Məhkəmə qərarları › İş №1(003)-323/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-323/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-323/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Ermənistan Respublikası, Vardenis rayonunda doğulmuş, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs, tamah məqsədi ilə etibardan sui istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında «Məcnun» adlı şəxslə birləşərək Zərərçəkmiş şəxs özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə sonuncuya Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 0,04 ha torpaq sahəsi satacağı barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş müxtəlif bəhanələr gətirməklə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, üzümçülük savxozunda fəaliyyət göstərən “Oba” marketin qarşısında 1000 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, üzümçülük savxozu ərazisində yerləşən yaşadığı evin həyətində isə 6000 manat olmaqla ümumilikdə 7000 (yeddi min) manat məbləğində, yəni xeyli miqdarda pul vəsaitini ələ keçirməklə vədinə əməl etməyərək Rəşad Ağkişiyevə qarşı dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və aralarında heç bir mübahisə, ədavət olmamışdır. 2023-cü ilin avqust ayının əvvəllərində bibisi oğlu Məcnun ona Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, üzümçülük savxozunda 0.04 ha torpaq sahəsinin olduğunu bildirmiş, ondan xahiş etmişdir ki, həmin torpaq sahəsini satsın, əldə etdiyi puldan onada versin. O, razılaşmış və tanışlarına torpaq satdığını bildirmişdir. Bir neçə gün sonra Mübariz adlı tanışı bir nəfər müştəri tapdığını deyib və həmin müştərini onun yanına göndərmişdir. Daha sonra Rəşad adlı şəxs ona müraciət edib və torpaq sahəsini baxıb almaq istədiyini bildirmişdir. O, torpaq sahəsini Rəşada göstərmiş və Rəşad almağa razılıq vermişdir. Razılşamaya əsasən həmin torpaq sahəsini 7000 manata satası olub, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi, üzümçülük savxozunda fəaliyyət göstərən “Oba” marketin qarşısında Rəşad ona 1000 manat pul vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Həmin vaxt torpağın sənədləri olmadığı üçün Rəşada demişdir ki, sənəd hazır olandan sonra qalan pulu verər. Bundan sonra Türkan savxoz bələdiyyəsinin yaxınlığında yaşayan Elmandan xaiş etmişdir ki, həmin torpaq sahəsi üçün sənəd düzəldib ona versin. Elman razılaşmış və 350 manata sənəd düzəldə biləcəyini demişdir. Elmana 350 manat pul vermiş, bir neçə gün sonra Elman ona torpaq sahəsi ilə bağlı müxtəlif sənədlər vermişdir. O, sənədləri aldıqdan sonra Rəşada zəng edib evinə çağırmışdır. Torpağın sənədlərini Rəşada vermiş və qalan 6000 manat pulu xx.xx.2023-cü il tarixdə Bakı şəhəri. Xəzər rayonu, Türkan qəsəbəsi üzümçülük savxozunda yaşadığı evin həyətində ondan almışdır. Bununla da, Zərərçəkmiş şəxs ümumilikdə 7000 manat pul almışdır. Əldə etdiyi 7000 manatının 6000 manatını bibisi oğlu Məcnuna vermişdir. Qalan 350 manatını Elmana vermişdir. 350 manatını Mübarizə vermiş, qalan 350 manatı isə özü götürmüşdür. Bir həftə sonra Rəşad ona zəng edərək sənədin saxta olduğunu bildirib və ondan pulunu geri qaytarmağı tələb etmişdir. O, isə pulu qaytara bilməmiş və onun barəsində şikayət etmişdir. Məcnun həmin 6000 manat puldan 2000 manatını sonradan ona vermişdir, özündə qalan pulu öz səhhəti üçün xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq əldə etdiyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, himayəsində iki azyaşlı uşağının və yaşlı anasının olduğunu, özünün xəstə olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, uzun illərdir Bakı şəhərinin müxtəlif yerlərində yaşasada özünün şəxsi evi olmamışdır. 2023-cü ilin iyul ayının axırlarından yaşadığı qəsəbədə torpaq sahəsi axtarmağa başlamışdır ki, alıb həyət evi tiksin, bu barədə müxtəlif dükanlara bildirmişdir. 2023-cü ilin avqsut ayının əvvələrində qəsəbədə yem mağazasında işləyən Mübariz adlı şəxs ona bildirmişdir ki, Şahin adlı şəxsə yaxınlaşsın çünki Şahinin satdıq torpaq sahəsi olduğunu ona demişlər. Oda Təqsirləndirilən şəxs yaxınlaşıb ona bu barədə bildirmişdir. Şahin ona 4 sot və Türkan üzümçülük savxozunda yerləşən torpaq sahəsinin olduğunu, sata biləcəyini bildirmişdir. O, həmin torpaq sahəsini hansı qiymətə satdığını dedikdə Şahin həmin 4 sot torpaq sahəsini ümumilikdə 7000 manata satacağını bildirmişdir. Gedib birlikdə torpaq sahəsinə baxmış və torpaq sahəsi onun xoşuna gəldiyi üçün Şahinlə razılaşmağı qərar vermiş, bir daha ondan torpağa aid nə sənədinin olduğunu soruşduqda, Şahin narahat olmamağını deyib sənədi qısa müddətdə ona təqdim edəcəyini bildirmişdir. Onların razılaşması ilə xx.xx.2023-cü il tarixdə Türkan qəsəbəsində Üzümçülük savxozunda fəaliyyət göstərən «Oba» marketin qarşısında o, 1000 manat pulu Şahinə beh olaraq vermişdir. Qalan 6000 manatı isə sənəd hazır olduqda verəcəyini bildirmişdir. Həmin vaxt nə Şahinin yanında nədə onun yanında heç kim olmamışdır. Bir həftə sonra xx.xx.2023-cü il tarixdə Şahin ona 089566 nömrəli Lizenziya-lahiyyə sənədini gətirib vermişdir ki, torpağın sənədidir hazırdı. Oda həmin sənəd də torpaq ölçülərini görüb bir daha inanaraq arxayın olub sənədi Şahindən götürmüş və Şahinin yaşadığı ünvanda 6000 manat puluda Şahinə vermişdir. Bundun bir müddət sonra tanışları ilə söhbət zamanı onlar həmin torpaq sahəsini hansı sənəd əsasında aldığını soruşduqda o, qeyd olunan sənədi göstərirmiş, lakin həmin sənədin hüquq verici hər hansı sənəd olmadığını və bunun həmin torpaq sahəsi ilə heç bir aidiyyəti olmadığını deyirmişlər. Ona məlum olmuşdur ki, Şahin ona olan etibarından istifadə edib onu inandıraraq 7000 manat pulunu ələ keçirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin lahiyə sənədini Şahin Elman adlı şəxsdən pul ilə alıb və sadəcə olaraq lahiyə sənədidir. Həmin sənədin ona vəd verərək satacağı torpağa heç bir aidiyyəti yoxdur, ümumi lahiyyə sənədidir. Hətda o, bu barədə Elmandan soruşduqda Elman ona bildirmişdir ki, Şahin Elmandan hər hansı lahiyə sənədi istəmiş Elmanda lahiyəni 350 manata satmış, Elman sözü gedən həmin torpaq sahəsini tanımır və o, barədə heç bir məlumatı olmamışdır. Bundan sonra o, bir daha Şahindən verdiyi pulu geri istədikdə Şahin yalan vədinə davam edərək sənədin yaxın günlərdə hazır olacağını deyib onu inandırmağa çalışırmış. O, artıq Şahinin danışıqlarından və hərəktlərindən anlamışdır ki, Şahin onu aldadıb və bu barədə ərizə Xəzər RPİ-nin 1-ci PŞ-nə ilə müracəit etmişdir. Pulu verəndə tək olmuş, Şahində tək olmuşdur onun yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə aldığı 7000 manat puldan konkret olaraq kimə pul verməsindən heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq ədlə edilmiş, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, onun əsil adı Əlvandır, sadəcə onu hər kəs Elman kimi tanıyır. Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanımış və onunla hər zaman münasibəti normal olub. Onunla qonşuluqda yaşayırmış, Şahin təxminən 2023-cü ilin avqust ayının ortalarında dəqiq tarixi yadında deyil bildirmişdir ki, onun üçün torpaq sahəsinə lahiyyə lazımdır. Hətda bildirmişdir ki, torpaq sahəsi var onu satacaq və həmin torpaq sahəsini alan şəxsə lahiyyə olaraq həmin sənədi verəcəkmiş ki, tikintini elə etsinlər. Oda olan lahiyəni Şahinə 350 manata satmışdır. Lakin o, bilmirişdir ki, Şahin torpaq sahəsini satmaq üçün həmin lahiyə sənədini hüquq sənəd kimi təqdim etməklə inandırmaq üçün torpağı alan Rəşad adlı şəxsə vermək məqsədi ilə almışdır. Bir daha qeyd edmişdir ki, məlum olan lahiyə sənədi hüquq verici sənəd deyilmiş. Şahinin düz demədiyini, məlum olduğu kimi həmin sənəd lahiyə sənədi olduğunu, o, sənədi mənim düzəldməyin mümkün olmadığını bildirmişdir. Şahin ona bildirmişdir ki, torpaq sahəsi var onu satacaq və həmin torpaq sahəsini alan şəxsə lahiyyə olaraq həmin sənədi verəcək ki, tikintini elə etsinlər. Onda olan lahiyəni Şahinə 350 manata satmışdır. Lakin o, bilməmişdir ki, Şahin torpaq sahəsini satmaq üçün həmin lahiyə sənədini hüquq sənəd kimi təqdim etməklə inandırmaq üçün torpağı alan Rəşad adlı şəxsə vermək məqsədi ilə almışdır. O, ümumiyyətlə torpaq satışı barədə əvvəlcədən heç bir məlumatı olmamışdır, bu barədə sonradan məlumatı olubmuş. Məcnunu Şahinin qohumu olaraq tanımış və hazırda onula bir yaxın ərazidə yaşayır, onunla hər hansı bir sənədləşdmə və ya torpaq alqı satqısı işi olmamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs təxminən 6 il olar ki qonşuluqda yaşayan sakin kimi tanımış, Şahin torpaq alqı-satqısı ilə məşğul olurmuş. Şahin kimi bir çox sakinlərdə ona bildirmişlər ki, torpaq olur satdıq, soruşan olarsa desin. Buna səbəb onun qəsəbədə, Üzümçülük savxozunda yerləşən yem mağazasında işləyib qəsəbə sakinləri tanımağı olmuşdur. Təxminən 2023-cü ilin avqust ayının ilk günlərində əvvələr tanımadığı və özünü Rəşad kimi təqdim edən şəxs ona yaxınlaşıb torpaq sahəsi almaq istədiyini bildirmiş, oda ona bir neçə, eyni zamanda Təqsirləndirilən şəxs bildirdiyi satacağı torpağı demiş, bunun üçün Şahinlə görüşməsini deyib Şahinin olduğu yeri göstərmişdir. Lakin Təqsirləndirilən şəxs hansı torpaq sahəsini satması barədə heç bir məlumatı olmamışdır, onların danışıqlarının nə yerdə olmasından və torpağı alıb-almamasından heç bir məlumatı olmamışdır. Bir neçə gün sonra Şahin onun yanına gəlmiş və ona bildirmişdir ki, torpaq sahəsini sənəd əsasında Rəşad adlı şəxsə satıb, Şahin 350 manat pul vermişdir ki «buda sənin şirinliyin». Oda çox sağolunu demişdir. Sonradan ona məlum olmuşdur ki, Şahin Rəşad adlı şəxsə satdığı torpaq sahəsinin sənədi düz deyil və Rəşada qarşı dələduzluq edib. Buna görə də Şahin dələduzluq maddəsi ilə həbs olunmuşdur. O, ümumiyyətlə heç bir iştirakı olmayıb, yalnız Şahinin ona torpaq sahəsi almağa müştəri olmasını bildirdiyi üçün Rəşadı ona yönləndirmişdir, o, bilmirmiş ki, Şahin Rəşada dələduzluq edəcək. Məcnunu qəsəbə sakini kimi tanıyır, təxminən 62 yaşlarında əslən Göyçədən olan biridir. Başqa heç bir anket məlumatlarını bilmir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1970-ci ildə doğulmuş Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli “Amnistiya” Qərarının 1.1-ci bəndinə əsasən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-45-1/2-35081/2023 saylı məktubdan görünür ki, 22 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Türkan qəsəbəsində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesab edilmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Xəzər RPİnin İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən AR CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni 18 yanvar 2024-cü il tarixdən 07 fevral 2024cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq əldə edilmiş, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin nümayəndəsiin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci zərər çəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində yaşlı anasının olmasını, özünün xəstə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin nümayəndəsilər və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 18 (on səkkiz) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar