Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-313/2020 28.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs X7, müdafiəçi – 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 (bir min beş yüz) manat cərimə cəzası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 7(003)-239/2020 saylı qərarı ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-313/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsetmənin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2020-ci il tarixdə, saat 10:30 radələrində X2 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 95 A nömrəli bağa hasardan tullanmaqla qanunsuz daxil olaraq həyətdə yerləşən küləfirəngidən 01 ədəd dəyəri 100 manat olan od samovarını və 01 ədəd dəyəri 200 manat olan elektriklə işləyən taxta bucaq kəsən aparatı gizli olaraq talamaqla zərərçəkmiş şəxs X3 ümumilikdə 300 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cümaddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, bundan əvvəl 2017-ci ilin oktyabrında Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2019-cu ilin oktyabrında cəzasının sonu ilə azad edilmişdir. Fərid Bünyadzadəni 2-3 ildir ki, tanıyır, Fəridə məxsus bağ evi ilə yaşadığı ev arasında 2 km məsafə vardır. 2020-ci ilin aprel ayının əvvəllərində o, Fərid ilə birlikdə Fəridə məxsus bağ evinin küləfirəngində oturub yemək yemişlər, həmin həyətdə o, hətta manqalda kabab bişirmişdir. Həmin vaxt o, küləfirəngində olan samovar və taxta kəsən dəzgah görmüş və hər ikisini gələcəkdə oğurlamaq qərarına gəlmişdir. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 10:30 radələrində Fəridə məxsus bağ evinin dənizə baxan hasar hissəsindən tullanıb həyətə düşmüş, küləfirəngiyə tərəf gəlmiş, orada olan od samovarını və taxta kəsən dəzgahı götürüb yenidən həyətə tullandığı hasar tərəfə gəlmiş, əvvəlcə oğurladığı əşyaları hasarın digər tərəfinə tullamış, sonra isə özü tullanmışdır. Samovar və taxta kəsən dəzgahı götürüb yaşadığı evə getmiş, onları tövlənin arxasında gizlətmişdir. Bundan 2-3 gün sonra taxta kəsən dəzgahı tövlənin arxasından götürüb evdən çıxmış, əlində taxta kəsən dəzgahla əsas yola çıxanda təsadüfən həmin yoldan keçən "QAZEL" markalı avtomobillə çox vaxt Türkan qəsəbəsində metal qəbulu ilə məşğul olan şəxsləri görmüşdür. Həmin avtomobili saxlatdırmış və taxta kəsən dəzgahı onlara 40 manata satmış, aldığı pulu ərzaq dükanında xərcləmişdir. 2-3 gün sonra o, samovarı tövlənin arxasından götürüb evdən çıxmış, yolda təsadüfən 1 ildir ki, tanıdığı Talıbla rastlaşmışdır. O, Talıbın Türkan qəsəbəsindən pomidor alıb bazarda satmaqla məşğul olduğunu bildiyindən, ona əlində olan kisənin içindəki samovarı göstərib satmaq istədiyini bildirmiş və samovarı satmağını ondan xahiş etmişdir. Talıb ondan həmin samovarın kimə məxsus olduğunu və neçəyə satdığını soruşmuş, o, samovarın özünə məxsus olduğunu və 30-40 manata satmaq istədiyini bildirmiş, Talıb onunla razılaşaraq samovarı ondan götürmüşdür. Onun mobil telefonu olmadığından Talıba həmin günü saat 19 radələrində rastlaşdığı tərəflərdə olacağını bildirmişdir. Həmin gün saat 19 radələrində o, evdən küçəyə çıxmış və Talıbın onun gözlədiyini görmüşdür. Talıb samovarı 40 (qırx) manata satdığını bildirərək ona 35 (otuz beş) manat vermişdir. O, pulu götürüb evə gəlmiş, sonra həmin pulu yenə ərzaq dükanında xərcləmişdir. Törətdiyi əməldən peşmandır, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 göstərdi ki, 2020-ci ilin mart ayından etibarən o, "korona virus" epidemiyası ilə bağlı olaraq Türkan qəsəbəsində olan bağda tək yaşayır. xx xxxxx 2020-ci il tarixdə 08 radələrində yuxudan durub həyətdəki ağacları sulamış, təxminən saat 10 radələrində səhər yeməyi yemək üçün evə girmişdir. Təxminən 1 saatdan sonra o, yenidən hava qəbul etmək üçün həyətə çıxan zaman həyətdəki küləfirəngində olan od samovarının və elektriklə işləyən taxta bucaq kəsən dəzgahın yerində olmadığını görmüşdür. O, həmin əşyaların oğurlandığını anlamış və baş vermiş hadisə barədə DİN "102" xidmətinə məlumat vermişdir. Daha sonra Xəzər RPİ 1-ci Polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmişlər və o, hadisə barədə ərizə yazmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Sonradan oğurluğun onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyini öyrənmişdir. Həsənlə münasibəti yaxşı olmuşdur, hətta 2020-ci ilin aprel ayının əvvəllərində Həsənlə birlikdə ona məxsus bağda çörək yemişlər. Hazırda Həsən ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də onun ondan heç bir şikayəti yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilənŞahid göstərdi ki, o, 3 ilə yaxındır ki, özünə məxsus, "VAZ" markalı, "21011" modelli avtomobillə Xəzər rayonu Zirə qəsəbəsindən pomidor və xiyar alaraq Şüvəlan, Turkan, Hövsan və yaşadığı Qala qəsəbəsində satmaqla məşğul olub ailəsini dolandırır. Bundan başqa o, pomidor və xiyar satdığı müştərilərdən imkan düşdükcə əlvan metal tullantıları alıb başqa qəsəbələrdə üstünə pul qoyub satmaqla da məşğul olur. Təqsirləndirilən şəxs 1 ildir ki, tanıyır, onunla ilk dəfə Türkan qəsəbəsində yerləşən evinin qapısının ağzında ondan pomidor və xiyar alarkən tanış olmuşdur. Həsən ondan dəfələrlə pomidor və xiyar almışdır. O, xx xxxxx 2020-ci il tarixdə yenidən özünə məxsus avtomobillə pomidor və xiyar satmaqla məşğul olan zaman, Türkan qəsəbəsində təsadüfən Həsənlə rastlaşmış, Həsən ona əlində olan kisənin içindəki 01 ədəd samovarı göstərərək satmaq istədiyini bildirib samovarı satmağı xahiş etmişdir. O, Həsəndən həmin samovarın kimə məxsus olduğunu və neçəyə satmaq istədiyini soruşanda, Həsən samovarın özünə məxsus olduğunu və 30-40 manata satmaq istədiyini ona bildirmişdir. Həsənlə razılaşmış, Həsənin mobil telefonu olmadığından ona həmin gün saat 19 radələrində rastlaşdıqları tərəflərdə olmasını deyərək samovarı ondan götürmüşdür. Həmin samovarı Yeni Suraxanı qəsəbəsində yerləşən bazara aparıb onu orada tanımadığı müştərilərdən birinə 40 manata satmışdır. Həmin gün saat 19 radələrində o, artıq Türkan qəsəbəsində Həsənə samovarı 40 manata satdığını bildirərək ona 35 manat vermiş, 5 manatı isə özünə götürmüşdür. Həsənin satdığı 01 ədəd samovarın cinayət yolu ilə əldə edildiyini bilməmişdir. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərk bir daha təsdiq etmişdir. İş materiallarında olan və zərərçəkmiş şəxs X4 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənildiyindən, onun ondan heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2008-ci il təvəllüdlü X5, xx xxxxxx 2009-cu il təvəllüdlü X6, xx xxxxxxxx 2009-cu il təvəllüdlü X8 və xx xxx 2016-cı il təvəllüdlü X15 adlı bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı vardır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixlihökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasını çəkməsinin əvvəli xx xxxxxxx 2017-ci il tarixdən hesablanmaqla 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki,Təqsirləndirilən şəxssonuncu dəfə Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsəməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxstörətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cümaddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Xəzər Rayon Məhkəməsinin 1(003)-313/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsetmənin əvvəlinin tutulduğu vaxtdan hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 52-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxsna təyin edilmiş 1500 (bir min beş yüz) manat cərimə cəzası Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 7(003)- 239/2020 saylı qərarı ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Xəzər rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli 1072/Ay18 saylı məktubundan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 7(003)-239/2020 saylı qərarı ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixə cəzasının 01 (bir) ayını icra etmiş və onun çəkilməmiş cəzası 05 (beş) ay müddət təşkil edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxsna təyin edilmiş 1500 (bir min beş yüz) manat cərimə cəzasının Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 7(003)- 239/2020 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx xxxxxxx 2020-ci il tarixə çəkilməmiş qalan 05 (beş) ay hissəsi 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 02 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycanRespublikasıCM-nin 177.2.3-cümaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlibilinsin və ona02 (iki) il 06 (altı) ay müddətəazadlıqdanməhrum etməcəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxsna təyin edilmiş 1500 (bir min beş yüz) manat cərimə cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 7(003)-239/2020 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx xxxxxxx 2020-ci il tarixə çəkilməmiş qalan 05 (beş) ay hissəsi 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 02 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-313/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-313/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver