Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-321/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Mirələm oğlunun, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Lənkəran rayonunun Liman şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, 1-ci qrup əlil, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonunun Liman şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq dayanacağı 1349 4 saylı yataqxana 168-169 saylı otaqda yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(003)-245/2022 saylı qərarı ilə həbs qətimkan seçilmiş, həbsetmənin əvvəli tutulduğu 24 may 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə və saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının əvvəllərində saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X1 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Musa Nağıyev küçəsində yerləşən daş hasarla əhatələnmiş həyətyanı sahəsinə qanunsuz olaraq daxil olmaqla oradan 01 ədəd 6 ton həcmində dəmir su çənini oğurluq barədə məlumat vermədiyi tanışı Şahid məxsus yük avtomobilinə yüklətdirib daşıtdıraraq gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən təxminən 28 yanvar 2022-ci il tarixdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə bağdan işlədiyi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Musa Nağıyev küçəsində yerləşən bağ evinin yan tərəfindəki Zərərçəkmiş şəxs1 Mirələm oğluna məxsus bağ evinin həyətyanı sahəsinə hasardan aşıb qanunsuz olaraq daxil olmaqla oradan hər birinin dəyəri 150 manat olan 2 ədəd su mühərrikini, 1 ədəd 250 manat dəyərində “Mersedes” markalı avtomobilin dəmir mühərrik körpüsünü və cəmi 30 manat dəyərində 3 ədəd dəmir borunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 580 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 05 fevral 2022-ci il tarixdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə bağban işlədiyi Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Musa Nağıyev küçəsində yerləşən bağ evinin həyətyanı sahəsində çardağın altında olan 1 ədəd 300 manat dəyərində “JVC” markalı televizoru, 1 ədəd 150 manat dəyərində 7 litrlik samovarı və 1 ədəd 200 manat dəyərində ot biçən aparatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 650 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs2 6 ildən çoxdur ki, tanıyır. Belə ki, Zərərçəkmiş şəxs2 Buzovna qəsəbəsində Musa Nağıyev küçəsindəki 12 sot torpaq sahəsində fərdi yaşayış evini özü tikmişdir, 2-3 ildir ki, həmin bağ evində bağban kimi işləyir və həyətyanı sahədə olan meyvə ağaclarına qulluq edir, həm də evə nəzarət edir. Son aylarda maddi vəziyyəti ağır olduğundan məcbur olub Buzovna qəsəbəsi M.Nağıyev küçəsindəki bağ evlərindən oğurluq etmək qərarına gəlmişdir. Beləliklə, ilk dəfə 2022-ci ilin yanvar ayının əvvəllərində saat 09 radələrində bağban işlədiyi Buzovna qəsəbəsi M.Nağıyev küçəsində yerləşən bağ evinin qonşuluğunda olan hasarlanmış bağ sahəsində olan 6 tonluq su çənini görüb oğurlamaq qərarına gəlmişdir. Həmin bağ sahəsinin darvaza qapısı tam bağlanmırmış, yəni açıq vəziyyətdə imiş. Əvvəlcədən tanıdığı Anar adlı yük avtomobili sürən şəxsə zəng edərək əlaqə saxlamış və ona usta işlədiyi bağ evinin sahibinə məxsus olan su çənini bir ünvandan başqa ünvana aparmaq lazım olduğunu demiş, eyni zamanda həmin çəni qaldırmaq üçün traktor tapmağı ona tapşırmış, lakin Anara oğurluq məqsədini bildirməmişdir. Həmin gün təxminən saat 11 radələrində Anar onunla əlaqə saxlamış və verdiyi ünvana öz yük avtomobili və traktorla birlikdə gəlmiş, o da həmin Buzovna qəsəbəsi Zərərçəkmiş şəxs2 qonşuluğundakı hasarlanmış bağ sahəsinin darvazasını açmış və avtomobil traktorla birlikdə həyətə daxil olmuşdur. Traktor vasitəsi ilə həmin çəni Anarın yük avtomobilinə yüklədikdən sonra çıxıb getmişdir. O isə özü Anarın idarə etdiyi yük avtomobilinə əyləşmiş və yolda olanda yalandan mobil telefonu qulağına tutub guya çənin sahibi ilə danışırmış kimi göstərmişdir. Sonra isə Anara Buzovna-Maştağa yolunun sağ tərəfində yerləşən metal və dəmir qəbulu yerləşən ünvanı Anara başa salmışdır ki, “ora getməliyik”. Həmin yerə çatdıqda çəni avtomobildən düşürmüşlər və Anara traktorun pulu ilə birlikdə cəmi 50 manat verib yola salmışdır. Anarın həmin çəni oğurlamağından xəbəri olmamışdır. Həmin çəni metal qəbulunda götürüb 260 manat pul ödəmişlər, o da həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra isə, təxminən 2022-ci ilin yanvar ayının 28-də Zərərçəkmiş şəxs2 Buzovna qəsəbəsindəki bağ evinin digər divar qonşusu olan Fazil adlı şəxsin həyətyanı sahəsinə hasardan aşıb daxil olaraq oradan 2 ədəd su mühərrikini və 3 ədəd 3 metr uzunluğunda dəmir borunu oğurlayıb bağban işlədiyi Zərərçəkmiş şəxs2 bağ evinin həyətinə gətirmiş və yola çıxıb təsadüfi taksi avtomobili çağıraraq həmin oğurladığı 2 ədəd su mühərrikini, 3 ədəd borunu Sabunçu rayonunda yerləşən “Rus bazarı”nda tanımadığı şəxsə 60 manata satmış və pulu öz ehtiyacına xərcləmişdir. Sonuncu dəfə isə təxminən 05 fevral 2022-ci il tarixdə yenə pula ehtiyacı olduğundan bağban işlədiyi Zərərçəkmiş şəxs2 bağ evinin çardağının altında olan 1 ədəd “JVS” markalı televizoru, 1 ədəd samovarı və 1 ədəd qazon-ot biçən aparatı götürüb yoldan keçən təsadüfi taksi avtomobili saxlayaraq həmin əmlakları Sabunçu rayonunda yerləşən “Rus bazarı”na aparıb orada tanımadığı şəxsə 110 manata satmış və həmin pulu da öz ehtiyaclarına və dərmanlarına xərcləmişdir. İlk dəfə törətdiyi əməllərdən peşman olaraq zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Özü 1-ci qrup əlildir, boynunda sinir zədələnməsi var, boynuna dəmir dayaq yerləşdirilib. Himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 2008-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsi Musa Nağıyev küçəsində özü üçün 10 sot torpaq sahəsi almış və 2014-cü ilədək orada bağ evi tikdirmişdir. Həmin bağ evini Təqsirləndirilən şəxs tikdirmiş və o vaxtdan da Amid bağ sahəsində bağban kimi 2021-ci ilin avqust ayınadək işləmişdir. Sonradan Amid bağ evindən çıxıb getmiş, daha işə gəlməmiş və zənglərinə də cavab verməmişdir. Bağ sahəsində olan işlərlə bağlı onu axtardıqda Amid onunla 2022-ci ilin yanvar ayının əvvəlində əlaqəyə çıxmış və ona Ləkəran rayonunda olması səbəbindən başının qarışıq olmasını bildirmişdir. O da Amiddən xahiş etmişdir ki, Buzovna qəsəbəsindəki bağ evinə gedərək bağdakı balıqlara nəzarət etsin, həyəti təmizləsin və meyvə ağaclarına qulluq etsin. Bağ sahəsinin darvaza qapısının açarı Amiddə çoxdan var imiş, lakin evinin açarını verməmişdir. O həmin bağ evinə bayram günlərində və əsasən isə yay aylarında ailəsi ilə gedib qalırmış. Sonuncu dəfə 04 fevral 2022-ci il tarixdə həmin Buzovna qəsəbəsindəki bağ evində olmuşdur. Növbəti dəfə 12 fevral 2022-ci il tarixdə günorta saatlarında həmin bağ evinə gəldikdə görmüşdür ki, bağ evinin həyətyanı sahəsində olan 1 ədəd 300 manat dəyərində “JVC” markalı televizor, 1 ədəd 150 manat dəyərində 7 litrlik dəmir samovar və həyətdəki kombi quraşdırılmış bir otaqlı tikilidən 1 ədəd 200 manat dəyərində ot biçən dəzgah oğurlanmışdır. O, bu barədə Xəzər RPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət etmiş və hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı bağ evinin həyətinə baxış keçirilmiş, bu barədə izahat da vermişdir. Həmin vaxt qonşu Ariz Xəlilov da ona zəng edərək bildirmişdir ki, onun bağ sahəsindən də 01 ədəd dəmir su çəni oğurlanmışdır. Həm də digər qonşu bağ sahibi Fazil adlı şəxsin də bağ sahəsinin həyətindən 02 ədəd hidrofor, 1 ədəd avtomobil diferi və dəmir borular oğurlanmışdır. Xəzər RPİ-nin 2-ci PŞ-də araşdırma aparılarkən məlum olmuşdur ki, həmin oğurluq hadisələrini onun bağ evinin həyətində bağban işləyən Amid törətmiş və Polis şöbəsinə çağırılaraq izahatı alındıqda əməlini etiraf etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Mirələm oğlu göstərdi ki, 2009-cu ildə Buzovna qəsəbəsi Musa Nağıyev küçəsində özü üçün torpaq sahəsi alaraq orada ev tikdirmişdir. Həmin bağ evində əsasən yay aylarında yaşayış olur. Digər vaxtlarda isə yaşayış olmasa da, mütəmadi olaraq ayda bir dəfə gedib baş çəkir. Sonuncu dəfə 2022-ci ilin yanvar ayının əvvəllərində həmin bağ evində olmuşdur. 12 fevral 2022-ci il tarixdə axşam saatlarında həmin bağ evinə gəldikdə bağ evinin həyətində olan ümumi dəyəri 300 manat olan iki ədəd su mühərrikinin, dəyəri 250 manat olan avtomobil mühərikinin körpüsünün, ümumi dəyəri 30 manat olan 3 ədəd 3 metr uzunluğunda dəmir borunun oğurlandığını aşkar etmişdir. Sonra məlum olmuşdur ki, qonşuluqda bağban işləyən Amid adlı şəxs işlədiyi bağ evindən çən oğurlamış, onun həyətindən də oğurluq etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X2 göstərdi ki, 2003-cü ildə Buzovna qəsəbəsi Musa Nağıyev küçəsində 0,30 ha torpaq sahəsi almış və torpaq sahəsini 4 tərəfdən hasara aldıqdan sonra həm də darvaza quraşdırmışdır. Həmin torpaq sahəsində ev tikmədiyindən, orada yaşayış da olmamışdır. Lakin hər 2-3 ayda bir dəfə gəlib torpaq sahəsinə nəzarət edirmiş. Sonuncu dəfə 15 dekabr 2021-ci il tarixdə həmin bağ sahəsində olmuşdur. 12 feral 2022-ci il tarixdə bağ sahəsinə baş çəkmək qərarına gəlmişdir. Bağ sahəsinə baş çəkəndə məlum olmuşdur ki, bağda həyətdə saxladığı 1500 manat dəyərində 6 ton həcmində olan dəmir çən oğurlanmışdır. Sonradan məlum olmuşdur ki, oğurluğu qonşu bağda işləmiş Amid adlı şəxs törətmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, xəstə olduğu üçün daimi işləməyə imkanı da olmadığından dolanışıq məqsədi ilə icarəyə yük avtomobili götürüb yükləri daşıyıb Buzovna qəsəbəsi ərazisində ünvanlara çatdırmaqla məşğul olur, lakin şəxsi yük avtomobili yoxdur. Təqsirləndirilən şəxs 6 ildir ki, Buzovna qəsəbəsindən tanıyır və əvvəllər də onun ev tikdiyi bağ sahəsinə yük avtomobili ilə tikinti materialları gətirib boşaltmışdır. 2022-ci ilin yanvar ayının sonları ərəfəsində Amid zəng edərək bağban işlədiyi Buzovna qəsəbəsindəki evin sahibinin qonşu həyətdə saxladığı su çənini digər bağ sahəsinə aparmaq lazım olduğunu bildirmişdir. Sonra isə Amid ona həmin çəni yerindən götürmək üçün əlavə traktor da lazım olduğunu demiş və traktorla birlikdə 50 manat pul verəcəyini bildirmiş, o da razılaşmışdır. Sonradan qardaşı Rəşada məxsus tam xatırlamadığı, son dövlət qeydiyyat nömrəsi 124 olan yük avtomobilini götürüb saat 14 radələrində Amid deyən ünvana tərəf Buzovna qəsəbəsi ilə yolda gedərkən yol üstü traktorla rastlaşmış və həmin traktorun sürücüsünə Buzovna qəsəbəsi Musa Nağıyev küçəsində yerləşən evin həyətindən su çənini idarə etdiyi yük avtomobilinə yükləmək lazım olduğunu bildirmiş, qiymətdə razılığa gəldikdən sonra birlikdə Amidin bağban işlədiyi bağ evinə gəlmişlər. Həmin vaxt Amid bağ sahəsinin darvazasını açmış və traktorla yük avtomobilini içəri sürmüşlər, daha sonra traktor sürücüsü çəni onun idarə etdiyi yük avtomobilinə yükləmiş və çıxıb getmişdir. Ona Amiddən pul alıb verəcəyini demişdir. Sonra Amid yük avtomobilinə əyləşmiş və birlikdə yola düşmüşlər. Amidin deməsinə əsasən Buzovna qəsəbəsi Badam bağları adlanan ərazidə yerləşən bağ sahəsinə gedib çəni ora çatdırmalı imiş. Lakin Amid yolda olarkən telefonla kiminləsə danışmış və ona idarə etdiyi avtomobili bağ evinə yox, metal dəmir qəbulu məntəqəsinə sürməyi demiş, Buzovna-Maştağa yolunun sağ tərəfində yeləşən metal qəbulu məntəqəsinə Amidin göstərməsi əsasında sürmüşdür. Həmin ünvanda çəni düşürdükdən sonra Amiddən 50 manat pulu alıb çıxıb getmişdir. Yolüstü traktor sürücüsünə Buzovna qəsəbəsində görüşüb 25 manat yol xərcini ödəmişdir. Həmin traktor sürücüsünün mobil nömrəsini götürməmiş, adını da bilmir, sadəcə traktorla dayanacağı yeri dediyi üçün pulu Amiddən aldıqdan sonra ona həmin gün çatdırmışdır. Onun Amidin həmin dəmir su çənini oğurlamaq məqsədindən və əməlindən xəbəri olmamışdır, Amid onu aldadaraq guya ev sahibinin razılığı ilə su çənini başqa ünvana aparmağını demiş, sonradan isə köhnə olduğu üçün yenə çənin sahibinin telefonda deməsinə əsasən metal qəbulu məntəqəsinə aparıb satmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, o, ifadələrində göstərdiyi xüsusatları hadisə yerlərində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişlər. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Mirələm oğlu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etmişdir. Buna görə də onların təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan və Lənkəran şəhər DSMF tərəfindən 21 iyun 2019-cu il tarixdə verilmiş 026982 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəblərdən müddətsiz 1-ci qrup əlillik verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006-cı il təvəllüdlü Ayxan, 2008-ci il təvəllüdlü Əlixan və 2009-cu il təvəllüdlü Mələk adlı yetkinlik yaşına çatmayan üç uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 may 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə və saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını, İ qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2022-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 245/2022 saylı 25 may 2022-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 24 may 2022-cı il tarixdən hesablanmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və təqsirləndirilən şəxs qismində 24 may 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 12 (on iki) gün, cəmi 01 (bir) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq dayanacağı 1349 4 saylı yataqxana 168-169 saylı otaqda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və təqsirləndirilən şəxs qismində 24 may 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 12 (on iki) gün, cəmi 01 (bir) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq dayanacağı 1349 4 saylı yataqxana 168-169 saylı otaq ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-321/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-321/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver