Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-326/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, yeni sahədə yerləşən nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 fevral 2022-ci il tarixdə, gecə saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq sahəsi,yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus həyətə hasardan keçərək yaşayış evinin çölə baxan plastik pəncərəsini dəmir alətlə açıb qanunsuz daxil olaraq 02 ədəd su nasosu, 03 ədəd blender sok çəkən, 01 ədəd tozsoran, hamamda istifadə edilən 01 ədəd su qızdırıcı, tərkibində 05 ədəd qazan olan qazan dəstini, 01 ədəd çaynik dəsti, 01 ədəd kişi qol saatı, 01 ədəd qadın qol saatı, gümüş bəzək əşyaları və uşaq paltarlarını gizli talayaraq Zərərçəkmiş şəxs1 cəmi 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 fevral 2022ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin həyətinə qanunsuz olaraq hasardan keçərək yaşayış evinə açıq qapıdan daxil olaraq evin dəhlizindən 01 ədədinin dəyəri 75 (yetmiş beş) manat olan 02 ədəd radiatoru, hamam otağında quraşdırlmış dəyəri 300 (üç yüz) manat olan 01 ədəd paltar qurudanı (suşilka) və hamam otağının qarşısında quraşdırılmış dəyəri 1250 (min iki yüz əlli) manat olan 01 ədəd “Nobella” markalı kombini gizli talayaraq Zərərçəkmiş şəxs2 cəmi 1.700 (min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 fevral 2022-ci il tarixdə, saat 12 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus həyətə hasardan keçərək yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq evdən evin yataq otağındakı dolabın sirməsində olan 03 ədəd qızıl üzük, 01 ədəd qızıl boyunbağı və 200 manat nağd pulu gizli talayaraq Zərərçəkmiş şəxs3 cəmi 1.000 (min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 fevral 2022-ci il tarixdə, saat 20 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən X6 məxsus həyətə hasardan keçərək yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq evdən 300 (üç yüz) manat nağd pul, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl üzüklə 01 cüt qızıl sırğa dəstini, 01 ədəd qızıl boyunbağı kulonla ilə birlikdə 01 ədəd qızıl qolbağı dəstini gizli talayaraq Zərərçəkmiş şəxs4 cəmi 1.350 (bir min üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 fevral 2022-ci il tarixdə, təxminən saat 13 radələrində Buzovna qəsəbəsi, Çiləgər massivində yerləşən Zərərçəkmiş şəxs5 Məzahir oğluna məxsus həyətə hasardan keçərək yaşayış evinin plastik pəncərəsinin dəmir barmaqlığını dəmir alətlə sındırıb plastik pəncərəni açmaqla qanunsuz daxil olub evin yataq otağında olan dolabın çərisindən 1.500 manat pulu gizli talayaraq Zərərçəkmiş şəxs5 Məzahir oğluna cəmi 1.500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 mart 2022-ci il tarixdə, gecə saatlarında Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs6 məxsus həyətə hasardan keçərək yaşayış evinə yataq otağının plastik pəncərəsini açmaqla qanunsuz daxil olub evin zalında olan dolaba qoyulmuş 1.000 (bir min) ABŞ dollarını gizli talayaraq Zərərçəkmiş şəxs6 cəmi 1.000 (bir min) ABŞ dolları məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 mart 2022-ci il tarixdə, gecə saatlarında X3 yaşadığı ünvan 3 ünvanında yerləşən 58 nömrəli mənzilə plastik pəncərədən qanunsuz daxil olaraq evdən “Sharp” markalı televizor və onun pultu, “Smart” markalı tyuner, 01 ədəd elektrik sobası, 01 ədəd elektrik uzadıcısı (udelnitel), Almaniya Respublikasının “Zinger” firmasının istehsalı olan 01 ədəd çəngəl-qaşıq dəsti, Türkiyə Respublikasının istehsalı olan 01 ədəd bıçaq dəsti, 01 ədəd “Gepas” sokçəkən aparatı, 01 ədəd paltonu gizli talayaraq zərərçəkmiş şəxs X4 cəmi ümumilikdə 655 (altı yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər dəfələrlə oğurluq və narkotik vasitə cinayətlərinə görə məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra iş tapa bilmədiyimə görə oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 11 fevral 2022-ci il tarixdə, gecə saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq sahəsi, yeni yaşayış massivində yerləşən bir yaşayış evinin həyətinə hasardan daxil olmuş və qabaq plastik pəncərəsini özü ilə götürdüyü vintaçanla açıb evə daxil olaraq evdən 03 ədəd blender şirəçəkən aparatı, 01 ədəd tozsoran, 01 ədəd su qızdırıcını, 05 ədəd qazanı, çaynik dəstini, kişi və qadın saatları, gümüş bəzək əşyaları və uşaq paltarlarını oğurlayaraq həyətə yığmış, sonra tanımadığı taksi maşınına yükləyib evinə aparmış, həyətində onları evdəkilərin bilmədiyi yerdə gizlətmişdir. Həmin günün səhəri oğurladığı malları Sabunçu bazarında tanımadığı şəxslərə, gümüş bəzək əşyalarını isə Zabrat qəsəbəsində qızıl-gümüş mağazalarının birinə sataraq əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 12 fevral 2022-ci il tarixdə, gecə saatlarında Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən bir yaşayış evin həyətinə hasardan daxil olmuşdur. Evə daxil olmaq istəyərkən görmüşdür ki, giriş qapısının qulpu qırılıb və rahat evə daxil olmuşdur. Elə bilmişdir ki, həmin evdə yaşayış var, lakin girib görmüşdür ki, evdə hələ təmir işləri aparılır, evdə yaşayış yoxdur. Buna baxmayaraq görmüşdür ki, orada təzə məişət əşyaları var və oğurluq etmək imkanı olacaq. Evin birinci mərtəbəsində olan hamamın qarşısında quraşdırılmış «Nobella» markalı kombi aparatı, evin hamamında olan 01 ədəd suşilkanı və dəhlizdə olan 02 ədəd radiatoru oğurlayıb evdən bayıra çıxardaraq hasarın üstünə qoymuş və hasardan küçəyə keçmişdir. Onların hamısını özünə məxsus velosipedin arxasındakı yük yerinə qoyub yola kimi aparıb yoldan tanımadığı bir taksiyə qoyub aparıb həyətində gizlətmişdir ki, evdəkilər görməsin. Daha sonra səhərisi gün kombini əzmiş və tanımadığı taksi maşını ilə Maştağa qəsəbəsinə aparıb orada metal qəbulu məntəqəsinə satmışdır. Radiatorları və suşilkanı isə Sabunçu bazarında tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulları borcu olan şəxslərə vermişdir. Bundan başqa, 21 fevral 2022-ci il tarixdə, saat 12:00 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər qəsəbəsində yerləşən bir yaşayış evinin hasarından həyətə daxil olub evin qabaq pəncərəsini özü ilə götürdüyü vintaçanla açıb evə daxil olmuşdur. Günorta vaxtı, eləcə də küçədə uşaqlar olduğundan evdən kiçik və qiymətli əşyalar axtarmağa başlamışdır. Yataq otağında olan dolabda qızıl-zinət əşyaları və pul taparaq onları oğurlayıb evdən çıxıb getmişdir. Sonradan baxıb görmüşdür ki, 03 ədəd qızıl üzük, 01 ədəd qızıl boyunbağı, pul da 200 manatdır. Oğurladığı qızılları Neftçilər və Xalqlar Dostluğu metrosunun yaxınlığında olan lombardlara vermiş, pulları isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, 22 fevral 2022-ci il tarixdə, saat 20:00 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən bir evin həyətinə hasardan daxil olmuş və evin arxasındakı plastik pəncərəsini özü ilə götürdüyü vintaçanla açıb evə daxil olaraq evdən əsas pul və qızıl axtarmışdır ki, rahat apara bilsin. Sonra yataq otağının girişindən sağ tərəfdə çantadan 300 manat pul, pilləkəndən zala giriş qapısının yanında olan balaca dolabın sirmələrini axtarmış və oradan qızıl-zinət əşyalarını oğurlayıb evdən çıxıb getmişdir. Oğurladığı qızılları Neftçilər və Xalqlar Dostluğu metrosunun yaxınlığında olan lombardlara vermiş, pulları isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan əlavə, 26 fevral 2022-ci il tarixdə, səhər saatlarında Buzovna qəsəbəsi, Çiləgər massivində yerləşən bağ evinin yanından keçərkən görmüşdür ki, evin sahibi həyətin qapısını bağlayır. Bilmişdir ki, onlar evədən çıxıb harasa gedirlər. Günorta vaxtı, yəni təxminən saat 13:00 radələrində həmin ünvana gəlmiş, qapını yoxlayıb görmüşdür ki, qapı açarlıdır, arxayın olmuşdur ki, evdə adam yoxdur. Rahat hasardan həyətə daxil olmuş və evin qabaq pəncərəsinin dəmir barmaqlığı olduğunu görmüşdür. Özü ilə götürdüyü dəmir parçası (mantirovka) ilə dəmir barmaqlığı sındırmış, plastik pəncərəni özü ilə götürdüyü vintaçanla açıb və evə daxil olaraq evi axtarmağa başlamışdır. Evin yataq otağında olan dolabın sirməsində pul tapmış, onu götürüb aradan çıxmışdır. Sonradan sayıb görmüşdür ki, oğurladığı pul 1500 manatdır. Sonradan həmin pulu topaz oyununda xərcləmişdır. Bundan əlavə, 03 mart 2022-ci il tarixdə, gönorta saatlarından sonra Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən bağ evinin həyətinə hasardan daxil olmuş və evin yan pəncərəsindən, yəni yataq otağının plastik pəncərəsini açmaqla daxil olub evin hər yerini axtarmışdır. Fikirləşmişdir ki, elə bir şey oğurlasın ki, cibində gizlədə bilsin və heç kim görməsin. Çünki həmin vaxt günün işıqlı vaxtları olmuşdur və küçdə uşaqlar olmuşdur, lakin onu tanımamışlar. Beləliklə evin zalında olan dolabın sirməsini çəkib görmüşdür ki, orada 100 dollar əskinasları var onu götürüb evdən çıxmışdır. Sonradan sayıb görmüşdür ki, 10 ədəd 100 dollar əskinası oğurlamışdır. Həmin pulu topaz oyununda xərcləmişdir. Bundan əlavə, 10 mart 2022-ci il tarixdə, gecə yarısı, Buzovna qəsəbəsi, R.İmanov küçəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən mənzilin yola tərəf olan plastik pəncərəsindən daxil olub evin mətbəxində olan «Sharp» markalı televizor və onun pultu, tüninq və uzadıcı ilə birlikdə, elektrik sobası, çemodanda olan çəngəl-qaşıq dəsti, bir ədəd bıçaq dəsti, bir ədəd sokçəkən aparat və bir ədəd qadın paltosunu oğurlamışdır. Oğurladığı əşyaları səhəri günü Sabunçu bazarında satmış, əldə etdiyi pulları topaz oyununda xərcləmişdir. Saxlanıldığı ƏN PX 3 saylı İstintaq Təcridxanasının əməliyyat bölməsinə gedərək müəssisə rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2022-ci ilin yanvar ayının axırlarında Buzovna qəsəbəsi ərazisində birmərtəbəli evə pəncərədən daxil olaraq həmin evdən gümüş və qızıl zinət əşyalarını oğurlayaraq Zabrat qəsəbəsində qızıl-gümüş satışı mağazasına satmışdır. Bundan başqa 2022-ci ilin fevral ayının ortalarında təkrarən yenə də Buzovna qəsəbəsi ərazisində birmərtəbəli evə pəncərədən daxil olaraq oradan da gümüş və qızıl zinət əşyalarını oğurlayaraq “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında qızıl-gümüş satışı mağazasına satmışdır. Qeyd etmişdir ki, əvvəl istintaqa verdiyi ifadəsindəki etdiyi oğurluq cinayətləri ilə bağlı saxlanıldığı 3 saylı İstintaq Təcridxanasına gedərək orada bir daha səmimi etiraf etmişdir. Həbsdə olduğu zaman fikirləşmişdir ki, istintaqa etiraf etməyinə baxmayaraq saxlanıldığı müəssisədən də etirafedici müraciət etsə yəqinki məhkəmədə hakim də nəzərə alıb ona aşağı həddə olan cəzanı verəcək. Həmin oğurluq etdiyi cinayətlər əvvəl istintaqa məlum olan faktlardan əlavə olmadığını, elə həmin faktların olduğunu bildirmiş, bununla da bağlı saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından da əməliyyat şöbəsinə ərizə ilə müraciət edərək etiraf etmiş və xahiş etmişdir ki, bu barədə istintaqa məlumat verilsin və məhkəmədə hakim cinayət işinin materiallarına baxanda nəzərə alsın. Əlavə olaraq bildirmişdir ki, ərizə ilə etdiyi müraciətdə ola bilsin ki, oğurluq etdiyi tarixi və oğurladığı qızıl və gümüş əşyalarının oğurlandığı ünvanları qarışıq salmışdır, buna baxmayaraq qeyd etdiyi həmin qızıl və gümüş əşyalarını oğurlamışdır, oğurladığı gümüş əşyaları da Zabrat qəsəbəsində 70 (yetmiş) manata qızıl-gümüş mağazasına, qızıl əşyalarını isə “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığındakı qızıl-gümüş mağazalarına və lombardlara 500 (beş yüz) manata sataraq pul əldə etmişdir. İş üzrə şahid kimi dindirilmiş Şahid ifadəsindən, yəni Təqsirləndirilən şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Şahid satdığı qızıl əşyalarının ümumi qiyməti 425 manat olması və bu barədə qeydiyyat aparmasına dair verilən suala cavab verərək bildirmişdir ki, oğurluq etdiyi və oğurladığı əşyaları satdığı vaxtlar sərxoş olmuşdur, ona görə də bəzən oğurladığı əşyaları, eləcə də qızıl-zinət əşyalarını və gümüş bəzək əşyalarını satdığı yeri və qiyməti dəqiq yadımda saxlamamışdır. Ona görə də müraciətimdə qızıl əşyalarının Xalqlar Dostluğu metro stansiyasının yaxnlığındakı qızıl mağazasına 500 (beş yüz) manat yazması təxmini qiymət olmuşdur. Qızıl əşyalarını satdığı Şahid ifadəsində 425 (dörd yüz iyirmi beş) manat göstərməsi ilə razı olmuşdur. Bunun üçün Şahid düz dediyini, çünki həmin əşyaları satan zaman özünün şəxsən əlyazması ilə qeydiyyatı olduğunu və orada dəqiq yazdığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. X7 işi ilə əlaqədar 10 günlük Qəbələ rayonuna ezamiyyətə getmişdir. Oğlunun evi onun yaşadığı evin yaxınlığında yerləşdiyinə görə həmin müddətdə özü oğlunun evinə nəzarət etmişdir. Sonuncu dəfə həmin evdə xx.xx.2022-ci il tarixdə səhərdən günorta saat təxminən 13:00 radələrinə kimi orada olmuşdur. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində həmin evə getmiş və görmüşdür ki, evin qabaq pəncərəsi açıq vəziyyətdədir. Bunu görəndə evə oğru girməsindən şübhələnmişdir. Dərhal evə daxil olmuş və görmüşdür ki, evin otaqlarında olan əşyalar hamısı dağılmış vəziyyətdədir. Qeyd etmişdir ki, oğlu 4 ildir ki, evlənib deyə yoldaşının gətirdiyi cehizlərin əksəriyyəti işlədilməmiş vəziyyətdə qutudadır. Tez həyat yoldaşını çağırmış və ondan sonra da gəlini ilə telefonla danışmış, vəziyyəti ona dedikdən sonra məlum olmuşdur ki, həmin evdən 01 ədədinin dəyəri 90 manat olan 02 ədəd su nasosu, 01 ədədinin dəyəri 150 manat olan 03 ədəd blender sok çəkən, dəyəri 220 manat olan 01 ədəd tozsoran, dəyəri 120 manat olan 01 ədəd su qızdırıcı (hamamda), dəyəri 80 manat olan 01 ədəd qazan dəsti (dəstin tərkibində 05 ədəd qazan), dəyəri 250 manat olan 01 ədəd çaynik dəsti, dəyəri 180 manat olan kişi qol saatı, dəyəri 150 manat olan 01 ədəd qadın qol saatı, dəyəri 200 manat olan gümüş bəzək əşyaları və dəyəri 170 manat olan uşaq paltarları oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi ilə bağlı heç kimdən şübhələnmədiyini bildirmişdir. Oğurluq hadisəsi nəticəsində ona 2000 (iki min) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 10:00-dan 13:00-də evdə olmamışlar. Təxminən saat 13:00 radələrində həyat yoldaşı X10 evə gələndə görmüşdür ki, evin qabaq plastik pəncərəsi açıq vəziyyətdədir. Evə daxil olanda evin bütün əşyalarının dağılmş vəziyyətdə olduğunu aşkar etmişdir. Evdə olan hər bir əşyalara nəzər yetirdikdə aşkar etmişdir ki, evin yataq otağındakı dolabın sirməsində olan 03 ədəd qızıl üzük, 01 ədəd qızıl boyunbağı və 200 manat nağd pul oğurlanmışdır. Dərhal bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və ondan sonra ona xəbər vermişdir. Belə ki, evdən 01 ədədinin dəyəri 150 manat olan 03 ədəd qızıl üzük, dəyəri 350 manat olan 01 ədəd qızıl boyunbağı və 200 (iki yüz) manat nağd pul oğurlanmışdır. Oğurlanmış qızıl əşyalarının çəkisini və əyarını bilmədiyini, çünki onları çoxdan aldığına görə xatırlamadığını bildirmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1000 (min) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Anası da çox vaxt onunla yaşayır. Özü Binə qəsəbəsində təndir çörəyi bişirilən sexdə işləyir. Hər gün saat 06:00-dan evdən çıxıb işə gedir. Anası da evdə tək qalmasın deyə saat təxminən 09-10-dan sonra onun yanına gəlir və ona köməklik edir. xx.xx.2022-ci il tarixdə hər gün olduğu kimi 06:00-da evdən çxıb işə getmişdir. Anası da həmin gün saat 09:00-da onun yanına gətmişdir. Həmin gün həyat yoldaşı ilə oğlu da rayonda olmuşlar. Beləliklə evdə heç kim olmamışdır. Həmin gün saat təxminən 22:15 radələrində evə gəlmiş və evin otaqlarının dağınıqlı vəziyyətdə olduğunu görmüşdür. Evə baxış keçirmiş və evdən 300 (üç yüz) manat nağd pul, 200 (iki yüz) manat dəyərində 01 ədəd qızıl üzük, 350 (üş yüz əlli) manat dəyərində 01 ədəd qızıl üzüklə 01 cüt qızıl sırğa (dəst), 500 (beş yüz) manat dəyərində 01 ədəd qızıl boyunbağı ilə birlikdə 01 ədəd qızıl qolbaq (dəst), anası X9 məxsus 01 ədəd təqaüd kartı və 01 ədəd şəxsiyyət vəsiqəsi oğurlanmışdır. Bunu görüb dərhal DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 1350 (min üç yüz əlli) manat maddi ziyan dəymişdir. Oğurlanmış qızıl-zinət əşyalarının əlamətlərini izah edərək bildirmişdir ki, 01 ədəd qızıl üzük “tarakan” kimi adlanan, 01 ədəd qızıl üzklə 01 cüt qızıl sırğa “yarpaq” formalı sadə qaşlı, 01 ədəd qızıl boyunbağı ilə birlikdə 01 ədəd qızıl qolbaq isə “qol saatının kəmərinə bənzər”, yəni enli formada olmuşdur. Həmin qızıl əşyalarını çoxdan aldığına görə çəkisini və əyarını bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, hazırda Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivi, fərdi evdə ailəsi ilə birlikdə yaşayır. "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Hər gün saat təxminən 08:15 radələrində evdən çıxıb işə gedir. Ailə üzvləri də ondan sonra evdən çıxıb işə gedirlər. xx.xx.2022-ci il tarixdə də eyni vaxtda çıxıb evə getmişdir. Həmin gün saat təxminən 16:30 radələrində birinci o, evə gəlmişdir. Evə gəlib görmüşdür ki, evin yataq otağının plastik pəncərəsi açıq vəziyyətdədir. Tez evə daxil olmuş və görmüşdür ki, otaqlar dağınıq haldadır. Otaqların demək olar ki, hər bir yeri axtarılmışdır. Bilmişdir ki, evdən oğurluq edilib. Bunu bilib birinci yadına düşən bu olmuşdur ki, evin zalında olan dolaba baxsın. Çünki orada 1000 (min) dollar pul qoymuşdur. Dolabın sirməsinə baxıb görmüşdür ki, orada qoyduğu özünə məxsus 1000 (min) dollar pulu oğurlanıb. Sonra mən DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsi zamanı mənə 1000 (min) dollar maddi ziyan dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X8 bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi ev 36, mənzil 58də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə mən ailə üzvləri ilə birlikdə Nəsimi rayonu, “Memar Əcəmi” metro stansioyasının yaxınlğında yerləşən evinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində evə gələndə görmüşdür ki, evin dənizə tərəf olan pəncərəsi açıq vəziyyətdədir. Qeyd etmişdir ki, həmin mənzil binanın birinci mərtəbəsində yerləşir. O, hiss etmişdir ki, evə kimsə daxil olub. Tez mənzilə daxil olmuş və görmüşdür ki, mətbəxtdə olan dəyəri 300 (üç yüz) manat olan “Sharp” markalı televizor və onun pultu, dəyəri 60 manat olan “Smart” markalı tyuner yerində yoxdur. Tez yaxınlıqda olan Xəzər RPİ-nin 2-ci PŞ-nə yaxınlaşıb bu barədə məlumat vermişdir. Polis əməkdaşları ilə evinə qayıtmış və onların yanında evə baxış keçirmiş və aşkar etmiş ki, mənzilin girişində olan saxlanc yerindəki 01 ədəd qutunun içərisində olan istifadə edilməmiş dəyəri 75 manat olan 01 ədəd elektrik sobası, dəyəri 10 manat olan 01 ədəd elektrik uzadıcısı (udelnitel), 01 ədəd qutuda istifadə edilməmiş Almaniyanın “Zinger” firmasının istehsalı dəyəri 120 manat olan çəngəl-qaşıq dəsti, 01 ədəd qutuda istifadə edilməmiş Türkiyə Respublikasının istehsalı olan dəyəri 35 manat olan bıçaq dəsti, 01 ədəd istifadə edilmiş dəyəri 25 manat olan “Gepas” sokçəkən aparat, 01 ədəd anasına məxsus və geyindiyi dəyəri 30 manat olan palto oğurlanmışdır. Ondan sonra rəsmi olaraq ərizə ilə Xəzər RPİ-nin 2-ci PŞ-nə müraciət etmişdir. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 655 (altı yüz əlli beş) manat maddi ziyan dəymişdir. İlkin təhqiqat araşdırması zamanı izahatınızda oğurluq hadisəsi zamanı ona ümumlikdə 480 (dörd yüz səksən) manat maddi ziyan dəydiyini qeyd etsə də əvvəlcə mənzildən hansı əşyaların oğurlandığını bilmədiyini, sonradan dəqiq hesablamış və bilmişdir ki, ifadəsində qeyd etdiyi əşyalar oğurlanmışdır. Həmin əşyaları da ərizəsində qeyd etmişdir. Lakin izahat kompyuter vasitəsi ilə yazıldığından olan bilsin ki, texniki səbəbdən digər əşyalar qeyd olunmamışdır. Buna baxmayaraq istintaq zamanı oğurluq hadisəsi zamanı ona məxsus mənzildən oğurlanmış əyların hamısını qeyd etmiş və onların ümumi dəyəri 655 (altı yüz əlli beş) manat təşkil etdiyini bildimişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Axundov küçəsində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evin həyətində oğlu üçün ev tikmişdir. Həmin ev onun yaşadığı evin həyətində yerləşdiyinə görə hər gün orada olur və təzə tikilmiş evə də nəzarət edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 18:00 radələrində orada olmuşdur. xx.xx.2022-ci il tarixdə səhəri gün saat təxminən 14:00 radələrində həmin evə girib görmüşdür ki, evdə oğurluq olmuşdur. Belə ki, hal-hazırda təmiri davam edən və yaşayış olmayan həmin evdə istifadə etmək üçün dəhlizdə quraşdırılmış dəyəri 150 manat olan 01 ədəd radiatorun oğurlandığını aşkar etmişdir. Bundan sonra evə baxış keçirmiş və hamam otağında quraşdırlmış dəyəri 300 manat olan 01 ədəd paltar qurudan (suşilka) və hamam otağının qarşısında quraşdırılmış dəyəri 1250 manat olan 01 ədəd “Nobella” markalı kombinin oğurlandığını da aşkar etmişdir. Bundan sonra Xəzər RPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Qeyd etmişdir ki, həmin evin birinci mərtəbəsində evə giriş qapısı olsa da, lakin kilidi olmadığına görə bağlanmır və həmişə örtülü vəziyyətdə saxlamışdır. Ona görə də oğurluq hadisəsi evin giriş qapısından daxil olma yolu ilə törədilmişdir. Bildirmişdir ki, ev təzə tikildiyinə görə orada olan əşyalar istifadə olunmamışdır, hamısını təzə almışdım. Hadisə nəticəsində ona ümumilikdə 1700 (min yeddi yüz) manat maddi ziyan dəymişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 Məzahir oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 Məzahir oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 09:30 radələrində ailə üzvləri öz işləri ilə əlaqədar evdən çıxmışdır. Həmin gün saat təxminən 20:00 radələrində evə gəlib görmüş ki, evin qabaq pəncərəsinin dəmir barmaqlığı sındırılmış vəziyyətdədir və pəncərə də açıqdır. Evə girib otaqlara baxmış və görmüşdür ki, yataq otağında olan dolabların qapıları açıqdır və evin əşyaları dağınıq vəziyyətdədir. Yadına düşmüşdür ki, yataq otağında olan dolabın sirməsində 1500 (min beş yüz) manat pul qoymuşdur. Tez həmin dolabın sirməsinə baxmış və aşkar etmişdir ki, ona məxsus 1500 (min beş yüz) manat pulu oğurlanmışdır. Ondan sonra mən tez DİN-in 102 xidməti-zəng mərkəzinə zəng edərək məlumat verdim. Evindən 1500 (min beş yüz) manat puldan başqa hər hansı bir əşyanın oğurlanmadığını, lakin evə daxil olunarkən evin pəncrəsinin dəmir barmaqlığı sınıdırıldığına görə 200 (iki yüz) manat da ona görə ona maddi ziyan dəymişdir. Beləliklə oğurluq hadisəsi zamanı ona ümumilikdə 1700 (min yeddi yüz) manat maddi ziyan dəymişdir. Qeyd etmişdir ki, istintaq zamanı oğurluq hadisəsi nəticəsində evinin pəncərəsinin dəmir barmaqlığının sındırılması ilə bağlı ona dəymiş 200 (iki yüz) manat maddi ziyanı ilkin təhqiqat zamanı bildirməmişdir. Çünki, nə qədən ziyan dəydiyini o zaman dəqiq bilməmişdir, sonradan bilmiş və istintaq zamanı qeyd etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Nizami rayonu, B.Nuryev küç., ev 8, mən. 21-də ailəsi ilə birlikdə kirayədə yaşayır. Nizami rayonu ərazisində yerləşən “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığındakı Lombardda zərgərlik xidmətində işləyir. Belə ki, vətəndaşlar qızıl-zinət əşyalarını girov qoyaraq pul götürmək istəyərkən həmin qızıl əşyalarının qızıl olub-olmamasını yoxlayır. Bundan başqa qızıl əşyalarının satan olanda işlədiyi lombardda “lom” qiymətinə alır. Qeyd etmişdir ki, təxminən son 2-3 aydır ki, artıq qızılın alışı ilə məşğul olmur. 2022-ci ilin mart ayının ortalarında Xəzər RPİ-nin 2-ci PŞ-ni əməkdaşları işlədiyi lombarda gələrək Təqsirləndirilən şəxs adlı şəxsin ona qızıl əşyalarını satdığını bildirmişlər. O, özünün qızıl əşyaları qəbul etdiyi şəxslərin siyahısına baxıb görmüşdür ki, həqiqətən də xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona iki dəfəyə 01 ədəd qızıl üzük təhvil vermişdir. Ondan sonra yadına düşmüşdür ki, həmin şəxs ona qızıl əşyalarını təhvil verməyə gəlmişdi və ondan qızıl əşyalarını qəbul edərkən şəxsiyyətini təsdiq edən sənədin surətini tələb etmiş və həmin sənədin arxasına qeyd yazdırmışdır. Təqsirləndirilən şəxs də qeyd edərək bildirmişdir ki, 01 ədəd qadın qızıl üzüyü özünə məxsusdur və xx.xx.2022-ci il tarixdə ona 125 manata satmışdır. Ondan iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə təkrar Təqsirləndirilən şəxs gələrək Şahid işlədiyi lombarda gələrək 02 ədəd qızıl üzük və 01 ədəd “Z” şəkilli kulon təhvil vermiş və şəxsiyyət vəsiqsinin surətinin arxasına qeyd etmişdir ki, ona təhvil verdiyi qızıl əşyaları özünə məxsusdur və xx.xx.2022-ci il tarixdə 300 manata satmışdır. S.Mrzəyev ona ümumilikdə 03 ədəd qızıl üzük və 01 ədəd “Z” şəkilli qızıl kulon satmış və bunun müqabilində Şahid ona ümumilikdə 425 manat pul vermişdir. Təqsirləndirilən şəxs iki dəfə ayrı-ayrı günlərdə, yəni xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə qızıl-zinət əşyaları aldığını və onun həmin qızıl-zinət əşyalarını oğurluq yolu ilə əldə etdiyini bilmədiyini bildirmişdir. Çünki Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını ona satarkən yazılı formada yazaraq imzası ilə təsdiq etmişdir ki, həmin qızıl əşyaları özünə məxsusdur. Şahid həmin sənədləri istintaqa təqdim etdiyini bildirmişdir. Şahid həmin qızılzinət əşyalarını aldığı gün satdığını, lakin satdığı adamı hal-hazırda tanımadığını, çünki satdığı qızıl-zinət əşyalarının qeydiyyatı aparmadığını, ancaq qəbul etdiyi, yəni aldığı qızılzinət əşyalarının qeydiyyatını apardığını bildirmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-ci ildə Laçın rayonunda doğulmuş Mirzəyev X2 Şəhəri Çkalovsk Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30.3, 158.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. xx.xx.2008-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2 və 177.2.3, 177.2.4, 234.1, 66.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 234.1, 66.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək CM-nin 66.3-cü maddəsi CM-nin 66.2-ci maddəsinə tövsif edilərək 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Elvin Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 16 mart 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 178.1-ci maddələrinə tövsif edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilmişdir. İş materiallarında olan 16 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 178.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.2, 177.2.3 və 178.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdə hesab edilmişdir. İş materiallarında olan 19 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi yerləri hadisə yerinə getməklə əyani olaraq göstərmişdir. İş materiallarında olan DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-2203-1222 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs3 evində oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-nin məlumat bankına Xəzər RPİ-dən daxil olmuş) xx.xx.1977-ci ildə Laçın rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmişdir. İş materiallarında olan sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid istintaqa iki vərəqdə ibarət sənəd təqdim etmişdir. Vərəqlərin birindən görünür ki, vərəqin bir üzündə Təqsirləndirilən şəxs ümumvətəndaş pasportunun surəti və satdığı 01 ədəd qızıl üzüyün şəkli, digər üzündə isə Təqsirləndirilən şəxs tərəfindən qeyd edilərək göstərmişdir ki, 01 ədəd qadın üzüyü özümə məxsusdur və xx.xx.2022-ci il tarixdə 125 manata satmışdır. İkinci sənədin də bir üzündə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti, eləcə də 02 ədəd qızıl üzük və 01 ədəd “Z” şəkilli qızıl kulonun şəkli, digər üzündə isə Təqsirləndirilən şəxs tərəfindən qeyd edilərək göstərmişdir ki, 02 ədəd qızıl üzük və 01 ədəd qızıl kulon özümə məxsus və xx.xx.2022-ci il tarixdə 300 manata satmışdır. Hər iki sənəddə bunu imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 234.1, 66.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək CM-nin 66.3-cü maddəsi CM-nin 66.2-ci maddəsinə tövsif edilərək 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 14 mart 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 72 (otuz) manat, 192 (bir yüz doxsan iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-326/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-326/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver