Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-318/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxslər X1, X9, X4, X10 və X6, Xüsusi ittiham qaydasında şikayət verən şəxslər X4, X1 və X10 nümayəndəsi və vəkili Müdafiəçi2, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X12 və onun nümayəndəsi və vəkili Müdafiəçi1 iştirakları ilə X1, X9, X4, X10, X2, X7 və X6 X12 barəsində vermiş olduqları xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5, X17, X11, X18, X8, X13 və X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyası həddində cəzalandırılmasını xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət verən şəxslər şikayəti onunla əsaslandırmışlar ki, X3 nümayiş olunan resurslarda (“ÿoutube“da, internet xəbər portallarında, “facebook” sosial şəbəkəsində) barələrində böhtan xarakterli, qərəzli, videogörüntülərlə çıxış, müraciətlər etmiş, şərəf va ləyaqətlərini nalayiq formada alçaltmışdır. Belə ki, X19 2022-ci ilin may ayinda, internetdə “youtube”da videomüraciət yayımlayaraq Azərbaycan Respublikasinin ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslərə böhtan atmiş, təhqirlərə yol vermişdir. https://youtu.be/uuqsLVMflS690https:'^İTl.lùcebook.cont/stoi’j .php?siory fbid=5ó**********609& id=1 ********* 71005 Videogörüntünün (videodisk əlavə olunur ) 6-cı dəqiqəsindən başlayaraq Abid Qafarov birdən-birə Qazilərə səslənir: “...qazilərə də səslənirəm ermənilərin üstünə qorxmadan getdiyinizi iddia edirsiniz! ? hanı? ...sizi adam yerinə qoymurlar ... biri ağzını tikir, biri benzin tökür üstünə yandırır... diktə ilə ortaya gələn cəsarət cəsarət ola bilmaz. Bunun bir adı var mütilik... müti! qurtardı. Cəsarət o vaxt cəsarətdir ki, zalım padşah istəməyəndə sən cəsarət göstərəsən...” “...bu gün bura yığışanların hər biri cəsarət nümunəsidir... çünki haqqı müdafiə edirlər... sən hardasan? Sən yoxsan!... sonra sənə qəribə gəlir ki, niyə mənə dovşan, niyə mənə çaqqal deyə münasibət bəsləyirlər...” kimi məlumatlar yayibdir. Barəsində şikayət verilən şəxs X19 qəsdən və bilərəkdən barələrində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətlərini ləkələyən, nüfuzdan salan məlumatları kütləvi nümayiş olunan elektron vasitələrdə qorxaq, müti (itaət edən, hər şeyə boyun əyən, qul) adlandıraraq nalayiq formada alçaltmaqla Azarbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Bu gün bütün dünya 44 günlük Vətən Müharibəsindən, qəhrəmanlığımızdan danışdıqları, əsgərlərimizin necə ürəklə irəli getdiklərini, ölümün gözünə dik baxdıqlarını, vuruşduqlarini söylədikləri bir vaxtda, habelə ölkə üzrə bir nəfər belə fərarimiz olmadiği halda Abid Qafarovun onların uğurlarına, qəhrəmanlıqlarına kölgə salması, onları qorxaq, qul adlandırması, cəsarətsiz, əmr ilə döyüşdüklərini qeyd edib bunun yanlış olmasını önə çəkib qanunazidd hərəkətlər etmişdir. Hesab edirlər ki, barəsində şikayət etdikləri Abid Qafarovun şəxsiyyəti cəmiyyət üçün yüksək təhlükə törətdiyindən onun barəsində qanunlarımızla nəzərdə tutulmuş ciddi tədbir görülməlidir. Artiq haqlarında qanunsuz çıxışlar edən şəxslərdən bezmișlər. Onların adlarından fikirlər səsləndirən, arxalarınca danışan, narahatçılığa əsas yaradan, böhtan dolu çıxışlar edən şəxslərə bir şey deyilməlidir. Əks təqdirdə onları hər gün bir nəfər təhqir edəcək, cəmiyyətdə nüfuzdan salacaqdır. Ana qanunumuz olan Konstitusiyada göstərilmişdir ki, Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında qeyd olunmuşdur ki, Azərbaycan xalqının niyyətlərindən biri Azarbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqdır. Onlar uzun müddət Vətən Müharibəsinin başlanması anını gözləmişlər və öz anını gözləmişlər və öz istəkləri ilə silaha sarılmışlar, Vətənə olan borclarını yerinə yetirmişlər. Onlara böhtan atan şəxs(lər) Vətənimiz üçün hansı işlər görüb? Barəsində şikayət etdikləri Abid Qafarovun hərəkətləri həm də, uzun müddət təşəkkül tapan qanunlarımızın, adət-ənənələrimizin inkar edilməsidir. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf va ləyaqətini müdafiə etmak hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şəxsi ləkələyən məlumatı yaymış şəxs həmin məlumatın doğruluğunu sübut etməzsə, məlumat təkzib edilir və onu yaymış şəxsin məsuliyyəti yaranır. Qanunvericiliyin tələbinə əsasən şəxsin şərəf va ləyaqətini ləkələyən, şəxsi və ya ailə həyatının sirrini, şəxsi toxunulmazlığını pozan məlumatların yayılması ciddi qanun pozuntusudur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə göra ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi va əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə göra tutduğu mövqe başa düşülür. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayatə təhqir va ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet infornıasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. “Youtube” informasiya ehtiyatının hüquqi ünvanı Azarbaycan Respublikasından kənarda, xaricdə qeydiyyata alındığına görə barəsində şikayət verdikləri Abid Qafarovun müsahibəsinə görə o, şəxsən özü məsuliyyət daşımalıdır. “Facebook”, “Youtube” informasiya ehtiyatında çıxış etdiyi andan Abid Qafarovun cinayət əməli başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və l48-ci maddələrinə göstərilən cinayət üzrə cinayət təqibi xüsusi ittiham qaydasinda zərərçəkmiş şaxsin şikayəti əsasında həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37, 204, 293-cü maddələrini rəhbər tutaraq, 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldirım küçəsi 73-də qeydiyyatda olan və yaşayan X12 Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 147.İ və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, X12 Azərbaycan Respublikasi CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinib 06 (alti) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasi CM-nin 148-ci maddəsi ilə isə 06 (alti) ay müddətə azadlıqdan məhrum etmə cəzasina məhkum edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası tam toplanılma yolu ilə üzərində qəti cəza – 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin həbs edildiyi gündən hesablanması, yayılmış məlumatlar barədə təkzib verilməsi və internet informasiya ehtiyatlarından silinməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxslər X5, X18 və onların nümayəndəsi və vəkili Müdafiəçi2 şikayətin məhkəmə icraatına qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxslər X11 və X14 ərizə ilə məhkəməyə müraciət edərək şikayətlərindən imtina etdiklərini bildirdilər. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X17 xüsusi ittiham qaydasında barəsində şikayət verilən X12 onların barələrində yaydığı məlumatlar barədə təkzib verəcəyi və internet informasiya ehtiyatlarından siləcəyi təqdirdə şikayətindən imtina edəcəyini bildirdi. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X13 məhkəməyə ərizə göndərərək şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında barəsində şikayət verilən X19 və onun nümayəndəsi və vəkili Müdafiəçi1 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında müəyyən edildi ki, X19 həmin çıxışı 2022-ci ilin may ayinın 27də Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Əli Əliyevin məhkəməsi keçirildikdən sonra adı çəkilən məhkəmənin inzibati binasının qarşısında etmiş və orada iştirak edənlər videoçəkiliş apararaq Abid Qafarovun çıxışını sonradan “ÿoutube“da, internet xəbər portallında, “facebook” sosial şəbəkəsində yaymış, sonradan o da öz çıxışını “ÿoutube“da və digər internet xəbər portallarında yaymışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Məhkəmə qeyd edir ki, 27 may 2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qarşısında həmin çıxışı etdiyi andan Abid Qafarovun əməli başa çatmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hüquqi ünvanı ünvan 2PM-in 302.1.1ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X12 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 və qeyriləri tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 293, 298-300, 302.1.1, 302.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 və qeyriləri tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-318/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-318/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver