Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-324/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Dənizçilər massivində yerləşən nömrəsiz evdə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 1(003)-251/2023 saylı hökmü ilə Azəbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmaqla qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda həmin cəzanı çəkən, bunun nəzərə alınaraq hazırkı cinayət işi üzrə barəsində qətimkan tədbiri seçilməmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddət pozulmasına səbəb olduğuna görə sağlamlığa qəsdən yüngül zərər vurma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsində Zərərçəkmiş şəxs velosipedlə hərəkət edən zaman qəfildən onu tutub ağaclıq sahəyə yıxmı,ş bu zaman şəxsi münasibətlərinin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağ almacıq nahiyəsinin, burunun, alt dodağın sıyrıqları, üst dodağın əzilmiş yaraları, üst və alt çənənin ön kəsici dişlərin diş ətinin qansızmaları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazunun yumşaq toxumalarının əzilməsi ilə nəticələnən qəsdən sağlamlığa Yüngül zərərvurma xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü məhkəmə iclasının əvvəlində təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs qızı Fəridə ilə qeyri-rəsmi ailə münasibətində yaşamış, lakin Qarabəy həmişə buna qarşı çıxmışdır. Bu səbəbdən həmişə aralarında mübahisə baş vermişdir. Qarabəyin dediklərinin hamsı yalan yə böhtandır. O, Qarabəyə heç bir xəsarət yetirməmiş və əmlakını zor tətbiq edərək ələ keçirməmişdir, həmin xəsarətlərin ona hansı şəraitdə yetirildiyini bilmir. Qarabəy qızı Fəridədən ayrılmağı üçün ona bu cür böhan atmışdır. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək göstərdi ki, əməlindən peşman olaraq Qarabəy ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Qarabəyin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır, Tehran onun qızı Fəridə ilə qeyri-rəsmi münasibətdə yaşayırmış, buna görə də aralarında mübahisələri olurmuş. O, qızının Tehran ilə münasibət yaratmasına razı olmamışdır, çünki Tehran düzgün həyat tərzi keçirən insan olmamışdır. 19 noyabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdən çıxıb velosipedlə küçədə siqaret almağa gedən zaman qəfildən bir nəfər şəxs onu tutub yolun kənarında ağaclığa tərəf dartaraq yerə yıxmışdır. Yerə yıxılan zaman görmüşdür ki, onu qəsdən yıxan şəxs Tehrandır. Tehran onu yıxdıqdan sonra yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq xəsarət yetirmişdir. Daha sonra Tehran barmağında olan 860 manat dəyərindəki ağ qızıldan üzərində 3 ədəd brilyant qaşları olan üzüyü dartıb çıxardıqdan sonra cibində olan ümumilikdə 140 manat pulu da çıxararaq oradan uzaqlaşmışdır. Həmçinin ağzına vurduğu zərbələrin təsirindən ağzında olan 2400 manat dəyərində protez dişini sındıraraq ona ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə təxminən 10 dəqiqə davam etmiş, lakin hadisə gecə vaxtı baş verdiyindən hadisənin şahidləri olmamışdır. O, ayağa qalxdıqdan sonra ağzında olan protez dişin də düşdüyünü görüb dişlərini axtarsa da tapa bilməmişdir. Daha sonra DİN-nin “102” mərkəzi zəng xidmətinə zəng edərək məlumat vermiş və daha sonra 1-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Hazırda Tehran onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Tehrandan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Tehran barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, təxminən dörd ildir ki, Tehranla qeyri-rəsmi nikahda 2 ay əvvələ kimi birlikdə yaşamışdır. Həmin ərəfədə Tehran oğurluq etdiyi üçün Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Atasl Qarabəy ilə Tehranın arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. Tehran elə bir insan deyil, atasına qarşı heç bir cinayət törədə bilməz, sadəcə olaraq atası Tehranla onun arasında münasibəti pozmaq üçün onun barəsində şikayət etmişdir. Tehran atası ilə aralarında mübahisə olsa, vura bilər, lakin atasına qarşı hər hansı cinayət törədərək pulunu və üzüyünü götürməmişdir. Azından bu barədə Tehran ona demiş olardı, çünki onların Tehranla münasibəti yaxşı olmuşdur. Atası qərəzli şəkildə Tehran barəsində şikayət etmişdir. Əvvəllər atası Tehran barəsində dəfələrlə 1-ci PŞ-nə və digər hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Belə ki, atası Tehranı onun yanında gördükdə, Tehran onların evinin qarşısından keçdikdə və ya başqa hallarda heç bir səbəb olmadan onun barəsində şikayət edirmiş. Halbuki, Tehran atasına qarşı heç bir qərəzli hərəkət etmirmiş. Atasının məqsədi Tehranı tutduraraq ondan ayırmaq olmuşdur. Bu hadisə barədə heç bir məlumatı olmamışdır. Bir daha qeyd edir ki, atası ilə Tehran arasında mübahisə olduğu üçün atasını Tehran vura bilər, lakin pulunu, qızılını zor tətbiq edib özü ilə aparmaz, çünki Tehran özü də normal işləyir və normal qazancı vardır. Atası qərəzli şəkildə Tehran barəsində şikayət etmişdir. İş materiallarında olan 19 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birlənin üzləriə qarşı demişlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21 noyabr 2022-ci il tarixli 1575 saylı rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ almacıq nahiyəsinin, burunun, alt dodağın sıyrıqları, üst dodağın əzilmiş yaraları, üst və alt çənənin ön kəsici dişlərin diş ətinin qansızmaları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazunun yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən onun "X2" X3 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 19 noyabr.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və 13 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 10 (on) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs Azəbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi 21 yanvar 2023-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 1(003)-251/2023 saylı hökmündən görünür ki, Nəzərov X1 Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmaqla qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 08 may 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə baxışı zamanı 10 saat) ümumilikdə 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-324/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-324/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver