Məhkəmə qərarları › İş №1(003)-321/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-321/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-321/2020 30.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Masallı rayonunun Bala Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Bala Təklə kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Yeni yaşayış sahəsi nömrəsiz fərdi tikilidə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi yeni yaşayış sahəsi nömrəsiz fərdi tikili olan evə gələrək evin yataq otağına daxil olmaqla yataq otağında olan dolabın qapısını açıb, dolabın yuxarı rəfində qoyulmuş dəmir çay qabını götürərək çay qabının içərisindən 1000 manat pulu və xx xxxxxx 2020-ci il tarixə 1 ABŞ dollarının 1.7 manat məzənnəsi ilə 1360 manat təşkil edən 800 ABŞ dollarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2360 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Şağan qəsəbəsində yeni yaşayış sahəsində yaşayır. Təxminən 12-13 ildir ki, Zərərçəkmiş şəxs tanıyır, evləri qonşuluqda yan-yanadır, onun ailəsi ilə çox yaxın qonşuluq münasibəti olmuşdur, tez-tez onların evinə gedib-gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində o, yenə də Asimin evinə getmişdir. Həmin zaman Asimin həyat yoldaşı Rəna evdə olmuş, uşaqları isə həyətdə oynayırmışlar. Rəna ona günorta Asimin qardaşının evinə gedəcəyini demiş, sonra onlar çay içib söhbət etmişlər. Bir azdan sonra Rəna uşaqlara baxmaqdan ötrü həyətə çıxmışdır. Əvvəllər bir neçə dəfə Rənanın yataq otağında olan dolabına pul qoyduğunu görmüşdür, çünki Rənanın pul qoyduğu dolab və dolabın içərisi qonaq otağında olan divanda oturan zaman görsənirmiş. Borcları olduğuna görə o, həmin zaman oğurluq etmək qərarına gəlmişdir. Rənanın çöldə uşaqlarla məşğul olduğunu görüb tez yataq otağına keçmiş və dolabı açaraq yuxarı gözdə olan dəmir qabı tez açıb orada olan pullardan götürmüşdür. Həmin vaxt Rənanın gəlib onu görəcəyindən qorxduğu üçün çox tələsdiyindən oradan bir neçə yüz manat və bir neçə yüz dollar götürmüş, lakin dəqiq nə qədər pul götürdüyünü bilməmişdir. Tez həmin pulları paltarının altında gizlədib yenidən oturduqları qonaq otağına keçmişdir. Bir qədər sonra Rəna gəlmiş və o, bir qədər də onunla söhbət etdikdən sonra durub evə getmişdir. Evə gəldikdən sonra öz otağında tək olarkən həmin pulları saymış və orada 800 ABŞ dolları və 1000 manat pulun olduğunu görmüşdür. Bundan sonra həmin pullarla borclarını qaytarmışdır. Lakin ailə üzvlərindən heç kim bilməmişdir ki, o, oğurluq etmiş və borcları qaytarmışdır. Borcları qaytarmaqdan ötrü “Unibank”dan pul krediti götürərək borcları onunla qaytardığını evdə bildirmişdir. Həmin bankdan götürdüyü pulu isə bir sıra şəxsi tələbatları üçün xərcləmişdir. Törətdiyi əməldən peşman olaraq zərərçəkmiş şəxslə barışmış və ona dəymiş maddi zərəri tamamilə ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi yeni yaşayış sahəsində nömrəsiz fərdi tikili olan evində ailəsi ilə birlikdə yaşayır, Şahid ilə qeyri-rəsmi ailəlidir və 2 oğlu vardır. Bir neçə müddətdir ki, əlavə torpaq sahəsi alıb ev tikməkdən ötrü pul yığırmış və həmin pulu evinin yataq otağında olan dolabın yuxarı gözündə dəmir çay qabında saxlayırmış. Sonuncu dəfə, təxminən xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində həmin pula baxdığı zaman pulunu saymış və artıq orada 1800 ABŞ dollarının və 4200 manat pulun olduğunu görmüşdür. Bundan sonra o, işə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə arvadı Rəna uşaqları ilə birlikdə atasının Lokbatan qəsəbəsində olan evinə getmişdir. Sonradan o, xx xxxxxx 2020-ci il tarixdə axşam saat 19 radələrində evə qayıtdığı zaman ona məlum olmuşdur ki, arvadı saat 18 radələrində evə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, bütün günü işdə olmuşdur. Həmin gün Rəna da uşaqları ilə birlikdə gündüz saat 14 radələrində qardaşının Şağan qəsəbəsində olan evinə getmiş və saat 16 radələrində evə qayıtmışdır. Evdə olmadıqları müddət ərzində evin mətbəxinin pəncərəsi həmişə açıq vəziyyətdə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 19 radələrində evdə olduğu zaman dostu xəstə olduğu üçün arvadı ilə onun evinə getməyə qərar vermişlər. Həmin zaman fikirləşmişdir ki, yığdığı puldan götürsün və dostu xəstə oludğu üçün onun yanına əli boş getməsinlər. Yataq otağına daxil olub dolabı açaraq pulları qoyduğu dəmir çay qabını götürüb açarkən görmüşdür ki, səliqə ilə yığdığı pullar qarışıq haldadır. Dərhal pulları saymağa başlamış və ona məlum olmuşdur ki, 42xx xxxxxxxx 1000 manat və 1800 ABŞ dollarından 800 ABŞ dolları yerində yoxdur. Bundan sonra Rənadan pul barəsində soruşmuş, o, ona həmin yerdən pul götürmədiyini bildirmişdir. Bundan sonra o, evindən oğurluğun olduğu barədə şübhələnmişdir. Bu zaman ağlına gəlmişdir ki, o, evinin mətbəxinin pəncərəsini həmişə açıq qoyur və ola bilər ki, həmin pəncərədən naməlum şəxs və ya şəxslər evinə daxil olaraq pulunu oğurlayıblar. Buna görə də, dərhal evinin pəncərəsinə baxmış və həmin zaman aşkar etmişdir ki, pəncərədə qoymuş olduğu setka naməlum şəxs tərəfindən yəqin ki, çıxardılıb və sonradan yerinə taxıldığı zaman tərsinə taxılıb. Bundan sonra o, dəqiq bilmişdir ki, evindən pəncərədən daxil olmaq yolu ilə oğurluq olub. Həmin ərazidə qonşulardan ən yaxın münasibətdə olduğu qonşu İlahə və ailəsi olub. Onlar ilə təxminən 12-13 ildir ki, qonşuluq münasibətləri vardır. İlahə onların evinə çox gedib-gəlirmiş, demək olar ki, gündə ən azı iki dəfə onların evində olurmuş. Buna görə də, fikirləşmişdir ki, evindən oğurluğu İlahə etmişdir. Hazırda İlahə onunla barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən, onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq İlahəyə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilənŞahid göstərdi ki,Şağan qəsəbəsi yeni yaşayış sahəsində nömrəsiz fərdi tikili olan evlərində ailəsi ilə yaşayır, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ailəlidir və 2 oğlu vardır. Bir neçə müddətdir ki, əlavə torpaq sahəsi alıb ev tikməkdən ötrü pul yığırmışlar və həmin pulu evlərinin yataq otağında olan dolabın yuxarı gözündə dəmir çay qabında saxlayırmışlar. Asim ona bildirmişdir ki, sonuncu dəfə, o, təxminən xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində həmin pula baxdığı zaman pulu saymış və artıq orada 1800 ABŞ dollarının və 4200 manat pulun olduğunu görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə o, uşaqları ilə birlikdə atasının Lökbatan qəsəbəsində olan evinə getmiş, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində geri qayıtmışdır. Asim də həmin gün saat təxminən 19 radələrində işdən evə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə də Asim bütün günü işdə olmuşdur. Həmin gün o, uşaqları ilə birlikdə gündüz saat 14 radələrində qardaşının Şağan qəsəbəsində olan evinə gedib və saat 16 radələrində evə qayıtmışdır. Evdə olmadıqları müddətlərdə evlərinin pəncərəsi açıq vəziyyətdə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 19 radələrində evdə olduqları zaman Asimin dostu xəstə olduğu üçün Asimin dostunun evinə getməyə qərar vermişlər. Həmin zaman Asim yığdıqları puldan götürmək istəmişdir ki, dostu xəstə oluduğu üçün onun evinə əli boş getməsin. Asim yataq otağına daxil olub dolabı açaraq pulları qoyduğu dəmir çay qabını götürüb açdığı zaman görmüşdür ki, səliqə ilə yığdığı pulları qarışıq haldadır. Asim dərhal pulları saymağa başlamış və məlum olmuşdur ki, 42xx xxxxxxxx 1000 manat və 1800 ABŞ dollarından 800 ABŞ dolları yerində yoxdur. Asim ondan pul barəsində soruşmuş, o da ona həmin yerdən pul götürmədiyini bildirmişdir. Bundan sonra onlar evlərindən oğurluq olduğu barədə şübhələnmişlər. Bu zaman ağıllarına gəlmişdir ki, evlərinin mətbəxinin pəncərəsini həmişə açıq qoyurlar və ola bilər ki, həmin pəncərədən naməlum şəxs və ya şəxslər evlərinə daxil olaraq pullarını oğurlayıblar. Buna görə də, dərhal evin pəncərəsinə baxmışlar və həmin zaman aşkar etmişlər ki, pəncərədə qoymuş olduqları setka naməlum şəxs tərəfindən yəqin ki, çıxardılıb və sonradan yerinə taxıldığı zaman tərsinə taxılıb. Bundan sonra onlar dəqiq bilmişlər ki, evlərindən pəncərədən daxil olmaq yolu ilə oğurluq olmuşdur. Onların həmin ərazidə qonşulardan ən yaxın münasibətdə olduqları qonşu İlahə və ailəsi olmuşdur. İlahə və ailəsi ilə təxminən 12-13 ildir ki, qonşuluq münasibətləri vardır. İlahə onların evlərinə çox gedib-gəlirmiş, demək olar ki, gündə ən azı iki dəfə onların evində olurmuş və ailələrinin bir üzvü kimi evin bütün otaqlarına girməsinə icazəsi var imiş. Buna görə də, fikirləşmişlər ki, evlərindən oğurluğu İlahə edib. Çünki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində İlahə onların evinə gəlmiş və təxminən 40 dəqiqə onlarda olmuşdur. Həmin vaxt uşaqlar evinin həyətində oynayırmışlar və o, arada İlahəni evin qonaq otağında tək qoyaraq həyətə çıxmış və təxminən 5-6 dəqiqə İlahə evin içərisində tək qalmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona dəymiş ziyanı tam ödəmişdir, hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və ya tələbi yoxdur, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması faktı onun özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş maddi zərəri tamamilə ödəməsini və onun ondan heç bir şikayətinin olmamasını Azərbaycan Respublikası CMin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə ayrı-ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsdövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********1) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar