Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-32/2023 23.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs 18 aprel 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə, saat 03 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 ilə cinayət əlaqəsinə girərək saxlanc yeri olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Play Station” oyun zalının qapısının qıfılını sındırıb açma yolu ilə qanunsuz daxil olub oradan 01 ədədi 450 manat olmaqla ümumi dəyəri 1350 manat olan 03 ədəd “Play Station 3” markalı oyun aparatını 01 ədəd 700 manat dəyərində “Shivaki” markalı televizoru və 01 ədədi 700 manat olmaqla ümumi dəyəri 1400 manat olan 02 ədəd “Sony” markalı televizoru gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 01 iyun 2022-ci il tarixdə, saat 03 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Ərzaq Market”in dəmir barmaqlığını sındırıb plastik qapısını sıxıb açma yolu ilə qanunsuz daxil olub oradan 200 manat pulu, ümumi dəyəri 5326,42 manat olan mağazada piştaxtada və yerdə qutularda olan 1 kiloqramı 6,90 manat olmaqla ümumi dəyəri 27,60 manat olan 4 kiloqramlıq “Moloçnaya Kaplya” konfeti, 1 kiloqramı 5,75 manat olmaqla ümumi dəyəri 23 manat olan 4 kiloqramlıq “Roshen COV” konfeti, 1 kiloqram 19,56 manat dəyərində “Lukas Sungrizzy” konfeti, 1 kiloqramı 10,32 manat olmaqla ümumi dəyəri 61,92 manat olan 6 kiloqramlıq “Nejniy Lyoqkiy S” konfeti, 1 kiloqramı 42,84 manat olmaqla ümumi dəyəri 85,68 manat olan 2 kiloqramlıq “Voloqodsky Ekstra” şirniyyatı, 1 kiloqramı 35,90 manat olmaqla ümumi dəyəri 71,80 manat olan 2 kiloqramlıq “Voloqodsky Ekstra” şirniyyatı, 1 kiloqramı 6,58 manat olmaqla ümumi dəyəri 46,06 manat olan 7 kiloqram “Besanaya Pcelka 9x1” şirniyyatı, 1 kiloqramı 6,90 manat olmaqla ümumi dəyəri 55,20 manat olan 8 kiloqram “Cofee Like” kofesini, 1 kiloqramı 4,67 manat olmaqla ümumi dəyəri 18,68 manat olan 4 kiloqram “Bim-Bom” konfetini, 1 kiloqramı 6,00 manat olmaqla ümumi dəyəri 60,00 manat olan 10 kiloqram “Racki” konfetini, 1 kiloqramı 4,67 manat olmaqla ümumi dəyəri 37,36 manat olan 8 kiloqram “Djus Miks” konfetini, 1 kiloqramı 6,67 manat olmaqla ümumi dəyəri 46,61 manat olan 7 kiloqram “Minky Binky” konfetini, 01 ədədi 1,08 manat olmaqla ümumi dəyəri 6,48 manat olan 6 ədəd “Orex Nuqa” şokaladı, 01 ədədi 1,50 manat olmaqla ümumi dəyəri 9,00 manat olan 6 ədəd “X6” şokaladı, 01 ədədi 1,50 manat olmaqla ümumi dəyəri 9,00 manat olan 6 ədəd “Dark Plitka” şokaladı, 01 ədədi 0,48 manat olmaqla ümumi dəyəri 40,32 manat olan 48 ədəd “Kurassan” şirniyatı, 01 ədədi 4,10 manat olmaqla ümumi dəyəri 32,80 manat olan 8 ədəd “200 qramlıq Capuccino” kofesi, 01 ədədi 2,50 manat olmaqla ümumi dəyəri 15,00 manat olan 6 ədəd “120 qramlıq 3 in 1 Jockey” kofesi, 01 qutusu 7,92 manat olmaqla ümumi dəyəri 102,96 olan 13 qutu (25 və 40 qramlıq) kakoe, 01 bloku 10,32 manat olmaqla ümumi dəyəri 51,60 olan 05 blok “X7 60 qramlıq” şirniyatı, 01 bloku 8,16 manat olmaqla ümumi dəyəri 48,96 manat olan 6 blok “Bifa kakaolu Kek 45 qramlıq” şirniyatı, 01 qutusu 15,60 manat olmaqla ümumi dəyəri 62,40 manat olan 04 qutu “Bifa Tatkek meyvəli baton” şirniyatı, 01 ədədi 1,74 manat olmaqla ümumi dəyəri 34,80 manat olan 20 ədəd “Çayka Kakaolu və Südlü” vafli, 01 ədədi 1,13 manat olmaqla ümumi dəyəri 11,30 manat olan 10 ədəd “Südlü” vafli, 01 qutusu 75,60 manat olmaqla ümumi dəyəri 604,80 manat olan 08 qutu “Jarkoff 0,900 l” Günəbaxan yağı, 01 ədədi 1,95 manat olmaqla ümumi dəyəri 9,75 manat olan “100 qramlıq Final ” yağı, 01 ədədi 5,70 manat olmaqla ümumi dəyəri 11,40 manat olan 02 ədəd “1 kiloqramlıq Final” yağı, 01 ədədi 4,40 manat olmaqla ümumi dəyəri 13,20 manat olan 03 ədəd “1 litirlik Solnoçnoe ayçiçək” yağı, 01 ədədi 5,12 manat olmaqla ümumi dəyəri 10,24 manat olan 02 ədəd “1 litirlik Evim ayçiçək” yağı, 01 ədəd 8,77 manat dəyərində “450 qramlıq Final pekoe” yağı, 01 ədədi 2,75 manat olmaqla ümumi dəyəri 13,75 manat olan 05 ədəd “720 qramlıq Final” tomatı, 1 kiloqramı 3 manat olmaqla ümumi dəyəri 6 manat olan 2 kiloqram kulok, 01 kiloqram 3,80 manat dəyərində Pinqvin kulok, 01 blok 26 manat dəyərində “Pal mall nazik qara” siqareti, 01 blok 26 manat dəyərində “Rotmans boz” siqareti, 01 blok 26 manat dəyərində “Vinchester nazik boz” siqareti, 01 blok 21 manat dəyərində “Maqna nazik qara” siqareti, 01 ədədi 8,50 manat olmaqla ümumi dəyəri 68 manat olan 08 ədəd “1 kq Super Sun” yağı, 01 ədədi 5,50 manat olmaqla ümumi dəyəri 44 manat olan 08 ədəd “1 kq Final” yağı, 01 ədədi 10,40 manat olmaqla ümumi dəyəri 62,40 manat olan 06 ədəd “2 kq Final” yağı, 01 ədədi 10,20 manat olmaqla ümumi dəyəri 71,40 manat olan 07 ədəd “1,6 kq Krestyanskoe plastik” yağı, 01 ədədi 5,42 manat olmaqla ümumi dəyəri 32,52 manat olan 06 ədəd “0,800 kq krestyanskoe plastik” yağı, 01 ədədi 6,40 manat olmaqla ümumi dəyəri 51,20 manat olan 08 ədəd “1 litr Möcüə qarğıdalı” yağı, 01 ədədi 12,60 manat olmaqla ümumi dəyəri 75,60 manat olan 06 ədəd “2 litr Möcüə qarğıdalı” yağı, 01 ədədi 5,79 manat olmaqla ümumi dəyəri 46,32 manat olan 08 ədəd “1 litr Final qarğıdalı” yağı, 01 ədədi 3,97 manat olmaqla ümumi dəyəri 23,82 manat olan 06 ədəd “1 kq kərəm” yağı, 01 ədədi 5,55 manat olmaqla ümumi dəyəri 16,65 manat olan 03 ədəd “1 kq litr Krestyanskoe” yağı, 01 ədədi 2 manat olmaqla ümumi dəyəri 60 manat olan 30 ədəd “Berga 100 qr” çayı, 01 qutusu 14 manat olmaqla ümumi dəyəri 42 manat olan 03 qutu “750 qr Azərduz” duzu, 01 qutusu 10,20 manat olmaqla ümumi dəyəri 30,60 manat olan 03 qutu “Salut 1,0 kq” xörək duzu, 01 çantası 9,70 manat olmaqla ümumi dəyəri 77,60 manat olan 08 çanta “5 kq Nabat kəllə” qəndi, 01 ədədi 1,61 manat olmaqla ümumi dəyəri 19,32 manat olan 12 ədəd “600 qr Azərşəkər kəllə” qəndi, 01 ədədi 2,10 manat olmaqla ümumi dəyəri 25,20 manat olan 12 ədəd “800 qr Azərşəkər kəllə” qəndi, 01 bloku 20,50 manat olmaqla ümumi dəyəri 123 manat olan 06 blok “Vikeroy qara və boz nazik” siqaret, 01 ədədi 18,52 manat olmaqla ümumi dəyəri 185,20 manat olan 10 ədəd “1,745 kq Super Sun” yağı, 01 ədədi 9,78 manat olmaqla ümumi dəyəri 78,24 manat olan 08 ədəd “0,910 kq Super Sun” yağı, 01 ədədi 0,52 manat olmaqla ümumi dəyəri 31,20 manat olan 60 ədəd “70 qr Patron” tumu, 01 ədədi 0,16 manat olmaqla ümumi dəyəri 8 manat olan 50 ədəd “25 qr Patron” tumu, 01 ədədi 0,85 manat olmaqla ümumi dəyəri 34 manat olan 40 ədəd “120 qr Patron” tumu, 01 ədədi 0,85 manat olmaqla ümumi dəyəri 34 manat olan 40 ədəd “ Patera 120 qr Patron” tumu, 01 bloku 15 manat olmaqla ümumi dəyəri 180 manat olan 12 blok “2 size Lulalay” pampres, 01 bloku 15 manat olmaqla ümumi dəyəri 150 manat olan 10 blok “3 size Lulalay” pampres, 01 bloku 15 manat olmaqla ümumi dəyəri 90 manat olan 6 blok “4 size Lulalay” pampres, 01ədədi 5,50 manat olmaqla ümumi dəyəri 132 manat olan 24 ədəd “1,0 litr Xırdalan şərab” çaxırı, 01 ədədi 5,50 manat olmaqla ümumi dəyəri 165 manat olan 30 ədəd “kəmşirin 1,0 litr Xırdalan şərab” çaxırı, 01 qutusu 30 manat olmaqla ümumi dəyəri 150 manat olan 05 qutu “0,450 lt Atom Visky” içkisi, 01 qutusu 16,80 manat olmaqla ümumi dəyəri 50,40 manat olan 03 qutu “0,250 lt Atom koktely” içkisi, 01 ədədi 5,30 manat olmaqla ümumi dəyəri 79,50 manat olan 15 ədəd “0,700 lt Genlmen” arağı, 01 ədədi 2 manat olmaqla ümumi dəyəri 60 manat olan 30 ədəd “0,250 lt Novaya marka” arağı, 01 ədədi 6,95 manat olmaqla ümumi dəyəri 139 manat olan 20 ədəd “0,500 lt Yakor” arağı, 01 ədədi 9 manat olmaqla ümumi dəyəri 180 manat olan 20 ədəd “0,700 lt Yakor” arağı, 01 ədədi 6,95 manat olmaqla ümumi dəyəri 222,40 manat olan 32 ədəd “0,500 lt İCE Yakor” arağı, 01 ədədi 9 manat olmaqla ümumi dəyəri 126 manat olan 14 ədəd “0,700 lt İCE Yakor” arağı, 01 ədədi 5,20 manat olmaqla ümumi dəyəri 52 manat olan 10 ədəd “0,500 lt Çayka Karmakoli”, 01 qutusu 22,80 manat olmaqla ümumi dəyəri 136,80 manat lan 06 qutu “0.750 lt Darvish” çaxırı, 01 qutusu 60 manat olmaqla ümumi dəyəri 360 manat lan 06 qutu “0.750 lt Kaqor” çaxırı, 01 ədədi 0,50 manat olmaqla ümumi dəyəri 15 manat olan 30 ədəd (İçəri şəhər ağ) dondurma, 01 ədədi 0,50 manat olmaqla ümumi dəyəri 10 manat olan 20 ədəd (İçəri şəhər kafeni) dondurma, 01 ədədi 0,55 manat olmaqla ümumi dəyəri 19,25 manat olan 35 ədəd (Plombir) dondurma gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 5526,42 manat (beş min beş yüz iyirmi altı manat qırx iki) məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəli olmaqla 5 yaşında bir azyaşlı uşağı vardır. Hadisə ilə bağlı onu bildirir ki, hadisədən təxminən 5 ay əvvəl X3 ilə tanış olmuşdur. Seymuru isə uşaq vaxtından tanıyır, Seymurun əsil adı Seyran olsa da, hamı qəsəbədə onu Seymur kimi tanıyır. Təxminən iki həftə olar ki, kirayə yaşadığı evin pulunu ödəmək üçün «Xəzər» markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomaşını icarəyə götürmüşdür. Lakin maddi vəziyyəti pis olduğundan maşının aylığını ödəyə bilməmişdir. 26 may 2022-ci il tarixdə keçən gecə saat 03 radələrində dostu Rövşənlə birlikdə idarə etdiyi “Xəzər” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayonundan qayıdan zaman Bakı-Qazax yolunun kənarında Ələt qəsəbəsinə daxil olmuşdur. Qəsəbədə "Play Station” oyun zalının qarşısından keçən zaman oyun zalının bağlı olmasını görüb qapıda olan dəmir barmaqlı qapının qıfılını armatur ilə sındırmış və oradan 3 ədəd Play Station 3” markalı oyun aparıtını, 2 ədəd “Sony" və 1 ədəd “Shivaki" markalı 108 sm ölçülü televizoru oğurlayıb avtomobilin yük yerinə yığmış və oradan çıxıb getmişlər. Həmin vaxt Rövşən onu maşında gözləmişdir. Səhərisi gün oğurladığı əşyaları Sabunçu bazarında tanımadığı şəxsə ümumilikdə 500 manata satmışdır. Bir ədəd televizoru isə sata bilmədiyi üçün avtomobildə qalmışdır. O, həmin puldan Rövşənə heç nə verməmişdir. Bundan başqa 01 iyun 2022-ci il tarixdə, saat 04 radələrində Rövşən ilə Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən marketin dəmir barmaqlığını maşında olan balta ilə sındırıb açdıqdan sonra plastik qapını sıxıb açaraq mağazanın içərisinə daxil olmuşlar. Onlar birlikdə mağazadan müxtəlif növ siqaretləri, spirtli içkiləri və başqa əşyaları götürüb maşının yük yerinə yığmışlar. Həmçinin mağazada kassadan qəpik pullar götürmüşlər. Bundan sonra kirayədə yaşadığı evə getmişlər. Bir qədər sonra polis əməkdaşları gələrək onu tutmuşlar və oğurladığı əşyaları götürmüşlər. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu yaşayış massivində, Lələtəpə məhəlləsində özünə məxsus ərzaq mağazası işlədir. 31 may 2022-ci il tarixdə, saat 22 radələrində mağazanı bağlayaraq yaşadığı evə getmişdir. 01 iyun 2022-ci il tarixdə, saat 06:40 radələrində mağazaya gələndə dükanın qapısının dəmir barmaqlığının kilidinin sındırıldığını və plastik qapının açıq olduğunu görüb oğurluq olmasını başa düşmüşdür. Mağazaya baxış zamanı oradan 5326,42 manat dəyərində əmlakların və ümumilikdə 200 manat pulun oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona 5526,42 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermiş və bir qədər sonra polis əməkdaşları gəlmişdir. O, ərizə ilə polisə müraciət etmiş və bir qədər sonra polis əməkdaşları dükandan oğurluq edən şəxsləri müəyyən edərək tutmuşlar. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirdi və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsində yerləşən «Play Station» oyun zalını işlədir. 26 may 2022-ci il, gecə saat 01 radələrində oyun zalını bağlayıb evə getmişdir. 26 may 2022-ci il tarixdə, saat 10 radələrində ona zəng edərək oyuna zalının qapısının açıq olduğunu bildirdikləri üçün dərhal ora gəlmişdir. Bu zaman dəmir barmaqlığın qıfılının sındırılaraq və plastik qapının açılaraq hər biri 450 manat olmaqla 03 ədəd «Play Station 3» oyun aparatı, hər biri 700 manat olmaqla 02 ədəd «Sony» markalı 108 sm-lik, 01 ədəd «Shivaki» markalı 108 sm-lik televizorun oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə zamanı ona ümumilikdə 3450 manat maddi ziyan dəymişdir. 10 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, istintaq zamanı göstərilən oğurlanmış əşyaların heç biri onun deyil, ona görə də, hal-hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 21 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 18 aprel 1991-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. 2) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur, 11 avqust 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. 3) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndində qeyd edilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından azad edildiyindən onun üzərindən məhkumluq götürülmüşdür və onun hazırki əməli cinayətin residivini yaratmır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər oğurluq cinayəti törətdiyinə görə üç dəfə məhkum olunmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 02 iyun 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 02 iyun 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait vəkil X1, 60 (altmış) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 02 iyun 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X1 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-32/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-32/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver