Məhkəmə qərarları › İş №1(003)-317/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-317/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-317/2023 24.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində nömrəsiz fərdi bağ evində yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-580/2022 saylı 12 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 10 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək 2 (iki) gün həbsdə olduğu müddət nəzərə alınmış – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 iyul 2022-ci il tarixdə saat 05:30-da ünvan 1 ünvanının yaxınlında park edilmiş, Zərərçəkmiş şəxs məxsus olan “Wolksvagen Passat” markalı, **-VM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ qabaq qapısının şüşəsinin açıq olmasından istifadə edərək avtomobilin salonundan Zərərçəkmiş şəxs məxsus içərisində balanslarında pul olmayan “PashaBank”a aid **********116714 nömrəli, “Bank Respublika”ya aid **********412276 nömrəli, “Kapital Bank”a aid **********698775 nömrəli, “Leo bank”a aid **********923469 nömrəli bank kartlar olan 50 manat dəyərindəki pul kisəsini və 1.000 manat dəyərində “Apple ” markalı “İphone 11 pro” modelli mobil telefonunu gizli yolla talayıb Zərərçəkmiş şəxs 1050 manat ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 dekabr 2022-ci il tarixdə saat 06:28 radələrində "xxxx" MMCyə məxsus Bakı şəhəri Binə qəsəbəsində yol kənarında yerləşən işıqlandırma üçün istifadə olunan dövlət və ictimai əhəmiyyətli elektrik xətti olan ümumi dəyəri 2150 manat olan 430 metr 4x6 ölçüdə mis naqil, ümumi dəyəri 240 manat olan 300 metr uzunluğunda 2x1,5 ölçüdə olan mis naqili gizli olaraq talamaqla "xxxx" MMC-yə 2390 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Yasamal rayonunda qanlı gölün yanında yerləşən qəbirstanlıqda fəhləçilik edir. xx.xx.2022-ci il tarixdə səhər saat 05:00-06:00 radələrində Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “ATV” telekanalının binasının yanındakı zibil qutularından atılmış zibil yığarkən qıraqda dayanan göy rəngli “Passat” markalı avtomobilin sağ yan qabaq şüşəsininn tamamilə açıq olduğunu görüb maşına yaxınlaşmışdır. Maşının içinə baxdıqda salonda “İphone 11 pro” markalı mobil telefon və kişi pul kisəsi olduğunu görmüşdür. Üzərində pulu olmadığı üçün və şüşə də açıq olduğu üçün o, əlini salıb telefon və pul kisəsini götürmüşdür. Həmin yerdən bir xeyli uzaqlaşıb telefona və pul kisəsinin içərisinə baxmışdır. Telefon sönülü vəziyyətdə olmuşdur. Pul kisəsinin içərisində isə 4 ədəd bank kartı olmuşdur. Bunlardan başqa pul kisəsinin içərisində heç bir şey olmamışdır. Şərifzadə küçəsində “Qəbələ” restoranının yaxınlığında olarkən pul kisəsindən kartları götürmüş və pul kisəsini həmin restoranın yaxınlığnda olan zibil qutularından birinin içərisinə tullamışdır. Təxminən bir saat ərzində gəzdikdən sonra “ATV”nin binasının yaxınlığına qayıtmışdır. Bir qədər müddət ərzində vaxtını keçirdikdən sonra telefon və kartları götürərək evə getmişdir. xx.xx.2022-ci il tarixdə X2 Qəbələ restoranının yaxınlığında olarkən əvvəldən tanıdığı Kamran adlı şəxsdən pul almaq üçün üzərində evdəkilərə məxsus “İphone 11 pro” markalı mobil telefonunolduğunu və onu girov qoyub 20-25 manat pul götürə bilib-bilməyəcəyini soruşmuşdur. Kamran telefonu girov qoyub pul götürə biləcəyini demişdir. O, Kamrandan 25 manat pulu götürüb özünə siqaret, su və sair şeylər almışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 06:30 radələrində Binə qəsəbəsi Mərdəkan şosesində yolun kənarında yolun işıqlandırılması üçün hasarın üzərindən çəkilmiş elektrik naqilləri kəsərək oğurlamış, daha sonra idarə etdiyi “Mersedes Sprinter” markalı 77- JD-498 dövlət qeydiyyat nişanlı avtomaşınına yerləşdirib Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında olan gölün kənarında həmin naqilləri yandırıb “20 Yanvar” metrostansiyasının yaxınlığında əlvan metal qəbulu yerində 120 manata satmışdır. İlk dəfə törətdiyi əməllərindən peşmandır, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş maddi ödəmişdir, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilən Nümayəndə göstərdi ki, xx.xx.2022-ci il tarixdə Bakı Aeroport yolunun Binə Körpüsündən yer üstü keçidi istiqamətində olan 430 metrlik hissəsinin işıqların yanmadığını aşkar etmişlər. Əraziyə baxış keçirən zaman qeyd edilən hissənin işıqlandırılması üçün çəkilmiş hasarın üzərində mis elektrik naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlunmasını aşkar etmişdir. Yolun işıqlandırılmasında ana xətt kimi ümumi dəyəri 2150 manat olan 430 metr 4x6 ölçüdə mis naqil, 240 manat dəyərində 300 metr uzunluğunda 2x1,5 ölçülərdə olan mis naqil oğurlanmışdır. Hadisə nəticəsində "xxxx" MMC-nə 2390 manat maddi ziyan dəymişdir. Həmin ziyan hazırda ödənilmişdir. Buna görə də onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri yoxdur. Bunun nəzərə alınaraq təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, o, 27 aprel 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində özünə məxsus “Wolksfagen Passat” markalı **-VM-*** dövlət qeydiyyat nişanllı avtomobili ilə yaşadığı ünvana gələrək avtomobili Şərifzadə küçəsində “ATV” telekanalının yaxınlığındakı zibil qabılarının yanında saxlayaraq evinə qalxmışdır. Səhər saat 09:30 radələrində işə getmək üçün evdən çıxıb maşına gəldikdə avtomobilinin sağ yan şüşəsini açıq vəziyyətdə unutduğunu görmüşdür. Avtomobilə əyləşdikdə avtomobilin salonunda ötürücünün yanına qoyduğu qəhvəyi rəngli pul kisəsinin və qutusunda qoyduğu “İphone 11 Pro” markalı mobil telefonunun yerində olmadığını görmüşdür. “İphone 11 Pro” markalı mobil telefonunun qutusunun içərisində yalnız “11 Pro” markalı mobil telefon olmuşdur, başqa heç bir şey olmamışdır. Pul kisəsinin içərisində isə balanslarında pul olmayan 01 ədəd üzərində Telman Hajıyev yazılan **********116714 nömrəli “Pasha Bank”a məxsus, 01 ədəd üzərində Telman Hajıyev yazılan **********412276 nömrəli “Bank Respublika”ya məxsus, 01 ədəd üzərində Elnara Mammadzada yazılan **********698775 nömrəli “Kapital Bank”a məxsus, 01 ədəd **********923469 nömrəli “Leobank”a məxsus bank kartı olmuşdur. Oğurlanmış markası yadında olmayan tünd qəhvəyi rəngli pul kisəsinin dəyəri 50 manat olmuşdur. Oğurlanmış mobil telefonunu 2020-ci ilin sonlarında 1250 manata almışdır. Həmin mobil telefon oğurlandığı vaxt 1.000 manat dəyərində olmuşdur. Ona ümumi 1050 manat ziyan dəymişdir. Hadisədən sonra avtomobilinin salonunu təmizləyərkən otururacağın altından möhürü və şəxsiyyət vəsiqəsini tapmışdır. Hal-hazırda hadisə nəticəsində ona dəymiş zərər tam olaraq ödənmişdir. Bu səbəbdən heç bir kəsdən şikayəti tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6135 nömrəli xx.xx.2022-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 64 GB yaddaş tutumlu, “İphone 11 Pro” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 1000,00 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarında olan 16 dekabr 2022-ci il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan **********481034 imei kodlu “İphone 11 Pro” markalı mobil telefonu və 1 ədəd “Bank Respublika”ya, 1 ədəd “Pasha Bank”a, 1 ədəd “Kapital Bank”a və 1 ədəd “Leobank”a məxsus debet kartlarını təhvil almışdır. İş materiallarında olan və 27 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış Ərizədən ğörünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlləri etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışaraq maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-580/2022 saylı 12 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 10 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək 2 (iki) gün həbsdə olduğu müddət nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, X1 10 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün və 12 dekabr 2022-ci il tarixdən 24 avqust 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 8 (səkkiz) ay 12 (on iki) gün, cəmi 8 (səkkiz) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması saxlanılmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində nömrəsiz fərdi bağ evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 55 iş saatına görə (40 saat ibtidai istintaq zamanı və 15 saat məhkəmə baxışı zamanı) ümumilikdə 330,00 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün və 12 dekabr 2022-ci il tarixdən 30 mart 2023cü il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində nömrəsiz fərdi bağ evi ünvanını hər gün gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə ümumilikdə 330,00 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar