Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-310/2025 25.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ saat 10:30 X14 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs2, X1, Müdafiəçi- Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-310/2025 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayır, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən torpaq sahəsinin 6 sotunu satacağını vəd edib inandıraraq etibarından suiistifadə etmə və aldatma yolu ilə 05 iyul 2024-cü il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Xanlar küçəsi 1 saylı evin həyətində Zərərçəkmiş şəxs1 əvvəlcə beh olaraq aldığı 200 manat pulu, daha sonra Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında olarkən «BirBank» tətbiqi vasitəsi ilə istifadəsində olan 4169 7385 6851 5856 nömrəli bank kartından onun istifadəsində olan 4098 5844 7887 4744, 4169 73** **** 8987 və 523915** **** 7682 nömrəli bank kartlarına xx.xx.2024-cü il tarixdə göndərdiyi 750 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 200 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 50 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 3550 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 150 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 100 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 600 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 1200 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 100 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 100 manat; xx.xx.2024cü il tarixdə göndərdiyi 200 manat xx.xx.2024-cü il tarixdə göndərdiyi 200 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 100 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 100 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 400 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 100 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 100 manat pulunu ələ keçirib vədinə əməl etmədən, həmin pulları şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs1 ümumilikdə 8200 manat məbləğində xeyli miqdarda pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 8200 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 özünə məxsus olan Zərərçəkmiş şəxs1 satmış olduğu Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən torpaq sahəsinin 6 sotunu satacağını vəd edib inandıraraq etibarından sui-istifadə etmə və aldatma yolu ilə 24 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən qeyd olunan torpaq sahəsində Zərərçəkmiş şəxs2 əvvəlcə beh olaraq aldığı 500 manat pulu, 2024-cü ilin avqust ayının sonlarında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeyd olunan torpaq sahəsində 4500 manat pulu, 2024-cü ilin sentyabr ayının əvvəllərində isə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə olarkən «BirBank» tətbiqi vasitəsi ilə istifadəsində olan 4169 7388 9218 9444 nömrəli bank kartından onun istifadəsində olan 4098 5844 7887 4744 nömrəli bank kartına göndərdiyi 600 manat pulunu ələ keçirib vədinə əməl etmədən, həmin pulları şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs2 ümumilikdə 5600 manat məbləğində xeyli miqdarda pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 5600 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4. maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, yaşadığı Türkan qəsəbəsində ki, torpaq sahəsinin 6 sotunu satmaq məqsədi ilə 2024-cü ilin yay aylarında «Lalafo.az» internet səhifəsində torpağın sotunu 1500 manatdan satmaq məqsədi ilə elan yerləşdirmişdir. Elanda o, özünün yox oğlu Elşənə məxsus 077- ***-**-** mobil nömrəsini yazmışdır. Bir neçə şəxs torpaqla maraqlansa da lakin alverləri tutmamışdır. 04 iyul 2024-cü il tarixdə oğlu Elşənə məxsus elanda yerləşdirdiyi nömrə ilə torpağı almaq məqsədi ilə əlaqə saxlayan əvvəllər tanımadığı Saleh adlı şəxslə ələqə saxlayıb və səhəri gün yəni, 05 iyul 2024-cü il tarixdə görüşərək onu Türkan qəsəbəsinə dəvət edib, birlikdə satdığı torpaq sahəsinə baxmışlar. Saleh torpağı və qiymətini bəyəndiyi üçün onlar razılaşmışlar. O, Salehə bildirmişdir ki, 07 iyul tarixində torpağın sənədlərini gətirəcəkdir. 07 iyul 2024-cü il tarixdə saat 14:00-da Saleh, Qəzənfər adlı şəxslə birlikdə həmin torpaq sahəsinə və Türkan Bələdiyyəsi tərəfindən verilmiş onun təqdim etdiyi, sənədlərə baxmışlar. O, onlara bildirmişdir ki, arxivdən çıxarış çıxarıb onlara verəcəkdir. Həmin vaxtı onun oğlu Elşən də orada olmuşdur. Saleh sotu 1500 manatdan olmaqla ümumi 9000 manata 6 sot yeri razılaşıb və beh olaraq 200 manat pulu Qəzənfərin və orada olan ailə üzvlərinin iştiraki ilə ona vermişdir. O, Salehə bildirmişdir ki, daş gətizdirərək, hasar çəkə və digər işlərini görə bilər. Saleh səhəri gün ora daş gətizdirdib köhnə hasarı söküb yenidən hasar çəkməyə başlamışdır. O, istifadə etdiyi «**********874744» nömrəli bank kartını Salehin telefonuna ataraq bildirmişdir ki, yerdə qalan 8800 manat pulu dediyi vaxtlarda karta atsın. Müxtəlif məbləğləri Saleh onun kartına göndərmiş, hətda pulların çeklərini də ona atsa da o, çekləri saxlamamışdır. Beləliklə də Saleh onun kartına 8000 manat pul atmış, 200 manat da beh olmaqla ümumilikdə 8200 manat pulu torpaq üçün ona vermişdir. Salehin onun kartına göndərdiyi həmin pulları Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə olarkən nağdlaşdırıb şəxsi ehtiyaclarına xərcləmişdir. 2024-cü ilin avqust ayında Türkiyə Respublikası vətəndaşı olan Zərərçəkmiş şəxs2 adlı şəxs torpaq almaq məqsədi ilə elana yerləşdirdiyi mobil nömrəsi ilə əlaqə saxlayaraq torpaq almaq istədiyini bildirmişdir. Həmin vaxtı onun pula ehtiyacı olduğundan onunla görüşüb torpaq sahəsinə birlikdə baxmışlar və ümumilikdə torpağı 8000 manata razılaşmışlar. Özer ona 5000 manat beh vermiş, qalan 3000 manatı isə sonra verəcəyini bildirmişdir. 2024-cü ilin sentyabr ayının əvvəllərində isə Zərərçəkmiş şəxs2 istifadəsində olan 4098 5844 7887 4744 nömrəli bank kartına həmin torpağa görə 600 manat pul göndərmiş və həmin pulu Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə olarkən nağdlaşdırıb şəxsi ehtiyaclarına xərcləmişdir. O həmin torpağı ikinci dəfə türkə satdığından, Salehin bundan məlumatı olmadığından Salehə bildirmişdir ki: «bir müddət həmin yerə gəlməsin, guya anası narazılıq edir, anasını yola gətirəndən sonra gəlib tikintini davam etdirər». Beləliklə də bir müddət Salehin ora gəlməsinə imkan verməmiş və həmin müddətdə Zərərçəkmiş şəxs2 orada hasarın tikintisini davam etdirmiş və işıq sayğacı quraşdırmışdır. Sonradan bundan xəbər tutan Saleh həmin yerə gələrək Zərərçəkmiş şəxs2la görüşüb birlikdə ona zəng vuraraq həmin yerə dəvət etmişlər. O isə səhv iş gördüyündən utanaraq oraya getməmiş və Salehə telefonla müxtəlif bəhanələr gətirərək pulunu geri qaytaracağını bildirmiş və bu günə kimi də Salehdən almış olduğu 8200 manat pulu və Özerdən aldığı 5600 manat pulu geri qaytara bilməmişdir. Onu da bildirmişdir ki, onun etmiş olduğu əməldən ailə üzvlərinin məlumatı olmamış, bu barədə onlara heçnə deməmişdir. Etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirdiyini ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, 2024-cü ilin iyul ayının əvvəllərində «Lalafo.az» saytında Türkan qəsəbəsində satlıq torpaqla bağlı elanı görüb, elanda olan adını sonradan bildiyi X10 ilə 077- ***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq həmin torpaqla maraqlanmışdır. Elşən ona torpağın Türkan qəsəbəsində yola yaxın yerdə olduğunu və sotunu 1500 manatdan olmaqla 6 sot torpaq olduğunu bildirmişdir. Daha sonra Elşən onun mobil nömrəsini atası Seyrana vermiş və Seyran onunla əlaqə saxlayaraq onu həmin yerə dəvət edib torpağa baxmağını bildirmişdir. O da 05 iyul 2024-cü il tarixdə Türkan qəsəbəsindəki həmin torpaq sahəsinə gedib Seyranla görüşərək sözü gedən torpaq sahəsinə baxmışdır. Seyran demişdir ki, 07 iyul tarixində torpağın sənədlərini gətirəcəkdir. O da 07 iyul 2024-cü il tarixdə tanıdığı və torpaq işindən başı çıxan Qəzənfər adlı şəxslə birlikdə həmin torpaq satılan yerə getmiş və Seyran ilə görüşüb həmin torpaq sahəsinə və torpaqla bağlı Türkan Bələdiyyəsi tərəfindən verilmiş sənədlərə baxmışdır. Seyran onları inandırmışdır ki, arxivdən anasının adından çıxarış verəcək, narahat olmasınlar. Torpaq əlverişli yerdə olduğundan və qiyməti münasib olduğundan, eləcə də Seyranın ailəsi ilə birlikdə həmin həyətdə yaşadığını görüb tam inanmışdır ki, öz yeridir, ona burada heç bir çətinlik ola bilməz. Bu səbəbdən torpağı almağa razılaşmışdır. Beh olaraq 200 manat pulu Seyrana Qəzənfərin yanında vermişdir. Seyran da ona bildirmişdir ki, sabahdan daş gətizdir hasarını çək və digər işlərini gör. O da səhəri gün ora 2 maşın daş gətizdirmiş, usta-fəhlə gəlmiş və köhnə hasarı söküb yenidən hasar çəkməyə başlamışlar. Seyranın ona göndərmiş olduğu «**********874744» nömrəli bank kartına, özünə məxsus «**********515856» nömrəli bank kartından təxminən iki-üç gündən bir Seyranın özü istədiyi tarixlərdə pul məbləğləri göndərmişdir. Belə ki, xx.xx.2024-cü ildə 750 manat; xx.xx.2024-cü ildə 200 manat; xx.xx.2024-cü ildə 50 manat; xx.xx.2024-cü ildə 3550 manat; xx.xx.2024-cü ildə 150 manat; xx.xx.2024-cü ildə 100 manat; xx.xx.2024-cü ildə 600 manat; xx.xx.2024-cü ildə 1200 manat; xx.xx.2024-cü ildə 100 manat; xx.xx.2024-cü ildə 100 manat; xx.xx.2024-cü ildə 200 manat; xx.xx.2024-cü ildə 200 manat; xx.xx.2024cü ildə 100 manat; xx.xx.2024-cü ildə 100 manat; xx.xx.2024-cü ildə 400 manat; xx.xx.2024-cü ildə 100 manat; xx.xx.2024-cü ildə 100 manat olmaqla Seyranın vermiş olduğu karta 8000 manat pul göndərmişdir. Həmin məbləğlərin hamısını yaşadığı ünvan 3 ünvanında olarkən «BirBank» tətbiqi vasitəsi ilə Seyranın bank kartına göndərmişdir. 2024-cü ilin sentyabr ayının ilk günlərində isə Seyran tikintini dayandıraraq ona bildirmişdir ki: «bir neçə gün bura gəlmə onun torpaqla bağlı ailədə çətinlikləri vardır, anası yerin satılmasına razılıq vermir. Onu həll edib özü onu çağıracaqdır». O da Seyranın sözünə görə 5 gün ora getməmişdir ki, Seyran məsələni yoluna qoysun. Sonra o Seyrana demədən özü həmin yerə getmiş və görmüşdür ki, orada ustalar onun tökmüş olduğu daşları, qumu və sementi işlədərək həmin yeri tikirlər. O da onlara bildirmişdir ki: «tikintini saxlayın siz kimsiniz ki, mənim almış olduğum yerdə iş görürsünüz». Orada olan ustalar ona bildirmişlər ki, bu yeri Türk vətəndaşı olan Zərərçəkmiş şəxs2 adlı şəxs alıb və onun üçün işləyirlər. Aradan bir az keçmiş həmin Zərərçəkmiş şəxs2 oraya gələrək onunla görüşmüş və bildirmişdir ki, o da həmin yeri Seyrandan almış və 5600 manat pul vermişdir. O həmin şəxslə birlikdə Seyranı oraya çağırsalarda Seyran həmin yerə gəlməmiş və onlarla görüşdən boyun qaçırmışdır. Bir neçə gündən sonra Seyranın anası oraya gəlib onunla görüşərək ona bildirmişdir ki, oğlu Seyrana icəzə vermir ki, bu yeri kiməsə satsın və Seyran onun pulunu yaxın günlərdə verəcək, əks halda isə Xaşaxuna ərazisində torpaqları var, oradan ona yer verər. O da onunla birlikdə gedib həmin torpaq sahəsinə baxmış, həmin torpaq sahəsinin sənədi olmadığından həmin yeri istəməmiş, pulunun qaytarılmasını bildirmişdir. Beləliklə də Seyran dələduzluq yolu ilə onu aldadaraq ümumilikdə 8200 manat pulunu ələ keçirmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq bu günə kimi Seyran onunla görüşməmiş, nə torpağını, nədə ki, pulunu qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2024-cü ilin avqust ayında «Lalafo.az» saytında Türkan qəsəbəsində satlıq torpaqla bağlı elanı görüb, elanda olan adını sonradan bildiyi X7 məxsus ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış, həmin torpaqla maraqlanmışdır. Elşən ona torpağın Türkan qəsəbəsində yola yaxın yerdə olduğunu və sotunu 1500 manatdan olmaqla 6 sot torpaq olduğunu bildirmişdir. Daha sonra Elşən onun mobil nömrəsini atası Seyrana verib və Seyran onunla əlaqə saxlayaraq onu həmin yerə dəvət edib torpağa baxmağını bildirmişdir. O da, 24 avqust 2024-cü il tarixdə Türkan qəsəbəsindəki həmin torpaq sahəsinə gedib Seyranla görüşərək sözü gedən torpaq sahəsinə baxıb, Seyran torpağa aid öz adına olan sərəncamı ona göstərərək torpağın özünə aid olduğunu bildirmişdir. Seyrandan torpağı almağa razılaşmışdır. Həmin tarixdə Seyrana ilkin olaraq torpağa görə 500 manat beh vermişdir. Bundan bir neçə gün sonra 2024-cü iyul ayının sonlarında Türkan qəsəbəsində yerləşən qeyd olunan torpaq sahəsində Seyrana torpaq üçün əlavə olaraq 4500 manat pul vermişdir. Sonra isə Seyran özünə məxsus «**********874744» nömrəli bank kartının nömrəsini ona göndərərək bildirmişdir ki, yerdə qalan pulu karta atsın. Seyran ona bildirmişdir ki, daş gətizdirib tikinti işlərini görsün. O da Seyrana ona inandığı üçün ora daş gətizdirib işə başlamışdır. 2024cü ilin sentyabr ayının əvvələrində isə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə olarkən «BirBank» tətbiqi vasitəsi ilə istifadəsində olan 4169 7388 9218 9444 nömrəli bank kartından Seyranın istifadəsində olan 4098 5844 7887 4744 nömrəli bank kartına 600 manat pul göndərmişdir. Ümumilikdə o torpaqla bağlı Seyrana 5600 manat pul vermiş, həmin yerdə olan yarımçıq qalmış hasarın üstünü tikib və ora işıq sayğacı quraşdırmışdır. O, sonradan bilmişdir ki, Seyran həmin yeri ondan başqa da Saleh adlı şəxsə 8200 manata satmışdır, həmin hasarı da Saleh tikib və Seyran həmin yeri ona satdığı üçün Salehin tikmiş olduğu hasar yarımçıq qalmışdır və həmin hasarın davamını o tikmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid izahatında bildrmişdir ki, uzun müddət icra hakimiyyətində çalışmışdır. Sənədlərdən başı çıxdığı üçün Zərərçəkmiş şəxs1 ona sənəd məsələsində kömək etməsini xahiş etmişdir. O da sənədə baxmış, sonra arxiv sənədinin gəlməli olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş diskə baxış və götürmə aparılması barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 02 ədəd disk, ödəniş qəbzləri və fotoşəkillər götürülmüş, həmin disklərə baxış keçirilmişdir. Belə ki, disklərə baxış zamanı həmin disklərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 satdığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin fotoşəkilləri, videogörüntüləri, həmin torpaq sahəsinin alğısatqısına dair Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında olan danışığın səs yazısı və «WhatsApp» tətbiqi vasitəsi ilə aralarında aparılmış yazışma və səsli mesajların videogörüntüsü aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş diskə baxış protokoldan görünür ki, «Unibank»ın HTİD-OUT-01979-2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu ilə Xəzər RPİ-nin İstintaq Şöbəsinə daxil olmuş 01 ədəd diskə baxış keçirilərkən 4098 5844 7887 4744 bank kartının Təqsirləndirilən şəxs adına olması və həmin kart üzrə edilmiş əməliyyatlara dair məlumatlar aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş ödəmə qəbzlərindən görünür ki, Cabarov X3 Saleh Balaş oğlunun yaşadığı ünvan 3 ünvanında olarkən «BirBank» tətbiqi vasitəsi ilə istifadəsində olan 4169 7385 6851 5856 nömrəli bank kartından onun istifadəsində olan 4098 5844 7887 4744, 4169 73** **** 8987 və 523915** **** 7682 nömrəli bank kartlarına xx.xx.2024-cü il tarixdə göndərdiyi 750 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 200 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 50 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 3550 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 150 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 100 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 600 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 1200 manat; xx.xx.2024 cü il tarixdə göndərdiyi 100 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 100 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 200 manat; 10 08.2024-cü il tarixdə göndərdiyi 200 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 100 manat; 12 08.2024-cü il tarixdə göndərdiyi 100 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 400 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 100 manat; xx.xx.2024-cü il tarixdə göndərdiyi 100 manat pulunu ələ keçirib dələduzluq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 03 fevral 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görüünr ki, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən 6 ay 17 gün şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-310/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-310/2025 saylı hökmü 04 may 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadələrinə, zərər çəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-310/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkmələri müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış X4 təqdim etdiyi 02 ədəd disk və «Unibank»dan götürülmüş 01 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-310/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla və ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 gün müddət ona təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X4 təqdim etdiyi 02 ədəd disk və «Unibank»dan götürülmüş 01 ədəd disk cinayət işində saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 19 saata görə 209 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(003)-310/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-310/2025
25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver