Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-310/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 oktyabr 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən, vət. Zərərçəkmiş şəxs1 məxsus bağ evinin həyətinə hasardan qanunsuz daxil olmuş, evin mətbəxinin plastik pəncərəsinin əvvəlcə dəmir baqmaqlığını sındırmış və pəncərəni açma yolu ilə mətbəxə daxil olmuş və orada olan dəyəri 300 manat olan 01 ədəd samovar və dəyəri 900 manat olan 01 ədəd samovarını gizli talayaraq Zərərçəkmiş şəxs1 cəmi 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində bağlar massivində yerləşən, vət. Zərərçəkmiş şəxs2 məxsus bağ evinin həyətinə hasardan qanunsuz daxil olmuş, həyətindəki saxlanc yerinin qapısını açma yolu ilə oradan ümumi dəyəri 120 manat olan 35 metr uzunluğunda rezin boru və dəyəri 130 manat olan içərisində perefarator dəsti olan çantanı gizli talayaraq Zərərçəkmiş şəxs2 cəmi 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən, vət. Zərərçəkmiş şəxs3 yaşadığı yaşayış evinin həyətinə hasardan qanunsuz daxil olmuş, evin taxta giriş qapısının qıfılını sındırma yolu ilə evə daxil olmuş və evin yataq otağında dolabın üstündəki Zərərçəkmiş şəxs3 məxsus boz rəngli çantanın içərisindən 75 manat pul və dəyəri 140 manat olan 01 ədəd qızıl üzüyü gizli talayaraq Zərərçəkmiş şəxs3 cəmi 215 (iki yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən vət.Zərərçəkmiş şəxs4 Ferdik oğluna məxsus bağ evinin həyətinə hasardan qanunsuz daxil olmuş, evin açıq vəziyyətdə olan giriş qapısından evə daxil olaraq evdən 01 ədədinin dəyəri 150 manat olan 02 ədəd laqondanı gizli talayaraq Zərərçəkmiş şəxs4 Ferdik oğluna cəmi 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozu ərazisində yerləşən, vət.Zərərçəkmiş şəxs5 məxsus bağ evinin həyətinə hasardan qanunsuz olmuş, evin yataq otağının pəncərəsini açma yolu ilə evə daxil olaraq evin yataq otağındakı paltar dolabının içərisində olan dəyəri 600 manat olan 01 ədəd qaynaq aparatı və dəyəri 150 manat olan 01 ədəd laqonda, evin girişində olan dəyəri 500 manat olan 01 ədəd samovarını gizli talayaraq Zərərçəkmiş şəxs5 cəmi 1.250 (min iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, bağlar massivində yerləşən vət.Zərərçəkmiş şəxs6 məxsus 267 nömrəli bağ evinin həyətinə hasardan qanunsuz daxil olmuş, evin pəncərəsinin dəmir barmaqlığını sındıraraq plastik pəncərəni açma yolu ilə evə daxil olub evin qonaq otağından dəyəri 300 manat olan 01 ədəd Sony markalı televizor, evin divarında quraşdırılmış dəyəri 300 manat olan kondisionerin mühərrikini, evin girişində dolabın içərisində dəyəri 50 manat olan 01 ədəd samovar, dəyəri 150 manat olan 01 ədəd qaynaq aparatı, dəyəri 60 manat olan 01 ədəd perefarator, dəyəri 55 manat olan 01 ədəd plastik boru yapışdırıcısı, dəyəri 50 manat olan 01 ədəd drel, 01 metrinin dəyəri 0,7 manat ümumi dəyəri isə 35 manat olan 50 meter uzunluğunda elektrik uzadıcısını (udelnitel) gizli talayaraq Zərərçəkmiş şəxs6 cəmi 1.000 (min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, bağlar massivində yerləşən vət.Zərərçəkmiş şəxs7 məxsus bağ evinin həyətinə hasardan qanunsuz daxil olmuş, evin pəncərəsini açma yolu ilə evə daxil olaraq evin girişindəki dolabın içərisindən dəyəri 260 manat olan 01 ədəd su mühərriki, dəyəri 200 manat olan 01 ədəd su müəhərriki, dəyəri 15 manat olan əl çantası, evin qonaq otağından dəyəri 45 manat olan internet modemi, hamam otağından dəyəri 100 manat olan su qızdırıcısı və həyətdə olan saxlanc yerinin qapısının qıfılını sındırma yolu ilə oradan dəyəri 40 manat olan 01 ədəd dəmir arabanıgizli talayaraq Zərərçəkmiş şəxs7 cəmi 660 (altı yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, hal-hazırda ünvan 1-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, subaydır, əvvəllər məhkum olunmuşdur, sonuncu dəfə azadlığa çıxdıqdan sonra bir neçə ay fəhlə kimi işlədiyinə görə pulu olmuşdur. Son vaxtlar isə iş tapa bilmədiyinə görə oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 20 oktyabr 2022-ci il tarixdə, saat təxminən 22 radələrində Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsinə getmişdir. Həmin küçədə bir bağ evi görmüş, hiss etmişdir ki, orada yaşayış yoxdur. Oğurluq etmək üçün həmin həyətə hasardan daxil olmuşdur. Həyətdə oğurlayıb sata biləcəyi bir əşya olmamışdır. Ona görə də bağ evinin pəncərəsinin dəmir barmaqlığını həyətdə yerdən tapdığı dəmir parçası ilə sındırmış və pəncərəni özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmış və evə daxil olmuşdur. Evə daxil olan kimi girişdəki mətbəxə daxil olmuş və orada stolun üstündə olan iki ədəd samovarı oğurlayıb evdən çıxıb uzaqlaşmışdır. Həmin gecə oğurladığı samovarları Türkan qəsəbəsində dəniz kənarında heç kimin görə bilməyəcəyi yerdə, yəni köhnə bir tikilinin içərisində gizlətmişdir. Səhəri gün onlardan birini Türkan qəsəbəsində yoldan keçən metal yığanlara 50 manata satmışdır. Əldə etdiyi pulu öz gündəlik təlabatına xərcləmişdir. Qeyd etmişdir ki, oğurluq cinayətini tək törətmişdir. Bundan başqa, 23 oktyabr 2022-ci il tarixdə, saat təxminən 21 radələrində yenə də oğurluq etmək məqsədi ilə Türkan qəsəbəsində bağlar massivinə getmişdir. Bu dəfə də bir bağ evinin qarşısında dayanıb əmin olmuşdur ki, evdə heç kim yoxdur. Bu zaman hasardan həyətə daxil olmuş, həyətin bir küncündə balaca anbar kimi yer görmüşdür, ora yaxınlaşıb qapısını həyətdə yerdən tapdığı dəmir parçası ilə açmış və orada olan təxminən 30-40 metr uzunluğunda rezin borunu və içərisində bir ədəd perefarator və digər xırda alətləri olan kauçuk çantanı oğurlayıb oradan uzaqlaşdım. Oğurladığı əşyaları Türkan qəsəbəsində dəniz kənarındakı köhnə tikilinin içərisində gizlətmişdir. Səhəri gün oğurladığı əşyaların hamısını Türkan qəsəbəsində yoldan keçən Qazel markalı, lakin qeydiyyat nömrəsini xatırlamadığı metal qəbulu ilə məşğul olan tanımadığı şəxsə təklif etmiş və həmin əşyaları ona ümumilikdə 40 manata satmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bu cinayəti də tək törətmişdir. Bundan başqa, 24 oktyabr 2022ci il tarixdə, saat təxminən 16 radələrində yenə də oğurluq etmək məqsədi ilə Türkan qəsəbəsi, Dənizkənarı küçəsinə getmişdir. Bu dəfə də bir bağ evinin qarşısında dayanıb əmin oldmuşdur ki, evdə heç kim yoxdur. Bu zaman hasardan həyətə daxil olmuş, həyətdə oğurlayacağı heçnə tapa bilməmiş, ona görə də evə daxil olmağı fikirləşmişdir. Evin pəncərəsi göy rəngli taxta pəncərə olmuşdur. Həmin pəncərənin bir hisəssinin şüşəsini sındırmış, lakin həmin yer balaca olduğuna görə oradan evə daxil ola bilməmişdir, bunun üçün evin taxta qapısının qıfılını sındırmış və evə daxil olmuşdur. Fikirləşmişdir ki, yataq otağında nəsə tapa bilər, yataq otağına daxil olmuş və orada dolabın üstündə olan boz rəngli qadın çantasını görmüş, onun içərisini axtarmış, çandanın içərisində 75 manat pul və bir ədəd qızıl kimi bildiyi üzüyü oğurlamışdır. Bundan sonra otağın hər yerini axtarmış, lakin heçnə tapa bilməmişdir. Oğurladığı pul və üzüyü cibində saxlayaraq oradan uzaqlaşmışdır. Qeyd etmişdir ki, günün işıqlı vaxtı olduğuna görə balaca və qiymətli əşya axtarmışdır ki, cibində apara bilsin. Oğurluq etdiyi zaman sərxoş olmuşdur, sonradan oğurladığı üzüyə baxıb elə bilmişdir ki, həmin üzük sadə üzükdür, yəni büjiteriyadır, ona görə onu Türkan qəsəbəsində Qaratəpə adlanan ərazidə hazırda xatırlamadığı yerə tullamışdır, 75 manat pulu isə özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Bu cinayəti də tək törətmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən bir həyətə yaxınlaşmış, hasardan həyətə boylanıb baxıb əmin olmuşdur ki, evdə adam yoxdur, çünki həyətin giriş qapısı bağlı olmuşdur. Hasardan həyətə daxil olmuş və evin girişinin dəmir qapısının açıq olub-olmamasını yoxlamış və görmüşdür ki, qapı açıqdır. Həmin qapıdan evə daxil olmuş, evin otaqlarını gəzmiş və günün işıqlı vaxtı olduğuna görə fikirləşmişdir ki, elə şey oğurlasın ki, əlində apara bilsin və ondan şübhələnməsinlər. Evdə təmir işləri aparıldığına görə orada çoxlu təmir alətləri olmuşdur, lakin oradan iki ədəd laqondanı götürüb evdən tapdığı torbaya qoyub yenə də hasardan küçəyə çıxıb oradan uzaqlaşmışdır. Həmin laqondaları elə həmin gün aparıb Stansiya Qala adlanan ərazidə tanımadığı şəxsə 45 manata satmışdır. Əldə etdiyi pulu öz gündəlik təlabatına xərcləmişdir. Bundan başqa, 01 noyabr 2022-ci il tarixdə, saat təxminən 20 radələrində yenə də oğurluq etmək məqsədi ilə Türkan qəsəbəsi, Üzümçülük Sovxozuna getmişdir. Bu dəfə də bir bağ evinin qarşısında dayanıb əmin olmuşdur ki, evdə heç kim yoxdur. Bu zaman hasardan həyətə daxil olmuş, həyətdə oğurlayacağı heçnə tapa bilməmiş, ona görə də evin plastik pəncərəsini əvvəlcədən özü ilə götürdüyü vintaçanla açmış və evə daxil olmuş, daha sonra görmüşdür ki, daxil olduğu otaq yataq otağıdır. Dərhal yataq otağını axtarmağa başlamışdır. Əvvəlcə paltar dolabını açmış və görmüşdür ki, dolabın içərisində bir ədəd gümüşü rəngli qaynaq aparatı, bir ədəd laqonda var. Onları əvvəlcə oğurlamış və bundan sonra otaqları axtarmışdır, bu zaman evin girişində bir ədəd samovarı görmüş və onu da oğulamışdır. Bundan sonra oğurladığı əşyaları evdə tapdığı sellofan torbaya yığıb oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları bu dəfə də Türkan qəsəbəsində dəniz kənarındakı köhnə tikilinin içərisində gizlətmişdir. Lakin səhəri gün onları satmamış, fikirləşmişdir ki, başqa evlərdən də oğurluq edəcək və həmin əşyalarla birlikdə satacaq. Bu cinayəti də tək törətmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində Xəzər rayonu, Türkan qəsəbəsi, bağ massivində bir bağ evinə yaxınlaşmış və hasardan həyətə boylanıb baxmış və əmin olmuşdur ki, həyətdə və evdə adam yoxdur. Hasardan həyətə daxil olmuş və görmüşdür ki, evin pəncərələrinin dəmir barmaqlığı var, yerdən bir dəmir parçası tapıb həmin dəmir barmaqlığı sındırmış, sonra plastik pəncərəni açıb evə daxil olmuşdur. Evin hər bir otaqlarını axtardmış və oradan bir ədəd qara rəngli televizor, divarda olan kondisionerin qapağını sındırmış və içərisindən mühərrikini, evin girişində olan dolabın içərisindən bir ədəd samovar, bir ədəd qaynaq aparatı, bir ədəd perefarator, bir ədəd plastik boru yapışdırıcı ütü, bir ədəd drel və elektrik uzadıcısını oğurlayıb yenə də pəncərədən çıxıb oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları Türkan qəsəbəsində, dəniz kənarındakı tikilinin içərisində gizlətmişdir. Onlardan elektrik uzadıcısını isə həmin axşam dəniz kənarında yandırmış və səhəri gün yoldan keçən tanımadığı metal yığanlara satmışdır. Qalan əşyaları isə sata bilməmiş, onları təhqiqata təqdim etmişdir. Əldə etdiyi pulu öz gündəlik təlabatına xərcləmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Xəzər rayonu, Türkan qəsəbəsi, bağ massivində bir bağ evinə yaxınlaşmış və hasardan həyətə boylanıb baxmış və əmin olmuşdur ki, həyətdə və evdə adam yoxdur. Hasardan həyətə daxil olmuş, özü ilə götürdüyü vintaçanla evin plastik pəncərəsini açıb evə daxil olmuş, evi axtarmağa başlamış, evin girişində dolab olmuşdur, dolabın qapısını açıb görmüşdür ki, orada iki ədəd su mühərriki, bir ədəd əl çantası var, onları oğurlamış, sonra qonaq otağına keçib oradan bir ədəd modem, sonra hamamda olan bir ədəd su qızdırıcısını oğurlayıb evdən çıxmış, həyətdə görmüşdür ki, balaca bir anbar var ona yaxınlaşıb kilidini sındırmış və oradan bir ədəd dəmir arabanı da oğurlayıb hasardan küçəyə keçirmiş, küçədə evdən oğurladığı əşyaları həmin arabaya qoyub oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları yenə də Türkan qəsəbəsində, dəniz kənarındakı həmin tikilinin içərisində gizlətmişdir. Əl çantasının içərisini axtarmış, lakin qiymətli heçnə tapmadığına görə zibilliyə tullamışdır. Səhəri gün su mührriklərini və su qızdırıcısını sındırıb içərisindən misləri çıxardıb dəmir araba ilə birlikdə yoldan keçən tanımadığı metal yığanlara satmışdır, bir ədəd modem isə gizlətdiyi yerdə qalmışdır və onu da təhqiqata təqdim etmişdir. Əldə etdiyi pulu öz gündəlik təlabatına xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Ferdik oğlu bildirdi ki, hazırda Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 23 A, mənzuil 99-da ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən yeni tikilmiş bağ evində olmadığı müddət ərzində həmin ünvandan oğurluq olmuşdur. Belə ki, 30 oktyabr 2022-ci il tarixdə, saat 19:30-dan 31 oktyabr 2022-ci il tarixdə, saat 17:00-dək olan müddət ərzində həmin evə kilidlənməmiş vəziyyətdə olan dəmir giriş qapısından daxil olan naməlum şəxs və ya şəxslər oradan hər birinin dəyəri 150 manat təşkil edən ümumilikdə 300 manat dəyərində 02 ədəd elektrik mişarı (laqonda) oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 300 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi ev 92 A, mənzil 391-də ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Türkan qəsəbəsi, bağ massivi ərazisində 267 nömrəli bağ evi var. Demək olar ki, hər həftənin 6-cı və bazar günləri həmin bağ evinə istirahət etmək üçün gedir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminəın 11 radələrində olmuşdur. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində həmin bağ evinə getmiş, həyətə daxil olmuş və həmişəki kimi evin hər tərəfinə nəzər yetirdmişdir, sonra evin giriş qapısını açıb evə daxil olmuşdur. Bu zaman görmüşdür ki, evin otaqlarında bütün əşyaları dağınıq vəziyyətdədir, başa düşmüşdür ki, evdən oğurluq olunmuşdur. Tez həyat yoldaşını həyətdən çağırmışdır. Həyat yoldaşı evə daxil olmuş və baş verənləri o, da görmüşdür, evin daxilində hər yerə baxmış və görmüşdür ki, evin arxa plastik pəncərəsinin dəmir barmaqlığı sındırılıb və plastik pəncərə də açıq vəziyyətdədir. Evin hər bir yerinə nəzər yetirdikdən sonra müəyyən etmişlər ki, evin qonaq otağından dəyəri 300 manat olan 01 ədəd Sony markalı televizor, evin divarında quraşdırılmış dəyəri 300 manat olan kondisionerin mühərrikini, evin girişində dolabın içərisində dəyəri 50 manat olan 01 ədəd samovar, dəyəri 150 manat olan 01 ədəd qaynaq aparatı, dəyəri 60 manat olan 01 ədəd perefarator, dəyəri 55 manat olan 01 ədəd plastik boru yapışdırıcısı, dəyəri 50 manat olan 01 ədəd drel, 01 metrinin dəyəri 0,7 manat ümumi dəyəri isə 35 manat olan 50 meter uzunluğunda elektrik uzadıcısı (udelniteli) oğurlanmışdır. Dəymiş maddi ziyanı hesablamışlar və müəyyən etmişlər ki, oğurluq nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, hazırda Bakı şəhəri, Sabunçu rayonu, yeni yaşayış sahəsi, nömrəsiz fərdi ev ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Türkan qəsəbəsi, bağ massivi ərazisində bağ evi var. Arada ailəsi ilə birlikdə həmin bağ evinə istirahət etmək üçün gedir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminəın 14 radələrində olmuşdur. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində həmin bağ evinə getmiş, həyətə daxil olmuş və həmişəki kimi evin hər tərəfinə nəzər yetirmişdir. Bu zaman görmüşdür ki, evin qabaq plastik pəncərəsi açıq vəziyyətdədir. Şübhələnmişdir ki, evdən oğurluq olunub. Bundan sonra evin giriş qapısını açıb evə daxil olmuşdur. Evə daxil olanda bütün otaqları qarışıq vəziyyətdə olduğunu aşkar etmişdir. Evin hər yerinə nəzərə yetirmiş və aşkar etmişdir ki, evin girişindəki dolabın içərisində qoyduğu dəyəri 260 manat olan 01 ədəd su mühərriki, dəyəri 200 manat olan 01 ədəd su müəhərriki, dəyəri 15 manat olan əl çantası, evin qonaq otağında olan dəyəri 45 manat olan internet modemi, hamam otağından dəyəri 100 manat olan su qızdırıcısı oğurlanmışdır. Bundan sonra DİN-in 102 zəng xidməti mərkəzinə zəng edib məlumat vermişdir. Sonradan Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları gəlmiş və evə baxış keçirdikdən sonra ərizə ilə də müraciət etmişdir. Polis əməkdaşları getdikdən sonra həyətdəki saxlanc yerinə baxmışdır, çünki orada ona məxsus dəmir araba, dəmir manqal, dəmir sac və digər əşyaları olmuşdur, Həmin sacxlanc yerinə baxanda görmüşdür ki, qapısı açıqdır, içəri baxanda görmüşdür saxlanc yerində saxladığı əşyalardan yalnız dəyəri 40 manat olan dəmir araba oğurlanmışdır. Beləliklə ona məxsus oğurlanmış əşyalarının dəyərini hesablamış və müəyyən etmişdir ki, oğurluq nəticəsində ona ümumilikdə 660 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Xətai rayonu, S.Vəzirov küçəsi, ev 17, mənzil 65-də ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Türkan qəsəbəsi, bağ massivi ərazisində bağ evi var. Arada ailəsi ilə birlikdə həmin bağ evinə istirahət etmək üçün gedir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminəın 17 radələrində olmuşdur. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində həmin bağ evinə getmişdir, həyətə daxil olanda görmüşdür ki, evin mətbəxinin dəmir barmaqlığı sınmış vəziyyətdədir. Yaxınlaşıb görmüşdür ki, mətbəxin plastik pəncərəsi də açıq vəziyyətdədir. Başa düşmüşdür ki, evə oğru girib. Evin qapısını açıb evə daxil olmuşdur. Qeyd etmişdir ki, evin girişində mətbəx yerləşir, elə mətbəxə daxil olan kimi görmüşdür ki, əşyalar qarışıq vəziyyətdədir və iki ədəd ona məxsus, yəni birinin dəyəri 300 manat digərinin dəyəri isə 900 manat olan samovarlarım oğurlanmışdır. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 11, mənzil 161-də ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Türkan qəsəbəsi, bağ massivi ərazisində bağ evi var. Arada ailəsi ilə birlikdə həmin bağ evinə istirahət etmək üçün gedir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində olmuşdur. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində həmin bağ evinə getmişdir, həyətə daxil olmuş və həmişəki kimi evin hər tərəfinə nəzər yetirmişdir. Bu zaman görmüşdür ki, evin yan tərəfində həyətdə qoyduğu dəyəri 120 manat olan 35 metr uzunluğunda rezin boru yerində yoxdur, yəni oğurlanmışdır. Bundan sonra görmüşdür ki, evin yan tərəfindəki plastik pəncərəsi açıq vəziyyətdədir. Ondan sonra evə daxil olub əvvəlcə mətbəxə baxmış və görmüşdür ki, mətbəxdəki moykanın altındakı dolabın qapısı açıqdır. Qeyd etmişdir ki, o, orada özümə məxsus 01 ədəd laqonda və 01 ədəd dəyəri 130 manat olan drelini qoymuşdur. Şübhələnib həmin dolabın içərisinə baxmış və görmüşdür ki, laqonda yerindədir, lakin drel isə oğurlanmışdır. Bundan sonra evin daxilində hər yerə baxış keçirmiş, lakin başqa heç bir əşyası oğurlanmamışdır. Oğurlanmış əşyalarının dəyərini hesablamış və məlum olmuşdur ki, oğurluq hadisəsi nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, bağ massivi, nömrəsiz bağ evində anası ilə birlikdə kirayədə yaşayır. Bakı şəhəri, Nərimanov rayonu örazisində yerləşən Piano oteldə qabyuyan kimi işləyir. xx.xx.2022-ci il tarixdə saat 06 radələrində işə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində evə getmiş və görmüşdür ki, evin giriş qapısının kilidi və yanındakı pəncərənin şüşəsi sındırılıb. Başa düşmüşdür ki, evə oğru girib. Evə daxil olan kimi görmüşdür ki, evin hər yeri dağınıq vəziyyətdədir. Fikirləşmişdir ki, evə oğru daxil olubsa yəqinki nəsə oğurlayıb. Birinci yataq otağında olan özünə məxsus əl çantasının içərisinə baxmış və aşkar etmişdir ki, çantanın içərisində olan özünə məxsus dəyəri 140 manat olan bir ədəd qızıl üzük və 75 manat pulu oğurlanmışdır. Evin başqa yerlərinə də nəzər yetirmiş, lakin başqa əşyalarının oğurlanmadığını müəyyən etmişdir. Oğurluq nəticəsində ümumilikdə 215 manat maddi ziyan dəymişdir. Sonradan DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsi barədə evin sahibinə zəng edib məlumat vermişdir. O, da gəlib evdə özünə məxsus əşyalarına baxmış və əşyalarından oğurlanmadığını bildirmişdir. Qeyd etmişdir ki, evin giriş qapısının kilidini 15 manata almış və yenisi ilə əvəz etmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Nəsimi rayonu, 28 May küç., ev 6, mən. 30-da ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozu ərazisində bağ evi var. Orada ailəsi ilə birlikdə həmin bağ evinə istirahət etmək üçün gedir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminəın 17 radələrində olmuşdur. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində getmişdir və evə daxil olduqda yataq otağında paltar dolabının qapılarının açıq olduğunu və evin əşyaları dağınıq vəziyyətdə olduğunu aşkar etmişdir. Bu zaman başa düşmüşdür ki, evdən oğurluq olub. Hər tərəfə baxmış və müəyyən etmişdir ki, qonaq otağındakı paltar dolabının içərisindəki ona məxsus dəyəri 600 manat olan 01 ədəd qaynaq aparatı, dəyəri 150 manat olan 01 ədəd laqonda, bundan başqa evin girişində qoyduğu dəyəri 500 manat olan samovarı da oğurlanmışdır. Bundan sonra DİN-in 102 zəng xidməti mərkəzinə zəng edib məlumat vermişdir. Oğurlanmış əşyalarının dəyərini hesablamış və məlum olmuşdur ki, oğurluq hadisəsi nəticəsində ona 1250 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Qazax Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 241-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 05 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il Amnistiya Qərarının 3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad olunmuşdur. Naxçıvan Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 243-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 06 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 1500 manat cərimə cəzası təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə hökm icra edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad olunmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2, 76.6.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Elvin Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdə hesab edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ibtidai istintaq müddətinin sonunadək, yəni 17 fevral 2023-cü il tarixdən 22 mart 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 9/9397 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2022ci ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 01 ədəd 06 litr tutumlu odun samovarı - 150 manat; 01 ədəd 04 litr tutumlu odun samovarı - 100 manat, 02 ədəd - 200 manat; 01 ədəd Çin istehsalı olan “Makute” markalı, “MMA-300” model qaynaq aparatı -120 manat; 01 ədəd üzərində “BX6-300” yazıları olan qaynaq aparatı - 80 manat; 01 ədəd Almaniya istehsalı olan üzərində “A.T.S Power Tools” yazıları olan, göy rəngli, orta ölçülü laqonda - 60 manat; 01 ədəd “İnterskol DU-13/650GR” markalı, boz rəngli, kiçik ölçülü drel - 20 manat; 01 ədəd “Bosch GBH 2-26 DRE” markalı, göy rəngli kiçik ölçülü perforator - 80 manat; 01 ədəd Çin istehsalı olan, “TP-Link” markalı, “TD-W8950ND” model modern aparatı - 15 manat; 01 ədəd Malaziya istehsalı olan “Sony” markalı, “KLV-32S550A” model, 32 düymlü, qara rəngli televizor – 150 manat; 01 ədəd göy rəngli qutuda plastik boru yapışdırıcısı – 30 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 1 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 17/17/2-626/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Amnistiya aktının 4-cü bəndi tətbiq edilərək cəzası 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixində cəza sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən “Cinayətlərin təhlükəli residivi cəzanı ağırlaşdıran haldır.” Məhkəmə ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasını çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Daha sonra Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2, maddələri ilə təqsirli bilinərək, barəsində 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilməsinə dair Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və CM-in 67.1-ci maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasının 19 iyun 2019-cu il tarixə çəkilməmiş qalan 03 ay 23 gün hissəsi hazırki hökmlə təyin edilmiş 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilərək cəzası 06 ay müddətinə azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hər iki hökm üzrə az ağır cinayət törətməyə görə məhkum edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə məhkumluğun ödənilməsi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Göründüyü kimi təqsirləndirilən şəxsə CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə tətbiq edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilərək 06 ay müddətinə azaldılmış və o, 10 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırki cinayət əməli təqsirləndirilən şəxs tərəfindən 20 oktyabr 2022-ci il tarixdə törədilmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yeni cinayət əməlini törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən “qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd samovar, 02 ədəd qaynaq aparatı, 02 ədəd drel, 01 ədəd Sony markalı televizor, 01 ədəd laqonda, 01 ədəd plasktik boru yapışdırıcısı və 01 ədəd modemin zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 03 ədəd samovar, 02 ədəd qaynaq aparatı, 02 ədəd drel, 01 ədəd Sony markalı televizor, 01 ədəd laqonda, 01 ədəd plasktik boru yapışdırıcısı və 01 ədəd modem zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-310/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-310/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver