Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-33/2024 12.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, cinayət törədilən vaxt Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin əməliyyat şöbəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 179.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə 27 fevral 2019-cu il tarixli, 100/219Ş nömrəli əmrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin əməliyyat şöbəsinin rəis müavini, 10 yanvar 2022-ci il tarixli, 100/026Ş nömrəli əmrlə həmin tarixdən xx.xx.2022-ci il tarixədək qeyd olunan idarənin Əməliyyat Şöbəsinin rəisi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyat İdarəsinin balansında olmaqla xx.xx.2020-ci il tarixli aktla xidməti istifadə üçün ona təhvil verilmiş minik tipli, “Hyundai Sonata” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd ********** nömrəli yanacaq kartını əmək məzuniyyətində olduğu tarixlərdə təhvil verməyərək xx.xx.2020-ci il tarixli 1900/572E nömrəli əmrlə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə, xidməti istifadəsində olan və idarə etdiyi digər nəqliyyat vasitələrinə "xxxx" MMC-nin Bakı şəhərində yerləşən müxtəlif yanacaqdoldurma məntəqələrindən cəmi 417,5 (dörd yüz on yeddi manat əlli qəpik) manat dəyərində, xx.xx.2021-ci il tarixli 1900/434E nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə "xxxx" MMC-nin Bakı şəhərində yerləşən müxtəlif yanacaqdoldurma məntəqələrindən cəmi 274,8 (iki yüz yetmiş dörd manat səksən qəpik) manat dəyərində, xx.xx.2021-ci il tarixli 1900/549E nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə "xxxx" MMC-nin Bakı şəhərində yerləşən müxtəlif yanacaqdoldurma məntəqələrindən cəmi 529,2 (beş yüz iyirmi doqquz manat iyirmi qəpik) manat dəyərində, xx.xx.2022-ci il tarixli 1900/263E nömrəli əmrlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə "xxxx" MMC-nin Bakı şəhərində yerləşən müxtəlif yanacaqdoldurma məntəqələrindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 593-cü məhəllədə yerləşən 6 nömrəli yanacaqdoldurma məntəqəsindən 56 manat dəyərində olmaqla cəmi 613,8 (altı yüz on üç manat səksən qəpik) manat dəyərində ümumilikdə xx.xx.2020-xx.xx.2021, xx.xx.2021xx.xx.2021, xx.xx.2021-xx.xx.2021 və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə qeyd edilən qaydada 1835,3 (bir min səkkiz yüz otuz beş manat otuz qəpik) manat dəyərində yanacağı şəxsi məqsədləri üçün istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus ümumilikdə 1835,3 (bir min səkkiz yüz otuz beş manat otuz qəpik) manat dəyərində əmlakı vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etməklə talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2018-ci il tarixli 1900/031 nömrəli sərəncamı ilə təsdiq edilmiş Əsasnaməsinə əsasən şöbənin inspektorlarının iclaslarını keçirmək, şöbə inspektorları arasında vəzifə bölgüsünü aparmaq, qanunvericilikdə cinayət sayılan hüquqazidd əməlləri törətmiş və törətməyə hazırlıq görən şəxsləri aşkar etmək məqsədi ilə, həmçinin digər dövlətlərin səlahiyyətli orqanlarının sorğusu ilə və baş idarə rəisinin razılığı əsasında öz səlahiyyəti daxilində əməliyyat axtarış fəaliyyətini həyata keçirtmək, əməliyyat-axtarış fəaliyyətinin səmərəliliyinin artırılması barədə baş idarə və idarə rəisinə təkliflər vermək, şöbə inspektorlarının normativ aktlara, o cümlədən gömrük işini tənzimləyən əmr, əsasnamə və texnoloji sxemlərin tələblərinə əməl etmələrinə nəzarət etmək, baş idarə və idarə rəhbərliyinin əmr və göstərişlərinin şöbə inspektorları tərəfindən yerinə yetirilməsinə nəzarət etmək, şöbənin fəaliyyətində meydana çıxan nöqsanların aradan qaldırılması üçün lazimi tədbirlər görmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, gömrük hüquq pozmalarına qarşı mübarizə aparmalı, gömrük hüquqpozmalarının icraatı zamanı qanunvericiliyə riayət edilməsini təmin etməli, gömrük hüquqpozmaları törətmiş şəxsləri aşkar etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirməklə qanunamüvafiq qaydada araşdırma aparılmasını təmin etməli olduğu halda, şöbənin əməliyyat müvəkkilləri X8 və Şahid2 tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən Heydər Əliyev adına X7 aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 həmin tarixdə Moskva-Bakı aviareysi ilə gələn istintaqla müəyyən edilməmiş şəxslər vasitəsilə, eləcə də istintaqla şəxsiyyətləri müəyyən olunmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar bəyan etməməklə istintaqla dəqiq müəyyən olunmayan müddətdə gətirilmiş hər birində 10 qutu olmaqla 11 blok “Marlboro Flip-Top Box”, hər birində 10 qutu olmaqla 2 blok “Heets green zing” markalı, hər birində 10 qutu olmaqla 2 blok “Heets turquoise selection” markalı, içərisində 10 qutu olmaqla 1 blok “Heets summer breeze” markalı, hər birində 10 qutu olmaqla 2 blok “X22” markalı siqaretlər, 03 ədəd üzərində “X3 Gel” yazılmış gel, hər birinin içərisində bir ampul olmaqla 7 qutu üzərində “mikro Gen 1ml” yazılmış dərman preparatları və 14 ədəd üzərində “Fautest Amnio” yazılmış gigiyenik qadın bezləri olan ümumi dəyəri 1521 manat təşkil edən malları xx.xx.2022-ci il tarixədək qeyd edilən ünvanda yerləşən xidməti otağında saxlayıb həmin mallar üzrə hər hansı bir rəsmiləşdirmə aparılmasını təmin etməməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin gömrük işini təşkili və inkişafı, gömrük işinə dair qanunvericilik aktlarının pozulması hallarının qarşısının alması və müvafiq araşdırmalar aparması, eləcə də malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görmək sahəsində qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş hüquqi şəxsin nüayəndəsinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 308.1-ci maddələri maddələri ilə elan edilmiş ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməyərək göstərdi ki, o, 2013-cü ilin sentyabr ayından Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə, 2017-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əvvəlcə əməliyyat müvəkkili, sonra şöbə rəisinin müavini, 2022-ci ilin yanvar ayından xx.xx.2022-ci il tarixədək isə həmin şöbənin rəisi vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə Dövlət Gömrük Komitəsindən işdən çıxmışdır. Onun vəzifəsi Gömrük orqanlarına bəyan olunmayan, qaçaqmaqçılığın predmeti olan hər hansı əşyaların aşkar edilməsi, həmçinin xidmət edən Gömrük əməkdaşlarının korrupsiya hüquqpozmalarının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə rəhbərlik etməkdən ibarət olmuşdur. Rəhbərlik etdiyi şöbənin əməliyyat müvəkkilləri tərəfindən ölkə ərazisinə Gömrük orqanlarına bəyan olunmayan, qaçaqmalçılıq yolu ilə hər hansı əşya keçirilməsi müəyyən edildikdə, həmin əşyaları keçirən şəxs saxlanılaraq qaçaqmalçılıq yolu ilə keçirtmək istədiyi əşyaya həmin əşyanı aşkar etmiş əməliyyat müvəkkili tərəfindən ya video çəkilişlə, yada iki hal şahidinin iştirakı ilə baxış keçirilmiş və müvafiq protokol tərtib olunduqdan sonra toplanmış materiallar həmin günü, ən geci ertəsi günü onun tərəfindən raportla təhqiqat idarəsinə təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixdə əməliyyat müvəkkilləri Şahid2 və Səfər Məmmədov vətəndaş Şahid1 qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilmiş mallar ilə birlikdə saxlamaları barədə ona məlumat vermişlər. O, Şahid1 öz qohumları, tanışları ilə birlikdə aeroport ərazisində ölkə xaricindən gətirilən müxtəlif malların, siqaretlərin, mobil telefonların, dərman vasitələrin yığılması və sonradan satılması fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Bir neçə dəfə Şahid1 şöbənin əməkdaşları tərəfindən saxlanılmış və barəsində müvafiq tədbir görülmüşdür. Şahid1 mallarını saxladığı, məsuliyyətə cəlb olunması üçün tədbirlər gördüyü üçün sonuncu həmişə ona qarşı ədavətli olmuşdur. O, həmin gün Şahid2 Şahid1 aşkar edilmiş mallarla birlikdə xidməti otağına gətirməsi barədə göstəriş vermişdir. Onlar bir qədər sonra onun xidməti otağına gəlmişlər, Şahid1 2-3 ədəd sellofan paketi otağında qapının yanına qoymuş, bu ərəfədə o, əməliyyat və təhqiqat idarəsinin rəisi Elgün Rəhimova məlumat verərək Şahid1 siqaret və dərman preparatları ilə saxlanıldığını bildirmişdir. Elgün Rəhimov isə videoçəkiliş və ya hal şahidi olmadığı üçün prokurorluqda problem yaranacağını əsas gətirərək heç bir sənədləşdirmə aparmamağını, rəhbərliklə danışıb ona məlumat verəcəyini bildirmişdir. Belə olan halda, heç bir sənədləşmə aparılmaması barədə idarə rəisi tapşırıq verdiyi üçün əməliyyat müvəkkillərinə xidməti yerlərinə qayıtmalarını bildirmişdir. Şahid1 aşkar edilmiş malları Elgün Rəhimovun xidməti otağına apararaq sonuncuya təqdim etmiş, sonuncu malların otağında qalmasını və daha sonra bu barədə ona məlumat verəcəyini bildirmişdir. Elə həmin gün, bir neçə saat sonra Elgün Rəhimovun otağından həmin malları götürüb öz xidməti otağına qoymuşdur. Sonra xidməti otağında Şahid1 malların nədən ibarət olduğunu soruşmuş, sonuncu isə malların sayı, hansı markada olmasını dəqiq bilmədiyini bildirmişdir. O, xidməti otağında Şahid1 aşkar edilmiş malları onun iştirakı ilə açıb saymış və nəticədə ondan aşkar edilmiş malların 11 blok “Marlboro”, 7 blok “Heets”, 3 ədəd markasını xatırlamadığı gel, 7 qutu markasını xatırlamadığı dərman preparatı və 14 ədəd markasını xatırlamadığı gigiyenik qadın bezindən ibarət olduğu məlum olmuşdur. Təxminən 2 gün sonra bir daha X16 Rüstəmoğludan aşkar edilmiş malların aqibətinin nə olacağını soruşmuş, idarə rəisi yenə də sənədləşmənin prokurorluqda problem olacağını və tutulmuş malların vətəndaşa qaytarılmalı olduğunu bildirmişdir. O isə bununla razılaşmayaraq məsuliyyətin altına girə bilməyəcəyini idarə rəisinə bildirmişdir. Təxminən 10-12 gün sonra Elgün Rəhimov yenə də ona malları vətəndaşa qaytarmasını bildirmiş, o, onun göstərişilə yenə də razılaşmamış, həmin mallardan dövlət nəfinə imtina etməsi barədə Şahid1 ərizə almaq və bundan sonra malları anbara təhvil vermək istəmişdir. Həmin malları adi qaydada, heç bir hüquqpozma faktı olmamış kimi vətəndaşa qaytarmaq istəməmişdir. 2022-ci ilin iyul ayında o, 23 günlük növbəti əmək məzuniyyətinə çıxmış, məzuniyyətdən qayıtdıqdan sonra bu məsələyə görə, aşkar olunmuş hüquqpozma predmetlərini xidməti otağında saxlaması və zəruri sənədləşdirmə aparmamasına görə sonuncu xəbərdarlıqla şiddətli töhmətlə cəzalandırılmışdır. Sonra, 2022-ci ilin avqust ayında Şahid1 ərizə ilə müraciət etmiş və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə xidməti otağına baxış keçirilmiş və Şahid1 aşkar edilmiş və idarə rəisinin göstərişinə əsasən sənədləşdirmə aparmadıqları 11 blok “Marlboro”, 7 blok “Heets”, 3 ədəd markasını xatırlamadığı gel, 7 qutu markasını xatırlamadığı dərman preparatı və 14 ədəd markasını xatırlamadığı gigiyenik qadın bezlərindən ibarət malları təhvil vermişdir. Həmin malların hamısı Şahid1na aid olmuş, heç bir əlavə və əksik mal olmamışdır. Şahid1 saxlanıldıqdan sonra bir neçə fakt üzrə müxtəlif şəxslərdən aksiz markası ilə markalanmamış siqaretlər və dərman preparatları aşkar edilmiş və zəruri sənədəşmə aparılaraq mallar anbara təhvil verilmişdir. Lakin Şahid1 barədə olan işi idarə rəisinin mövqeyinə görə sənədləşmə aparmadan malları xidməti otağında saxlamışdır. Onu da qeyd edir ki, Səfər Məmmədovun və Şahid2 ifadələrində onun xidməti otağında Şahid1 aşkar edilən siqaretlərə ötəri baxış keçirib cəmi 27 blok siqaret aşkar etmələri ilə bağlı göstərdikləri həqiqət deyildir. Səfər Məmmədov və Şahid2 Şahid1 aşkar edilən siqaretləri onun xidməti otağında saymamışlar, ümumiyyətlə sonuncular otaqda olduğu zaman aşkar edilmiş mallara baxış keçirilməmiş, öz mülahizələrinə əsasən siqaretlərin 25-27 blok olduğunu təxmin etmişlər. Şahid1 aşkar edilən malların üzərində “P” və “B” hərflərinin qeyd olunması barədə göstərdiyi xüsusatlar doğru deyildir, həmin malların üzərində heç bir fərqləndirici nişan, yazı, əlamət olmamışdır, Şahid1 aşkar edilmiş siqaretlər Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış siqaretlər olmuşdur, ona təhkim olunmuş avtomobilin yanacaq kartını məzuniyyətdə olduğu dövrdə özünün, qohumlarının, tanışlarının istifadəsi üçün istifadə etməmişdir. Bundan başqa, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsində 3 ədəd xidməti nəqliyyat vasitəsi olmuş, həmin Nəqliyyat vasitələrindən biri İdarə rəisi Elgün Rəhimovun istifadəsində olan “Nissan Sunny” **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil, digəri təhqiqat şöbəsinin rəisi Elşən Səfərlinin istifadəsində olan “Fiat Doblo” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və onun istifadəsində olan “Hundai Sonata” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Onun sürücüsü olmamışdır. Avtomobili zəruri hallarda şöbənin əməliyyatçıları da idarə etmişdir. Avtomaşının yanacaqla təmin olunması üçün Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat idarəsi tərəfindən ona nömrəsiz kart verilmişdir. Həmin kart vasitəsi ilə ancaq ölkə ərazisində olan "xxxx" yanacaqdoldurma məntəqələrində idarə etdiyi avtomobilə yanacaq vurulmuşdur. Yanacaqdoldurma üçün verilmiş kart onda olmuşdur. Şöbənin işçilərindən kiməsə lazım olduqda o, kartı şöbənin əməkdaşlarına vermiş, əməkdaşlar şəxsi avtomobillərinə benzin tökərək xidməti iş dalınca getmişlər, yanacaq kartını daha çox şöbənin rəis müavini Şahid4 vermişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək məzuniyyətində olduğu dövr ərzində xidməti istifadəsində olan “Hyundai Sonata” markalı **-AD-*** dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsi və yanacaq kartı onda olmuşdur. Həmin yanacaq kartı nömrəsiz olduğu üçün əməliyyat müvəkkillərinə xidməti zərurətlə əlaqədar olaraq istifadə etmələri üçün vermişdir. Şöbənin əməkdaşlarına artıq məsrəf olmaması üçün, o, istifadəsində olan yanacaq kartını xidməti zərurətlə, şöbənin işi ilə bağlı lazım olan yerlərə getmələri üçün vermişdir. Həmçinin rəsmi olaraq məzuniyyətdə olsa da faktiki bir çox hallarda işə getmişdir. Əmək məzuniyyətində olduğu dövrlərdə həmin yanacaq kartı məhz xidməti zərurətlə bağlı onun və həmkarları tərəfindən istifadə olunmuşdur. Həmçinin əmək məzuniyyətinə çıxdığı zaman xidməti nəqliyyat vasitəsinin və yanacaq kartının təhvil verilməli olduğu barədə məlumatı olmamış, bu barədə nə idarə rəhbərliyi, nə də Avtomobil nəqliyyatı idarəsi tərəfindən ona heç bir məlumat verilməmişdir. O, təhkim olunmuş avtomobili və yanacaq kartını öz şəxsi istifadəsi üçün heç vaxt istifadə etməmiş və yanacaq mənimsəməmişdir. Məhkəmə iclasının sonunda təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs göstərdi ki, özünü qismən təqsirli bilir, ilk dəfə törətdiyi bu əməllərdən peşmandır, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bundan başqa, cinayət nəticəsində vurulmuş 1836,00 (bir min səkkiz yüz otuz altı) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (460,00 (dörd yüz altmış) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq onun Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini, CMnin 308.1-ci maddəsi ilə isə ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmənin 14 sentyabr 2023-cü il tarixli iclasında zərərçəkmiş hüquqi şəxsin - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs qarşı şikayətçidirlər, dəymiş 1836,00 (bir min səkkiz yüz otuz altı) manat məbləğində maddi zərərin ödənilməsini tələb edirlər. Bu barədə yazdığı ərizəni məhkəməyə ünvanlayır və bundan sonrakı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Zərərçəkmiş şəxs 17 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, onlara dəymiş 1836,00 (bir min səkkiz yüz otuz altı) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyinə görə onların ondan şikayətləri yoxdur, cəzanın verilməsi ilə bağlı məsələyə münasibəti məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2022-ci ilin may ayında Moskvada yaşayan xalası oğlu Bəhruz Qasımova təxminən 400 manat pul göndərmiş və ondan ona 7 blok “Heets”, 12 blok “X17” və 8 blok nazik, qırmızı “Marlboro” markalı siqaretlər alıb Moskva-Bakı aviareysi ilə gələn sərnişinlərə verib göndərməsini xahiş etmişdir. Bəhruz siqaretləri və 4 qutu (ciyər orqanın müalicəsi üçün nəzərdə tutulmuş) adını bilmədiyi dərman preparatlarını 8 ayrı-ayrı tanımadığı sərnişin vasitəsi ilə ona göndərmişdir. Bəhruz dərmanları bir nəfərin ona zəng edərək ondan alacağını demiş, lakin sonradan dərmanlara görə ona heç kim zəng etməmişdir. O, siqaretləri verdiyi sərnişinləri tanıması üçün xalası oğlu Bəhruz həmin sərnişinlərin öz razılıqları əsasında fotoşəkillərini çəkib “Whatsapp” tətbiqi vasitəsilə ona göndərmişdir. 12 may 2022-ci il tarixdə günorta saatlarında Heydər Əliyev X7 1-ci Terminalın çıxış qapısının qarşısında dayanıb Moskva- Bakı aviareysi ilə gələn tanımadığı müxtəlif sərnişinlərdən Bəhruzun göndərdiyi siqaret və dərman preparatlarını təhvil almışdır. Hava Limanından uzaqlaşmaq istəyərkən üzdən tanıdığı, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməliyyatçıları ona yaxınlaşaraq özlərini təqdim edib idarənin inzibati binasına getməli olduğunu bildirmişlər. O, əməliyyatçılarla birlikdə əməliyyat şöbəsinin rəisi Təqsirləndirilən şəxs xidməti otağına getmişlər. 2018 və 2019-cu illərdə Təqsirləndirilən şəxs özü şəxsən Hava Limanı ərazisində Moskva-Bakı aviareysindən gələn sərnişinlərdən siqaret və elektron siqaret aparatları yığdığı yerdə onu tutduğuna görə Elvini tanımışdır. O, içərisində siqaret və dərman preparatları olan sellofan paketləri Təqsirləndirilən şəxs xidməti otağında qapının sol tərəfində yerə qoymuş, sonra sellofan paketlərdə olan malları Təqsirləndirilən şəxs otağında masanın üzərinə yığıb saymış, nəticədə sellofanda 7 blok “Heets”, 12 blok “X14” və 8 blok nazik, qırımızı “Marlboro” markalı siqaretlər və 4 qutu adını xatırlamadığı dərman olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ona getməyi və onu təxminən 2-3 günə çağıracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs maddi imkanının aşağı olduğunu bildirib malları ona qaytarmasını xahiş etmiş, bundan sonra bir neçə gün idarəyə getmiş, Təqsirləndirilən şəxs zəng vuraraq mallarının aqibətinin nə olacağını soruşmuş, Elvin isə hər dəfə sabah, birisigün mallarını qaytaracağını demişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxslə Hava Limanı ərazisində rastlaşdıqda Elvin ona bir neçə gün sonra mallarını qaytaracağını demişdir. Bundan sonra Hava Limanı ərazisində onu saxlayan əmliyyatçıları görüb saxlanılan mallarının aqibətinin nə olacağını soruşmuş, əməliyyatçılar isə rəhbərliyə məruzə edib ona məlumat verəcəklərini demişlər. Bir qədər sonra əməliyyat şöbəsinin əməkdaşı Cəfər rəis Elgün Rəhimovun onu qəbul edib şikayətini dinləyəcəyini bildirmişdir. Şahid4la birlikdə Elgün Rəhimovun otağına getmişlər və baş verənləri sonuncuya demişdir. Elgün Rəhimov isə bu işlə bağlı köməklik etməyin imkan xaricində olduğunu, əgər şikayəti varsa rəsmi qaydada ərizə ilə müraciət etməyini ona bildirmişdir. O da HNBGİ-nə ərizə ilə müraciət etmiş, sonra onu təhqiqat şöbəsinə dəvət etmişlər və masanın üzərində qoyulmuş siqaretlər, dərman preparatları və qadın bezlərinin xx.xx.2022-ci il tarixdə ondan götürülmüş mallar olub-olmadığını ondan soruşmuşlər. O, həmin malların ondan götürülmüş mallar olmadığını, onda 12 blok “X14” markalı siqaret olduğunu, lakin təqdim olunan malların içərisində həmin markada siqaret olmadığını, onda olan dərman preparatlarının kağız qablaşmada olduğunu və ümumiyyətlə qadın bezləri olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə ondan aşkar edilərək götürülmüş siqaretlər Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış siqaretlər olmuşdur, aksiz markası ilə markalanmamış siqaretlərin satışının qadağan olduğunu bilir, lakin maddi imkanı aşağı olduğuna görə bir qədər əlavə pul qazanmaq üçün bu işi görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid2 göstərdi ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olduğu müddətdə Azərbaycan Respublikasının vətəndaşı Şahid1 Heydər Əliyev X7 Moskva-Bakı aviareysi ilə gələn bir neçə sərnişindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaret toplaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında iş yoldaşı, həmin gün onunla birlikdə xidmətdə olan əməliyyat müvəkkilli Səfər Məmmədovla birlikdə aeroportun birinci terminalının qarşısında Şahid1na yaxınlaşmışlar. Şahid1 əlində bir neçə sellofan paketlər olmuş, söhbət zamanı Şahid1 etiraf edərək Moskva-Bakı aviareysi ilə gələn sərnişinlərdən aksiz markası ilə markalanmayan siqaretlər götürdüyünü bildirmişdir. Şahid1 əlində olan sellofanlara baxdıqda 20 blokdan artıq siqaretin və dərman peraparatların olmasını görmüşdür. Dəqiq saymaq və markalarını müəyyən etmək üçün baxış keçirilməsi zərurəti olmuşdur. Baxış keçirtməmişdən əvvəl o, saxlanılan şəxs barəsində Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin sabiq rəisi Təqsirləndirilən şəxs məruzə etmiş, Təqsirləndirilən şəxs ona Səfər Məmmədovla birlikdə saxlanılan şəxsi malları ilə birlikdə onun xidməti otağına gətirməsi barədə göstəriş vermişdir. O, Səfər Məmmədovla birlikdə Şahid1 Təqsirləndirilən şəxs xidməti otağına aparmış, sonuncu otağında həmin mallara ilkin olaraq göz gəzdirib Təqsirləndirilən şəxs sellofan paketlərin içərisində 27 blok siqaret olması barədə məlumat vermişdir. Sellofan torbanın içərisində aşkar olunan siqaretlər “Heets” markalı elektron siqaret, “Parliament” markalı və “Marlboro” markalı siqaretlər olmuş, lakin hansı siqaretlərdən neçə qutu olduğunu xatırlamamışdır. Həmçinin digər sellofan paketdə adı ona məlum olmayan dərman olmuşdur. Şahid1 aşkar edilmiş mallarla əlaqədar olaraq müvafiq protokol tərtib etmək istədiyini Təqsirləndirilən şəxs bildirdikdə sonuncu ona hər hansı protokol tərtib etməyə ehtiyac olmadığını və bu işlə özü məşğul olacağını dediyinə görə o, Səfər Məmmədovla birlikdə xidməti davam etdirilməsi üçün terminala qayıtmışlar. Qeyd olunan səbəb görə xx.xx.2022-ci il tarixdə Şahid1 götürülən mallar barədə hər hansı sənəd tərtib etməmişdir. Bir necə gün keçəndən sonra Təqsirləndirilən şəxs bu işlə maraqlananda, sonuncu ona xəbər verəcəyini bildirmişdir. Bundan sonra Şahid1 dəfələrlə aeroport ərazisində ona yaxınlaşaraq malların aqibəti barədə soruşanda, o, Təqsirləndirilən şəxs məzuniyyətdə olduğu üçün ondan bu barədə məlumat əldə edə bilmədiyini Şahid1na bildirmişdir. Bunda sonra o, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin rəisi müavini Şahid4 saxladığı mallar barəsində soruşmuş, sonuncu ona bu barədə rəhbərliyə məruzə edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Şahid1 Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunmuşdur. Baş İdarədə Şahid1na həmin malların ona məxsus olub-olmadığının müəyyənləşdirilməsi üçün təqdim edilmişdir. Şahid1 ona təqdim edilən malların ona məxsus olmadığını bildirmişdir. Bundan sonra bu məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsində araşdırma aparılmışdır. O, ifadəsində Təqsirləndirilən şəxs yanacaq kartını heç vaxt götürmədiyini, digər əməkdaşların Təqsirləndirilən şəxs yanacaq kartını götürübgötürməməsi barədə məlumatı olmadığını, həmçinin Təqsirləndirilən şəxs məzuniyyətdə olduğu müddət ərzində ona təhkim olunmuş **-AD-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” minik avtomobili özünün istifadəsində qaldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi X13 göstərdi ki, xx.xx.2022-ci il tarixdə əməliyyat şöbəsinin sabiq rəisi Təqsirləndirilən şəxs “WhatsApp” tətbiqi vasitəsi ilə sms yazaraq əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid2 ərazidə siqaret saxlaması barədə məlumat vermiş, o da “oldu” məzmunda cavab yazaraq müvafiq tədbir görüləcəyini düşünmüşdür. 2022-ci ilin iyul ayında həmin dövrdə əməliyyat şöbəsinin rəis müavini vəzifəsində işləyən Şahid4 Şahid1 adlı vətəndaşı onun yanına gətirərək mallarının saxlanıldığını, aqibətini bilmədiyini demişdir. O, vətəndaşı qəbul etmiş və vətəndaş Şahid1 ona xx.xx.2022-ci il tarixdə saxlanılan zaman üzərindən aşkar edilmiş “Marlboro”, “Parliament və Heets” markalı siqaretləri və dərman preparatlarından ibarət malları Təqsirləndirilən şəxs xidməti otağında ona təhvil verməsi, bu günə kimi mallarından xəbər ala bilməməsi barədə məlumat vermişdir. O, xidməti otağında vətəndaşa Təqsirləndirilən şəxs məzuniyyətdə olduğuna görə Elvinə zəng edib mallarının aqibətini soruşmasını bildirmiş, vətəndaş həmin vaxt Təqsirləndirilən şəxs zəng etmiş, Təqsirləndirilən şəxs telefonda vətəndaşa malları qaytaracağını demişdir. Təqsirləndirilən şəxs xidməti otağının açarı özündə olmuş və məzuniyyətdə olduğu üçün otağına baxış keçirilməsi mümkün olmamış, özünü də dəfələrlə məsələnin aydınlaşdırılması üçün idarəyə dəvət etsə də, idarəyə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarəyə gəlmiş və idarədə onun xidməti otağına özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs xidməti otağından aksiz markası ilə markalanmamış “Marlboro” və “Heets” markalı siqaretlər, dərman preparatları və qadın bezləri aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs barəsində xidməti yoxlama aparılmış və yoxlama aparılan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məzuniyyətdə olduğu dövrlərdə xidməti avtomobilin yanacaq kartını və avtomobili təhvil verməmiş, məzuniyyətdə olduğu dövrdə bundan istifadə etmişdir. Təqsirləndirilən şəxs ona təhkim olunmuş avtomobilin yanacaq kartını daim özündə saxlamış, məzuniyyətə çıxanda, eləcə də xidmətdə olduğu zaman yanacaq kartını istifadə etməsi üçün hər hansı digər işçiyə verməmişdir. Şahid1 törətdiyi hüquqpozma faktı ilə bağlı Təqsirləndirilən şəxs sənədləşdirməmə ilə bağlı hə hansı bir göstəriş verməmiş, Təqsirləndirilən şəxs Rüstəmoğlunun törətdiyi hüquqpozma faktı ilə bağlı aşkar edilmiş malları xx.xx.2022-ci il tarixdə onun xidməti otağına gətirməmiş, onun xidməti otağına hər-hansı qaçaqmalçılıq yolu ilə aşkar edilmiş heç bir mal gətirilməmişdir. Mallar aşkar edildikdə baxış keçirilməklə Təhqiqat şöbəsinin saxlancına təhvil verilməlidir, lakin işlərin çoxluğundan bütün hüquqpozmalarla fərdi qaydada maraqlanmaq fiziki cəhətdən mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin rəis müavini Şahid4 göstərdi ki, 10 avqust 2022-ci il tarixdə onun, şöbənin sabiq rəisi Təqsirləndirilən şəxs, idarənin təhqiqatçıları Lətif Nəsibov, Şahid6 və Murad Alızadənin iştirakları ilə Təqsirləndirilən şəxs xidməti otağına baxış keçirilmiş və baxış zamanı xidməti otağından hər birində 10 qutu olmaqla 11 blok “Marlboro”, hər birində 10 qutu olmaqla 2 blok “Heets green zing” markalı, hər birində 10 qutu olmaqla 2 blok “Heets turquoise selection” markalı, içərisində 10 qutu olmaqla 1 blok “Heets summer breeze” markalı, hər birində 10 qutu olmaqla 2 blok “X22” markalı siqaretlər, 03 ədəd üzərində “X3 Gel” yazılmış gel, hər birinin içərisində bir ampul olmaqla 7 qutu üzərində “mikro Gen 1ml” yazılmış dərman preparatları və 14 ədəd üzərində “Fautest Amnio” yazılmış gigiyenik qadın bezləri aşkar edilmiş, aşkar edilmiş mallarla əlaqədar olaraq akt tərtib edilmiş və aktı baxışda iştirak edən yuxarıda qeyd olunan işçilər imzalamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs otağında aşkar olunan malların Şahid1 adlı vətəndaşdan aşkar edilib götürülmüş mallar olduğunu bildirmiş, baxış keçirildikdən sonra həmin mallar təhqiqat şöbəsinin saxlanc anbarına qoyulmuşdur. Onu da qeyd edir ki, DGK-nin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə bir ədəd 2004-cü il istehsalı olan “Hyundai Sonata” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim olunmuş, həmin maşın Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Əməliyyat şöbəsinə təhkim olunmuş qeyd olunan avtomobilin yanacaq kartı Təqsirləndirilən şəxs özündə olmuş, heç vaxt heç kimə, heç bir işçiyə verilməmişdir. Təqsirləndirilən şəxs məzuniyyətdə olduğu vaxtlarda nə avtomobili, nə də yanacaq kartını heç kimə təhvil verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Şahid6 göstərdi ki, 10 avqust 2022-ci il tarixdə onun, əməliyyat şöbəsinin sabiq rəisi Təqsirləndirilən şəxs, rəis müavini Şahid4, təhqiqatçılar Lətif Nəsibov və Murad Alızadənin iştirakları ilə Təqsirləndirilən şəxs xidməti otağına baxış keçirilən zaman xidməti otağından hər birində 10 qutu olmaqla 11 blok “Marlboro”, hər birində 10 qutu olmaqla 2 blok “Heets green zing” markalı, hər birində 10 qutu olmaqla 2 blok “Heets turquoise selection” markalı, içərisində 10 qutu olmaqla 1 blok “Heets summer breeze” markalı, hər birində 10 qutu olmaqla 2 blok “X22” markalı siqaretlər, 03 ədəd üzərində “X3 Gel” yazılmış gel, hər birinin içərisində bir ampul olmaqla 7 qutu üzərində “mikro Gen 1ml” yazılmış dərman preparatları və 14 ədəd üzərində “Fautest Amnio” yazılmış gigiyenik qadın bezləri aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs otağında aşkar olunan malların Şahid1 adlı vətəndaşdan aşkar edilib götürülmüş mallar olduğunu bildirmişdir. Baxış keçirildikdən sonra həmin mallar təhqiqat şöbəsinin saxlanc anbarına qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X11 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid6 göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, diskdə 1 ədəd qovluq var. Həmin qovluqda Şahid1 istifadəsində olan ***-***-**-**, Şahid2 istifadəsində olan ***-***-**-**, X2 istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, X4 istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrələrə dair sms mətnləri, telefon danışıqları və anten məlumatlarının olduğu 13 ədəd fayl vardır. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinin 2021-2022-ci illər ərzində anten dairəsinə dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs telefon nömrəsinin xx.xx.2021xx.xx.2021-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərə olan anten dairəsi ilə "xxxx" LTD MMC-nin yanacaq doldurma məntəqələrinin yerləşdiyi ünvanlarda sonuncuya təhkim olunmuş yanacaq kartından həmin tarixlərdə istifadə edildiyi ünvanlar üst-üstə düşür. İş materiallarında olan DGK-nin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə HNBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin sabiq rəisi Təqsirləndirilən şəxs iştirakı ilə onun xidməti otağına baxış keçirilmiş və baxış zamanı otağından hər birində 10 qutu olmaqla 11 blok “Marlboro”, hər birində 10 qutu olmaqla 2 blok “Heets green zing” markalı, hər birində 10 qutu olmaqla 2 blok “Heets turquoise selection” markalı, içərisində 10 qutu olmaqla 1 blok “Heets summer breeze” markalı, hər birində 10 qutu olmaqla 2 blok “X22” markalı siqaretlər, 03 ədəd üzərində “X3 Gel” yazılmış gel, hər birinin içərisində bir ampul olmaqla 7 qutu üzərində “mikro Gen 1ml” yazılmış dərman preparatları və 14 ədəd üzərində “Fautest Amnio” yazılmış gigiyenik qadın bezləri aşkar edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1000/219Ş nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs HNBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin şöbə rəisinin müavini vəzifəsinə, xx.xx.2022-ci il tarixli 1000/026Ş nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin şöbə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli 1000/715Ş nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs öz ərizəsi ilə xidmətinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1900/572E nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1900/434E nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1900/549E nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1900/263E nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məzuniyyətdə olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyat İdarəsinin balansında olan minik tipli, “Hyundai Sonata” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil və bir ədəd ********** nömrəli yanacaq kartı həmin dövrdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin şöbə rəisinin müavini vəzifəsində işləyən Təqsirləndirilən şəxs təhkim olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 02-212 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təhkim olunmuş ********** yanacaq kartından istifadə edilməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə, xidməti istifadəsində olan və idarə etdiyi digər nəqliyyat vasitələrinə "xxxx" MMC-nin Bakı şəhərində yerləşən müxtəlif yanacaqdoldurma məntəqələrindən cəmi 417,5 (dörd yüz on yeddi manat əlli qəpik) manat dəyərində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə ümumilikdə 274,8 (iki yüz yetmiş dörd manat səksən qəpik) manat dəyərində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə 529,2 (beş yüz iyirmi doqquz manat iyirmi qəpik) manat dəyərində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məzuniyyətdə olduğu müddətdə "xxxx" MMC-nin Bakı şəhərində yerləşən müxtəlif yanacaqdoldurma məntəqələrindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 593-cü məhəllədə yerləşən 6 nömrəli yanacaqdoldurma məntəqəsindən 56 manat dəyərində olmaqla cəmi 613,8 (altı yüz on üç manat səksən qəpik) manat dəyərində, ümumilikdə 1835,3 (bir min səkkiz yüz otuz beş manat otuz qəpik) manat dəyərində yanacaq almışdır. Məktuba əlavə edilmiş kart üzrə hesabatdan görünür ki, Təqsirləndirilən şəxs təhkim olunmuş yanacaq kartından istifadə etməklə “Aİ-92” və “Premium” markalı benzin alınmışdır. İş materiallarında olan ibtidai istintaqı aparan müstəntiqin 23 fevral 2023-cü il tarixli qərarından görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 01 ədəd disk və "xxxx" LTD MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 02-212 nömrəli məktub maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs xidməti otağında aşkar edilmiş hər birində 10 qutu olmaqla 2 blok “Heets green zing” markalı, hər birində 10 qutu olmaqla 2 blok “Heets turquoise selection” markalı, içərisində 10 qutu olmaqla 1 blok “Heets summer breeze” markalı, hər birində 10 qutu olmaqla 2 blok “X22” markalı siqaretlər, hər birində 10 qutu olmaqla 2 blok “X22” markalı siqaretlər, 03 ədəd üzərində “X3 Gel” yazılmış gel, hər birinin içərisində bir ampul olmaqla 7 qutu üzərində “mikro Gen 1ml” yazılmış dərman preparatları və 14 ədəd üzərində “Fautest Amnio” yazılmış gigiyenik qadın bezləri maddi sübut kimi tanınmaqla DGK-nin HNBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin saxlancında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2018-ci il tarixli 1900/031 nömrəli sərəncamı ilə təsdiq edilmiş Əsasnaməsindən görünür ki, əməliyyat şöbəsinin rəisinin vəzifələrinə şöbənin inspektorlarının iclaslarını keçirmək, şöbə inspektorları arasında vəzifə bölgüsünü aparmaq, qanunvericilikdə cinayət sayılan hüquqazidd əməlləri törətmiş və törətməyə hazırlıq görən şəxsləri aşkar etmək məqsədi ilə, həmçinin digər dövlətlərin səlahiyyətli orqanların sorğusu ilə və baş idarə rəisinin razılığı əsasında öz səlahiyyəti daxilində əməliyyat axtarış fəaliyyətini həyata keçirtmək, əməliyyat-axtarış fəaliyyətinin səmərəliyinin artırılması barədə baş idarə və idarə rəisinə təkliflər vermək, şöbə inspektorlarının normativ aktlara, o cümlədən gömrük işini tənzimləyən əmr, əsasnamə və texnoloji sxemlərin tələblərinə əməl etmələrinə nəzarət etmək, baş idarə və idarə rəhbərliyinin əmr və göstərişlərinin şöbə inspektorları tərəfindən yerinə yetirilməsinə nəzarət etmək, şöbənin fəaliyyətində meydana çıxan nöqsanların aradan qaldırılması üçün lazımı tədbirlər görmək aiddir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli üzləşdirmədə dindirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ilə X13, X8 və Şahid2 arasında üzləşdirmə aparılmış, onlar ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı demişlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 dekabr 2023-cü il tarixli 9/9042 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1521,00 (bir min beş yüz iyirmi bir) manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli nağd ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 1838,21 (bir min səkkiz yüz otuz səkkiz, iyirmi bir) manat məbləğində vəsaiti zərərçəkmiş hüquqi şəxsə ödəmişdir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli 13 saylı ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın əvəzi olaraq ödənilmiş 1836,00 (bir min səkkiz yüz otuz altı) manat məbləğində vəsait zərərçəkmiş hüquqi şəxs Dövlət Gömrük Komitəsi tərəfindən X1 ödənilmişdir. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 1836,00 (bir min səkkiz yüz otuz altı) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (460,00 (dörd yüz altmış) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. İş materiallarında olan və zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 17 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, onlara dəymiş 1836,00 (bir min səkkiz yüz otuz altı) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyinə görə onların ondan şikayətləri yoxdur, cəzanın verilməsi ilə bağlı məsələyə münasibəti məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Babək rayon Nehrəm qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Nehrəm qəsəbəsində olduğu müddət ərzində müsbət xarakterizə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 23 fevral 2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə mənfi cəhətdən xarakterizə edilir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27 avqust 2018-ci il təvəllüdlü X5 və 06 mart 2020-ci il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 24 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi özünün qismən etirafedici ifadəsii ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi, məhkəmə baxışının sonunda isə qismən təqsirli bilməsi barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 179.2.3 və 308.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmənin 12 fevral 2024-cü il tarixli 1(003)-33/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilmiş və o, Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasının sonunda özünü qismən təqsirli bilərək ilk dəfə törətdiyi əməllərdən peşmançılıq çəkməsini bildirməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi CM-nin 308.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut – "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 01 ədəd disk və "xxxx" LTD MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 02-212 nömrəli məktub hökm qanuni qüvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.4-cü maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs xidməti otağında aşkar edilib götürülmüş - aksiz markası ilə markalanmalı olan, lakin belə bir marka ilə markalanmamış tütün məmulatları, dərman preparatları və gigiyenik qadın bezləri onun təqsirli bilindiyi cinayətin predmetidir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və X10 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin saxlancında saxlanılan - xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs xidməti otağında aşkar edilmiş hər birində 10 qutu olmaqla 2 blok “Heets green zing” markalı, hər birində 10 qutu olmaqla 2 blok “Heets turquoise selection” markalı, içərisində 10 qutu olmaqla 1 blok “Heets summer breeze” markalı, hər birində 10 qutu olmaqla 2 blok “X22” markalı siqaretlər, hər birində 10 qutu olmaqla 2 blok “X22” markalı siqaretlər, 03 ədəd üzərində “X3 Gel” yazılmış gel, hər birinin içərisində bir ampul olmaqla 7 qutu üzərində “mikro Gen 1ml” yazılmış dərman preparatları və 14 ədəd üzərində “Fautest Amnio” yazılmış gigiyenik qadın bezləri hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə keçirilməlidir. İş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş 1836,00 (bir min səkkiz yüz otuz altı) manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş hüquqi hüquqi şəxsə dəymiş 1836,00 (bir min səkkiz yüz otuz altı) manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Maddi sübut – "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 01 ədəd disk və "xxxx" LTD MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 02-212 nömrəli məktub hökm qanuni qüvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. Maddi sübut - X10 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin saxlancında saxlanılan - xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs xidməti otağında aşkar edilmiş hər birində 10 qutu olmaqla 2 blok “Heets green zing” markalı, hər birində 10 qutu olmaqla 2 blok “Heets turquoise selection” markalı, içərisində 10 qutu olmaqla 1 blok “Heets summer breeze” markalı, hər birində 10 qutu olmaqla 2 blok “X22” markalı siqaretlər, hər birində 10 qutu olmaqla 2 blok “X22” markalı siqaretlər, 03 ədəd üzərində “X3 Gel” yazılmış gel, hər birinin içərisində bir ampul olmaqla 7 qutu üzərində “mikro Gen 1ml” yazılmış dərman preparatları və 14 ədəd üzərində “Fautest Amnio” yazılmış gigiyenik qadın bezləri hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-33/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-33/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver