Məhkəmə qərarları › İş №1(003)-328/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-328/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-328/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri Vaqif küçəsi Döngə 1 ev 5-də qeydiyyatda olmaqla ünvan 1ində yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 4(003)-189/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 19 aprel 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə axşam saatlarında ofis kimi işlətdiyi Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi yeni yaşayış sahəsində yerləşən evdə Şahid1 özünün istifadəsi üçün əvəzsiz olaraq pay kimi götürdüyü şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi - 0,798 qram olmaqla ayrı-ayrılıqda çəkiləri 0,202 qram, 0,309 qram, 0,287 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib əvvəlcədən üzərində saxlamaqla daşımış, həmin tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsnin qərarı ilə Xəzər RPİ-nin CAŞ-nin və Xəzər RPİ-nin 3-cü PŞnin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ofis kimi işlətdiyi Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış sahəsində yerləşən evdə videoçəkilişlə axtarış-baxış aparılan zaman onun masanın üzərinə atdığı ayrı-ayrılıqda gümüşü rəngli falqaya bükülmüş 0,202 qram, 0,309 qram və 0,287 qram, ümumi xalis çəkisi 0,798 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, X2 təqribən iki ilə yaxındır ki, qəsəbədən usta kimi tanıyır. 19 aprel 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən məhkəmənin qərarı ilə onun ofis kimi işlətdiyi evinə axtarış-baxış keçirilən zaman yalnız stolun üzərindən aşkar olunaraq götürülmüş üç bükümdə narkotik vasitə ona məxsus olmuş və həmin bükümləri ona pay olaraq saxlanmamışdan bir qədər əvvəl Ceyhuna heç bir pul vermədən, nə də ki, Ceyhun ondan hər hansı bir məbləğdə pul istəmədən vermişdir. Divanın altından aşkar olunmuş narkotik vasitə isə Ceyhunun əlində olan hansı ki, qeyd etdiyi kimi, həmin narkotik vasitədən ona vermiş olduğu büküm olmuşdur. 19 aprel 2022-ci il tarixdə o, öz istəyi ilə narkotik vasitə istifadəçisi olduğundan Ceyhunun pay olaraq ona verdiyi 3 ədəd gümüşü falqaya bükülmüş narkotik vasitə olan heroini ilk öncə cibinə qoyaraq öz istifadəsi üçün gizlətsə də, həmin vaxt polis əməkdaşlarının içəri girdiklərini gördüyü anda onun üzərindən aşkar olunmasın deyə, heç kim bilmədən anidən stolun üzərinə atmışdır. Lakin həmin 3 ədəd gümüşü rəngli falqaya bükülmüş narkotik vasitə heroin ona məxsusdur. Həmin narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar zərfin üzəri və protokol imzalanmışdır. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir, ailəsinin yeganə qazanc gətirənidir, himayəsində iki azyaşlı uşağı vardır, özü İİ qrup əlildir, uşaqlarının hər ikisi də anadangəlmə əlildir, atası isə onkoloji xəstədir. Hazırda o, həbsdə olduğu üçün himayəsində olan ailə üzvlərinin onsuz da çətin olan maddi durumu daha da ağırlaşmışdır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1ində axtarış aparılması üçün məhkəmənin qərarı əsasında axtarış-baxış keçirilməsindən ötrü istintaq əməliyyat qrupu yaradılaraq həmin ünvana yollanmış, müşahidələr apardıqdan sonra videoçəkilişlə tam tərkibdə yaradılmış istintaq əməliyyat qrupu ilə sözügedən ünvana daxil olmuşlar. Ünvana daxil olduqda evin həyətində bir neçə şəxs və evin içərisində bir neçə şəxs olmuşdur. Ev sahibi olan Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə evə baxış zamanı evdə olan yataq otağında otağındakı paltar dolabının üstündən içərisində 01 ədəd “Makarov” (PM) tapançası, 05 ədəd patronu ilə birlikdə darağı olan ağ sellofan paket, evin sanitar qovşağından 01 ədəd “F-1” tipli tamlığı pozulmayan əl qumbarası, evin otağında olan divanın altından 01 ədəd polietilen sellofana bükülmüş böyük həcmdə narkotik vasitə heroin, evdə olan stolun üzərindən 03 ədəd gümüşü falqaya bükülmüş heroin bükümü, stolun üzərindən müxtləif formalı qatlanıb-açılan bıçaq götürülmüş, həmin istintaqəməliyyat qrupunun tərkibi ilə Təqsirləndirilən şəxs qəsəbədə, yəni yaxınlıqda yerləşən digər evindən isə 01 ədəd “Kalaşnikov” konstruksiyalı OM-1309 N-li “AKM” modelli 10 ədəd patronu ilə birlikdə darağı olan ov silahı, 01 ədəd qara rəngli qabın içərisində olan üzərində “Capacıty 200g x 0.01g” yazısı olan qara-boz rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin tarixdə onlar evə daxil olmamışdan bir qədər öncə, yəni 19 aprel 2022-ci il tarixdə öz istəyi ilə narkotik vasitə istifadəçisi olduğundan Ceyhunun pay olaraq ona verdiyi 3 ədəd gümüşü falqaya bükülmüş narkotik vasitə olan heroini ilk öncə cibinə qoyaraq öz istifadəsi üçün gizlətsə də, həmin tarixdə onların həmin ünvanda axtarış-baxış keçirilməsi üçün ünvana girdiyini gördüyü anda üzərindən aşkar olunmasın deyə, heç kim bilmədən anidən həmin üç bükümdə olan narkotik vasitə heroini stolun üzərinə atmışdır. Lakin o, həmin 3 ədəd gümüşü rəngli falqaya bükülmüş narkotik vasitə heroin ona məxsus olmuş və onu əvəzsiz olaraq Ceyhundan almışdır. Həmin narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi Şahid4 və Xəzər RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid5 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, təxminən 4-5 ildir ki, narkotik vasitələrin istifadəçisidir. Narkotik vasitələri müxtəlif şəxslərdən alırmış. Sosial şəbəkədən İran Respublikasının vətəndaşı kimi bildiyi şəxsdən narkottk vasitə almaq qərarırna gəlmiş və 18 aprel 2022-ci il tarixdə günorta saatlarında heç bir anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşının ona zaklatka yolu ilə bildirdiyi yerdən 01 ədəd iri bükümdə, yəni politen sellofana bükülmüş nakotik vasitə heroini pulunu satdıqdan sonra verəcəyi ilə razılaşıb götürmüş. Yolda həmin narkotik vasitə olan heroindən bir balaca hissə götürərək siqaretin qızılı kağızına büküb özünə məxsus istifadə etdiyi “Samsung A32” markalı mobil telefonun üzlünyünün arxasında gizlətmişdir ki, özü az-az istifadə edər, böyük hissəni isə göz qabağına çıxartmaz. Bundan sonra həmin narkotik vasitəni usta kimi işlədiyi Suraxanı rayonu Yeni yaşayış sahəsində yerləşən Anarın təmir olunan evinə aparmış, həmin iri bükülüdə olan narkotik vasitəni isti gödəkçəsinin cibində gizlətmiş gödəkçəni qatlayıb bir kənara qoymuşdur ki, həmin evdə usta işləyən Həmid, Mirağa görməsin. Onlar işlərini görüb artıq yekunlaşdırdıqlarından, onunla birlikdə həmin evdə təmir işləri görən Elvinlə birlikdə Anarın ofis kimi işlətdiyi qonşuluqda yerləşən evinə gəlmiş və bükülü vəziyyətdə olan gödəkçəsini də özü ilə götürmüşdür. Həmin ofisdə hələ ki, heç kim yox imiş, həmin vaxt Elvin onun əlindəki bükülünü görüb nə olduğunu soruşanda, o, ona bildirmişdir ki, narkotik vasitətdir, pulunu sonradan ödəyəcəyini vəd eədərək İran İslam Respublikasının vətəndaşından götürmüşdür. Elvin narkotik vasitələrin istifadəçisi olmadığı üçün, o, ona narkotik vasitə təklif etməmişdir. Daha sonra düşünmüşdür ki, dostlarını bir yerə yığıb oradan çıxandan sonra çay içməyə harasa getsinlər. O, telefon vasitəsi ilə dostu Səbuhini, Sənanı, Ayəti və Etibarı Anarın ofis kimi işlətdiyi evinə çağırmışdır. Həmin şəxslər ora gəldikdən sonra o, onlara bildirmişdir ki, günorta saatlarında İran İslam Respublikasının vətəndaşından narkotik vasitə almış və pulunu verməyəcək, həmin İran vətəndaşına atacaqmış. Onlara narkotik vasitə var, istəyirlərsə, verməsini təklif etmişdir. Elvin ümumiyyətlə narkotik vasitə istifadə edən deyilmiş. Ayət bildirmişdir ki, ancaq şüşə istifadə edir, yəni metamfetamin və təzəlikcə alıb, özündə varmış. Etibar özündə narkotik vasitə olduğunu, ehtiyacının olmadığını bildirmişdir. Səbuhi ilə Sənana isə əvvəlcədən İran İslam Respublikasının vətəndaşından aldığı narkotik vasitə heroindən xırda bükmülər ayıraraq istifadə etmələri üçün vermişdir. Lakin, qeyd etdiyi kimi, ofisin sahibi Anar evdə olmamışdır. Həmidgil Anarı çağırmışlar ki, işlərini qurtarıblar, gəlib pullarını versin. Bir qədər keçmiş Anar da ofisə gəlmiş, artıq tarix 19 aprel 2022-ci il saat 13 radələri olarmış. Həmidlə Mirağa ofisin həyətində siqaret çəkirmişlər. Anara da onda olan narkotik vasitə barədə bildirmiş, Anar da narkotik vasitə istifadəçisi olduğundan, xırda bir hissədə, yəni 3 hissə olmaqla orada olan qəlyan falqasına bükərək 3 büküm olmaqla istifadə etməyi üçün ona vermişdir. Lakin həmin böyük polietilen sellofana bükülmüş bükülünü kimsə bilmədən evdə olan divanın altında qoyaraq gizlətmişdir. Artıq Həmidgil də evə gəlmişlər. Bir neçə dəqiqə keçmişdir ki, onlar evdə olarkən Xəzər RPİ-nin 3-cü PŞ-nin və Xəzər RPİ-nin əməkdaşları ora gəlmişlər. Polis əməkdaşları tərəfindən onlar saxlanılaraq Xəzər RPİ-nə gətirilmişlər. Polis İdarəsində hüquqlarının müdafiə olunması üçün ona dövlət hesabına 8 saylı Vəkil bürosunun vəkili X3 təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Xəzər RPİ-nin inzibati binasında xidməti otaqda polis əməkdaşlarının və onun hüquqlarını müdafiə edən vəkil Vaqif Qədirovun iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirməyə başlanılmışdır. Əvvəlcə ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişlər. Bundan sonra üzərində olan özünə məxsus “Samsung A 32” markalı mobil telefonun üzlüyünün arxa hissəsində gizlətdiyi siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Üzərinə şəxsi axtarış keçirilsə də, başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. O, həmin gün törətdiyi cinayətin ağırlıq dərəcəsindən qorxduğundan, eləcə də həmin narkotikin aşkarlanmamasını düşündüyündən, həmin külli miqdarda narkotik vasitəni İran İslam respublikası vətəndaşından almağı və ona məxsus olması barədə heç kimə deməmişdir. Lakin sonradan o, bilmişdir ki, həmin divanın altından çıxan narkotikə görə Anar ittiham olunubmuş. Bir daha etiraf edərək qeyd edir ki, həmin 1 kiloqrama yaxın narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından Suraxanı rayonundan o, özü almış və ona məxsusdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 1 il bundan əvvəl o, X1 məxsus Binə qəsəbəsi Südçülük sovxozunda olan evində təmir zamanı fəhlə kimi işləmişdir. Həmin zamandan bu günədək Ceyhunu tanımış və onunla olan münasibəti dostluğa çevrilmişdir. Sonuncu dəfə 08 aprel 2022-ci il tarixdə tikintidə fəhlə kimi işləyərkən, o, yıxılmış və əlini əzmişdir. Səhəri gün yəni 09 aprel 2022-ci il tarixdə Ceyhuna müraciət edərək onu həkimə aparmasını xahiş etmişdir. Ceyhun da ona kömək məqsədi ilə özünə məxsus olan “VAZ-2107” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu götürüb Binə qəsəbəsində sınıqçıya aparmaq qərarına gəlmişdir. Avtomobili Ceyhun idarə etmiş, o isə Ceyhunun yanında oturmuşdur. Onlar avtomaşınla Binə qəsəbəsi Ə.İsazadə küçəsi ilə hərəkət edən zaman qarşısında hərəkət edən ağ rəngli, “VİTO” markalı FD-671-FD Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobil müştəri yığarkən onların qarşısında bir neçə dəfə avtomobili saxlayaraq onları yubatmışdır. Sonuncu dəfə saxlayarkən Ceyhun arxadan həmin avtomobilə siqnal verib hərəkət etməsini istəsə də, qarşılarındakı avtomobil tərpənməmiş və yolun hərəkətində sıxlıq yaratmışdır. O, buna dözməyərək avtomobildən düşüb qarşısındakı avtomobilə yaxınlaşıb hərəkət etməsini və yolu bağlamamasını bildirmişdir. Lakin qarşısındakı avtomobilin sürücüsü ona kobud şəkildə cavab verərək “yaxşı eləyib yolu bağlamışam” demişdir. Həmin sürücünün bu sözündən sonra onların arasında mübahisə yaranmış və o, əsəbləşərək həmin sürücünün qulaq nahiyəsindən sol yumruğu ilə zərbə vurmuşdur. Sağ əli əzilmişdi deyə, o, sol yumruğu ilə onun qulaq nahiyəsindən vurmuş, sonra Ceyhun onların yanına gələrək onları aralamağa çalışmışdır. Həmin şəxs də maşından düşüb onun üzərinə gəlmiş və onun yaxasından tutmuşdur. Daha sonra Ceyhun və ətrafdakı şəxslər onları aralamışlar. Həmin şəxs öz avtomobilinə, onlar da öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Bir neçə saat sonra isə polis əməkdaşları onun və Ceyhunun yaşadığı evə gələrək dava-dalaşla bağlı onları 3-cü Polis Şöbəsinə dəvət etmişlər. PŞ-də olarkən izahat vermiş və baş vermiş hadisəni olduğu kimi danışmışdır. Bundan başqa, təxminən 2022-ci ilin aprel ayının 13-14 tarixində günorta saatlarında o, Binə qəsəbəsində hərəkət edərkən yolun qırağında içərisində silah-sursat olan torba tapmışdır. Həmin torbaya baxdıqda içərisində bir ədəd tapanca və bir ədəd zapalı ilə birlikdə qumbara olduğunu görmüşdür. Həmin silah-sursatı polisə təhvil verməyə görə özü ilə daşıyıb dostu Ceyhunla işlədiyi yerə gətirmişdir. Orada Ceyhuna olduğu kimi danışmış və bildirmişdir ki, həmin sursatı polisə təhvil verəcək. Silah-sursatı həmin gün təhvil verə bilmədiyindən, saxlayıb gizlətməyi üçün istirahət yerləri olan Anarın ofis kimi işlədiyi evində içəri otaqda olan paltar dolabının üstündə ağ sellofan paketdə həmin silahı və yuyunma otağında isə qumbaranı gizlətmişdir. Həmin silah-suratı ayrı-ayrılıqda gizlətməkdə məqsədi isə birdən kiminsə əlinə keçmiş olarsa, bu şəkildə tam təhlükəsiz olarmış. Daha sonra isə işi olmadığından, o, bir neçə gün ora gəlməmiş, lakin həmin sursatı orada gizlətməyi barədə nə Ceyhuna, nə də ki, heç kimə heç nə deməmişdir, amma məqam axtarırmış ki, kiminsə xəbəri olmadan gedib silah-sursatı götürüb polisə təhvil versin. 19 aprel 2022-ci il tarixdə saat 01 radələrində Anarın ofis kimi işlətdiyi evə getməyinə səbəb isə dostu Ceyhunun çay içmək üçün harasa getməkləri məqsədi ilə onları, yəni Ayəti, Səbuhini, Sənanı ora çağırması olmuşdur. Evdə onlardan başqa da adamlar olmuşdur. Onlar həmin ünvanda olan zaman polis əməkdaşları içəri girib orada toplaşan onunla birlikdə hər kəsi polisə aparmışlar. Anar adlı şəxsi belə tanıyırmış ki, Anarın evində Ceyhunla birlikdə təmir işləri görmüş, lakin şəxsi münasibəti olmamışdır. Onlar Ceyhunla birlikdə Anarın digər evində təmir işi görürmüşlər, lakin istirhət etmək üçün Ceyhunda açarı olan və Anarın icazə verdiyi həmin ofis kimi işlətdiyi evdə istirahət edirmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 19 aprel 2022-ci il tarixli 6/2239 saylı rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs məxsus evdən götürülmüş 1 ədəd büküm” yazısı və imzalar olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1005 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs məxsus evdən götürülmüş 3 ədəd büküm” yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,202 qram, 0,309 qram, 0,287qram, ümumi təmiz çəkisi 0,798 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “vət. A.M. İsmayılova məxsus evdən götürülmüş elektron tərəzi” yazısı və imzalar olan zərfdəki bir ədəd üzərində “Capacity 200g x 0,01 g” yazısı olan qara-boz rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1005,798 qram təşkil edir (1kq 5,798qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 178,00 (bir yüz yetmiş səkkiz) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 10 may 2022-ci il tarixli, 2249 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,798 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 0,648 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus yaşadığı evdə axtarışbaxış zamanı çəkilimiş videogörüntünü əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10 may 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixə qədər şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) ay 10 (on) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,648 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs məxsus yaşadığı evdə axtarış-baxış zamanı çəkilimiş videogörüntünü əks etdirən 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 178,00 (bir yüz yetmiş səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 10 saat) ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixə qədər şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) ay 10 (on) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,648 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs məxsus yaşadığı evdə axtarış-baxış zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 178,00 (bir yüz yetmiş səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar