Məhkəmə qərarları › İş №1(003)-312/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-312/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-312/2022 15.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Gənclər küçəsi ev 5-də pasport qeydiyyatında olmaqla faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xəzər dənizi sahilində, “Mayak” adlanan ərazidə idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan “Foton” markalı daşıyıcı texnika ilə yerin təkinin qorunması və istifadə edilməsi qaydalarını pozaraq qanunsuz qazıntı işləri aparmaqla çıxardığı 40 m3 qumu hər ikisinə iki dəfə olmaqla cəmi dörd dəfə 10 m3 tutumu olan Şahid4 məxsus “Kamaz 65115 YÜK” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı və istintaqa məlum olmayan qırmızı rəngli “Kamaz” markalı yük avtomobillərinə dolduraraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 saylı qərarına əsasən tərtib edilmiş cədvəl əsasında (40 m3 x 20 x 0.7 =560) hesablanma qaydası ilə təbiətə 560 manat miqdarında əhəmiyyətli zərərə səbəb olmaqla ziyan vuraraq yerin təkinin qorunması və istifadə edilməsi qaydalarını pozma cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, sürücü işləyir. Şahid3 uzun müddətdir ki, tanıyır. Belə ki, Vüsal əsasən Bakı şəhəri, Xəzər rayonu ərazisində sifarişlər əsasında yükdaşıma və digər işlərin yerinə yetirilməsi ilə məşğul olur. O da Vüsalın yanında sürücü kimi (əsasən traktor, yük daşıyan texnikaları üzrə) işləyir. Gündəlik gəliri təxminən 25-30 manat təşkil edir. “Faton” markalı özü qazan texnikanı işlədir. xx.xx.2022ci il tarixdə Vüsal ona tapşırıq verib ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində “Mayak” adlanan yerdə fərdi yaşayış evində torpaq yaymaq lazımdır. Həmin yerə çatanda onu qarşılayan olacaq. Belə planlaşdırıblar ki, o oraya gedəndə Vüsala zəng vuracaq, sonra Vüsal kiməsə deyəcək və onu yolda qarşılayıb istiqamətləndirəcəklər. O, Qışlaq adlanan yerdən üzü Mayak adlanan yerə tərəf gedəndə asfalt yolun kənarında olan qumluq sahədən keçib. Həmin yerdə böyük bir çuxurun olduğunu görüb. Belə ki, həmin yerin qumu qazılaraq daşınmış və nəticədə böyük bir çuxur əmələ gəlmişdir. Maddi qazanc əldə etmək üçün qərara gəlib ki, həmin yerin qumunu qazıb sataraq qazanc əldə etsin. Bu vaxt oradan əvvəllər Elvin kimi tanıdığı Şahid4 görüb. Şahid4 idarə etdiyi **-KC-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 65115 YÜK” markalı avtomaşınla oradan keçib. O Kəlpəlini saxlatdırıb hara getdiyini soruşub. Kəlpəli ona sifarişə getdiyini bildirib. O Kəlpəliyə deyib ki, dayandığı ərazi şəxsi mülkiyyətdir, burada tikinti işləri olacağından qazıntı aparılır, istəyirsə qazılan qumdan ona versin. Kəlpəli ondan iki yük maşını qum istəyib. O bir yük maşını qumu Kəpəliyə 50 manata satacağını deyib. Kəlpəli razılaşıb və o Kəlpəlinin idarə etdiyi yük maşının yük yerini qumla doldurub. Sonra Kəlpəli çıxıb gedib. Kəlpəli getdikdən sonra başqa bir qırmızı rəngli dövblət qeydiyyat nişanını xatırlamadığı Kamaz markalı yük maşını oradan keçərkən həmin sürücüyə də eyni qaydada ərazinin şəxsi mülkiyyət olduğunu və qazıntı aparılacağı üçün qazılıb çıxarılan qumu sata biləcəyini deyib. Sürücü onunla razılaşıb və həmin sürücü də, iki Kamaz qum istədiyini deyib. O eyni qiymətə sürücü ilə razılaşıb. Həmin Kamaz markalı yük maşını doldurduqdan sonra çıxıb gedib. O isə orada dayanıb Kəlpəli və həmin qırmızı rəngli Kamaz markalı yük maşınlarını gözləyib ki, ikinci dəfə gəlsinlər. Təxminən 30 qədiqədən sonra qırmızı rəngli kamaz yük maşını gəlib. O yenidən, yəni ikinci dəfə həmin Kamazın yük yerini həmin yerdən qum qazaraq doldurub və ondan ümumilikdə 100 manat pul alıb. Qırmızı rəngli Kamaz yük maşını getdikdən bir neçə dəqiqə sonra Kəlpəli gəlib. Kəlpəlinin də, idarə etdiyi yük maşınını doldurub və Kəlpəli də, oradan gedib. Təxminən 15-20 dəqiqə sonra Niva və Opel markalı avtomobillər də özlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları kimi təqdim edən 2 nəfər ona yaxınlaşıb. Ona deyiblər ki, ərazidə qumları qazıb yük maşınlarına doldurur. O da əməkdaşlara yük maşınlarını tanımadığını bildirib və həmin yük maşınlarına qum yükləmədiyini deyib və Mayak adlanan yerdən getmək üçün ərazidən keçdiyini və tualetə getmək üçün burada saxladığını bildirib. Sonradan ekologiyanın işçilərinə həmin ərazidən 4 Kamaz qum qazdığını bildirmişdir. Həmçinin o ekologiyanın işçilərinə bildirib ki, müdiri Vüsal onu Mayak adlanan yerə iş dalıca göndərib. Ekologiyanın əməkdaşları Vüsalı əraziyə çağırmağı ondan istəyiblər. O da ekologiyanın işçilərinə Vüsalın mobil nömrəsini verib və Vüsalı əraziyə dəvət ediblər. Təxminən yarım saat sonra Vüsal əraziyə gəlib. Vüsal gələndən sonra ekologiyanın əməkdaşları Vüsalla danışıblar, o Vüsal ilə işçilərin yanında olmayıb. Ona görə də nə danışdıqlarını bilmir. Bir müddət sonra o texnikanı sürüb ərazidən gedib. Artıq hava qaralmağa başladığından o həmin gün işləyə bilməyib. Vüsal da ona gedəcəyi həyəti izah edib və o həmin Mayak adlanan ərazidə Şəhla adlı qadının həyətinə gedib texnikanı orada saxlayıb və özü Türkan qəsəbəsinə qayıdıb. Sonrakı gün həmin qadının evində işləyib həyəti düzəldib. Vüsal ekologiyanın əməkdaşları ilə ərazidə qalıblar. Onların nə danışmaqlarından, eləcə də ərazidən nə vaxt getməklərindən məlumatı yoxdur. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, ETSN-nin 11 saylı RETSİ-nin aparıcı məsləhətçimüfəttişi vəzifəsində işləyir. ETSN-nin 11 saylı RETSİ-nin əməkdaşları xx.xx.2022-ci ildə BD-008 saylı sərəncama əsasən xidməti ərazi olan Bakı şəhəri ərazisində yerin təkindən qanunsuz istifadə, qanunsuz qum işlədilməsi (götürülməsi) ilə bağlı reydlər keçirilmişdirlər. xx.xx.2022-ci ildə saat 14:00- ETSN-nin 11 saylı RETSİ-nin əməkdaşları Şahid2 Yuisif oğlu, Şahid1 Əjdər oğlu və X5 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinin sonu, Xəzər sahilinə yaxın əraziyə yaxınlaşdıqda orada 1 ədəd ağ rəngli “Kamaz” markalı **- KC-***” dövlət qeydiyyat nişanlı və 1 ədəd qırmızı qəngli “Kamaz” markalı avtomobil aşkar ediblər. ETSN-nin 11 saylı RETSİ-nin əməkdaşları rəngli maşının arxasınca getsələr də, onu saxlaya bilməyiblər və gözdən itiriblər. Lakin ETSN-nin 11 saylı RETSİ-nin əməkdaşları ağ rəngli maşını təqib edib saxlatmış və maşının qumla dolu vəziyyətdə olduğunu müəyyən etmişdirlər. ETSN-nin 11 saylı RETSİ-nin əməkdaşları avtomobili Elvin kimi tanınan Kəlpəli adlı şəxsin idarə etdiyini müəyyən ediblər. ETSN-nin 11 saylı RETSİnin əməkdaşları irəliyə doğru davam edib çala şəklində olan əraziyə çatdıqda “Kon” markalı özüqazan texniki vasitəni aşkar ediblər. ETSN-nin 11 saylı RETSİ-nin əməkdaşları həmin texnikanın yanında X2 olduğunu müəyyən etmişlər. ETSN-nin 11 saylı RETSİ-nin əməkdaşları ondan nə işlə məşğul olduğunu soruşublar. Təqsirləndirilən şəxs ETSN-nin 11 saylı RETSİ-nin əməkdaşlarına qum daşıdıqlarını və bu işin ona Vüsal adlı şəxsin tapşırdığını bildirib. Daha sonra Mirzəğa Vüsala zəng edib və Vüsal adlı şəxs həmin əraziyə gəlib. Vüsal gəldikdən sonra Mirzəağanı başqa iş üçün göndərdiyini, səhvən oraya gəldiyini bildirib. Daha sonra sürücü Kəlpəliyə (Elvin) zəng edib oradan götürdüyü qumu geri qaytarmasını tələb edib, Elvin isə ona oraya qayıtmayacağını bildirib. Vüsal gəlməmişdən öncə Mirzəağa şifahi şəkildə ETSN-nin 11 saylı RETSİ-nin əməkdaşlarına bildirib ki, həmin gün qırmızı rəngli “Kamaz” markalı avtomobilə 2 dəfə, ağ rəngli “Kamaz” markalı avtomobilə isə 2 dəfə qum dolduraraq ərazidən daşıtmışdır. Daha sonra ETSNnin 11 saylı RETSİ-nin əməkdaşları həmin ərazidə olan çala hissəni ölçüblər və uzunluğunun 28 metr, eni 25 metr, dərinliyi isə 2.2 metr olması müəyyən ediblər. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 saylı qəranna əsasən cədvəl tərtib ediblər və tərtib edilmiş cədvələ əsasən təbiətə dəymiş ziyanın 21560 manat olmasım müəyyən ediblər. Daha sonra isə müvafiq akt tərtib edilərək material toplanmış və Baş Prokurorluğa göndərilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs bildirmişdir ki, ETSN-nin 11 saylı RETSİ-nin əməkdaşları həmin ərazidə olan çala hissəni ölçüblər və uzunluğunun 28 metr, eni 25 metr, dərinliyi isə 2.2 metr olması müəyyən ediblər. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 saylı qəranna əsasən cədvəl tərtib ediblər və tərtib edilmiş cədvələ əsasən təbiətə dəymiş ziyanın 21560 manat olmasım müəyyən edilmişdir. “Kamaz” markalı yük avtomobili təxminən 10 m3 qum tutur. Qanunsuz qumun daşındığı qeyd edilən ərazi dövlət mülkiyyətində olan ərazidir.Ərazinin çala hissəsi ölçülən zaman uzunluğunun 28 metr, enin 25 metr, dərinliyinin isə 2.2 metr olması müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 saylı qəranna əsasən cədvəl tərtib edilmiş və tərtib edilmiş cədvələ əsasən təbiətə dəymiş ziyanın 21560 manat olmasım müəyyən edilmişdir. Lakin həmin çalanın hamsının X4, Şahid3 və Şahid4 tərəfindən qazılması barədə heç bir söz deyə bilməz. Bunu istintaqın qərarına həvalə edir. ETSN-nin 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən X4, Şahid3 və Şahid4 həmin ərazidən qum daşımaları ilk dəfə xx.xx.2022-ci il tarixdə müəyyən edilmişdir. Bundan əvvəl müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmişlər. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Əjdər oğlu və Şahid2 eyni məzmunlu ifadələr verərək zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, istifadəsində olan yükləyici texnikanı sifariş əsasında müxtəlif şəxslərin həyətində və ya karxanalarda işlədir. Eyni zamanda, tikinti materiallarının alqı-satqısı ilə də məşğul. Təqsirləndirilən şəxs tamyır. Belə ki, Təqsirləndirilən şəxs Türkan qəsəbəsində yaşayır. Qeyd etdiyi texnika ilə sifariş əsasında işlər görəndə sürücü kimi həmin texnikanı idarə etməyi Mirzağaya tapşırır. Həmin texnikanın işlətməyin müqabilində 1 günə 25- 30 manat nağd qaydada ona pul verir. Mirzağa onun yanında daimi işləmir, bu səbəbdən əmək müqaviləsi yoxdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Mirzağanı Qışlaq adlanan əraziyə dəqiq adını bilmədiyi fermada peyin çıxarmaq üçün göndərib. Mirzağa təxminən 2-3 saat orada işlədikdən sonra o Mirzağaya bildirib ki, Şüvəlan qəsəbəsində Mayak adlanan əraziyə gedib işləmək lazımdır, ora çatanda ona bildirsin, Mirzağ\anı qarşılayacaqlar. Həmçinin Mirzağaya bildirib ki, yaxın olsun deyə Qışlaqdan Mayak adlanan yerə çöl yolu ilə getsin. Çöl yolu dediyi ərazi Xəzər dənizinin sahili ilə olan torpaq yol sayılır. Təxminən günorta saatlarında o Mirzağaya zəng vurub çatıb-çatmadığını öyrənmək istəsə də, Mirzağanın mobil telefonuna zəng çatmayıb. Çox keçməmiş tanımadığı nömrədən ona zəng gəlib və Mirzağa olduğunu bildirib. Mirzağa ona deyib ki, çöl ərazisində ekologiyanın əməkdaşları saxlayıblar, o həmin yerə gəlməlidir. O Mirzağadan nəyə görə saxladıqlarını soruşub, Mirzağa ona deyib ki, orda dayanıb, ekologiyanın işçiləri yanına gəliblər. O maşınla Mirzağanın olduğu yerə gedib. Yerin yaxınlığına çatanda ekologiyanın əməkdaşı yola çıxıb onu qarşılayıb və həmin əraziyə gediblər. Onlar əraziyə çatanda ərazidə Mirzağa və ekologiyanın digər əməkdaşı olub. ETSN-nin əməkdaşları Mirzağanın ərazidə qum çıxartdığını, buna görə də əraziyə gəlib sənədləşdirdiklərini bildirib. O da ekologiyanın əməkdaşlarına Mirzağanı Mayak adlanan yerə işləməyə göndərdiyini bildirib və Mirzağadan nəyə görə burada saxladığını soruşub. Mirzağa da, tualetə getmək üçün saxladığını deyib. Həmçinin, ETSN-nin əməkdaşları bildiriblər ki, ərazidən 2 ədəd yük maşını qumla dolu çıxıb və onlardan birini yolda saxlayıblar. Ona da həmin maşınlara zəng vurub maşınları bura dəvət etməyini deyiblər. O ekoloğiyanın əmkdaşlarından hansı maşın olduğunu soruşub və Elvin adlı şəxsin idarə etdiyi Kamaz markalı yük avtomobili olduğunu deyiblər. Bildirib ki, o Elvini yük maşını sürücüsü kimi tanıyır. Elvinin əsl adı Kəlpəlidir. Ancaq Kəlpəlinin həmin vaxt ərazidən qum aparması barədə məlumatı yoxdur, eləcə də o Kəlpəliyə ərazidən qum aparılması barədə tapşırıq verməmişdir. Onda Kəlpəlinin mobil nömrəsi olub. O Kəlpəliyə ETSN-nin əməkdaşlarının yanında zəng vurub və məsələnin mahiyyətini soruşub. Kəlpəli də, telefonda ona həmin ərazidən qum aparmadığını, yük yerində olan qumu Mayak adlanan yerdə tanımadığı şəxsin həyətindən yüklədiyini bildirib. O da həmin vaxt ETSN-nin əməkdaşlarına Kəlpəlinin idarə etdiyi yük avtomobilinin Mirzağanın texnikasını aşkar etdikləri əraziyə girə bilməyəciyini bildirib. Bundan sonra, Mirzağa ərazidən çıxıb gedib. ETSN-nin əməkdaşları Elvinin yük maşınında olan qumu bazara apardığı deyiblər. Belə olan halda, onlar Şüvəlan qəsəbəsində yerləşən bazara gediblər. Bazarda ETSN-nin əməkdaşları boşaldılmış qum tayasını göstərib bildirdilər ki, Kəlpəli yük maşınında olan qumu həmin yerə boşaltmışdır. ETSN-nin əməkdaşları bazarın müdirindən həmin qumun haradan gətirildiyini soruşub, bazarın müdiri həmin qumu Şıxlar adlanan yerdən müvafiq qaimə əsasında gətirildiyini bildirib. Bundan sonra, o ETSN-nin əməkdaşlarından ayrılıb. Daha sonra Mirzağadan maraqlananda ona deyib ki, ekologiyanın işçilərinin Mirzağanı qorxutduqlarını deyib, ona görə izahat veribi ki, guya qumun daşınmasına o göstəriş vermişdir və Mirzağa qumu çıxardıb yük maşınlarına yükləmişdir. Həmçinin Şahid3 bildirmişdir ki, Mirzağa ona deyib ki, ETSN-nin əməkdaşları onu qorxutduqlarına görə izahatın məzmununda həmin gün ərazidə idarə etdiyi texnika vasitəsilə qum qazmış və qırmızı rəngli “Kamaz” markalı yük avtomobili ilə 2 dəfə, ağ rəngli “Kamaz” markalı yük avtomobili ilə 2 dəfə, ümumilikdə 4 maşm qum daşımışlar. Kəlpəlin (Elvin) adlı şəxsi tamyır. Belə ki, karxanalara gəlibgedəndə Kəlpəlini bir neçə dəfə görmüşdür. Mərdəkanlı kimi tamyır. Həmin gün Kəlpəlini görməmişdir, nə də əlaqə saxlamamışdır. Sonuncu dəfə hadisədən təxminən 20-25 gün əvvəl Kəlpəli ilə əlaqə saxlamışdır. xx.xx.2022-ci il tarixli, 66315 nömrəli aktda qeyd ETSN-nin əməkdaşlarına həmin ərazidən 2 maşın qum daşıtdırdığı qeyd edilsə də, o elə bir söz deməmişdir. O heç kimə qum çıxarılması və daşınması barədə göstəriş verməmişdir. Aktda yazılanlar həqiqətə uyğun deyildir. ETSN-nin 11 saylı Regional ETSİnin əməkdaşları bundan əvvəl Kəlpəli (Elvin) Bayramovun və Təqsirləndirilən şəxs həmin ərazidən qum daşımaqlarını müəyyən etməsindən xəbəri yoxdur. Təqsirləndirilən şəxs idarə etdiyi “Faton” markalı daşıyıcı texnika isə ona məxsusdur. Həmin texnikanın sənədləri yoxdur. Həmin texnikanı sifarişlər olan zaman müəyyən işlər gösrməsi üçün işçisi Təqsirləndirilən şəxs idarə etməyə verir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, sürücü kimi işləyir. Əsl adı Kəlpəli olsa da tanışları onu Elvin kimi tanıyır. **-KC-*** nömrəli “Kamaz 65115 YÜK” markalı iri tonnajlı yük avtomobili ona məxsusdur, şəxsi mülkiyyətində və istifadədir. Bildirir ki, Şahid3 uzun müddətdir ki, tanıyır. Vüsal da onun kimi Mərdəkan qəsəbəsində yaşayır. Bakı şəhəri, Xəzər rayonu ərazisində sifarişlər əsasında yükdaşıma və digər işlərin yerinə yetirilməsi ilə məşğul olur. Onun Vüsal ilə hər hansı iş birliyi yoxdur. Gündəlik gəliri təxminən 40 manat təşkil edir. Sifarişlər əsasən, Mərdəkan kəndi ərazisindən olur. xx.xx.2022-ci il tarixdə mayak adlanan ərazidə sifariş üçün gedən zaman Mayak adlanan ərazidə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsi görüb. Təqsirləndirilən şəxs Faton markalı özü qazan (KON) texnikası ilə qumluq sahədə dayanıb. Mirzağa məni görüb deyib ki, ona həmin ərazidən qum verə bilər. O. Mirzağadan həmin ərazidən qum qazılmasının qanunsuz olduğunu dedikdə Mirzağa ona qum çıxaracağı ərazinin şəxsi mülkiyyət olduğunu, dövlət mülkiyyəti olmadığını, həmin yerdə tikinti işləri aparılması üçün bünövrə (katlavan) qazıldığını və bünövrə qazılan zaman çıxan qumu ona satacağını və heç bir problemin olmayacağını deyib. Mirzağanın həmin yerin şəxsi mülkiyyət olduğunu bildirməsi onu inandırıb və o razılaşıb. Fikirləşib ki, müştərinin yanına bir az gec getsin, iki Kamaz qum aparıb sataraq qazanc əldə etsin. Mirzağa bir yük maşını qumu ona 50 manata satacağını deyib. O razılaşdıqdan sonra Mirzağa həmin yerdən idarə etdiyi özü qazan texnika ilə qazaraq onun idarə etdiyi yük maşının yük hissəsinə tam olaraq qum doldurub. O həmin qumu Mərdəkan qəsəbəsində müştəriyə satıb. O yenidən Mirzağanın yanına gəlib və yenidən ondan bir yük maşını qum satmasını istəyib. Mirzağa yenidən onun Kamaz markalı yük avtomobilinin yük yerinə həmin yerdən qum qazaraq doldurub. O həmin qumu satmağa apararkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları onu Şüvəlan qəsəbəsində saxlayıblar. O Ekologiyanın işçilərinin onu saxladığını görüb, Mirzağanın ona satdığı qumun şəxsi mülk topağından deyil dövlət topağından verdiyini bilib. Ekolgiya əməkdaşları ondan qumu haradan apardığını soruşanda o Mirzağanın adını verməmək üçün həmin qumu müştərinin həyətindən çıxardığını və yararsız qum olduğunu bildirib. Həmçinin, Şahid4 bildirmişdir ki, 11 saylı Regional ETSİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə texnika vasitəsilə Mayak adlanan ərazidə qum hasil edilərək ona məxsus və başqa bir qırmızı rəngli “Kamaz” markalı yük avtomobili ilə 2 dəfə, ümumilikdə 4 maşın qum daşınması qeyd edilsə də, onun tərəfindən həmin gün yalnız iki yük maşını qum daşınmışdır. Onun ** HZ *** dövlət qeydiyyat nişanlı Kamaz markalı yük maşını olsa da, həmin yük maşını işləmir və təmirdədir. Ekologiya əməkdaşları səhvən qırmızı yük Kamazının da, ona məxsus olduğunu bildiriblər. Qırmızı rəngli yük avtomobili ona məxsus deyildir. Ekologiya əməkdaşları onu tutduqları üçün digər qırmızı yük Kamazının da onun olduğunu zənn ediblər. Təqsirləndirilən şəxs tanıyır, Mirzağa Vüsalla işləyir. Mirzağa və Vüsal texnika ilə fəaliyyət göstərirlər. Mirzağa və Vüsalın dəniz kənarından qum daşıdıqlarını görməmişdır. Həmin ərazidən Təqsirləndirilən şəxs ona ümumilikdə xx.xx.2022-ci il tarixdə 2 dəfə Kamaz markalı yük maşını ilə qum qazaraq satmışdır. Təqsirləndirilən şəxs ona həmin ərazinin şəxsi mülkiyyət olduğunu və həmin yerdə tikinti işləri üçün qazıntı aparılacağını dediyi üçün Mirzağaya inanıb. Təqsirləndirilən şəxs həmin yerdən daha kimlərə qum qazaraq satdığını bilmir. ETSN-nin 11 saylı Regional ETSİ-nin əməkdaşları bundan əvvəl onun qum daşımağını müəyyən etməmişdir. İdarə etdiyi “Kamaz” markalı yük avtomobili 10 m3 qum tutur. İş materiallarına əlavə olunmuş tutma haqqında təqsirləndiirlən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” “Yerin təki haqqında Azərbaycan Respublikası Qanun”unun 13-cü maddəsinə əsasən, yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Həmin qanunun 46-cı maddəsinə əsasən, yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydalarının pozulması hüquqi və fiziki şəxslərin məsuliyyət daşımasına səbəb olur. Yerin təkindən istifadə sahəsində bu Qanuna zidd olan hər hansı fəaliyyət qadağandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 255.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, zərər çəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş hüquqi şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255.1-ci maddəsinə əsasən “Dağmədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda - altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 255.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli özü səmimi olaraq etiraf etmiş və etdiyi əməldən peşman olmuşdur. Bununla yanaşı Təqsirləndirilən şəxs zərər çəkmiş hüquqi şəxslə barışıq əldə etmiş, dəymiş ziyanı ödəmişdir. Zərər çəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu AR CM-nin 255.1-ci maddəsinin sanksiyasında cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 255.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 07 saata görə 42 (qırx iki) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar