Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-317/2020 21.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Xəzər rayonu Buzovna qəsəbəsi İ.Bədirbəyli küçəsi ev 21-də qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Mövlan bağları nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan və ictimai qaydanın qorunması vəzifəsini yerinə yetirən şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 11 radələrində ünvan 1 ünvanında yerləşən Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında təhqiqatçı Nümayəndə2 xidməti otağında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan qəsdən təpiklə Zərərçəkmiş şəxs2 cinsiyət orqanından vurub ona ağrı sindromu ilə müşayiət olunan hər iki xayanın şişkinlik fonunda qançırı ilə nəticələnən sağlamlığın qısa müddətəpozulmasınasəbəbolansağlamlığına yüngül zərərvurmaya aid xəsarət, eləcə də ictimai qaydanın qorunması vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən sillə ilə vuraraq ona sol yanağın qançırı ilə nəticələnən və yetirldiyi anda sağlamlığa zərər vurmayan xəsarət yetirməklə, habelə 1-ci Polis Şöbəsinin iş rejiminin 20 dəqiqə pozulmasına səbəb olan hərəkətlər etməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs2 təxminən 4 ildir ki, tanıyır. Belə ki, Tural özünə məxsus nəqliyyat vasitəsi ilə onu sifarişi ilə lazım olan yerlərə aparmışdır. Bir müddət sonra onun Turalla münasibətləri yaxşılaşmış və onların ailəvi get-gəlləri yaranmışdır. Son vaxtlar Turalın hərəkətləri ona xoş gəlmədiyi üçün o, Turalla münasibətləri kəsmək qərarına gəlmişdir. Belə ki, Tural onun yanında olarkən söyüş söymüş və özünü yaxşı aparmamışdır. Həmçinin, o, Turalın dayısı oğlu Elnura həyətində tikinti işləri görməyi üçün 500 manat vermiş, lakin Elnur tikinti işlərini aparmadığı üçün həmin pulu Turaldan istəmişdi, çünki o, Elnuru Turalın vasitəsi ilə tanımışdır. Bundan sonra o, Tural barəsində şikayətlə Xəzər RPİ 1-ci PŞ-nə müraciət etmişdir. xx xxx 2020-ci il tarixdə 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Nümayəndə2 onu PŞ-nə dəvət etmiş, o, PŞ-nə İman müəllimin otağına getdikdə Turalı və Turalın dayısı oğlu Talehi İman müəllimin otağında görmüşdür. Turalı gördükdə Turalın onu təhqir edərək söyməyi yadına düşmüş, buna görə də özünü cilovlaya bilməyərək ayağı ilə Turalın bud nahiyəsinə bir dəfə təpiklə vurmuş, həmçinin Turalın üstünə qışqıraraq onun nömrəsini nə üçün başqa şəxslərə verdiyini soruşmuşdur. Onların səslərinə dəhlizdən polis əməkdaşları gələrək onları ayırmışlar. Hadisə zamanı orada o, Tural, Taleh və İman müəllim olmuşdur. Mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Həmin vaxt o, Talehə heç bir xəsarət yetirməmişdir. Lakin belə bir hadisənin baş verməsindən çox təəssüflənir, peşmançılıq çəkir. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir və hazırda onların ondan heç bir şikayəti yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Təqsirləndirilən şəxs 2018-ci ildən tanımışdır. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olduğundan, Dürdanə onun sərnişini olmuş və onlar tanış olmuşlar. Bir neçə dəfə Dürdanəni lazım olan yerlərə apardıqdan sonra onların aralarında yaxın münasibətlər olmuş və onlar dostlaşmışlar. Bundan bir müddət sonra onun Dürdanə ilə araları korlanmış və münasibətləri pisləşmişdir. Dürdanə səbəbsiz yerə onun guya onu söyüb təhqir etməyi barədə polisə şikayət etmişdir. xx xxx 2020-ci il tarixdə Dürdanənin onun barəsində yazdığı şikayət ərizəsi ilə əlaqədar Xəzər RPİ 1-ci PŞ-nin təhqiqatçısı Nümayəndə2 onu PŞ-nə dəvət etmişdir. O, dayısı oğlu Talehlə birlikdə xx xxx 2020-ci il tarixdə saat 11 radələrində PŞ-nin inzibati binasında İman müəllimin xidməti otağında stulda oturduğu vaxt Dürdanə otağa girmiş və qışqıraraq üstünə gəlib onun cinsiyyət orqanından təpiklə vurmuşdur. Bundan sonra Dürdanə sillə və yumruqla onun baş nahiyəsindən vurmuşdur. Səsə dəhlizdən polis əməkdaşları gələrək İman müəllimlə birlikdə Dürdanəni dəhlizə çıxarmışlar. Bundan sonra o, DİN 102 zəng mərkəzinə zəng vuraraq Dürdanə tərəfindən döyülməyi barədə məlumat vermişdir. Hadisə vaxtı o, xayalarından xəsarət almışdır. Həmin vaxt orada o, Taleh, İman müəllim və Dürdanə olmuşdur. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisədən sonra barışmışlar və hazırda münasibətləri normaldır, təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Zərərçəkmiş şəxs2 onun bibisi oğludur. Təqsirləndirilən şəxs o, Turalın vasitəsi ilə tanımışdır. Belə ki, o, Turalın yanında olarkən bir neçə dəfə Dürdanəni görmüşdür. Dürdanənin Tural barədə şikayət verməsi ilə bağlı Turalı Xəzər RPİ 1-ci PŞnə dəvət etmişlər. xx xxx 2020-ci il tarixdə Tural onunla birlikdə Xəzər RPİ 1-ci PŞ-nə getməyini ondan xahiş etmişdir. O, Tural ilə birlikdə təxminən saat 11 radələrində 1-ci PŞdə təhqiqatçı Nümayəndə2 xidməti otağında olduğu zaman Dürdanə içəriyə girmiş və stulda oturan Turalın cinsiyyət orqanından təpiklə bir zərbə vurmuşdur. Bundan sonra Dürdanə Turalın sifət nahiyəsindən sillə ilə vurmuş və o, Dürdanəni ayırmaq istəyərkən Dürdanə onun sifət nahiyəsindən sillə ilə, yumruqla isə başına vurmuşdur. Bu zaman otaqda olan İman müəllim və səslərinə gələn polis əməkdaşları Dürdanəni otaqdan bayıra çıxarmışlar. Bundan sonra o, DİN-nin 102 zəng mərkəzinə yığaraq döyülməyi barədə məlumat vermişdir. Hadisə zamanı orada o, Tural, İman müəllim və Dürdanə olmuşdur. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisədən sonra barışmışlar və hazırda münasibətləri normaldır, təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə1 göstərdi ki, şöbənin təhqiqatçısı polis mayoru Nümayəndə2 icraatında olan materialla bağlı qəbul etdiyi qərarı tərəflərə elan etmək üçün xx xxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 xidməti otağına dəvət etmişdir. Həmin gün saat 11 radələrində material üzrə digər tərəf Təqsirləndirilən şəxs Nümayəndə2 xidməti otağında səs-küy salaraq Zərərçəkmiş şəxs2 və onun dayısı oğlu Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirmiş və bu hərəkətləri ilə şöbənin gündəlik iş rejiminə maneçilik yaradaraq təxminən 20 dəqiqə ərzində iş ahəngini pozmuşdur. Baş vermiş hadisə ilə bağlı şöbənin təhqiqatçısı Nümayəndə2 raportla şöbə rəisinə məruzə etmişdir. Hadisə təxminən 20 dəqiqə davam etmişdir. Hadisədən sonra barışmışlar və onlara dəymiş ziyan ödənilmişdir, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Nümayəndə2 göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 barəsində yazdığı şıkayət ərizəsi ilə əlaqədar icraatında olan materialla bağlı xx xxx 2020-ci il tarixdə tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. xx xxx 2020-ci il tarixdə həmin qərarın surətini götürmək üçün Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs1 ilə birlikdə gələrək 1-ci PŞ-nin inzibati binasında onun xidməti otağında əyləşmişlər. O, Zərərçəkmiş şəxs2 qəbul edilmiş qərarın surətini verərək onun verdiyi sualları cavablandırarkən şöbənin dəhlizindən Təqsirləndirilən şəxs uca səslə qəbul edilmiş qərardan narazı halda qışqırtısını eşitmişdir. Dəhlizə çıxaraq Təqsirləndirilən şəxs hüquqlarını izah etmək istəyərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onun xidməti otağında görmüş və içəri daxil olub qəflətən Turalın cinsiyyət orqanından təpiklə, sillə ilə isə sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt orada olan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, lakin Dürdanə Talehi də sillə ilə vurmuşdur. Səs-küyə dəhlizdən polis əməkdaşları gəlmiş və onların köməkliyi ilə Təqsirləndirilən şəxs dəhlizə çıxararaq sakitləşdirmişlər. Baş vermiş hadisəni o, raportla şöbə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs şöbədə səs-küy salaraq xulqanlıq etməsi nəticəsində şöbənin iş ahəngi təxminən 20 dəqiqə ərzində pozulmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, onlar istintaq zamanı verdikləri ifadələrini bir-birlərinin üzünə deyərək həmin xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, onlar istintaq zamanı verdikləri ifadələrini bir-birlərinin üzünə deyərək həmin xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı xx xxx 2020-ci il tarixli məhkəmə-tibbi ekspertin 478 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət-ağrı sindromu ilə müşayiət olunan hər iki xayaların şişkinlik fonunda qançırı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx xxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı xx xxx 2020-ci il tarixli məhkəmə-tibbi ekspertin 479 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarət - sol yanağın qançırı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx xxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilmir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlarla barışıq əldə edərək dəymiş ziyanı ödəmişdir, hazırda onların Dürdanədən heç bir şikayəti və ya digər tələbi yoxdur, barışmalarının nəzərə alınaraq Dürdanə Xəlilovaya yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2009-cu il təvəllüdlü X1 adlı yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışının əvvəlində özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlini məhkəmə istintaqının sonunda etiraf edərək peşmançılıq çəkməsini bildirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya tələblərinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnun cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq həmçinin hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnun dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili MüdafiəçiDövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxsnun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxsnun hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-317/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-317/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver