Məhkəmə qərarları › İş №1(003)-314/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-314/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-314/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1995-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq 01 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,157 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi qanunla müəyyən olunmuş şəxsi istelak miqdarından az miqdarda olan 0,096 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 27 oktyabr 2021-ci il tarixdə saat 08:35-də Bakı şəhəri Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, S.Əliyev küçəsində narkotik vasitələrin istifadəsində, saxlanılmasında şübhəli bilinərək saxlanılmış və Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,157 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,096 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 yanvar 2022-ci il tarixdə saat 22 radəsində Hacı-X4 məxsus Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin daş hasarından aşaraq qanunsuz olaraq həyətə daxil olmuş və həmin həyətdə olan fərdi yaşayış evinin çöl divarına quraşdırılmış 01 ədəd 500 manat dəyərində olan “BAXİ” markalı kombi aparatını gizli olaraq talayıb zərər çəkmiş şəxs həmin miqdarda maddi ziyan vurmqala oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 yanvar 2022-ci il tarixdə saat 22 radəsində Hacı-X4 məxsus Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin daş hasarından tullanıb qanunsuz olaraq həyətə daxil olmuş və həmin həyətdə olan fərdi yaşayış evinin çöl divarına quraşdırılmış 01 ədəd 500 manat dəyərində olan “BAXİ” markalı kombi aparatını gizli olaraq talayıb zərər çəkmiş şəxs Hacı-X4 ümumilikdə 500 manat maddi ziyan vurmqala oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 2021-ci ilin iyul ayında azadlığa buraxılmışdır. O, narkotik vasitə olan kakos kimi tanıdığından istifadə etmiş və narkoloji dispanserdə qeydiyyatda olmaqla daima metadon suyu istifadə etmişdir. Təqsirləndirilən şəxs1 tanıyır, o, Əmrahla birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, tanışlıqları oradan başlamışdır. 27 oktyabr 2021-ci il tarixdə saat təxminən 08:35-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, S.Əliyev küçəsində olan zaman PPXnin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin daşınmasında, saxlanılmasında şübhəli olduğu üçün onu Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət etmişlər. O da buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-yə getmişdir. Ona Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra videogörüntü ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmadığı soruşulmuş, olduğu təqdirdə könüllü olaraq təqdim etməsi bildirilmişdir. O da əynindəki göy rəngli cins şalvarın sol cibindən 01 (bir) ədəd ağ rəngli kağız içərisində 01 (bir) ədəd gümüş rəngli büküm və 01 (bir) şəffaf sellonafa bükülmüş bükümü təqdim edərək içərisindəki maddənin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində adını bilmədiyi şəxsdən 20 manata alaraq, saxlayıb, gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş bükümdəki narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini onun və digər iştirakçıların iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Sonra isə bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bütün bu hərəkətlər vidoçəkilişlə lentə alınmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən heç bir təzyiqə məruz qalmamışdır. Bundan başqa 22 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində görüşüb söhbət etmişlər. Təqsirləndirilən şəxs1 özü narkotik vasitələrdən istifadə etmişdir. Onların bədənində ağrılar olduğundan narkotik vsitə istifadə etmək istəmişlər, lakin pulları olmadığından əldə edə bilməmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs1lə qərara gəlmişlər ki, narkotik vasitə almaq üçün oğurluq etsinlər, oğurladıqları əşyanı satıb pul əldə etsinlər. Buna görədə həmin tarixdə Əmrahla birlikdə təxminən saat 22 radəsində Bakı şəhəri, Xəzər rayonu R.Qasımov küçəsi ilə piyada getmişlər. Bu zaman həmin küçədə olan bir fərdi yaşayış evinin işıqlarının yanmadığını görmüşlər. Bundan sonra Əmrahla o həmin evin daş hasarından həyətə tullanmışlar. Sonra isə həyətdə olan evə nəzər yetirmişlər və görmüşlər ki, yaşayış yoxdur. Sonra isə görmüşlər ki, evin çöl hissəsində bir ədəd kombi aparatı quraşdırılmışdır. Bundan sonra Əmrahla o, köməkləşib əlləri ilə kombinin vintillərini açmışlar və köməkləşib evin küçəyə çıxan dəmir qapısının yanına gətirmişlər. Sonra isə o, dəmir darvazanı içəridən açmış və oğurladıqları kombini küçəyə çıxarmışlar. Bundan sonra Əmrah mobil telefonla “Bolt” şirkətindən tanımadıqları taksi çağırmışdır. Onlar oğurladıqları kombini taksiyə yüklədikdən sonra həmin kombini Mərdəkan qəsəbəsi Qaranquş sanatoriyasında yaşayan İlqar adlı şəxsə 160 manata satmışlar. Əldə etdikləri pulu ikisi aralarında bölmüşlər və öz ehtiyaclarına xərcləmişlər. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, oğurluq hadisəsi ilə bağlı zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 tanıyır. O Əjdərlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, tanışlığı oradan başlamışdır. O 22 yanvar 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində görüşüb söhbət etmişlər. Həmin zaman Təqsirləndirilən şəxs2 ona demiş ki, kombi aparatı almaq istəyən var. Kombi olsa aparıb satar pulları olar. Bundan sonra qərara gəlmişlər ki, kombi aparatı oğurlayıb aparıb satsınlar. Buna görədə həmin tarixdə Əjdərlə birlikdə təxminən saat 22 radəsində Bakı şəhəri, Xəzər rayonu R.Qasımov küçəsi ilə piyada getmişlər. Bu zaman həmin küçədə olan bir fərdi yaşayış evinin işıqlarının yanmadığını görmüşlər. Bundan sonra Əjdərlə o həmin evin daş hasarından həyətə tullanmışlar. Sonra isə həyətdə olan evə nəzər yetirmişlər və görmüşlər ki, yaşayış yoxdur. Sonra isə görmüşlər ki, evin çöl hissəsində bir ədəd kombi aparatı quraşdırılmışdır. Bundan sonra Əjdərlə o köməkləşib əlləri ilə kombinin vintillərini açmışlar və köməkləşib evin küçəyə çıxan dəmir qapısının yanına gətirmişlər. Sonra isə Əjdər dəmir darvazanı içəridən açmış və oğurladıqları kombini küçəyə çıxarmışlar. Bundan sonra o, mobil telefonla “Bolt” şirkətindən tanımadıqları taksi çağırmışlar. Onlar oğurladıqları kombini taksiyə yüklədikdən sonra həmin kombini Mərdəkan qəsəbəsi Qaranquş sanatoriyasında yaşayan İlqar adlı şəxsə Əjdərlə birlikdə 160 manata satmışlar, əldə etdikləri pulu öz aralarında bölmüşlər. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, oğurluq hadisəsi ilə bağlı zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X6 oğlu bildirdi ki, Onun yaşadığı evdən başqa Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsində bağ evidə var. Həmin bağ evində daimi yaşamasa da, lakin hər ayın bir neçə günü gəlib baş çəkir. Sonuncu dəfə 02 yanvar 2022-ci il tarixdə sözü gedən bağ evinə gəlmiş və həmin günü çıxıb Bakı şəhərində olan evinə getmişdir. 24 yanvar 2022-ci il tarixə qonşuluqda yaşayan Rasim adlı qonşusu onunla saat 00:55 radəsində əlaqə saxlamış və evin həyətə olan qapısının açıq olmasını ona demişdir. Bundan sonra o, Mərdəkan qəsəbəsində olan bağ evinə getmiş və görmüş ki, həqiqətəndə evinin həyətinə olan giriş qapısı açıqdır. Bundan sonra içəri daxil olmuş və evin həyətinə sonra isə içərisinə nəzər yetirmişdir. O evin həyətinə baxdıqda görmüş ki, evin divarına quraşdırdığı 01 ədəd BAXİ markalı, 32 litir tutumu olan istilik aparatı yəni kombi yerində yoxdur. Bundan sonra evin içərisinə baxmış və görmüş ki, evin içərisində olan əşyalar tam yerindədir. Sonra isə ona məlum olmuş ki, evinə quraşdırdığı kombi aparatı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra o, ilk öncə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermiş və eyni zamanda hadisə barədə Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, o özünə məxsus olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi R.Qasımov küçəsində yerləşən bağ evində sonuncu dəfə 02 yanvar 2022-ci il tarixdə olmuşdur. Həmin zaman evdən heç bir oğurluq olmasını aşkar etməmişdir. Lakin 24 yanvar 2022-ci il tarixdə qonşusu ona zəng edəndə bilmiş ki, bağ evindən kombi aparatı oğurlanmışdır. Oğurlanan istilik aparatının yəni kombinin markası BAXİ, 32 litir su tutumuna malik olmuşdur. Həmin kombini o 500 manata almış, ona oğurluq nəticəsində 500 manat maddi ziyan vurulmuş və 24 yanvar 2022-ci il tarixdə oğurluq hadisəsini aşkar etmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərlə barışmış və təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, heç bir dövlət müəssisəsində rəsmi olaraq işləmir, lakin fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs2 tanıyır. O, Əjdəri tanımamışdan qabaq rəhmətlik atası Şamili tanımışdır. 22 yanvar 2022-ci il tarixdən 23 yanvar 2022-ci il tarixə keçən gecə yadında qalmayan saat vaxtı Təqsirləndirilən şəxs2 yanıda bir nəfər tanımadığı şəxslə onun yaşadığı ünvana gəlmişdir. Həmin zaman Əjdər ona bidirmişdir ki, anası xəstədi pul lazımdır dərman alsın. Bu zaman o, Əjdərə imkanının olmadığını demişdir. Sonra isə Əjdər ona demiş ki, kombi satır. O Əjdərdən kombi almaq istəmədiyini demişdir. Lakin buna baxmayaraq o, imkanı çatan qədər anasına kömək olsun deyə 160 manat pul vermişdir. Bu zaman Əjdər həmin pulun qarşılığında özü ilə gətirdiyi kombi aparatını ona vermiş ki, gəlib götürəcək. O da həmin pulun qarşılığında kombi aparatını Əjdərdən götürmüş ki, verdiyi 160 manatı ona qaytaranda kombini Əjdərə geri qaytarsın. Sonradan isə ona məlum olmuş ki, Əjdər tanışı Əmrah ilə birlikdə ona verdikləri kombi aparatını oğurlamışlar. Kombi aparatı ondadı həmin aparatı istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, xx.xx.2021ci il tarixdə səhər 08:35-də xidməti 4 saylı inzibati ərazidə Şahid4 ilə birlikdə xidmətdə olduqları zaman Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, S.Əliyev küçəsində hərəkətdə olan zaman bir nəfər şəxsin avtomobilin yaxınlığında dayanıb özünü şübhəli aparmasını görmüş və onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Onlar həmin şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi üçün Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edildi, Təqsirləndirilən şəxs2 heç bir etiraz etmədən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf polietilen bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində heroin adlandırılan narkotik vasitədir və həmin narkotik vasitəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində adını bilmədiyi və tanımadığı şəxsdən 20 manata alaraq özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq möhürləndi. Keçirilmiş şəxsi axtarışla bağlı videoçəkiliş aparıldı, protokol tərtib edildi və həmin protokol iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır, Təqsirləndirilən şəxs2 saxlanılan, həmçinin Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq edilməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Başəliyev Oktay Şafiyə oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Başəliyev Oktay Şafiyə oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, heç bir dölət müəsisəsində rəsmi olaraq işləmir, lakin fərdi qaydada idarə etdiyi Mitshubishi Attrage markalı, ** CB *** dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur, müxtəlif taksi şirkətlərindən sifarişlər qəbul edir. 23 yanvar 2022-ci il tarixdə saat 02:42 radəsində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində olan zaman məhəllə arası 1,60 manat dəyərində sifariş qəbul etmiş, sonra xəritənin vasitəsi ilə Mərdəkan qəsəbəsi Abşeron düşərgəsi istiqamətində getmiş və iki nəfər şəxsin yol kənarında dayandığını görmüş və həmin zaman gecə olduğundan sifariş verən şəxslərin onların olduğunu düşünmüş və avtomobilin həmin şəxslərin yanında saxlamışdır. Onların əlində parçaya bükülmüş kombi aparatını avtomobilimin yük yerinə qoyaraq demişlər ki, kirayə yaşadıqları evdən köçmüşlər və bu səbəbdəndə kombini özləri ilə aparırlar. O, həmin şəxsləri Xəzər rayonu Mərdəkan qəsəbəsi qaranquş kimi adlanan düşərgəyə gətirib düşürükdən sonra ayrılaraq oradan getmişdir. 29 yanvar 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət edilib və ona məlum olmuş ki, kombi aparatı oğurluq olmuşdur. Polis şobəsində olan zaman o izahatını vermiş və kimi haradan götürüb hara düşürtdüyü barədə məlumat vermişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə səhər 08:35-də xidməti 4 saylı inzibati ərazidə Şahid3 ilə birlikdə xidmətdə olduqları zaman Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, S.Əliyev küçəsində hərəkətdə olan zaman bir nəfər şəxsin avtomobilin yaxınlığında dayanıb özünü şübhəli aparmasını görmüş və onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Onlar həmin şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi üçün Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edildi, Təqsirləndirilən şəxs2 heç bir etiraz etmədən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf polietilen bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində heroin adlandırılan narkotik vasitədir və həmin narkotik vasitəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində adını bilmədiyi və tanımadığı şəxsdən 20 manata alaraq özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq möhürləndi. Keçirilmiş şəxsi axtarışla bağlı videoçəkiliş aparıldı, protokol tərtib edildi və həmin protokol iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır, Təqsirləndirilən şəxs2 saxlanılan, həmçinin Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 27 oktyabr 2021-ci il tarixli, 6/4767 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs2” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,157 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir və bir ədəd “gümüşü’’ rəngi kağız bükümdə təmiz çəkisi 0,096 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 920 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək, barəsində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 400 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 600 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 400 manat miqdarında cərimə cəzası və 03 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs1 600 manat miqdarında cərimə cəzası və 03 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində 03 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 27 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis-baş leytenantı Pərvin İbrahimov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd ağ rəngli bükümə bükülmüş içərisində 01 ədəd gümüşü rəngli və 01 ədəd şəffaf sellofana bükülmüş heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Suraxanı RPİ-nin İş-nin müstəntiqi polis kapitanı Vüqar Hadi tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Vüqar Hadi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan 01 mart 2022-ci il tarixli qərardan görünür ki, 01 mart 2022ci il tarixdə Təqsirləndirilən şəxs2 könüllü olaraq Suraxanı RPİ-nin İŞ-nə gəldiyi üçün həmin tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Vüqar Hadi tərəfindən cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan 30 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nicat Əliyevin icraatında olan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün Xəzər RPi-nin İŞ-nə göndərilmiş, həmin tarixdə ********* saylı cinayət işi Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nicat Əliyev tərəfindən icraata qəbul edilmiş, ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 05 mart 2022ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 07 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İş-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-119/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 05 iyun 2022ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 05 mart 2022ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 07 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin İş-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 05 iyun 2022ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İş-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Suraxanı RPİ tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli, 096-17266-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Suraxanı RPİ-nin İstintaq Şöbəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı aparılmış, həmin iş üzrə CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmış icraat təzələnərək cinayət işi aidiyyəti üzrə Xəzər RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli işə birləşdirilməsi üçün göndərilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs X6 oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, X6 oğlu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət, iddia və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxslərin AR CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən oğurluq cinayəti ilə bağlı zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmələrini, zərər çəkmiş şəxslə barışmalarını, zərər çəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməllərini etiraf etmələrini, səmimi peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 1,107 qram narkotik vasitə olan heroin və 0,056 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3və 234.1-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 05 mart 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmənin əvvəli 05 mart 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 1,107 qram narkotik vasitə olan heroin və 0,056 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan bir ədəd “BAXİ” markalı Kombi istilik sisteminin qızdırıcısı hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Hacı-X4 qaytarılsın. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 240 (iki yüz qırx) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar