Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-33/2022 17.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə Təqsirləndirilən şəxs xx xxx 1966-cı ildə Rusiya Federasiyası, Leninqrad vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyəti ilə 10 sentyabr 2021-ci il tarixdə, saat 14:30-da Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən evin qarşısında saxladığı «VAZ 21074» markalı, **-XD-*** dövlət nömrə nişanlı avtomobilinin ön oturacağın üzərinə qoyduğu cüzdanın içindəki 1266 manat pulu ələ keçirmək məqsədi ilə həmin cüzdanı içində olan sonuncuya məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 01 ədəd «Azərbaycan Beynəlxaq Bank»a aid kart, 01 ədəd «X4»a aid kart, 01 ədəd «Araz Supermarket bonus kart və 01 ədəd Azəriqaza aid kartlarla birlikdə götürüb oradan kənarlaşdıqdan sonra 1266 manat məbləğində pulu özündə saxlayaraq cüzdanı, sənədləri və kartları sahibinə qaytarmaq niyəti ilə Zərərçəkmiş şəxs həyətinə atmaqla zərərçəkmiş şəxsin 1266 manat məbləğində pulunu gizli olaraq talayıb ona göstərilən miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 10 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsindən piyada gedərkən qonşusu kimi üzdən tanıdığı şəxsə məxsus «VAZ 21074» markalı avtomobilin yanından keçərkən avtomobilin qabaq sağ pəncərəsinin şüşəsinin tam açıq vəziyyətdə və oturacağın üstündə pul qabı olduğunu görmüşdür. Pula ehtiyacı olduğundan pul qabını götürüb oradan uzaqlaşmışdır. Evə gedib pul qabını açdıqda içində 100 manatlıq və 50 manatlıq pul əskinazlarından ibarət 1200 manat məbləğində pul olduğunu görmüşdür. Həmçinin pul qabının içində qonşusu Azər adlı şəxsə məxsus sürücülük vəsiqəsi, bank və əlavə bir neçə kartlar olmuşdur. Bir neçə gün sonra sənəd və kartlar olan pul qabını Azərin evinin həyətinə atmışdır. Pulları isə öz ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “Vaz 21074” markalı, **-XD- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 10 sentyabr 2021-ci il tarixdə səhər saatlarında bibisi Gülnaz Kərimovanın, onun əri Salman Salmanovun, nənəsi Narıngül Həsənovanın təqaüdlərini bankomatdan çıxarmaq üçün kartlarını götürüb maşını ilə Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yolunda yerləşən «Araz» marketin qarşısına getmişdir. Marketin qarşısında bankomatdan ümumilikdə 1486 manat pul çıxarıb özünə məxsus pul qabına qoyduqdan sonra Binə qəsəbəsi mərkəz deyilən ərazidə yerləşən digər «Araz» marketə gedib həmin puldan təxminən 19 manat dəyərində alış-veriş etmişdir. Sonra marketdən çıxıb yaşadığı ünvan 3 ünvanına getmişdir. Maşını saxlayıb pul qabından 200 manat götürüb bibisinə vermək üçün maşının qapılarını və şüşələrini açıq qoyub bibisigilə girmişdir. Evdən çıxıb maşına minmiş və hava isti olduğu üçün sağ şüşəni də, açmışdır. Sonra bibisigilin təqaüd kartlarının onda qaldığı yadına düşdüyü üçün təqaüd kartlarını çıxarmış, pul qabını isə sağ oturacağın üzərinə qoyub düşmüşdür. Həyətə girib kartları bibisi Gülnaza vermiş və qayıdıb maşına mindikdə pul qabının qoyduğu yerdə olmadığını görmüşdür. Buna görə də, bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra polislər gəlib maşına baxış keçirmilər və hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. Hadisədən 18 gün sonra pul qabını, içərisində olan şəxsiyyət və sürücülük vəsiqələri, qaz kartı, təqaüd kartı, Azərtürk Banka aid kartı bibisi Gülnaz Kərimovanın həyətindən tapmışdır. Oğurluq nəticəsində ona 1266 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ona cəza təyin edilməsini isə məhkəmənin mülahizəsinə verdiyini bildirdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 25 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1966-cı ildə Rusiya Federasiyası, Leninqrad vilayətində anadan olmuş Təqsirləndirilən şəxs 1) Əzizbəyov (hazırda Xəzər) rayon Məhkəməsinin 16 yanvar 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Əzizbəyov (hazırda Xəzər) rayon Məhkəməsinin 29 may 2003-cü il tarixli qərarı ilə Milli Məclisin 06 may 2003-cü il tarixli Amnistiya qərarının 6.8 və 13.1.4-cü bəndinə əsasən azad edilmişdir. 2) ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 08 noyabr 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 185.3.3 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsüf edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qərarı ilə 23 aprel 2018-ci il tarixli qərar dəyişdirilib 12 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təin edilmişdir. 22 oktyabr 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırda böyük ictimai təhlükə törətməyən cinayət törətdiyindən onun əməli cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, əvvəllər talama cinayəti törətdiyinə görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, dəymiş ziyanın ödənilməməsini və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 14 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarınə əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ülvi Novruzovun 12 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1 ədəd “Azərbaycan Beynəlxalq Bankı”na aid kart, 01 ədəd “X3”na aid kart, 01 ədəd “Araz Supermarketə” aid bonus kartı, 01 ədəd “Azəriqaz”a aid kart və 01 ədəd cüzdan maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1 ədəd “Azərbaycan Beynəlxalq Bankı”na aid kart, 01 ədəd “X3”na aid kart, 01 ədəd “Araz Supermarketə” aid bonus kartı, 01 ədəd “Azəriqaz”a aid kart və 01 ədəd cüzdanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat olmaqla ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1 ədəd “Azərbaycan Beynəlxalq Bankı”na aid kart, 01 ədəd “X3”na aid kart, 01 ədəd “Araz Supermarketə” aid bonus kartı, 01 ədəd “Azəriqaz”a aid kart və 01 ədəd cüzdanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-33/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-33/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver