Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-316/2020 14.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X12, X3, Zərərçəkmiş şəxs3, X2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, müdafiəçi – 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ciil tarixdəYevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi X16 yerləşən nömrəsiz fərdi tikilidə faktiki olaraq yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq, talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Südçülük-Tərəvəzçilik Sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə evin giriş qapısının qarşısındakı açıq eyvanda olan qara rəngli kişi ayaqqabısının içərisindən evin giriş qapısının açarını götürüb açmaqla qanunsuz olaraq, daxil olub, evin yataq otağında olan yataq dəstinin qarşısındakı paltar dolabının içərisinə olan qızıl-zinət əşyalarının yığıldığı kvadrat qırmızı rəngli qabdan 500 manat dəyərində 585 əyarlı, 03 qram çəkidə 01 ədəd qızıl üzüyü, 500 manat dəyərində 585 əyarlı, 03 qram çəkidə 01 cüt qızıl sırğanı, 1000 manat dəyərində 585 əyarlı, 07 qram çəkidə 01 ədəd qızıl boyunbağını, 500 manat dəyərində 585 əyarlı, 12 qram çəkidə 01 ədəd qızıl qolbağdan ibarət dəsti, 700 manat dəyərində 585 əyarlı, 07 qram çəkidə 01 ədəd qızıl kişi üzüyünü, 700 manat dəyərində 585 əyarlı, 07 qram çəkidə 01 ədəd qızıl qadın üzüyünü və 23 manat dəyərində 925 əyarlı, 06 qram çəkidə gümüş qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 3923 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxx 2020-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Yeni Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinə giriş qapısının qarşısında yerə sərilmiş xalçanın altından evin giriş qapısının açarını götürüb açmaqla qanunsuz olaraq, daxil olub, evin mətbəxindəki qab-qaşıq yığılan dolabında olan açıq qəhvəyi rəngli qadın pul kisəsinin içərisindən 250 manat nağd pulu və yataq otağındakı termonun birinci rəfindən 130 manat nağd pulu, 450 manat dəyərində 583 əyarlı, ümumilikdə 05 qram çəkidə 01 ədəd üzərində “Afət” sözü yazılmış klonla birlikdə qızıl boyunbağını, 150 manat dəyərində, 583 əyarlı, 04 qram çəkidə 01 ədəd uşaq üçün qızıl sırğa dəstini gizli olaraq, talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 980 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxx 2020-ci il tarixdə, saat 14 radələrində X4 məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi X1 yerləşən nömrəsiz fərdi yaşayış evinə açıq vəziyyətdə olan giriş qapısından qanunsuz olaraq daxil olub, evin müxtəlif əşyalar yığılan otağında üzərində müxtəlif bəzəklər olan qırmızı rəngli, qapağı açıq vəziyyətdə olan sandıqdan 250 manat dəyərində 01 ədəd 583 əyarlı, 10 qram çəkidə qızıl tros boyunbağını və 950 manat dəyərində 01 ədəd 583 əyarlı, 06 qram çəkidə qızıl üzüyü gizli olaraq talayıb zərərçəkmiş şəxs Əzizə Saydıyevaya ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumu Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxx 2020-ci il tarixdə, saat 10 radələrində X13 məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi X16 yerləşən nömrəsiz fərdi yaşayış evin hasarından və giriş qapısından hər ikisi qanunsuz olaraq daxil olub, həyətyanı sahədə olan evin dəhlizindəki mətbəxdə divara asılmış vəziyyətdə olan evin giriş qapısının açarını götürüb açmaqla evə daxil olub, evin yataq otağına daxil olarkən sol tərəfdə yerləşən güzgülü dolabın (termonun) birinci rəfindəki qırmızı rəngli parça kisənin içərisində olan 1200 manat dəyərində 583 əyarlı, 20 qram çəkidə 01 ədəd gül formalı qızıl qolbağı, 1000 manat dəyərində 583 əyarlı, 20 qram çəkidə 01 ədəd böyük qızıl boyunbağı, 200 manat dəyərində 583 əyarlı, 05 qram çəkidə 01 ədəd kiçik qızıl boyunbağı, 01 komplektdə olan 300 manat dəyərində 583 əyarlı, 04 qram 01 cüt qızıl sırğa və 300 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə 01 ədəd üzüyü, 01 ədəd komplektdə olan 500 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə 01 cüt sırğa və 300 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə olan 01 cüt sırğa və 300 manat dəyərində 583 əyarlı, 02 qram çəkidə olan 01 ədəd üzüyü, 400 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə olan 01 ədəd qızıl qadın üzüyünü, 400 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə olan 01 ədəd qızıl qadın üzüyünü və 400 manat dəyərində 583 əyarlı, 09 qram çəkidə olan 01 ədəd qızıl kişi üzüyünü və daha sonra həmin otağa daxil olarkən sağ tərəfdə divara söykənmiş vəziyyətdə olan paltar dolabında olan 2500 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Mayil Əliyevə ümumilikdə 7800 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrində X5 icarə əsasında yaşadığı Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Bağlar Massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə açıq vəziyyətdə olan giriş qapısından qanunsuz olaraq daxil olub, evin yataq otağındakı yataq dəsti ilə pəncərənin arasında olan qızıl-zinət əşyaları və pul qoyulan qutudan 1400 manat dəyərində 585 əyarlı, 08 qram çəkidə 01 ədəd qızıl boyunbağını, 900 manat dəyərində 585 əyarlı, 03 qram çəkidə 01 ədəd qızıl boyunbağını, 730 manat dəyərində 585 əyarlı, 07 qram çəkidə 01 ədəd qızıl qolbağı, 370 manat dəyərində 585 əyarlı, 4,5 qram çəkidə 01 ədəd qızıl qadın üzüyünü, 450 manat dəyərində 585 əyarlı, 08 qram çəkidə 01 ədəd qızıl qadın üzüyünü və 450 manat dəyərində 585 əyarlı, 07 qram çəkidə 01 ədəd qızıl kişi üzüyünü və ümumilikdə 2500 manat məbləğində nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Azər Səmiyevə ümumilikdə 6800 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumu Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxx 2020-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi A.ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə açıq vəziyyətdə olan giriş qapısından qanunsuz olaraq daxil olub, qonaq otağında yerləşən güzgülü dolabın (termonun) birinci rəfində olan qara rəngli qadın pul kisəsindən 1070 manat nağd pulu, 480 manat dəyərində 583 əyarlı, 05 qram çəkidə qızıl qadın üzüyünü, 380 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə 01 ədəd qızıl qadın üzyünü, 380 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə 01 ədəd qızıl qadın üzüyünü, 900 manat dəyərində 583 əyarlı, 08 qram çəkidə 01 ədəd briliyant qaşlı qızıl qadın üzüyünü, 350 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə qızıl kişi üzüyünü, 300 manat dəyərində 583 əyarlı, 03 qram çəkidə 01 cüt qızıl uşaq sırğasını, 300 manat dəyərində 583 əyarlı, 03 qram çəkidə 01 cüt qızıl uşaq sırğasını, üzərində 700 manat dəyərində 583 əyarlı, 08 qram çəkidə qızıl kloun olan 700 manat dəyərində 583 əyarlı, 06 qram çəkidə 01 ədəd qızıl qadın boyunbağısını, həmçinin həmin otağın sonunda sağ tərəfdə yerləşən paltar dolabında olan qara rəngli qadın pul kisəsindən 25 manat nağd pulu gizli olaraq, talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 5585 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cümaddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2013-cü il tarixdə xalası oğlu X8 ilə ailə həyatı qurmuş, İsmayıl ilə birgə qeyri-rəsmi evliliklərindən 2013-cü il təvəllüdlü X9 və 2014-cü il təvəllüdlü X6 adlı övladları olmuşdur. 2017-ci il tarixdə ailə problemlərinə görə İsmayıl Vəliyevlə ayrılmış, 2018-ci il tarixdə isə X11 ilə qeyri-rəsmi olaraq, ailə həyatı qurmuş, 2019-cu il tarixdə isə Fərid Məmmədovla birgə qeyri-rəsmi nikahlarından X14 dünyaya gəlmişdir. Bundan sonra isə həmin ildə Fərd ilə aralarında olan ailə problemlərinə görə ayrılmışdır. Şahid1 onun xalasıdır, onunla birlikdə ayrı-ayrılıqda və birlikdə dilənçiliklə məşğul olmuş və Biləcəri qəsəbəsində kirayə qalmışlar. Bakı şəhərinin ətrafında insanlar dilənçilərə köməklik etməkdə daha maraqlı olduqları üçün dilənmək üçün xx xxxxxx 2020-ci il tarixdə, günorta saatlarında tək halda yaşadığı evdən çıxaraq, metro ilə metronun “Koroğlu” stansiyasına, həmin yerdən isə halhazırda marşrut nömrəsini xatırlamadığı sənişin avtomobusu ilə Xəzər rayonu Zirə qəsəbəsinə gəlmiş, bir qədər həmin ərazidə diləndikdən sonra nəzir almaq üçün qəsəbədə olan bir həyət evinin həyətyanı sahəsinə daxil olmuş, ev yiyələrini səsləmiş, lakin səsinə cavab verən olmamışdır. Həmin evdən oğurluq etmək fikrinə düşmüş, ətrafda kənar şəxslərin olub-olmamasını və kiminsə onu görmədiyini dəqiqləşdirmək üçün bir qədər ətrafa baxmış, ətrafda kənar şəxslərin olmadığını dəqiqləşdirdikdən sonra evin giriş qapısının qarşısında açıq eyvanda olan qara rəngli kişi ayaqqabısının içərisindən evin giriş qapısının açarını götürmüş, daha sonra qapını açaraq, içəri dəhlizə daxil olmuşdur. Evin digər otaqlarında bir qədər axtarış aparmış, lakin hər hansı bir pul və ya qiymətli əşya tapmamış, sonra evin yataq otağına keçib üzbəüzdə yerləşən paltar dolabının qapısını açaraq paltarların arasına baxmış, oradan da hər hansı bir qiymətli əşya və ya pul tapmamış, axırda həmin otaqda olan yataq dəstinin qarşısındakı digər bir paltar dolabına baxmışdır. Dolabda paltarların üzərində olan qırmızı rəngli ürək formalı qab taparaq, həmin qabın qapağını açmış, qabın içərisindən bir ədəd üzük, bir ədəd sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbağ dəstini, bir ədəd kişi üzüyünü, iki ədəd qadın üzüyünü görmüş və həmin qızıl-zinət əşyalarını oğurlayaraq, əynində olan idman şalvarının sağ cibinə, qızıl qabını isə yerinə qoymuşdur. Daha sonra isə yataq otağının və evin giriş hissəsinin qapısını örtərək, evə giriş qapısını açarla bağlamış, açarı götürdüyü yerə, yəni qara rəngli kişi ayaqqabısının içərisinə qoymuş, bir daha ətrafa baxmış, ətrafda heç kimin olmadığını görüb dəqiqləşdirdikdən evin həyətyanı sahəsini tərk etmiş, daha sonra isə evin həyətyanı hissəsinin giriş qapısını örtərək yola çıxıb qəsəbə ərazisində olan avtobus dayanacağına gedərək avtobusla metronun “Koroğlu” stansiyasına gəlmiş, oradan isə metro və avtobusla evə getmişdir. Oğurladığı bir ədəd üzük, bir ədəd sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbağ dəstini, bir ədəd kişi üzüyünü və iki ədəd qadın üzüyünü Bakı şəhərində diləndiyi ərazilərdə tanımadığı və əlamətlərini bilmədiyi müxtəlif şəxslərə ümumilikdə altı yüz manata satmış, həmin şəxslərə satdığı qızılların oğurluq olması barədə hər hansı bir məlumat verməmiş, əldə etdiyi pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında dilənmək üçün yenə də yaşadığı evdən çıxmış, marşrut nömrəsini xatırlamadığı avtobuslarla Zirə qəsəbəsinə gəlmiş, bir qədər qəsəbə ərazisində diləndikdən sonra diləndiyi yerdə olan bir həyət evinin qarşısına gəlmiş, dilənmək üçün qapısı açıq olan həmin evə daxil olmuş, evin yiyəsini səsləmiş, lakin heç kim çağırışına səs verməmişdir. Həyətyanı sahədə olan evin giriş qapısının qarşısına gəlmiş, adətən həyət evlərində yaşayanlar açarı giriş qapısının ətrafına qoyduqları üçün qapının ətrafına, həmçinin həmin yerdə olan ayaqqabıların içinə baxmış, lakin açarı tapa bilməmişdir. Bundan sonra ayağının altında, giriş qapısının qarşısına sərilmiş vəziyyətdə olan palazın (xalçanın) altına baxarkən açar olduğunu görmüş, açarı götürüb qapını açmış və evin içərisinə daxil olmuşdur. İlk olaraq, mətbəxdə olan dolabın qapısını açmış və oradan qadın pul kisəsini tapmış, pul kisəsinin içərisində olan əlli manatı götürmüş, daha sonra pul kisəsini yerinə qoyub dolabın qapısını örtmüşdür. Sonra isə qonaq otağına daxil olmuş, sol tərəfdə olan qab-qaşıq dolabının içərisinə baxmış, qabların yanında üç yüz otuz manat pul, kristal (xurustal) qabın içərisindən isə bir ədəd kiçik uşaq sırğası və bir ədəd üzərində xatırlamadığı ad yazılmış qadın boyunbağısını götürmüşdür. Bir ədəd boyunbağı və bir cüt sırğanı əynindəki boz rəngli papaqlı donun sağ yan cibinə qoymuş, sonra yataq otağına keçib pul və ya hər hansı bir qiymətli əşya tapmaq üçün axtarmış, lakin heç nə tapmayaraq evi tərk etmişdir. Evin giriş qapısını götürdüyü açarla bağlayıb, giriş qapısının qarşısında olan palazın altına qoymuş, daha sonra isə həyətyanı qapıdan evi tərk edib, həmin evdən uzaqlaşmışdır. Bir qədər də qəsəbə ərazisində diləndikdən sonra isə marşrut nömrəsini xatırlamadığı sərnişin avtobusları ilə yaşadığı evə gəlmişdir. Oğurladığı bir ədəd kiçik uşaq sırğası və bir ədəd üzərində xatırlamadığı ad yazılmış qadın boyunbağısını iki yüz əlli səkkiz manata metronun “28 May” stansiyasının yaxınlığında tanımadığı müxtəlif şəxslərə satmış, həmin şəxslərə satdığı qızılların oğurluq olması barədə hər hansı bir məlumat verməmiş, oğurladığı qızıl-zinət əşyalarını satdıqdan sonra əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında dilənmək üçün tək halda yaşadığı evdən çıxaraq, avtobuslarla Zirə qəsəbəsinə adını sonradan bildiyi Südçülük sovxozuna gəlmiş, orada bir qədər dilənçilik etmiş, bir qədər də qəsəbə ərazisində diləndikdən sonra diləndiyi yerdəki köhnə tikili olan birmərtəbəli bir həyət evinin qarşısına gəlmişdir. Dilənmək üçün evə daxil olmuş, evin yiyəsini səsləmiş, lakin heç kim çağırışına səs verməmişdir. Bundan sonra evin giriş qapısını əli ilə tərpətdikdə giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Giriş qapısından içəri daxil olaraq, pul və ya hər hansı bir qiyməti əşya tapmaq üçün evin digər otaqlarını axtarmış, lakin heç nə tapmayaraq evin müxtəlif əşyalar yığılan arxa otağına daxil olmuş, həmin yerdə iki ədəd üst-üstə yerləşdirilmiş üzəri yaşıl və qırmızı rəngli müxtəlif bəzəklər olan sandıq görmüş, hər iki sandığın qapağı açıq vəziyyətdə olmuşdur. Üstdəki sandığa baxdıqda içinin boş olduğunu və içərisində heç bir qiymətli əşya və ya pulun olmadığını görmüş, buna görə də onu götürüb yerə qoymuşdur. Altdakı sandığın qapağını açaraq içərisinə baxdıqda, qara rəngli qadın pul kisəsi görmüşdür. Pul kisəsini götürüb, içərisini açıb baxarkən bir ədəd qızıl üzük və bir ədəd də qadın tros boyunbağısının olduğunu görmüş, bir ədəd qızıl üzük və bir ədəd də qadın tros boyunbağısını götürüb, əynində olan boz rəngli papaqlı donun sağ yan cibinə qoymuşdur. Daha sonra pul kisəsini yerinə qoyaraq sandığın qapağını bağlamış, evi isə daxil olduğu yerdən tərk etmiş, bundan sonra isə həyətyanı qapıdan çıxıb uzaqlaşmışdır. Bir qədər də qəsəbə ərazisində diləndikdən sonra isə sərnişin avtobusları ilə yaşadığı evə gəlmişdir. Oğurladığı bir ədəd qızıl üzük və bir ədəd də qadın tros boyunbağısını metronun “28 May” stansiyasının yaxınlığında tanımadığı bir qadına dörd yüz iyirmi beş manata satmış, həmin qadına satdığı qızılların oğurluq olması barədə hər hansı bir məlumat verməmiş, oğurladığı qızıl-zinət əşyalarını satdıqdan sonra əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, xx xxxx 2020-ci il tarixdə isə qohumu Şahid1 ilə birlikdə nəzir pulu yığmaq qərarına gəlmiş, metronun “Koroğlu” stansiyasına, oradan da sərnişin avtobusu ilə Binə qəsəbəsinə gələrək orada bir az diləndikdən sonra avtobusla Zirə qəsəbəsinə gəlmişdir. Zirə qəsəbəsində qapı-qapı gəzib dilənərək bir məhəlləyə gəlmiş, həmin yerdə olan evlərdən birinin dəmir darvazasının qapısını açmış, qapını açan zaman evin içərisindən tanımadığı oğlan bayıra çıxmış, ona nəzir pulu verməsini demiş, o isə pulunun olmadığını, qəbir üstünə getməsini, həmin yerdə pul olacağını demişdir. Həmin vaxt Nigar digər qonşunun qapısında pul dilənirmiş. Bundan sonra Nigarla yerdə oturub çörək yeyərkən qapısını döydüyü şəxs evin qapısını bağlayıb öz ailəsi ilə birlikdə avtomobilə minərək çıxıb getmiş, bunu gördükdə Nigara həmin evdə heç kimin olmadığını və evdən oğurluq etmələrini demişdir. Evin darvazasının yanına gəlib hasara qalxaraq həyətə tullanmış, içəri keçib dəmir darvazanın dəmir layını açaraq Nigarı içəri buraxmış, sonra isə darvazanı bağlamışdır. Qapısı açıq olan plastik qapıdan içəri keçərək aynabənd kimi yerə gəlmiş, həmin yerdə isə evin içərisinin bağlı olan taxta qapısı olmuşdur. Açarı axtarmağa başlamış, sağ tərəfdə olan mətbəxdəki asılqandan açarın asıldığını görmüşdür. Həmin açarı götürərək qapını açmış və içəri daxil olmuşlar. Onlar içəri daxil olan kimi o, sağ tərəfdə yerləşən yataq otağına keçib orada pul və qızıl-zinət əşyaları axtarmağa başlamış, Nigar isə ətrafı müşahidə etmək üçün otağın qapısının yanında dayanmışdır. Sağ tərəfdə olan paltar dolabının qapısını açmış, əlləri ilə həmin dolabda olan rəfin üzərindəki paltarların arasını axtarmış, həmin vaxt köhnə qadın pul kisəsini görmüş, pul kisəsini açaraq içərisinə baxmış və içərisində yüz manatlıq əskinaslardan ibarət ümumilikdə iki min beş yüz manat pul görmüş və həmin pulu götürmüşdür. Daha sonra yataq otağına giriş qapısının sol tərəfində olan güzgülü dolabın (termonun) birinci rəfini açmış, rəfdə qırmızı rəngli parça kisə görmüş, kisəni götürüb, içərisinə baxarkən qızılların olduğunu görmüş və həmin qızılları da götürərək oğurladığı pul kisəsinin içərisinə qoyub, evi tərk etmişdir. Evin giriş qapısının açarını bağlamış, açarı götürdüyü yerə, yəni dəhlizdə olan asılqana asmış, bundan sonra dəmir darvazanı açaraq bayıra çıxmış, darvazanın dəmir laylarının açıq qalmaması üçün örtmüş və həmin evdən piyada olaraq yolun qırağına gəlmişlər. Qeyd etdiklərindən başqa, özü evdən hər hansı bir pul və ya digər bir qiymətli əşya oğurlamamışdır. Dəqiq olaraq, Nigarın həmin evdən hansısa bir əşya götürübgötürməməsi barədə heç nə bilməmişdir, ola bilsin ki, Nigar həmin evdən pul və ya hər hansı bir qiymətli əşya götürmüş, lakin götürdüyü qızıl-zinət əşyalarının pulunu və ya digər pulu onunla bölüşdürmək məcburiyyətində qalacağı üçün ona deməmişdir. Bundan sonra, Nigara qəsəbə ərazisində dilənməsini və onunsa bir qədər işinin olduğunu demiş və Nigardan aralanıb Zirə qəsəbəsində Bağlar massivi deyilən yerə getmiş, orada da bir qədər tək halda dilənçilik etmişdir. Təxminən saat 15 radələrində dilənmək üçün qəsəbə ərazisində gəzərkən orada birmərtəbəli bir həyət evinə daxil olmuş, evin yiyəsini səsləmiş, lakin heç kim onun çağırışına səs verməmiş, bundan sonra evin giriş qapısını əli ilə tərpətmiş və açıq vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olaraq bir qədər axtarış aparmış, lakin hər hansı bir qiymətli əşya və ya pul tapa bilməmiş, bundan sonra isə evə giriş qapısı ilə üzbəüz olan otağın qapısını döymüş, heç kim çıxmadıqdan sonra qapının açıq olub-olmamasını dəqiqləşdirmək üçün tərpətmiş, həmin vaxt qapı açılmış və içəri daxil olmuşdur. Həmin otaq yataq otağı olmuşdur. Evə girərkən sol tərəfdəki divara söykənmiş vəziyyətdə olan yataq dəstinin üzərindəki döşəklərin arasını əlləri ilə axtarmış və həmin vaxt yataq dəsti ilə pəncərənin arasında əlamətlərini xatırlamadığı qutu görmüş, həmin qutunu açarkən içərisində iki min beş yüz manat pul, iki ədəd boyunbağı, bir ədəd qolbağ, iki ədəd qadın və bir ədəd kişi üzüyünün olduğunu görmüş, həmin qızıl-zinət əyalarını və pulu götürüb, əynində olan cins şalvarın sağ yan cibinə qoymuş, qızıl-zinət əşyalarını və pulu götürdüyü qabı döşəklərin arasına qoyaraq evi tərk etmişdir. Həmin evdən başqa heç bir qiymətli əşya və ya pul götürməmişdir. Oğurladığı iki ədəd boyunbağı, bir ədəd qolbaq, iki ədəd qadın və bir kişi üzüyünü metronun “20 Yanvar” stansiyasının yaxınlığında yeddi yüz altmış səkkiz manata tanımadığı bir qadına satmış, əldə etdiyi pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Oğurluğu Nigardan tək etməyinə səbəb daha çox pul qazanmaq istəyi olmuş, belə ki, bunu da Nigarla birlikdə etsəydi həmin pulu da Nigarla bölməli olacaqdı. Bundan sonra isə qəsəbə ərazisində Nigarla görüşmüş, daha sonra avtobusa minib Binə qəsəbəsinə, oradan da metronun “Koroğlu” stansiyasına gəlmiş, daha sonra isə metronun “Avtovağzal” stansiyasına, oradan da Biləcəriyə gəlmişlər. Evə gəlib həmin gün səhər saatlarında Nigarla birlikdə Zirə qəsəbəsi X23 deyilən yerdə yerləşən evdən oğurladıqları pulu saymış, pul yüz manatlıq əskinaslar formasında iki min beş yüz manat olmuşdur. Qızılzinət əşyalarını Bakı şəhəri ərazisində Nigarla birlikdə dilənçilik etdikləri yerlərdə əlamətlərini bilmədiyi və tanımadığı şəxslərə yadında qalmayan müxtəlif qiymətlərə sataraq, pulunu Nigarla yarıbayarı bölüşdürmüş, həmin şəxslərə satdıqları qızılların oğurluq olması barədə hər hansı bir məlumat verməmişlər. Biləcəridə yerləşən evin kirayə pulunu vermədikləri üçün ev yiyəsi onlara pulu vermələrini və evi tərk etmələrini bildirmiş, buna görə də, onlar iki min beş yüz manat puldan iki ayın pulunu, yəni üç yüz manat verib evdən çıxmışlar. Elə həmin gün Nigarla birlikdə “Kubinka” deyilən ərazidə iki otaqdan ibarət kirayə ev tutmuş və həmin evin kirayə pulu yüz səksən manat olmuşdur. Kirayə pulunun doxsan manatını o, doxsan manatını isə Nigar verirmiş, onlar həmin evdə 2020-ci ilin may ayına qədər qalmış, oğurladıqları pulu isə hissə-hissə istifadə etmişlər. Bundan bir müddət sonra, yəni xx xxx 2020-ci il tarixdə, səhər saat təxminən 07 radələrində Biləcəri qəsəbəsində yaşadıqları evdən Nigar ilə birlikdə dilənçilik etmək üçün çıxmışdır. 2019-cu ilin mart ayının 31-də oğlu Əlinin barmağı kəsildiyi üçün müalicəsinə pul lazım olduğundan, bu barədə Nigar ilə söhbət etmiş və yaşadıqları yerdən uzaq ərazidə dilənmək qərarına gələrək təxminən saat 10 radələrində Zirə qəsəbəsinə gəlib çıxmışlar. Orada iki saata qədər dilənçilik etmiş, təxminən saat 12 radələrində küçələrin birində Nigarla hasarın yanında olan daşın üstündə oturaraq, diləndikləri evlərdən aldıqları pomidor və çörəkdən yeməyə başlamışlar. Həmin vaxt darvazasının qapısı açıq olan bir həyət görmüş, dilənmək üçün həyətə daxil olub ev sahibini səsləmiş, lakin heç kim cavab verməmişdir. Bundan sonra evin qapısının açıq olduğunu görüb qapıya yaxınlaşmış, bir daha ev sahibini səsləyərək içəri baxmış və evdə heç kimin olmadığını görmüşdür. Bundan sonra evin ilk olaraq, qonaq otağına daxil olub dörd metr getmiş, sağ tərəfdə dolab görüb rəfini açmış, rəfdə qızıl-zinət əşyaları görmüş, lakin dəqiq olaraq, baxmadığı üçün həmin qızıl-zinət əşyalarının sayını bilməmişdir. Həmin qızılları götürərək əynində olan paltarın sol yan cibinə qoymuş, daha sonra həmin hissədə otağın sonunda sağ tərəfdə divara söykənmiş paltar dolabının qarşısına gəlmişdir. Dolabın qapısını açıb aşağı hissəsini əlləri ilə eşələyərkən xatırlamadığı əlamətlərdə olan pul kisəsi görmüş, həmin pul kisəsini açıb içərisinə baxarkən yüz on yeddi manat pul görmüşdür. Həmin pulu götürərək evin digər hissələrinə girmədən evi gəldiyi qaydada tərk etmişdir. Evin darvazasından çıxarkən bir nəfər oğlan darvazadan içəri daxil olmuş, onu görüb ondan nə istədiyini soruşmuş, o isə həmin şəxsə su istədiyini və ev sahibini çağırdığını, lakin heç kimin cavab vermədiyini bildirmişdir. Həmin oğlan evin özünə və ailə üzvlərinə məxsus olduğunu demişdir. Bundan sonra o, həyətdən çıxaraq Nigarla birlikdə oradan yerdən uzaqlaşmış, yolda olan zaman Nigara evdən qızıl və pul oğurladığını bildirmiş, Nigar ona saxlamasını evə çatdıqdan sonra bölüşdürmələrini demişdir. Həmin evdən bir qədər aralandıqdan sonra bir avtomobilin gəldiyini görüb ona əl etmiş, avtomobil saxladıqda sürücüdən onları avtobus yoluna kimi aparmağını xahiş etmiş, bundan sonra Nigar ilə birlikdə həmin avtomobilə minmiş, avtomobildə getdiyi zaman sürücüyə pul verəcəyini bildirib, onları Binə qəsəbəsinə aparmağını xahiş etmiş, bundan sonra həmin şəxs onları Binə qəsəbəsinə gətirmiş və Nigar maşından düşdükdən sonra avtomobilin sürücüsünə onları gətirdiyi üçün otuz manat pul vermişdir. Qeyd etdiyi avtomobildən düşdükdən sonra isə avtobusla evə getmişlər. Evə çatdıqdan sonra oğurladığı pulları Nigarla birlikdə saymış, həmin pulun səksən yeddi manat pul olduğunu və oğurladığı qızılların isə beş ədəd üzük, iki cüt sırğa və bir ədəd üzərində klonu olan qızıl boyunbağından ibarət olduğunu görmüş, oğurladığı puldan otuz manatda taksiyə verdiyini hesablamış və ona evdən ümumilikdə yüz on yeddi manat pul və beş ədəd üzük, iki cüt sırğa və bir ədəd üzərində klonu olan qızıl boyunbağı oğurlamağı məlum olmuşdur. Bundan sonra həmin qızıl-zinət əşyalarını 4-5 gün ərzində dilənmək üçün getdiyi bazarlarda tanımadığı şəxslərə satmış, həmin şəxslərə satdığı qızılların oğurluq olması barədə hər hansı bir məlumat verməmiş, əldə etdiyi pulları şəxsi tələbatları üçün xərcləmişdir. Törətdiyi əməlləri etiraf edir və peşmançılıq çəkir, maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəyə bilməmişdir. Himayəsində üç azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 20 radələrində evdən çıxarkən yataq otağında taxtın qarşısındakı dolabda olan qırmızı rəngli kvadrat qızıl qabının içərisindəki qızılları götürmək istəyərkən qızılların yerində olmadığını görmüşdür. Həmin qızılları xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan yerə qoymuş, lakin göstərilən müddət ərzində evdə hər hansı bir dağıntı, həmçinin kənar müdaxilə izləri aşkar etməmiş və evin giriş qapısının isə daxili qıfılının hadisədən əvvəl son 03 gün ərzində açılıbbağlanmasında narahatçılıq olmuşdur. Belə ki, evə hər hansı bir üsulla daxil olan istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs evin yataq otağında olan dolabdakı qızıl-zinət əşyalarını yığdığı kvadrat qırmızı rəngli qabdan 500 manat dəyərində 585 əyarlı, 03 qram çəkidə 01 ədəd qızıl üzük, 500 manat dəyərində 585 əyarlı, 03 qram çəkidə 01 cüt qızıl sırğa, 1000 manat dəyərində 585 əyarlı, 07 qram çəkidə 01 ədəd qızıl boyunbağı, 500 manat dəyərində 585 əyarlı 12 qram çəkidə 01 ədəd qızıl qolbağdan ibarət dəsti, 700 manat dəyərində 585 əyarlı, 07 qram çəkidə 01 ədəd qızıl kişi üzüyünü, 700 manat dəyərində 585 əyarlı, 07 qram çəkidə 01 ədəd qızıl qadın üzüyünü və 23 manat dəyərində 925 əyarlı, 06 qram çəkidə gümüş qadın üzüyünü oğurlamışdır. Beləliklə də, oğurluq nəticəsində ona ümumilikdə 3923 manat maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki,xx xxxx 2020-ci il tarixdə, saat 13 radələrindən həmin gün saat 14:30 radələrinədək olan müddət ərzində adı istintaq zamanı ona məlum olan Təqsirləndirilən şəxs evdə olmadıqları vaxt ona məxsus Zirə qəsəbəsi Yeni Sahədə yerləşən evə giriş qapısının qarşısında yerə sərilmiş palazın altında gizlətdikləri açar vasitəsilə qapını açıb qanunsuz daxil olaraq, mətbəxdə olan qab-qaşıq dolabındakı açıq qəhvəyi rəngli qadın pul kisəsindən 250 manat nağd pulu və yataq otağındakı termonun birinci rəfindən ona məxsus 130 manat nağd pulu, 450 manat dəyərində 583 əyarlı, ümumilikdə 05 qram çəkidə 01 ədəd üzərində “Afət” sözü yazılmış klonla birlikdə qızıl boyunbağını, 150 manat dəyərində, 583 əyarlı, 04 qram çəkidə 01 ədəd uşaq üçün qızıl sırğa dəstini oğurlayaraq aparmışdır. Bundan başqa yaşadığı evdən hər hansı bir əşya və ya pul oğurlanmamış, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 980 manat məbləğində ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X7 göstərdi ki,xx xxxx 2020-ci il tarixdə, təxminən saat 13 radələrində yaşadığı evin qapısını açıq qoyaraq qonşu ilə söhbət etmək üçün qonşuya getmiş və həmin gün 14 radələrində evə qayıtdıqdan sonra evin müxtəlif əşyalar yığılan otağında üzərində müxtəlif bəzəklər olan qırmızı rəngli, qapağı açıq vəziyyətdə olan sandığın qapısının açılmasından şübhələnərək sandığı açmış və həmin vaxt ona istintaq zamanı adı məlum olan Təqsirləndirilən şəxs adlı şəxsin ona məxsus olan 250 manat dəyərində 01 ədəd 583 əyarlı, 10 qram çəkidə qızıl tros boyunbağını və 950 manat dəyərində 01 ədəd 583 əyarlı, 6 qram çəkidə qızıl üzüyü gizli olaraq oğurlaması məlum olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1200 manat məbləğində maddi ziyan dəymiş və qeyd etdiklərindən başqa yaşadığı evdən hər hansı bir başqa əşya oğurlanmamışdır. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X21 göstərdi ki,xx xxxx 2020-ci il tarixdə, səhər saat 10 radələrində qara bayramla əlaqədar ailə üzvləri ilə birlikdə yaşadığı Zirə qəsəbəsində yerləşən qəbristanlığa getmiş, həmin tarixdə saat 11:50 radələrində evə qayıtdıqda isə evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Evin içərisinə daxil olduqda ona evdən oğurluq edilməsi məlum olmuşdur. Həmin vaxt yataq otağına daxil olan zaman sol tərəfdə yerləşən güzgülü dolabın (termonun) birinci rəfində qırmızı rəngli parça kisənin içərisində olan 1200 manat dəyərində, 583 əyarlı, 20 qram çəkidə 01 ədəd gül formalı qızıl qolbağın, 1000 manat dəyərində, 583 əyarlı, 20 qram çəkidə 01 ədəd böyük qızıl boyunbağının, 200 manat dəyərində 583 əyarlı, 05 qram çəkidə 01 ədəd kiçik qızıl boyunbağının, 01 komplektdə olan 300 manat dəyərində, 583 əyarlı, 04 qram 01 cüt qızıl sırğanın və 300 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə 01 ədəd üzüyün, 01 ədəd komplektdə olan 500 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə 01 cüt sırğanın və 300 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə olan 01 cüt sırğanın və 300 manat dəyərində 583 əyarlı, 02 qram çəkidə olan 01 ədəd üzüyün, 400 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə olan 01 ədəd qızıl qadın üzüyünün, 400 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə olan 01 ədəd qızıl qadın üzüyünün və 400 manat dəyərində 583 əyarlı, 09 qram çəkidə olan 01 ədəd qızıl kişi üzüyünün və daha sonra həmin otağa daxil olarkən sağ tərəfdə divara söykənmiş vəziyyətdə olan paltar dolabına baxarkən həmin yerdən isə 2500 manat nağd pulun oğurlandığı məlum olmuşdur. Qeyd etdiklərindən başqa yaşadığı evdən hər hansı bir qiymətli əşya və ya pul oğurlanmamış, baş vermiş oğurluq nəticəsində ümumilikdə konkret olaraq, ona 7500 manat maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X10 göstərdi ki,Zirə qəsəbəsi Bağlar Massivində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində evdə olmadıqları vaxt evinin açıq vəziyyətdə olan qapısından istintaq zamanı ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxsin evinə qanunsuz daxil olaraq, evin yataq otağındakı yataq dəsti ilə pəncərənin arasında olan qızıl-zinət əşyalarını və pulu qoyduqları qutudan 1400 manat dəyərində, 585 əyarlı, 08 qram çəkidə 01 ədəd qızıl boyunbağını, 900 manat dəyərində, 585 əyarlı, 03 qram çəkidə 01 ədəd qızıl boyunbağını, 730 manat dəyərində, 585 əyarlı, 07 qram çəkidə 01 ədəd qızıl qolbağı, 370 manat dəyərində, 585 əyarlı, 4,5 qram çəkidə 01 ədəd qızıl qadın üzüyünü, 450 manat dəyərində, 585 əyarlı, 08 qram çəkidə 01 ədəd qızıl qadın üzüyünü və 450 manat dəyərində, 585 əyarlı, 07 qram çəkidə 01 ədəd qızıl kişi üzüyünü və ümumilikdə 2500 manat məbləğində nağd pulu oğurlamışdır. Bundan başqa yaşadığı evdən hər hansı bir əşya və ya pul oğurlanmamış və baş vermiş hadisə nəticəsində ona ümumilikdə 6800 manat maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, xx xxx 2020-ci il tarixdə yaşadıqları Zirə qəsəbəsi A.Bakıxanov küçəsində yerləşən 188 nömrəli evdə olmuş, səhər təxminən saat 08 radələrində həyat yoldaşı ilə birlikdə qızının Zirə qəsəbəsində olan evinə getmişdir. Həmin vaxt oğlu Şahid2 evdə olmuş, lakin Rahib təxminən saat 11 radələrində evdən çıxaraq, mağazaya getmiş və 12:30 radələrində evə qayıtmışdır. Evə qayıdaraq həyətə daxil olarkən istintaq zamanı adları ona məlum olan Təqsirləndirilən şəxs və Şahid1 evin həyətində olduqlarını görmüş, həmin qadınlardan nə istədiklərini soruşduqda onlardan biri tualetə getmək istədiyini, digəri isə su istədiyini bildirmişdir. Rahib həmin vaxt evin qapısının bağlı olduğunu gördükdən sonra həmin qadınlara həyətdən çıxmalarını demiş, onlar həyətdən çıxdıqdan sonra bir qədər aralıda qara rəngli maşına minərək oradan uzaqlaşmışlar. Bundan sonra oğlu onlara bu barədə məlumat vermişdir. Təxminən saat 15 radələrində evinə gəldiyi zaman qonaq otağında olan güzlgülü dolabın (termonun) birinci rəfindən dolabın içərisindəki qara rəngli qadın pul kisəsindən 1070 manat nağd pulun, 480 manat dəyərində 583 əyarlı, 05 qram çəkidə qızıl qadın üzüyünün, 380 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə 01 ədəd qızıl qadın üzyünün, 380 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə başqa 01 ədəd qızıl qadın üzüyünün, 900 manat dəyərində 583 əyarlı, 08 qram çəkidə 01 ədəd brilyant qaşlı qızıl qadın üzüyünün, 350 manat dəyərində 583 əyarlı, 04 qram çəkidə qızıl kişi üzüyünün, 300 manat dəyərində 583 əyarlı, 03 qram çəkidə 01 cüt qızıl uşaq sırğasının, 300 manat dəyərində 583 əyarlı, 03 qram çəkidə 01 cüt qızıl uşaq sırğasının, üzərində 700 manat dəyərində, 583 əyarlı, 08 qram çəkidə qızıl kloun olan 700 manat dəyərində 583 əyarlı, 06 qram çəkidə 01 ədəd qızıl qadın boyunbağısının, həmçinin həmin otağın sonunda sağ tərəfdə yerləşən paltar dolabının içərisindəki qara rəngli qadın pul kisəsindən isə 25 manat pulun oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 5585 manat maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki,Zərərçəkmiş şəxs5 onun anasıdır. xx xxx 2020-ci il tarixdə yaşadıqları Zirə qəsəbəsi A.Bakıxanov küçəsində yerləşən 188 nömrəli evdə olmuş və səhər təxminən saat 08 radələrində anası atası ilə birlikdə bacısının Zirə qəsəbəsində olan evinə getmişlər. O, həmin vaxt evdə olmuş, təxminən saat 11 radələrində evdən çıxaraq mağazaya getmiş və 12:30 radələrində qayıtmışdır. Evin həyətinə daxil olanda iki nəfər naməlum qadının həyətdə olduğunu görmüş, həmin qadınlardan nə istədiklərini soruşduqda onlardan biri tualetə getmək istədiyini, digəri isə su istədiyini bildirmişdir. Həmin vaxt evin qapısının bağlı olduğunu gördükdən sonra onlara həyətdən çıxmalarını demiş və qadınlar həyətdən çıxdıqdan sonra bir qədər aralıda qara rəngli maşına minərək oradan uzaqlaşmışlar. Bundan sonra valideynlərinə bu barədə məlumat vermiş, təxminən saat 15 radələrində valideynləri evə gəldikdə evlərinin qonaq otağında olan dolabın içərisindəki pul kisəsindən qızıl-zinət əşyalarının, həmçinin pulun oğurlandığını aşkar etmişlər. Bundan sonra polisə oğurluq olması barədə məlumat vermişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, maddi vəziyyəti pis olduğundan, o, dilənçiliklə məşğul olub ailəsinə baxırmış. xx xxx 2020-ci il tarixdə səhər saat təxminən 07 radələrində Biləcəri qəsəbəsində yaşadıqları evdən xalası qızının qızı olan Sitarə ilə birlikdə dilənçilik etmək üçün çıxmış, yaşadıqları yerdən uzaq ərazidə dilənmək qərarına gəlib bir neçə avtobus dəyişərək Zirə qəsəbəsinə gəlib çıxmışlar. Təxminən saat 10 radələrində Zirə qəsəbəsinə çatmış, iki saata qədər dilənçilik etmiş, saat 12 radələrində küçələrin birində o, hasarın yanında olan daşın üstündə oturaraq, diləndikləri evlərdən aldıqları pomidor və çörəkdən yeməyə başlamışlar. Sitarə həmin vaxt darvazasının qapısı açıq olan bir həyət görüb dilənmək üçün həyətə daxil olmuşdur. Bir qədər sonra ev sahibi gəldiyi üçün Sitarə həyətdən çıxmış, onlar birlikdə bir qədər getdikdən sonra yoldan maşın saxladaraq, həmin maşınla Binə qəsəbəsinə, oradan da avtobusla yaşadıqları evə getmişlər. Bir müddət sonra polis əməkdaşları onları dilənçilik etdikləri zaman saxlayaraq, PB-nə aparmışlar. Həmin vaxt ona Sitarə ilə xx xxx 2020-ci il tarixdə girmiş olduqları evdən Sitarənin oğurluq etməsi məlum olmuşdur, lakin onun həmin oğurluq hadisəsi barəsində heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Mayil oğlunun elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, xx xxxx 2020-ci il tarixdə atası Mayil Əliyev ərizə ilə Xəzər RPİ 1-ci PŞ-nə müraciət edərək Zirə qəsəbəsi Yeni sahədə yerləşən fərdi yaşayış evindən 2500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmasını bildirmişdir. Belə ki, xx xxxx 2020-ci il tarixdə, saat 10 radələrində qara bayramla əlaqədar onlar birlikdə Zirə qəsəbəsində yerləşən qəbristanlığa getmişlər. Evdən bayıra çıxarkən bir nəfər arıq bədən quruluşlu qadın dəmir darvazalarının qapısını açaraq içəri boylanmış, həmin qadından nə lazım olduğunu soruşduqda qadın nəzir istəmiş, o isə pulunun olmadığını demiş və bundan sonra qadın qapıdan uzaqlaşmışdır. Bayıra çıxdıqda həmin qadının yanına bir kök bədən quruluşlu qadın da gəlmiş, o, bu qadınların qapılardan nəzir pulu yığdıqlarını fikirləşmiş və oğurluq baş verdikdən sonra da həmin qadınlardan şübhə etmişdir. İş materiallarından görünür ki, xx xxx 2020-ci il tarixdə iş üzrə Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş və bununla da, Təqsirləndirilən şəxs Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs5 məxsus Zirə qəsəbəsi A.ünvan 3 ünvanında yerləşən evin qonaq otağındakı dolablardan oğurluq etmələri faktı öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, xx xxx 2020-ci il tarixdə iş üzrə Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş və bununla da, Təqsirləndirilən şəxs Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi A.ünvan 3 ünvanında yerləşən evin qonaq otağında olan dolablardan oğurluq etmələri faktı öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, xx xxx 2020-ci il tarixdə iş üzrə Şahid2 ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Şahid1 üzünə qarşı demiş və bununla da, Şahid1 Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs5 məxsus Zirə qəsəbəsi A.ünvan 4 ünvanında yerləşən evin qonaq otağında olan dolablardan oğurluq etmələri faktı öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə iş üzrə Şahid3 Mayil oğlunun iştirakı ilə şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi istintaq hərəkəti keçirilmiş və istintaq hərəkəti zamanı Mayil Əliyev 04-cü sırada duran şəkildə olan qadını tanıdığını, həmin qadının yaşadıqları evin dəmir darvazalarının qapısını açaraq, içəri boylanıb, ondan nəzir istəyən qadın olduğunu və yaşadıqları evdən edilən oğurluq cinayətində həmin qadından şübhələndiyini bildirmişdir. İş materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Şahid3 Mayil oğlu ilə iş üzrə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş və bununla da Təqsirləndirilən şəxs Şahid1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020-ci il tarixdə, saat 10 radələrində zərərçəkmiş şəxs X12 yaşadığı Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi A.ünvan 3 ünvanında yerləşən evin qonaq otağında olan dolablardan pul və qızıl-zinət əşyalarını oğurlamaları faktı bir daha öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxsnun ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, İş üzrə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nə ərizə ilə müraciət edərək xx xxxx 2020-ci il tarixdə, saat 10 radələrində X13 məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi X16 yerləşən nömrəsiz fərdi yaşayış evindən və xx xxx 2020-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi A.ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qohumu Şahid1 ilə birlikdə oğurluq cinayətlərini törətmələrini səmimi olaraq etiraf etdiyini, lakin Azərbaycan Respublikası CPM-nin 20 və 91-ci maddələrində nəzərdə tutulan hüquqlarından istifadə edərək qohumu Şahid1 ilə üzləşmək istəmədiyini və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən, CM-nin həmin maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü X9, 2014-cü il təvəllüdlü X6 və 2019-cu il təvəllüdlü X14 adlı üç azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki,xx xxxxxxxx 1995-ciil təvəllüdlüTəqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla xeyli miqrarda maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cümaddələriilə tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cümaddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü X9, 2014-cü il təvəllüdlü X6 və 2019-cu il təvəllüdlü X14 adlı üç azyaşlı uşaq vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarının 28-ci bəndinə əsasən azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir. Azərbaycan Respublikası CM-nin 160.1-cı maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli orqanları üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunaraq barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçildiyinə və o, məhkəmə iclas zalından dərhal həbsə alındığına görə onun himayəsində olan 2013-cü il təvəllüdlü X9, 2014-cü il təvəllüdlü X6 və 2019-cu il təvəllüdlü X14 adlı üç azyaşlı uşaq Bakı şəhəri Xəzər rayon İcra hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilık komissiyasının himayəsinə verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxsnun CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cümaddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 70 iş saatına görə (ibtidai istintaq zamanı 50 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsbarəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsbarəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs himayəsində olan 2013-cü il təvəllüdlü X9, 2014-cü il təvəllüdlü X6 və 2019-cu il təvəllüdlü X14 adlı üç azyaşlı uşaq Bakı şəhəri Xəzər rayon İcra hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik komissiyasının himayəsinə verilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxsnun hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-316/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-316/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver