Məhkəmə qərarları › İş №1(003)-314/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-314/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-314/2025 12.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Hacıbala oğlunun iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 10 qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 10-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 10 qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs3 və qızı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 16:55 radələrində ünvan 1 ünvanında yerləşən Xəzər Rayon Məhkəməsinin inzibati binasında qızı Təqsirləndirilən şəxs2 kürəkəni Şahid2 tərəfindən döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı başa çatdıqdan sonra iclas zalından həmin məhkəmənin ikinci mərtəbəsinin dəhlizinə çıxan Şahid2 anası Zərərçəkmiş şəxs1 və onun qızı Zərərçəkmiş şəxs2 ilə bir-birlərinin ünavnına təhqirəramiz ifadələr işlətməklə kobud danışmaları səbəbindən aralarında yaranmış mübahisəni cuzi səbəb kimi bəhanə edib aralarındakı ailə münasibətlərin pozulması zəminində Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs3 və qızı Təqsirləndirilən şəxs2 ilə qəsdən qisas almaq məqsədi ilə birlikdə ictimai yer olan həmin məhkəmənin ikinci mərtəbəsinin dəhlizində digər şəxslərin gözü qarşısında kobud ifadələrlə təhqir etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə eqoizm nümayiş etdirərək əlləri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs1 sağ əlin qançırı, döş qəfəsinin sıyrığı ilə nəticələnən istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi, eyni zamanda Təqsirləndirilən şəxs1 yumruq zərbələri ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs2 təpə nahiyyəsinin fluksiyaedici hematoması və əzilmiş yarası kimi sağlamlığın qısa müddətinə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, Təqsirləndirilən şəxs2 da kobud ifadələrlə təhqir etməklə Zərərçəkmiş şəxs2 saçından dartaraq əli ilə vurmaqla Zərərçəkmiş şəxs2 burnun sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi, Təqsirləndirilən şəxs3 da kobud ifadələrlə təhqir etməklə Zərərçəkmiş şəxs1 saçından tutub dartaraq yolmaqla zor tətbiq edib yumruqla baş nahiyyəsindən bir neçə dəfə zərbə vurararaq Zərərçəkmiş şəxs1 burunun qançırları kimi sağlamlığına zərərvurmayan olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, həmçinin qapalı kəllə-beyin travması, sağ göz almasının ağlı qişasının qansızması, sağ və sol gözaltı nahiyyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, bundan başqa Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs3 və qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 3 ünvanında yerləşən Xəzər Rayon Məhkəməsinin iş fəaliyyətinin 10 dəqiqə pozmaları ilə müşayət olunan qərəzli hərəkətlərlə bir qrup şəxs halında xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 ittiham elan olunmuşdur ondan ötrü ki, o, əri Təqsirləndirilən şəxs1 və qızı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə təxminən saat 16:55 radələrində ünvan 5 ünvanında yerləşən Xəzər Rayon Məhkəməsinin inzibati binasında qızı Təqsirləndirilən şəxs2 kürəkəni Şahid2 tərəfindən döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı başa çatdıqdan sonra iclas zalından həmin məhkəmənin ikinci mərtəbəsinin dəhlizinə çıxan Şahid2 anası Zərərçəkmiş şəxs1 və onun qızı Zərərçəkmiş şəxs2 ilə bir-birlərinin ünvanına təhqirəramiz ifadələr işlətməklə kobud danışmaları səbəbindən aralarında yaranmış mübahisəni cuzi səbəb kimi bəhanə edib aralarındakı ailə münasibətlərin pozulması zəminində Təqsirləndirilən şəxs3 əri Təqsirləndirilən şəxs1 və qızı Təqsirləndirilən şəxs2 ilə qəsdən qisas almaq məqsədi ilə birlikdə ictimai yer olan həmin məhkəmənin dəhlizində digər şəxslərin gözü qarşısında kobud ifadələrlə təhqir etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə eqoizm nümayiş etdirərək Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 saçından tutub dartaraq yolmaqla zor tətbiq edib yumruqla baş nahiyyəsindən bir neçə dəfə zərbə vurararaq Zərərçəkmiş şəxs1 burunun qançırları kimi sağlamlığına zərərvurmayan olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, həmçinin qapalı kəllə-beyin travması, sağ göz almasının ağlı qişasının qansızması, sağ və sol gözaltı nahiyyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı - ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, Təqsirləndirilən şəxs1 da əlləri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs1 sağ əlin qançırı, döş qəfəsinin sıyrığı ilə nəticələnən istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi, eyni zamanda Təqsirləndirilən şəxs1 yumruq zərbələri ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs2 təpə nahiyysinin fluksiyaedici hematoması və əzilmiş yarası kimi sağlamlığın qısa müddətinə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, Təqsirləndirilən şəxs2 da kobud ifadələrlə təhqir etməklə Zərərçəkmiş şəxs2 saçından dartaraq əli ilə vurmaqla Zərərçəkmiş şəxs2 burnun sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi, bundan başqa Təqsirləndirilən şəxs3 əri Təqsirləndirilən şəxs1 və qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 6 ünvanında yerləşən Xəzər rayon Məhkəməsinin iş fəaliyyətinin 10 dəqiqə pozmaları ilə müşayət olunan qərəzli hərəkətlərlə bir qrup şəxs halında xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, anası Təqsirləndirilən şəxs3 və atası Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında xx.xx.2024cü il tarixdə təxminən saat 16:55 radələrində ünvan 5 ünvanında yerləşən Xəzər Rayon Məhkəməsinin inzibati binasında onun Şahid2 tərəfindən döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı başa çatdıqdan sonra iclas zalından həmin məhkəmənin ikinci mərtəbəsinin dəhlizinə çıxan Şahid2 anası Zərərçəkmiş şəxs1 və onun qızı Zərərçəkmiş şəxs2 ilə bir-birlərinin ünavanına təhqirəramiz ifadələr işlətməklə kobud danışmaları səbəbindən aralarında yaranmış mübahisəni cuzi səbəb kimi bəhanə edib aralarındakı ailə münasibətlərin pozulması zəminində Təqsirləndirilən şəxs2 anası Təqsirləndirilən şəxs3 və atası Təqsirləndirilən şəxs1 ilə qəsdən qisas almaq məqsədi ilə birlikdə ictimai yer olan həmin məhkəmənin dəhlizində digər şəxslərin gözü qarşısında kobud ifadələrlə təhqir etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünü şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə eqoizm nümayiş etdirərək Əlizadə X5 Ülkər Fərman qızını saçından dartaraq əli ilə vurmaqla Zərərçəkmiş şəxs2 burnun sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi, Təqsirləndirilən şəxs3 da kobud ifadələrlə təhqir etməklə Zərərçəkmiş şəxs1 saçından tutub dartaraq yolmaqla zor tətbiq edib yumruqla baş nahiyyəsindən bir neçə dəfə zərbə vurararaq Zərərçəkmiş şəxs1 burunun qançırları kimi sağlamlığına zərərvurmayan olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, həmçinin qapalı kəllə-beyin travması, sağ göz almasının ağlı qişasının qansızması, sağ və sol gözaltı nahiyyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, Təqsirləndirilən şəxs1 da əlləri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs1 sağ əlin qançırı, döş qəfəsinin sıyrığı ilə nəticələnən istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi, eyni zamanda Təqsirləndirilən şəxs1 yumruq zərbələri ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs2 təpə nahiyysinin fluksiyaedici hematoması və əzilmiş yarası kimi sağlamlığın qısa müddətinə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, bundan başqa Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1 və anası Təqsirləndirilən şəxs3 ilə birlikdə ünvan 9 ünvanında yerləşən Xəzər rayon Məhkəməsinin iş fəaliyyətinin 10 dəqiqə pozmaları ilə müşayət olunan qərəzli hərəkətlərlə bir qrup şəxs halında xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək verdiyi ifadəsində bildirdi ki, qızı Təqsirləndirilən şəxs2 2023-cü ilin noyabr ayında Şahid2la rəsmi nikaha daxil olumuşlar və Sənan onun qızı Şəhriyyəni döyməsi ilə əlaqədar qızı 2024-cli ilin aprel ayında evə qayıtmış və döyülməsi ilə əlaqədar polisə şikayət etmişlər. xx.xx.2024-cü il tarixində təxminən saat 16 radələrində Xəzər Rayon Məhkəməsində qızının döyülməsi ilə əlaqədar məhkəmə prosesi gedirmiş. O, qızı və həyat yoldaşı, kürəkəni Sənan və atası Fərman məhkəmə zalında ifadə verirmişlər, həmin vaxt Sənanın anası Sevinc və bacısı Ülkər ifadə verdiklərindən zaldan çıxıb dəhlizdə oturmuşlar. Məhkəmə prosesi başa çatmış, yoldaşı Firuzə qızı Şəhriyyənin ardı ilə o, Sənan və Fərman zaldan çıxıb dəhliz ilə hərəkətdə olarkən dəhlizdə divanda oturan Sevinc və qızı Ülkər onun qızı və yoldaşının üzərinə gəlmələrini görmüşdür. Onlar bir- birilərini tutduqlarından o, onları ayirmaq məqsədilə yaxınlaşmaq istəyəndə Sənan onu arxadan tutub yumruğu ilə başına vurmağa başlamış, həmin vaxt Sənanın atası Fərman ona yaxınlaşaraq yumruğu ilə göz nahiyyəsinə zərbə endirmiş onu yerə yıxmış və yerdə onu döyməyə başlamışlar. Bundan sonra məhkəmə işçiləri və orada olan tanımadıqları adamlar onları ayırmışlar. O, Ülkəri və Sevinci vurmamışdır. Məhkəmə icladında digər Təqsirləndirilən şəxs3 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək verdiyi ifadəsində qeyd etdi ki, Sənanın onun qızını döyməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində təxminən saat 16:00 radələrində Xəzər Rayon Məhkəməsində məhkəmə prosesi olmuşdur. Həmin vaxt Sənanın anası Sevinc və bacısı Ülkər ifadə verdiklərindən zaldan çıxıb dəhlizdə oturmuşlar. Prosesdən sonra zaldan çıxaraq dəhliz ilə hərəkətdə olarkən dəhlizdə divanda oturan Sevinc və qızı Ülkər ona və qızına söz ataraq “səviyyəsizlər gəlirlər” demiş, o, isə onlara nəvəsini göstərərək “qızının başına gəlsin”sözünü demişdir. Bu zaman arxadan Ülkər onun və qızının üstlərinə hücum çəkərək “bilirsən səni neyləyərəm”sözünü işlətmiş, qızı Şəhriyyə dayanaraq “neyləyə bilərsən mənə” deyərək Ülkərə cavab vermişdir. Həmin vaxt Ülkərin Şəhriyyəyə əl atmağını görmüş ve Şəhriyyəni kənara çəkmiş, bundan sonra aralarında mübahisə başlamışdır. Sənanın atası Fərmanla Şəhriyarı döymələrini görmüşdür. Səsə gələn digər şəxslər onları sakitləşdirmişlər. Heç kimi vurmamış, yalnız Sevinci oradan uzaqlaşdırmaq üçün saçından tutub kənara çəkmişdir. Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək verdiyi ifadəsində qeyd etdi ki, 2023-cü ilin noyabr ayında Şahid2la rəsmi nikaha daxil olmuş və Sənanın onu mütamadi döyməsi ilə əlaqədar 2024-cü ilin aprel ayında evə qayıdıb döyülməsi ilə əlaqədar polisə şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 16:00 radələrində Xəzər Rayon Məhkəməsində onun döyülməsi ilə əlaqədar məhkəmə prosesi gedirmiş. O, anası Firuzə, atası Şəhriyar, Sənan və atası Fərman məhkəmə zalında ifadə vermişlər. Həmin vaxt Sənanın anası Sevinc və bacısı Ülkər ifadə verdiklərindən zaldan çıxıb dəhlizdə oturmuşdurlar. Məhkəmə prosesi başa çatmış, o, anası Firuzə, atası Şəhriyar, Sənan və Fərman zaldan çıxıb dəhliz ilə hərəkətdə olarkən dəhlizdə divanda oturan Sevinc və qızı Ülkər ona və anasına söz atmışlar. Anası isə Sevincə nəvəsini göstərərək “qızının başına gələcək” sözünü işlətmiş və yola davam edərkən arxadan Ülkər üstlərinə hücum etmişdir. O, heç kimi təhqir etməmiş və vurmamışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, oğlu Şahid2 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs2 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən 4 aydan sonra gəlini Şəhriyyə atası evinə çıxıb getmişdir. Həmin müddət ərzində Şəhriyyə oğlundan döyülməsi ilə əlaqədar şikayət etmişdir. xx.xx.2024-cü il tarixində təxminən saat 16:00 radələrində o, ailə üzvləri ilə birgə Xəzər Rayon Məhkəməsində məhkəmə prosesində olmuşlar. Şəhriyyə də ailə üzvləri ilə birlikdə orada idi. O və qızı Zərərçəkmiş şəxs2 məhkəmə zalında ifadə verdiklərindən çıxıb dəhlizdə nəvəsi 2018-ci il təvəllüdlü X13 ilə birlikdə oturmuşlar. Bir müddətdən sonra məhkəmə prosesi başa çatmış və həmin vaxt Şəhriyyə, onun anası Firuzə zaldan çıxaraq çıxışa doğru gəlməyə başlamışlar. Şəhriyyə, onun anası Firuzə onunla qızının yanından keçəndə Firuzə bildirmişdir ki, “qızımın taleyini nəvəndən görəsən”. Firuzə bu sözləri deyərək qızı Şəhriyyə ilə pilləkənlərə tərəf getmişdir. Bu zaman Ülkər ayağa duraraq onların arxası ilə gedərək qızına nə üçün elə dediyini soruşmuşdur. O, ayağa durmuş onlara tərəf getmişdir. Bu zaman Şəhriyyə onun qızı Ülkərin baş nahiyyəsinə əl atmışdır. O, araya girərək mübahisəni sakitləşdirmək istəyəndə Firuzənin əri Şəhriyar üzərlərinə gəlmişdir. Bu zaman Şəhriyarı oğlu Sənan tutub saxlamışdır. Lakin Şəhriyar onu və qızını əli ilə vurmağa başladıqda həyat yoldaşı Fərman Şəhriyarın sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxt məhkəmə əməkdaşları dava edənləri aralamışlar. Sonra Firuzə onun saçından tutataq kənara aparmışdır. Həmin zaman qarışıqlıq yaranmış və onun halı pisləşmişdir. Təqsirləndirilən şəxslərlə aralarında barışıq yoxdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qardaşı Şahid2 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs2 ilə rəsmi nikaha daxil olmuşdurlar. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən 4 aydan sonra gəlinləri Şəhriyyə atası evinə çıxıb getmişdir. Həmin müddət ərzində Şəhriyyə Sənan tərəfindən döyülməsi ilə əlaqədar şikayət etmişdir. xx.xx.2024-cü il tarixində təxminən saat 16:00 radələrində o, ailə üzvləri ilə birgə Xəzər rayonu məhkəməsində, məhkəmə prosesində idilər, gəlini Şəhriyyədə ailə üzvləri ilə birlikdə orada olmuşlar. O və anası Zərərçəkmiş şəxs1 məhkəmə zalında ifadə verdiklərindən qızı 2018-ci il təvəllüdlü X13 ilə birlikdə çıxıb dəhlizdə oturmuşdurlar. Bir müddətdən sonra məhkəmə prosesi başa çatmışdır. Həmin vaxt Şəhriyyə və anası Firuzə zaldan çıxaraq çıxışa doğru getməyə başlamışlar. Şəhriyyə və anası Firuzə onların yanından keçəndə anasına Firuzə bildirmişdir ki, “qızımın taleyini nəvəndən görəsən”. Firuzə bu sözləri deyərək pilləkənlərə tərəf getmişdir. Bu zaman o, ayağa duraraq Şəhriyyə və anası Firuzənin arxası ilə gedərək qızına nə üçün elə dediyini soruşmuşdur. Anası da ayağa duraraq onlara tərəf gəlmişdir. Şəhriyyə onun baş nahiyyəsinə əl atmışdır. Anası araya girərək mübahisəni sakitləşdirmək istəyəndə Firuzənin əri Şəhriyar onların üzərilərinə gəlmiş və əli ilə onun baş nahiyyəsindən vurmağa başlamışdır. Bu zaman Sənan Şəhriyarın əllərini tutaraq onu vurmamaq üçün kənara çəkmişdilər. Bu zaman dava edənlərin hər ikisi yerə yıxılmışlar və orada olan şəxslər dava edənləri sakitləşdirməyə başlamışlar. Onu ilkin olaraq Şəhriyyə saçını yolmuş, sonradan isə Şəhriyyənin atası Şəhriyar yumruqları ilə baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək xəsarət yetirmişlər. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadə verərək göstərmişdir ki, oğlu Şahid2 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs2 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən 4 aydan sonra gəlini Şəhriyyə atası evinə çıxıb getmişdir. Həmin müddət ərzində Şəhriyyə oğlundan döyülməsi ilə əlaqədar şikayət etmişdir. xx.xx.2024-cü il tarixində təxminən saat 16:00 radələrinda o, ailə üzvləri ilə birgə Xəzər rayonu Məhkəməsində məhkəmə prosesində olmuşdurlar. Gəlini Şəhriyyədə ailə üzvləri ilə birlikdə orada idilər. O və oğlu Sənan məhkəmə zalında ifadə verirmiş, yoldaşı Sevinc və qızı Ülkər isə ifadələrini verdiklərindən dəhlizdə gözləmişdirlər. Məhkəmə prosesi başa çatmış və ilkin olaraq gəlini Şəhriyyə, anası Firuzə zaldan çıxmış, sonra ardınca Şəhriyar, o, və oğlu Sənan zaldan çıxmışdırlar. Zaldan çıxdıqda dəhlizdə Şəhriyyə ilə anası Firuzənin qızı Ülkər və yoldaşı Sevinci döymələrini görmüşdür. Həmin vaxt öndə gedən Şəhriyarın qaçaraq yumruğu ilə yoldaşı və qızını vurmasını görmüşdür. Bu zaman Sənan Şəhriyarı arxadan qucaqlayaraq aralamışdır. Bundan sonra o, da Şəhriyarı bir neçə dəfə yumruqla vurmuşdur. Şəhriyarı vurmasına görə barəsində hökm çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən Şahid2 Bayram oğlu verdiyi ifadəsində digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs qismində tanınma barədə xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs1 cianyət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma barədə xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs2 cianyət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-nin 221.1-ci maddəsindən həmin məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİnin İŞ-nin müstəntiqi A.Həsənov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmmişdir; - xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Xəzər RPİnin İŞ-nin müstəntiqi A.Həsənov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmmişdir; - xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, X1 RPİ-nin İŞ-nin müstəntiqi A.Həsənov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmmişdir - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin 15 mart 2025- ci il tarixli 05-ə/l514 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarətlər- təpə nahiyyəsinin fluktasiyaedici hematoması və əzilmiş yarası, burunun sıyrığı küt əşya(əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən təpə nahiyyəsinin fluktasiyaedici hematoması və əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər, burunun sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxslər tərəfindən yetirilməsi istisna olunmur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin 15 mart 2025-ci il tarixli 06-ə/1515 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarətlər- qapalı kəllə beyin travması, sağ göz almasının ağlı qişasının qansızması, sağ və sol gözaltı nahiyyənin, burnun, sağ əlin qançırları, döş qəfəsinin sıyrığı küt əşya(əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “X15” X18 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən qapalı kəllə beyin travması, sağ göz almasının ağlı qişasının qansızması, sağ və sol gözaltı nahiyyənin qançırları bir zərbənin təsirindən törəndiyindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə istərsə də ayrı-ayrılıqda sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər, burunun, sağ əlin qançırları, döş qəfəsinin sıyrığı isə istər birlikdə, istərsə də ayrı ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxslər tərəfindən yetirilməsi istisna olunmur; - DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə olan görüntü qapalı məkanda dəhlizdə qeydə alınmışdır, görüntünün yuxarı hissəsində xx.xx.2024, 16:55 göstərir, dəhlizdə divarların kənarına qara rəngli yumşaq mebellər düzülmüşdür, görüntüdə sağda iki qadın əyləşmiş, bir uşaq isə ayaq üstə dayanmışdır, görüntünün xx.xx.2024,16:55:23 -də dəhlizin yuxarı hissəsindən iki qadın gələrək divanda əyləşmiş qadınların qarşısından keçərkən göy rəngli gödəkçə geyinmiş qadın əyləşmiş qadınlara tərəf çevrilərək nəsə deyir və əlini uzadır, bu zaman divanda əyləşmiş qadınlardan qara rəngli gödəkçə geyinmiş qadın ayağa duraraq həmin göy rəngli gödəkçə geyinmiş qadının arxası ilə gedir və dəhlizin sonunda pilləkənin yuxarı hissəsində göy rəngli gödəkçə geyinmiş qadının yanında olan dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın geri qayıdaraq arxaları ilə gələn qara rəngli gödəkçə geyinmiş qadının boğaz nahiyyəsinə əl atır, qara rəngli gödəkçə geyinmiş qadında həmin dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadının əlini qaytarır, bu zaman divanda əyləşmiş qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın onların arxası ilə gedir və həmin anda dəhlizdə olan qabaqda qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi, onun arxası ilə qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi onlara yaxınlaşır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi qadınların arasına girir və əli ilə qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadının sinə hissəsindən itələyir, həmin anda qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi həmin qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişini tutaraq qadınlara qarşı əl qol atmasını saxlayır, həmin anda dəhlizdə onlara tərəf gələn boz rəngli pencək geyinmiş başında kepka olan kişi həmin qarışıqlığın içərisinə daxil olur və orada olan şəxslərin hamısı pilləkənlərin yuxarı hissəsindən birlikdə dəhlizə gəlirlər. Həmin anda dəhlizdə hamısı yerə yıxıldığı anda boz pencəkli kişi əli ilə yerdə olan qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş şəxsi yumruqla vurmağa başlayır, həmin an qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş şəxsin ayaqları yerdən üzülən zaman ayağı orada olan uşağa dəyir və uşaq yerə yıxılır, bu anda pencəkli kişini kənara çəkərkən göy geyimli qadın, qara rəngli palto geyinmiş qadının saçlarından tutaraq dəhlizə tərəf çəkir, həmin anda yenidən boz rəngli pencək geyinmiş şəxs qara gödəkçə və qara köynək geyinmiş şəxsi yumruqlarla vurmağa başlayır, həmin an kənar şəxslər onları sakitləşdirirlər. Videogörüntü 2 dəq 50 saniyə davam edir. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, qara gödəkçə və qara köynək geyinmiş şəxs onun özüdür, göy rəngli gödəkçə geyinmiş qadın həyat yoldaşı X9r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun qızı Təqsirləndirilən şəxs2dır, qara rəngli gödəkçə geyinmiş qadın qızı Şəhriyyənin keçmiş baldızı Zərərçəkmiş şəxs2dır, qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın qızı Şəhriyyənin keçmiş qaynanası Zərərçəkmiş şəxs1dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi keçmiş kürəkəni Şahid2dur, boz rəngli pencək və başında kepka olan və onu vuran şəxs keçmiş qudası Şahid1dur. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun özüdür, qara gödəkçə və qara köynək geyinmiş şəxs onun atası Təqsirləndirilən şəxs1dur, göy rəngli gödəkçə geyinmiş qadın anası X9r, qara rəngli gödəkçə geyinmiş qadın keçmiş baldızı Zərərçəkmiş şəxs2dır, qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın keçmiş qaynanası Zərərçəkmiş şəxs1dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi keçmiş əri Şahid2dur, boz rəngli pencək və başında kepka olan şəxs keçmiş qaynatası Şahid1dur. Baxış zamanı təqsirləndirilən şəxs X16 bildirdi ki, göy rəngli gödəkçə geyinmiş qadın onun özüdür qara gödəkçə və qara köynək geyinmiş şəxs əri Təqsirləndirilən şəxs1dur, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun qızı Təqsirləndirilən şəxs2dır, qara rəngli gödəkçə geyinmiş qadın qızı Şəhriyyənin keçmiş baldızı Zərərçəkmiş şəxs2dır, qara rəngli, arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın qızı Şəhriyyənin keçmiş qaynanası Zərərçəkmiş şəxs1dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi keçmiş kürəkəni Şahid2dur, boz rəngli pencək və başında kepka olan şəxs keçmiş qudası Şahid1dur. Baxış zamanı Zərərçəkmiş şəxs2 bildirdi ki, qara gödəkçə geyinmiş şəxs onun özüdür, göy rəngli gödəkçə geyinmiş qadın qardaşı Sənanın keçmiş qayananası X9r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun qardaşı Sənanın kemiş həyat yoldaşı və onu əli ilə sifət nahiyyəsindən vuraraq saçından tutan Təqsirləndirilən şəxs2dır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi onun qardaşı Sənanın keçmiş qaynatası və onun baş və bədənin müxtəlif nahiyyələrindən vuran Təqsirləndirilən şəxs1dur, qara rəngli arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın anası Zərərçəkmiş şəxs1dır, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi qardaşı Şahid2dur, boz rəngli pencək və başında kepka olan şəxs atası Şahid1dur. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirdi ki, qara rəngli arxasında papağı olan palto və qırmızı rəngli don geyinmiş qadın onun özüdür, qara gödəkçə geyinmiş şəxs onun qızı Zərərçəkmiş şəxs2dır, göy rəngli gödəkçə geyinmiş qadın oğlu Sənanın keçmiş qayananası və onun saçından tutub dartaraq vuran X9r, dəri materialından içərisi ağ rəngli mexli gödəkçə geyinmiş qadın onun oğlu Sənanın kemiş həyat yoldaşı Təqsirləndirilən şəxs2dır, qara rəngli gödəkçə və qara rəngli köynək geyinmiş kişi onun oğlu Sənanın keçmiş qaynatası Təqsirləndirilən şəxs1dur, qara rəngli gödəkçə və ağ rəngli jempir geyinmiş kişi oğlu Şahid2dur, boz rəngli pencək və başında kepka olan şəxs əri Şahid1dur; - Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 269 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar məhkəmənin iş rejimi 10 dəqiqə müddətində pozulmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onlara verilən ittihamda özlərini təqsirli bilməmələri barədə verdikləri ifadələri cinayət məsuliyyətindən yayınmaq üçün verilmişdir və işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və qadın olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qadın olmasını və gənc olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs kimi tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs3 aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanmalı, cəzasını iş yerində çəkməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanmalı, cəzasını iş yerində çəkməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi götürülmüş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 28 aprel 2025-ci il tarixli 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı, ünvan 10 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs3 aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Cəzasını iş yerində çəksin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Cəzasını iş yerində çəksin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 19 saat vaxta görə 209 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 19 saat vaxta görə 209 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 19 saat vaxta görə 209 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar