Məhkəmə qərarları › İş №1(003)-323/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-323/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-323/2025 04.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 11:10 X7 Məhəmməd oğlunun sədrliyi, X2 katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, müdafiəçi- Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, yeni sahə, fərdi evdə yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixlli qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədil ilə 19 oktyabr 2024-cü il tarixdə saat 15:40 radələrində idarə etdiyi “SAİPA” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yeni yaşayış sahəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı nömrəsiz fərdi evin həyətinə gələrək ona qızı üçün yaxın günlərdə toy edəcəyini deyib, əvvəllər də ondan nisyə xırdabuynuzlu heyvan alıb pulunu sonradan ödədiyinə inandırıb ona 03 baş xırdabuynuzlu heyvan lazım olduğunu bildirərək Zərərçəkmiş şəxs1 həmin heyvanların dəyəri olaraq 1650 manat məbləğində pulu toydan sonra verəcəyinə dair yalan vəd verib aldatmaqla razılaşdıqdan sonra, həmin gün orada Zərərçəkmiş şəxs1 ona məxsus olmaqla hər birinin dəyəri 550 manat təşkil edən cəmi 1650 manat dəyərində 03 baş xırdabuynuzlu heyvanı həyətdən götürüb idarə edib gəldiyi “SAİPA” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla istintaqa məlum olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edib verdiyi vədə əməl etməyərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 1650 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədil iə 27 oktyabr 2024-cü il tarixdə saat 12:30 radələrində idarə etdiyi “SAİPA” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi M.Namazov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı nömrəsiz fərdi evin həyətinə gələrək ona qızı üçün yaxın günlərdə toy edəcəyini deyib, əvvəllər də ondan nisyə xırdabuynuzlu heyvan alıb pulunu sonradan ödədiyinə inandırıb ona 03 baş xırdabuynuzlu heyvan lazım olduğunu bildirərək Zərərçəkmiş şəxs2 həmin heyvanların dəyəri olaraq 1200 manat məbləğində pulu toydan sonra verəcəyinə dair yalan vəd verib aldatmaqla razılaşdıqdan sonra, həmin gün orada Zərərçəkmiş şəxs2 ona məxsus olmaqla hər birinin dəyəri 400 manat təşkil edən cəmi 1200 manat dəyərində 03 baş xırdabuynuzlu heyvanı həyətdən götürüb idarə edib gəldiyi “SAİPA” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla istintaqa məlum olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pulları xəxsi ehtiyaclarına sərf edib verdiyi vədə əməl etməyərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədil iə 31 oktyabr 2024-cü il tarixdə saat 17:00 radələrində idarə etdiyi “SAİPA” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yeni yaşayış sahəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı nömrəsiz fərdi evin həyətinə gələrək ona qızı üçün yaxın günlərdə toy edəcəyini deyib, əvvəllər də ondan nisyə xırdabuynuzlu heyvan alıb pulunu sonradan ödədiyinə inandırıb ona 02 baş xırdabuynuzlu heyvan lazım olduğunu bildirərək Zərərçəkmiş şəxs3 həmin heyvanların dəyəri olaraq 800 manat məbləğində pulu toydan sonra verəcəyinə dair yalan vəd verib aldatmaqla razılaşdıqdan sonra, həmin gün orada Zərərçəkmiş şəxs3 ona məxsus olmaqla hər birinin dəyəri 400 manat təşkil edən cəmi 800 manat dəyərində 02 baş xırdabuynuzlu heyvanı həyətdən götürüb idarə edib gəldiyi “SAİPA” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla istintaqa məlum olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pulları xəxsi ehtiyaclarına sərf edib verdiyi vədə əməl etməyərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 800 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədil iə 01 noyabr 2024-cü il tarixdə saat 17:30 radələrində idarə etdiyi “SAİPA” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yeni yaşayış sahəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs4 yaşadığı nömrəsiz fərdi evin həyətinə gələrək ona qızı üçün yaxın günlərdə toy edəcəyini deyib, əvvəllər də ondan nisyə xırdabuynuzlu heyvan alıb pulunu sonradan ödədiyinə inandırıb ona 02 baş xırdabuynuzlu heyvan lazım olduğunu bildirərək Zərərçəkmiş şəxs4 həmin heyvanların dəyəri olaraq 1050 manat məbləğində pulu toydan sonra verəcəyinə dair yalan vəd verib aldatmaqla razılaşdıqdan sonra, həmin gün orada Zərərçəkmiş şəxs4 ona məxsus olmaqla hər birinin dəyəri 525 manat təşkil edən cəmi 1050 manat dəyərində 02 baş xırdabuynuzlu heyvanı həyətdən götürüb idarə edib gəldiyi “SAİPA” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla istintaqa məlum olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pulları xəxsi ehtiyaclarına sərf edib verdiyi vədə əməl etməyərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs4 ümumilikdə 1050 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədil iə 05 noyabr 2024-cü il tarixdə saat 15:00 radələrində idarə etdiyi “SAİPA” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs5 yaşadığı nömrəsiz fərdi evin həyətinə gələrək ona qızı üçün yaxın günlərdə toy edəcəyini deyib, əvvəllər də ondan nisyə xırdabuynuzlu heyvan alıb pulunu sonradan ödədiyinə inandırıb ona 03 baş xırdabuynuzlu heyvan lazım olduğunu bildirərək Zərərçəkmiş şəxs5 həmin heyvanların dəyəri olaraq 1200 manat məbləğində pulu toydan sonra verəcəyinə dair yalan vəd verib aldatmaqla razılaşdıqdan sonra, həmin gün orada Zərərçəkmiş şəxs5 ona məxsus olmaqla hər birinin dəyəri 400 manat təşkil edən cəmi 1200 manat dəyərində 03 baş xırdabuynuzlu heyvanı həyətdən götürüb idarə edib gəldiyi “SAİPA” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla istintaqa məlum olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pulları xəxsi ehtiyaclarına sərf edib verdiyi vədə əməl etməyərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs5 ümumilikdə 1200 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 19 oktyabr 2024-cü il tarixdə saat 15:40 radələrində həyat yoldaşı Ülkər və oğlu Mehdi ilə birlikdə etibarnamə ilə idarə etdiyi ağ rəngli «SAİPA» markalı **-CU-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yaşayış massivi ilə gedərkən orada tanımadığı şəxsdən yaxınlıqda kimin heyvan saxladığını soruşmuşdur. Həmin şəxs Səxavət adlı şəxsin mobil nömrəsini verib deyib ki, onunla əlaqə saxla o, qoyun saxlayır, yəqin ki, satar. O, da Səxavət adlı şəxslə mobil telefonla danışmış, Səxavət öz ev ünvanını ona başa salmış və o da Səxavətin qapısına gəlmişdir. Səxavətlə görüşərək ona adının Elçin olduğunu və ondan guya əvvəllər bir neçə dəfə heyvan aldığını deyərək onu inandırmış və yenidən heyvan almaq üçün gəldiyini demişdir. O, Səxavətə bildirmişdir ki, guya qızına xeyir iş edir, 3 baş heyvan alacaq, lakin pulunu xeyir işdən sonra yəni 2-3 günə verəcəkdir. Səxavət də onun ailə uşaqla gəlməyinə inanıb onunla razılaşmışdır. Hər birinin dəyəri 550 manat olmaqla, ümumilikdə 1650 manat dəyərində 3 baş xırda buynuzlu heyvanları Səxavət ona vermiş və o, həmin heyvanları maşına qoyub getmişdir. Lakin bu günə kimi o, Səxavətə verməli olduğu 1650 manat pulu verməmişdir. Bundan başqa 27 oktyabr 2024-cü il tarixdə saat 12:30 radələrində həyat yoldaşı Ülkər və oğlu Mehdi ilə birlikdə idarə etdiyi «SAİPA» markalı **-CU-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində olarkən orada tanımadığı bir şəxsdən yaxınlıqda kimin qoyun saxladığını soruşmuş, həmin şəxs ona Şahmar adlı şəxsin evini göstərib demişdir ki, adı Şahmardı qoyun saxlayır və satır. O, da həmin evin qarşısına gedib ev sahibi Şahmarı çağırmış, həyətə çıxan Şahmarla görüşüb ona demişdir ki, adı Elçindir, ondan əvvəllər bir neçə dəfə heyvan almış və əli xeyirli olduğu üçün yenə gəlmişdir ki, ondan heyvan alsın. Şahmar onu tanımasa da o, Şahmarı inandırmağa çalışmışdır ki, yəqin yadından çıxıb. Sonra o, Şahmara demişdir ki, xeyir işləri var, yəni birisi gün qızına toy edəcək onun üçün kəsməyə 3 baş qoyun istəyir, üstündə pulu olmadığından pulunu 3 günə, yəni toydan sonra 30 oktyabr tarixində verəcək. Şahmar da onun ailə uşaqla gəldiyini görüb inanaraq onunla razılaşmış, hər birinin dəyəri 400 manatdan olmaqla 3 baş heyvanı ümumilikdə 1200 manata ona vermişdir. O da həmin heyvanları maşına qoyub getmiş, lakin bu günə kimi Şahmara verəcəyi 1200 manat pulu verməmişdir. Bundan başqa o, 31 oktyabr 2024-cü il tarixdə, təxminən saat 17 radələrində idarə etdiyi «SAİPA» markalı **-CU-*** dövlət nömrə nişanlı avtomaşınla Qala qəsəbəsi, X3 yaxın ərazidə yerləşən evlərin arası ilə keçərkən əvvəllər tanıdığı orada yaşayan Sərvər adlı şəxsin qoyun saxladığını bildiyindən Sərvərin evinin yerini orada olan şəxslərdən soruşub, Sərvərin qapısına gəlmişdir. Həmin vaxtı onun yanında yoldaşı Ülkər və oğlu Mehdi də olmuşdur. O, Sərvərin qapısına gəlib Sərvəri çağıraraq onunla görüşüb ona demişdir ki, guya o Sərvərdən əvvəllər heyvan almışdır. O, Sərvərə xeyir işlərinin olduğunu, yəni birisi gün qızına toy edəcəyini onun üçün kəsməyə 2 baş qoyun istəmiş, sadəcə üstündə pulunun az olduğunu, pulunu 2-3 günə, yəni toydan sonra verəcəyini demişdir. Sərvər də hər birinin dəyəri 400 manatdan olmaqla ümumi dəyəri 800 manat olan iki baş xırda buynuzlu heyvanı ona vermişdir. O, Sərvərlə pulu 2-3 günə verəcəyini razılaşmış, bu qayda ilə onu aldadıb heyvanları aparmış, lakin bu günə kimi onun pulunu verməmişdir. Bundan başqa o, 01 noyabr 2024-cü il tarixdə, təxminən saat 17:30 rədələrində idarə etdiyi «SAİPA» markalı **-CU-*** dövlət nömrə nişanlı avtomaşınla Qala qəsəbəsi, yeni yaşayış sahəsi ilə hərəkət edərkən orada tanımadığı şəxsdən yaxınlıqda kimin qoyun saxladığını soruşmuş, həmin şəxs ona Ceyhun adlı şəxsin evini göstərib qoyun saxladığını demişdir. O, da həmin evin qarşısına gedib ev sahibi Ceyhunu çağırmış, Ceyhunla görüşərkən adını Elçin kimi yox, Ağamehdi kimi təqdim etmişdir. O, Ceyhundan qızının toyu üçün kəsməyə 2 baş qoyun istəyib, sadəcə üstündə pulunun az və maddi imkanının zəif olduğunu bildirib pulunu toyun sabahı gün verəcəyini bildirmişdir. Ceyhun da onun sözünə inanıb, 2 baş qoçu hər birinin diri çəkisi 10 manata, yəni ətinin kilosunu 20 manata deyib, onlar da tərəzi ilə qoçların ikisində çəkmiş və hər biri 525 manatdan olmaqla, ümumilikdə 1050 manata razılaşmışlar. O, heyvanların ayaqlarını bağlayıb maşının yük yerinə qoymuş, 2 günə pulunu gətirəcəyini, narahat olmamağını demiş və maşını sürüb getmişdir. Lakin bu günə kimi o Ceyhunun pulunu verməmişdir. Bundan başqa o, 05 noyabr 2024-cü il tarixdə, 15 radələrində idarə etdiyi «SAİPA» markalı 77-CU- 651 dövlət nömrə nişanlı avtomaşınla Türkan qəsəbəsinə gəlmiş, həmin vaxtı maşında yoldaşı Ülkər və oğlu Mehdi olmuşdur. O, Türkan qəsəbəsində sakinlərdən kimin heyvan satdığını soruşmuş, orada tanımadığı bir nəfər şəxs ona Zakir adlı şəxsin heyvan satdığını bildirmiş və onun evinin yerini ona göstərmişdir. O, Zakirlə qapısında görüşmüş xeyir işlərinin olduğunu, yəni noyabrın 7-si qızının toyu olacağını, xeyir iş üçün 2-3 baş erkək lazım olduğunu demimşdir. Zakir də həyətində olan 13 baş hevanları ona göstərib demişdir ki, 10 baş ana qoyundur, 3 baş isə qoçdur və qoçları diri çəkisi 10 manatdan, yəni ətinin kilosunu 20 manata satır. O da Zakirlə razılaşmış və heyvanların pulunu toyun səhərisi günü, yəni noyabrın 8-də gətirib verəcəyini demişdir. Zakir də onunla razılaşıb yaxınlıqdakı dükandan tərəzi gətirib qoçların üçündə çəkmiş və ümumilikdə 1200 manata razılaşmışlar. O da heyvanları maşına qoyub Zakirə bildirmişdir ki, narahat olmasın ayın 8-i pulunu gətirəcək. Zakir də ona inanıb bir söz deməyib və o da heyvanları maşına qoyub maşını sürüb Maştağa bazarına aparıb orada tanımadığı şəxslərə müxtəlif qiymətə satıb pulunu ailəsinə xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, əməli imkansızlıq səbəbindən törətdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, yaşadığı Binə qəsəbəsi, Bakavtomatdakı yolundakı həyətində xırda təsərrüfatla məşğul olub xırda buynuzlu heyvanlar saxlayıb kökəldərək satıb ailəsini dolandırmışdır. 19 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində istifadə etdiyi mobil nömrəsinə tanımadığı şəxs ***-***-**-** mobil nömrəsindən zəng edərək ondan heyvan almaq istədiyini bildirmişdir. O, da ona ünvanı deyib həyətə gəlməsini bildirmişdir. Aradan biraz keçmiş ağ rəngli «SAİPA» markalı **-CU-*** dövlət nömrə nişanlı avtombil gələrək qapıda dayanmış, avtomobildə sürücü, bir qadın və bir cavan oğlan olmuşdur. O, küçədə sürücü ilə görüşmüş adının Elçin olduğunu və əvəllər ondan bir neçə dəfə heyvan aldığını bildirmişdir. O, isə həmin şəxsi xatırlamadığını bildirmişdir. Lakin həmin şəxsin onunla belə rahat danışması, eləcədə ailəuşaqla onun qapısına gəlməsi onu inandırmışdır ki, yəqin nə vaxtsa həmin şəxsə heyvan satıb, lakin xatırlamır. Elçin ona bildirmişdir ki, qızına xeyir iş edəcək 3 baş heyvan almaq istəyir, lakin pulunu xeyir işdən sonra yəni 2-3 günə verəcək. O da ona inandığı üçün hər birinin dəyəri 550 manatdan olmaqla, ümumilikdə 1650 manat dəyərində 3 baş xırda buynuzlu heyvanı ona vermiş və həmin şəxs heyvanları maşına qoyub getmişdir. Lakin aradan bir neçə gün keçməsinə baxmayaraq Elçin ona verəcəyi 1650 manat pulu gətirmədiyindən oda bu barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməmişdir, onun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, yaşadığı həyətində xırda təsərrüfatla məşğul olub xırda buynuzlu heyvanlar saxlayıb kökəldərək satıb ailəsini dolandırır. 27 oktyabr 2024-cü il tarixdə saat 12:30 radələrində evdə olarkən qapıya ağ rəngli «SAİPA» markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobil gəlib özünü Elçin kimi təqdim edən sürücünün yanında bir cavan oğlan və bir qadın da var idi. Elçin ona bildirmişdir ki: «məni tanımadın? Mən səndən bir neçə dəfə heyvan və ət almışam». O, isə ona onu tanımadığını bildirmişdir. Elçin gülə-gülə ona demişdir ki: «yəqin qocalmısan deyə məni yaddan çıxarmısan». Elçin ona bildirmişdir ki, xeyir işi var, yəni birisi gün qızının toyu olacaq onun üçün kəsməyə heyvan istəyir, sadəcə üstündə pulu azdır, pulu 3 günə, yəni toydan sonra 30 oktyabr tarixində verəcəyini bildirmişdir. O, da onun sözünə inanıb hər birinin qiyməti 400 manatdan olmaqla 3 baş heyvanı ümumilikdə 1200 manata Elçinə vermişdir. Heyvanların ayaqlarını bağlayıb maşının yük yerinə qoymuşlar, həmin şəxs öz mobil nömrəsini ona verib narahat olmasını, 2 günə pulunu gətirəcəyini deyərək maşını sürüb getmişdir. Lakin aradan bir neçə gün keçməsinə baxmayaraq həmin şəxs ona verəcəyi 1200 manat pulu gətirmədiyindən o, bu barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməmişdir, onun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, yaşadığı Qala qəsəbəsindəki həyətində xırda təsərrüfatla məşğul olub xırda buynuzlu heyvanlar saxlayıb kökəldərək satıb ailəsini dolandırır. 31 oktyabr 2024-cü il tarixdə saat 16 radələrində o, yaşadığı evdə olarkən bir nəfər şəxsin onu çağırdığını eşidib həyətə çıxıb darvazanın qarşısında ağ rəngli «SAİPA» markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını, avtomobildə sürücüdən başqa bir qadın və bir cavan oğlanın olduğunu görüb. Sürücü ona yaxınlaşaraq onunla görüşüb, adının Elçin olduğunu və əvvəllər ondan bir neçə dəfə heyvan aldığını bildirmiş, o, isə Elçini tanımadığını bildirmişdir. Lakin həmin şəxsin onunla belə rahat danışması, eləcə də ailə-uşaqla onun qapısına gəlməsi onu inandırıb ki, yəqin nə vaxtsa həmin şəxsə heyvan satıb, lakin xatırlamır. Elçin ona bildirmişdir ki, qızına xeyir iş edəcək 2 baş heyvan almaq istəyir, lakin pulunu xeyir işdən sonra yəni 2-3 günə verəcəyini bildirmişdir. O, da ona inandığı üçün hər birinin dəyəri 400 manatdan olmaqla, ümumilikdə 800 manat dəyərində 2 baş xırda buynuzlu heyvanları ona vermiş və həmin şəxs heyvanları maşına qoyub getmişdir. Lakin aradan bir neçə gün keçməsinə baxmayaraq Elçin ona verəcəyi 800 manat pulu gətirmədiyindən oda bu barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməmişdir, onun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, yaşadığı Qala qəsəbəsindəki həyətində xırda təsərrüfatla məşğul olub xırda buynuzlu heyvanlar saxlayıb kökəldərək satıb ailəsini dolandırır. 01 noyabr 2024-cü il tarixdə saat 17:30 radələrində o, yaşadığı evdə olarkən bir nəfər şəxsin onu çağırdığını eşidib həyətə çıxıb darvazanın qarşısında ağ rəngli «SAİPA» markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını, avtomobildə sürücüdən başqa bir qadın və bir cavan oğlanın olduğunu görüb. Sürücü ona yaxınlaşaraq onunla görüşüb adının Ağamehdi olduğunu, sabah qızının toyunun olacağını, onun üçün erkək heyvan istədiyini və maddi imkanı olmadığından heyvanların pulunu toydan sonra yəni 2-3 günə verəcəyini bildirmişdir. O, da onun sözünə inanıb 2 baş qoçu ona hər birinin diri çəkisi 10 manatdan, yəni ətinin kilosunu 20 manata deyib. Tərəzi ilə qoçları çəkdikdə, hər biri 525 manatdan olmaqla, ümumilikdə 1050 manat pul edib. Heyvanların ayaqlarını bağlayıb maşının yük yerinə qoyublar Ağamehdi ona bildirmişdir ki, narahat olma 2 günə pulunu gətirəcək deyib maşını sürüb getmişdir. Lakin aradan bir neçə gün keçməsinə baxmayaraq həmin şəxs ona verəcəyi 1050 manat pulu gətirmədiyindən oda bu barədə polisə məlumat vermişdir. Maşınında qadın və oğlan olsa da onların maşından düşmədiyini, onunla danışmadıqlarını, yalnız onunla Ağamehdinin danışdığını və alver etdiyini bildirmişdir. Polis idarəsində ona məlum olmuşdur ki, ondan heyvan alan şəxsin adı Ağamehdi yox, Elçin olmuşdur. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməmişdir, onun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, yaşadığı Türkan qəsəbəsindəki həyətində xırda təsərrüfatla məşğul olub xırda buynuzlu heyvanlar saxlayıb kökəldərək satıb ailəsini dolandırır. 5 noyabr 2024-cü il tarixdə saat 15 radələrində o, yaşadığı evdə olarkən bir nəfər şəxsin onu çağırdığını eşidib həyətə çıxmış, darvazanan qarşısında ağ rəngli «SAİPA» markalı 77- CU-651 dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüşdür. Avtomobilin içərisində sürücüdən başqa bir qadın və bir cavan oğlanın olduğunu görüb. O, küçəyə çıxanda sürücü onunla görüşərək ona bildirmişdir ki, adı Elçindir, xeyir işi var, yəni noyabr ayının 7-də qızının toyudur, onun üçün erkək heyvan istəyir. O, da ona bildirmişdir ki, varıdır. Həyətində olan 13 baş hevanları ona göstərərək bildirmişdir ki, 10 baş ana qoyundur, 3 baş isə qoçdur və qoçları satır. O, qoçların diri çəkisini 10 manatdan, yəni ətinin kilosunu 20 manata onunla razılaşmış və yaxınlıqdakı Dükandan tərəzi gətirib qoçların üçünüdə çəkmişdir. Qoçların hər biri 400 manatdan olmaqla, ümumilikdə 1200 manatdan Elçinə satmışdır. Onlar heyvanların ayaqlarını bağlayıb maşının yük yerinə qoymuşlar. Elçin ona bildirmişdir ki, xeyir işi qurtaran kimi pulunu 2-3 günə, yəni noyabr ayının 8-də gətirib verəcək. O, da onun ailə ilə gəlməsini, maşının nömrəsini bildiyi üçün ona inanıb və bildirmişdir ki, yaxşı apar xeyir işini gör və noyabrın 8-də pulu gətir. Aradan bir neçə gün keçməsinə baxmayaraq Elçin onun 1200 manat pulunu gətirmədiyindən o, polisə bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməmişdir, onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş 08 noyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 08 noyabr 2024-cü il tarixdə saat 12:00-da tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(003)-434/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət rədd edilmiş, o dərhal məhkəmə zalından azad edilmişdir. Elektron məhkəmə informasiya sistemində olan məlumatdan müəyyən olunur ki, 4(003)-434/2024 saylı iş üzrə qapalı məhkəmə iclası 14:30-da keçirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş 23 noyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 23 noyabr 2024-cü il tarixdəsaat 16:00-da tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixlli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət rədd edilmiş, o dərhal məhkəmə zalından azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixlli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Elektron Məhkəmə informasiya sistemində Təqsirləndirilən şəxs qohumluq məlkumatlarından müəyyən olunur ki, onun 3 uşağı var. Onlardan 1 uşaq yetkinlik yaşına çatmamışdır: xx.xx.2012-ci il təvəllüdlü X5. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadələrinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməsi yolu ilə cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 07 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar