Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-310/2020 28.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəriXəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivi nömrəsiz özbaşına tikilmiş evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının ortalarında yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivi, nomrəsiz özbaşına tikili evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əkərək həmin toxumlardan bitən beş ədəd çətənə bitkisini becərib kultivasiya edib yetişdirmiş, Bakı şəhəri Xəzər RPİ NMB-nin, Xəzər RPİ 3-cü PB-nin əməkdaşlarının və müdafiəçi X3 iştirakı ilə video çəkilişlə xx xxxx 2020-ci il tarixdə saat 22:20-də yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən evin arxa tərəfində olan meyvə ağaclarının arasından 5 (beş) ədəd koldan ibarət xeyli miqdarda, ümumilikdə 10000 qram çəkidə, tərkiblərində narkotik aktivliyə malik komponentlər olan, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2020-ci ilin aprel ayında yaşadığı Binə qəsəbəsi Bolluq yaşayış massivi nömrəsiz özbaşına tikili evin həyətində şəxsi istifadəsi üçün 5 ədəd çətənə kolu əkmişdir. Beləki, adını söyləmək istəmədiyi şəxsdən çətənə bitkisinin toxumlarını əldə etmiş, toxumları həyətdə ki kürsülü birmərtəbəli evin arxasındakı meyvə ağaclarının arasında əkmiş və pöhrələnib kolkimi inkişaf etmişdir. Kollara qulluq göstərib alaq otlarını qoparmış, torpağını belləyib yumşaltmış, kolların dibinə şirə vermişdir. Məqsədi kollardan topladığı marixuananı çəkərək istifadə etmək olmuşdur. xx xxxx 2020-ci il tarixdə təxminən saat 20-21 radələrində yaşadığı Binə qəsəbəsi Bolluq yaşayış massivində yolkənarı ilə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəx sona yanaşaraq özlərini Xəzər RPİ-nin əməkdaşları kimi təqdim etmiş, vəsiqələrini göstərib onun şəxsiyyəti ilə maraqlanmışlar. Özünü onlara təqdim etdikdən sonra onlar ona narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və becərilməsində şübhəli olduğunu söyləyib avtombilə əyləşməyi, onlarla Xəzər RPİ 3-cü PB-nə getməyi təklif etmişlər. Yaxalandığını başa düşüb etiraz etmədən və heç bir müqavimət göstərmədən polis işçilərinin avtomobilinə əyləşmiş, 3-cü PB-nə getmişdir. Orada nəyə görə saxlandığı izah edilmiş, barəsində tutma qərarı qəbul edilmiş, qərarla tanış olmuşdur. Bir qədər sonra 8 saylı Vəkil Bürosunun , vəkilin iştirakı ilə barəsində tutma protokolu tərtib edilmiş, hüquq və vəzifələri izah edilmiş, sonra xidməti otaqda, polis işçilərinin və vəkilin iştirakı ilə video çəkilişlə üstünə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa, onları könüllü təqdim etmək təklif edilmiş, o, üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşyalar olmadığını bildirmişdir. Üzərində axtarış aparılmış, qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşyalar aşkar edilməmişdir. Faktla bağlı protokol tərtib edilərək ucadan oxunmuş, hamı kimi o da həmin protokolu imzalamışdır. İzahatında yaşadığı evin həyətində çətənə bitkisi əkib-becərdiyini qeyd etmiş, evin həyətində axtarış və götürmə aparılmasına etiraz etməməklə bağlı ərizə vermişdir. Sonra xx xxxx 2020-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı Binə qəsəbəsi Bolluq yaşayış massivi nömrəsiz özbaşına tikili evin həyətində əkib-becərdiyi 5 ədəd çətənə kolu polis işçiləri tərəfindən müdafiəçisinin, polis işçiləri və mütəxəssis kimi dəvət edilmiş aqronomun iştirakı ilə götürülmüş, baxış video çəkilişlə aparılmışdır. Kollar kökündən çıxarılıb qara rəngli polietilen torbaya qablaşdırılmış, qablaşdırmanın üstü imzalanaraq təsdiq edilmişdir. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, düz yazıldığı üçün hamı kimi o da həmin protokolu imzalamışdır. İlk dəfə törətdiyi əməli səmimi etiraf edir və peşmançılıq çəkir. Himayəsində iki azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Binə qəsəbəsi Bolluq yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs nakotik vasitələrin qanunsuz olaraq kultivasiyası və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əldə edilmişdir. Həmin məlumat rəhbərliyə məruzə edilmiş, məlumatın yoxlanılması barədə icazə alındıqdan sonra Təqsirləndirilən şəxs əməllərinin ifşa edilməsi ilə əlaqədar, ondan və Xəzər RPİ NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. xx xxxx 2020-ci il tarixdə təxminənsaat 20:40 radələrində onlar Binə qəsəbəsi Bolluq yaşayış massivində yolkənarı ilə piyada hərəkət edən, əlamətlərindən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb ona vəsiqələrini göstərməkdə özlərini təqdim edərək ona özünü təqdim etməyi təklif etmişlər. Həmin şəxs özünü xx xxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və becərilməsində şübhəli olduğunu söyləyib avtombilə əyləşməyi, Xəzər RPİ 3-cü PB-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən və heç bir müqavimət göstərmədən avtomobilə əyləşib 3-cü PB-nə getmişdir. Fakt barədə Polis Bölməsinin rəisinə raportla məruzə etmişlər. Araşdırmanın davam etdirilməsi bölmənin təhqiqatçısı polis leytenantı Elvin Hacıyevə tapşırılmışdır. Bölməyə vəkil X7 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə onun, vəkilin, əməliyyat müvəkkili Şahid1 iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı video çəkilişi Şahid1 mobil telefonun kamerası vasitəsiilə aparmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa onları təqdim etmək təklif edilmişdir. O, üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşyalar olmadığını bildirmiş, bundan sonra onun üzərində axtarış aparılmış, lakin qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşyalar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həytində 5 ədəd çətənə kolu əkib-becərir. Faktla bağlı protokol tərtib edilmiş və hamı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs izahatında da yaşadığı evin həyətində çətənə bitkisi əkib-becərdiyini qeyd etmiş, evin həyətində axtarış və götürmə aparılmasına etiraz etməməklə bağlı ərizə vermişdir. Sonra baxışda iştirak etməsi üçün xüsusi biliyə malik aqronom X9 mütəxəssis kimi dəvət edilmişdir və xx xxxx 2020-ci il tarixdə saat təxminən 22:20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Binə qəsəbəsi Bolluq yaşayış massivi, nömrəsiz özbaşına tikili evin həyətinə baxış keçirilmişdir. Baxış da o, vəkil Namiq Mustafayev, əməliyyat müvəkkili Şahid1, mütəxəssis aqronom Əli Əliyev iştirak etmişdir. Şahid1 video çəkilişi aparmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfinə baxış zamanı oradan 5 ədəd çətənə kolu aşkar edilmiş, kollar kökündən çıxarılıb qara rəngli polietilen torbaya qablaşdırılmış, qablaşdırmanın üstü imzalanaraq təsdiq edilmiş, möhürlənmişdir. Mütəxəssis tərəfindən kollar və əkildiyi torpaq sahəsi tədqiq edilmiş, faktla bağlı protokol tərtib edilmiş və hamı tərəfindən imzalanaraqt əsdiqlənmişdir. Təqsirləndirilən şəxs çətənə bitkisinin əkilib-becərilməsində məqsədinin şəxsi istifadə olduğunu, satmaq niyyəti olmadığını söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ NMB-nin əməliyyat müvəkkili Şahid1 oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki,o, 2013-cü il də Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur və 2 azyaşlı övladları vardır. Binə qəsəbəsi N.Abbasov küçəsi dalan 1 ev 6-da qeydiyyatda olsada, Mirzəhüseynvə 2 azyaşlı övladı ilə birlikdə Binə qəsəbəsi Bolluq yaşayış massivi nömrəsiz özbaşına tikili evdə yaşayır. Mirzəhüseynin yaşadıqları evin həyətyanı sahəsində çətənə kollarını əkib becərməsindən məlumatı olmamışdır. xx xxxx 2020-ci il tarixdə ona məlum olub ki, Mirzəhüseyn şübhəli şəxs qismində tutulub, sonra yaşadıqları evin həyətinə polis işçilərinin iştirakı ilə baxış keçirilib və oradan 5 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Bunlardan xəbəri olmamasına səbəbisə2020-ci ilin mart ayının əvvəlindən qaynanasının yanında qalmağıdır. Beləki, Mirzəhüseynin valideynləri xəstə olduğundan, 2020-ci lin mart ayının əvvəlində onların yaşadığı evdə qalır və qulluq göstərir. Mirzəhüseyn isə onlara məxsus evdə tək qalır ki, oğurluq halı başverməsin. Sonradan Mirzəhüseyn azad olunduqda 2020-ci ilin mart ayında həyətdə, evin arxa tərəfindəki ağaclıqda, ağacların arasında çətənə bitkisini əkib, onlara qulluq göstərərək becərməsini söyləmişdir Ona görə bu faktdan xəbəri olmamışdır. Mirzəhüseynin əvvəllər narkotik vasitələrin becərilməsi, bu kimi fəaliyyətlə məşğul olması, narkotik vasitələr qəbul etməsi və ya satışı ilə məşğul olması barədə hərhansı məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx xxxxxx 2020-ci il tarixli, 7/466 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs Əhməd oğlunun yaşadığı ünvanın həyətyanı sahəsindən götürülmüş spesifik iyə malik narkotik xassəli bitkilərə bənzər 05 ədəd kol” yazılar və imzalar olan qara rəngli polietilen torbada yaş vəziyyətdə, ümumi sayı 5 (beş) ədəd, ümumi çəkisi – 10000 qram bitki nümunələri, tərkibində narkotik aktivliyə malik komponentlər olan əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Ümumi çəkisi 10000 qram olan çətənə (kannabis) bitkilərinin 1 qramı tədqiqata sərf edilmiş, 9999 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı, qırx altı) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Milli Elmlər X1 xx xxxxxx 2020-ci il tarixli, 106 saylı məktubundan görünür ki, xx xxxx 2020-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs yaşadığı Binə qəsəbəsi Bolluq massivində yerləşən evinin həyətyani sahəsindən götürülmüş 5 ədəd narkotik xassəli bitki kollarına aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2206 saylırəyindən görünürki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/501 saylı məhkəmə-bioloji rəyindən görünür ki, təqdim olunmuş aqronomun rəyinə əsasən 05 (beş) ədəd əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı, qırx altı) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “Şəxsin üzərində axtarış aparılmasına dair video çəkilişi özündə əks etdirən elektron daşıyıcıya baxışı keçirilməsi haqqında ”protokoldan görünür ki, 01 ədəd elektron daşıyıcı DVD markalı disk kompyuter qurğusunun readerinə yerləşdirilmiş, kompyüterdə olan disk qurğusu açıldıqda orada video çəkilişin əks olunduğu müşahidə edilmişdir. Video çəkilişdə Xəzər RPİ 3-cü PB-nin təhqiqatçısı polis leytenantı Elvin Hacıyevin, Xəzər RPİ 3-cü PB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2, 8 saylı Vəkil Bürosunun vəkili Namiq Mustafayevin iştirakı ilə Xəzər RPİ NMB-ni əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 apardığı video çəkilişlə Təqsirləndirilən şəxs üzərində xx xxxx 2020-ci il tarixdə axtarış apararkən həqiqətəndə Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əyşyalar aşkar edilmədiyi, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Binə qəsəbəsi Bolluq yaşayış massivindəki həyətində 5 ədəd çətənə kolu əkib becərdiyini bildirməsi, Təqsirləndirilən şəxs üzərinə baxışın xidməti otaqda, süni işıqlandırma şəraitində aparıldığı qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “Şəxsin yaşadığı evin həyətində axtarış aparılmasına dair video çəkilişi özündə əks etdirən elektron daşıyıcıya baxşı keçirilməsi haqqında ”protokoldan görünürki, 01 ədəd elektron daşıyıcı DVD markalı disk kompyuter qurğusunun readerinə yerləşdirilmiş, kompyüterdə olan disk qurğusu açıldıqda orada video çəkilişin əks olunduğu müşahidə edilmişdir. Video çəkiliş də Xəzər RPİ 3-cü PB-nin təhqiqatçısı polis leytenantı Elvin Hacıyevin, Xəzər RPİ 3-cü PB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2, 8 saylıVəkil Bürosunun vəkili Namiq Mustafayevin, dəvət edilmiş mütəxəssis aqronom Əli Əliyevin iştirakı ilə Xəzər RPİ NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 apardığı video çəkilişlə Təqsirləndirilən şəxs Binə qəsəbəsi Bolluq yaşayış sahəsindəki nömrəsiz fərdi yaşayış evinin həyətyani sahəsində xx xxxx 2020-ci il tarixdə axtarış apararkən həqiqətəndə Təqsirləndirilən şəxs evinin arxa tərəfindən 5 ədəd çətənə kolunun aşkar edilərək götürülməsi, kolların kökündən çıxarıldığı, sayıldığı və qara rəngli polietilen torbaya yığılaraq qablaşdırıldığı, torpaq sahəsinin mütəxəssis aqronomt ərəfindən tədqiq edildiyi, baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə kollarınının gələcəkdə şəxsi istifadə məqsədi ilə əkib becərdiyini bildirməsi, Təqsirləndirilən şəxs evinin həyətyani sahəsinə baxışın süni işıqlandırma şəraitində aparıldığı qeyd edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş ümumi sayı 5 (beş) ədəd, ümumi çəkisi – 10000 qram tərkibində narkotik aktivliyə malik komponentlər olan əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkilərinin tədqiqlərdən sonra qalıq qalmış 9999 qram hissəsi maddi sübut kimi tanınmış və saxlanması üçün Xəzər RPİ-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etməsi faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan – Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş ümumi sayı 5 (beş) ədəd, ümumi çəkisi – 10000 qram tərkibində narkotik aktivliyə malik komponentlər olan əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkilərinin tədqiqlərdən sonra qalıq qalmış 9999 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 132,92 (bir yüz otuz iki, doxsan iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X4 və MüdafiəçiDövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 ümumilikdə 15 iş saatına görə cəmi 90,00 (doxsan) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 15 iş saatına görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər 02 (iki) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Xəzər RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs yaşadığıevinhəyətyanısahəsindəngötürülmüşümumi sayı 5 (beş) ədəd, ümumi çəkisi – 10000 qram tərkibində narkotik aktivliyə malik komponentlər olan əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkilərinin tədqiqlərdən sonra qalıq qalmış 9999 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 132,92 (bir yüz otuz iki, doxsan iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X6tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə ümumilikdə 15 iş saatına görə cəmi 90,00 (doxsan) manat və Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-310/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-310/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver