Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-329/2022 18.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Qasımov X2 rayonu Suraxanı qəsəbəsində istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2 qram narkotik vasitə olan heroini və 0,5 qram psixatrop maddə metamfetamini ümumilikdə 100 manat müqabilində əldə edib bir qismini istifadə etdikdən sonra qalan hissəsini xırda bükümlərə bölərək kibrit qutularına yığdıqdan sonra üzərində saxlayaraq daşımışdır. 25 may 2022-ci il tarixdə, saat 18:45 dəqiqədə 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılaraq 3-cü PŞ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə etdiyi kibrit qutusunun içinə yerləşdirilmiş ağ rəngli kağıza bükülü 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,339 qr, 0,103 qr, 0,123 qr, 0,117 qr, 0,105 qr, 0,119 qr, 0,118 qr, 0,114 qr, 0,113 qr ümumi təmiz çəkisi 1,251 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, digər kibrit qutusunun içərisinə yerləşdirilmiş ağ rəngli kağıza bükülü 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,095 qr, 0,103 qr, 0,117 qr, 0,106 qr, ümumi təmiz çəkisi 0,421 qram ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazirlanmış 2005-ci ilin 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə təstiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (siyahı İİ) daxil olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 20 ilə yaxındır ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Sonuncu dəfə saxlanılmamışdan 2 ay əvvəl öz istifadəsi üçün 100 manat pula Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 2 qram narkotik vasitə heroin və 0,5 qram psixatrop maddə metamfetamin almışdır. O, bir dəfə iki-üç büküm istifadə etdiyindən narkotiklərin bir qismini istifadə etdikdən sonra qalan hissələrini bükümlərə bölərək kibrit qutularına yerləşdirib xırda-xırda istifadə etməyə başlamışdır. 25 may 2022-ci il tarixdə, saat 18 radələrində Binə qəsəbəsi, V.Mirzəyev küçəsi 28 saylı yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, onu narkotik vasitə və psixotrop maddələrin qanununsuz dövriyyəsində şübhəli olduğu üçün 3-cü Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif etmişlər. O, da şalvarın cibindən 2 ədəd kibrit qutusunun içində olan 9 büküm heroini və 4 büküm metamfetamini çıxarıb təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Saxlanılarkən və ya üzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin müahizəsinə verdiyini bildirdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə onu 25 may 2022-ci il tarixdə, saat 18:45 radələrində Binə qəsəbəsi, V.Mirzəyev küçəsi 28 saylı evin qarşısında saxlayaraq 3cü Polis şöbəsinə dəvət etmişlər. Orada ona müdafiəçi dəvət olunmuş və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya varsa könüllü təqdim etməsi, əks halda üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs qara rəngli idman şalvarının sağ yan cibindən 2 ədəd kibrit qutusunu təqdim edərək içində 9 büküm narkotik vasitə heroin və 4 büküm metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 2 qram narkotik vasitə heroin və 0,5 qram psixatrop maddə metamfetamini 100 manata aldığını, bir qismini istifadə etdikdən sonra qalan hissələrini bükümlərə bölərək kibrit qutularına yerləşdirdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 istintaq zamanı Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 26 may 2022-ci il tarixli, 6/2964 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №244” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr...” və s. sözlər, imzalar olan zərfdəki bir ədəd kibrit qutusuna yerləşdirilmiş dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,095 qram, 0,103 qram, 0,117 qram, 0,106 qram; ümumi təmiz çəkiləri 0,421 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixatrop maddə-metamfetamindir, 4 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; digər bir ədəd kibrit qutusuna yerləşdirilmiş doqquz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,339 qram, 0,103 qram, 0,123 qram, 0,117 qram, 0,105 qram, 0,119 qram, 0,118 qram, 0,114 qram, 0,113 qram, ümumi təmiz çəkiləri 1,251 qram qəhvəyi rəngli maddə kütlələri küstar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 9 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyul tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına heroindən 0,18 qram sərf edildikdən sonra 1,071 qram, metamfetamindən 0,12 qram sərf edildikdən sonra 0,301 qr qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin Ambulator X1 27 may 2022-ci il tarixli, 2836 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsi axtarış zamanı istifadə olunmuş videogörüntü olan DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəlcə üzərində hər hansı bir qadağan olunmuş predmet və ya qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməsi təklif olunur. Bu zaman o, əynində olan qara rəngli idman şalvarın sağ yan cibində olan 2 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyur. Polis əməkdaşları tərəfindən həmin kibrit qutuları açılır və onlardan birinin içərisində 9 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan heroin və digər kibrit qutusunun içindən isə 4 ədəd ağ rəngli kağıza bükülü psixatrop maddə metamfetamin aşkar olunur. Həmin kibrit qutularının içərisindəkilərin nə olması barədə soruşulur və bu zaman o, həmin bükümlərin 9 ədəddinin narkotik vasitə olan heroin, 4 ədəddinin isə psixatrop maddə metamfetamin olduğunu, təxminən 2 ay bundan qabaq səhər saatlarında Suraxanı rayonu Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını bildirir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 20 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 18 mart 2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. 2) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 2 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 10 sentyabr 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətin residivini yaradır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrubəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə satma dedikdə - narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc alaraq vermə, başqa şəxsə iynə vurma və s.) hərəkətlər başa düşülməlidir. Təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla yanaşı, onların xeyli miqdarda olması, istehlakçı ilə əvvəlcədən razılıq olması, narkotik vasitədən istifadə etməyən şəxs tərəfindən onun əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən, ağırlaşdıran və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 25 may 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 25 may 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruhan Adilbəylinin 07 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş doqquz ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 1,071 qram və dörd ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,301 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş doqquz ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 1,071 qram və dörd ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,301 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat olmaqla, ümumilikdə 22 (iyirmi iki) saat vaxt sərf etmişdir. Ona görə də, 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 25 may 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş doqquz ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 1,071 qram və dörd ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,301 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-329/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-329/2022
18.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver