Məhkəmə qərarları › İş №1(003)-327/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-327/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-327/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yekun protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs, Binə qəsəbəsində yerləşən Lüks Plaza şadlıq evinin arxasında qeyri rəsmi yaşadığı, Zərərçəkmiş şəxs əlləri ilə vuraraq ona sol gözün bayır bucağının, sol almacıq nahiyyəsinin, sağ saidin, sol qabırğaaltı nahiyyənin sıyrıqları, sağ saidin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə maşayiət olunan döş qəfəsinin və sol mil-bilək oynaqlarının yumşaq toxumalarının əzilməsi xəsarətləri yetirməklə ona qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “yüngül” dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 aya yaxın Zərərçəkmiş şəxs ilə qeyri rəsmi ər arvad münasibətlərində yaşamışlar. Təxminən 10 günə yaxındır ki, münasibətləri pozulmuşdur. Yaşadıqları müddət ərzində dəfələrlə aralarında sözlə mübahisə və münaqişələr olmuş lakin, Zərərçəkmiş şəxs döyməmişdir. xx.xx.2022-ci il tarixdə Binə qəsəbəsi ərazisində yerləşən Green adlı kafedə meyxana dediyi zaman Zərərçəkmiş şəxs ona zəng edərək kafedən bayıra çıxmağı demişdir. Təqsirləndirilən şəxs kafedən bayıra cıxanda Zərərçəkmiş şəxs ondan niyə kafeyə ona deməmiş getdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs bu sualına görə aralarında sözlə münaqişə yaranmışdır. Onlar birlikdə Lüks Plaza şadlıq evinin arxa tərəfinə kecmişdirlər. Orada yenidən aralarında sözlə münaqişə yaranmışdır. Bildirmişdir ki, münaqişəyə səbəb isə Zərərçəkmiş şəxs ondan ayrılmaq istəməməsi olmuşdur. Aralarında yaranan sözlə münaqişə zamanı Təqsirləndirilən şəxs əlləri ilə Zərərçəkmiş şəxs qollarından tutub sakitləşdirmək istəsə də Zərərçəkmiş şəxs sakitləşmədiyi üçün hər iki əli ilə onun sifət nahiyyəsindən vuraraq kənara itələyərək çıxıb getmişdir. Bildirmişdir ki, həmin zaman Zərərçəkmiş şəxs sifət nahiyyəsindən xəsarət almışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 10 aya yaxın Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətlərdə yaşamışlar. Təxminən 10 günə yaxındır ki, münasibətləri pozulmuşdur. Yaşadıqları müddət ərzində dəfələrlə aralarında münaqişələr olmuş, Təqsirləndirilən şəxs tərəfindən döyülmüş lakin, bu barədə müraciət etməmişdir. Bildirmişdir ki, Südçülük sovxozu ərazisində kafe işlətdiyi zamandan bu günə kimi, mütəmadi olaraq Təqsirləndirilən şəxs ondan pul almış lakin geri qaytarmamışdır. 2021-ci ilin dekabr ayının axırlarında Təqsirləndirilən şəxs əmək haqqını çıxarmaq üçün əmək haqqı kartını vermişdir. Sonradan isə Təqsirləndirilən şəxs onun 355 manat əmək haqqını çıxararaq özünə xərcləmişdir. Daha sonradan isə pulu hissə-hissə qaytaracağını demişdir. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs anası X2 Şahverdiyevin əvəzinə Zərərçəkmiş şəxs 200 manat pul vermişdir. Hazırda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 155 manat borcu qalmışdır. Dəfələrlə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulunu istəsə də o, müxtəlif bəhanələr gətirmiş və pulunu qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə onun Binə qəsəbəsi Green adlı kafedə olduğunu bilib ondan pulunu almaq üçün həmin kafeyə gəlmişdir. Onu kafedən kənara çağırıb 155 manat pulu istədikdə aralarında sözlə münaqişə yaranmışdır. Onunla münaqişə edərək Lüks Plaza şadlıq evinin arxa tərəfinə keçmişlər. Aralarında yaranan sözlə münaqişə zamanı Təqsirləndirilən şəxs hər iki əlinin yumruqları ilə Zərərçəkmiş şəxs qollarından, alnından və sifətinin müxtəlif yerlərindən qəsdən vuraraq xəsarət yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 27 may 2022-ci il tarixli, 586 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində - sol gözün bayır bucağının, sol almacıq nahiyyəsinin, sağ saidin, sol qabırğaaltı nahiyyənin sıyrıqları, sağ saidin qancırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan döş qəfəsinin və sol mil-bilək oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa “yüngül” dərəcəli zərərvurmaya aiddirlər. Bundan əlavə olaraq rəydə göstərilmişdir ki, qeyd olunan xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq aşkar olunmuş həmin xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının təhqiqat zamanı müdafiə edilməsinə görə sərf etdiyi 01 saata görə 06 (altı) manat, Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 01 saata görə 06 (altı) manat, ümumilikdə 12 (on iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 08 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar