Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-323/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Hazırkı iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs aşkar surətdə xx xxxxxxxx 2018-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs doğulduqdan sonrakı dövrlərdə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Xaşaxuna” bağlar massivində yerləşən nömrəsiz evdə köməksiz vəziyyətdə olduğunu bilə-bilə ona müqavimət göstərmək imkanından məhrum olduğunu dərk edərək müxtəlif vaxtlarda, sonuncu dəfə isə 2022-ci ilin yanvar ayının əvəllərində - Zərərçəkmiş şəxs ölümündən təxminən 2 həftə öncə sonuncunu mütəmadi olaraq döyməklə, ona qarşı sair zorakı hərəkətlər edərək dəfələrlə çimdikləyib, siqareti bədəninin müxtəlif nahiyələrinə basmaqla termiki faktorlarla təsir edib, hətta boynuna uzatma kabeli dolayaraq həmin kabeli də tavana bağlayıb boğucu hərəkətlər edib güclü fiziki ağrılar yetirməklə, psixi iztirablara da məruz qoyub qəsdən ona döş qəfəsinin ön səthinin sol və sağ yarısının yarısının yuxarı üçdə birinin, kürəkarxası nahiyyədə onurğa üzərində, sağ kürək nahiyyəsinin, sağ bazunun orta üçdə birinin arxa səthinin, sağ əlin arxa səthinin, sağ baldırın yuxarı üçdə birinin ön səthinin yanıq yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirib Zərərçəkmiş şəxs işgəncə verməklə əzab vermişdir.. Həmin hərəkətlərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddə ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və iş materiallarının ibtidai araşdırmaya prosesual rəhbərlik edən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmış anası X2 xx.xx.2002-ci il təvəllüdlü olmaqla 2017-ci ilin təxminən dekabr ayında xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onların birgə nikahından xx.xx.2018-ci il tarixdə qızları Zərərçəkmiş şəxs doğulmuşdur.Cinayət işinin materiallarına əlavə edilmiş Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilən 14 aprel 2022-ci il tarixli, 05/69-498 nömrəli arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs anası X2, atası isə Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə qeyd olunan maddə ilə cinayət məsuliyyəti yaradır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 152 və 153-cü maddələrində nəzərdə tutulmuş cinayətə görə məsuliyyət həmin maddədə göstərilən əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi ikidən çox olduqda yaranır. Göründüyü kimi, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməlində CM-nin 152.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı həmin xüsusata hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi verilmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, tərəflərin həmin vəsatətə münasibətini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, hazırkı cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya rəhbərlik edən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs qzıının ölməsi faktı ilə əlaqədar 01 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3cü maddəsi ilə cinayət işi başlanılmışdır. 04 fevral 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin Məcəllənin 126.3 və 133.2.4-cü maddələrinə tövsif edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Xəzər rayon Məhkəməsinin 05 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablanmışdır. Xəzər rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 27 gün müddətinə yəni 01 iyun 2022-ci il tarixədək uzadılmışdır. 06 may 2022-ci il tarixdə ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əzab verməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə cinayət işi ayrılmış və cinayət işi istintaqın davam etdirilməsi üçün Xəzər RPİ İstintaq Şöbəsinə göndərilmişdir. Xəzər rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay müddətinə yəni 01 iyul 2022-ci il tarixədək uzadılmışdır.26 may 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsindən həmin Məcəllənin 133.2.4 və 133.2.6-cı maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə ittiham elan edilmişdir. 11 iyun 2022-ci il tarixdə cinayət işi üzrə ittiham aktı tərtib edilmiş, 14 iyun 2022-ci il tarixdə isə cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilmişdir. 28 iyun 2022-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti növbəti hazırlıq iclasının keçiriləcəyi tarixədək yəni 13 iyul 202-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri AR CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Bu səbəbdən onun barəsində məhkəmənin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 gün və 01 ay olmaqla iki dəfə uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 159.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Azərbaycan Respublikası CPM-nin 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən müddəalarını əsas götürərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı daha ağır ittiham irəli sürülməsi məsələsinə baxılması əlavə araşdırılmanın aparılması və aparılmış istintaqın materiallarına yenidən baxılması ilə bağlı olduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iki ay müddətinə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 84 və 318-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinun müddəti 02 (iki) ay müddətinə yəni 25 dekabr 2022-ci il tarixədək uzadılsın. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-323/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-323/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver