Məhkəmə qərarları › İş №1(003)-331/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-331/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-331/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında 02 avqust 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(003)-888/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, orta ixtisas təhsilli, işsiz, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülüdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı” na (Siyahı İ) daxil olan 0,576 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlayaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə daşımış, xx.xx.2025-ci il tarixdə saat 16:45-də Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, dalan 1, ev 30-n qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün keçirilən əməliyyat tədbiri nəticəsində piyada hərəkətdə olduğu vaxt saxlanılıb, orada videoçəkiliş keçirilərək üzərindəə yoxlama aparılan zaman əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən həmin 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,576 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16.15 radələrində Cavadxan adlı polis əməkdaşı ona zəng edərək görüşmək istədiyini bildirib yaşadığı evinin yaxınlığında olan bağçanın yanına dəvət etmişdir. Əvvəllər də Cavadxanın icraatında işi olduğundan zənn etmişdir ki, hər hansı bir sənədə imza etmək üçün çağırılır. Lakin təyin olunan yerə gəldikdə Cavadxanı orada görməmiş və bir neçə dəqiqdən sonra hazırda onun işi üzrə şahid qismində dindirilmiş Pərviz və Şamil adlı polis əməkdaşları həmin yerə gəlmişlər. Onlardan biri cibindən narkotik vasitə çıxardıb həmin narkotik vasitəni onun cibindən çıxmış kimi rəsmiləşdərəcəklərini bildirmiş, etiraz etdiyi təqdirdə onu döyəcəkləri ilə hədələmişdir. Polisin təzyiqi nəticəsində məcbur qalıb onlarla razılaşmışdır. Bundan sonra videoçəkiliş olmuş, sonra onu polis idarəsinə aparmışlar və orada da videoçəkiliş etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs bildirmişdir ki, Cavadxan adlı polis əməkdaşı onunla vatsap proqramı vasitəsilə danışmış, hazırda onun telefonunda həmin zəngin edilməsi qalmamış, həmçinin istər küçədə tutularkən, istərsə də polis idarəsində müdafiəçisi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 24 fevral 2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qaunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra Xəzər RPi-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə yaradılmış əməliyyat qrupu qeyd olunan ünvanın yaxınlığına yollanmışdır. Müşahidələr apardıqdan sonra 24 fevral 2025-ci il tarixdə saat 16:45 radələrində Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsində hərəkətdə olduğunu görüb videoçəkilişdən istifadə edərək onu dalan 1-in yaxınılığında saxlayıb özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsində məşğul olması barədə daxil olmuş məlumatla bağlı ona yaxınlaşdığı izah olunub üzərində qanunla dövriyyəsi qadağan olunan maddə, vasitə və ya qanunsuz əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü çıxarıb təqdim etmiş, həmin bükülünün açıb içərisinə baxdıqda ağ rəngli kristal şəkilli maddə olduğunu görüb Asifdən həmin maddənin nə olmasını hansı məqsəd ilə haradan əldə etməsi barədə sual verdikdən sonra Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetamin olmasını, şəxsi istifadəsi üçün Suraxanı rayonunda tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saat 16:55-də tərtib etdiyi raport əsasında Xəzər RPİnin 1-ci PŞ-nə təhvil verilmişdir. Araşdırmanın aparılması 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayevə tapşırılmışdır. X5 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışdan öncə onların tərəfindən təhqiqata Asifin üzərindən aşkar olunmuş içərisində psixotrop maddə olan 01 ədəd büküm təqdim olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Asifin üzərinə şəxsi axtarış keçirilən zaman üzərində hər hansı qanunsuz maddə, əşya və ya predment varsa təqdim etməyi təklif olunur, Təqsirləndirilən şəxs qanunla qadağan olmuş hər hansı əşya və ya predment təqdim etməsədə özünə məxsus bir ədəd Milano markalı və bir ədəd Karvan markalı siqaretləri, bir ədəd alışqanı qızılı rəngli İphone 7 markalı mobil telefonu təqdim edərək üzərində başqa heç bir əşya və predment olmadığını bildirmişdir. Təqiqatçı tərəfindən bir daha Təqsirləndirilən şəxs Əlman oğluna üzərindən aşkar edərək təqdim etdiyi maddə barədə soruşulduqda, Asif həmin maddənin psixotrop maddə metafmetamin olduğunu və şəxsi istifadəsi üçün Suraxanı rayonundan aldığını bildirmişdir. Qeyd olunan maddə təhqiqatçı tərəfindən onların, Təqsirləndirilən şəxs və 8 saylı vəkil bürosunun vəkili Bəhruz Səfərovun iştirakı ilə qablaşdırılıb zərfə qoyularaq DİN-nin zərflər üçün 157 saylı möhrü ilə möhürlənmişdir. Protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 da, Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPi-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili X4 təqsirləndirilən şəxsin dedikərini təkzib edərək ona zəng vurmadığını, görüşə çağırmadığı bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-kimyəvi ekspertizasının 25 fevral 2025-ci il tarixli 3-16-16/2-6/864/2025 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №157” möhür əksi “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut...” və s. soyadlar, imzlar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,576 qram ağ rəngli krstalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2025-ci il tarixli, 399 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qubulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məslhətə görülür. Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:45 radələrində tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan xx.xx.1972-ci iı təvəllüdlü, ünvan 3 ünvanında yaşayan vətəndaş Əliyev X7 qəsəbəsi, R.Cəfərov küçəsində dalan-1 saxlanılaraq üzərinə videoçəkiliş ilə baxış keciıilmiş və baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan qəhvəyi gödəkçənin sol yan cibindən bır ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxardaraq psixotrop maddə olmasını, həmin psixotrop maddənin metafetamin olduğunu bildirmiş,və öz şəxsi istifdəsi ücün tanımadığı şəxsdən Suraxanı qəsəbəsindən 10 manata aldıqım bildirmişdir. Həmin büküm götürülərək Təqsirləndirilən şəxs ilə birlikdə saat 16:55-də Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmışdır. 24 fevral 2025-ci il tarixli Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayevin tərtib etdiyi «şəxsi axtarış, baxış və götürmə haqqında» protokoldan görünür ki, şəxsi axtarış, baxış və götürmə aparılmazdan əvvəl üzərində axtarış aparılan şübhəli şəxs vətəndaş Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra vətəndaş Təqsirləndirilən şəxs Əlinman oğlu əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Milano” və 01 ədəd “Karvan” markalı siqaretləri, 01 ədəd alışqanı, qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli, “İphone-7” markalı mobil telefonu təqdim edərək üzərində başqa heç bir əşya və predmet olmadığını bildirmişdir. Şəxsi axtarış, baxış və götürmə davam etdirilərkən vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya, predmet və sənədlər aşkar edilməmişdir. Verilən suallara cavab olaraq vətəndaş Təqsirləndirilən şəxs göstərmişdir ki, polis əməkdaşları tərəfindən təqdim edilmiş siqaretin qızılı rəngli kağızma bükülmüş büküm ona məxsusdur, həmin bükümün içərisində psixotrop maddə “şüşə”dir, həmin bükülünü şəxsi istifadəsindən ötrü alaraq üzərində saxlayıb, gəzdirmişdir. Təqdim edilən 01 ədəd bükülünün içərisində ağ rəngli, kristal formalı, spesifik qoxuya məxsus, psixotrop maddəyə bənzər kütlənin olması aşkar edildi. Aşkar olunmuş 01 ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş psixotrop maddəyə bənzər kütlə cinayət təqibi üzrə übut əhəmiyyətinə malik olduğundan tərəfimdən kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in zərflər üçün 157 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Üzərinə şəxsi axtarış, baxış və götürmə aparılan vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Milano” və 01 ədəd “Karvan” markalı siqaretləri, 01 ədəd alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə geri qaytarılmış, 01 ədəd qızılı rəngli İphone-7” markalı mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etiyindən materala əlavə olunmuşdur. Şəxsi axtarış, baxış və götürmə 24 fevral 2025-ci il tarixində xidməti iş otağında,süni işıqlandırma şəraitində aparıldı, şəxsi axtarış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Protokol vətəndaş Təqsirləndirilən şəxs Əliman oğlunun, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektom, polis kapitanı Şahid2 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə tərtib edildi və iştirakçılara ucadan oxunmuş, onlara protokala qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından protokolun yazılışını düzgün bilib imzalarla ilə təsdiq etmişlər. Diskə baxış keçirmə haqqında protokoldan görünür ki, ********* saylı cinayət işinin istintaqı zamanı iş materiallarına əlavə olunmuş 02 ədəd diskə baxış keçirilmişdir. Təqdim olunmuş birinci diskdən Təqsirləndirilən şəxs narkotik vasitələrin qaunsuz dövriyyəsi ilə məşğul olması barədə ona yaxınlaşmış Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 və videoçəkiliş çəkən sahə inspektoru Təbriz Nəsibovun iştirak etdiyini 24 fevral 2025-ci il tarixdə saat 16:45 radələrində Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsində hərəkətdə olduğunu görüb dalan 1-in yaxınılığında ona yaxınlaşaraq özlərini təqdim etdiyini görmək olur. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsində məşğul olması barədə daxil olmuş məlumatla bağlı ona yaxınlaşdığımız izah olunub üzərində qanunla dövriyyəsi qadağan olunan maddə, vasitə və ya qanunsuz əşya varsa təqdim etməyi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü çıxarıb təqdim edir və həmin bükülünün açıb içərisinə baxıqda ağ rəngli kristal şəkilli maddə olduğunu görüb Asifdən həmin maddənin nə olmasını hansı məqsəd ilə haradan əldə etməsi barədə sual verdikdən sonra Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetamin olmasını və şəxsi istifadəsi üçün Suraxanı rayonunda tanımadığı şəxsdən 10 manata aldığını bildirdiyini görmək olur. Təqdim olunan ikinci diskdən görünür ki, saxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayevə tapşırılır. X5 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışdan öncə bizim tərəfimizdən təhqiqata Asifin üzərindən aşkar olunmuş içərisində psixotrop maddə olan 01 ədəd büküm təqdim olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Asifin üzərinə şəxsi axtarış keçirilən zaman üzərində hər hansı qanunsuz maddə, əşya və ya predment varsa təqdim etməyi təklif olunur, bundan sonra Təqsirləndirilən şəxs qanunla qadağan olmuş hər hansı əşya və ya predment təqdim etməsədə özünə məxsus bir ədəd Milano markalı və bir ədəd Karvan markalı siqaretləri, bir ədəd alışqanı qızılı rəngli İphone 7 markalı mobil telefonu təqdim edərək üzərində başqa heç bir əşya və prdemt olmadığını bildirdi. Təqiqatçı tərəfindən bir daha Təqsirləndirilən şəxs Əlman oğluna bizim onun üzərindən aşkar edərək təqdim etdiyimiz maddə barədə soruşulduqda, Asif həmin maddənin psixotrop maddə metafmetamin olduğunu və şəxsi istifadəsi üçün Suraxanı rayonundan aldığını bildirdi. Qeyd olunan maddə təhqiqatçı tərəfindən bizim, Təqsirləndirilən şəxs və 8 saylı vəkil bürosunun vəkili Bəhruz Səfərovun iştirakı ilə qablaşdırılıb zərfə qoyularaq DİN-nin zərflər üçün 157 saylı möhrü ilə möhürlənmişdir. Protokol tərtib edilərək iştirakçılara ucadan oxundu, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunur. Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-c il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,576 qr metamfetamin maddi sübut kimi tanınmış, 0,05 qr metamfetaminin tədqiqata sərf edilməsi nəzərə alınaraq qalıq qalmış 0,526 qr metamfetamin Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Xəzər rayon prokuroru tərəfindən verilmiş təqdimat təmin olunmamış, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından azad olunmuşdur. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs bərəsində “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış arayışdan və hökmün surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulması nəzərə alınmaqla üzərində 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubudan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək polis əməkdaşlarının təzyiqinə məruz qalması barədə ifadəsinə dair məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. Məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə 26 fevral 2025-ci il tarixdə dindirilmiş Təqsirləndirilən şəxs verilmiş ittihama uyğun ifadə verərək ona qarşı təzyiq və təsir olmadığını qeyd edib ondan aşkar olunmuş narkotik vasitənin 10 manata Suraxanıda tanımadığı şəxsdən aldığını bildirmişdir. 26 fevral 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən məhkəmə iclasında Təqsirləndirilən şəxs hazırda məhkəmə baxışı zamanı dediklərini bildirsə də, həmin tarixdə yenidən müdafiəçisinin iştirakı ilə dindirmə zamanı bir daha ittihama uyğun ifadə verib məsuliyyətdən yayınmaq məqsədilə məhkəmə iclasında həqiqətə uyğun ifadə vermədiyini vurğulamışdır. Şahid qismidə dindirilmiş Şahid1 və Şahid2 ilə xx.xx.2025-ci il tarixdə üzləşdirmə zamanı Təqsirləndirilən şəxs bir daha məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etmiş, adları qeyd edilən şahidlər isə ifadələrində qeyd etdikləri xüsusatları bir daha təqsirləndirilən şəxsin üzünə qarşı deyərək 24 fevral 2025-ci il tarixdə saat 16:45 radələrində Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsində hərəkətdə olduğunu görüb videoçəkilişdən istifadə edərək onu birinci dalanın yaxınılığında saxlayıb özlərini təqdim etdiklərini, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsində məşğul olması barədə daxil olmuş məlumatla bağlı ona yaxınlaşdığı izah olunub üzərində qanunla dövriyyəsi qadağan olunan maddə, vasitə və ya qanunsuz əşya varsa təqdim etməyi təklif etdiklərini, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü çıxarıb təqdim eddiyini, bükülünü açıb içərisinə baxıqda ağ rəngli kristal şəkilli maddə olduğunu görüb Asifdən həmin maddənin nə olmasını, hansı məqsədlə, haradan əldə etməsi barədə sual verdikdən sonra Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetamin olmasını, şəxsi istifadəsi üçün Suraxanı rayonunda tanımadığı şəxsdən 10 manata aldığını bildirdiyini, sonra Təqsirləndirilən şəxs saat 16:55-də tərtib etdiyi raport əsasında Xəzər RPİ-nin 1-ci PŞ-nə təhvil verildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq və təsir edilmədiyini qeyd etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmamasını, polis idarəsində şəxsi axtarış zamanı müdafiəçisinin iştirak etmədiyini qeyd etsə də, məhkəmə baxışı zamanı da tədqiq edilmiş videogörüntüdə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 şəxsi axtarış zamanı iştirak etməsi, aydınlaşdırılması üçün təqsirləndirilən şəxsə suallar verməsi müşahidə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini ardıcıllıqla, xırda detallarla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi etirafedici ifadələr cinayət işinin materiallarında olan sübutlarla da üst-üstə düşməklə təsdiq olunur, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkəti protokolları, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlər ayrı-ayrılıqda tədqiq edilməklə belə nəticəyə gəlmək olar ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşıb inandırıcı hesab etməyərək bu ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlaması və daşıması cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi qeyd edilsə də, məhkəmə hesab edir ki, əvvəlki məhkumluğuna aid Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən Təqsirləndirilən şəxs hazırki əməli cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, analoji cinayət törətdiyinə görə əvvəl məhkum olunmasını, bundan nəticə çıxarmayaraq cəza çəkdiyi dövrdə yenidən eyni xarakterli cinayətin törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən (hökmlərin məcmusu üzrə cəzalar toplanarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulur) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(003)-888/2023 nömrəli hökmünə əsasən CMnin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini, CM-nin 67-ci maddəsinə əsasən (hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi) hökmlərin məcmusu üzrə həmin cəzanın hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsini, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddətin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəzanın müəyyən edilməsini, CM-nin 56.1.2-ci maddəsinə əsasən (qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 11 iyun 2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini, dərhal məhkəmə iclas zalında həbsə alınmasını, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, CMnin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsini, ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş 0,576 qr metamfetaminin tədqiqata sərf edilmiş 0,05 qr çıxılmaqla qalıq qalmış, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan 0,526 qr metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 110 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 275 (iki yüz yetmiş beş) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 21 saata görə 231 (iki yüz otuz bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1 maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(003)- 888/2023 nömrəli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 8 (səkkiz) ay 19 (on doqquz) günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzasının bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulma hesabı ilə hesablanmaqla 4 (dörd) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə həmin cəza hazırki hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 11 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilsin Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,526 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 275 (iki yüz yetmiş beş) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 21 saata görə 231 (iki yüz otuz bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar