Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-312/2021 13.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə xx.xx.1994-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 vahid niyyətlə 24 mart 2021-ci il tarixdə saat 12 radələrində yaşayış sahəsi olan Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X6 yerləşən evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan evin plastik pəncərəsini açaraq evə daxil olmaqla 01 ədəd 20 manat dəyərində «Naviforce» markalı kişi qol saatını, 01 ədəd 20 manat dəyərində «Braun BR-8850» markalı saç fenini, 01 ədəd 10 manat dəyərində parça materialdan olan notebook çantasını, 01 ədəd 300 manat dəyərində “X11” markalı mobil telefonu, 800 manat nağd pulu, 01 ədəd 400 manat dəyərində qızıl üzüyü və 01 ədəd 30 manat dəyərində gümüş boyunbağını, saat 22:00 radələrində həmin evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan evə açıq vəziyyətdə olan plastik pəncərəsindən daxil olmaqla 01 ədəd 180 manat dəyərində 2014-cü il istehsallı «LG» markalı «32LB561U» modeli 82 dioqanallı televizoru və 01 ədəd 50 manat dəyərində Shimge» markalı 0,37kw-lıq gidroforu ilə birlikdə su motorunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1810 (min səkkiz yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən 01 aprel 2021-ci il tarixdə saat 03 radələrində saxlac yeri olan Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X6 yerləşən «Metal» satışı mağazasnın həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, həyətdə olan otağın plastik pəncərəsinin dəmir barmaqlığın sındırıb pəncərəni açıb daxil olmaqla dəmir seyfi qırıb içərisindən 300 manat nağd pulu və 01 ədəd 400 manat dəyərində müşahidə kameralarının yaddaş blokunu gizli olaraq talayıb zərərçəkmiş X8 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 24 mart 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 tərəfindən həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 yerləşən, vət.Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurladığı 01 ədəd kişi qol saatı, 01 ədəd kompüter çantası, 01 ədəd Samsunq markalı mobil telefon və 01 ədəd fenin qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin əmlak əldə etmiş və onlara sahiblik etməklə istifadə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 21 mart 2021-ci il tarixdə özündə olan son narkotik vasitəni istifadə edərək tamamlamışdır. Daha istifadə etmək üçün narkotik vasitəsi qalmamışdır. Bir neçə şəxsdən borca pul istəsə də narkoman olduğu və aldığı pulu narkotik vasitəyə xərclədiyi üçün heç kim ona pul verməmişdir. Buna görə də, narkomanlar üçün ən asan yolu, yəni oğurluq etmək yolunu tutmuş və oğurluq etmək qərarına gəlmişdir. Bildirmişdir ki, narkoman olduğundan narkotik vasitə istifadə etməyəndə bədənində kəskin ağırlar baş verirmiş. Buna görə də, yaşadığı evin qonşuluğunda yerləşən əvvəllər tanıdığı qonşusu Zərərçəkmiş şəxs2 evindən oğurluq etmək qərarına gəlmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs2 qonşusu olduğu üçün onu yaxşı tanıyırdı. Belə ki, Muradın yaxşı qazanclı bir işdə işlədiyini bilmişdir. Həmçinin bildirmişdir ki, Muradın evinin pəncərəsi yaşadığı evin həyətyanı sahəsinə giriş qapısı ilə yaxın məsafədə, üzbəüz yerləşirmiş. Muradın evi həyətyanı sahədə olan bir mərtəbəli binadan ibarət olmuşdur. Həmçinin qeyd etmişdir ki, Murad “Novruz” bayramı olduğundan evdə olmadığını və ailəsi ilə birlikdə Lənkərən rayonuna getdiyini bilirdi. 24 mart 2021-ci il tarixdə 12:00-da evdən evin həyətyanı sahəsinə düşmüş və Muradın evinin pəncərəsinin qarşısına gəlmişdir. Evin pəncərəsini əli ilə itələyərək açmışdır. Həmin pəncərədən evin yataq otağına daxil olmuşdur. Yataq otağına daxil olan zaman pəncərədən evə daxil olarkən sol tərəfdə dolabın üzərində 01 ədəd “Grand Prime” markalı və ağ rəngli korpusu olan mobil telefonu oğurlamışdır. Daha sonra həmin otaqda olan termoda oğurlamaq üçün əşya axtararkən termo ilə üzbəüz dayanarkən sol tərəfdə yerləşən rəfindən 01 ədəd qara rəngli “Naviforce” markalı kişi qol saatını, həmin qol saatının yanında olan 01 ədəd gümüş boyunbağı və 01 ədəd qızıl üzüyü oğurlamışdır. Bundan sonra isə qol saatı və boyunbağını oğurladığı rəfin aşağı hissəsində olan dolaba baxarkən orada 01 ədəd üzərində ağ rəngdə böyük hərflərlə “BRAUN” və “BR-8850” yazıları olan feni oğurlamışdır. Daha sonra isə həmin otaqda yataq dəstinin üzərindəki döşəyin altından üç ədəd 100 (yüz) manatlıq, bir ədəd 50 (əlli) manatlıq və qalan hissəsi xırda pullardan ibarət, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pulu oğurlamışdır. Bundan sonra həmin otaqda yataq dəstinin baş hissəsində, evə daxil olduğu pəncərənin sol tərəfinə yerləşdirilmiş notebook çantasını görmüşdür. Həmin çantanı götürüb, içərisinə baxarkən içərisində müxtəlif sənədlərin olduğunu görmüş və evdən oğurladığı digər əşyaları həmin çantanın içərisinə yerləşdirmək üçün qeyd etdiyi notebook çantasını da götürmüşdür. Daha sonra isə evin digər otaqlarına baxarkən evin mətbəxində 01 ədəd “LG” markalı televizor və pəncərədən evin həyətyanı sahəsinə baxarkən evin həyətyanı sahəsində 01 ədəd su nasosunun olduğunu görmüşdür. Lakin, oğurladığı əşyaları aparıb, satdıqdan sonra həmin gün axşam televizor və su nasosunu oğurlamaq üçün gəlmək qərarına gəlmiş, evə daxil olduğu qaydada çıxaraq tərk etmişdir. Zərərçəkmiş şəxs2 evindən oğurladığı 01 ədəd “Grand Prime” markalı mobil telefonu, 01 ədəd qara rəngli, “Naviforce” markalı kişi qol saatını, 01 ədəd üzərində ağ rəngdə, böyük hərflərlə “BRAUN” və “BR-8850” yazıları olan feni evdən oğurladığı çanta ilə birlikdə 50 (əlli) manata qəsəbə ərazisində bərbər işləyən “Tural” adlı tanışına satmışdır. Turala satdığı əmlakı oğurladığını bildirmiş, lakin Tural heç bir etiraz etməyərək həmin əmlakı ondan ümumilikdə 50 (əlli) manata almışdır. Lakin, ona üzərində cəmi 20 (iyirmi) manat pulun olduğunu, hal-hazırda həmin pulu ona verməyini qalan pulu isə hissə-hissə verməyini bildirmişdir. Muradın evindən oğurladığı 01 ədəd gümüş boyunbağı və 01 ədəd qızıl üzüyü qəsəbə ərazisində tanımadığı şəxsə 70 manata satmışdır. Evdən oğurladığı pulun hamısını isə qəsəbə ərazisində olan müxtəlif şəxslərə olan borclarını tam olaraq, ödəmişdir. Həmin gün saat 22:00-da Muradın evində olan televizor və su nasosunu oğurlamaq üçün yenidən səhər daxil olduğu kimi, yəni pəncərədən Muradın evinə daxil olmuş və evin mətbəxində olan 01 ədəd “LG” markalı televizoru və 01 ədəd üzərində “Venus”, “Shimge” sözləri yazılan su nasosunu oğurlamışdır. Muradın evindən oğurladığı “LG” markalı televizoru qəsəbə ərazisindən tanıdığı “Röyal” adlı şəxsə 60 (altımış) manata satmışdır və su nasosunu isə qəsəbə ərazisindən tanıdığı “Şahid2” ad və soyadlı şəxsə 35 (otuz beş) manata satmışdır. Qeyd etmişdir ki, Röyala televizoru və Şahid2 isə su nasosunu satarkən həmin əşyaların oğurluq olmasını deməmiş, həmin əşyaların özünə məxsus olduğunu eləcə də pula ehtiyacı olduğunu deyərək inandırıb satmışdır. 31 mart 2021-ci il tarixdə, axşam saatlarından pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlib ilk olaraq, yaşadığı qəsəbədə fəaliyyət göstərən metal satışı mağazasından oğurluq etmək fikrinə düşmüşdür. Buna görə də, ilk olaraq həmin gün axşam saatlarında qeyd etdiyi metal satışı mağazasının yaxınlığına getmiş və həmin mağazaya daxil olmaq üçün ən asan yolu axtarmışdır. Mağaza həyətyanı sahəsi də olan geniş bir mağaza idi. Mağazanın giriş qapısının üzərində qırmızı hərflərlə “Metal” sözü yazılmışdır. Mağazanın ətrafını gəzərkən həmin mağazanın giriş hissəsində müşahidə kamerasının olduğunu görmüşdür və oğurluq etmək üçün mağazaya giriş hissəsindən, lakin müşahidə kamerasının onu çəkə bilməməsi üçün həmin kameranın arxa hissəsindən mağazaya daxil olmaq qərarına gəlmişdir. Qeyd etmişdir ki, həmin mağazanın mühafizəçisi də olmamışdır. Daha sonra isə yaşadığı evə gəlmişdir. 01 aprel 2021-ci il tarixdə, saat 03:00-da oğurluq etmək üçün seçdiyi metal satışı mağazasının qarşısına gəlmişdir. İlk öncə ətrafa baxmış, ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra isə mağazaya daxil olmaq üçün mağazanın giriş hissəsinə, lakin həmin yerdə olan müşahidə kamerasının arxa hissəsinə gəlmişdir. Giriş qapısının sol yanında olan hasara çıxaraq, mağazanın həyətyanı sahəsinə daxil olmuşdur. Bundan sonra isə həyətyanı sahədə yerləşən birmərtəbəli iki bina olmuşdur. Həmin binalardan birində satış üçün yığılmış metal konstruksiyaların olduğu bina, digəri isə ofis binası olmuşdur. Pulun və qiymətli digər əşyaların əsas binada, yəni ofisdə olduğunu fikirləşib, əsas binanın, yəni ofisin qarşısına gəlmişdir. Görmüşdür ki, ofisin giriş qapısı dəmir materialdandır və həmin qapının aça bilməyəcək ona görə də, ofisə giriş qapısının solunda olan pəncərədən daxil olmaq qərarına gəlmişdir. Həmin pəncərə isə dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Ona görə də, həmin dəmir barmaqlıqları qırmaq üçün yerdən alət axtarmağa başlamış və bir qədər ətrafa göz gəzdirərkən görmüşdür ki, yerdə təxminən 70 sm uzunluğunda olan armatur və qara tutacaqlı təxminən 40 sm uzunluğunda olan çəkici də görmüş və götürmüşdür. Çəkici götürmək məqsədi isə təxminən üç ay əvvəl həmin mağazaya alıcı qismində daxil olarkən gördüyü dəmir seyfin kilidini sındırmaq olmuşdur. Həmin armaturu və çəkici götürüb, armaturu pəncərənin dəmir barmaqlıqlarının arasına yerləşdirib, dartışdırmış və həmin dəmir barmaqlıqları qırmışdır. Pəncərə plastik materialdan olduğundan əli ilə itələyərək pəncərəni açmış və içəriyə, ofisə daxil olmuşdur. Həmin ofis iki otaqdan ibarət olmuşdur. Sağ otaqda satış üçün nəzərdə tutulmuş alətlər olmuşdur, solda, ikinci otaqda isə əsas ofis olmuşdur. İlk olaraq soldakı ikinci otağa daxil olmuş, əlində olan çəkiclə qeyd etdiyi otaqda olan seyfin kilidini sındırıb, seyfdə olan pulu götürmüşdür və həmin pulu sayarkən götürdüyü pulun bir ədəd 100 (yüz) manatlıq və digərləri isə xırda pullar olan ümumilikdə 300 (üç yüz) manat məbləğində olan pulu götürüb, əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə yerləşdirmişdir. Daha sonra isə üzü seyfə tərəf dayanarkən arxada sağ tərəfdə, seyfə oxşar dəmir yeşikdə içərisində yerləşdirilmiş, mağazanın giriş qapısındakı müşahidə kamerasının yaddaş aparatını götürmüşdür. Daha sonra isə qeyd etdiyi otaqdan çıxmış və digər otağa, yəni satışı üçün nəzərdə tutulmuş alətlərin yerləşdiyi otağa daxil olub, oradakı əşyaları da oğurlamaq qərarına gəlmişdir. Lakin, əvvəlki otaqdan pulu və yaddaş aparatını götürdüyündən, digər otaqda olan əşyaların ona əhəmiyyətli gəlmədiyindən həmin otağa daxil olmaqdan imtina etmişdir. Ofisə daxil olduğu pəncərədən də ofisi tərk etmişdir. Ofisi pəncərədən tərk edərkən birdən gözü ofisin giriş hissəsində olan müşahidə kamerasına sataşmışdır. Fikirləşmişdir ki, ofisə daxil olan zaman həmin kamera onu çəkmişdir. Ona görə də, həmin kameraya yaxınlaşaraq, əli ilə həmin kameranın şunurlarını çəkərək qırmışdır. Daha sonra isə həmin mağazadan heç bir əşya oğurlamayaraq, mağazanın arxa hissəsində olan hasardan aşaraq mağazanı tərk etmişdir. Bir qədər yol getdikdən sonra müşahidə kamerasının yaddaş aparatını əlindən heç kimin görməməsi üçün oğurluq etdiyi ünvandan uzaqlaşıb yerini xatırlamadığı yerdə zibil kisəsinin içərisinə atmış və zibil kisəsinin ağzını bükərək bağlamışdır. Daha sonra isə yaşadığı evə getmişdir. Səhəri gün oğurladığı puldan özünə pal-paltar mağazasından 22 (iyimi iki) manata bir ədəd köynək, 19 (on doqquz) manata bir ədəd qolsuz gödəkçə almışdır. Qalan pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Eyni zamanda həmin puldan Suraxanı rayonu ərazisində heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 01 qram “şüşə” adlanan metamfetamin və “kakos” adlanan heroin almışdır. Həmin aldığı narkotik vasitə və psixotrop maddələri isə tutulduğu günə qədər istifadə edərək qurtarmışdır. 03 aprel 2021-ci il tarixdə, saat 12 radələrində Binə qəsəbəsi ərazisində avtomoyuma məntəqəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq, oğurluq cinayətləri törətdiyini bildirmişlər. O, da polis əməkdaşlarından yayınmağı mənasız olduğunu başa düşmüş, törətdiyi cinayəti bir-bir etiraf etmişdir və onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində bir yaşlı anasının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayətinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, 24 mart 2021-ci il tarixdə, günorta saatlarında Seyran onun iş yerinə gələrək satılıq “Grand Prime” markalı mobil telefon və 01 ədəd qara rəngli, “Naviforce” markalı kişi qol saatının olduğunu bildirmişdir. Seyrandan mobil telefon və qol saatını hansı qiymətə satmasını soruşmuşdur. Seyran ona mobil telefon və qol saatının qiyməti halhazırda yadında qalmayan baha qiymətə demiş, buna etiraz etdikdən sonra Seyran mobil telefon və qol saatını 50 (əlli) manata sata biləcəyini demişdir. Bundan sonra Seyranla razılaşmış və ona hal-hazırda üzərində pulu olmadığını, aldığı mobil telefon və qol saatının pulunu hissə-hissə verəcəyini bildirmişdir. Seyran da onunla razılaşmış, mobil telefon və qol saatını Seyrandan götürmüşdür. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 ona zəng edərək satılıq fen olduğunu bildirmişdir. Seyrandan həmin feni hansı qiymətə satdığını soruşmuş, Seyran ilk öncə fenin qiymətinin 26 (iyirmi altı) manat olduğunu bildirmişdir. Seyrana həmin miqdarda pulunun olmadığını bir qədər endirim edərsə ala biləcəyimi bildirmişdir. Seyrana 20 (iyirmi) manata sata biləcəyini demişdir. Daha sonra isə Seyrana axşam saatlarında yaşadığı küçəyə gələcəyini və həmin yerdə alacağını bildirmişdir. Həmin gün saat 21-22 radələrində işdən çıxaraq, Seyranın yaşadığı evə getmişdir və həmin evin qarşısında Seyranla görüşmüşdür. Seyrana 20 (iyirmi) manat pul verərək ondan bir ədəd notebook çantasının içərisində olan 01 ədəd feni çanta ilə birlikdə Seyrandan almışdır. Seyrandan aldığı 01 ədəd mobil telefon, 01 ədəd kişi qol saatının və 01 ədəd fenin çanta ilə birlikdə oğurluq olması barədə məlumatı olmuşdır. Seyran özü bu barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs1 aldığı mobil telefonu xatırlamadığı yerdə itirmişdir. Təqsirləndirilən şəxs1 ona satdığı 01 ədəd mobil telefon, 01 ədəd kişi qol saatının və 01 ədəd fenin elə çanta ilə birlikdə oğurluq olduğunu ona bildirmişdir Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində azyaşlı uaşğının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 yerləşən metal satışı mağazasını işlətmişdir. 31 mart 2021-ci il tarixdə saat 17:40 radələrində obyekti bağlayıb yaşadığı evə getmişdir. Həmin obyektin müşahidə kameraları olmuşdur və kameranın əsas yaddaş bloku obyektin içərisində olan otaqda yerləşir. Eləcə də həmin otaqda yerdə içərisində pullar olan dəmir seyf olmuşdur. Səhəri gün, yəni 01 aprel 2021-ci il tarixdə saat 08:50-də obyektə gəldiyi zaman obyektin müşahidə kameralarının naqillərinin qırıldığını görüb dərhal qapını açaraq obyektdə daxil olmuşdur. Ona məlum olmuşdur ki, obyektdə olan otağın plastik pəncərəsindəki dəmir barmaqlığını sındırıb plastik pəncərəni sıxıb açaraq daxil olan şəxs orada olan dəmir seyfi çəkiclə qıraraq seyfdən 300 manat pulu və həmin otağda dəmir yeşikdə olan 400 manat dəyərində müşahidə kameraların yaddaş blokunu oğurlayıb aparmışdır. Eyni zamanda həmin otağın plastik pəncərəsinin dəmir barmaqlığının sındırılması nəticəsində onun əmlakına 55 manat maddi ziyan dəymişdir. Həmin oğurluq nəticəsində ona ümumilikdə 700 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Bu səbəbdən də ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 18 mart 2021-ci il tarixdə səhər saatlarında ailə üzvləri ilə birlikdə yaşadıqları evdən çıxıb Novruz bayramını keçirmək üçün valideyinlərinin evinə Lənkəran rayonu Ləj kəndində getmişlər. Evdən çıxarkən evin qapısını kilidlə bağlamışdır, evdə hər şey qaydasında idi. 02 aprel 2021-ci il tarixdə yaşadığı evə yəni Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxozunda yerləşən nömrəsiz evə gələn zaman yataq otağının pəncərəsinin açıq olduğunu aşkar etmişdir. Daha sonra evə daxil olmuş, evin otaqlarının dağınıq vəziyyətdə olduğunu paltarlar olan qarderobun yerə tökülmüş vəziyyətdə olduğunu görmüşdür. Artıq ona məlum olmuşdur ki, evdən oğurluq olmuş naməlum şəxs evə yataq otağın pəncərəsindən daxil olmuşdur. Evə baxarkən məlum olmuşdur ki, naməlum şəxs qonaq otağından 01 ədəd 600 manat dayərində "LG" markalı televizor, yataq otağından 1 ədəd 400 manat dəyərində qızıl üzük, 1 ədəd 30 manat dəyərində gümüş boyunbağı, 1 ədəd 100 manat dəyərində “Naviforce” markalı kişi qol saatı, bir ədəd kompyuter çantası və içərisində 800 azn nağd pul, həyətdən 1 ədəd 70 manat dəyərində gidroforu ilə birlikdə su motoru və 01 ədəd 300 manat dəyərində «Samsung» markalı mobil telefonu oğurlayıb getmişdirlər. Baş vermiş hadisə ilə əlaqədar dərhal DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Bir qədər keçmiş polis əməkdaşları gələrək hadisə yerini muayinə edib protokol tərtib edərək fotoşəkillər çəkmişlər. Oğurluq nəticəsində ona ümumi olaraq 2300 AZN dəyərində maddi ziyan dəymişdir. İlkin təhqiqat zamanı o, həyat yoldaşına məxsus VÖEN sənədinin və asan imza sertifkatının oğurlanmasını da qeyd etmişdir, eləcə də əmlakların qiymətini tam olaraq qeyd etməmişdir. Lakin, sonradan həmin sənədləri evdən qoyduğu başqa bir yerdən aşkar etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Bu səbəbdən də ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs1 təqribən 3-4 ay bundan əvvəl Binəqədi rayonu ərazisində yerləşən BİT-dən tanımışdır. Belə ki, o, marixuana qəbul etdiyi üçün Sabunçu rayon Polis idarəsinin əməkdaşları onu saxlayaraq Sabunçu rayon Məhkəməsinə aparmışdırlar. Məhkəmə tərəfindən ona 30 gün inzibati həbs verilmişdir. Onlar orada tanış olmuşlar. Buraxıldıqdan sonra təqribən 15 gün keçmişdir ki, Seyran onunla əlaqə saxlayaraq televizor satdığını bildirmişdir. Belə ki, Seyran ona həmin televizoru fəhlə kimi işlədiyi ünvanda ev sahibinin ona gördüyü işə görə pul əvəzinə verdiyini demişdir. O, həmin televizora baxdıqdan sonra 60 manat pul verib həmin televizoru Seyrandan almışdır. Oğurluq olduğunu bilsəydi televizoru Seyrandan almazdı. Həmin televizoru istintaqa təqdim etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminən 2006-cı ildən Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış sahəsində özünə məxsus fərdi evdə yaşayır. 25 mart 2021-ci il tarixdə günorta saatlarında yaşadığı məhəllədə olarkən adını sonradan bildiyi Seyran adlı şəxs bir ədəd su motorunu satdığını bildirmişdir. Bundan əlavə Seyran qeyd etmişdir ki, yaxınlıqda yaşayır, özünə məxsus olan əşyadır və həmin əşyaları satır. O, da həmin zaman evində təmir tikinti işləri apardığından su motoruna ehtiyacı olduğundan Seyranla razılaşıb həmin su motorunu 35 manata almışdır. Həmin motorun oğurluq olması barədə heç bir məlumatı olmamışdır. X5 məlum oldu ki, həmin motor oğurluqdur. Həmin motoru da polis bölməsində təqdim etmiş və su motoru ondan götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 04 may 2021-ci il tarixli, 9/2653 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, 2014-cü il istehsalı «LG» markalı «32LB561U» modeli 82 dioqanallı televizor -180,0 manat; «Naviforce» markalı kişi qol saatı – 20,0 manat; «Shimge» markalı 0,37kwlıq gidroforu ilə birlikdə su motoru- 50,0 manat; «Braun BR-8850» markalı saç feni- 20,0 manat; Parça materialdan olan nootbuk çantası- 10,0 manat; ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin mart-aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 280,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarında olan 03 aprel 2021-ci il tarixli əşyalara baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilən 01 ədəd qara rəngli, “Naviforce” markalı kişi qol saatı, 01 ədəd “Braun BR-8850” markalı saç feni və 01 ədəd nootbook çantası baxış keçirilərək götürülmüşdür. İş materiallarında olan 30.04.2021-ci il tarixli təqdim etmə və baxış keçirmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş 01 ədəd 82 dioqanalı «LG» markalı televizora, 01 ədəd “Naviforce” markalı kişi qol saatına, 01 ədəd “Shimge” markalı gidroforu ilə birlikdə su motoruna, 01 ədəd “Braun BR-8850” markalı saç feninə və 01 ədəd nootbook çantasına baxarkən ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan 04.04.2021-ci il tarixli təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 aldığı aldığı 01 ədəd «LG» markalı televizor maddi sübut əhəmiyyəti kəsb etdiyindən təqdim etmiş və götürülmüşdür. İş materiallarında olan təqdim etmə və baxış keçirmə protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs1 aldığı aldığı 01 ədəd “Shimge” markalı su motoru maddi sübut əhəmiyyəti kəsb etdiyindən təqdim etmiş və götürülmüşdür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 21.04.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 28.04.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 29.06.2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və bu səbəbdən o, təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzası ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 29.06.2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və bu səbəbdən o, təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzası ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayətinin olmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, himayəsində yaşlı anasının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsinə əsasən qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələrinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut olan 1 ədəd ”LG” markalı, üzərində “32LB561U” modelli 82 dioqanallı televizor, 1 ədəd “Naviforce” markalı kişi qol saatı, 1 ədəd “Shimge” markalı 0,37 kv. gidroforu ilə birlikdə su motoru, 1 ədəd “Braun BR-8850” markalı saç feni və 1 ədəd parça materialdan olan notebook çantası Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 03.04.2021-ci il tarixdən 13.07.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 10 (on) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 03.04.2021-ci il tarixdən 05.04.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd “LG” markalı, üzərində “32LB561U” modelli 82 dioqanallı televizorun, 1 ədəd “Naviforce” markalı kişi qol saatının, 1 ədəd “Shimge” markalı 0,37 kv. gidroforu ilə birlikdə su motorunun, 1 ədəd “Braun BR-8850” markalı saç feninin və 1 ədəd parça materialdan olan notebook çantasının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmə istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmə istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-312/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-312/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver