Məhkəmə qərarları › İş №1(003)-316/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-316/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-316/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ saat 10:55 X3 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, “Tamstore” mağazasında mühafizəçi işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Müslüm Maqomayev küçəsi döngə 1 ev 6-də qeydiyyatda olmaqla və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi evinin həyətində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə özünün Zərərçəkmiş şəxs aliment tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs həyətdən götürdüyü yaba ilə onu vuraraq xəsarətləndirməsinə etiraz olaraq o da qəsdən qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs həyətdə yerə atdığı yabanı götürüb həmin yaba ilə onu həmin evin həyətində qəsdən vuraraq Zərərçəkmiş şəxs sağ və sol saidin əzilmiş yarası ilə nəticələnən, həmçinin Zərərçəkmiş şəxs yabanı onun əlindən alıb yerə tulladıqdan sonra yerdən götürdüyü taxta parçası ilə sonuncunu qəsdən vuraraq sağ göz almasının ağlı qişasının qansızması, sol almacıq nahiyyəsinin, boyunun, sol dirsəyin, sağ kürəyin, bel nahiyyəsinin sıyrıqları, sağ kürəyin qançırı ilə nəticələnən və Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə ümumilikdə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdən etibarən Rasimlə ailə həyatı qurmuşlar. Həmin evlilikdən 2 övladları olmuşdur. Əvvəllər münasibətlər yaxşı olsa da, sonradan aralarındakı münasibətlər pisləşib və 2020-ci il tarixdə boşanmağa qərar vermişlər. Məhkəmə onların boşanmasına qərar vermiş, amma eyni evdə yaşamaq hüququ verildiyinə görə, o, məcburən Rasimlə eyni evdə yaşamağa davam etmişdir. Buna görə də, aralarında tez-tez mübahisələr baş vermişdir. Rasim evdən ona düşən payın bir hissəsini satmışdır. Satdıqca, həyətlərini hasara almışdır. Rasim aliment verəcəyi adı ilə öz payına düşən hissəni satsa da, ona alimentdən heç nə verməmişdir. Aliment tələb edəndə isə aralarında sözlə mübahisələr yaranmışdır. Sonuncu dəfə, xx.xx.2024-cü il tarixdə, səhər saat 08 radələrində o, işə gedərkən Rasim həyətdə qəsdən onunla mübahisə emişdir ki, o, işə geciksin. O isə reaksiya verəndə Rasim onu təhqir etməyə başlamışdır. Təhqirlərə dözməyərək o, Rasimə cavab qaytarmışdır. Beləcə aralarında dava başlamışdır. Ağacın dibində bir ədəd yaba olmuşdur. Rasim yabanı götürüb onun üzərinə gəlmiş və yaba ilə bədəninin qol nahiyəsinə və sinə nahiyəsinə iki dəfə zərbə vurmuşdur. O da ağrının təsirinə dözməyib müqavimət göstərmiş və yabanı Rasimin əlindən almışdır. Yaba ilə Rasimi qorxuya salaraq özündən uzaqlaşdırmışdır. Rasim yabadan qorxub arxaya çəkilsə də, söyüşlərə davam etmişdir. O isə oradan uzaqlaşıb işə getmişdir. Hazırda törətdiyi əməldən peşman olmasını və zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2006-cı ildən etibarən Natiqə ilə ailə həyatı qurmuşlar. Həmin evlilikdən 2 övladları vardır. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan aralarındakı münasibətlər pisləşməyə başlamış və 2020-ci ildə onlar boşanmağa qərar vermişlər. Məhkəmə onların boşanmasına qərar versə də, eyni evdə yaşamaq hüququ verildiyinə görə, o, məcburən Natiqə ilə eyni evdə yaşamağa davam etmişdir. Buna görə də aralarında tez-tez mübahisələr baş vermişdir. xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə keçən gecəni o, anasının evində qalmışdır. Səhər tezdən saat təxminən 08 radələrində o, birgə yaşadıqları ünvana gələrək azyaşlı oğlunu bərbərə aparmaq istəyəndə, Natiqə həyətdə yenə onunla mübahisə edərək onu hədələyib həyətin qarşısına çıxarmışdır. Sonra həyətdə ot üçün olan yabanı götürərək üstünə gələndə, yabanı əlindən alıb yerə tullamışdır. Lakin Natiqə yenidən əlinə yerdən taxta parçası alıb onun üzünə və bədəninin müxtəlif hissələrinə vurmuşdur. O, məsələnin böyüməməsi üçün oradan uzaqlaşıb getmiş və bu barədə DİN-nin 102 xidmətinə şikayət etmişdir. Lakin sonradan təkrar 102 xidmətinə zəng edərək şikayətinin olmamasını və polisin gəlməməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs ondan sonra DİN-nin 102 xidmətinə zəng edərək döyülməsi ilə bağlı şikayət etmişdir. Lakin bildirmişdir ki, o, Natiqəni döyməmiş və Natiqəyə hər hansı bir xəsarət yetirməmişdir. Lakin Təqsirləndirilən şəxs ona məxsus olan torpağın və evin satılmasına maneçilik yaratmışdır. Həmçinin Natiqə ona məxsus olan “Zil” markalı maşınına zədələr yetirmişdir. Həmçinin qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli 1134 nömrəli ekspert rəyində göstərilən sağ göz almasının ağlı qişasının qansızması, sol almacıq nahiyyəsinin, boyunun, sol dirsəyin, bel nahiyyəsinin sıyrıqları, sağ kürəyin qançırı kimi xəsarətləri Natiqə ona taxta parçası ilə yetirmişdir. Hazırda o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - məhkəmə-tibbi ekspertizası üzrə “MTE və PA Birliyinin” Xəzər rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1134 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ göz almasının ağlı qişasının qansızması, sol almacıq nahiyyəsinin, boyunun, sol dirsəyin, sağ kürəyin, bel nahiyyəsinin sıyrıqları, sağ kürəyin qançırı küt əşya (əşyalar); sağ və sol saidin əzilmiş yarası məhdud səthə malik əşya təsirindən törənmişlər. Qeyd olunan xəsarətlərdən sağ göz almasının ağlı qişasının qansızması, sol almacıq nahiyyəsinin, boyunun, sol dirsəyin, sağ kürəyin, bel nahiyyəsinin sıyrıqları, sağ kürəyin qançırı törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə; sağ kürəyin çəhrayı rəngli dəri sahələri sağalmış sıyrıq izləri olub törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 12- 14 gün əvvələ uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər, ayrı- ayrılıqda isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. - AR DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017- ci il tarixdə Xəzər Rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 127.1-ci maddəsinə əsasən 01 il 03 ay islah işləri-15% cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışdığı, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edilmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72.2-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmişə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmişə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxsnun böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə barəsində olan böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməlidir. İş üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 40.3, 43.1.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar