Məhkəmə qərarları › İş №1(003)-324/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-324/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-324/2022 27.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1967-ci ildə Beyləqan rayonunu Şahsevən kənində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkum olunmayan, Beyləqan rayonu, Şahsevən kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, 2021-ci ilin oktyabr ayının ortalarından 11 fevral 2022-ci il tarixədək olan müddət ərzində müxtəlif tarixlərdə, idarə etdiyi Kia markalı, Rio modelli ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2010-cu il təvəllüdlü 14 yaşına çatmayan X4 Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi 124 saylı orta məktəbə aparıb dərsdən sonra yaşadığı ünvan 1 ünvanıda yerləşən evə gətirərkən həmin avtomobilin salonunda olduqları zaman istifadə etdiyi mobil telefonunun yaddaşında olan pornoqrafik videoları göstərib, nümayiş etdirib, ondan da cinisiyyət orqanını göstərməsini istəyərək, əli ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrini o cümlədən döşlərini və cinsiyyət orqanını əlləyərək zərərçəkmiş şəxsə zor təbiq etmədən özünün cinsi ehtirasının təmin edilməsinə və 14 yaşına çatmayan şəxsdə cinsi ehtiras hisslərinin yaranmasına yönələn hərəkətləri etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının ortalarından 11 fevral 2022-ci il tarixədək olan müddət ərzində müxtəlif tarixlərdə, idarə etdiyi Kia markalı, Rio modelli ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2013-cü il təvəllüdlü 14 yaşına çatmayan Zərərçəkmiş şəxs2 Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi 124 saylı orta məktəbə aparıb dərsdən sonra yaşadığı ünvan 1 ünvanında yerləşən evə gətirərkən həmin avtomobilin salonunda olduqları zaman istifadə etdiyi mobil telefonunun yaddaşında olan pornoqrafik videoları göstərib, cinsiyyət orqanın çıxarıb Zərərçəkmiş şəxs2 nümayiş etdirib, ondan da cinisiyyət orqanını göstrəməsini istəyərək, əli ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrini o cümlədən döşlərini və cinsiyyət orqanını əlləyərək zərərçəkmiş şəxsə zor tətbiq etmədən özünün cinsi ehtirasının təmin edilməsinə və 14 yaşına çatmayan şəxsdə cinsi ehtiras hisslərinin yaranmasına yönələn hərəkətlər etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailsi ilə birlikdə yaşayır və özünün Kia markalı, Rio modeli ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Şağan qəsəbəsi ərazisində taksi kimi işləmiş, həm də, Şağan qəsəbəsində bir neçə valideyinlərin aylıq ödənişləri əsasında onların uşaqlarını həm səhər həm də, günorta növbələrində Şağan qəsəbəsində yerləşən 124 saylı məktəbə aparıb gətirmişdir. Həmin uşaqlardan biridə qəsəbədə yaşayan Qanuni nümayəndə1 övladları Zərərçəkmiş şəxs2, Nahid İsmayılov, Elburus Məhərrəmovun qız övladları Bəyaz Məhərrəmli və Xəyalə Məhərrəmli, həmçinin digər uşaqlar Məmmədcavad, Ruqiyyə və başqalarıdır. O, həmişə bu uşaqlara böyük münasibət bəsləmiş, məktəbə aparıb gətirəndə onların təhlükəsizliyinə diqqət yetirmiş, heç birinə qarşı hər hansı bir formda qeyri etik, əxlaqsız hərəkət etməmişdir. Heç bir vaxt Mehribana, Bəyaza, Xəyaləyə və digərlərinə heç bir əxlaqsız və yaxud seksual xarakterli digər hərəkətlər etməmişdir. Zərərçəkmiş şəxs2 və Bəyaz Məhərrəmliyə açıq-saçıq kişi və qadın şəkilləri göstərmiş, ancaq heç birinə pornoqrafik videolar, özünün cinsiyyət orqanını açıb göstərməmiş, əlini şalvarının üstündən cinsiyyət orqanının üzərinə qoyub bu orqanının nə olduğunu onlara demiş, onlardan da, cinsiyyət orqanlarını göstərmələrin istəmiş, əli ilə onların bədənlərinin müxtəlif nahiyyələrinə toxunmuş və bunları əxlaqsız şəkildə deyil, öz övladları kimi etmişdir. 11 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məktəbə aparan zaman cinisyyət orqanlarının adını çəkərək həmçinin Mehribandan cinsiyyət orqanını ona göstərməsini istədiyini söyləmiş və nə üçün və hansı məqsədlə etdiyini özü də, başa düşə bilməmişdir. Bu hadisə özündən xəbərsiz, qeyri iradi olaraq baş vermişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsindəki 124 saylı orta məktəbdə, 3-cü sinifdə oxuyur. Ondan yaşca böyük qardaşı Nahid də həmin məktəbin 6-cü sinifində oxuyur. Hər gün saat 12:20-də onu, Nahidi valideyinlərini aylıq pul ödədiyi Təqsirləndirilən şəxs özünün maşını ilə məktəbə aparır, saat 16:20 radələrində də məktəbdən götürüb evlərinə gətirir. Onlardan başqa həmin məktəbdə oxuyan Bəyazı, Məmmədcavadı, Rüqəyyanı, Raqifi, Amini, İradəni də Elxan məktəbə aparıb gətirir. 2021-ci ilin dekabr ayının sonlarından başlayaraq bir neçə dəfə Elxan onları məktəbdən götürərkən o, maşınında tək olduğu hallarda Elxan ona özünün telefonunda kişi ilə qadının tam çılpaq vəziyyətdə sevişmə videolarını göstərib, sonra özünün şalvarının qabağını açıb ayıb yerini, yəni cinsiyyət orqanının ona göstərmiş, ondan da özünün cinsiyyət orqanını göstərməsini istəyərək, «gəl biz də bu videolardakı kimi edək» deyərək əli ilə onun döşlərini qıçının arasını həm arxadan həm də qabaqdan ayıb yerlərini sığallamışdır. O, bu barədə valideyinlərinə bildirərsə onların Elxanla dalaşacağından qorxuduğuna görə olanları valideyinlərindən gizlətmişdir. Lakin 10 fevral 2022-ci il tarixdə yenə də Elxan təkcə onu məktəbən gətirərkən özünün telefonunda kişi ilə qadınn sevişmə-cinsi əlaqədə olma görüntülərini ona göstərmiş, şalvarının qabağını açıb cinsiyyət orqanın çıxarıb onun əlindən orqanının üzərinə qoymuş, həm də əli ilə onun döşünü, həm arxadan həm də qabaqdan ayıb yerlərini sığallayıb onunla videodakı kim etməklərini istəyib-istəmədiklərini soruşmuşdur. Qapılarının ağzına çatanda Elxan özü ondan əvvəl maşından düşüb onun qapının açmış maşından düşürdüyü zaman əlindən tutarkən həmin əlini bir daha şalvarının üstündən özünün cinsiyyət orqanın üzərinə qoyaraq «görürsən necə bərkdir» demişdir. Bu zaman anası qapını açıb küçəyə çıxmış, Elxan bunu görüb tez ondan ayrılmışdır. O, evə gələndən sonra anası Elxanın ondan nə istədiyini soruşanda Elxanın ona elədiklərini yuxarıda götərdiyi kimi anasına və atasına söyləmişdir. xx.xx.2022-ci il tarirxdə növbəti dəfə məktəbə gedərkən atası onun gödəkcənin cibinə bir ədəd mobil telefonu mikrofonu açıq vəziyyətdə qoyub bu dəfə də maşından uşaqlardan gec düşməsini, Elxanın ona deyəcəyi sözləri bu telefona yazmasını tapşırmışdır. Elxan onları məktəbə gətirib maşını məktəbin qarşısında saxlamış, yanında olan qardaşı Nahid, Bəyaz və Məmmədcavad ondan əvvəl maşından düşdükdən sonra Elxan yenə də, özünün və onun ayıb yerlərinin adlarını çəkib, əli ilə onun döşlərini, sığallamış, şalvarını qabağını açıb ayıb yerini çıxarıb ona da ayıb yerini göstərməsini demiş, lakin o bunu etməyib maşından düşmüş, Elxan da maşından düşərək onun əlindən tutub məktəbə aparmışdır. Təqsirləndirilən şəxs ondan başqa digər uşaqlarla da belə hərəkət etməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində dindirilmiş X6 bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsindəki 124 saylı orta məktəbdə, 6-cı sinifdə, kiçik bacısı Xəyalə isə həmin məktəbin 2-ci sinifində oxuyur. Xəyalə birinci növbə yəni səhər saat 08-də dərsə gedib günorta 12-də gəlir. O isə ikinci növbədə oxuyur və hər gün saat 12:20-də gedir, saat 16:30-də gəlir. Onları məktəbə Təqsirləndirilən şəxs aparır. Elxan onunla birlikdə sinif yoldaşı olan Nahidi, başqa siniflərdə oxuyan Mehribanı, Məmmədcavadı, Ruqiyyəni, Raqifi, Amini və İradəni də məktəbə aparıb gətirir. 2021-ci ilin oktyabr ayının əvvəllərindən başlayaraq Elxan onları məktəbə aparıb gətirəndə o, maşınında tək olduğu hallarda özünün telefonunda kişi ilə qadının tam çılpaq vəziyyətdə sevişmə videolarını ona göstərib, sonra özünün şalvarının qabağını açıb ayıb yerini ona göstərmişdir, ondan da özünün ayıb yerini göstərməsini istəyərək özləri də bu videolardakı kimi etməkə istəyib istəmədiyini soruşmuş, həm də əli ilə onun döşlərini qıçının arasını, həm arxadan həm də qabaqdan ayıb yerlərini sığallamışdır. Hər dəfə o, Elxanın əlini itələyib ondan ayrılmış, bəzi hallarda Elxan özü digər uşaqların gəldiyini görəndən sonra özü uzaqlaşmışdır. O valideyinlərinin ona inanmayıb acıqlanacağından və Elxanla dalaşacaqlarından qorxduğuna görə bu barədə onlara bir söz deməmişdir. xx.xx.2022-ci il tarixdə Elxanın Mehribana qarşı da, belə hərəkət etdiyini, Mehribanın valideyinlərinə bunu xəbər verdiyni biləndən sonra o da, valideyinlərinə birdirmişdir ki, Elxan ona qarşı da belə hərəkətlər etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 263 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, X2 bədən səthi üzərində hər hansı bir xəsarət və ya izləri aşkar edilməmişdir. Bəyaz Məhərrəmlinin qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan cinsi əlaqəyə giməyə imkan vermir. Bəyaz Məhərrəmlinin arxa keçəcəyində aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 266 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Zərərçəkmiş şəxs2 bədən səthi üzərində hər hansı bir xəsarət və ya izləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan cinsi əlaqəyə giməyə imkan vermir. Zərərçəkmiş şəxs2 arxa keçəcəyində qeyri-təbii yolla cinsi əlaqədədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 424 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqəyə girməyə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji eskpertizasının xx.xx.2022-ci il tarixli, 1090 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin pozulması əlamətləri aşkar olunmayıb. Həmin dödvrdə o, öz hərəkətimnin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji eskpertizasının xx.xx.2022-ci il tarixli, 1040 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Zərərçəkmiş şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları qavraya, təsvir edə və bu barədə məlumat verə bilər.Zərərçəkmiş şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs2 məcburi müalicəyə ehtiyacının olub-olmaması, onun anlaqlı olub-olmamasını və onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşüb-düşməməsi barəsində qərarda qoyulmuş sual yoxlanılan şəxsin bu iş üzrə təqsirləndirilən şəxs qismində keçmədiyi üçün ona şamil edilmir. Zərərçəkmiş şəxs2 emosional sabitlik, az ünsiyyətçillik, utancaqlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs2 əqli inkişafında gerilik aşkar olunmur. Yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı nəzərə alınmaqla ona qarşı edililən hərəkətəri adekvat olaraq qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs2 ona qarşı edilən hərəkətlərin mahiyyətini öz yaş xüsusiyyətləri çərçivəsində dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji eskpertizasının xx.xx.2022-ci il tarixli, 1041 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, X6 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: X2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları qavraya, təsvir edə bilir və bu barədə məlumat verə bilər. X6 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. X2 məcburi müalicəyə ehtiyacının olub-olmaması, onun anlaqlı olub-olmamasını və onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşüb-düşməməsi barəsində qərarda qoyulmuş sual yoxlanılan şəxsin bu iş üzrə təqsirləndirilən şəxs qismində keçmədiyi üçün ona şamil edilmir. X6 emosional sabitlik, az ünsiyyətçillik, utancaqlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. X2 əqli inkişafında gerilik aşkar olunmur. Yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxs X2 əqli və psixi inkişafı nəzərə alınmaqla ona qarşı edililən hərəkətəri adekvat olaraq qayraya, təsvir edə bilir və bu barədə məlumat verə bilər. B.E.Məhərrəmli ona qarşı edilən hərəkətlərin mahiyyətini öz yaş xüsusiyyətləri çərçivəsində dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/630 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, istintaq orqanının təqdim edilmiş 1 ədəd Princo markal CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində «K1»kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə olunmuş cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər rayon Məhkəməsinin 12 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 153.2ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində birinci qrup əlil və azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə əsasən “On dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə - bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinin sanksiyasında olan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar