Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-321/2021 22.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə və xx xxxxxx 1953-cü il tarixdə Füzuli rayonunun Qacar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-138/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 aprel 2021-ci il tarixdən hesablanan, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-176/2021 saylı 04 may 2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 10 aprel 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində “Rafiqin dükanı” kimi tanınan ərzaq mağazasının qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə aralarında baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşahidə edilən hərəkətlərlə, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan qərəzli hərəkətlər edib mağazanın yaxınlığında olan şəxslərin gözü qarşısında Təqsirləndirilən şəxs2 ünvanına nalayiq söyüşlər söymüş, yumruqları ilə bir neçə dəfə onun sifət və baş nahiyəsinə qəsdən vuraraq ona təpə nahiyəsinin, sol qaşüstü nahiyənin, sol almacıq nahiyəsinin, burunun, alt çənənin, sağ əlin sıyrıqları, gicgah nahiyəsinin hematoması, sağ göz almasının ağlı qişasının qansızması, sağ gözətrafı nahiyənin, sol kürək nahiyəsinin qançırları əmələ gəlməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyalar tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 10 aprel 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində “Rafiqin dükanı” kimi tanınan ərzaq mağazasının qarşısında tanışı Təqsirləndirilən şəxs1 ilə açıq-aşkar cüzi səbəbdən Təqsirləndirilən şəxs1 ondan nə səbəbə barışıq adı ilə çağırdığı halda nəvəsi X7 tanışı “Rövşən” adlı şəxsi döydürməsini bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan qərəzli hərəkətlər edib mağazanın yaxınlığında olan şəxslərin gözü qarşısında sonuncunun ünvanına nalayiq söyüşlər söymüş, yumruqla Sərvər Mizəzadənin sifət nahiyəsinə qəsdən vuraraq ona sol göz almasının ağlı qişasının qansızması, sol göz orbitinin qançırı əmələ gəlməsi ilə nəticələnən, qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, eləcə də silah qismində istifadə etdiyi bıçaqla Təqsirləndirilən şəxs1 vurmaq üçün üzərinə hücum etdikdə bıçağı onun əlindən almaq istəyən - ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs2 sağ əlin kəsilmiş yarası əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər, yəni ki, xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən 11 aprel 2021-ci il tarixdə gecə saat 02 radələrində Şahid1 tanışları Zərərçəkmiş şəxs1, Şahid6, Şahid4, Şahid5, Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı Mərdəkan qəsəbəsi yeni sahədə yerləşən evinin qarşısına gələrək onun nə səbəbə Təqsirləndirilən şəxs1 döyməsinə və qohumları ilə birlikdə yaşadığı ünvana getməsinə aydınlıq gətirmək üçün uca səslərlə onu evindən çölə çıxmasını tələb edərkən Təqsirləndirilən şəxs2 göstərilən cüzi səbəbdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan qərəzli hərəkətlər edib özünə məxsus 12 kalibrli “Churchil” modelli çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan odlu yivsiz ov tüfəngi ilə üç dəfə havaya atəş açmış, həmin qırmalardan bir neçəsi ətrafdakı əşyalara dəyib rekoşet verməklə Zərərçəkmiş şəxs1 sol buduna dəymiş, bununla da ona qəsdən kor qırma yarası əmələ gəlməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxslərin əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, əmisi oğlu Nəsib hadisədən təxminən 15-20 gün bundan qabaq onun istifadəsində olan mobil telefona zəng edərək bildirmişdir ki, qonşuluqda yaşayan Əli kişi onu və dostu Rövşəni yaşadığı evin yaxınlığına gətizdirərək orada onları nəvələrinə döydürmüşdür. O, ona Əli kişinin yaşlı adam olduğunu, edibsə, düz etdiyini bildirmişdir. Bundan sonra 10 aprel 2021-ci il tarixdə saat 14 radələrində dostları Ceyhun və Vüqarla görüşmüşlər. Vüqar Bakıxanov qəsəbəsində yaşayır, Ceyhun isə Mərdəkan qəsəbəsində yaşasa da, xeyli vaxtdır ki, Rusiya Federasiyasında işləyir. Görüşməklərinin səbəbi də o imiş ki, Ceyhun onu da Rusiyaya aparmaq istəyirmiş ki, orada işləyib çörək pulu qazansın. Həmin vaxt Vüqar idarə etdiyi “Range-rover” markalı avtomobillə gəlmişdir. O, onlara mağazaya gedib evə alınası şeyləri verib gələcəyini demiş, evlərinin yaxınlığındakı “Rafiqin marketi” deyilən yerə gəlmişdir. Vüqarla Ceyhun maşında oturmuşlar. O, marketin içərisində Əli kişi ilə rastlaşmış, ona hörmətlə yaxınlaşıb onu çoxdan görmək istədiyini, marketdən çöldə onu gözləyəcəyini demişdir. Marketdən çölə çıxıb Əli kişini gözləmiş, Əli mağazadan çölə çıxandan sonra ondan əmisi uşaqları ilə onun nəvələrinin arasında mübahisə olduğunu, niyə onları barışdırmadığını soruşmuş, bu zaman Əli ona “mən gərək onları başqa cür edərdim” demiş və qəfildən yumruqla onun sol göz nahiyəsinə vurmuşdur. O, zərbənin təsirindən arxa tərəfə səndələmiş və qarşılıqlı olaraq Əlini yumruqla vurmuşdur. Onun zərbəsindən Əli yerə yıxılmış, həmin vaxt oraya çoxlu sayda kənar şəxslər toplaşmışlar. Bu zaman Vüqar və Ceyhun onu Əlidən ayırmışlar. Həmin vaxt Əli cibindən bıçaq çıxararaq onun üstünə gəldikdə Vüqar bıçağı Əlinin əlindən alaraq küçəyə atmış, bundan sonra onlar Vüqarın maşınına əyləşib oradan uzaqlaşmışlar. Həmin gün gecə saat 24 radələrində anası Raisə ona zəng edərək bir neçə nəfər cavan uşağın qapı-bacanı vurub dağıtdıqlarını, yeznəsi Aslana da bu barədə məlumat verdiyini demişdir. Həmin vaxt o, rayondan qayıtmaqla Ələt qəsəbəsini keçirmiş. O, gecə saat 03 radələrində Mərdəkan qəsəbəsinə gəlmiş və yaşadıqları evin həyətində çoxlu sayda polis əməkdaşının olduğunu görmüşdür. Törətdiyi əməldən peşmandır, Əli ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdır və onun ondan heç bir şikayəti yoxdur. Bütün bunların, həmçinin himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməyərək göstərdi ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni sahədə nömrəsiz fərdi evdə yaşayır. Təxminən 2021-ci ilin mart ayının 20-də nəvəsi İsmayıl “Şimal Dres” qəsəbəsində futbol oynayarkən tanışı Rövşənlə sözləri çəp gəlmiş və Rövşən onu kəllə ilə vuraraq burnuna xəsarət yetirmişdir. İsmayıl gəlib bu barədə ona bildirdikdə, o, onları barışdırmağı düşünmüş və həmin günün sonrası Mərdəkan qəsəbəsində yerləşən “Şam bağı” restoranının yaxınlığındakı çayxananın qarşısında Rövşənlə İsmayılı barışdırmışdır. Lakin həmin vaxt İsmayıl Rövşənin üzünə sillə ilə vurmuşdur. Buna baxmayaraq, o, İsmayılla Rövşəni barşdırmağa nail olmuşdur. 10 aprel 2021-ci il tarixdə təxminən saat 15 radələrində Mərdəkan qəsəbəsində yaşadıqları evin yaxınlığında yerləşən ərzaq mağazasının qarşısında baş vermiş hadisə vaxtı Sərvərin ondan söz soruşmaq tərzi xoşuna gəlməmiş və o, özündən asılı olmayaraq əsəbiləşib onun sifət nahiyəsindən bir dəfə əli ilə itələmişdir. Həmin an Sərvər də cavab olaraq yumruqla onu vurmuş və o, müvazinətini itirərək mağazanın qarşısında olan kafelin üzərinə yıxılıb xəsarət almışdır. Bundan sonra ətrafda olan şəxslər hadisəyə müdaxilə etdiklərinə görə onlar aralaşmışlar və Sərvər tanışları Vüqar və Ceyhunla birlikdə oradan çıxıb getmişlər. Təxminən 2-3 dəqiqə davam etmiş dava-dalaş zamanı ümumiyyətlə heç kəsin əlində bıçaq olmamış, dava-dalaş Sərvərlə onun arasında olmuşdur. Vüqar və Ceyhun ona qarşı heç bir qeyri-qanuni hərəkətə yol verməmiş, həmin vaxt o, heç kəsin üzərinə bıçaq çıxartmamış, heç kəsi bıçaqla vurmamışdır. Həmin gecə evdə yatarkən saat 02 radələrində o, küçədə səs-küy eşidib yuxudan oyanmış və xeyli sayda tanımadığı adamın evlərinin qabağında dayanıb onun nə səbəbə Təqsirləndirilən şəxs1 döyməsinə və qohumları ilə birlikdə yaşadığı ünvana getməsinə aydınlıq gətirmək üçün uca səslə onun evdən çölə çıxmasını tələb etdiklərini görmüşdür. Baş verə biləcək münaqişənin onun ailə üzvləri və oraya toplaşan adamlar üçün ağır nəticələrə səbəb olacağından ehtiyat edərək həmin adamları qorxudub oradan uzaqlaşdırmaq məqsədi ilə özünə məxsus 12 kalibrli “Churchil” modelli çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan odlu yivsiz ov tüfəngi ilə üç dəfə havaya atəş açmış, bundan sonra hamı qaçıb dağılışmış və sakitlik yaranmışdır. Sonradan həmin qırmalardan bir neçəsinin ətrafdakı əşyalara dəyib rekoşet verməklə Zərərçəkmiş şəxs1 sol buduna dəyməsi ona məlum olmuşdur. Əvvəllər özünü təqsirli bilməsə də, hazırda özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tamamilə ödəmişdır və onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Belə bir hadisənin baş verməsini heç vaxt istəməmiş və həmin hadisənin bu cür nəticələnəcəyini təsəvvür etməmişdir. Bütün bunların, həmçinin artıq 69 yaşının olmasının, bir çox xəstəliklərdən əziyyət çəkməsinin, məhkəmə baxışının gedişatında - 23 avqust 2021-ci il tarixdə isə X4 ürəyindən aorta koronar şuntlama əməliyyatını keçirməsininin və hazırda ev şəraitində müalicəsinin davam etdirilməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsi Yeni sahədə nömrəsiz fərdi evdə yaşayır. 10 aprel 2021-ci il tarixdə saat 23 radələrində dostu İzzətin ad günü ilə əlaqədar dostları Fikrət, İzzət, Elnur və qardaşı Xeyrulla ilə birlikdə Fikrətin Mərdəkan qəsəbəsində yerləşən evində yeyib-içirmişlər. 11 aprel 2021-ci il tarixdə təxminən gecə saat 01 radələrində küçədə səs-küy eşidib digər dostları ilə birlikdə səs-küyün səbəbini öyrənmək üçün küçəyə çıxmış, orada xeyli adamın toplaşdığını görmüşdür. Həmin şəxslərin toplaşma səbəblərini bilmək üçün onlara tərəf getmiş, lakin elə bu zaman onların yığışdığı həyət darvazasından bir kişi küçəyə çıxaraq havaya atəş açmışdır. Bu zaman orada olanların hamısı qaçmağa başlamış, o da qorxusundan qaçıb dostu Fikrətin evinə getmiş və orada olarkən sol bud nahiyəsindən qəlpə yarası aldığını görmüşdür. Bir qədər sonra polis əməkdaşları gəlib ondan hadisə barədə məlumat almışlar. Bundan sonra o, təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına getmiş və həmin gün tibbi yardım alandan sonra vəziyyəti yaxşı olduğuna görə evə buraxılmışdır. İlkin olaraq polis əməkdaşına hadisə barədə məlumat verərkən anlaşılmamazlıq olmuşdur. Belə ki, həmin məlumatda üzünü görmədiyi şəxsin iki dəfə havaya, bir dəfə üzərinə ov tüfəngi ilə atəş açması qeyd olunmuşdur. Lakin hadisə elə olmamışdır. Həmin şəxs – sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 onun üzərinə tərəf deyil, havaya atəş açmışdır. Əgər üzərinə doğru atəş açılsaydı, yanında olan hər kəs xəsarət alardı, lakin yalnız ona qəlpə dəymiş və bu, təsadüfən olmuşdur. Ola bilər ki, güllə harasa dəymiş və qəlpələrdən biri rekaşet edərək onun sol bud nahiyəsinə dəymişdir. Atəş açan şəxslə onun dayandığı yerin arasında təxminən 30 metr məsafə olmuş, qarşı tərəfində təxminən 6-7 nəfər tanımadığı şəxs olmuşdur. Həmin yerdə toplaşan təxminən 15 nəfər səs-küy salıb ünvansız söyüş söyürmüş, onların bir neçəsinin əlində taxta və dəmir parçası olmuşdur. Lakin onlar həmin əşyaları sadəcə olaraq əllərində saxlamaqla heç hara və heç kimə vurmamışlar. Hazırda səhhəti yaxşıdır, Təqsirləndirilən şəxs2 onunla barışıq əldə edərək ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də o, onu bağışlamışdır və ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni də məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Əliyə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, ünvan 5 ünvanda yaşayır. 10 aprel 2021-ci il tarixdə təxminən saat 15 radələrində dostları Sərvər və Ceyhunla birlikdə onun idarə etdiyi **-TL-*** dövlət qeydiyyat nömrə nişanlı “X13” markalı avtomobillə Sərvərin istəyi ilə Mərdəkan qəsəbəsində yerləşən ərzaq mağazasına gəlmişlər. Sərvər avtomobildən düşüb mağazaya getmiş, o və Ceyhun isə avtomobildə oturub onu gözləmişlər. Bir qədər sonra Sərvər mağazadan çıxmış və mağazanın qarşısında olan əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxslə söhbət etməyə başlamışdır. Həmin vaxt Əli qəflətən Sərvərin sinə nahiyəsindən yumruqla vurmuş, bununla da onların arasında dava başlamış və bir-birlərinə yumruqla bir-iki zərbə vurmuşlar. O və Ceyhun hadisəni görüb maşından düşənə kimi Əli Sərvərdən 1-2 metr aralaşmış və cibindən bıçaq çıxartmışdır. O, Əlinin əlində bıçaq olmasını görüb ondan bıçağı cibinə qoymasını tələb etmiş, lakin Əli onun sözünə məhəl qoymamış və bu azmış kimi, uca səslə nalayiq söyüş söyə-söyə onun üstünə hücum etmişdir. Həmin vaxt Əlinin ayağı yerdə olan nəyəsə ilişmiş və Əli yerə yıxılıb xəsarət almışdır. Daha sonra Əli ayağa qalxıb yenidən onun üstünə gəlməyə başlamış, bu zaman o, Əlinin bıçaqla onu vuracağından ehtiyat edib bıçağı ondan almaq məqsədilə qolunu burmuş, Əli isə bıçağı əlindən buraxmayaq ona müqavimət göstərmiş, nəticədə də bıçaq onun sağ əlini kəsmişdir. Əlinin kəsilməyinə baxmayaraq, o, bıçağı çətinliklə də olsa, Əlinin əlindən almış və var gücü ilə bir kənara tullamışdır. Bundan sonra Əlinin sakitləşməsini tələb edərək onu buraxmışdır ki, həmin yerdən çıxıb getsin. Lakin Əli sakitləşmək əvəzinə bıçağı götürüb yenidən üstlərinə hücum etmək məqsədi ilə bıçağı tulladığı yerə tərəf qaçmışdır. O, Ceyhun və Sərvər bunu görüb tez ona məxsus avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Həmin hadisə vaxtı nə o, nə də Ceyhun heç kəsi vurmamış, heç kəsə xəsarət yetirməmişdir. Davadalaş Sərvərlə Əlinin arasında baş vermişdir. Hazırda səhhəti yaxşıdır, Əli onunla barışıq əldə edərək ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də o, onu bağışlamışdır və ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Əliyə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, təxminən 20 gün bundan qabaq tanışları ilə “Şimal Dres” qəsəbəsində futbol oynayarkən İsmayılla Rövşənin sözü çəp gəlmiş, ona görə də Rövşən kəllə ilə İsmayılı vurmuşdur. Lakin, həmin vaxt onlar araya girib onları sakitləşdirmişlər. Həmin vaxt orada tanışları İlkin, Fərid və tanımadığı başqa bir neçə nəfər futbol oynayan uşaq da olmuşlar. Orada sakitlik yaratdıqdan sonra İsmayıla bildirmişlər ki, sabah oturub bir yerdə onları barışdırarlar və məsələ həllini tapar. Odur ki, növbəti gün İsmayıl ona zəng edib bildirmişdir ki, Mərdəkan qəsəbəsindəki “Şam bağı” restoranının yaxınlığına gəlsinlər. O, Rövşən, İlkin və Fərid həmin yerə gəlmişlər. Restorandan aşağıdakı küçəyə gəldikdə görmüşlər ki, İsmayılın yanında çoxlu kənar şəxs var. Orada İsmayılın babası Təqsirləndirilən şəxs2 gəlib bildirmişdir ki, bu məsələ necə olubsa olubdur, Rövşən İsmayıldan üzr istəsin. Ona görə də Rövşən İsmayıldan üzr istəmiş, lakin həmin vaxt İsmayıl sillə ilə Rövşəni vurmuşdur. O, dalaşanları ayıraraq bunun nə məsələ olduğunu, onların onları həmin yerə döydürməyə çağırdıqlarını soruşmuş, Əli isə məsələnin artıq həll olunduğunu demiş, onlar da oradan çıxıb getmişlər. Bundan sonra o, Əligilin qonşuluğunda yaşayan əmisi oğlu Sərvərə zəng etmiş və ona məsələni danışmışdır. Sərvər isə ona Əlinin ağsaqqal adam olduğunu, boş vermələrini demişdir. 10 aprel 2021-ci il tarixdə saat təxminən 23 radələrində o, tanışları İlkin və Fəridlə “Mir Mövsüm ağa” ziyarətgahının yaxınlığındakı “Xəzri” kafesində oturub çay içirmişlər. Bu zaman qohumu Əziz ona zəng edərək Sərvərgilin həyətinə Əlinin qohumlarının basqın etdiyini demiş, buna görə də o, İlkin və Fəridlə birlikdə idarə etdiyi “VAZ-2107” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı maşınla Sərvərin yaşadığı evin yaxınlığına gəlmiş və Əligil tərəfdən orada heç kimin olmadığını, lakin, tanışları Fərid, Nurməmməd, Xeyrulla, İzzət və Fikrətin haradansa məsələni eşidib oraya gəldiklərini görmüşdür. Onlar qərara gəlmişlər ki, Əligilin məhləsinə getsinlər və buna görə də əvvəlcədən o, özü ilə armatur, İlkin və Rövşən də taxta parçaları götürmüşlər. Həmin vaxt Əligilin həyətinin qarşısında sakitlik imiş, onlar qapını bağlayıbmışlar. Buna görə də o və Əziz “sukalar, çölə çıxın” deyə qışqırmağa başlamışlar. Bu zaman Əligilin həyət darvazasından kimsə küçəyə çıxaraq odlu silahdan 3 dəfə havaya atəş açmışdır. Silaha görə onlar qorxub oradan Sərvərgilin həyətinə qaçmış, sonra polis əməkdaşları oraya gəlmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 10 aprel 2021-ci il tarixdə təxminən saat 15 radələrində dostları Sərvər və Vüqarla birlikdə Vüqarın idarə etdiyi avtomobillə Sərvərin istəyi ilə mağazaya gəlmişlər. Sərvər avtomobildən düşüb mağazaya getmiş, o və Vüqar isə avtomobildə oturub onu gözləmişlər. Bir qədər sonra Sərvər mağazadan çıxmış və mağazanın qarşısında olan bir nəfər tanımadığı yaşlı kişi ilə söhbət etməyə başlamışdır. Həmin vaxt yaşlı kişi qəflətən Sərvərin sinə nahiyəsindən yumruqla bir dəfə zərbə vurmuş, bununla da onların arasında dava başlamış və onlar bir-birlərinə yumruqla bir-iki zərbə vurmuşlar. O və Vüqar hadisəni görüb maşından düşənə kimi yaşlı kişi Sərvərdən 1-2 metr aralaşmış və cibindən bıçaq çıxartmışdır. Vüqar yaşlı kişinin əlində bıçaq olmasını görüb həmin bıçağı onun əlindən almış və bir kənara tullamışdır. Həmin vaxt Vüqar bıçağı yaşlı kişinin əlindən alarkən bıçaq əlini kəsmişdir. Bundan sonra onlar hər üçü avtomobilə əyləşib oradan çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Sərvər və Nəsib onun qohumlarıdır. 10 aprel 2021-ci il tarixdə saat 23 radələrində ona evdən xəbər edərək Sərvərin evinə basqın edildiyini bildirmişlər. O, qohumu Nəsibə zəng vuraraq Sərvərgilin həyətinə Əli kişinin qohumlarının basqın etdiyini bildirmiş və bundan sonra o, Sərvərin yaşadığı evə getmişdir. O, oraya çatanda Nəsib artıq orada olmuş, Əligil tərəfdən isə heç kim olmamışdır. Lakin orada tanımadığı digər şəxslər də olmuşlar. Əvvəlcə o, təkcə Əligilin yaşadığı məhəlləyə getmiş, bundan sonra isə onun arxasınca Nəsib və Nəsibin yanındakı tanımadığı bir neçə şəxs də Əligilin məhəlləsinə gəlmişlər. Onlar Əlinin qapısının ağzında Əlinin nəvəsi İsmayılı qışqıraraq çağırmışlar. Lakin İsmayıl küçəyə çıxmadıqda onlar orada “sukalar, çölə çıxın” deyə qışqırmağa başlamışlar. Bu zaman Əligilin həyət darvazasından kimsə küçəyə çıxaraq odlu silahdan havaya 3 dəfə atəş açmışdır. Onlar qorxaraq qaçıb Sərvərgilin həyətinə girmişlər. Sonra isə oraya polis əməkdaşları gəlmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, hazırda həqiqi hərbi xidmətdə olan Şahid4 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 10 aprel 2021-ci il tarixdə ad günü ilə əlaqədar dostu Fikrətin Mərdəkan qəsəbəsində yerləşən evində o, Fikrət, Xeyrulla, Nurməmməd və Elnur yeyib-içirmişlər. Təxminən gecə saat 12 radələrində siqaret çəkmək üçün küçəyə çıxdıqda küçədən səs-küy eşidib səs-küy gələn tərəfə getdikdə orada Nəsibi və Nəsibin yanında bir neçə tanımadığı şəxsin olduğunu görmüşlər. Onlar Nəsibin yanına çatanda kimsə qabaqdan havaya tərəf silahla atəş açmış və onlar qaçaraq Fikrətgilin evinə getmişlər. Evdə onlar Nurməmmədin ayağından qırma xəsarəti aldığını görmüşlər. Daha sonra polis əməkdaşları oraya gələrək Nurməmmədin xəstəxanaya aparılmasında köməklik göstərmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 10 aprel 2021-ci il tarixdə dostu İzzətin ad günü ilə əlaqədar Mərdəkan qəsəbəsində yerləşən evində o, İzzət, Xeyrulla, Nurməmməd və Elnur yeyib-içirmişlər. Təxminən gecə saat 12 radələrində siqaret çəkmək üçün küçəyə çıxdıqda küçədən səs-küy eşidib səs-küy gələn tərəfə getdikdə orada tanıdığı Nəsibin və Nəsibin yanında bir neçə tanımadığı şəxsin olduğunu görmüşlər. Onlar Nəsibin yanına çatanda kimsə qabaqdan havaya tərəf silahla atəş açmış, qorxudan hərə bir tərəfə qaçmış və sonra onun yaşadığı evə getmişlər. Evdə onlar Nurməmmədin ayağından qırma xəsarəti aldığını görmüşlər. Daha sonra polis əməkdaşları oraya gələrək Nurməmmədin xəstəxanaya aparılmasında köməklik göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərdi ki, 10 aprel 2021-ci il tarixdə dostu İzzətin ad günü ilə əlaqədar digər dostu Fikrətin Mərdəkan qəsəbəsində yerləşən evində o, Fikrət, İzzət, qardaşı Nurməmməd və Elnur yeyib-içirmişlər. Təxminən gecə saat 12 radələrində siqaret çəkmək üçün küçəyə çıxdıqda küçədən səs-küy eşitmişlər. Onlar səs-küy gələn tərəfə getdikdə orada bir neçə tanımadığı şəxsin söhbət etdiklərini görmüşlər. Bir qədər sonra həmin şəxslər oradan təxminən 30-50 metr aralıda olan həyətə getmişlər. Onlar da həmin şəxslərin dalınca getmişlər ki, dava etsələr onları ayırsınlar. Həmin məhəlləyə çatdıqda oradakı şəxslərin səs-küy salaraq ev sahibinin küçəyə çıxmasını istədiklərini görmüşlər. Lakin ev sahibi küçəyə çıxmadığına görə onlar hamısı geri qayıtmışlar və bu zaman birdən atəş səsi gəlmiş və onlar qaçmışlar. Həyəcanlı halda onlar Fikrətin evinə getmişlər. Evdə onlar Nurməmmədin ayağından qırma xəsarəti aldığını görmüşlər. Daha sonra polis əməkdaşları oraya gələrək Nurməmmədin xəstəxanaya aparılmasında köməklik göstərmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Mərdəkan qəsəbəsi Elnur Hüseynov küçəsində nömrəsiz fərdi evdə kirayədə yaşayır. 10 aprel 2021-ci il tarixdə təxminən saat 15 radələrində siqaret almaq üçün yaşadığı evin yaxınlığında yerləşən ərzaq mağazasına getmiş, həmin vaxt mağazanın yaxınlığında olarkən bir nəfər cavan oğlan ilə bir nəfər yaşlı kişinin dava etdiklərini görmüş, həmin vaxt qoca kişi yumruqla cavan oğlanı vurduğuna görə cavan oğlan da yumruqla onu vurmuş və o, mağazanın qarşısında olan kafelin üzərinə yıxılmışdır. Bundan sonra qoca kişi əlinə bıçaq götürüb cavan oğlanı vurmağa çalışarkən həmin yerdə olan dolu bədən quruluşlu orta yaşlı bir nəfər kişi bıçağı onun əlindən alaraq kənara tullamışdır. Həmin vaxt orada bir neçə nəfər başqa şəxs də olmuş və onlar dava-dalaşın böyüməsinə imkan verməyərək dalaşanları aralaşdırmışlar. Bundan sonra dava edən şəxslər həmin yerdən çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 göstərdi ki, Şüvəlan qəsəbəsi Şimal Dres yaşayış massivində yaşayır və şəxsi “QAZEL” markalı avtomobili ilə metal yığıb sataraq ailəsini dolandırır. 10 aprel 2021-ci il tarixdə saat 15 radələrində metal yığmaq üçün Mərdəkan qəsəbəsi ərazisində ərzaq mağazasının yaxınlığında olarkən bir nəfər cavan oğlan ilə bir nəfər yaşlı kişinin dalaşdığını görmüşdür. Həmin vaxt qoca kişi yumruqla cavan oğlanı vurduğuna görə cavan oğlan da yumruqla onu vurmuş və o, mağazanın qarşısında olan kafelin üzərinə yıxılmışdır. Bundan sonra qoca kişi əlinə bıçaq götürüb cavan oğlanı vurmağa çalışarkən orada olan dolu bədən quruluşlu orta yaşlı bir nəfər kişi bıçağı onun əlindən alaraq kənara tullamışdır. Həmin vaxt orada bir neçə nəfər başqa şəxs də olmuş və onlar dava-dalaşın böyüməsinə imkan verməyərək dalaşanları aralaşdırmışlar. Bundan sonra dava edən şəxslər həmin yerdən çıxıb getmişlər. İş materiallarında olan 11 aprel 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni sahədə Təqsirləndirilən şəxs2 tərəfindən üç dəfə atəş açılması ilə bağlı hadisə yerinə baxış keçirilmiş, hadisənin baş verdiyi yerdə və onun ətrafında silah gilizi müəyyən edilməmişdir. Habelə, orada olan əşyalara zərər yetirilməməsi müəyyən olunmuşdur. İş materiallarında olan 11 aprel 2021-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi bir ədəd 12 kalibrli, tək lülə üzərində “Churchill” sözü yazılmış silah iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan 12 aprel 2021-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir, habelə müəyyən edilmişdir ki, “Rafiqin dükanı” kimi tanınan ərzaq mağazasının qarşısında video müşahidə kamerası mövcud deyildir. İş materiallarında olan şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokollardan görünür ki, Şahid7 və Əzimov X3 Əli Bahadur oğlunu, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyaraq 10 aprel 2021-ci il tarixdə təxminən saat 15 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni sahədə yerləşən “Rafiqin dükanı” kimi tanınan ərzaq mağazasının qarşısında dava edən şəxslərin Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 olmasını, Zərərçəkmiş şəxs2 isə həmin şəxsləri aralaşdırdığını təsdiq etmişlər. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş 01 may 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək təsdiq etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş 01 may 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17 aprel 2021-ci il tarixli 324 saylı rəyindən görünür ki, Əli Bahadur oğlu Məmmədovun bədəni üzərində aşkar edilmiş xəsarətlər – təpə nahiyənin, sol qaşüstü nahiyənin, sol almacıq nahiyəsinin, burunun, alt çənənin, sağ əlin sıyrıqları, gicgah nahiyəsinin hematoması, sağ göz almasının ağlı qişasının qansızması, sağ gözətrafı nahiyənin, sol kürək nahiyəsinin qançırları küt əşya (əşyalar); sol əlin kəsilmiş yarası kəsici təsirə malik əşya (alət (ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən 10 aprel 2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs2 bədənində aşkar olunmuş xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən yerə yıxılması zamanı yaranması zamanı yaranması istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 27 aprel 2021-ci il tarixli 351 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət – sol budun kor qırma yarası patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində törənmiş, törənmə müddətləri onun 3 saylı ŞKX-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 10 aprel 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətin qərarda göstərilən şəraitdə yəni rikaşet nəticəsində qırmanın sol bud nahiyəsini zədələyərək yaranması mümkündür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17 aprel 2021-ci il tarixli 333 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ əlin kəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət kəsici təsirə malik alət ola bilsin bıçaq təsirindən onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl törənmiş, qərarda göstərilən 10 aprel 2021-ci il tarixdə törənməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17 aprel 2021-ci il tarixli 330 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində sol göz almasının ağlı qişasının qansızması, sol göz orbitinin qançırı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl törənmiş, qərarda göstərilən 10 aprel 2021-ci il tarixdə törənmələri istisna olunmur və dərələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 26 aprel 2021-ci il tarixli 21/278R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li silah, İngiltərə dövlətində zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli “Churchil” modelli çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan ov tüfəngidir, odlu yivsiz silahdır. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Qeyd: DİN KTİ-nin “güllə-giliz” kartotekasında yalnız yivli odlu silahlardan atılmış güllə və gilizlərin qeydiyyatı aparıldığından qərarda göstərilən “Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd 12 kalibrli, tək lülə üzərində “Churchill” sözü yazılmış silah hər hansı bir cinayətdə istifadə edilibmi və axtarışda olan silahların siyahısındadırmı?” suallarına cavab verilmədi. İş materiallarından görünür ki, 02 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi bir ədəd 12 kalibrli, tək lülə üzərində “Churchill” sözü yazılmış silah maddi sübut kimi tanınmış və saxlanılması üçün maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ Əzizbəyov RPİ tərəfindən 21 fevral 2006-cı il tarixdə verilmiş M-1811 №-li Şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli, tək lülə üzərində “Churchill” sözü yazılmış tüfəng (№ 4559097) Təqsirləndirilən şəxs2 məxsusdur. İş materiallarında olan və zərərçəkmiş şəxslər X5 və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 23 iyun 2021-ci il tarixli ərizələrdən görünür ki, onlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar, onlara dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, buna görə də onların təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 14 avqust 2016-cı il təvəllüdlü X9 və 30 sentyabr 2017-ci il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayonu 37 saylı MKİS tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Zəfəran Hospital tərəfindən verilmiş Epikrizdən və X6 tərəfindən verilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 müxtəlif xəstəliklərdən əziyyət çəkir və 23 avqust 2021-ci il tarixdə X4 ürəyindən aorta koronar şuntlama əməliyyatını keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 may 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 11 may 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyalar tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi məhkəmə baxışının əvvəlində özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 cinayət əməli isə düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və onlar təqsirləndirildikləri maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edib peşmançılıq çəkməsini, Təqsirləndirilən şəxs2 ilə barışmasını, ona qarşı heç bir şikayət və ya tələbin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə ayrı-ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 11 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-138/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarı ilə 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 aprel 2021-ci il tarixdən hesablanmış, sübutların qiymətləndirilməsi barədə 02 may 2021-ci il tarixli qərarla onun əməli CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilərək o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilərək dərhal həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 11 aprel 2021-ci il tarixdən 02 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 ünvanda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2nın törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşmançılıq çəkməsini, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, artıq 69 yaşının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, məhkəmə baxışının gedişatında - 23 avqust 2021-ci il tarixdə X4 ürəyindən aorta koronar şuntlama əməliyyatını keçirməsini və hazırda ev şəraitində müalicəsini davam etdirməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 138/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 aprel 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-176/2021 saylı 04 may 2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 11 aprel 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 05 (beş) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşmançılıq çəkməsini, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, artıq 69 yaşının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, məhkəmə baxışının gedişatında - 23 avqust 2021-ci il tarixdə X4 ürəyindən aorta koronar şuntlama əməliyyatını keçirməsini və hazırda ev şəraitində müalicəsini davam etdirməsini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi özünə məxsus bir ədəd 12 kalibrli, tək lülə üzərində “Churchill” sözü yazılmış tüfəng (№ 4559097) hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (yüz səksən) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 11 aprel 2021-ci il tarixdən 02 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 6 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 11 aprel 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 05 (beş) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 06 (altı) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi özünə məxsus bir ədəd 12 kalibrli, tək lülə üzərində “Churchill” sözü yazılmış tüfəng (№ 4559097) hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 cəmi 180,00 (bir yüz səksən) manat, Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-321/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-321/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver