Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-313/2023 19.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi- Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə, xx.xx.1965-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hüquq verən rəsmi sənədi, yəni Abşeron rayonu, X9 üzrə 09 dekabr 2000-ci il tarixli, 21 nömrəli əmrdən çıxarışı istintaqa məlum olmayan vaxtda və yerdə istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, həmin saxta sənəddən bilə-bilə istifadə edərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Zərərçəkmiş şəxs 25 fevral 2021-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 yerləşən ərazisində həmin sənədi təqdim edib Şahid1 məxus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, X6 yerləşən 0.02 ha torpaq sahəsində inşa edilmiş yarıtikli evi sonuncuya satacağına inandırmaqla onun etibarından sui-istifadə edərək aldatmaqla qeyd olunan tarixdə Binə qəsəbəsi Qartal marketin qarşısında 5500 manat məbləğində pulu aldadaraq alıb ələ keçirməklə Zərərçəkmiş şəxs qəsdlə ümumilikdə 5500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2, X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 fevral 2021-ci il də Bakı şəhəri Binə qəsəbəsi, hövsan südçülük savxozunda yerləşən əvvəlcədən tanıdığı şəxs olan, vətəndaş Şahid1 məxsus 0.02 ha torpağda tikilmiş yarı tikilini, X1 və nəticədə onun 5500 manat pulunu aldadaraq ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş X4 həmin məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 onun qayınanasıdır, Onun qızı ilə 2020-ci ildə ailə həyatı qurmuşdur. Ziya ifadəsinə əlavə olarağ bildirmişdirki, 2021-ci ildə Təranə ona zəng etmiş və bildirmişdirki, maddi vəziyyəti cox aşağıdır, xəsdəsi olduğu üçün ona təcili pul lazımdır və üz-üzə danışmağ üçün onların evi gəlsin. O həmin gün Təranənin Binə qəsəbəsində yerləşən evinə getmiş və bu haqda onunla söhbət etmişdir. Təranə ona bildirmişdirki, Validə adlı şəxsin ona 1500 manat borcu var və ona geri vermir. Ziya borcun mənbəyini ondan soruşduğda o bilidrimişdirki, uzun müddət öncə o Validə üçün Binə qəsəbəsi, Hövsan südçülük savxozunda ev tikmiş, evin tikiliş xərclərin versədə onun evini ərsiyə gətirmək üçün zəhmət haqqını evi tikdirdikdən sonra ona verməmişdir. Bu səbəbdən onların arasında borc məsələsi yaranmış, dəfələrlə zəng etsədə onu təhqir edərək pulu ona vermyəcəyini demişdir. Bundan sonra pulu nə səbəbə vermədiyini soruşduğda, Təranə bildirmişdirki, ev tikilməzdən qabağ o, Validə ilə evi 6000 manata tikib ona hazır verəcəyinə söz vermiş amma evi 6000 manata hazır etmək mümkün olmamışdır. Bu səbəbdəndə Validə ona söz verdiyi 1500 manatı verməmişdir. Ziya bundan sonra Validənin hazırda harda yaşadığını soruşmuş o, bildirmişdirki, Validə hazırda Türkiyyə Respublikasındadır. Bundan sonra o, Təranəyə bildirmişdirki, Validə hazırda bakıda yoxdur və həmin tikilinin yaxınlığında olan qonşular yarı tikilin Validəyə məxsus olmasını bilmir, bundan istifadə edib yarı tikili satsınlar. Təranə ilk öncə bunla razılaşmamış, bundan sonra Ziya ona bildirdmişdirki, müvəqqəti olarağ Validəyə məxsus olan yarı tikilini satsınlar, Validə Bakıyə gəldikdə borcu çıxıb qalan pulu ona versinlər. Bundan sonra Təranə onunla razılaşmışdır. Ziya öz tanışı olan Hacıbaba adlı şəxsə zəng etmiş və bildirmişdirki, Binə qəsəbəsi hövsan südçülük savxozunda qaynanasına məxsus olan satılıq 0.02 ha torpağ və içərisində yarı tikili olan ev var, ora gedib baxsınlar. Hacıbaba onunla razılaşmış onlar bir gün sonra görüşmüş və Validəyə məxsus olan yarıtikiliyə getmişlər. Ora gedən zaman o həmin yeri tapa bilməmiş və Təranəyə zəng edib oranı şifahi təsvir etməsini xaiş etmişdir. Təranə ona yolu şifahi olarağ təsvir etmiş, bundan sonra onlar həmin yerə çatmışlar. Hacıbaba həmin yerin şəkillərini çəkmiş və Sosial şəbəkəyə satmaq niyyəti ilə yerləşdirmişdir. Bundan sonra Hacıbaba buranın kimə məxsus olmasını soruşmuş və Ziya cavabında oranın qaynanasına məxsus olmasını yenidən təkrarlamışdır. Hacıbaba ondan Təranənin nömrəsini alarağ ona zəng etmiş və yarı tikli içərisində yerləşən evə qiymət soruşmuşdur. Hacıbaba Tərana ilə danışdığdan sonra Ziyaya bildirmişdirki, onlar 11000 manata razılaşıblar. Bundan bir neçe gün sonra Hacıbaba ona zəng etmiş və alıcıların olmasını və torpağa baxmağ istədiklərini demişdir. O, Hacıbaba bildirmişdirki, alıcılar Binə qəsəbəsinə gəlsinlər. Bir neçe saat sonra alıcılar gəlmiş və onlar kafedə oturub çay içmiş, tanış olduğdan sonra satılan torpağa baxmağa getmişlər. Alıcının adının Elşad olduğunu orda örgənmişdir. Elşad torpağ və içərisində olan yarıtikilə baxmış oranı bəyəndiyini bildimişdir. Ziya bu zaman yerin 11000 manat qiyməti olduğunu demişdir. Bundan sonra Elşad bildirmişdirki, torpağı o yox əmisi Elsevər alır qiyməti o gəldikdən sonra danışacaqlar. Elşadın əmisi gəlmiş və oda torpağı bəyəndiyini bildirmişdir. Bundan sonra Elsevər cəmi 5500 manat pulları olduğunu demişdir. Bu səbəbdən Ziya Təranəyə zəng etmiş alıcıların 11000 manat yox 5500 manat pulların olduğunu demiş bundan əlavə olarağ ona bildirmişdirki, Validə bakıya gəldikdə qalanını ona qaytarcağlar, əgər gec gələrsə pulun hamısı ehtiyaclarına xərcləyib gəldikdə yenidən pulu həmin miqdar edib ona verəcəklər. Bundan sonra Təranə 5500 manata satılmağa razılaşmışdır. Ziya alıcı olan Elsevərə 5500 manata razı olduğunu demiş və bundan sonra onlar Ziyadan torpağın sənədini istəmişlər. Ziya onların savadsız olduğunu görmüş və bildirmişdirki burada sənədlər tam başqa cürdür, notariat qaydada deil icra hakimiyyəti vasitəsi ilə sənəd verilir, Elsəvər pasportu ona versin və 2 gün içərisində sənəd çıxardıb onlara verəcək. Onlar buna inanmış və Elsevər pasportunun surətini ona vermişdir. Təqsirləndirilən şəxs1 səmimi etirf edərək bildirmişdirki, evvəlcədən makler kimi tanıdığı lakin, adını bilmədiyi şəxsə sənəd düzltmək üçün müraciət etmiş və həmin şəxs Abşeron rayonu, X9 üzrə 09 dekabr 2000-ci il tarixli, 21 nömrəli əmrdən çıxarışlı saxta sənədi Elsevərin adına düzəltmişdir. Sənəddə bildirilirki, güya Elsevər 2000-ci illərdə savxozda işləmiş və o torpağ ona bu səbəbdən verilmişdir. Bundan 2 gün sonra 25 fevral 2021-ci il tarixində Elsəvər, Ziya, Elşad, Hacıbaba Binə qəsəbəsi Qartal marketin qarşısında görüşmüş, onlarala birlikdə Binə qəsəbəsi bələdiyyəsinə getmiş və onları orda yaşayış üçün qeydiyyata salmışlar. Bundan sonra onlar yenə Qartal marketin qarşısına getmiş və 5500 manat torpağın pulunu Ziya onlardan götürmüşlər. Hacıbaba Ziyadan sənədi necə verdiyini soruşmuş və Ziya onun bu işlərə qarışmamsını və sənədin tam düzgün olduğunu saxta olmadığını demişdir. Bundan sonra 400 manat pulu Hacıbabaya və bir neçe gün sora 1800 manat pulu Təranəyə vermişdir. Ziya bildirmişdiki, özünü tam təqsirli bilir və baş vermiş cinayət hadisəsində Şahid4 heç bir təqsiri olmamışdır. Torpağın Validəyə məxsus olmasını Hacıbaba bilməmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 3-4 ildirki maddi vəziyyətim cox aşağıdır. Bu səbəbdən özümə məxsus Binə qəsəbəsində yerləşən 0.03 ha torpağı satmağ fikirnə düşmüşdür. Bundan sonra kürəkəni olan Ziyanı öz eviminə dəvət etmiş və ona məxsus olan Binə qəsəbəsi Hövsan südçülük savxozunda 0.03 ha torpağı satmağ istədiyni bildirmişdir. Həmin vaxt Ziya ona dosdu olan Hacıbabanı alqı- satqıçı kimi təqdim etmiş və bildirmişdirki, cox dürüst insandır onunla rahat iş görmək olar. Təranə Ziyaya bundan başqa Validə adlı şəxsin ona 1500 manat borcu olduğunu lakin ona vermədiyini demişdir. Ziya isə cavabında nə üçün borcun yaranmağını soruşmuş, Təranə ona mövcud vəziyyəti izah etmiş və Validənin torpağ aldığını 6000 manat pulu tikmək üçün ona xırda xırda verdiyini , bundan sonra ev hazır olduğda Validənin ona 1500 manat zəhmət haqqını vermədiyini bildirmişdir. Bu sözləri dedikdən sonra Ziya həmin yerı, tiklini satmağı ona təklif emişdir. Təranə ona bildirmişdirki, Validə cox səs- küylü adamdır xəbəri olarsa onlara çox problem yaşadacaq. Bundan sonra Ziya ona yarı tikilini satmasını 1500 manat onlara məxsus olan pulu götürmələrini və Validə Bakıya gəldikdə onun pulunu geri verməyi məsləhət görmüşdür. X16 fikri ilə razılaşmışdır. Bundan sonra Ziya Hacıbaba ilə Validəyə məxsus olan torpağa getmiş yolda azdığları üçün ona zəng etmiş və Təranə onlara yolu başa salmışdır. Bundan sonra Təranə Hacıbabaya hemin yeri 11000-ə satdığını demişdir. Hacıbaba Torpağı tez bir zamanda satacağını söz vermişdir. Hacıbaba Təranədən torpağın sənədlərini istəmiş və o çıxılmaz vəziyyətdə olduğu üçün ona bildirmişdirki, sənədləri alıcı gələndə verər, hal hazırda evdə hara qoyduğunu bilmir. Bundan sonra Ziya Təranənin evinə gətmiş və Təranə Ziyaya bildirmişdirki, ele bir satıcıya evi satsınki evin sənədini istəməsinlər. Ziya hamısını həll edəcəyini demiş və bildirmişdirki, alıcı ilə telefonla torpağ yiyəsi kimi danışsın başqa heçnəyə qarışmasın. Bundan sonra Ziya Təranəyə bir müddət sonra zəng etmiş və alıcının olmasını və Təranə ilə danışıb halallaşmağ istədiyini demişdir. Təranə ona razılığ vermiş və zəngini gözlədiyini bildirmişdir. Bundan sonra Elşad adlı şəxs ona zəng etmiş qiymətdə endirim etməsini istəmişdir. Təranə ona 7500 manata torpağı sata biləcəyini demişdir. Bundan sonra onun əmisi kimi özünü təqdim edən şəxs Elsəvər, Təranəyə yene endirim etməsini və onların cəmi 5500 manat pulunun olduğnu bildirmişdir. Bu dəfə Təranə 5500 manata razılaşmış və pulu Ziyaya verməsini demişdir. Bu hadisədən 1 ay sonra Təranə xəsdə bacısının yanından bakıya gəlmiş və Ziya ona 1800 manat pul vermişdir. Dindirmə zamanı Təqsirləndirilən şəxs2 Ziyanın alıcılara saxta sənəd verdiyini bilməsi haqda sual verildiyində o bildirmişdirki, 0.02 ha torpağ və icərisində inşa edilmiş yarıtikilinin sənədlə satıldığını o bilməmiş istintaq zamanı torpağın saxta sənədlə satıldığını bilmişdir. Bundan əlavə olarağ Təranə bildirmişdiki, özünü tam təqsirli bilir və baş vermiş cinayət hadisəsində Şahid4 heç bir təqsiri olmamışdır. Torpağın Validəyə məxsus olmasını Hacıbaba bilməmişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X5 bildirdi ki, baş vermiş hadisədə zərərçəkmiş şəxsdir, dələduzluq ona qarşı olunmuş və 8000 manat maddi ziyan almışdır, bunun 5500 manatını Təqsirləndirilən şəxs1 vermişdir. Bildirmişdirki, hadisə 2021 ci ilin fevral ayında baş verib. Elsəvər qardaşı oğlu olan Elşadı öz evinə dəvət etmiş və bildirmişdirki,, ona torpağ alıb ev tikmək istəyir. Elşad ona cavabında bu məsələ alınarsa cox sevinəcəyini bildirmiş, torpağı hardan almağ istədiyimi soruşmuşdur. Bundan sonra Elşad ona Binə qəsəbəsində dəfələrlə olduğunu və orda torpağın ucuz olduğunu demişdir. Elsəvər isə cavabında ona bildirmişdirki, torpağ tapsın bəyənsin sora hər iş hazır olduğda ona zəng etsin və mən gəlib torpağın pulunu verəcək. Bundan bir neçə gün sonra qardaşı oğlu Elşad ona zəng etmiş və bildirmişdirki, sosial şəbəkədə Binə qəsəbəsi Hövsan südçülük savxozunda 0.02 ha torpağ sahəsinin icərisində yarı tikili olan evi bəyənib. Elsəvər ona cavabında bildirmişdirki, satıcı ilə görüşsün və razılaşarsa ona zəng edib ünvana çağırsın. Elşad 2 gün sonra ona təkrar zəng etmiş və bildirmişdirki, hazırda o Binə qəsəbəsindədir və sahəni və yarı tikilini görüb bəyənib. Elsəvər yaşadığı evdən Binə qəsəbəsinə yollanmış, orada makler Hacıbaba və torpağ yiyəsinin qohumu Ziya ilə tanış olmuşdur. Onlar satılan ünvana getmiş və Elsəvərdə həmin sahəni və tikilini çox bəyənmişdir. Hacıbabadan qiymət soruşduğda o bildirmişdirki, qiyməti torpağın yiyəsi Təranədən zəng edib soruşsun. Bundan sonra Elsəvər Təranəyə zəng etmiş və yerin qiymətini soruşmuşdur. Təranə ona qiyməti 11000 manat demiş, bundan sonra qardaşı oğlu Elşad Təranəyə zəng etmiş qiymətlə bağlı danışdığdan sonra onlar 7500 manat razılaşmışlar. Elsəvər qardaşı oğluna bildirmişdirki, onun 5500 manat pulu var. Bundan sonra Elsəvər özü təkrar Təranəyə zəng etmiş və bildirmişdirki, onların 5500 manat pulu var. Bu səfərdə Təranə onunla razılaşmışdır. Bundan sonra Elsəvər torpağın sənədlərini istəmiş, Ziya bildirmişdirki, sənədləri Təranə ilə danışmasınlar, sənədlər ondadır. Bundan 2 gün sonra Təranə ona zəng etmiş və bildirmişdirki gedib bələdiyyədə qeydiyyata düşsün və sənədi ordan götürsün. Elsəvər Binə qəsəbəsində yerləşən Bələdiyyə getmiş və orda qeydiyyata düşmüş və rüsüm kimi 370 manat pulu dövlət büdcəsinə ödəmişdir. Bundan sonra mən Təranəyə zəng etmiş və bildirmişdirki, o, blədiyyə getmiş və qeydiyata düşmüş her şey qaydasındadır. Bundan sonra Elsəvər Qartal marketin qarşısında 5500 manat pulu Ziyaya vermişdir. Bir neçə ay sonra Elsəvər ora daş, qum , sement almış və orada tikintiyə başlamışdır. Bu müddət ərzində heç bir problem olmamış lakin, 2 ay sonra onlar yenidən həmin ünvana yollandığda, görmüşlərki, artığ dam örtüyü vurulub, darvaza qoyulub. Bundan sonra Elsəvər qapını döymüş və evin ona məxsus olduğunu, 2 ay bundan qabağ aldığını evdən çıxan qadına demişdir. Evdən çıxan qadının adı Validə idi. O bildirmişdirki, ev ona məxsusdur və torpağın sənədləri ondadır, sənədləri isə notariat qaydasında qohumunun adına keçirmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanının ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, əmisi onu 2021-ci ilin fevral ayında yanına çağırarağ ev və yaxud torpağ tapmasını, yaxşı yer olarsa həmin tapdığı yeri Elşada alcağını bildirmişdir. Bundan sonra Elşad sosial şəbəkələrdə bu barədə məlumat yığmış və satılığ torpağ axdarmışdır. Həmin ay Elşad sosial şəbəkədə 0.03 ha torpağ sahəsi, içərisində yarı tikili ev tapmış və həmin yerə baxmağ üçün Binə qəsəbəsinə getmişdir. Bundn sonra O, həmin yerdə torpağ yiyəsinin qohumu Ziya və makler kimi özünün təqdim edən Hacıbaba ilə tanış olmuşdur. Onlar Binə qəsəbəsində çay içdikdən sonra torpağa baxmağa getmişlər. Orada məlum olmuşdurki həmin torpağ 0.03 ha deyil,0.02 hadır. Elşad torpağı bəyəndiyi üçün əmisinə zəng etmiş əmisi həmin satılan torpağın yanına gəlmiş və qiymət barədə söhbət eleməyə başlamışdır. Bundan sonra əmisi 5500 torpağı almış, orada olan Ziya adlı şəxs bildirmişdirki, 2 gün ərzində torpağın sənədlərini gətirəcəm. 2 gün sonra Ziya sənədləri gətirmiş və 5500 manat pulu Binə qəsəbəsində ondan almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, həmin torpağ sahəsini ona məxsusdur. Həmin torpağı alan zaman, adını xatırlamadığı tanışı evi tikmək üçün Təqsirləndirilən şəxs2 ona məsləhət görmüşdür. Validə Təranə ilə görüşmüş, görüş zamanı Təranə bildirmişdirki evi 6000 manata tikib ona təhvil verecək zəhmət haqqı isə 1500 manat ondan pul alacağ. Bundan sonra Validə zəhmət haqqı 1000 manat verməsini imkanının ona çatdığını dedikdə Təranə bununla razılaşmışdır. Bundan sonra Təranə evi 6000 manata tam tikə bilməmiş işi yarıda qoymuş və bildirmişdirki yenidən pul gətirərsə işi davat etdirə bilər çünki 6000 manat evi tikməyə kifayət etməmişdir, Bundan sonra onların arasında narzılığ olmuş. Validə evi tikməyə pul qzanmağ üçün Turkiyə Respublikasına getmişdir. Validənin Təranəyə vereceyi pul gecikdiyi üçün Təranə dəfələrlə Validənin qapısına getmiş orada onun qızı ilə sözlə münaqişə yaratmışdır. Bundan ehtiyat edən Validə ona verəcəyi 1000 manat pulun əvəzinə 1500 manat pulu qızı vasitəsi ilə Təranəyə göndərmişdir. Karantin qaydaları ilə əlaqədar Bakıya gələ bilməyən Validə bir il sonra bakıya gəldikdə evin tikilişində artım olduğunu görmüş, qonşular isə bildirmişdirki həmin yeri başqa bir şəxs 2 ay bundan qabağ almışlar. Validə öz torpağına qapı qoymuş və qonşulara bidlirmişdirki, ora kims gəlsə ona zəng edərək məlumat versin. Bir müddət sonra o həmin ünvanda olan zaman qapı döyülmüş və qapını döyən şəxs sözü gedən yeri təranə adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra o torapğın sənədlərini ona gösdərmiş və bildirmişdirki, onu aldadıblar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 bildirdi ki, o, təxminən 2 il bundan qabaq Binə qəsəbəsində adını xatırlamadığı şəxs Binə qəsəbəsi bələdiyyəsinə gələrək ev aldığını bildirmiş və ödəyici kimi qeydiyyata düşməsini istəmişdir. Həmin şəxsin yanında 1 nəfər Ziya adlı cavan oğlanda var imiş. O bildirmişdirki, ev Binə qəsəbəsi Hövsan südçülük savxozunda yerləşir. Bundan sonra Zakir onlarla birlikdə həmin ünvana yollanmış həmin yerə nəzər salmışdır. Ziya adlı şəxs evin sənədini hələ Bələdiyyənin qarşısında olan zaman ona təqdim etmişdir. Zakir sənəd və tikiliş ünvanının üst-üstə düşdüyünə görə həmin şəxslərlə Binə qəsəbəsi bələdiyyəsinə gəlmiş və onları qeydiyyata salıb ödəniz qəbzini onlara vermişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, əvvəllər tanıdığı şəxs olan Ziya ona zəng edərək qaynanasına məxsus 0.03 ha torpağı olduğunu və içərisində yarı tikli şəkildə evin olmasını demiş və həmin yeri hal hazırda satdığını bu məsələdə ona kömək olmağını istəmişdir. Bundan sonra X7 nömrəsini alarağ bu məsələ haqda torpağ yiyəsi kimi onunla danışmağı məsləhət bilmişdir. Hacıbaba onan qiyməti və ünvanı soruşduğda o ona 11000 manat torpağın qiyməti, torpağın yerini isə Binə savxozda qardaşlar kafesinin yanında yerləşdiyini bildirmişdir. Hacıbaba Təranəyə torpağın yerini gəlib gösdərməsini istədikdə Təranə, ona Ziyanın ona torpağın yerini gösdərəcəyini demişdir. Bundan sonra onalar torpağa baxmağa getmiş, yolda həmin yeri tapa bilmədiyimiz üçün Ziya, Təranəyə zəng etmiş və yolu ona şifahi izah etməsini xaiş etmişdir. Təranə şifahi şəkildə torpağın yerini izah etmiş, bundan sonra Hacıbaba torpağın şəkillərini çəkərək satış üçün nəzərdə tutulmuş sosial şəbəkəyə yerləşdirmişdir. Bir neçə gün sonra alıcı kimi Elşad adlı şəxs ona zəng etmiş və torpağa baxmaq isdədiyini bildirmişdir. Elşad fevral ayinda Binə qəsəbəsinə gələrək Hacıbaba ilə görüşmüşdür. Həmin zaman Hacıbaba Ziyanı ora alıcılarla görüşməyə cağırmışdır. Onlar kafede oturmuş çay içərək torpağın qiyməti haqda söhbət etmişdir. Elşad qiyməti aşağı salmasını istəmiş, bundan sonra Hacıbaba Təranənin nömrəsini ona vermiş və qiymət məsələsinə qarışmadığımı qiyməti özlərinin danışmasını xaiş etmişdir. Hacıbaba, Elşad və Ziya torpağa baxmağ üçün yola düşmüş, Elşad torpağı və yarı tikilini görüb bəyənmiş və özünü torpağ yiyəsi kimi təqdim edən Təranəyə zəng etmiş və qiymət danışmağa başlamışlar. Budna sonra Elşad torpağın sənədlərini Ziyadan istəmiş. Ziya torpağın sənədlərini 2 gün sonra ona verə biləcəyini bildirmişdir. Bundan sonra Elşadın əmisi Elsevər adlı şəxs həmin yerə gəlmiş və bu zaman alıcının Elşad deyil Elsevər olduğu ona məlum olmuşdur. Bundan sonra Təranə ona təkrar zəng edərək bildirmişdirki artığ onlar 5500 manata Elşadla razılaşıblar və 5500 manat pulu Ziya götürsun və ordan 400 manat ona xidmət haqqı versin. Hacıbaba orada Ziya və Təranədən sənədləri nəce verecəyini soruşduğda isə hər ikisi ona o məsələyə qarışmamağını barədə irad tutmuşlar. Bundan bir neçe saat sonra Ziya Elsəvərə torpağın sənədlərini vermiş və 5500 manat pulu ondan almışdır. Hacıbaba həmin yerdən Ziya ilə ayrılmış və 400 manat pulu isdə xidmət haqqı olarağ özunə götürmüşdür. Şahid4 ifadəsində bildirmişdirki, o Ziya və Təranə tərifindən aldadılmışdır. Torpağın Təranəyə yox Validəyə məxsus olmasını polis şöbəsində bilmişdir. Onun bu ifadəsini təqsirləndrilən şəxslərdə təsdiqləmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 29,317.2.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 126.2.4, 221.3, 66.3, 66.5 və 68.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 çəkilməmiş qalan 04 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 cəriməni tam ödəmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 şərti cəza müddəti başa çatmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1965-ci ildə Biləsuvar rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 31 yanvar 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.4 və 320.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 08 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 10 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan yeni məzmunda ittiham elan olunmuşdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 320.1 və 320.2-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 25 fevral 2021-ci il tarixdə törədilmiş, cinayətin törədilməsindən 02 (iki) il 05 (beş) aydan çox vaxt keçmişdir. Hazırki cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti 25 fevral 2023-cü il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMin 320.2-ci maddəsində və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barələrində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişlər. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət təqibinə xitam verilməlidir. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344-348, 356, 381, 383-385-ci maddələrini maddələrini rəhbər tutub QƏRARVERDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin Məcəllənin Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin Məcəllənin Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-313/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-313/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver