Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-324/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Yardımlı rayonu, Gendərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Yardımlı rayonu, Gendərə kəndində qeydiyyatda olan, barəsində xx.xx.2025-ci il tarixindən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2025-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanında yerləşməklə Zərərçəkmiş şəxs1 məxsus fərdi evin həyətinə, oradan isə həmin həyətdəki saxlanc yeri olan yardımçı tikilinin qapısını dəmir parçası ilə sındırıb açmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 01 topunun qiyməti 215 manat olan, ümumi dəyəri 1075 manat təşkil edən 05 ədəd top 100 metrlik elektrik kabelini, 01 ədədinin qiyməti 8 manat olan ümumi dəyəri 40 manat təşkil edən 05 ədəd elektrik avtomatlarını, 01 ədədinin dəyəri 160 manat olan 02 adəd pereparatoru, hər birinin dəyəri 120 manat olan 02 ədəd səviyyə ölçən lazer aparatlarını, hər birinin dəyəri 150 manat olan 02 ədəd laqondaları, dəyəri 70 manat olan 01 adəd palçıq qarışdıran miskeri, dəyəri 10 manat olan 01 ədəd “tefal” elektrik çaynikini, bir ədəd böyük kisədə ümumi dəyəri 200 manat olan transformator qoruyucularını götürməklə oradan aparıb dəyərindən ucuz qiymətə satıb əldə etdikləri pulları tanışı ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 2.255 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup saxs halında özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkararən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07 yanvar 2025-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evin saxlanc yeri olan həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus 1.000 manat dəyərində avtomobil motorunun müəyyən hissələrini, 1000 manat dəyərində avtomobil motorunun “turbo” ehtiyyat hissəsini, həmin evin saxlanc yeri olan zirzəmisinə qapısını dəmir parçası ilə sındırıb qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 300 manat təşkil edən elektrik naqillərini, 200 manat dəyərində 01 ədəd mis qazanı, 100 manat dəyərində 01 ədəd qaz sobasını, 01 ədəd 50 manat dəyərində su motorunu, dəyəri 250 manat olan 01 ədəd laqondanı, dəyəri 150 manat olan 01 ədəd dreli, dəyəri 100 manat olan 01 ədəd daş kəsən aparatı götürməklə oradan aparıb dəyərindən ucuz qiymətə satıb əldə etdikləri pulları tanışı ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 3.150 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup saxs halında özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkararən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 21 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 119T ünvanında yerləşməklə X4 məxsus olan fərdi yaşayış evinin giriş qapısının sol tərəfində yerləşən qonaq otağının böyük pəncərəsinin plastik qapısını aşağı hissəsindən dəmir parçası ilə açıb evin yaşayış sahəsi olan qonaq otağına qanunsuz olaraq daxil olmaqla oradan Aynur Abişyevya məxsus 01 ədədinin dəyəri 200 manat olan 2 ədəd laqondanı, 01 ədədinin dəyəri 110 manat olan 02 ədəd drel-pereperatoru, dəyəri 40 manat olan 01 ədəd dreli, dəyəri 45 manat olan 01 ədəd elektrikli mismarvuranı, dəyəri 60 manat olan 01 ədəd elektrikli ütünü, dəyəri 10 manat olan 01 ədəd 5 metrlik elektrik uzadıcısını, bir rulonunun dəyəri 60 manat olan 06 rulon elektrik naqillərini, dəyəri 50 manat olan 01 ədəd kombi paylayıcısım, bir ədədinin dəyəri 2.5 manat olan 02 ədəd laqonda daşını və evin digər yaşayış sahəsi olan otağına qanunsuz daxil olmaqla Aynur Abişevaya məxsus 01 ədədinin dəyəri 20 manat olan 20 ədəd həyət plafonunu götürməklə oradan aparıb dəyərindən ucuz qiymətə satıb əldə etdikləri pulları tanışı ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs X4 ümumilikdə 1.590 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, əvvəllər bir neçə dəfə oğurluq etdiyinə görə məhkum olumuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən 02 il 03 ay azadlıqdan məhrumetmə cazəsına məhkum olunmuşdur. 2025-ci ilin fevral ayında 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman ona psixoloji təzyiqlər edilmiş, fiziki zorakılığa məruz qalmış və cinayət işi üzrə olan sənədlərə imza etdirmişlər. Həmin vaxt təzyiqlər nəticəsində cinayət işi materiallarını imzalamışdır. X8 aparılan zaman üzərində xəsarətlər olmuşdur. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlu ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni yaşayış sahəsində evi vardır və həmin evdə təmir tikinti işləri aparılır. xx.xx.2025-ci il tarixdə evə nəzarət etmək üçün gələn zaman ona məlum olmuşdur ki, gecə saatlarında naməlum şəxs və ya şəxslər ona məxsus evə və həmin həyətdə olan tikiliyə daxil olaraq elektrik kabeli, elektrik avtomatları, 02 adəd pereparator, 02 ədəd səviyyə ölçən lazer aparatlarını, 02 ədəd laqondanı və sair əşyaları oğurlamışlar. Bundan sonra DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində 2.255 manat maddi ziyan dəymiş və ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 05 yanvar 2025-ci il tarixdə ona məxsus Mərdəkan qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən evindən çıxmışdır. xx.xx.2025-ci il tarixdə həmin evə gəldikdə evinin həyətində olan 1.000 manat dəyərində “Opel” markalı avtomobilin motorunun, 1.000 manat dəyərində motorun “turbo” ehtiyyat hissəsinin, evin alt hissəsində olan əl damından elektirik naqillərinin, bir neçə qazanların, qaz peçinin, 50 manat dəyərində su motorunun və sair əşyaların naməlum şəxs tərəfindən oğurlandığını aşkarlamışdır. Bundan sonra DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Ona oğurluq nəticəsində 3.150 manat maddi ziyan dəymiş və bu günədək ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi alınmış X6 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus Bakı şəhəri, Mərədəkan qəsəbəsi, sahə 119 T ünvanında yerləşən təmiri tamamlanmamış edən çıxmışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında adını xatırlamadığı usta ona zəng vuraraq evin qapısının sındırılaraq mənzildən bəzi əşyaların oğurlanması barədə məlumat vermişdir. O, dərhal həmin ünvana yaxınlaşmışdır. Ona məxsus evdən laqonda, drel, preparator, elektrikli ütü və sair əşyalar oğurlanmışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumi olaraq 1.590 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanılması haqqında 01 fevral 2025-ci il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən X4 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; -xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi yeni sahədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında Zərərçəkmiş şəxs2 məxsus baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - İfadənin yerində yoxlanılması barədə 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrini bir daha təsdiq edərək hadisənin yerlərini göstərib, zərərçəkmişlərə məxsus evlərə haradan və necə girdiklərini, hadisələrin necə baş verməsini əyani təsvir etmiş və bu barədə fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir; - Əməlin tövsif edilməsi barədə 01 fevral 2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsindən CM-nin 177.2.1, 177.2.2, 177.2.3cü maddələrinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində xx.xx.2025-ci il tarixində, xx.xx.2025-ci il tarixində və xx.xx.2025-ci il tarixində oğurluq etdiyini etiraf etmiş, “heç bir əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək protokolu imzalamışdır; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2025-ci il tarixli 4(003)-51/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Müştəba oğlu barəsində xx.xx.2025-ci il tarixindən hesablnmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Yenidən ittiham elan etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur; - Sübutların qiymətləndirilməsi haqqındaxx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sadıqov Rəşad nadir oğlu barəsində ayrıca cinayət işi ayrılmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Salyan rayon Məhkəməsinin 28 mart 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 69.3-cü maddələri ilə 01 il 04 ay müddətinə aylıq əmək haqqından 20% tutulma aparılmaqla islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 02 il 03 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir; - Xəzər RPİ-dən məhkəmə sorğusu əsasında alınmış xx.xx.2025-ci il tarixli aktın surətindən məlum olur ki, Təqsirləndirilən şəxs MSY-nə gətirilən zaman üstünə baxış keçirilmiş və bədənində xəsarətlər aşkar edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama hesab edilir. Eyni əməllər: - 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; - 177.2.2. təkrar törədildikdə; - 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə yaranmış məhkumluğunun (Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir) ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. (CM-56.1.3) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat olmaqla, cəmi 400 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-324/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-324/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver