. O, hadisədən bir gün sonra 102 xidmətinə məlumat vermişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində qeyd etmişdir ki, Binə qəsəbəsi, X14 küçəsində yerələşn 16 sotun içərisində 11x10 ölçülü olmaqla iki mərtəbəli evi var. Həmin evdə hələki təmir işəlri gedir, təmir işlərinin əsas hissəsini özü vaxt olduqca edir. Pəncərələri qoyulsada əsas giriş qapısı yoxdur. Evin içində elektirik naqilləri, müəyyən usta alətləri olmuşdur. Həmçinin həyətdə “Qazel”, “Kamaz”, “Qaz- 51” markalı yük avtomobilinin dəmir hissələri, digər dəmirlər, borular olmuşdur. Həyət qapısı daimi kilidli olmuşdur. 02 mart 2024-cü il tarixdə saat 23 radələrində baş çəkmək üçün ünvana getmiş, həyət qapısını açıb həyətə daxil olanda görmüşdür ki, həyətdə qeyd etdiyi avtomobilin 800 manat dəyərində dəmir hissələri, evin içərisində hər bir metri 1 manat olmaqla 450 metr olan ümumi dəyəri 450 manat olan 4-lük elektrik naqili, hər bir metri 0,60 manat olmaqla 250 metr olmaqla ümumi dəyəri 160 manat olan 2,5-lik elektrik naqili, hər bir metri 2 manat olmaqla 170 metr olmaqla ümumi dəyəri 340 manat olan 3x4-lük elektrik naqili, hər biri 40 manat olmaq ümumi dəyəri 80 manat olan 2 ədəd Yağmur və Borsh markalı işlənmiş pitimunutka, hər biri 30 manat olmaqla ümumi dəyəri 90 manat olan işlənmiş su matorları yerində yoxdur. Ona məlum olmuşdur ki, evdən oğurluq olub. Bu barədə dərhal DİN-nin 102 zəng xidmətinə məlumat vermiş və bir qədər keçmiş polis əməkdaşları gəlib hadisə yerini muayinə edib fotoşəkillər çəkmişlər. Həmin oğurluq nəticəsində ümumilikdə ona 1920 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 2 sot torpaq sahəsinin ərazisində 2020-ci il tarixdən başlayaraq 2 mərtəbəli fərdi yaşayış evi tikdirmiş, təmir işləri gedirmiş. Ona məxsus fərdi yaşayış evinin mişar daşları ilə hörülmüş hasarı olsada, lakin dəmir darvazası yoxdur. O, özünə məxsus fərdi yaşayış evində sonuncu dəfə xx.xx.2023-cü il tarixdə olmuşdur. Qeyd etmişdir ki, naməlum şəxs və ya şəxslər ona məxsus fərdi yaşayış evində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində fərdi yaşayış evinə birinci mərtəbənin pəncərəsindən daxil olub, 1 ədədinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan markasını bilmədiyi dreli, 1 ədəd 120 manat dəyərində su motoru, 1 top 100 manat dəyərində qalınlığı 4 millimetr uzunluğu 100 metr olan misdən hazırlanmış elektrik naqilini və 1 ədədinin dəyəri 30 manat olmaqla ümumi dəyəri 270 manat təşkil edən 9 ədəd plastik pəncərəni oğurlayaraq ümumilikdə 590 manat ziyan vurmuşdur. Bundan başqa ona məxsus fərdi yaşayış evinin elektrik naqillərini və təmirini korlamaqla ümumilikdə 500 manat dəyərində ziyan da vurmuşlar. İbtidai araşdırma zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Binə qəsəbəsində olan 88 nömrəli tam orta məktəbin 8 C sinif şagirdidir. Xəyal və Əli dostlarıdır, 2023-cü ilin yay aylarında birlikdə futbol oynayan vaxt tanış olmuşlar. Sonradan Xəyal ilə razılığa gəlmişlər ki, nəzarətsiz yerlərə girib oğurluq etsinlər. İlk oğurluğu xx.xx.2023-cü il tarixdə olub. Xəyal onu evdən çağırmış, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Xəyal ilə görüşmüş, Xəzər rayonu, Binə qəsəbəsi, X10 yaşayış massivində gəzən zaman 1 mərtəbli fərdi yaşayış evində heç kəsin olmadığını görüb, ətrafa baxmış heç kəsin olmadığına əmin olandan sonra hasardan həyətə daxil olmuşdur. Bundan sonra Xəyal özü ilə gətirdiyi dəmir parçası ilə dəmir barmaqlıqları sındırmış, plastik pəncərəni vint açanla açmış və evə daxil olmuşdur. Həmin evdən paçkada quru çaylar, şokaladları, bir ədəd feni, təzə corabları, dəsmalları götürüb evdən çıxmışlar. Oradan oğurladığı feni səyyar metal yığanlara 10 manata satmış və pulu bölmüşlər, həmçinin şokoladları yeyib, çorabları dəsmalları aralarında bölüşdürmüşlər. Qalan çayları isə yaxınlıqda olan zibil qutusuna atmışlar. Bundan başqa xx.xx.2023-cü il tarixdə Xəyal ilə görüşmüş, saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olan 9 saylı cəzaçəkmə məntəqəsinin arxa hisəsində olan fərdi yaşayış evində heç kəsin olmadığını görmüşdür. Xəyal pəncərəni vint açanla açmış onlar birlikdə evə daxil olmuşlar. Divara bərkidilmiş elektrik naqilini söküb, orada olan plastik qapıları, əl-üz yuyan moykanı, stablizatoru köməkləşib küçəyə çıxarmış və evdən bir ədəd su kranını, laqondanı götürüb çıxmışlar. Həmin gün misləri yaxın ərazidə əridib, digər oğurlayıb gizlətdiyi əşyaları mislə birlikdə səyyar dəmir yığan Vaz 2107 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə ümumilikdə 80 manata satmışlar. O, Xəyala 20 manat vermiş, 60 manatı isə özü götürmüşdür. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Xəyal ilə birlikdə olan zaman Xəzər rayonu, Binə qəsəbəsi, X10 yaşayış massivində iki mərtəbli fərdi yaşayış evində yaşayış olmadığını görüb, mişar daşları ilə inşa edilmiş hasardan həyətə daxil olmuş, o, birinci mərtəbənin plastik pəncərəsini vint açan ilə açmış və evə daxil olmuşdur. Həmin evin birinci mərtəbəsində olan 1 top elektrik naqilin, 2 ədəd dreli və 1 ədəd su nasosunu götürüb evdən çıxmışlar. Həmçinin evdə olan təxminən 8-9 ədəd plastik pəncərəini köməkləşib küçəyə qoymuş və elektrik naqilini o, götürmüşdür, 2 ədəd dreli və nasosunu o, götürmüşdür. Həmin evdən uzaqlaşandan sonra elektrik naqilini əridib, yoldan keçən metal yığan şəxslərə 50 manata satmışdır. Pulu iki hissəyə bölmüş, 2 ədəd drelin birini Ramin adlı tanışına 2 manata satmış, 1 ədəd su nasosunu, pəncərələri və dreli isə Binə qəsəbəsində hazırda yerini xatırlamadığı yarmtikilidə gizlətmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə günarta saatlarında Xəyal, Əli və o, Xəzər rayonu, Binə qəsəbəsi, X10 yaşayış massivində gəzən zaman 1 mərtəbli fərdi yaşayış evində heç kəsin olmadığını görüb, evə daxil olmuş. Əli isə evə daxil olmamışdır, Əli hətda ona demişdir ki, «girmə evə yaxşı iş deyil». Əli onları gözləməmiş və çıxıb getmişdir. Fərdi yaşayış evinin pəncərəsini açıb evə daxil olmuş, 300 manatı özü götürmüşdür, lakin uşaqlara həmin puldan verməmişdir, orada olan sayını xatırlamadığı boruları götürüb evdən çıxmış. Onlar həmin boruları tanımadığı şəxsə 10 manata satmış və hərbirnə 5 manat olmaqla aralarında bölmüşlər, 300 manatdan isə Xəyal ona heçnə verməmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat təxminən 05:30 radələrində Xəyal ilə birlikdə Xəzər rayonu, Bakovtamat adlanan ərazidə gəzirmiş və tanımadığı bir şəxsin yarımtikili yaşayış olmayan evinin qarşısından keçirmiş, qərara gəlmişlər ki, həmin evə daxil olaraq dəyərli nəsə qarşılarına çıxsa götürüb satsınlar. Qeyd etdiyi evin giriş qapısını məftil ilə bağlamışdır ki, ev sahibi gələn zaman pəncərədən qaçıb gedsinlər. Evə baxan zaman 1 ədəd kombi tapmış, həmin kombini birləşdirilmiş su nasosunu və bir ədəd laqondanı götürüb birlikdə küçəyə çıxardıb məftil ilə qapını bağlamışlar. Bir neçə kilometr köməkləşib aparandan sonra yolda səyyar dəmir satan şəxsə həmin əşyanı ümumilikdə 20 manata satıb pulu iki yerə bölmüşlər. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Xəyal ilə birlikdə Binə qəsəbəsində 3 mərtəbli evi görüb, ətrafa baxmış, heç kəsin olmadığını düşünüb, hasarından içəri daxil olmuşlar. Onlar Xəyal ilə müşahidə kameralarını sındırmışlar ki, görüntüyə düşməsinlər. O, əyilmiş Xəyal onun belinə çıxıb, vint açanla plastik pəncərəni açıb evə daxil olmuşlar. Bundan sonra Xəyalın köməkliyi ilə oda evə daxil olmuşdur. Evdə olan elektrik naqillərini kəsib orda olan kisələrə yığmış, həmçinin kisəni pəncərədən həyətə atmış və ikisidə evin həyətinə düşüb qaraja girmişlər. Qarajda olan dəmir materiallardan bir ədəd quyunun su nasosunu və bir ədəd direli kisəyə yığanda onlara bir nəfər şəxs yaxınlaşıb tutmuş və polis əməkaşlarını çağırıb onları təhvil vermişdir. İbtidai araşdırma zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildrimişdir ki, Kəlbəcər rayonu, 24 saylı tam orta məktəbim 9 “Z” sinif şagirdidir. Xəyal və Ramazan dostlarıdır, 2023-cü ilin yay aylarında birlikdə futbol oynayan vaxt tanış olmuşlar. xx.xx.2023-cü il tarixdə Xəyal, Ramazan və o, Xəzər rayonu, Binə qəsəbəsi, X10 yaşayış massivində gəzirmişlər. Həmin vaxt Ramazan və Xəyal orda olan 1 mərtəbli fərdi yaşayış evindən oğurluq etmək istədiklərini bildirmişlər. O, Ramazangilə həmin evə girməməyi təklif etmiş, lakin ona qulaq asmamışlar. Ramazanın yaşı az olduğuna görə onun evə girməməsini təklif etmişdir. Lakin ona qulaq asmayıb Xəyal ilə birlikdə oğurluq üçün həmin yerə girmişlər. O, isə çıxıb getmişdir. O, heç vaxt Ramazan və Xayal ilə oğurluq etməmişdir. İbtidai araşdırma zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində ifadəsi alınmış Şahid3 Nacaf oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid3 Nacaf oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildrimişdir ki, Təqsirləndirilən şəxs təxminən iki ildir ki, məhlə uşağı kimi tanyırmış. 02 mart 2024-cü il tarixdə günarta saatlarında Xəyal ilə birlikdə olarkən ona bildirmişdir ki, gedib hardansa oğurluq edib pul əldə etsinlər. O, Xəyalın təklifi ilə razılaşmış və birlikdə Binə qəsəbəsi Südçülük Savxozu yeni məhəllədə yerləşən iki mərtəbəli təmirsiz evin yaxınlığına getmişlər. Saat 15 radələrində Xəyal demişdir ki, həmin evdən oğurluq etməyi qərarlaşdırıb hasardan həyətə aşsınlar. Həyətdə bir daha nəzər yetirib heç kimin yaşamadığını görüb həyətdə olan dəmirlərdən bir hissəsini köməkləşib hasardan küçəyə atmış, daha sonra qərarlaşdırmış ki, yenə gəlib qalan dəmirləri aparar, çünki orada başqa maşına aid dəmirlərdə olmuşdur. Hasardan aşaraq həmin küçəyə yığdığı dəmirləri hissə-hissə 2 dəfəyə olmaqla aparıb təxmini 5 dəqiqəlik məsafədə yerləşən Sadiqin əlvan metal yerinə satmışlar və 50 manat ümumilikdə pul əldə edib iki hissəyə bölməklə hər birinə 25 manat pul düşmüşdür. Sadiq metalların haradan əldə etdiyini soruşduqda ona Sadiqə zibil yerlərindən yığdığını bildirib yenədə metal gətirəcəklərini demişlər. Bundan sonra həmin günü saat 17 radələrində yenədə ünvana getmiş və heç kimin olmadığını görüb hasardan həmin həyətə aşmışlar və bu dəfədə pəncərəsi olan lakin qapısı olmayan evin içinə daxil olub orada top şəkildə və yerdə dağınıqlı olan kabelləri yığıb evdən çıxaraq hasardan aşıb həmin metal qəbulu məntəqəsinə aparıb təhvil vermiş, bu dəfəsində də ümumilikdə 145 manat pul əldə etmişlır. 75 manat Xəyal özünə götürüb 70 manat ona vermişdir. Saat təxminən 22 radələrində yenədə həmin ünvana gəlib hasardan həyətə aşmış və həyətdə qabaqcadan gördüyü maşın dəmir hissələrini kömkələşib hasardan küçəyə atmış və həmin yüklər nisbətən ağır olduğundan metal satan Sadiqdən araba götürüb həmin maşının dəmir hissələrini aparıb Sadiqə təhvil vermiş, ümumilikdə əldə etdiyi 16 manat puldan 8 manat 8 manat olmaqla iki hissəyə bölmüşlər. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, qonşuluqda yerləşən Zərərçəkmiş şəxs6 məxsus evdə usta işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində o, həmin evin pəncərəsinin açıq olduğunu görüb fərdi yaşayış evinə oğru girdiyini güman etmişdir. Bu səbəbdən də qapını açıb həyətə daxil olmuşdur. Həyətə daxil olanda iki azyaşlı uşağın fərdi yaşayış evinin həyətyanı sahəsində olan qarajda naqilləri və digər əşyaları kisǝyǝ yığmaq istədiklərini görüb onları tutub saxlamışdır. Əvvəlcə ev sahibi Yaşara, daha sonra isə 102 xidmətinə oğru saxlamağı barədə məlumat vermişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, təxminən 2015-ci ildən Binə qəsəbəsi, Binə qatar stansiyası yaxınlığında metal qəbulu məntəqəsini işlədir. 02 mart 2024-cü il tarixdə saat 16 radələrində iki azyaşlı uşaq əllərində dəmir borular, xırda dəmir qırıntıları gətirib zibilxanadan yığdıqları bildirib satdıqlarını demişlər. Onda həmin metalları çəkib onlardan almış, o, həmin metallara görə ümumilikdə onlara 145 manat pul vermişdir. Həmin uşaqlar çıxıb getmiş, bir neçə saat sonra həmin uşaqlar əllərində elektrik naqilləri hissələrini sellofan torbada gətirib satdıqları bildirmişlər. O, həmin uşalardan kabellərin oğurluq olubolmaması barədə soruşduqda, onlar oğurluq olmadığın deyib onu əmin etmişlər. Oda həmin formada olan kabelləri çəkib ümumilikdə 50 manat pul vermişdir. Həmin günü təxminən saat 22 radələrində uşaqlar ona yaxınlaşıb dəmir parçaları olduğunu lakin həmin dəmirləri gətirmək üçün ondan araba istəmiş, oda özündə olan arabanı uşaqlara vermiş, bir neçə dəqiqə sonra uşaqlar yadında maşının dəmir xırda hissələri kimi qalan dəmirləri gətirib ona satdıqları demişlər. Oda dəmirləri çəkmiş və ümumilikdə uşaqla 16 manat pul vermişdir. Həmin günü üç dəfə olmaqla uşaqlara ümumilikdə 211 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs4 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olan 9 saylı cəzaçəkmə məntəqəsinin arxa hissəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - xx.xx.2023-cü il tarixli baxış və götürmə haqqında protokoldan aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, əl-barmaq izi götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs8 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu adlanan ərazidə Zərərçəkmiş şəxs5 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan məlum olur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs6 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən edilir ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuş və əl-barmaq izləri götürülmüşdür; - xx.xx.2024-cü il tarixli baxış və götürmə haqqında protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 evindən oğurladığı 01 ədəd boyunbağğı, 01 ədəd qol saatını və 01 ədəd bilərziyi təqdim etmişdir; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs9 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən, oğurluq etdiyi evləri göstərmiş və ifadəsi yerində yoxlanılmışdır; - Cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.1, 77.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə ********** nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - Cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - Cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - Cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur; - Cinayət işi üzrə təyin olunmuş kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasnın xx.xx.2024-cü il tarixli 549 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs içtimailəşmiş davranış pozuntusu müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumntlaia görə yeniyetmə dövründən başlayaraq özünü bir qədər əsəbi şəxs kimi xarakterizə etməsi, hazırkı müayinə zamanı onda müəyyən edilən əsəbilik, emosional çılğınlığı, əhvalının dəyişkənliyi və s.) sübut edir. Aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünya görüşü, intellektual imkanlarında normadan kənaraçıxma halları müəyyən edilmədi, fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, çılğınlıq, inadkarlıq, hövsələsizlik və s. kimi xarakter əlamətlərinin olması özünü biruzə verir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs ictimailəşmiş davranış pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən davranış pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs psixi inkişafı nəzərə alınmaqla, o, yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilər; - Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 aprel 2024-cü il tarixli 3-16-16/2-9/1737/2024-cü nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 328,65 manat müəyyən edilir; - Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-iqtisad ekspertizasının 07 mart 2024-cü il tarixli 6/1260-9/1696 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 ədəd məmulatın modeli və digər göstəriciləri nəzərə alınmaqla 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11 manat müəyyən edilir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur; - Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Xəzər RPİ-nin 3-cü PŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq X5 üçün X2 təhvil verilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs7 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs8 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs1 oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs9 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Qanuni nümayəndə qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X8 cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır; - Sübutların qiymətləndirilməsi haqqında qərardan aydın olur ki, Şahid1 və Şahid3 əcəf oğlu CPM-nin 39.1.4-cü maddəsinə əsasən cinayət məuliyyətindən azad edilmişlər; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama hesab edilir. Eyni əməllər: - 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; - 177.2.2. təkrar törədildikdə; - 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 84.1-ci maddəsinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər X5 hesab olunur; 85.5.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 15-ci bəndində göstərilir ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını (CM-59.1.2), zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini (CM-59.1.12), məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), doqquz epizod üzrə oğurluq cinayətində təqsirləndirilməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, tutulduğu 01 gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli (CM-85.5.1), cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, aparılmış ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində olaraq 02 (iki) il 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 18 saat vaxta görə 108 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar