Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-313/2022 03.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 255.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yerin təkinin qorunması və istifadə edilməsi qaydalarını pozmaqla təbiətə əhəmiyyətli zərərə səbəb olma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “X22” adlanan ərazidə limanla qarşı ərazidə sürücüsü və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Kon” markalı daşıyıcı texnika ilə yerin təkinin qorunması və istifadə edilməsi qaydalarını pozaraq qanunsuz qazıntı işləri aparmaqla çıxartdırdığı qumu özünün idarə etdiyi X7 məxsus 30 m3 tutumu olan “Howo” yük markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomobilə yükləyərək təbiətə cəmi 30 m3 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarına əsasən tərtib edilmiş cədvələ əsasən (30m3 x 20 x 0.7=420) hesablanma qaydası ilə 420 manat miqdarında əhəmiyyətli zərərə səbəb olmaqla yerin təkinin qorunması və istifadə edilməsi qaydalarını pozma cinayəti törətmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 255.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, fərdi işlə məşğul olub dolanışığını təmin edir. X8 məxsus olan “Howo” yük markalı, 99- RE-643 dövlət nömrə nişanlı avtomobil etibarnamə əsasında idarə edərək müxtəlif şəxslərin sifarişi ilə müəyyən ərazilərdən və rayonlardan qum, şeben və s. yüklər daşıyır. 03 yanvar 2022-ci il tarixdə saat təxminən 19 radələrində Qubadan gətirdiyi şeben-qumu Əsədin yaşadığı Xəzər rayonu Zirə qəsəbəsində yerləşən evinin yanına gətirib boşaltmişdır. Həmin vaxt ona fəhləlik edən Taleh Fərzəliyev də yanında olmuşdur. Bu zaman Əsəd ona yaxın vaxtlarda özü üçün dəniz qumu gətirməsini istəmişdir. Onlar Zirədən evlərinə gələrkən “X22” adlanan ərazidə dəniz kənarından təxminən 300-500 metr məsafə aralı olan ərazidə “Kon” markalı avtomobilin işləməsini görüb oradan qum götürmək qərarına gəlmiş və oraya gedib “Kon”u işlədən tanımadağı şəxsə bir “Howo” maşının tutarı qədər qum lazım olduğunu bildirmiş, həmin şəxs hava işıqlı olmadığı üçün indi mümkün olmayacağına görə axşam qaranlıqda maşını oraya gətirməsini tapşıraraq qumu yukləyəciyini söyləmiş və bunun üçün ondan 25 manat pul istəmişdir. O, “Kon”un sürücüsü ilə razılaşıb 25 manat pulu vermiş və gecə saat 00:30 radələrində maşınıla oraya getmişdir. Həmin vaxt yanında fəhlə işləyən Taleh Fərzəliyev də olmuşdur. Maşını tam yükləyib ərazidən çıxarkən Ekologiya və Təbiii Sərvətlər Nazirliyinin işçiləri onu saxlamışlar. Bundan sonra o, Əsədə zəng edib bu barədə bildirmiş, Əsəd onların yanına gəldkdən sonra, o, Əsəddən xahiş etmişdir ki, onu qum yükləyib daşımağa özü göndərdiyini bildirsin. Əsəd də, ETSN-nin işçilərinə guya maşının sahibi olaraq maşını ona verib qumu özünün həyətinə daşımağı tapşırdığını bildirmişdir. Sonra o, yüklədiyi qumu götürdyü yerə boşaldıb evinə getmişdir. İlk dəfə törətdiyi əməldən peşmandır, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır və hazırda zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. X17 müharibəsi veteranıdır, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə, 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə isə “Qubadlının azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 04 yanvar 2022-ci il tarixdə özünün aparıcı məsləhətçi müfəttişi vəzifəsində işlədiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin əməkdaşları Şahid1 və qeyriləri müvafiq sərəncama əsasən reydlər keçirərkən həmin tarixdə təxminən saat 00:30 radələrində Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində “X22” ilə üz-üzə yoldan təxminən 300-400 metr aralıdan Təqsirləndirilən şəxs idarə etdiyi “Howo” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 30 kubmetr ölçüdə qumun qanunsuz olaraq daşınmasını aşkar etmişlər. Həmin ərazidə aparılmış hesablamalar zamanı oradan 36288 manat dəyərində 2592 m3 ölçüdə qumun hasil edildiyi müəyyən edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyənləşdirdiyi cədvəl üzrə göstərilən ərazidə qumun 1 m3-nin qiyməti 20x0,7 manatla qiymətləndirilir. Təqsirləndirilən şəxs əməli nəticəsində təbiətə 420 manat miqdarında əhəmiyyətli zərər dəymişdir. Təqsirləndirilən şəxs hazırda həmin zərəri tamamilə ödəyərək onlarla barışıq əldə etmişdir. Buna görə də onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya digər tələbləri yoxdur. Bu barədə yazdıqları ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttişi Şahid2 Əjdər oğlu göstərdi ki, İdarənin 30 dekabr 2021-ci ildə BD-164 saylı sərəncamına əsasən xidməti ərazi olan Xəzər rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə əlaqədar o və Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş mütəxəssisi Şahid1 iştirakı ilə tərəflərindən reydlər keçirilmişdir. 04 yanvar 01:20 radələrində Bakı şəhəri Xəzər rayonu “X22” ilə üzbəüz 1,5- 2 km aralıda idarə etdikləri “Niva” markalı **-CH-*** dövət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “HOWO” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük maşını ilə qarşılaşmışlar. Yük maşınından 3 nəfər şəxs düşmüşdür. Onlardan biri sürücü, digərləri fəhlə olmuşdur. Yük maşınının arxası qumla tam dolu vəziyyətdə olmuşdur. Həmin şəxslərin kim olduqlarını onlara bildirməmiş, sürücü isə qumu onlara Əsəd adlı şəxsin daşıtdırdığını və yük maşınının da Əsədə məxsus olduğunu demiş və Əsədə zəng edib bu barədə bildirmişdir. Əsəd gələnə qədər onlar qumun götürüldüyü əraziyə yaxınlaşmış və orada “Kon” markalı özüqazan texnika vasitəsi aşkarlamışlar. Sürücü onlara bildirmişdir ki, qumu həmin “Kon” markalı özüqazan texnika vasitəsi ilə yığmışlar. Lakin həmin texnikanın kimə məxsus olması barədə hər hansı bir söz deməmişlər. Daha sonra Əsəd Ağayev oraya gəlib özünü təqdim etmiş, həmçinin bildirmişdir ki, o, orada şəxsi istifadəsi üçün 2-3 maşın qum daşıtmışdır. Onlar 04 yanvar səhəri günü ərazidə çala şəklində aşkar etdikləri ərazinin sahəsini ölçüb oradan iri həcmdə qumun qazılıb daşındığını aşkar etmişlər. Həmin ərazidə 2 hissədən qanunsuz qum daşınmışdır. Birinci hissədə çalanın uzunluğunun 40 metr, eninin 18 metr, dərinliyinin isə 2 metr olması, ikinci hisssədə isə çalanın uzunluğunun 40 metr, eninin 16 metr, dərinliyinin isə 1,8 metr olması müəyyən edilmişdir. Onlar bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarına əsasən cədvəl tərtib etmişlər və həmin cədvələ əsasən təbiətə dəymiş ziyanın 36288 manat olmasını müəyyən olunmuşdur. Aşkar etdikləri zaman “Howo” markalı yük avtomobilin yük yerində qum tutumu təxminən 30 m3 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərdi ki, 03 yanvar 2022-ci il tarixdə əvvəldən yanında fəhlə işlədiyi Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, sonra Vahidlə birlikdə sonuncunun idarə etdiyi “HOWO” markalı avtomobilə Qubadan gətirdiyi şebeni Zirə qəsəbəsinə aparıb orada sonradan tanıdığı və Vahidin idarə etdiyi avtomobilin sahibi olan Əsədin evinin yanına boşaltmışlar. Bu zaman Əsəd Vahidə yaxın vaxtlarda bir maşın qum da gətirməsini tapşırmışdır. Bundan sonra onlar geri qayıdarkən “X22” kimi tanınan ərazidən keçən zaman Vahid ərazidə “Kon” işlədiyini görüb qərara almışdır ki, oradan qum götürüb Əsədin evinə aparsın. Vahid avtomobildən düşüb “Kon”u idarə edən şəxsə yaxınlaşaraq bir neçə dəqiqə sonra geri qayıdıb gecə gəlib buradan qum aparacaqlarını demişdir. Beləliklə, onlar Vahidin evinə getmiş, 04 yanvar 2022-ci il tarixdə saat 00:30 radəsində qumu götürəcəkləri yerə gələrək maşına qum yükləyib oradan asfalt yola çıxan zaman onları iki nəfər şəxs saxlayıb özlərinin Ekologiyə və Təbii Sərvətlər nazirliyinin əmkdaşları olduğunu bildirməklə qumu haradan götürdüklərini soruşmuşlar. Vahid qumu haradan götürdüyünü onlara deyərək Əsədi oraya çağırmışdır. Əsəd oraya gələndən sonra Ekologiyanın əməkdaşları sənədləşmə aparmış və Vahid qumu həmin yerə avtomobildən boşaltdıqdan sonra oradan getmişlər. İzahatında isə guya Əsədin Vahidə həmin yeri göstərib oradan qum gətirməsini tapşırdığını bildirməsini ona Əsədlə Vahid başa salmış, həqiqətdə isə Əsədin bundan xəbəri olmamışdır. İş materiallarında olan hadisə yerinə baxış protokolundan görünür ki, 04 yanvar 2022-ci il tarixdə baş vermiş məlum hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokuroruğunun Cinayət təqibindən kənar İcraatlar İdarəsinin prokuroru vəzifəsini icra edən 3-cü dərəcəli hüquqşünas X2 tərəfindən Azərybaycan Respublikası Ekologiya və X9 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə birlikdə 10 mart 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “X21” ilə üzbəüz bir qədər içəridəki əraziyə videoçəkilişlə baxış kçirilmişdir. İş materiallarında olan 1 ədəd CD diskə baxış keçirilmiş və müəyən olunmuşdur ki, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 04 yanvar 2022-ci il tarxdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “X21” ərazisi kim tanınan yerdə yol kənarında **- RE-*** dövlət qeydiyyat nişanlı “HOWO” markalı yük avtomobilini saxlamışlar, orada avtomobilin sahibi Əsəd Ağayevin iştirakı ilə avtomobilə yüklənmiş qum yol kənarına boşaldılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası medalının İ-4128 nömrəli vəsiqəsinin surətindən görünür ki, X3 Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası medalının İ-2293 nömrəli vəsiqəsinin surətindən görünür ki, X3 Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası medalının İ-2293 nömrəli vəsiqəsinin surətindən görünür ki, X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə olunmuş və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 03 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Ekologiya və X5 dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Hazırda onların təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 13 may 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yerin təkinin qorunması və istifadə edilməsi qaydalarını pozmaqla təbiətə əhəmiyyətli zərərə səbəb olma cinayəti törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 255.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, oğlu X6 Müharibəsinin veteranı olmaqla Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə, 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə isə “Qubadlının azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 255.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 255.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-313/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-313/2022
03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver