Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-322/2021 13.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməllərinin törədilməsində təqsirləndirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 61,266 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı evdə və avtomobilində saxlayaraq daşımış və 05 mart 2021-ci il tarixdə saat 11:10 radəsində Xəzər RPİ-nin CAŞ-nin və NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, yaşadığı ünvan 1 ünvanının yaxınlığında avtomobilinin yanında dayanarkən saxlanılmış və bundan sonra onun yaşadığı ünvana saat 11:20 radəsində axtarış və götürmə aparılan zaman evin mətbəx və yataq otağı kimi istifadə edilən otağının divarına yığılmış rəfdən 01 ədəd qara rəngli politelin torbanın içərisindən 05 ədəd kibrit qutusunda ümumi çəkisi 38,445 qram (8,718qr. 6,822qr, 7,866qr, 7,973qr, 7,066qr.) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə saat 12:40 radədə Natiq Məhəmnmədsoya məxsus “Toyota FJ- CRUİSER” minik markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobilə onun yaşadığı ünvanın qarşısında axtarış və götürmə aparılmış və avtomobilin qabaq sağ tərəfində yerləşən sərnişin oturacağının alt hissəsindən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibirli PM modelli, Makarov konstruksiyalı atəş üçün yararlı yivli odlu silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan istifadəyə yararlı darağ və 05 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibirli Makarov (PM) PA-63, P-64, RK-59, FROMMER-37M, CESKA ZBROJOVKA və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün istifadəyə yararlı döyüş sursatı və həmin avtomobilin salonunun qabaq hissəsində olan saxlanc yerindən 03 ədəd kibrit qutusunda ümümi çəkisi 22,821 qram (7,322qr, 7,523qr, 7,976qr) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Faktla əlaqədar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Musa Məmmədov tərəfindən istintaq aparılmış və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələrinin tərkibi olduğundan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. 22 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 şifahi vəsatət ilə məhkəməyə müraciət edərək cinayət işinin istintaqının onun iştirakı olmadan yekunlaşdırıldığını, yekunlaşdırılmış iş materialları ilə tanış olmadığını, habelə onun müqavilə əsasında təqsirləndirilən şəxsin vəkili olduğu halda istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə yenidən dövlət hesabına vəkil təyin edildiyini qeyd edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin materialları Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə bağlı pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 vəsatəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini və cinayət işinin məhkəmə baxışına təyin edilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, tərəflərin həmin vəsatətə münasibətini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, hazırkı cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya rəhbərlik edən prokurora qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi 05 mart 2021-ci il tarixdə Xəzər RPİ İstintaq Şöbəsinin baş müstəntiqi Nicat Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Elə həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Həmin tarixdə ona müdafiəçi kimi dövlət hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Orxan Qocayev təyin edilmişdir. 06 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və məhkəmənin təşəbbüsü ilə onun barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. Həmin vəsatətə baxılarkən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi kimi (dövlət hesabına təyin edilmiş müdafiəçi ilə birlikdə) iştirak etmiş və onun mövqeyi həmin qərarda öz əksini tapmışdır. Daha sonra həmin qərardan Xəzər rayon prokuroru tərəfindən apellyasiya protesti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 12.03.2021-ci il tarixli qərarı ilə protest təmin olunaraq, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 30.03.2021-ci il tarixdə Müdafiəçi2 cinayət işi üzrə şahidlərin ifadələrinin alınması və s. barədə vəsatətlər ilə istintaq orqanına müraciət etmiş və Xəzər RPİ İŞ baş müstəntiqi Nicat Əliyevin 30.03.2021-ci il tarixli qərarı ilə müdafiəçinin vəkil orderinin əslini təqdim etməməsi səbəbi ilə vəsatətlər rədd edilmişdir. 21.04.2021-ci il tarixdə Müdafiəçi2 təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girovla əvəz edilməsi barədə vəsatət ilə müraciət etmiş, Xəzər rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli qərarı ilə vəsatət rədd edilmiş, həmin qərardan Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 30.04.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir.05.04 2021-ci il tarixdə Müdafiəçi2 cinayət işi üzrə şahidlərin ifadələrinin alınması və s. barədə vəsatətlər ilə növbəti dəfə istintaq orqanına müraciət etmiş, bu dəfə isə onun müraciətinə müstəntiq tərəfindən heç bir münasibət bildirilməmişdir. 28.05.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələri ilə olan ********* saylı cinayət işinin istintaqının davam etdirilməsi Xəzər RPİ İŞ-nin müstəntiqi Musa Məmmədova həvalə edilmişdir. 26.04.2021-ci il tarixdə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Orxan Qocayev vəsatət ilə istintaq orqanına müraciət edərək, təqsirləndirilən şəxsin müqavilə əsasında vəkilinin olduğunu əsas gətirərək onun cinayət proesesində müdafiəçi kimi iştirakına xitam verilməsini xahiş etmişdir. Həmin vəsatət münasibət bildirilməsi üçün 29.05.2021-ci tarixdə Xəzər RPİ İŞ-nin müstəntiqi Musa Məmmədova təqdim edilmiş və müstəntiq tərəfindən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Orxan Qocayevin iş üzrə iştirakına xitam verilməsi və təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edilməsi üçün müdafiəçi dəvət edilməsi barədə 29.05.2021-ci il tarixdə qərarlar qəbul edilmişdir. Bakı şəhəri 8 saylı Vəkil Bürosu tərəfindən X4 təqsirləndirilən şəxsə vəkil təyin edilmişdir.03.06.2021-ci il tarixdə ccinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq, iş üzrə ittiham aktı tərtib edilmiş və cinayət işinin materialları məhkəməyə təqdim edilməsi üçün Xəzər rayon Prokurorluğuna göndərilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CPMin 92.10.3-cü maddəsinə əsasən özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək, habelə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək müdafiəçiyə qadağan olunur. Göründüyü kimi hazırki cinayət işində təqsirləndirilən şəxsin müdafiəçisi Orxan Qocayev vəsatət ilə istintaq orqanına müraciət edərək, cinayət proesesində təqsirləndirilən şəxsin müdafiəçisi kimi iştirakına xitam verilməsini xahiş etmiş və Xəzər RPİ İŞ-nin müstəntiqi Musa Məmmədovun 29.05.2021-ci tarixli qərarı ilə onun iş üzrə iştirakına xitam verilmişdir. Məhkəmə bu məsələyə münasibətdə qeyd edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmaqla qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Həmin Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284— 286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Xəzər rayon Məhkəməsinin 06.03.2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxsin 05.03.2021-ci il tarixdən 06.03.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin nəzərə alınması qeyd edilmişdir. Məhkəmənin qərarından verilmiş apellyasiya protesti 12.03.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən təmin edilmiş, Xəzər rayon məhkəməsinin X2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair 06.03.2021-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Xəzər rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 05 iyun 2021-ci il tarixdən 25 iyun 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə bu məsələyə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsə istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.2ci madəsi ilə nəzərdə tutulmuş cinayət əməli AR CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. AR CPM-in 158.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini az ağır cinayət törədilməsinə görə 3 (üç) ay həddində müəyyən edir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Göründüyü kimi təqsirləndirilən şəxs barəsində ilk olaraq 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, daha sonra həmin qətimkan tədbiri 20 gün müddətinə uzadılmışdır. Qanunvericilik cinayət işi üzrə məhkəməyədək icraat zamanı az ağır cinayət əməli üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin 02 ay müddətinə uzadılmasını nəzərdə tutmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay 10 gün müddətinə uzadılmalıdır. Azərbaycan Respublikası CPM-in 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 84,303 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə bağlı pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinun müddəti 01 (bir) ay 10 (on) gün müddətinə yəni 23 avqust 2021-ci il tarixədək uzadılsın. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-322/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-322/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver