Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-318/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, ali təhsilli, “Sokar Petrol”-da mühafizəçi işləyən, Bakı şəhəri Nizami rayonu Babək 85A mənzil 31-də qeydiyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yasamal qəsəbəsində yerləşən “İST petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında əvvələr qeyri-rəsmi ər-arvad münasibətləri saxladığı Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomaşının içərisində digər şəxslə birlikdə hərəkətdə olduğunu bilib arxadan izləməklə ona çatıb avtomobili dayandırtdıraraq qısqanclıq zəmnində Zərərçəkmiş şəxs ilə mübahisə yaradıb avtomobildəki şəxs düşüb getdikdən sonra Zərərçəkmiş şəxs ilə birlikdə münasibətlərinə aydınlıq gətirmələri üçün Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Dükkan” restoranında səhər yeməyi yeyib oradan birlikdə çıxdıqdan sonra özü idarə etdiyi “CHEVROLET KOBALT” markalı **-YN-*** dövlət nömrə nişanlı avtomaşın ilə Zərərçəkmiş şəxs ilə birlikdə 10 fevral 2025-ci il tarixdə saat 10:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Arzu” restoranının yaxınlığında hərəkətdə olduqları vaxt Zərərçəkmiş şəxs ondan tamam aralanması tələbi ilə bağlı qısqanclıq zəminində aralarında şəxsi münasibətlərin pozulması ilə bağlı yenidən yaratdığı mübahisəyə etiraz əlaməti olaraq o, həmin avtomabilin salonunda qəsdən qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi istintaqla müəyyənləşdirilməsi münkün olmayan kəsici təsirə malik bıçaqla Zərərçəkmiş şəxs sağ əl nahiyyəsindən ani olaraq qəflətən bir dəfə vuraraq ona sağ əlin kəsilmiş yarası ilə nəticələnən Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığına yüngül dərəcəli zərəvurmaya aid bədən xəsarəti yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, zərərçəkmiş şəxslə aralarında mehriban münasibətləri olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 03:00 radələrində o, “TİK-TOK” sosial şəbəkəsində Aydanın canlı yayımda olduğunu görmüşdür. Həmin vaxtı o, “Ağa” deyə çağırdıqları, Mirqasım adlı dostunun avtomobilində olmuşdur. Aydanın yerini təxmin etdiyindən dostuna həmin yerə sürmüyini xahiş etmişdir. Beləliklə dostunun maşını ilə Yasamal rayonunda yerləşən “İST petrol” yanacaqdoldurma məntəqəsinin yanına gəlmişlər. Həmin vaxtı Aydan da öz maşını ilə orda olmuş və onlar maşınlarını saxlamışlar. Maşından düşərək Aydanın maşınının yanına gəlmiş və həmin vaxtı qabaqda tanımadığı oğlanın oturduğunu görmüşdür. Sonra həmin şəxs maşından düşərək getmiş, o, isə Aydan tərəfə keçərək qapını açmağa çalışmışdır. Bu zaman Aydan maşını sürərək getmiş və o, yerə yıxılmışdır. Aydan onun yıxıldığını görüb maşını saxlamışdır. Yol magisıral yol olduğundan və ətrafdan çoxlu maşınlar keçdiyindən o, Aydandan xaiş etmişdir ki, ordan çıxıb adam az olan yerə getsinlər. Sonra o, tanışı Ağanın maşını ilə, Aydanda öz maşını ilə “Nəlbəki” restoranına getmişlər. Onlar Aydan ilə saat 07:00 radələrinə kimi “Nəlbəki” restoranında olmuşlar. Dostu Ağa isə bir müddətdən sonra çıxıb getmişdir. Daha sonra səhər yeməyi yeməkdən öyrü onun icarəyə götürdüyü “Chevrolet Cobalt” markalı nəqliyyat vasitəsi ilə Aydanla birlikdə Mərdəkan qəsəbəsində yerləşən “Dükkan” retoranına gəlmişlər. Daha sonra səhər yeməyi yeyib saat təxminən 10:00 radələrində restorandan çıxmışlar. Yolda olan zaman aralarında Aydanla yenə narazılıq yaranmağa başlamışdır. Əsəbləşdiyindən o, Aydanın sifət nahiyyəsindən əli ilə bir dəfə şillə vurmuşdur. Nəqliyyat vasitəsini “Arzu” şadlıq sarayının yanından dəniz yoluna dönən yola tərəf fırladıb saxlamışdır. Sonra o, nəqliyyat vasitəsindən yerə düşüb sakitləşmişdir, Aydan isə maşında idi. Təxminən 1-2 dəqiqədən sonra o, nəqliyyat vasitəsini geri döndərib Aydan ilə yenidən “Nəlbəki” restoranına qayıtmışlar. O, Aydanının maşınına minib sonuncu ilə bir az söhbət etdikdən sonra Aydana 100 manat pul verib evlərinə yola salmışdır. Daha sonra həmin gün polis əməkdaşları tərəfindən Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət edilmişdir. Onda bıçaq olmayıb və nədə o, Aydana bıçaqla xəsarət yetirməmişdir. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs qeyd etdi ki, Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. 10 fevral 2025-ci il tarixdə saat təxminən 03:00 radələrində ailəvi dostu olan Mamed adlı şəxslə onun idarə etdiyi “BMW” markalı maşını yuduzdurmaq üçün yol gedirmişlər. Bu zaman o, “TİK-Tok”-da canlı yayım açmışdır. Bakının Yasamal rayonu ərazisində hərəkətdə olan zaman qara rəngli “Toyota Camry” markalı nəqliyyat vasitəsi onun idarə etdiyi nəqliyyat vasitəsinin yanında hərəkət etmişdir. Bu zaman o, həmin nəqliyyat vasitəsini idarə edənin Hamletin dostu Ağa, yanında olan şəxsin isə Hamlet olduğunu görmüşdür. Onlar maşını onun idarə etdiyi nəqliyyat vasitəsinin qarşısına verərək maşını saxlatdırmışlar. Hamlet maşından düşüb onun maşınına tərəf gəlmişdir. Hamlet onun yanında oturan Mamedin qapısını açaraq sonuncunun kim olduğunu soruşmuşdur. O, Mamed onun dostu olduğunu demişdir. Hamlet bu zaman dostu Ağaya onun maşınının açarını götürməsini demişdir. Ağa açarı götürmək istəsə də o, buna mane olmuş, sonra Ağa öz maşınına getmişdir. Sonra Hamlet onun qapısına yaxınlaşıb açmaq istədikdə o, içərdən qapını bağlamışdır. Ona görə Hamlet qapını aça bilməmişdir. O, bu zaman maşını sürüb getmək istərkən Hamlet qapının kilidindən tutmuşdur. Maşın getdiyinə görə Hamlet yerə yıxılmışdır. O, Hamletə nə isə olacağını fikirləşib maşını saxlamışdır. Bu zaman Hamlet onun maşınına minərək əli ilə onun sifət nahiyyəsindən şillə ilə vurmuşdur. Onun dodağı orda qanamışdır. O, qətiyyətlə Hamletə münasibətlərinə son qoymalı olduqlarını bildirmişdir. Bu zaman ətrafda çoxlu maşın olduğundan Hamlet ona sakit bir yerdə danışıb məsələlərini həll etmələrini demişdir. Hamlet ondan sonuncu dəfə onunla danışmağını və bu gündən sonra ondan ayrılacağını bildirmişdir. O, bunun sonuncu olacağını fikirləşib Hamletlə razilaşmışdır. O, öz maşınını götürmüş, Hamlet və dostu da onun arxası ilə gəlməyə başlamışlar. Onlar birlikdə “Nəlbəki” restoranına getmişlər, çünki həmin zaman ancaq ora açıq olmuşdur. Hamlet danışıb onunla barışmasını istəmişdi. O, isə Hamletlə barışmaq istəmədiyini, ancaq Hamletin ondan uzaq durmasını xahiş etmişdir. Hamlet onunla razılaşmayıb onun maşınına oturmasını, sonuncu dəfə onunla danışıb hər şeyi bitirəcəyini qeyd etmişdir. O, Hamletlə razılaşmış, sonuncunun idarə etdiyi “Chevrolet Kobalt” markalı nəqliyyat vasitəsi ilə Babək prospektində yerləşən Hamletin evinə getmişlər. Hamlet yuxarı qalxıb aşağı düşdüyündə əlində ədiyal, 01 ədəd sumka və iri bıçaq olduğunu görmüşdür. Daha sonra o, bunların nə olduğunu soruşduqda Hamlet onu bu bıcaqla öldürüb ədiyala büküb basdıracağını bildirmişdir. O, Hamletin Xızı rayonunu “Waze” proqramı ilə axtardığını görmüşdür. O, Hamletin yanından düşüb qaçmaqdan ötrü və qorxduğundan Hamletə ac olduğunu bildirmişdir. Hamlet bir neçə restoranlara zəng vursada, heç biri açıq olmamışdır. Ancaq Mərdəkan qəsəbəsində olan “Dükkan” restoranı açıq olmuşdur. Onlar birlikdə saat 08 radələrində həmin restorana çatmışlar. Onlar həmin restorandan çıxıb getmək istədikdə o, Hamletə taksi ilə qayıdacağını bildirmişdir. Hamlet birdən yenə əsəbləşərək ondan maşına əyləşməsini istəmişdir. Hamlet yolda olan zaman onunla barışmasını istəmişdir. O, isə hər şey qurtardığını və Hamletlə birdə birlikdə olmayacağını bildirmişdir. Hamlet anidən əsəbləşərək arxa oturacaqda olan bıcağı götürüb onu vurmaq isdədikdə o, bıçağı əli ilə tutmuş, bu zaman əli kəsilmişdir. Hamlet onun qışqırdığını görüb onu maşına mindirib “Nəlbəki” restoranının yanında olan maşınının yanına aparmışdır. Hamlet orada 100 manat pul verərk yola salmışdır. O, qorxduğu üçün pulu alıb maşınına minib getmiş, sonra DİN-nin “102” xidmətinə məlumat vermişdir. Hal-hazırda Hamlet ilə barışmamış, ona qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə dost münasibətləri var. 10 fevral 2025-ci il tarixdə təxminən saat 02 radələrində Hamletlə bir yerdə Ş.Əliyev küçəsində yerləşən restoranda oturmuşlar. Həmin gün təxminən saat 02:30 radələrində o, Hamletlə bir yerdə restorandan çıxaraq “Nəlbəki” çay evinə yola düşmüşlər. Onlar onun idarə etdiyi “Tayota Camry” markalı **-FR- *** dövlət nömrə nişanlı avtomaşınla gedirdilər. Onlar “Tri Korona” binasına çatan zaman Hamlet ona demişdir ki, sol tərəfə dönsün. Onlar bir qədər qabağa getdikdən sonra Hamlet ona bir avtomaşını ötməyi demişdir. Həmin avtomaşın “BMW” markalı avtomaşın idi və həmin avtomaşını bir qadın idarə edirdi. Həmin qadının yanında bir oğlan var idi. Hamlet həmin avtomaşının sürücüsü qadına maşını saxlamasını demişdir. Həmin qadın avtomaşınını sağa cəkib dayandırmış, o, da öz növbəsində idarə etdiyi avtomaşını həmin qadının avtomaşının qabaq tərəfinə sürüb saxlamışdır. Hamlet onun avtomaşınından düşüb həmin avtomaşına tərəf getmiş və həmin avtomaşının sağ tərəfindən sərnişinə yaxınlaşmışdır. Hamlet avtomaşınından düşərkən ona maşında qalmasını dediyindən o, öz avtomaşınında qalmışdır. Sonra qadının avtomaşınında olan oğlan düşüb çıxıb getmişdir. Sonra Hamlet qadının avtomaşının sürücü tərəfinə keçmiş və qapını açmaq istəyərək sürücü maşını sürüb getmişdir. Bu səbəbdən Hamlet yerə yıxılmışdır. O, Hamletə demişdir ki, “gəl otur maşına, gedək”. Hamlet yerdən qalxıb ona demişdi ki, “sən get otur, məndə gəlirəm”. Bundan sonra həmin qadın idarə etdiyi avtomaşını qabaqda saxlamışdır. Hamlet gedib həmin avtomaşının sürücüsünün yanında oturmuşdur. Onlar bir az söhbət edəndən sonra Hamlet düşüb onun idarə etdiyi avtomaşınına əyləşmiş və “sür Nəlbəkiyə” demişdir. O, idarə etdiyi avtomaşını “Nəlbəki” çay evinə sürmüşdür. Onlar ora çatanda Hamlet həmin qadınla ayrıca kabinetdə oturmuşlar. Xeyli vaxt keçdikdən sonra Hamlet ona demişdir ki, “mən buradayam, sən isə çıx get”. O, çay evindən çıxıb evlərinə getmişdir. Hamletin həmin qadını vurmasını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, hadisə yeri Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Arzu” restoranının yaxınlığında yerləşir. Zərərçəkmiş şəxs həmin yeri göstərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:40 radələrində tanışı Təqsirləndirilən şəxs ilə sonuncunun idarə etdiyi “Chevrolet Kobalt” markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomaşında gedərkən Təqsirləndirilən şəxs ona əsəbləşib əlində olan bıçaqla onu vurmaq istərkən, o, əli ilə bıçağı tutmuş, nəticədə bıçaq onun əlini kəsmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşını dəniz kənarına sürüb orada saxlamışdır. Lakin dəniz kənarında Təqsirləndirilən şəxs ona heç bir şey etməmişdir. “Arzu” rsetoranının yaxınlığına və dəniz kənarına baxış keçirilərkən heç bir əşya aşkar edilib götürülməmişdir. Baxış keçirilərkən fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 xx.xx.2025-ci il tarixli 115 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər — alt dodağın selikli qişasının qansızması və səthi əzilmiş yarası, sağ budun qançırı küt əşya (əşyalar): sağ əlin kəsilmiş, sol əlin səthi kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sağ əlin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir: alt dodağın selikli qişasının qansızması və səthi əzilmiş yarası, sol əlin səthi kəsilmiş yarası, sağ budun qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə bunlar istər birlikdə, istərsdə ayrı-ayrılıqda dərəcələri təyin edilmir. 2. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi M.Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - “Videodiskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş 01 ədəd videodiskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, videofaylda Zərərçəkmiş şəxs sifəti avtomaşının içərisində hərəkət edərkən əks olunmuşdur. Avtomaşının markası, dövlət nömrə nişanı və rəngi görünmür. Digər videofaylda müəyyən edilmişdir ki, həmin videofayl 11 saniyə davam edir. Videofaylda ağ rəngli xarici istehsal avtomaşın dəniz kənarında qumsaqlıqda sol istiqamətdən sağ istiqamətində hərəkət etdiyi görünür. Avtomaşının qabaq sağ yan qapısında “Yango Taksi” yazısı vardır. Digər videofaylda ağ rəngli xarici istehsal avtomaşın dəniz kənarında qumsaqlıqda sol istiqamətdən sağ istiqamətində hərəkət etdiyi görünür. Avtomaşının qabaq sağ yan qapısında “Yango Taksi” yazısı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə görə həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını CM-nin 59.2-ci madəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (CM-59) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), həmçinin onun hərbi qulluqçu olması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, şübhəli şəxs kimi tutulduğu 02 gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində 1300 (min üç yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saat vaxta görə 150 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-318/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-318/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver