Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-310/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 1) xx xxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 4(003)- 164/2022 saylı qərarı ilə həbs qətimkan seçilmiş, həbsetmənin əvvəli tutulduğu 04 aprel 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə və 2) xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 4(003)- 243/2022 saylı qərarı ilə həbs qətimkan seçilmiş, həbsetmənin əvvəli tutulduğu 24 may 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 03 aprel 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Xəzər rayonu Buzovna qəsəbbəsi Ruhulla Axundov küçəsi 328/21 saylı bağ evinin hasarından keçmə yolu ilə evin həyətinə qanunsuz daxil olaraq həyətdəki iki mərtəbəli yarımtikilinin açıq olan plastik qapısını açma yolu ilə içəri daxil olaraq 1 ədəd dəyəri 10 manat olan istifadədə olmuş, üzərində “Odermark” yazısı olan, qara rəngli, kişi kostyumunu, 1 ədəd dəyəri 15 manat olan istifadədə olmuş, üzərində “Tvente” yazısı olan, Türkiyə istehsallı, 54 ölçülü, qəhvəyi rəngli kişi kostyumunu, 1 ədəd dəyəri 15 manat olan istifadədə olmuş, üzərində markalama yazısı olmayan, qara rəngli, ikiüzlü gödəkcəsini, 1 ədəd dəyəri 10 manat olan istifadədə olmuş, üzərində “Bolero Classic” yazıları olan, XL ölçülü, qara rəngli, düyməli gödəkcəsini, 1 ədəd dəyəri 5 manat olan istifadədə olmuş, üzərində “Halit Özel” yazısı olan, mavi-qara rəngli, uzunqol köynəyi, 1 ədəd dəyəri 3 manat olan istifadədə olmuş, üzərində “asics” yazısı olan, boz rəngli, uzunqol, boğazlı köynəyi, 1 ədəd dəyəri 10 manat olan istifadədə olmuş, üzərində “Bagozza Milano” yazıları olan, 36 ölçülü, açıq-qəhvəyi rəngli kişi şalvarını, 1 ədəd dəyəri 5 manat olan istifadədə olmuş, üzərində “Zen and Zen” yazıları olan, qara rəngli kişi şalvarını, 1 ədəd dəyəri 5 manat olan İstifadədə olmuş, üzərində markalanma yazıları olmayan, qara rəngli kişi şalvarını, 1 ədəd dəyəri 20 manat olan istifadədə olmuş, üzərində “Botaıfushı" yazısı olan, qara rəngli, kapüşonlu kişi paltosunu, 1 ədəd dəyəri 3 manat olan istifadədə olmuş, üzərində “SWAGO” yazıları olan, L ölçülü, ağ rəngli xətli, qısaqol, üzərində istismar xarakterli ləkələr olan kişi köynəyini, 1 ədəd dəyəri 5 manat olan istifadədə olmuş, üzərində “Scott Taylor” yazıları olan, ağ rəngli, qısaqol kişi köynəyini, 1 ədəd dəyəri 5 manat olan İstifadədə olmuş, üzərində “Gorlione Collection” yazıları olan, XL ölçülü, ağ rəngli, uzunqol kişi köynəyini, 1 ədəd dəyəri 5 manat olan istifadədə olmuş, üzərində “Osmalı slim” yazıları olan, L41/42 ölçülü, ağ rəngli, uzunqol kişi köynəyini, 1 ədəd dəyəri 3 manat olan istifadədə olmuş, göy rəngli qalstuku, 1 ədəd dəyəri 5 manat olan istifadədə olmuş, sarı-boz rəngli qalstuku, 1 ədəd dəyəri 3 manat olan istifadədə olmuş, rəngli rəngli qalstuku, hər birinin dəyəri, 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində 3 ədəd yun corabı, 1 ədəd dəyəri 85 manat olan idman kostyumunu, 1 ədəd 120 manat dəyərində istifadədə olmuş, 220-240V, “LG” markalı, ”LWC0960AHG” model, Capacıty 9,000 Btu/h 2,637W-1,000W kondisioner, 1 ədəd dəyəri 5 manat olan Üzərində “Muya sport” yazısı olan, 41 ölçülü, uzun müddət istifadədə olmuş (daban hissəsində çatlar var) idman ayaqqabısını, 1 ədəd dəyəri 5 manat olan Üzərində markalanma göstəriciləri olmayan, uzun müddət istifadədə olmuş, qara rəngli, yumşaq materialdan ibarət olan ayaqqabısını, 1 ədəd dəyəri 30 manat olan Üzərində “Kangol” yazısı olan, 43 ölçülü, etiketli, qara rəngli, istifadədə olmamış kişi ayaqqabısını, 1 ədəd dəyəri 10 manat olan Üzərində “Casual” yazısı olan,45 ölçülü, istifadədə olmuş, qəhvəyi rəngli, içərisi qalın materialdan olan kişi ayaqqabısını, 1 ədəd dəyəri 100 manat olan istifadədə olmuş, üzərində istismar xarakterli qüsurlar (boya qopuqları, cızıqlar və s.) olan, təxminən 2-3 litr tutumlu samovarı, 1 ədəd dəyəri 100 manat olan istifadədə olmuş, təxminən 2-3 litr tutumlu samovarı, 1 ədəd 5 manat dəyərində istifadədə olmuş, təxminən 10x21,5sm ölçüdə, ağ rəngli, üzərində “flHTAPb CflenaHO b CCCP" yazıları olan şahmat saatını, 1 ədəd dəyəri 7 manat olan istifadədə olmuş, təxminən 20x27sm ölçüdə, ağ rəngli, üzərində saat və adam (qolu və ayağının biri üzərində aşkar edilmədi) təsviri olan suveniri, 1 ədəd dəyəri 3 manat olan istifadədə olmuş, təxminən 14x17sm ölçüdə üzərində “Huda İtaly” yazıları olan, üzərində iki ədəd göyərçin olan suveniri, 1 ədəd dəyəri 5 manat olan istifadədə olmuş, üzərində it olan suveniri, 1 ədəd dəyəri 4 manat olan istifadədə olmuş, kiçik ölçülü, üzərində it və oğlan təsviri olan suveniri, 1 ədəd dəyəri 3 manat olan istifadədə olmuş, üzərində donuz olan suveniri, 1 ədəd dəyəri 1 manat olan İstifadədə olmuş, üzərində öküz olan, kiçik ölçülü suveniri, 1 ədəd dəyəri 1 manat olan istifadədə olmuş, ağ-gümüşü rəngli “şaxta baba" suveniri, 1 ədəd 90 manata dəyərində istifadədə olmuş, “King” markalı, "KMW-22” model,ağ rəngli mikrodalğalı sobanı, 1 ədəd dəyəri 35 manat olan istifadədə olmuş, üzərində “Zlem” yazısı olan nar sıxan aparatını, 1 ədəd 20 manat dəyərində istifadədə olmuş, üzərində “Philps” yazısı olan, Çin istehsallı, qara-qırmızı rəngli üzqırxan maşınını, 1 ədəd 40 manat dəyərində az hissəsi istifadədə olmuş, üzərində “Miss Dior” yazısı olan, 50 ml həcmli ətiri, hər birinin dəyəri 200 manat olmaqla ümumilkdə 600 manat dəyərində 3 ədəd qol saatını, SSRİ dövrünə məxsus 10700 rubl dəyərində (qiymətsizdir) pul əskinaslarını və 7 ədəd ümumi dəyəri 20 manat olan istifadədə olmuş, üzərlərində istismar xarakterli qüsurlar (erroziya izləri) olan medalı ələ keçirərək zərəçəkmiş şəxsə ümumilikdə 1446 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 03 aprel 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Xəzər rayonu Buzovna qəsəbbəsi Ruhulla Axundov küçəsi 328/21 saylı bağ evinin hasarından keçmə yolu ilə evin həyətinə qanunsuz daxil olaraq həyətdəki iki mərtəbəli yarımtikilinin açıq olan plastik qapısını açma yolu ilə içəri daxil olaraq 1 ədəd dəyəri 10 manat olan istifadədə olmuş, üzərində “Odermark” yazısı olan, qara rəngli, kişi kostyumunu, 1 ədəd dəyəri 15 manat olan istifadədə olmuş, üzərində “Tvente” yazısı olan, Türkiyə istehsallı, 54 ölçülü, qəhvəyi rəngli kişi kostyumunu, 1 ədəd dəyəri 15 manat olan istifadədə olmuş, üzərində markalama yazısı olmayan, qara rəngli, ikiüzlü gödəkcəsini, 1 ədəd dəyəri 10 manat olan istifadədə olmuş, üzərində “Bolero Classic” yazıları olan, XL ölçülü, qara rəngli, düyməli gödəkcəsini, 1 ədəd dəyəri 5 manat olan istifadədə olmuş, üzərində “Halit Özel” yazısı olan, mavi-qara rəngli, uzunqol köynəyi, 1 ədəd dəyəri 3 manat olan istifadədə olmuş, üzərində “asics” yazısı olan, boz rəngli, uzunqol, boğazlı köynəyi, 1 ədəd dəyəri 10 manat olan istifadədə olmuş, üzərində “Bagozza Milano” yazıları olan, 36 ölçülü, açıq-qəhvəyi rəngli kişi şalvarını, 1 ədəd dəyəri 5 manat olan istifadədə olmuş, üzərində “Zen and Zen” yazıları olan, qara rəngli kişi şalvarını, 1 ədəd dəyəri 5 manat olan İstifadədə olmuş, üzərində markalanma yazıları olmayan, qara rəngli kişi şalvarını, 1 ədəd dəyəri 20 manat olan istifadədə olmuş, üzərində “Botaıfushı" yazısı olan, qara rəngli, kapüşonlu kişi paltosunu, 1 ədəd dəyəri 3 manat olan istifadədə olmuş, üzərində “SWAGO” yazıları olan, L ölçülü, ağ rəngli xətli, qısaqol, üzərində istismar xarakterli ləkələr olan kişi köynəyini, 1 ədəd dəyəri 5 manat olan istifadədə olmuş, üzərində “Scott Taylor” yazıları olan, ağ rəngli, qısaqol kişi köynəyini, 1 ədəd dəyəri 5 manat olan İstifadədə olmuş, üzərində “Gorlione Collection” yazıları olan, XL ölçülü, ağ rəngli, uzunqol kişi köynəyini, 1 ədəd dəyəri 5 manat olan istifadədə olmuş, üzərində “Osmalı slim” yazıları olan, L41/42 ölçülü, ağ rəngli, uzunqol kişi köynəyini, 1 ədəd dəyəri 3 manat olan istifadədə olmuş, göy rəngli qalstuku, 1 ədəd dəyəri 5 manat olan istifadədə olmuş, sarı-boz rəngli qalstuku, 1 ədəd dəyəri 3 manat olan istifadədə olmuş, rəngli rəngli qalstuku, hər birinin dəyəri, 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində 3 ədəd yun corabı, 1 ədəd dəyəri 85 manat olan idman kostyumunu, 1 ədəd 120 manat dəyərində istifadədə olmuş, 220-240V, “LG” markalı, ”LWC0960AHG” model, Capacıty 9,000 Btu/h 2,637W-1,000W kondisioner, 1 ədəd dəyəri 5 manat olan Üzərində “Muya sport” yazısı olan, 41 ölçülü, uzun müddət istifadədə olmuş (daban hissəsində çatlar var) idman ayaqqabısını, 1 ədəd dəyəri 5 manat olan Üzərində markalanma göstəriciləri olmayan, uzun müddət istifadədə olmuş, qara rəngli, yumşaq materialdan ibarət olan ayaqqabısını, 1 ədəd dəyəri 30 manat olan Üzərində “Kangol” yazısı olan, 43 ölçülü, etiketli, qara rəngli, istifadədə olmamış kişi ayaqqabısını, 1 ədəd dəyəri 10 manat olan Üzərində “Casual” yazısı olan, 45 ölçülü, istifadədə olmuş, qəhvəyi rəngli, içərisi qalın materialdan olan kişi ayaqqabısını, 1 ədəd dəyəri 100 manat olan istifadədə olmuş, üzərində istismar xarakterli qüsurlar (boya qopuqları, cızıqlar və s.) olan, təxminən 2-3 litr tutumlu samovarı, 1 ədəd dəyəri 100 manat olan istifadədə olmuş, təxminən 2-3 litr tutumlu samovarı, 1 ədəd 5 manat dəyərində istifadədə olmuş, təxminən 10x21,5sm ölçüdə, ağ rəngli, üzərində “flHTAPb CflenaHO b CCCP" yazıları olan şahmat saatını, 1 ədəd dəyəri 7 manat olan istifadədə olmuş, təxminən 20x27sm ölçüdə, ağ rəngli, üzərində saat və adam (qolu və ayağının biri üzərində aşkar edilmədi) təsviri olan suveniri, 1 ədəd dəyəri 3 manat olan istifadədə olmuş, təxminən 14x17sm ölçüdə üzərində “Huda İtaly” yazıları olan, üzərində iki ədəd göyərçin olan suveniri, 1 ədəd dəyəri 5 manat olan istifadədə olmuş, üzərində it olan suveniri, 1 ədəd dəyəri 4 manat olan istifadədə olmuş, kiçik ölçülü, üzərində it və oğlan təsviri olan suveniri, 1 ədəd dəyəri 3 manat olan istifadədə olmuş, üzərində donuz olan suveniri, 1 ədəd dəyəri 1 manat olan İstifadədə olmuş, üzərində öküz olan, kiçik ölçülü suveniri, 1 ədəd dəyəri 1 manat olan istifadədə olmuş, ağ-gümüşü rəngli “şaxta baba" suveniri, 1 ədəd 90 manata dəyərində istifadədə olmuş, “King” markalı, "KMW-22” model, ağ rəngli mikrodalğalı sobanı, 1 ədəd dəyəri 35 manat olan istifadədə olmuş, üzərində “Zlem” yazısı olan nar sıxan aparatını, 1 ədəd 20 manat dəyərində istifadədə olmuş, üzərində “Philps” yazısı olan, Çin istehsallı, qara-qırmızı rəngli üzqırxan maşınını, 1 ədəd 40 manat dəyərində az hissəsi istifadədə olmuş, üzərində “Miss Dior” yazısı olan, 50 ml həcmli ətiri, hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə 600 manat dəyərində 3 ədəd qol saatını, SSRİ dövrünə məxsus 10700 rubl dəyərində (qiymətsizdir) pul əskinaslarını və 7 ədəd ümumi dəyəri 20 manat olan istifadədə olmuş, üzərlərində istismar xarakterli qüsurlar (erroziya izləri) olan medalı ələ keçirərək zərəçəkmiş şəxsə ümumilikdə 1446 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə məhkum olunmuş, 30 iyul 2020-ci il tarixdə həbsdən azad olunduqdan sonra fəhləlik edərək həyatını yaşamışdır. 02 aprel 2022-ci il tarixdə saat təxminən 18 radələrində öz həyətində iş görərkən ona kömək üçün qonşusu Ələşgər Əliyevi köməyə çağırmış, onlar birlikdə işləyən zaman Ələsgər ona axşam özünə məlum olan yerdən oğurluq etməyi ona təklif etmişdir. O, Ələsgərə bu barədə axşam zəngləşib görüşərək danışmağı təklif etmişdir. Onlar işləri görüb qurtardıqdan və Ələsgərdən ayrılıb gedəndən təxminən 1-2 saat sonra Ələsgər onu küçəyə çağırıb ondan işini qurtarıb-qurtarmadığını soruşmuş, o, işlərini qurtardıqdan sonra özü ona zəng edib xəbər edəcəyini bildirmişdir. Beləliklə, saat 00:00 radələrində işlərini başa çatdırıb Ələsgərə zəng edərək oğurluğu haradan edəcəklərini soruşmuş, Ələsgər həmin yerin yaxında oduğunu bildirmişdir. Bundan 15 dəqiqə sonra onlar özünün evinin qarşısında görüşüb birlikdə Ruhulla Axundov küçəsinə gəlmişlər. Ələsgər ona orada olan bağ evini göstərib həmin evin Aydarovlara məxsus olduğunu və orada bahalı suvenirlər olmasını bildirərək bu əşyaları oğurlamağı təklif etdidə razılaşaraq özü həyət qapısının sağ hissəsindəki hasardan qalxaraq və həyətdəki iki mərtəbəli tikilinin pilləkənlərinə düşmüş, həmin tikilinin açıq olan plastik qapısından içəri daxil olaraq ikinci mərtəbəyə qalxıb içəridə olan geyim paltarlarını, ayaqqabıları, medalları, suvenirləri, 3 ədəd qol saatını, SSRİ dövrünə məxsus pulları, bir ədəd ətiri, şahmat saatını, üz qırxan maşını, 2 ədəd samovarı götürərək torbaya yığıb 1-ci mərtəbəyə düşərək oradan kondisioneri, 2 dəst kişi ayaqqabısını, mikrodalğalı sobanı götürmüş, evdən çıxarıb həyətə yığmış, daha sonra həyətin qapısını açaraq oradan içəri girən Ələsgərlə birlikdə həmin oğurladıqları əşyaları daşıyaraq Ələsgərin yaşadığı evə aparmışlar. Orada həmin əşyaları ayıraraq yerbəyer edib eyni zamanda həyətdə kondisioneri söküb yandırmışlar. Törətdiyi əməldən peşman olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdutlaşdlırılması cəzasına məhum olunmuşdur. 02 aprel 2022-ci il tarixdə saat 18 radələrində qonşusu Təqsirləndirilən şəxs2 yaşadıqları küçədə onu evində iş görmək üçün özünə köməyə çağırmış, onlar Rövşənin həyətində işləyən zaman o, Rövşənə axşam özünün tanıdığı yerdən oğurluq etməyi təklif etmişdir. Rövşən isə bu barədə axşam zəngləşib görüşərək danışmağı təklif etmişdir. Onlar ayrıldıqdan sonra Rövşən saat 00 radələırində ona zəng edərək oğurluq edəcəkləri yeri soruşduqda o, həmin yerin yaxında olduğunu bildirmişdir. Beləliklə, 15 dəqiqə sonra onlar Rövşənin evinin qarşısında görüşüb birlikdə bir az gəzdikdən sonra saat 03 radələrində Ruhulla Axundov küçəsinə gəlmişlər və o, Rövşənə Aydarvolara məxsus bağ evini göstərib həmin evdə bahalı suvenirlər olduğunu, oğurluğu buradan edəcəklərini bildirmişdir. Rövşən razılaşaraq həyət qapısının sağ hissəsindəki hasardan aşıb həyətdəki iki mərtəbəli tikilinin pilləkənlərinə düşmüş, o isə küçədə gözləmişdir ki, Rövşən qapını açsın özü də həyətə qapıdan daxil olsun. Bir müddət keçmiş və Rövşən qapını açmış, bu zaman o, içəri girərək Rövşənin evdən götürüb həyətə yığdığı əşyaları birlikdə daşıyaraq özünün yaşadığı evə aparmışlar. Orada Rövşən geyim əşyalarını ayırmış, o isə kondisioneri sökərək hissələrə ayıraraq yandırmışdır. Bu zaman polis əməkdaşları oraya gəlmiş, o qaçıb getsə də, Rövşən saxlanılmışdır. Törətdiyi əməldən peşman olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına şatmayan bir uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 02 aprel 2022-ci il tarixdə saat 00:00 radələrində yaşadığı Buzovna qəsəbəsi Ruhulla Axundov küçəsi 328/21 saylı bağ evində yatmış, saat 04 radələrində yuxudan oyanıb həyətə çıxaraq qapının ağzında suvenir qırıntısı gördükdə dərhal həyətdə yerləşən 2 mərtəbəli yarım tikiliyə daxil olmuş və bu zaman içərinin dağıdıldığını görmüşdür. Bundan sonra o, polis sahə rəisinə zəng edərək bu barədə məlumat vermiş və tezliklə polis əməkdaşları hadisə yerinə gələrək oraya baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, həmin yarımtikilidən ona məxsus olan, hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 2 dəst kişi kostyumu, hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində 2 ədəd dəri gödəkcə, hər birinin dəyəri 20 manat olmaqla ümumilkdə 40 manat dəyərində 2 ədəd yun parçadan uzunqol köynək, hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 90 manat olan 3 ədəd kişi şalvarı, bir ədəd dəyəri 100 manat olan kişi paltosu, hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 60 manat dəyərində 4 ədəd kişi köynəyi, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 30 manat olmaqla 3 ədəd qalstuk, hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində 3 ədəd yun corab, 1 ədəd dəyəri 85 manat olan idman kostyumu, 1 ədəd 700 manat dəyərində “LG” markalı kondisioner, hər birinin dəyəri 50 manat olmaqla 4 ədəd ümumilikdə 200 manat dəyərində kişi ayaqqabısı, hər birinin dəyəri 125 manat olmaqla ümumilikdə 250 manat olan dəyərində 2 ədəd samovar, 1 ədəd 200 manat dəyərində şahmat saatı, hər birinin dəyəri 100 manat olmaqla ümumilikdə 700 manat dəyərində 7 ədəd müxtəlif növdə suvenirlər, 1 ədəd 150 manata dəyərində mikrodalğalı soba, 1 ədəd dəyəri 100 manat olan nar sıxan aparat, 1 ədəd 250 manat dəyərində üz qirxan maşın, 1 ədəd 150 manat dəyərində ətir, hər birinin dəyəri 200 manat olmaqla ümumilkdə 600 manat dəyərində 3 ədəd qol saatı, SSRİ dövründən qalmış pul əşkinasları və medalları oğurlanmışdır. Daha sonra o, Xəzər RPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq olması nəticəsində ona ümumilikdə 3900 manat dəyərində ziyan dəymişdir. Həmin ziyan hazırda tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, onlar ifadələrində göstərdikləri xüsusatları hadisə yerində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilən məhkəmə- əmtəəşünaslıq ekspertizasının 17 may 2022-ci il tarixli, 9/2627 saylı rəyindən görünür ki, - 2 dəst kişi kostyumu, 2 ədəd dəri gödəkcə, 2 ədəd yun qollu uzun köynək, 3 ədəd kişi şalvarı, 1 ədəd kişi paltosu, 4 ədəd kişi köynəyi, 3 ədəd qalstuk, 1 ədəd “LG” markalı kondisioner, 4 ədəd kişi ayaqqabısı, 2 ədəd samovar, 1 ədəd şahmat saatı, 7 ədəd müxtəlif növdə suvenirlər, 1 ədəd mikrodalğalı soba, 1 ədəd nar sıxan aparat, 1 ədəd üz qırxan maşın, 1 ədəd ətir, SSRİ dövrünə məxsus 10700 rubl dəyərində pul əskinasları və 7 ədəd medal tədqiqata təqdim edilmişdir. Maddi sübutlara baxış keçirildi, üzərində olan markalanma göstəriciləri və xüsusiyyətləri rəydəki cədvəldə qeyd edildi. Malın (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən ticarət şəbəkələrindən, mağazalarından, internet saytlarından və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş malların cədvəldəki xüsusatları nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş 38 adda malın 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 746,00 manat müəyyən edilir. Digər 01 ədəd idman dəsti tədqiqata təqdim edilmədiyinə görə qiymətləndirmə aparmaq mümkün olmadı. 7 ədəd SSRİ dövrünə məxsus 10700 rubl dəyərində pul əskinasları qiymətsiz müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 29 iyun 2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 aprel 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 may 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2016-cı tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 30 iyul 2020-ci il tarixdə şərti sınaq müddəti başa çatmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 20 may 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə iki dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 iyul 2019-cu tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 06 sentyabr 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmələri onların özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 04 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 24 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) 180,00 (bir yüz səksən) manat, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) 120,00 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 04 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 24 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 180,00 (bir yüz səksən) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlu tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 120,00 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-310/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-310/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver