Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-321/2025 29.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi, ev 22-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxsMübariz oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə xarici dövlətdə silah zavodunda istehsal olunmuş, TİP-56-1 (AKS-7) modelli, Kalaşnikov konstruksiyalı, 18201019 nömrəli, hər hansı bir ksutar üsulla dəyişikliyə məruz qalmamış, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd yivli odlu silahı avtomatı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı AK-74, AKS-47 modelli avtomatların komplekt hissəsi olan, qövsvari formada qara rəngli metaldan hazırlanmış, gövdədən, daxilinə yerləşdirilmiş qaytarıcı yaydan, ötürücü lövhədən və alt hissəsində yerləşən qapaqdan ibarət, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, atəş üçün yararlı 12 ədəd ştat patronlarını, zavod üsulu ilə istehsal olunmuş, “UZRQM” tipli alışdırıcını komplektləşdirdikdə müdafiə təyinatlı F-l tipli, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, tamlığı pozulmamış, təyinatı üzrə istifadə üçün yararlı 01 ədəd natamam döyüş sursatı olan əl qumbarasının gövdəsini, F-l, RQD-5, RQ-42 əl qumbaralarının “UZRQM” tipli, alışdırıcı partladıcı komplekt hissəsi olan, təyinatı üzrə istifadə üçün yararlı 01 ədəd partlayıcısını əldə etmiş, gəzdirmiş, daşıyaraq yaşadığı Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Bağlar massivində yerləşən fərdi yaşayış evinə gətirib həmin 01 ədəd darağı içərisindəki döyüş sursatı olan 12 ədəd ştat patronları ilə birlikdə yun odeyala bükməklə, eyni zamanda həmin 01 ədəd natamam döyüş sursatı olan əl qumbarasının gövdəsini və onun komplekt hissəsi olan 01 ədəd partlayıcısını sellofan paketə bükməklə yataq otağında çarpayının aıtında gizlədib qanunsuz olaraq saxlamış, 20 fevral 2025-ci il tarixdə saat 21 radələrində Xəzər RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı odlu silahın, döyüş sursatının saxlanmasında və gəzdirilməsində şübhəli bilinərək yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Bağlar massivində yerləşən bir otaqlı fərdi yaşayış evinə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs iştirakı ilə baxış, axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman yun odeyala bükülmüş halda gizlədib saxladığı həmin 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə xarici dövlətdə silah zavodunda istehsal olunmuş, TİP-56-1 (AKS-7) modelli, Kalaşnikov konstruksiyalı, 18201019 nömrəli, hər hansı bir kustar üsulla dəyişiklikliyə məruz qalmamış, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd yivli odlu silahı avtomat, həmin zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı AK-74, AKS -47 modelli avtomatların komplekt hissəsi olan, qövsvari formada qara rəngli metaldan hazırlanmış, gövdədən, daxilinə yerləşdirilmiş qaytarıcı yaydan, ötürücü lövhədən və alt hissəsində yerləşən qapaqdan ibarət, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd daraq, həmin zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda isehsal olunmuş, 7,62x39 ııım kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, atəş üçün yararlı 12 ədəd ştat patronlar, eyni zamanda sellofan paketə bükməklə gizlədib saxladığı həmin zavod üsulu ilə istehsal olunmuş, “UZRQM” tipli alışdırıcını komplektləşdirdikdə müdafiə təyinatlı F-l tipli, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, tamlığı pozulmamış, təyinatı üzrə istifadə üçün yararlı 01 ədəd natamam döyüş sursatı olan əl qumbarasının gövdəsi, həmin F-l, RQD-5, RQ-42 əl qumbaralarının “UZRQM” tipli, alışdırıcı partladıcı komplekt hissəsi olan, təyinatı üzrə istifadəüçün yararlı 01 ədəd partlayıcısı evdə yataq otağında olan çarpayının altından aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsMübariz oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ay əvvəl Ramin adlı şəxsdən bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomatı və həmin avtomata aid 12 ədəd güllə, həmin avtomata aid bir ədəd darağı və təxminən 40 gün bundan qabaq İlham adlı şəxsdən bir ədəd əl qumbarasını götürüb yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən bir otaqdan ibarət evinə aparmışdır. Orada “Kalaşnikov” konstrııksiyalı avtomatı, həmin avtomata aid 12 ədəd gülləni, həmin avtomata aid bir ədəd darağə və bir ədəd əl qumbarasının hissəsini götürüb evdə olan çarpayının altına qoymuşdur. 20 fevral 2025-ci il tarixdə saat 21 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evində olduğu zaman 3 nəfər mülki geyimdə və bir nəfər formada olan polis əməkdaşları evin qapısını döyərək onun qanunsuz olaraq odlu silah olan avtomat əldə edib saxlamaqda şübhəli olduğunu bildirərək, yaşadığı evdə qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o. yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi. Bağlar massivində yerləşən bir otaqlı fərdi yaşayış evində olan çarpayısının altından bir ədəd “Kalaşnikov” konstrııksiyalı avtomatı və həmin avtomata aid 12 ədəd güllə, həmin avtomata aid bir ədəd darağı və bir ədəd əl qumbarasının hissəsini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda və Xəzər RPİ-də olduğu zaman ona qarşı heç bir təzyiqin göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Xəzər RPİ-nin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Tiırkan qəsəbəsi, Bağlar massivindəki yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlaması barədə məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı daxil olduqdan sonra Xəzər rayon polis idarəsində istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Vasif Zeynallı, narkotiklərlə mübarizə bölməsinin rəisi, polis polkovnik-leytenantı Şahid2, Xəzər RPİ-nin CAŞ-ən baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və ondan ibarət tərkibdə istintaq-əməliyyat qrupu yaradılmışdır. Qəbul edilmiş qərar əsasında Təqsirləndirilən şəxs qeyd etdiyi yaşadığı mənzilə yollanmışlar. Orada Təqsirləndirilən şəxs ərizə yazaraq polis əməkdaşları tərəfindən yaşadığı mənzildə baxış və axtarış istintaq hərəkətinin keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra qeyd etdiyi əməliyyat istintaq qrupunun üzvləri ilə birlikdə mənzilə daxil olmuşlar. Bu zaman ev sahibi Təqsirləndirilən şəxs mənzildə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yataq dəsti olan çarpayının altından yun odeyala bükülmüş bir ədəd “Kalaşnikov” markalı avtomat silahı, bir ədəd həmin silaha aid darağı və darağın içərisində 12 ədəd patronu və həmin çarpayının altından sellofan paketin içərisində olan bir ədəd əl qumbarasını və 01 ədəd partladıcı qurğusu ilə birlikdə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Ttirkan qəsəbəsi, Bağlar massivindəki yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlaması barədə məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı daxil olduqdan sonra Xəzər rayon polis idarəsində istintaq-əməliyyat qrupu yaradılmışdır. Qəbul edilmiş qərar əsasında Təqsirləndirilən şəxs yaşadığı mənzilə yollanmışlar. Orada Təqsirləndirilən şəxs ərizə yazaraq polis əməkdaşları tərəfindən yaşadığı mənzildə baxış və axtarış istintaq hərəkətinin keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs mənzildə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yataq dəsti olan çarpayının altından yun odeyala bükülmüş bir ədəd “Kalaşnikov” markalı avtomat silahı, bir ədəd həmin silaha aid darağı və darağın içərisində 12 ədəd patronu və həmin çarpayının altından sellofan paketin içərisində olan bir ədəd əl qumbarasını və 01 ədəd partladıcı qurğusu ilə birlikdə təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 ilə eyniməzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsMübariz oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır ; - Xəzər RPİ-nin rəisinin xx.xx.2025-ci il tarixli əmrindən aydın olur ki, Təqsirləndirilən şəxsMübariz oğlu barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır; - Xəzər RPİ-nin CAŞ-ın rəisi Şahid1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsMübariz oğlunun yaşadığı ünvanda qanunsuz olaraq odlu silah saxlaması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır; - Şübhəli şəxsin tutulması haqqında 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsMübariz oğlu həmin tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Baxış keçirilməsi və əşyaların götürülməsi aparılması haqqında 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 20 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Trükan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi yaşayış evinə istintaqəməliyyat qrupu tərəfindən baxış keçirilən zaman ev sahibi Təqsirləndirilən şəxs yataq dəsti olan çarpayının altında yun odeyala bükülmüş bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd onun darağı və darağın içərisində 12 ədəd patronu və həmin çarpayının altından sellofan paketin içərisində olan bir ədəd əl qumbarası və 01 ədəd partladıcı qurğusu ilə birlikdə aşkar edilir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomat və onun darağını bir ay bundan əvvəl qabaq Ramin adlı şəxsin, əl qumbarasını isə 40 gün əvvəl İlham adlı şəxsin saxlamaq üçün ona verdiklərini bildirir. Daha sonra aşkar edilmiş predmetlər ekspertizaya təqdim edilməsi üçün qablaşdırılır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21 fevral 2025-ci il tarixli, 25/292 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya “UZRQM” tipli partladıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partladıcısıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi ilə 01 ədəd “UZRQM” tipli alışdırıcı partladıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdırlar MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatları üzrə istifadə üçün yararlıdırlar; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21 fevral 2025-ci il tarixli, 25/293 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 18201019 nömrəli silah, 7.62 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə silah zavodunda istehsal olunmuş, TİP-56-1 (AKS-47) modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı AK-47, AKS-47 modelli avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 12 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsMübariz oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(003)-88/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsMübariz oğlunun barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; - 01 mart 2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə Xəzər RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru Vasif Zeynallı, Xəzər RPİ-nin CAŞ-ın rəisi, polis polkovnik-leytenantı Şahid1, Xəzər RPİnin NMB-nin rəisi, polis polkovnik leytenantı Şahid2 və Xəzər RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakı ilə baxış, axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi görünür. Baxış zamanı Şahid2 videoçəkiliş aparır. Bu zaman Təqsirləndirilən şəxs yatdığı çarpayının altında yun odeyala bükülmüş “Kalaşnikov” markalı avtomat silah, ona məxsus daraq və 12 ədəd patron aşkar edilir. Bundan başqa, həmin çarpayının altında göy rəngli sellofan paketdə bir ədəd əl qumbarası və həmin qumbaraya məxsus bir ədəd partladıcı mexanizm aşkar edilərək götürülür. Mənzildən başqa dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında keç bir məlumat yoxdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli 748 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hal- hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 03 aprel 2025-ci il tarixli, 3-13-11/2-3827/2025 saylı məktubuna əsasən məhkəmə-ballistik ekspertizasına təqdim edilmiş 01 ədəd 7,62 mm kalibrli, 18201019 nömrəli Kalaşnikov konstruksiyalı, AKS-47 (TİP-56-1) modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə vasitəsilə yoxlanılması və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsMübariz oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə — iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsMübariz oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxsMübariz oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxsMübariz oğlunun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxsMübariz oğluna təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxsMübariz oğlu Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut DİN-nin Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd 18201019 nömrəli, Kalaşnikov konstruksiyalı odlu yivli silah hesab olunan avtomat, 01 ədəd daraq, 12 ədəd patron, 01 ədəd əl qumbarası gövdəsi, 01 ədəd əl qumbaralarının partlayıcısı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd 18201019 nömrəli, Kalaşnikov konstruksiyalı odlu yivli silah hesab olunan avtomat, 01 ədəd daraq, 12 ədəd patron, 01 ədəd əl qumbarası gövdəsi, 01 ədəd əl qumbaralarının partlayıcısı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 07 saat vaxta görə 77 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-321/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-321/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver