Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-321/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 149. Mənzil 19-da qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 11,94 qram narkotik vasitə olan qurudulmuş marixuananı və 0,430 qram psixotrop maddə metamfetamini istintaqla müəyyən edilməmiş yerdən qanunsuz olaraq əldə etmiş, daha sonra həmin narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarını, yəni 0,91 qramını ayırıb şəffaf sellofana büküb, şəxsi istehlak miqdarından artıq miqdarda olan 0,430 qram psixotrop maddə metamfetamini şəffaf sellofana büküb əynində olan göy rəngli pencəyinin sağ yan cibində saxlamaqla daşımış, qurudulmuş marixuananın qalan 11,03 qramını isə ağ rəngli sellofana bükərək elektron tərəzisi ilə birlikdə yaşadığı Bakı şəhəri. Xəzər rayonu. Binə qəsəbəsi, V.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə daşıyaraq evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altında saxlamış, ərazidə baş vermiş oğurluq hadisələri ilə əlaqədar baş vermiş hadislərdə iştirakı olub-olmamasını yoxlamaq və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olunduğu üçün Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 12:00 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsində saxlanılaraq Xəzər RPİ- nin 3-cü PŞ-nin inzibati binasına gətirilərək şöbənin xidməti otaqlarının birində video çəkiliş ilə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli pencəyinin sağ yan cibindən həmin 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,91 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,430 qram psixotrop maddə metamfetamin aşkar edilərək qablaşdırılmaqla götürülmüş, bundan sonra yaşadığı evdə də, narkotik vasitə saxladığını bildirməsi əsasında həmin gün saat 14:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində keçirilmiş baxış və götürmə zamanı evin yataq otağında olan çarpayıdakı döşəyin altında saxladığı 01 ədəd ağ rəngli sellofan bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 11,03 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. 19 sentyabr 2023-cü il tarixdə yaşadığı ünvanın yanında iki nəfər polis əməkdaşları ona yaxınlaşıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona psixi təsir edərək üzrəində narkotik vasitə olmasını boynuna almasını tələb etmişlər. Bu səbəbdən o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Lakin onun üstündə narkotik vasitə olmamışdır. Sonradan evində axtarış etmişlər. Evindən müəyyən miqdarda narkotik vasitə çıxmışdır. Evindən tapılmış elektron tərəzi isə ona məxsus olmuş, işlək vəziyyətdə olmamış və uzun müddət əvvəl əldə etmişdir. Əlavə olaraq təqsirləndirilən ağır xəstə (qan xərçəngi) olduğunu, oğlunun Qarabağ müharibəsi veteranı olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili X4 oğlu bildirdi ki, 19 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsində xidmət aparan zaman Binə qəsəbəsində baş vermiş oğurluq hadisləri ilə əlaqədar bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edib, baş vermiş hadisələrdə iştirakı olub-olmamasını yoxlamaq, narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğu üçün polis şöbəsinə getməsini bildirmişlər. Xəzər RPİ-nin 3-cü PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu bilinmişdir. Sonra araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin təhqiqatçısı Elvin Hacıyevə həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, daha sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçinin və onların iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı tərəfindən Xəyala hüquq və vəzifələrini izah edilib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli pencəyin sağ yan cibində olan 01 büküm şəffaf sellofanı təqdim edərək içində “şüşə” olduğunu və 01 büküm şəffaf sellofana bükülmüş bükümün “nəşə” olduğunu bildirmişdir. Həmin bükümləri təxminən 3-4 gün əvvəl vatsap sosial şəbəkəsi vasitəsi ilə adını Mənsur kimi bildiyi tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını, narkotik vasitəni həmin şəxsin vatsap sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi məkan olaraq Babək prospektindən götürdüyünü, şəxsi istifadəsi və ya satış məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmçinin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsində yerləşən nömrəsiz evdə də narkotik vasitə olan “nəşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 büküm narkotik vasitə marixuanaya bənzər maddə və 01 büküm psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra saxlanılmış şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Sonra iştirakçılar ilə birlikdə onun yaşadığı Binə qəsəbəsi, V.Mirzəyev küçəsində yerləşən nömrəsiz ünvana yollanmışlar. Daha sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman 01 ədəd şəffaf selofona bükülmüş büküm və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3 və Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi Şahid2 verdikləri ifadələrində şahid X2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1320 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş iki ədəd zərfdə olan iki ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 11,03 qram və 0,91 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 11,94 qramdır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın hissəsikləri vardır; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/4939 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmişüzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N244” dairəvi möhür əksi və “...beş -imza, imza; Qablaşdırdı: E.Hacıyev i-imza ..."yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi -0,430 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminləıiə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir; - Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında xx.xx.2023-cü il tarixli ptorokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli, 3-16-16-7/1320 saylı ekspert rəyi ilə tanış olmuş, heç bir əlavə və qeydi olmadığını qeyd edərək imza etmişdir; - Şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində xx.xx.2023-cü il tarixində narkotik vasitə olan marixuananı və psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşıdığını, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf etmiş və “sözlərimlə düz yazılıb, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 8324 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 10-cu bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs "Xərçəng və digər bədxassəli şişlərin” olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; - Ekspert rəyini təqsirləndirilən şəxsə elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli ptorokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli, 8324 saylı ekspert rəyi ilə tanış olmuş, heç bir etirazı olmadığını qeyd edərək imza etmişdir; - Əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməmli CM-nin 206.3.2, 234.2, 234.4.1-ci maddələrindən CM-nin 234.2-ci maddəsinə tövsif edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı E.Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, xx.xx.2023-cü il tarixdə saat 13:10-13:20 radələrində Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilərkən o, əynində olan göy rəngli pencəyin sağ yan cibində olan 01 büküm şəffaf sellofana bükülmüş, içinndə “şüşə” olduğunu bildirdiyi bükümü və 01 büküm şəffaf sellofana bükülmüş, içində “nəşə” olduğunu bildirdiyi bükümü təqdim etmişdir. Eyni zamanda o, yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Protokol Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı E.Hacıyev tərəfindən tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi B.Səfərov tərəfindən də imzalanmışdır. Protokol iştirakçılara oxunmuş və heç bir şikayət və ya təklif olmamışdır. - Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən aydın olur ki, o , yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmişdir; - Evə baxış və götürmə aparılması haqqında 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Binə qəsəbəsi, V.Mirzəyev küçəsində yerləşən nömrəsiz ünvana baxış keçirilən zaman sonuncu narkotik vasitənin iki mərtəbəli evin birinci mərtəbəsinin giriş qapısı ilə üzbə-üz yerləşən yataq otağının solunda yerləşən kravatda olan döşəyin altında olduğunu deyərək araşdırmaya təqdim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs 01 ədəd şəffaf sellofana bükülmüş bükümü və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Protokol Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı E.Hacıyev tərəfindən tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi B.Səfərov tərəfindən də imzalanmışdır. Protokol iştirakçılara oxunmuş və heç bir şikayət və ya təklif olmamışdır. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi R.Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 206.3.2, 234.2, 234.4.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokola, həmçinin evə baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokola uyğun olmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Sultanov X7 Rayon (Xalq) Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə CM-nin 73 m 1-ci hissəsi (köhnə redaksiyada) ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1995-ci il tarixdə “Əfv” fərmanına əsasən azad edilmişdir; Bundan başqa o, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16-18 fevral 2023-cü il tarixlərində şübhəli şəxs qismində tutulduğu 02 gün müddət 1 günə 2 gün hesabı ilə hesablanmaqla ona 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 35507-21-1/3-8087-18 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə xx.xx.2024-cü il tarixli göstəriş xx.xx.2024-cü il tarixində icraata qəbul edilmiş, lakin cəzanın heç bir hissəsi onun tərəfindən çəkilməmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X6 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyrisəmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs xərçəng xəstəsi olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl törədildiyindən CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (yoxdur), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.) nəzərə alaraq məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-66.5), onun şübhəli şəxs kimi saxlanıldığı 04 gün müddət təyin edilmiş qəti cəzadan çıxılmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 0,380 qram psixotrop maddə olan metamfetamin, 11,84 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd disk iş materiallarında saxlanılmalı (CPM 132), iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 164 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-464/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) günü hesabı ilə hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 04 (dörd) gün bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,380 qram psixotrop maddə olan metamfetamin, 11,84 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 164 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saat vaxta görə 66 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-321/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-321/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver