Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-316/2024 29.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Masallı rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Ərəblinski küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yekun protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, ev 14, mənzil 90-da evdə olan zaman saat təxminən 23-30 radələrində arvadı Zərərçəkmiş şəxs ilə evdə yaranmış mübahisə zamanı, münaqişə zəmnində Təqsirləndirilən şəxs Z.Bağırovanın boğaz nahiyyəsindən tutaraq onu, sağa-sola divara qəsdən vuraraq, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsəyin yumşaq toxumalarının əzilməsi kimi qəsdən sağlamlığına “yüngül” zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ay müddətdir ki, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Bu muddət ərzində ailə daxilində arasıra münaqişələri olmuş, lakin ona xəsarət yetirməmişdir. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Zəhra Buzovna qəsəbəsində yaşayan anasının evində olan zaman axşam saatlarında o, həmin ünvana getmiş və onun nə üçün telefon zənglərinə cavab vermədiyini soruşmuşdur. Həmin vaxt aralarında yaranan münaqişə zamanı Zərərçəkmiş şəxs əllərindən tutaraq sakitləşdirməyə çalışmış və sakitləşmədiyini görərək boğaz nahiyyəsindən tutmuşdur. Daha sonra sifət nahiyyəsindən sillə ilə vurmuş, həmin ünvanı tərk edərək getmişdir. Aralarında baş verən münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə baş verən zaman digər otaqda qaynanası Narxanım olmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 5 ay müddətdir ki, Təqsirləndirilən şəxs oglu ilə qeyri-rəsmi olaraq ailəlidir. Müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs onu vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, ev 14, mənzil 90-da anasının evində olan zaman heç bir səbəb olmadan Təqsirləndirilən şəxs münaqişə yaradaraq boğaz nahiyyəsindən tutaraq onu, sağa-sola divara vuraraq bədəninin muxtəlif nahiyyələrinə xəsarət yetirmişdir. Aralarında hadisə baş verən zaman digər otaqda anası Narxanım olmuşdur. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid qız ıməhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminən 5-6 ay olar ki, qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Lakin, buna baxmayaraq onlar ailə həyatı quraraq bir yerdə yaşasalarda rəsmi nigahları olmamışdır. Ona gorə ki, Təqsirləndirilən şəxs rəsmi nigaha düşəcəyinə söz versə də əməl etməmişdir. Zərərçəkmiş şəxs ailə həyatı qurduqdan sonra daim həyat yoldaşı Təqsirləndirilən şəxs səbəbsiz yerə onunla mubahisələr edərək doöyməsindən şikayətlənmiş, Zəhra bu səbəbdəndə onlara gəlmişdir. xx.xx.2023-cü il tarixdə qızı Zəhra onlarda olan zaman həyat yoldaşı Təqsirləndirilən şəxs də onların yaşadığı ünvana gəlmişdir. Saat təxminən 23:20 radələrində digər otaqdan mübahisə səsi gəldiyini eşitmiş, lakin müdaxilə etməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs çıxıb getdikdən sonra qızı Zərərçəkmiş şəxs ona bildirmişdir ki, yenə də həmişə olduğu kimi Abasət heç bir səbəb olmadan onunla mübahisə edərək xəsarət yetmişdir. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 27 dekabr 2023cü il tarixli, 1542 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən üzərində aşkar edilmiş xəsarət - ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsəyın yumuşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və saglamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu "yüngül" dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən xx.xx.2001-ci il tarixdə Masallı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının təhqiqat zamanı müdafiə edilməsinə görə sərf etdiyi 01 saata görə 06 (altı) manat, Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X3 və Müdafiəçi ödənilməsi 08 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-316/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-316/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver