Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-326/2025 08.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 12:15-də X14 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi - X2, Təqsirləndirilən şəxs X17 Şabbirin iştirakları ilə, 24 mart 2001-ci il tarixdə Pakistan Respublikasının Gujranvala şəhərində doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Pakistan Respublikasının Gujranvala şəhərində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X17 Şabbirin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, X6 yaşamaq və işləmək məqsədilə Avropa ölkələrinə getmək üçün viza əldə edə bilmədiyindən, Hindistan Respublikasının vətəndaşı olmadığı halda özgəsinə məxsus anket məlumatları (ad:Prajwal və soyadı: Ycganarasimhamurthy) və öz fotoşəkli daxil edilməklə saxtalaşdırılmış, Hindistan Respublikasına məxsus B6754457 nömrəli pasportu əldə edib, 5 fevral 2025-ci il tarixdə Oman-Doha-Bakı aviareysi ilə Qətər Dövlətindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən X12 Hava Limanının dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək, həmin gün, saat 13:24-də həmin pasportdan saxta olduğunu bilə-bilə istifadə edərək sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Qətər Dövlətindən Azərbaycan Respublikası istiqamətində keçmişdir. Bundan başqa o, yaşamaq və işləmək məqsədilə ilkin olaraq R-0333 nömrəli Bakı- İstanbul aviareysi ilə Türkiyə Respublikasına, daha sonra isə həmin ölkədən Almaniya Federativ Respublikasına getmək üçün 14 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən X12 Hava Limanının dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək, həmin gün, saat 11:47-də Hindistan Respublikasına məxsus B6754457 nömrəli pasportdan saxta olduğunu bilə-bilə, təkrarən istifadə edərək sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan təkrarən qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasıdan Türkiyə Respublikası istiqamətində keçməyə cəhd etmiş, təqdim etdiyi Hindistan Respublikasına məxsus B6754457 nömrəli pasport Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən böyüdücü lupa və “Regula 4203” markalı cihazla yoxlanıldıqda həmin sənəddə müdafiə elementlərinin olmaması müəyyən edilərək saxlanılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş X17 Şabbir özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, Pakistan İslam Respublikasının Gujranvala şəhərində yaşadığı müddət ərzində maddi vəziyyətinin pis olması səbəbilə yaşamaq və işləmək üçün Oman Sultanlığının paytaxtı olan Məsqət şəhərinə getmiş, orada xidmət sektorunda müxtəlif növ işlərdə, əsasən isə sürücü kimi işləyib, dolanışığını təmin etmişdir. Lakin maddi vəziyyətini yaxşılaşdırmağa nail ola bilmədiyinə görə Avropa ölkələrindən birinə gedərək orada yaşamaq və işləmək qərarına gəlmişdir. Odur ki, Abdulla adlı dostu ilə bu barədə söhbət edərkən sonuncu ona bildirmişdir ki, Avropaya getmək üçün viza və digər sənədləşmə işləri ilə bağlı köməklik göstərə bilən şəxsləri tanıyır. Abdulla vasitəsilə həmin şəxslərlə əlaqə saxlamış və onlar 4000 ABŞ dolları müqabilində Avropaya getmək üçün viza, pasport və digər sənədlərin hamısını təşkil edə biləcəklərini demişlər. Onlarla aralarında belə razılığa gəlmişlər ki, Avropaya getmək üçün qeyd olunan dəstəyi ona göstərdikdən sonra Avropa ölkələrindən birinə gedib çatacağı təqdirdə atası onlarla görüşüb qeyd olunan pul vəsaitini verəcək. Lakin, bu barədə qəti şəkildə atasına heç bir məlumat verməmişdir. Bir müddət sonra isə Abdulla “Prajwal Yoganarasimhamurthy”in adına rəsmiləşdirilmiş, fotoşəkli edilmiş, içərisində Almaniya Federativ Respublikasına getmək üçün saxtalaşdırılmış olan, Hindistan Respublikasına məxsus B6754457 nömrəli pasportu verərək onun Türkiyə Respublikasına getməli olduğunu bildirmişdir. Bu minvalla 5 fevral 2025-ci il tarixdə Oman-Doha-Bakı aviareysi ilə Azərbaycan Respublikası Bakı şəhərinə eniş etdikdən sonra “X12 Hava Limanı” sərhəd nəzarəti məntəqəsində həmin tarixdə, saat 13:24 radələrində “Prajwal Yoganarasimhamurthy”in adına rəsmiləşdirilmiş, fotoşəkli edilmiş Hindistan Respublikasına məxsus B6754457 nömrəli pasportu sərhəd nəzarətinə təqdim edərək, həmin məlumatların özünün məlumatları olduğunu bəyan edərək dövlət sərhədindən buraxılmışdır. Bundan sonra Bakı şəhərində “Sahil” adlı mehmanxanaya yerləşərək 14 fevral 2025-ci il tarixədək orada qalmaqda davam etmişdir. 14 fevral 2025-ci il tarixdə səhər saatlarında mehmanxananı tərk edərək, Türkiyə Respublikasına getmək məqsədilə X12 Hava Limanına getmişdir. “X12 Hava Limanı” sərhəd nəzarəti məntəqəsində həmin tarixdə, saat 11:47 radələrində Hindistan Respublikasına məxsus B6754457 nömrəli pasportu sərhəd nəzarətinə təqdim edərək həmin pasportdakı məlumatların özünün məlumatları olduğunu bəyan etmişdir. Sərhədçilər tərəfindən B6754457 nömrəli pasportda saxtalaşdırma əlamətləri aşkar edildiyindən saxlanılmışdır. Daha sonra araşdırma aparılmağa başlanmış və bu zaman onun adına rəsmiləşdirilmiş Pakistan İslam Respublikasına məxsus NM6802752 nömrəli pasportu araşdırma aparan şəxsə təqdim etmişdir. “Prajwal Yoganarasimhamurthy”i şəxsən tanımır və onunla heç bir əlaqəsi yoxdur. Oman Sultanlığının və Qətər Dövlətinin dövlət sərhədini özünün adına rəsmiləşdirilmiş Pakistan İslam Respublikasına məxsus NM6802752 nömrəli pasportla keçmişdir. Pakistan islam Respublikasının vətəndaşı olduğu üçün Avropa ölkələrinə viza alması çox çətindir və demək olar ki, qeyri-mümkündür. Oman Sultanlığından B6754457 nömrəli pasportla çıxmaq imkanı olmamışdır. Ona görə də həmin pasportla Azərbaycan Respublikasına giriş edib, daha sonra yenidən həmin pasportla rahatlıqla çıxış edərək Türkiyə Respublikasına, oradan da Almaniya Federativ Respublikasına getməyi planlamışdır. X3 Respublikasına getmək üçün viza saxtadır, çünki, rəsmi olaraq vizanın əldə olunması ilə bağlı diplomatik nümayəndəliyə hər hansı müraciəti olmamışdır. Türkiyə Respublikasından Almaniya Federativ Respublikasına enərkən həmin vizadan istifadə etməyi düşünmüşdür. B6754457 nömrəli pasportdakı 4 fevral 2025-ci il tarixli çıxış, tarix, ştampı saxtadır, çünki, B6754457 nömrəli pasportu yalnız Azərbaycan Respublikasının sərhəd nəzarətinə təqdim etmişdir. Təqsirləndirilən şəxs son sözündə ilk dəfə cinayət əməli törətdiyini, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, “X12 Hava Limanı” SNŞ-də baş nəzarətçi – növbə rəisi vəzifəsində çalışır. 14 fevral 2025ci il tarixdə saat 09:00-dan saat 20:00-dək X12 Hava Limanı SNŞ-də 1 №-li terminalda uçub getmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman 14 fevral 2025-ci il tarixdə, saat 11:47 radələrində R- 333 saylı Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmək istəyən Hindistan Respublikasının vətəndaşı 12 noyabr 2000-ci il təvəllüdlü “Yoganarasimhamurthy Prajwal’a məxsus B6754457 nömrəli pasportu rəsmiləşdirən zaman böyüdücü lupa və “Regula 4203” markalı cihazla yoxlayaraq həmin pasportun məlumat səhifəsinin qismən saxta, pasportun 8-ci səhifəsində olan Almaniya Federativ Respublikasına məxsus tam saxta şengen vizasının olduğu aşkar edilmiş, bu barədə ona məruzə edilmişdir. O dərhal onun yanına gedərək Hindistan Respublikasının vətəndaşı 12 noyabr 2000-ci il təvəllüdlü “Yoganarasimhamurthy Prajwal’ın təqdim etdiyi pasportu təkrar yoxlayaraq pasportun qismən saxta, pasportun 8-ci səhifəsində olan Almaniya Federativ Respublikasına məxsus şengen vizasının tam saxta olduğunu dəqiqləşdirdikdən sonra baş vermiş hadisə ilə bağlı aidiyyəti üzrə rəhbərliyə məruzə etmişdir. Bundan sonra özünü sərhəd nəzarətinə Pakistan İslam Respublikasının vətəndaşı xx.xx.2001-ci il təvəllüdlü X6 kimi təqdim edən Pakistan İslam Respublikasının vətəndaşı X6 14 fevral 2025-ci İİ tarixdə, saat 11:47 radələrində “X12 Hava Limanı” SNŞdə saxlanılaraq müvafiq sənədləşdirmə işləri aparılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, generalleytenant Elşən Verdiyevin 14 fevral 2025-ci il tarixli məktubundan görünür ki, 14 fevral 2025- ci il tarixdə, saat 11:47 radələrində, R-0333 saylı Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedən, Pakistan İslam Respublikası vətəndaşı 24 mart 2001-ci il təvəllüdlü X6 “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi B6754457 nömrəli Hindistan Respublikasına məxsus pasportun saxta olması səbəbindən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş ********* nömrəli sərhədkeçmə sənədindən görünür ki, 2275 nömrəli sərhədkeçmə sənədindən görünür ki, 12 noyabr 2000-ci il təvəllüdlü Hindistan Respublikasının vətəndaşı “Prajwal Yoganarasimhamurthy” Doha-Bakı aviareysi ilə 05 fevral 2025-ci il tarixdə, saat 13:24-də dövlət sərhədini X12 Hava dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycan Respublikası istiqamətinə keçmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş ********* nömrəli sərhədkeçmə sənədindən görünür ki, 12 noyabr 2000-ci il təvəllüdlü Hindistan Respublikasının vətəndaşı “Prajwal Yoganarasimhamurthy” Bakı-İstanbul aviareysi ilə 14 fevral 2025-ci il tarixdə, saat 11:47-də dövlət sərhədini X12 Hava dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində keçməyə cəhd edən zaman təqdim etdiyi B6754457 nömrəli Hindistan Respublikasına məxsus pasportda saxtalıq əlamətləri olduğundan saxlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 15 fevral 2025-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, keçirilən mobil telefon “Tecno CD7” markalı, smartfon tipli, arxa korpusu bənövşəyi sensor ekranlı olmaqla, telefonun uzunluğu 163 mm, eni 76 mm, qalınlığı isə 7 mm-dir. Ön üzlüyü qara rənglidir. Telefonun ön hissəsində yuxarıda diametri 3 mm ölçüdə olan 1 ədəd kiçik ön kamera mövcuddur. Telefonun sağ hissəsinin yan tərəfində müxtəlif funksiyalı düyməciklər vardır. Telefonun arxa yuxarı sol küncündə altbaalt şəkildə-olan 4 ədəd arxa çəkim kameraları vardır. Telefonun sağ yan tərəfində yerləşən alt düyməni sıxdıqda ekran işıqlandı. Ekranın üzərində barmaq vasitəsilə aşağıdan yuxarı sürüşdürdükdə kilidin açılması üçün kilid açma nümunəsi - şifrə (7862) tələb edilmişdir. Nəticədə telefonun ana menyusu ekranda görünmüşdür. Menyuda “File Manager” adlı qovluğa daxil olduqda sözügedən qovluğun içərisində olan “Documents” adlı bölmədə YoganarasimhamurthyPrajwalMR1 pdf adlı sənəd aşkar edilmiş, həmin sənəddə 14 fevral 2025-ci il tarixə Bakı-İstanbul aviareysi üzrə “Prajwal Yoganarasimhamurthy” adına rəsmiləşdirilmiş sərnişin nömrəsi TMX5UD olan bilet (uçuş) məlumatları, bundan əlavə “ASAN_ViSA_AE1********.pdf’ adlı sənəd aşkar edilmiş, həmin sənəddə müvafiq olaraq “Prajwal Yoganarasimhamurthy” adına rəsmiləşdirilmiş Azərbaycan Respublikasına gəlmək üçün viza əks edilmişdir. Həmin vizanın etibarlılıq müddəti 30 yanvar 2025-ci il tarixdən 30 aprel 2025-ci il tarixədəkdir. Azərbaycan Respublikasında icazə verilən qalma müddəti isə 30 gün kimi müəyyən edilmişdir. Baxış zamanı fotoçəkilişdən istifadə edilərək, baxış keçirilən mobil telefonun fotoşəkli çəkilmiş və yuxarıa göstərilən “YoganarasimhamurthyPrajwalMR-1.pdf” və “ASAN_ViSA_AE1********.pdf” adlı sənədlər çoxaldılaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 15 fevral 2025-ci il tarixli pasporta baxış keçirilməsi haqqında protokoldan görünür ki, NM6802752 nömrəli Pakistan İslam Respublikasına məxsus pasport 36 səhifədən ibarət olub tünd yaşıl rəngli üzlüklə cildlənərək, üzərində urdu dilində “Pakistan islam Respublikası” və pasport” məzmunlu mətnlər, dörd əsas komponent olan pambıq, cüt, çay, buğda, onun üst hissəsində aypara və ulduz, aşağı hissəsində isə urdu dilində “İman, vəhdət, intizam” yazısı əks olunnmuşdur. Paspotun uzunluğu 12.5, eni 8.8 santimetrdir. Pasportun ön cildlənmiş hissəsini açdıqda orada pasportun adına rəsmiləşdirildiyi sahibinin fotoşəkili vardır, Soyad qrafasında “Hassan”, ad qrafasında “Ali”, ata adı qrafasında “Shabbir, Ghulam” sözləri yazılmış, doğulduğu gün, ay və il qrafasında «24 MAR 2001» «pasportun verilmə tarixi» qrafasında «19 OCT 2020», etibarlılıq qrafasında «18 OCT 2025» göstərilmiş, doğulduğu yer qarafasında «Gujranwala, PAK» yazılmışdır. Pasportun 12-ci səhifəsində Oman Sultanlığına məxsus “05 FEB 2025” çıxış tarix ştampı vurulmuşdur. Pasportun digər səhifələrində cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 15 fevral 2025-ci il tarixli pasporta baxış keçirilməsi haqqında protokoldan görünür ki, B6754457 nömrəli Hindistan Respublikasına məxsus pasport 36 səhifədən ibarət olub tünd mavi rəngli üzlüklə cildlənmişdir. Paspotun uzunluğu 12.5, eni 8.8 santimetrdir. Pasportun 2- ci səhifəsində pasportun adına rəsmiləşdirildiyi sahibinin fotoşəkili vardır, soyad qrafasında “Yoganarasimhamurthy”, ad qrafasında “Prajwal” sözləri yazılmış, doğulduğu gün, ay və il qrafasında «xx/xx/2000» «pasportun verilmə tarixi» qrafasında «xx/xx/2023», etibarlılıq qrafasında «xx/xx/2033» göstərilmiş, doğulduğu yer qrafasında «Bangalore, Karnataka» yazılmışdır. Pasportun 8-ci səhifəsində “Yoganarasimhamurthy Prajwal”ın adına rəsmiləşdirilmiş ********* nömrəli Almaniya Federativ Respublikası üçün nəzərdə tutulmuş şengen vizası, 9-cu səhifəsində “04 FEB 2025” Hindistan Respublikasına məxsus çıxış tarix ştampı, 29-cu səhifəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin X12 Hava Limanı dövlət sərhədindən buraxılış məntəqəsinə məxsus 31 nömrəli, “05 02 25” giriş tarix ştampı mövcuddur. Pasportun digər səhifələrində cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sənədlərin texniki ekspertizasının və məhkəmə portret ekspertizasının 18 mart 2025- ci il tarixli, 5/159-3/239 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Hindistan Respublikasının “Prajwal Yoganarasimhamurthy” adına olan B6754457 nömrəli pasportunun blankları (anket məlumatları olan vərəqi istisna olmaqla) xüsusi mühafizə vasitələri ilə təchiz olunmuş blanklardan ibarət olmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və “Requla” firmasının “X10” proqramında olan Hindistan Respublikasının pasport nümunəsi ilə eynilik təşkil edir. Həmin pasportun orta sapı açılaraq anket məlumatları olan vərəqi dəyişdirilmişdir. Tədqiqata təqdim edilmiş В seriyalı ******* nömrəli pasportun 8-ci səhifəsində olan viza bu kimi sənədlərin çap edilməsi üçün nəzərdə tutulmuş mühafizə elementləri ilə tam komplektləşdirilməmişdir və “Requla” firmasının “X10” proqramında olan Almaniya Federativ Respublikasının viza nümunəsi ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş В seriyalı ******* nömrəli pasportun 29-cu səhifəsində olan ştamp əksin relyef klişelər vasitəsilə sənədin üzərinə birbaşa vurulmuş və təqdim olunmuş “HEYDƏR ƏLİYEV HAVA LİMANİ” X9 məxsus 31 nömrəli ştampın eksperimental əks nümunəsi ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş В seriyalı ******* nömrəli pasportun 9-cu səhifəsində olan ştamp əksin relyef klişelər vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş NM6802752 nömrəli pasportun vərəqlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vərəqləri dəyişdirilməmişdir, lakin pasportun 13, 14, 23 və 24 nömrəli səhifələri mövcud deyildir. Tədqiqata təqdim edilmiş NM6802752 nömrəli pasportun 12-ci səhifəsində olan “05 FEB 2025 EXİT MUSCAT İNT AİRPORT SULTANATE OF OMAN” mətnli ştamp əksi relyef klişe vasitəsilə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş NM6802752 nömrəli, B6754457 nömrəli pasportdakı, şərti olaraq olaraq “1” və “2” rəqəmi ilə işarələnmiş fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən AR CM-nin 318.1, 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X17 Şabbir barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 17 fevral 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X17 Şabbir barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 15 fevral 2025-ci il tarixli maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, 1 (bir) ədəd “Tgecnl CD7” markalı telefon maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 22 aprel 2025-ci il tarixli maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Hindistan Respublikasına məxsus B6754457 nömrəli pasport maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 520 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X17 Şabbirin əməli Azərbaycan Respublikası CM-nin 318.1-ci və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti təkrar törətməsini Azərbaycan Respublikası Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X17 Şabbir tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 318.1-ci və 320.2ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin və 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş materiallarında olan 1 (bir) ədəd “Tgecnl CD7” markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra X7ytarılmalı, iş üzrə maddi sübut olan Hindistan Respublikasına məxsus B6754457 nömrəli pasport iş materiallarında saxlanılmalıdır. İş üzrə 520 manat ekspertiza xərci X17 Şabbirdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ X17 Şabbir Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə və 320.2-ci maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinə əsasən 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X17 Şabbirə qəti olaraq 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 14 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X17 Şabbir barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 520 (beş yüz iyirmi) manat məbləğində pul vəsaiti X17 Şabbirdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. X17 Şabbir əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan 1 (bir) ədəd “Tgecnl CD7” markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra X7ytarılsın. İş üzrə maddi sübut olan Hindistan Respublikasına məxsus B6754457 nömrəli pasport iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X17 Şabbirin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs X17 Şabbir isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(003)-326/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-326/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver